Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-15/2024 12.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Üçtəpə kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zeynalov X2 Yeganə Kazım qızı evlərinin qonaq otağında olan televizorun kabel xəttinin qırıq olması və əri Təqsirləndirilən şəxs həmin kabel xəttini təmir etdirməməsi səbəbi ilə xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evin yataq otağında Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs televizorun kabelinni təmir etdirməsini tələb edərkən sonuncu onu nalaiq ifadələrlə söyüb-təhqir etmiş, Zərərçəkmiş şəxs isə onun təhqirinə qarşılıq olaraq Təqsirləndirilən şəxs ona işlətdiyi nalaiq ifadələri onun özünə qarşı işlətmiş və bundan sonra aralarında ailə-məişət zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs sillə zərbəsi ilə Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə sillə zərbəsi endirməklə sonuncuya sifətin sağ yarısının yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmaqla CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.1980-ci il, Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuşdur. Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 24 ildir ki, ailəlidir. 2 övladı var. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində arvadı Zərərçəkmiş şəxs televizor kabelinin qırılması və onun həmin kabeli təmir etdirməməsi səbəbi ilə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o əsəbləşərək Yeganəyə qarşı nalaiq ifadə işlətmiş, Yeganə isə onun işlətdiyi nalaiq ifadələri onun özünə qarşı işlətdikdə o əsəblərini sakitləşdirə bilməyərək bir dəfə sillə zərbəsi ilə Yeganənin sağ gözaltı nahiyəsinə zərbə endirmişdir. O Yeganəni sillə zərbəsi ilə vurduqdan sonra Yeganə onun barəsində AR DİNin 102 zəng xidməti mərkəzi sisteminə şikayət etmişdir. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, o arvadı Zərərçəkmiş şəxs döysə də, hədələməmişdir.Hazırda tutduğu əməldən peşiman olmuş, zərər çəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir, məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.1985-ci il, Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuşdur. Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 24 ildir ki, ailəlidir, iki övladı var. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evin qonaq otağında olan televizorun qırılmış kabel xəttini Ərəstundan təmir etdirməsini istəyərkən Ərəstun onu nalaiq ifadələrlə söyüb-təhqir etməyə başlamış, o Ərəstunun ona işlətdiyi nalaiq ifadəni Ərəstunun özünə qarşı işlətdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ərəstun sillə zərbəsi ilə onun sağ göz altı nahiyəsinə zərbə endirmiş və o zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxılarkən sağ əlinin üzərinə düşdüyü üçün sağ əlindən də xəsarət almışdır. Ərəstun onun yerə yıxıldığını gördükdən sonra ondan uzaqlaşmışdır. Ona görə də o AR DİN-in 102 zəng xidməti mərkəzi sisteminə müraciət edərək Ərəstunun barəsində şikayət etmişdir. O şikayət etdikdən sonra isə Ərəstun sözlə onu bıçaqlayıb öldürəcəyini ifadə edərək hədələmişdir. Lakin hədə ilə bağlı heç bir real hərəkət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Göygöl rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 610 nömrəli rəydən məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sifətin sağ yarısının yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması, sağ əlin İİİ-İV barmaqlarının sıyrıqları, sol sağrı nahiyəsinin qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın göstərmiş olduğu müddətə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlərdən-sifətin sağ yarısının yumşaq toxumalarının zilməsi, dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya, sağ əlin İİİ-İV barmaqlarının sıyrıqları, sol sağrı nahiyəsinin qançırı isə dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon İHB-nın Üçtəpə kəndi İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 987 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yaşayır və yaşayış yeri üzrə müstət xarakteriza olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli (reyestrdə 8İ-269 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş) notarial qaydada təsdiq olunmuş ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. -Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslə barışdıqlarını göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1 və 40.2-ci maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşimançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, hər ikisinin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 43.3, 321.2.1, 381-385-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R V E R D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-15/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-15/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver