Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-15/2025 23.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını açıq olaraq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, yəni qazanc əldə edilməsi üçün özgənin əmlakını açıq olaraq talamaq qərarına gəlmiş, bu niyyətini həyata keçirmək məqsədi ilə 18 avqust 2024-cü il tarixdə saat 07:40 radələrində, Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yerləşən X5 məxsus fiziki şəxs kimi fəaliyyət göstərən iri və xırda buynuzlu heyvanların satışı ilə məşğul olunması nəzərdə tutulan bazar ərazisində olan zaman, həmin yerdə “poz-qazan” lotoreya biletlərinin satışı ilə məşğul olan vətəndaş Gəncə şəhər Gülüstan qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus satış məntəqəsindən sonuncunun və ətrafda olan şəxslərin gözü qarşısında, onlara əhəmiyyət vermədən, vitrindən hər birinin dəyəri 05 manat, 80 (səksən) ədəd cəmi 400 manat dəyərində “Göz Muncuğu” və hər birinin dəyəri 10 manat, 36 (otuz altı) ədəd cəmi 360 manat dəyərində “Prestij” adlı lotoreya biletlərini, ümumilikdə 760 manat dəyərində lotoreya biletlərini qəsdən açıq talayaraq, soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında itə zincir almaq üçün Göygöl rayonuna gəlmişdir. Göygöl rayonunda yerləşən Mal bazarı adlanan ərazidə olan zaman poz-qazan lotoreya bileti satılan vitrin görmüş, maddi imkanı aşağı olduğundan həmin biletlərdən götürüb pozaraq pul qazanmaq fikrinə düşmüşdür. Bu məqsədlə həmin vitrinə yaxınlaşmışdır. Oradan topa halda olan poz-qazan lotoreya biletlərini götürüb oradan uzaqlaşmağa başlamış, əlində olan biletləri pozaraq uzaqlaşmış, həmin vaxtı bileti satan şəxs arxadan qışqıraraq biletlərin pulunu veməyini bildirməyə başlamışdır. Həmin şəxsin ardınca qaçmağa başlamasını gördükdə o da, qaçmağa başlamış, qaçan zaman əlində olan biletləri yerə atmışdır. Oradan uzaqlaşaraq heyvan aparan avtomobillərdən birinə yaxınlaşıb onu da, aparmasını xahiş etmişdir. Həmin avtomobilin sürücüsü razılaşdıqdan sonra avtomobilə əyləşmişdir. Bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. O, onlara etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu izahat verməkdən ötrü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə polis şöbəsinə gəlmişdir. Əlavə olaraq bildirdi ki, onun əvvəlki məhkumluqları içərisində oğurluq olmuşdur. O, zərərçəkmiş şəxsin yanından poz-qazan lotoreyalarını götürmüş, poza-poza getmiş, zərərçəkmiş şəxsdən 50-60 m aralandıqda əlində olan selofanı tulluyub qaçmışdır. O, neçə bilet götürməsini bilməmişdir. O, biletləri götürüb 50 metr aralaşdıqdan sonra zərərçəkmiş şəxs onun arxasınca qışqırmışdır. O pozulmamış biletləri atmış, pozulmuş biletlər üzərində olmuşdur. O, zərərçəkmişdən aralanıb velosiped satanlarının yanında biletləri pozmuşdur. O, poz-qazan lotoreya biletlərini götürdüküdən təxminən 15-20 dəqiqə sonra zərərçəkmiş şəxs onun üzərinə gəlmişdir. O lotoreya biletlərini zərərçəkmiş şəxsin xəbəri olmadan götürmüşdür. Hazırda əməlindən peşimandır və cinayət nəticəsində dəymiş zərəri ödəmişdir. O, lotoreya biletlərini götürərkən zərərçəkmiş şəxs polkanın arxasında ayaq üstə olmuş, həmin vaxt ondan lotareya bileti alan insanlar olmuşdur. O, biletləri lotareya polkasının üzərindən götürmüşdür. Lotareya biletləri rezinlərdə olmuş, o biletləri götürüb poza-poza aralanmış, pozduğu lotareya biletlərini cibinə yığmış, götürdüyü lotareya biletlərini isə sellofan paketə qoymuş, həmin biletlərin qiyməti 5 və 10 manatlıq olmuşdur. Zərərçəkmiş şəxs ona tərəf qaçdıqda o seloffanda olan pozulmamış biletləri zərərçəkmiş şəxsin üzərinə ataraq qaçmış və qoyunların içərisinə girmiş, daha sonra oradan heyvan aparan avtomobilə minmiş, orada ona polis yaxınlaşmış və onu axtarmalarını bildirmiş, o isə etiraz etməmiş, bundan sonra onu polis şöbəsinə aparmışlar və zərərçəkmiş şəxsdə polis şöbəsinə gəlmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Anası xəstədir və onu o idarə edir. Bir səhf etmişdir və əməlindən peşimandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi qaydada poz-qazan lotoreya biletləri satmaqla məşğuldur. Satışlarını isə səyyar olaraq müxtəlif ərazilərdə həyata keçirir, həftə sonları isə Göygöl rayonunda mal bazarı adlanan ərazidə həyata keçirir. xx.xx.2024-cü il tarixdə həftəsonu olduğu üçün yenə Göygöl rayonunda, mal bazarı adlanan ərazidə olan vitrində poz-qazan lotoreya bilətlərini düzərək satışa başlamışdır. Həmin gecəni lotoreya biletləri satdığı üçün yatmamışdır. O, səhər tezdən polkasını qurmuş və onun arxasında durmuşdur. Həmin gün təxminən saat 07:40 radələrində tanımadığı bir şəxs ona yaxınlaşmışdır. O yuxusuz olduğu üçün poz-qazan polkasının arxasında ayaq üstə mürgüləmişdir. Bir neçə dəfədir ki, onun malı oğurlanmışdır. Hadisə olan gün bir kişi ona bir nəfərin malını oğurlayıb qaçmasını bildirmişdir. Həmin şəxs qəfildən vitrində olan rezinlə bağlı halda olan 36 ədəd “Prestij” adlı və açılmamış halda olan 80 ədəd “Göz Muncuğu” adlı lotoreya biletlərini götürərək qaçmağa başlamışdır. O da, həmin şəxsin ardınca qaçmağa başlamışdır. Lakin bir neçə saniyə sonra bazar ərazisində adam çox olduğu üçün həmin şəxsi tapa bilməmişdir. O dostu Nicata malının yenə oğurlanmasını bildirdikə Nicat ona həmin şəxsi axtarıb tapmasını bildirmişdir. Daha sonra bazarda işləyən tanıdığı bir neçə nəfərə hadisə barədə bildirərək həmin formada adamı görüb görmədiklərini soruşmuşdur. Onlardan müsbət bir cavab almadıqda isə təkrar həmin şəxsi axtarmağa başlamışdır. Ona bir kişi oğrunun qaçdığı istiqaməti göstərmiş o həmin tərəfə getmiş və anidən qışqıraraq “dayan ə” demiş, həmin vaxt təqsirləndirilən şəxs özünü açığa vermiş, təntiyərək paketdə olan lotoreyaları ataraq qaçmağa başlamışdır. O, həmin biletləri yerdən götürərək onun ardınca qaçmağa davam etmişdir. Lakin həmin şəxs toyuq bazarı adlanan əraziyə daxil olandan sonra gözdən itmiş və o, daha onu tapa bilməmişdir. Bir qədər sonra polis əməkdaşları onunla əlaqə saxlamışlar və hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. O isə bundan sonra polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir və o şikayətçi deyil. Hazırda nə qədər lotoreya oğurlanması yadında deyil, paçka ilə və dənə ilə poz qazan lotoreyası oğurlanmışdır. Bir paçkada 80 ədəd poz qazan olur və bir ədədinin dəyəri 5 manatdır. Ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Ona bir nəfər tanımadığı adam malının oğurlanmasını bildirmiş və təqsirləndirilən şəxsin getdiyi istiqaməti göstərmişdir. Təqsirləndirilən şəxsin selofanda atdığı poz qazan pozulmamışdır. Pozulmuş poz qazanları təqsirləndirilən şəxsin özündə olmuşdur. Təqsirləndirilən şəxs lotareyaları oğurlamasını görməmişdir. Ona zərər ibtidai istintaqın vaxtında ödənmişdir, hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Göygöl RPŞ-nin Sarısu PB-nin polis sahə rəisi vəzifəsində işləyir. Mahiyyə üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Mal bazarı adlanan ərazidə xidmətdə olan zaman orada pozqazan biletləri satan Zərərçəkmiş şəxs ona zəng edərək tanımadığı şəxsin ona məxsus vitrindən lotoreya biletlərini götürüb qaçdığını və bu barədə DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmiş, o həmin adamın nömrəsini götürmüş, bundan sonra ona yaxınlaşmış və Ruslandan həmin adamın hansı forma və görünüşdə olduğunu, hansı istiqamətə getdiyini soruşmuşdur. Ruslan ona həmin adamın görünüşünü izah edib qoyun bazarı adlanan əraziyə tərəf qaçdığını bildirmişdir. Bundan sonra o, həmin əraziyə gəlib Ruslanın izah etdiyi görünüşdə adam olub olmadığına baxmışdır. Ona ətrafda olan insanlardan soruşduqda ona həmin adamın qırmızı rəngli avtomobilə minib getməsini bildirmişlər. Bu ondan sonra avtomobilə yaxınlaşmış və avtomobili saxlatmışdır. Həmin şəxs arxa oturacaqda oturmuş, o həmin şəxsi qolundan tutaraq çıxarmış və ondan soruşduqda o ilk olaraq boynuna almamış, daha sonra isə arxa cibində lotoreya olmasını bildirmiş, bundan sonra özünü Azər kimi təqdim edən şəxs etdiyi əməli səmimi olaraq etiraf etmiş və içkili olduğundan etdiyini bildirmişdir. Bundan sonra isə o, Azər adlı şəxsi əraziyə gəlmiş Göygöl RPŞ-nin əməkdaşlarına təhvil vermiş və oradan çıxıb getmişdir. Əlavə olaraq bildirdi ki, o həmin gün xidmətdə olmuşdur. Ona məlumat gəldikdə o, qulaq asmadan zərərçəkmişi yığmış və dərhal onun yanına getmiş, zərərçəkmiş şəxs ona lotoreyasının oğurlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqda zərərçəkmiş şəxsdə gəlmiş və təqsirləndirilən şəxsi göstərərək, onun lotoreyanı oğurlamasını bildirmişdir. Zərərçəkmiş şəxs oğrunun bazarın aşağı istiqamətdə getməsini həmçinin oğrunun əlamətlərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması, cinayət işinə ********* nömrə verilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqdim edilən əşyaların qəbul edilib cinayət işinin istintaq materiallarına əlavə edilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, icraatada olan MK-1/- 1816 nömrəli material üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 32 ədəd “Prestij” markalı lotoreya biletlərini Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayev təhvil almışdır. xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Mal bazarı adlanan ərazidə yerləşən, vət. Zərərçəkmiş şəxs məxsus lotoreya biletlərini satdığı yerdə baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı soyğunçuluq hadisəsinin Göygöl rayonu Mal bazarı adlanan ərazidə yerləşən, vət. Zərərçəkmiş şəxs məxsus lotoreya biletlərini satdığı vitrində baş verməsi, həmin vitrinin mal bazarının yeməkxanalar olan hissəsində yerləşməsi, həmin yerə Göygöl raayonu istiqamətindən və bazarın aarxa tərəfində olan təpəlik hissədə yerləşən yanacaqdoldurma məntəqəsindən hərəkət etməyin mümkün olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin vitrini göstərərək xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsin vitrinə yaaxınlaşaraq vitrindən lotoreya biletlərini götürüb qaçdığını, onun ardınca qışqırıb qaçsa da, həmin şəxsin dayanmadığını, biletlərin bir hissəsini ataraq oradan uzaqlaşdığını bildirdi. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Şübhəli şəxs qismində tutma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Şəmkir rayonu Morul kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində ə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə saat 17:00-da Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən şübhəli şəxs qismində tutularaq, 18 avqust 2024-cü il tarixdə saat 18:50-də Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Əşyanın maddi sübut kimi tanınması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd kağız paketdə qablaşdırılmış 32 ədəd “Prestij” markalı lotoreya biletləri sübut kimi tanınması və saxlanılması üçün Göygöl RPŞnin MSSK-na təhvil verilməsi, qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qəararın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olumaqla, qərarın sürətinin ona təqdim edilməsi, qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası 180.1-ci maddəsi ilə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Zərərçəkmiş şəxs məxsus, 5 manatlıq 80 ədəd lotoreya biletini, həmçinin digər 04 ədəd 10 manatlıq lotoreya biletini götürmədiyini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan tam rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi, dərhal MSY-dən azad edilməsi, ibtidai araşdırmanı aparan Göygöl RPŞnin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevə Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri kimi polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi təklif edilməsi və qərar barədə vəsatət verən Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevə məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da Göygöl RPŞ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi elan edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Göygöl RPŞ-nə və Şəmkir RPŞ-nə göndərilməsi, qərarın sürətinin ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus vitrindən 32 ədəd “Prestij” adlı lotoreya biletlərindən əlavə 04 ədəd “Prestij” adlı və 80 ədəd “Göz muncuğu” adlı lotoreya biletlərini götürüb qaçması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı sonuncunun üzün qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə üzləşdirilən zaman, göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Zərərçəkmiş şəxs məxsus, 5 manatlıq 80 ədəd lotoreya biletini, həmçinin digər 04 ədəd 10 manatlıq lotoreya biletini götürmədiyini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan tam rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, 02 sentyabr 2024-cü il tarixdə Orucov X6 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Göygöl RPŞ-nə etdiyim müraciətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onunla barışdıqlarını, Təqsirləndirilən şəxs bağışladığını, Təqsirləndirilən şəxsla, eləcə də, maddi ziyanla bağlı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Göygöl RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vət. Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Mal bazarı adlanan ərazidə olan vitrindən xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Şəmkir rayonu Morul kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən lotoreya biletlərinin soyğunçuluq yolu ilə talanması müəyyən edilmiş, lakin hansı məbləğdə olan biletlərin oğurlanmasını, Təqsirləndirilən şəxs başqa haradan və hansı cinayət hadisələrini törətməsini, həmin soyğunçuluq hadisəni kimlərin görməsini müəyyən etmək mümkün olmamış, həmçinin ərazidə videomüşahidə kameraları olmadığından iş üzrə əhəmiyyət kəsb edən videogörüntülərin əldə edilməsi mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri davam etdirilir, əlavə məlumat əldə edilərsə istintaqa məlumat veriləcəkdir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 607 №-li rəyindən görünür ki, Məhkəmə-psixatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyindən əziyyət çəkir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsi səbəbindən qoyulmuş psixoloji suallara cavab vermək mümkün deyildir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, soyğunçuluq hadisəsini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. 31 oktyabr 2024-cü tarixdə Orucov X6 RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus olan, Göygöl rayonu Mal bazarı adlanan ərazidə baş vermiş soyğunçuluq hadisəsi zamanı talanmış, iş üzrə maddi sübut hesab olunan, 32 ədəd “Prestij” adlı lotoreya biletlərini məhkəməyədək saxlanılmasından ötrü sonuncuya təhvil verilməsini xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, özünü verilmiş ittihamda təqsirli bilməməsini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız kimi qəbul edilərək rədd olunması, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən on ildən artıq müddət keçdikdən sonra yenidən qəsdən cinayət əməlini törətdiyindən onun məhkumluğu ödənilmiş hesab edilməsi və cinayətlərin residivi kimi qiymətləndirilməməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Göygöl RPŞ-nin MSSK-da saxlanılan, 01 ədəd kağız paketdə qablaşdırılmış, 32 ədəd “Prestij” adlı lotoreya biletləri gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs 31 oktyabr 2024-cü il tarixdə Göygöl RPŞ-nə daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi, təqdim edilmiş əşyanın götürülməsi, dindirmə, üzləşdirmə, ifadələrin yerində yoxlanılması protokolları, kompleks məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 22 avqust 2024-cü il tarixli 607 nömrəli rəyi, maddi sübut və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işinin materialları ilə tanış olan zaman, göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Zərərçəkmiş şəxs məxsus, 5 manatlıq 80 ədəd lotoreya biletini, həmçinin digər 04 ədəd 10 manatlıq lotoreya biletini götürmədiyini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan tam rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Maddi sübutların məsul saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut 32 ədəd “Prestij” adlı lotoreya Zərərçəkmiş şəxs təhvil verilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. İstintaq zamanı Şəmkir RİHB-nın Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və ünvan 4ilə üzvü anası xx.xx.1952-ci il təvəllüdlü X2 ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Şəmkir RİHB-nın Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4827 nömrəli Arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4880 nömrəli Arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Şəmkir RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-73/3-2301/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RMXnin Poliklinika şöbəsində 662 nömrəli X4 əsasən xx.xx.2015-ci il tarixdən, Yüngül dərəcəli ağıl zəifliyi diaqnozu ilə dispanser qeydiyyatda dayanır və xəstə xx.xx.2016-cı il tarixdən dərman preparatları qəbul edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmiş, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini, məhkəmə iclasında iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin bütün materialları ilə sübut olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama- azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 127.2.3, 62, 66.3 və 68.1.2-ci maddələri təqsirli bilinərək 02 il 05 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4, 67.1, 68.1.2-ci maddələri təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şəmkir rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 01 il 01 ay müddət, Azərbaycan Respublikası CM-nin 68.1.2-ci maddəsinə əsasən hazırki hökmlə qismən birləşdirilərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasından həbsdə olduğu 03 ay 21 gün çıxılaraq qəti olaraq 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İstintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini 18 avqust 2024-cü il tarixdə törətmişdir. Yəni, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra yenidən qəsdən cinayət əməlini törətmiş, ona görə də onun məhkumluğu ödənilmiş hesab edilir, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə dəfələrlə məhkum olunması və yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi, onun kriminal meylli olması, azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzalardan nəticə çıxararaq islah olunmamasını, həmçinin əvvəllər azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərək, onun səhətini və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 32 ədəd “Prestij” adlı lotoreya qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə-ekspertiza xərci yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 21 (iyirmi bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 131 (bir yüz otuz bir) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 32 ədəd “Prestij” adlı lotoreya qanuni sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 131 (bir yüz otuz bir) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-15/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-15/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver