Məhkəmə qərarları › İş №1(066)-16/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-16/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-16/2025 04.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinirək 03 il 06 ay azadlıqdan məhrum etmə, 04 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Bəhrəmbağ kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 178.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları olan Ramiz, Babək və Şahin adlı şəxslərlə Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada pivə içmişlər və nəticədə onların Zərərçəkmiş şəxs2 12 manat borcları yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 növbəti bazar günə qədər onlar borclarını ödəməsələr yaranmış borcu özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada tanışları ilə olduğu zaman Zərərçəkmiş şəxs2 sərxoş vəziyyətdə onun yanında olan şəxslərdən borcunu istəmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 cümə günü olmasını, onun dediyi vaxta iki gün qalmasını və bazar günü borcunu qaytaracağını demiş, lakin Zərərçəkmiş şəxs2 israrla borcunu tələb etmiş, Təqsirləndirilən şəxs “get çayçıya, gəlib verəciyik” demiş, Zərərçəkmiş şəxs2 isə bundan sonra “mənim pulumu yeyəyin varını yoxun.....” sözlərini işlətmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı heç bir söyünc işlətmədən üstünə gələrək niyə söyünc işlətdiyini deyərək Zərərçəkmiş şəxs2 boğazından tutub sıxmaqla sonuncuya boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, boyun nahiyyəsinin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmiş. Həmin vaxt Zərərçəkmiş şəxs2 oğlu Şahid7 atası pulu istəyərkən eşitmiş və atası içkili olduğu və ayaq üstə dura bilmədiyindən atasını çayxananın içərisinə aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat pul verəcəyi halda sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Gəncə şəhər Məhkəməsində, məhkəmə istintaqı aparılan 546/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs Şahid4 İsrafil oğluna dəymiş ziyanı qəbul etdirməyi, eləcə də şikayət və tələbinin olmamasına dair ərizə yazdıracağı barədə yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 tapşırığı əsasında sonuncunun qardaşı Şahid1 2023-cü ilin noyabrdekabr aylarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “OBA” marketin yaxınlığında 4000 (dörd min) manat pulu nağd şəkildə alıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyərək zərəçəkmiş şəxsə maddi ziyan vurub dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1 cə 178.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, məhkəmə istanqının sonunda özünü Azərbaycan Respublikası CM-nin 128.1 və 178.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, tanıdığı şəxslər Zərərçəkmiş şəxs2 işlətdiyi kafedə pivə içmişlər və nəticədə onların 12 manat borcları yaranmışdır. Zərərçəkmiş şəxs2la onların aralarında narazılıq yaranmasın deyə, Zərərçəkmiş şəxs2 onlar bazar günü borcu ödəməsələr onların əvəzinə həmin pulu özünün ödəyəcəyini bildirmişdir. Daha sonra cümə günü onlar həmin çayçıya gəlmişlər, həmin vaxt Zərərçəkmiş şəxs2 onlardan pulu istəmiş, o isə borcu ödəmək üçün onların hələ iki günlərinin olmasını bildirmiş, Zərərçəkmiş şəxs2 isə israrla pulu qaytarmaqlarını istəmiş, həmin günü onların üstündə pulları olmamışdır. Belə ki, bazar günü Ramiz, Babək və Şahin çayçıda oturan zaman onların 12 manat borcları yaranmışdır, həmin günü onlarla birlikdə stolda o da olmuş və pivə içmiş, lakin üstlərində pul olmadığı üçün Zərərçəkmiş şəxs2 növbəti bazar günə qədər onlar borclarını ödəməsələr, yaranmış 12 manat borcu özünün ödəyəcəyini bildirmişdir. Cümə günü o, həmin çayçıda oturan vaxt Zərərçəkmiş şəxs2 israrla borcu ödəməyi ondan istəmiş, o isə dediyi vaxtadək iki gün olmasını demiş, hadisə günü Zərərçəkmiş şəxs2 “mənim pulumu yeyəyin varını yoxunu .....” sözləri işlətmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 heç bir nəlayiq ifadə işlətməmiş, lakin Zərərçəkmiş şəxs2 işlətdiyi ifadəyə görə onun yaxasından tutmuş və geriyə itələmişdir. Zərərçəkmiş şəxs2 vurmamış, onun boynunda olan xəsarətlə bağlı heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 içkili olduğu üçün 102-yə zəng edərək ondan şikayət etmiş və gecə radələrində polis əməkdaşları onun qapısına gələrək az yaşlı balasının gözü qabağında onu evdən çıxardaraq Göygöl Rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları onu müayinədən keçirmiş, qanından narkotik vasitə istifadə etməsi çıxmış və onu buna görə 21 gün şöbədə saxlamışlar. O, Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs2 boğazından yox, yaxasından tutmuşdur. O, Zərərçəkmiş şəxs2 boğazına xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs2 vurmamış və onun boynunda olan xəsarətin hansı səbəbdən əmələ gəlməsini bilmir. Zərərçəkmiş şəxs1 türmədə olan zaman ona telefon vasitəsi ilə özü yığmış, lakin Zaurun onun nömrəsini necə əldə etməsini bilmir. Zərərçəkmiş şəxs1 onu yığaraq hansısa tanımadığı bir şəxsin ondan şikayət etməsini və öz qardaşı ilə ona 5000 manat göndərəcəyini, onun şikayətçinin Zaurun barəsində olan şikayətinin geri götürməsi üçün şikayətçini razı salmasını bildirmişdir. Həmin vaxt o, Zaurdan niyə öz qohumlarına bu məsələ ilə bağlı müraciət etməməsini soruşduqda, Zaur ona şikayətçinin onları yaxına buraxmamasını bildirmişdir. O, nə Zauru nə də ondan şikayətçi olan şəxsi tanımamışdır. Ona Zaurdan şikayət edən şəxsin adını demişlər və həmin şxəsin nömrəsini vermişlər. O, telefon vasitəsi ilə Zaurdan şikayət etmiş Tofiqə zəng vuraraq onunla danışmış. Danışıq zamanı Tofiq ona Zaurun ona ağır xəsarətlər yetirməsini bildirmiş, o, isə Tofiqə Zaurun barışıq üçün pul göndərməsini bildirmiş, Tofiq isə israrla onların aralarında barışıq mümkün olmamasını bildirmişdir. O, bunları Zaurun qardaşı Elməddinə demiş, Elməddin isə ona “nə edirsən et Tofiq şikayətini götürsün, nə qədər pul lazımdırsa verək” demişdir. Tofiq pula yaxın durmayandan sonra, ona verilən pulu Zərərçəkmiş şəxs1 dediyi tanımadığı adama qaytarmışdır. Əlavə olaraq bildirdi ki, o Zərərçəkmiş şəxs1 səmimiyyət naminə kömək etməyə çalışmışdır. O, Zərərçəkmiş şəxs1 tanımamış, Sənani ilə Zaur birlikdə olan zaman Sənani ona zəng edərək Zaur adlı bir dostunun olmasını və onunla danışmasını bildirmiş, bundan sonra o, Zaurla danışmışdır. O, Zərərçəkmiş şəxs1la bir neçə dəfə danışmış, danışıq zamanı Zaur ona qardaşı Elməddinin 5000 manat verəcəyini və onun Tofiqi razı salıb şikayətini geri götüzdürməsini bildirmişdir. Zaur ona onun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqin üzünə durmasını güya ki, Tofiqin ondan 4000 manat pul almasını bildirməsini demiş, o isə onunla razılaşmamış və ona verilən pul özündə qalmışdır. İş alınmayandan sonra Zərərçəkmiş şəxs1 onunla telefon vasitəsi ilə əlaqə saxlamış və ona verilmiş pulun Zaurun dediyi adama qaytarmasını demiş, o isə mal bazarında Zaurun göndərdiyi adama pulu qaytarmışdır. Bütün türmə bilir ki, Zauru xatada onunla ünsiyyətdə olan adamlar döyüb çıxarmışlar və buna görə Zaur prinsipə düşmüş onu da tutdurmaq istəyir. Zaur onu şərləyir, o dələduz deyil. Zaura insanlıq naminə kömək etməyə çalışmış, orada heç bir qazanc güdməmişdir. Zərərçəkmiş şəxs1 qardaşı Elməddin ona pulu Zaurdan şikayətçi olan şəxs Tofiqə vermək üçün vermiş, lakin Tofiq Zaurla barışmadığı üçün Zaur onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq, ona verilən pulu tanımadığı Tofiq adlı şəxsə verməsini demiş, Zaurun pulu qaytarmaq üçün dediyi Tofiq ondan şikayətçi olan adam olmamış başqa Tofiq adında şəxs olmuşdur. O, heç kimin pulunu mənimsəməmişdir. O, Şahid3 2 saylı Təcridxanadan tanıyır, onlar bir ay eyni kamerada olmuşlar və oradan münasibətləri yaranmışdır. O, 2 saylı Təcridxanadan buraxılandan sonra Şahid3la əlaqələri olmuş və münasibətləri yaxşı olmuşdur. Şahid3 Zərərçəkmiş şəxs1 məsələsi ilə bağlı ona zəng vuraraq ondan heç nə xahiş etməmiş, ona Zaurla danışmasını demiş, Zaur onu yığaraq hansısa tanımadığı şəxsin ondan şikayət etməsini və öz qardaşı ilə ona 5000 manat göndərəcəyini, ondan şikayətçinin şikayətini geri götürməsi üçün razı salmasını istəmişdir. O, Zərərçəkmiş şəxs1 insanlıq naminə kömək etməyə çalışmış, Zaurun qardaşı Elmədin ona 4000 manat vermiş ki, o həmin pulu Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqə barışıq üçün versin. Zaurun qardaşı Elməddin ona zəng vuraraq görüşmələrini istəmiş, o isə Göygöl rayonu, Qızılca kəndində olmasını bildirmiş, bundan sonra Elməddin öz qaynı ilə Göygöl rayonu, Qızılca kəndində yerləşən “OBA” marketin yanına gəlmiş və həmin vaxt 4000 manatı ona vermişlər. Ona pul veriləndən sonra Zaurla əlaqə saxlayaraq ona 5000 manat yox, 4000 manat verilməsini bildirmiş, Zaur isə ona narahat olmamasını geri qalan pulun da veriləcəyini bildirmişdir. Zaur öz cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqin heç bir məlumatlarını ona verməmiş, yalnız telefon nömrəsini vermiş, o Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqə zəng vuraraq məsələni izah etmiş, Tofiq isə ona Zaurun hazırda içəridə olmasını və elə etməsin ki, onu da Zaurun yanına göndərməsini və ondan sonra o, birdə Tofiqə zəng vurmamışdır. Zaurun qardaşı Elməddin ona pulu verən günü o, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqə zəng vurmuş və Tofiqlə söhbət zamanı Tofiq ona görüşərik demişdir. Danışıqlarından 2-3 gün sonra Tofiqə təkrar zəng etmiş və həmin vaxt Tofiq həm görüşdən, həm də barışıqdan imtina etmişdir. Zaurun ona pulu qaytarması üçün dediyi Tofiq adlı şəxsə pulu verən zaman yanında olan adamların adlarını xatırlamır. Zərərçəkmiş şəxs1 ona pulu qaytarması üçün dediyi Tofiq adlı şəxsə pulu verən zaman saat təxminən 16 radələri olmuşdur. O, pulu Zaur dediyi adama verəndən sonra, Zaur onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq pulunun geri qaytarmasını demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etmir. İbtidai istintaq zamanı ifadəsini verərkən vəkili olmuşdur. O, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqi yalnız bir dəfə Polis Şöbəsində üzləşmə zamanı görmüşdür. Ona Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs Tofiqin nömrəsini Zaurun qardaşı Elməddin vermişdir. O, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqlə yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Elməddin öz qaynı ilə Göygöl rayonu, Qızılca kəndində yerləşən “OBA” marketin yanına gələrək ona 4000 manat pulu vermişlər. Onların verdikləri pul cəmi 3-5 gün onda qalmış, sonra həmin pulu onlar dediyi adama qaytarmışdır. O, Zaura insanlıq naminə kömək etməyə çalışmış və heç bir qazanc güdməmişdir. O, Zauru tanımamış, Sənani ilə Zaur birlikdə olan zaman Sənani ona zəng edərək Zaur adlı dostunun olmasını və onunla danışmasını istəmiş, bundan sonra o Zaurla danışmışdır. O, Zaura ona verdiyi pulun Sənanidə olmasını deməmişdir. Zərərçəkmiş şəxs2 “var yox” söyüncü deməsinə görə, onun yaxasından tutmuşdur. Müdafiəçinin söylədiyi fikirlə razıdır. O özünü cinayət məcəlləsinin 128 və 178.1-ci maddələri ilə təqsirli bilir, hazırda zərərçəkmiş şəxslərlə barışıb və onlara dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun əməlinin Cinayət Məcəlləsinin 128 və 178.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ona iki nəfər onları döyməsini bildirərək şər atmışlar. Bu şəxslər Şahid4 İsrafil oğlu və X10r. Bununla bağlı Gəncə Şəhər Baş Polis idarəsində onun barəsində istintaq gedirdi. İstintaq müddətində Gəncə Şəhər 2 saylı İstintaq təcridxanasının 26 nömrəli kamerasında Şahid3 ilə birlikdə olmuş, Şahid3 ona onun şikayətçilərini tanımasını, çöldə olan əlaqələrindən istifadə edərək şikayətin geri götürülməsini təmin edə biləcəyini demişdir. O da Sənani ilə razılığa gəlmiş ki, ona qarşı olan şikayət geri götürülsün. Şahid3 çıxıb, bir neçə dəfə telefonla Təqsirləndirilən şəxs ilə danışıqlar aparmış, həmin şəxslə o da bir neçə dəfə telefonla danışmış. Onların əlaqə saxladıqları telefon nömrəsi ***-***-**-** olmuşdur. Onlar bir neçə dəfə telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs həmin adamları tapmasını, onlarla danışmasını, həmin şəxslərin Bakıda, birinin isə Gəncədə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin şəxslərin razılaşmaq istədiklərini, qarşılığında isə hər birinə min manat pul istədiklərini, həmçinin uşaqların onları tapması, araşdırmasına görə 500 manat da onların xərclərinin çıxmasını bildirmiş və nəticədə Təqsirləndirilən şəxs 2000 manat da özləri üçün istəmişdir. Şahid4 İsrafil oğlu 1000 manat, Şahid5 1000 manat Təqsirləndirilən şəxs da 2000 manat olmaqla, cəmi ondan 4000 manat pul istəmişlər. O, Təcridxananın telefonu ilə zəng vurub qardaşına 4000 manatı Təqsirləndirilən şəxs verməsini demişdir. Onun yaxınları əvvələr Tofiq və Arzuya zəng vurmuşlar ki, bu hadisə olmayıb, onlar sifarişlə Zaurun üzünə dururlar. Hazırda söylədiyi bu məhkəmə istintaqına aidiyyatı olmasa da, o bilirdi ki həmin şəxslər sifarişlə onun üzünə dururdular. O, əvvəlki məhkəmədə bunu sübut etmiş və məhkəmə qərarında da qeyd olunmuşdur. Sadəcə sifarişlə ona 3 il hökm verilib. Bir şərtlə hökm verilməyəcəkdi ki həmin şəxslər şikayəti geri götürsün. Tofiq və Arzu da şikayəti geri götürməmiş və hökm verilmişdir. Əlavə olaraq bildirdi ki, onun qardaşı Göygöl rayonu, Qızılca kəndində 4000 manatı Röyala vermişdir. O, Təqsirləndirilən şəxs tanımamış, Şahid3 tanımışdır. Hansı ki, o müstəntiqdən bununla bağlı şikayət verəcək ki, Şahid3 da burda təqsirləndirilən şəxs qismində olmalıdır. Çünki, 278.2.1-ci maddə ilə onlar qruplaşma şəklindədirlər. Müstəntiq qeyri müəyyən şəxslə qruplaşma yazıb. O, müraciətində şəxslərin adını yazmış, Şahid3 şahid qismində yox, təqsirləndirilən şəxs qismində olmalı idi. Həmçinin hazırda Şahid3 178.2.4-cü maddə ilə həbsdədir. Onun bildiyinə görə Sənani hədə-qorxu ilə olan bir məsələ ilə bağlı içərdədir. Bununla bağlı vəsatətləri də olacaq, Baş Prokurorluğa da müraciət edəcək. Bu istintaqda tanınmasa Şahid3 ilə bağlı öz məhkəməsinə müraciət edəcək ki, bu şəxs həqiqətən 178-ci maddənin əməlini törədmişdir. O, qardaşı vasitəçiliyi ilə 4000 manatı Təqsirləndirilən şəxs versə də, Şahid4 İsrafil oğlu məhkəmədə ondan yenə də şikayətçi olduğunu demişdir. Hakim ona onların şikayətlərini geri götürsə, artıq onluq bir şey olmadığını demişdir. Onun başqa sübutları da olduğuna görə hakim onu buraxmaq istəmişdir. O, Təqsirləndirilən şəxslə danışmış Röyal ona narahat olmamasını, yekunda həmin şəxslərin ondan şikayətçi olmadığını deyəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng çatmamış, nə etsə də ondan səs çıxmamasını görmüş və bundan sonra ondan konkret olaraq pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs ona pulu bu gün, sabah qaytaracağını desə də, o pulu qaytarmamışdır. Bundan sonra onun qardaşı gedib şikayət etmişdir. Göygöl Rayon prokuroru Rəsul məllim əvvəl onu şahid qismində, daha sonra istintaqın yekununda zərərçəkmiş şəxs qismində tanıtmışdır. Təqsirləndirilən şəxs nə onun pulunu vermir, nə də pulu neynədiyini bilmir. Gah izahatında yazır ki mal-qoyun almış, gah onunla telefonla danışarkən deyir ki onun pulun Şahid3dır. Gah da deyir ki pulunu kimə demişsə ona vermişdir. Gah da deyir ki, pulu Şahid4 İsrafil oğluna vermişdir. Şahid4 İsrafil oğlu isə pulun onda olmadığını ona bildirmişdir. Qruplaşma şəklində onun pulunu mənimsəmişlər. O isə onlardan tələb edir ki, ya onun pulunu versinlər ya da cəzası nədirsə cəzası verilsin. Şahid4 İsrafil oğlu ilə qohumları danışmış, Tofiq onları söymüş. Daha sonra da 102-yə müraciət etmişdir ki, bir daha ona zəng etməsinlər. Arzu və Tofiqin Təqsirləndirilən şəxs ilə əlaqəsi olub-olmadığını müəyyən etmək üçün o, pul verdikdən sonra onların arxası ilə pul verib, adam da göndərmişdir ki, gedib müəyyənləşdirsinlər ki həqiqətən də Təqsirləndirilən şəxs onlarla görüşmüşdürmü. Həqiqətən bunlar Arzu ilə görüşmülər. Lakin Tofiqlə görüşübgörüşməmələrini bilmir, lakin Arzu ilə görüşmüş və danışmışlar. Onlar görüşüb deyə o, arxayın olduşdur ki, zərərçəkmişlər razılaşıblar. Lakin görüş nəticə verməmişdir ki, zərərçəkmişlər məhkəmədə şikayətlərini götürməmişlər. Ola bilsin ki, Təqsirləndirilən şəxs onlara pulu verməmişdir. Onun barəsində olan digər məhkəmə işində zərərçəkmiş şəxs olan Tofiq pul alıb-almaması barədə heç bir şey deməmişdir. Sadəcə o göndərdiyi adamla bağlı onun ardından bandit göndərməsi ifadəsini işlətmişdir. Əvvəl Tofiq onlara yaxınlıq verməmişdir. Yoxsa o, pulu birbaşa qardaşına verərdi ki, o gedib danışsın və barışıq əldə olunsun. Əvvəl dediyi kimi, onların qohumları Tofiqlə əlaqə saxlayan vaxt, Tofiq 102-yə zəng edib, şikayət etmişdir. Tofiqi əvvəlcədən tanımamış, Tofiq onun üzünə durduqdan sonra o, Tofiqi maraqlanmışdır. Şahid4 İsrafil oğlu ondan əvvəl də hədəf seçilmiş şəxslərin üzünə durmuşdur. Onun barəsində olan məhkəmə prosesində də o, çarpaz sualları ilə Şahid4 İsrafil oğluna etiraf etdirmişdir ki, baş idarə ilə işləyir, ona verilən göstərişləri edir. O, Təqsirləndirilən şəxs X14 və Şahid3 ilə əlaqəsinin olduğunu təsdiqlədikdən sonra pulu ona vermişdir. Onların əlaqələrinin olmasını təsdiq etmək üçün o, vəsatət verərək onların telefon danışıqları çıxarılsın. O, 01 avqust 2023-cü ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə həbs olunmuş, onun həbs olunması jurnalist fəaliyyəti ilə bağlıdır. Bundan əvvəl də o həmin maddə ilə həbs olunmuş, lakin Avropa Məhkəməsinin qərarı ilə bəraət almışdır. Həmin vaxt da ona 3 il 6 ay iş vermişlər, həmin iş üzrə də özünü təqsirli bilməmiş, təqsirli olmamış və təqsirli olmamasını sübuta yetirmişdir. Şahid3 Gəncə Şəhər İstintaq təcridxanasının 11-ci kamerasında olmuş, 2023-cü ilin sentyabr ayında Sənanini onun olduğu 26-cı kameraya vermişlər, onlar həmin kamerada 4 nəfər olmuşlar və bir-birləri haqqında danışıb, maraqlanmışlar. Sənaninin işi ilə bağlı o 200 dənə vəsatət yazıb, göndərmiş, həmçinin Sənani də onun işi ilə maraqlanmış, ona onun kömək edə biləcəyini demişdir. O, özü söhbət əsnasında Sənaniyə Gəncədə belə bir şəxslər olmasını demiş, Sənani isə Gəncədən bir əlaqə tapa biləcəyini demişdir. Bu söhbət onların arasında sentyabr ayında olmuş. O, isə bu iş üçün pulu Təqsirləndirilən şəxs oktyabr ayında vermişdir. O, Şahid3 haqda maraqlanmış, onun əlaqələrini öyrənmiş bu zaman ona məlum olmuşdur ki, Gəncə Şəhər Baş Polis idarəsinin tabeçiliyində olan 1 saylı Polis şöbəsinin rəisi Xanlar Mirzəyevin xalası qızının onun yoldaşıdır. Sənani tez-tez onunla danışmış, Xanlar Mirzəyevin sürücüsü onun adına tez-tez sovqat gətirmişdir. Bundan başqa, Şahid3 xalası qızının əri Azər müəllim Göygöl Rayon İcra Hakimiyyətində işləyir. Şahid3 xalası məktəb direktorudur. Kişi müəllimi döymək isdəyib, videosunu çəkib internetə qoyublar. Şahid3 dövlətin yuxarı instansiyası ilə bir neçə işlər görmüş, pul müqavilində düşməni olan adamlara qarşı cinayət törədmişdir. Onunla bağlı cinayət işləri də başlanılıb, müəyyən bir hissəsi sübuta yetirilib, müəyyən bir hissəsi isə yox. Həmçinin Şahid3 Qazax rayonunda da bir işi olmuş və o, kiminsə şikayətini geri götüzdürmüşdür. Demək istədiyi odur ki, Şahid3 əlaqələrini tam müəyyənləşdirmişdir. O, Sənaninin qohumluq əlaqələri olduğuna, Qazaxda bir şikayəti geri götüzdürdüyünə görə ona inamı yaranmışdır ki, onun də işini həll edəcək. O, barəsində olan cinayət işi üzrə digər məhkəmədə təqsirli olmasa belə, nəticədə həbs olunmuşdur. 1 il 6 ayda içəridə olmuş, həmin müddətdə bəlkə 100 minə yaxın ziyana düşmüş, bu səbəbdən ona onlara 4 min vermək sərf etmişdir. Şahid3 hədəf seçilmiş şəxslərlə faizə işləyir və bu işlə məşğuldur. O, Sənaniyə pulu versə də, yenə də özünü sübuta yetirəcək. Ona həbsdən başqa digər cəza növləri sərf edir. Belə ki, o çöldə olduğu müddətdə bu adamların əməllərini müvafiq qurumlara, rəhbər şəxslərə ən geci üç günə çatdıra bilir. Məsələn, Gəncə Şəhər İstintaq təcridxanasında müstəntiqin ona qarşı etdiyi haqsızlığı o, cənab nazir Vilayət Eyvazova 3 aya çatdırmış, ama ki çöldə olan vaxt o, onunla 2 gün ərzində görüşə bilir. Məsələn başqa bir işlə bağlı bir ay içində üç dəfə Vilayət Eyvazovla görüşmüş, bir dəfə Baş prokuror cənab Kamran Əliyevlə görüşmüşdür. O, həmin dövrdə Gəncə şəhərinin prokuroru Azad məllimə “yenə sifarişi yerinə yetirin, ama mənə həbs qətimkan tədbiri yox, başqa cəza verin ki, mən təqsirli olmadığımı sübuta yetirim” demişdir. Ama çöldə olduqda isə görüşmək imkanı da olur. Təqsirləndirilən şəxs Şahid3 vasitəçiliyi ilə tanımış, Röyalın nömrəsini də ona Sənani vermişdir. Röyalın nömrəsi onun yadındadır, belə ki Röyalın nömrəsi ***-***-**-**-dir. Sənani ona Röyalın nömrəsini ayrılıqda danışmaq üçün verməmiş, onlar həbsdə olarkən 4 nəfər üçün 3 ədəd telefon olmuş, Şahid3 Təqsirləndirilən şəxs yığmış və onlar birlikdə həmin telefonla Röyal ilə danışmışlar. O, Röyala ayrı-ayrılıqda zəng vurmamış, qardaşı pul verdiyi ərəfədə qardaşı Təqsirləndirilən şəxs ilə danışmışdır. Təqsirləndirilən şəxs ilə birinci dəfə Şahid3 danışmış, həmin danışıq zamanı Röyal adamları tapacağını demişdir. Növbəti telefonla danışıq günü, yəni üç gün sonra isə Röyal adamları tapdığını dedikdən sonra o, Sənaninin yanında Təqsirləndirilən şəxs ilə danışmış, Röyal da ona telefonda onların nə işlər gördüyünü demişdir. O, isə cavabında Röyala bunların hamısını artıq araşdırıb, öyrəndiyini demiş və Röyaldan alınacaqmı deyə soruşmuş, Röyal isə cavabında alınacağını demişdir. Təqsirləndirilən şəxs telefonla danışan vaxt ona cəmi dörd min verəcəyini, bunun müqabilində zərərçəkmiş şəxslərlə onun arasında barışıq əldə olunacağını demiş, lakin telefonda pulu nə formada verəcəyini danışmamışlar, sadəcə danışıb Röyal ilə razılaşdıqdan sonra qardaşına yığıb Röyalın nömrəsi ilə danışmasını, Təqsirləndirilən şəxs 4000 manat pul verməsini bildirmişdir. Onun Röyalın Şahid5 ilə görüşdüyündən əmin olduğundan Təqsirləndirilən şəxs inamı yaranmışdır. Lakin onun işi üzrə digər zərərçəkmiş şəxs olan Tofiqlə görüşdüyünü bilməmişdir. Onun Təqsirləndirilən şəxs deyil, Şahid3 inamı yaranaraq pulu Röyala vermişdir. Röyal ilə danışdığı vaxt, digər telefonla qardaşına zəng edib, Röyala 4000 manat pul verməsini söyləmiş, sonra da digər telefonu götürüb, Təqsirləndirilən şəxs danışmasını, ona pulu qardaşının verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə pul məsələsini 2023-cü ilin oktyabr-noyabr aylarında danışmışlar. Danışıqdan sonra, növbəti telefon günündə qardaşı pulu aparıb Röyala vermişdir. Qardaşı Şahid2 yanında pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə zərərçəkmiş şəxslər barışığa razı olmadıqda, qardaşına Röyal ilə danışmasını demiş, həmçinin özü də təcridxananın telefonu ilə Təqsirləndirilən şəxs yığmış və ona pulu geri qaytarmasını, yaxud gəlib məhkəmədə onun pul verməsini deməsini istəmişdir. Onun elə deməyi ona sərf edir di ki, sübut edə bilərdi ki, onlar pul qarşılığında üzə duranlıq edir. Təqsirləndirilən şəxs məhkəməyə gəlməyəcəyini, ifadə verməyəcəyini dedikdən sonra o, Röyaldan pulunu istəmiş, bundan sonra isə Təqsirləndirilən şəxs onun telefonu açmamış, bu səbəbdən onun qardaşı 102-yə yığıb, şikayət etmişdir. Qardaşı yanvar ayının 14-ü 102 xidmətinə zəng edib, Röyalın etibardan sui-istifadə etməsini, pulu geri qaytarmaması ilə bağlı şikayət etmişdir. Şahid3 Təqsirləndirilən şəxs vasitəçiliyi ilə məsələni həll edə biləcəyini bildirmiş, əgər özü yaxud Şahid3 qeyd etdiyi məsələni həll edə bilsəydi Təqsirləndirilən şəxs müraciət etməzdilər. Onlar Təqsirləndirilən şəxs ilə Təcridxananın telefonu ilə saxlamışlar, əlaqə saxladığıqları telefon nömrəsi ***-***-**-** olmuşdur. Qardaşı 4000 manatı Təqsirləndirilən şəxs verən vaxt o, həbsdə olmuşdur. O, özü Röyalı tanımamışdır. Qardaşının adı X2r. Feyruz qardaşı ilə birlikdə Təqsirləndirilən şəxs pul verən şəxsdir. Feyruz onun qardaşının qaynıdır. Onlar ikisi birlikdə Göygöl rayonu, Qızılca kəndində Təqsirləndirilən şəxs pulu vermişlər. Pul verilənədək o, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ilə telefonla danışmışlar. Təqsirləndirilən şəxs ilə təxmini 5 dəfə telefonla danışmışlar. O, öz işi barədə danışdıqdan sonra Şahid3 özü ona köməklik edəcəyini bildirmiş və ona köməklik edəcəyini demişdir. Şahid3 ona pulla bağlı heçnə deməmişdir. Ona pul söhbətini Təqsirləndirilən şəxs demişdir. O, Şahid3 pul batsa necə olacağını soruşduqda isə Şahid3 ona özünün cavabdeh olduğunu demişdir. Misirov X1 Röyal Əbülfəz oğlu barəsində dostu olduğunu demişdir. O, hesab edir ki Şahid3 da Təqsirləndirilən şəxs ilə əlbirdir və onlar qrupdurlar. Onda Təqsirləndirilən şəxs səs yazısı var, o həmin səs yazısını məhkəməyə təqdim edəcək. Həmin səs yazısında Təqsirləndirilən şəxs pulun Şahid3 olmasını və o hara deyibsə pulu da ora verməsini demişdir. O, dekabrın 26-sına qədər Şahid3 ilə eyni kamerada olmuş, bundan sonra o aclıq aksiyası etdiyi üçün onu başqa kameraya aparmışlar, Şahid3 isə 26-cı kamerada qalmışdır. O, daha sonra Şahid3 ilə görüşüb, bu işi müzakirə edə bilməmiş. Həbsdə Şahid3 ilə aralarında pul məsələsi olduğuna görə onlara görüşmək üçün şərait yaratmamışlar. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 14 saylı Cəzaçəkmə müsəssisəsi tərəfindən məhkəməyə göndərilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi iyan ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o Göygöl rayonu, Bəhrəmbəy kəndində çayçı işlədir. Təqsirləndirilən şəxs onun işlətdiyi kafeyə tez-tez gəlir. Ona borcları yaranmış Babək və adlarını xatırlamadığı digər şəxslər çayçıya Röyal ilə gəlməmişlər, Röyalın isə ona heç bir borcu olmamışdır. Ona borcu olan şəxslərin birindən borcunu istəyən zaman Təqsirləndirilən şəxs ona “yekə kişisən söhbətinizi sonra edərsiz, yeri çıx get” demiş və bu səbəbdən də onların arasında mübahisə yaranmışdır. Əlavə olaraq bildirdi ki, işlətdiyi kafedə Babək və adlarını tanımadığı digər şəxslərin ona 12 manat borcları yaranmış, Babək ona yaranmış borcu bazar günü qaytaracağını bildirmiş, lakin üstündən bir həftə keçsədə onlar borclarını qaytarmamışlar, ona borcları olan şəxslər yenə işlətdiyi çayçıya gələn zaman, o onlardan pulunu istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs də onlarla bir stolda oturmuşdur. Onun Təqsirləndirilən şəxslə davası olmamış, mübahisə zamanı Röyal onu saruşqasından tutmuşmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Mübahisədən sonra onu həkim müayinəsindən keçirmişlər. Hadisə zamanı qışqır-bağır olmamış və ətrafda əlavə şəxslər toplaşmamışdır. O, polisə zəng vuraraq Təqsirləndirilən şəxs ilə dalaşdığını demişdir. O, Göygöl rayonu, Bəhrəmbəy kəndində yaşayır, hazırda fəhləliklə və çobançılıqla məşğul olur, hadisə baş verən zaman o, Göygöl rayonu, Bəhrəmbəy kəndində çayçı işlətmiş, həmin çayçını icarəyə götürmüş və icarə haqqı kimi ayda 200 manat ödəmişdir. İşlətdiyi çayçıda çay, pivə, yemək və s. vermişdir. Hadisə təxminən 2024-cü ilin may ayında baş vermiş, hadisə baş verən günü orada təxminən 15 nəfər adam olmuş, çayçıda olan adamların bir qismi içərdə, qalan hissəsi isə açıq havada əyləşmişdir. Ona borcu olan şəxslərdən biri Göygöl rayonu, Bəhrəmbəy kəndində yaşadığından onlara nisyə pivə vermişdir. Ona borcu olan Babək hadisə günü çayçıda olarkən, ona borcunu qaytarmasını bildirmiş, lakin onun yanında olan Röyal ona “get çayçıya, gəlib verəciyik” demiş, o isə indi vermələrini tələb etmiş və nəticədə onların arasında mübahisə olmuşdur. O, fikirləşmişdir ki, onlar borclarını verməyib gedəcəklər. Hadisə günü Röyal ona və ya o Röyala heç bir nəlayiq ifadə işlətməmişdir. O, onlardan pulunu isdəyən zaman “mənim pulumu yeyəyin ağzını .....” demişdir. Röyalın ona qarşı heç bir borcu olmamışdır. Mübahisə zamanı onlar bir-birlərinin boğazından tutmuşlar. Mübahisə zamanı Röyal onu vurmamış, həmçinin o da Röyalı vurmamışdır. Mübahisə zamanı onları kafedə olan şəxslər aralamışlar. Hadisə təxminən axşam radələrində baş vermişdir. Hadisə zamanı qışqır-bağır olmamış və ətrafda əlavə şəxslər toplaşmamışdır. O, “mənim pulumu yeyəyin ağzını.....” deyənə qədər, Röyal onun boğazından tutmamışdır. Təqsirləndirilən şəxs ona “get burdan sənə pul düşmür” sözlərini deməmiş, orada olan digər şəxslərdən biri həmin ifadəni ona işlətmişdir. Təqsirləndirilən şəxs ona qarşı heç bir nəlayiq ifadə işlətməmiş, lakin ona qışqırmış və üstünə gəlmişdir. Təqsirləndirilən şəxs heç kimə onun pulunu qaytarmamalarını deməmişdir. O, onlardan pulunu isdəyən zaman “mənim pulumu yeyəyin ağzını.....” demiş, Röyal isə üstünə gələrək niyə söyünc işlətdiyini deyərək onun boğazından tutmuş və geriyə doğru itələmiş, nəticədə boğazından xəsarət almışdır. Təqsirləndirilən şəxs oğlu Turala verdiyi üç manatı geriyə alıb cırmasını görməmişdir. Mübahisədən sonra bir stolda oturduqları vaxt Təqsirləndirilən şəxs ona “dur cəhənnəm ol get” demişdir. Mübahisə zamanı çayçıda təxminən 15 nəfər adam olmuş, lakin münaqişə qurtarandan sonra cəmi 3 nəfər şəxs qalmışdır. Mübahisə zamanı Röyalın əlində heç bir əşya olmamışdır. Onlar arasında olan mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, mübahisə baş verən günü Təqsirləndirilən şəxs pivə içməmişdir. Təqsirləndirilən şəxs onun işlətdiyi çayçıda olan da həmişə öz hesabını ödəmişdir. O, işlətdiyi çayçıda Təqsirləndirilən şəxs nəlayiq ifadə işlətməmişdir. Hadisə günü Röyal, Bababək və onlarla olan digər şəxslər çayıçının qabağında dayanmışlar. O, onlardan pulunu isdəyən zaman Röyal ona “get çayçıya, gəlib verəciyik” demiş, o isə “mənim pulumu yeyəyin ağzını.....” demiş, bundan sonra Təqsirləndirilən şəxs üstünə gələrək niyə söyünc işlətdiyini deyərək boğazından tutmuş, lakin həmin vaxt Təqsirləndirilən şəxs heç bir nəlayiq ifadə işlətməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi qalmamışdır. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təxminən bir il yarım qabaq onun avtomobili ilə Zərərçəkmiş şəxs1 avtomobili toqquşmuş və onlar tanış olmuşlar. Dəqiq vaxtını xatırlamadığı gündə ona telefon vasitəsi ilə Təqsirləndirilən şəxs zəng gəlmiş və Röyal ona görüşüb söhbət etməyi təklif etmişdir. Ona şər atdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 vəkili Zabil müəllim məsləhət görmüşdür ki, o adam tapsın və güya ona 4000 manat pul versin. Həmin vaxtlar Təqsirləndirilən şəxs ona zəng vurub görüş təklif etmiş, o isə imtina etmişdir. Daha sonra onu Göygöl Rayon Polis Şöbəsinə dəvət etmişlər və orada Təqsirləndirilən şəxs ona 4000 manat verdiyini bildirmişlər, lakin Təqsirləndirilən şəxs ona heç vaxt pul verməmiş, Təqsirləndirilən şəxs ona pul verməsi şər-böhtandır. O, Təqsirləndirilən şəxsı tanımır və onunla heç vaxt görüşməmişdir. Əlavə olaraq bildirdi ki, Gəncədə Zərərçəkmiş şəxs1 barəsində cinayət işi başlanılmış və o da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs1 ona təpik atmış və nəticədə onun qolu qırılmışdır. Həmin cinayət işi üzrə o, Zərərçəkmiş şəxs1 ilə barışmamışdır. O, nə Zərərçəkmiş şəxs1la nədə ki Təqsirləndirilən şəxslə görüşməmişdir. Təqsirləndirilən şəxs ona zəng vuraraq özünü təqdim etmiş və görüşmələrini təklif etmiş, lakin o görüşdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona zəng vuraraq özünü Zərərçəkmiş şəxs1 dostu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ona cəmi bir dəfə zəng vurmuşdur. Zərərçəkmiş şəxs1 cinayət işi bağlı Təqsirləndirilən şəxs başqa ona digər adamlarda zəng vurmuş, lakin o heç kimlə görüşməmiş və pul almamışdır. O, Təqsirləndirilən şəxslə görüşməmiş və ondan pul almamışdır. Təqsirləndirilən şəxs oba 2024-cü ildə zəng vurmuş, lakin ayı və günü xatırlamır. Təqsirləndirilən şəxs ona cəmi 1 dəfə zəng vuraraq görüş təklif etmiş, lakin o isə görüşdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona zəng edən zaman Zərərçəkmiş şəxs1 barəsində olan cinayət işinin məhkəmə istintaqı gedirdi. Röyal ona zəng vuraraq görüş təklif etmiş, lakin o imtina etmiş və Royal ona zəng edərkən, telefonla ona heç nə, bundan başqa heç nə təklif etməmişdir. O, Zərərçəkmiş şəxs1 qohumları ilə məhkəmədən başqa heç bir yerdə görüşməmişdir. Onu Göygöl Rayon Polis Şöbəsinə dəvət etmişlər və orada təhqiqatçı ona güya Təqsirləndirilən şəxs 4000 manat verməsini bildirmişdir. Röyalın onun adından istifadə edərək pulu mənimsədiyini ibtidai istintaq zamanı deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan hadisə ilə bağlı heç bir məlumatı yoxdur, onların öz aralarında olan problemdir. Onun bu hadisə ilə bağlı heç bir xəbəri və ya əlaqəsi yoxdur. X7 Qənbərovu o, tanış etmişdir. X17 adlı bir şəxs olmasını, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olmasını demiş, Zaura isə çöldə Röyal adlı bir qardaşlarının olmasını, istəyərsə nömrəsini verməsini və əlaqə saxlamasını bildirmişdir. Zaur razılaşdıqdan sonra Röyalın nömrəsini ona vermiş və onlar öz aralarında söhbəti həll etməyə başlamışlar. Röyalın Zaurdan pulu alıb-almaması ilə bağlı heç bir məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, o Təqsirləndirilən şəxs ilə kamerada tanış olmuş, həmin vaxt Zaur orada olmamışdır. Röyal və Zauru o bir-biri ilə tanış etmişdir. O, yalnız Röyalın nömrəsini Zaura vermiş, bundan sonra Zaur özü Röyalla danışıqlar aparmışdır. O, Zaurla birlikdə Royala zəng vurmuş, o Röyala Zaurun problemini bildirmiş və Samuxda olan zərərçəmiş şəxslə əlaqə yaradıb barışıq təklif etməsini bildirmiş, daha sonra telefonu Zaura vermiş və onlar öz aralarında danışıq aparmışlar. O, Zaurla bir kamerada olmuş və Zaur ona hər şeyin yaxşı olmasını bildirmişdir. O, bu hadisə ilə bağlı heç bir danışıqlar aparmamış və heç nə soruşmamışdır. Onlar Zaurla bir kamerada olduqları müddət ərzində Zaur ona “Allah Röyalın balasını saxlasın, hər şey həll olunur” sözlərini demişdir. Zaur Röyala 4000 manat verdiyini ona bildirməmişdir. O, Röyalla Zauru tanış edəndən sonra heçnədən xəbəri olmamışdır. Zaur onunla kamerada olan müddət ərzində Röyaldan həmişə razı olmuş, ayrı heç nədən xəbəri olmamışdır. Röyal Zaurdan 4000 manat götürdüyünü ona deməmiş və o inanmır ki, Röyal kiminsə pulunu mənimsəmişdir. O, Zaurla kamerada tanış olmuş, onlar 2-3 ay bir yerdə qalmışlar. Zərərçəkmiş şəxs1 hansı maddə ilə ittiham olduğunu bilmişdir. O, X7 Qənbərovu tanış etmiş, lakin yalnız onu bilir ki, Zaur öz cinayət işi ürzə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Röyaldan xahiş etmişdir. Onların aralarında olan pul məsələsindən heç bir məlumatı olmamışdır. Zaur ona Röyaldan razı olduğunu dəfələrlə bildirmişdir. Röyalla Zaur danışıqlar aparan zaman, Zaurun barəsində olan cinayət işinin məhkəmə istintaqı gedirdi. Zaur onun üstünə xəbər göndərmişdir ki, Röyal onun 4000 manat pulunu götürüb. 7-8 ay əvvəl Röyal ona zəng vuraraq Zaurun onun başına oyun açdığını bildirmişdir. 2021-ci ilin dekabr ayından 2 saylı təcridxanasında saxlanılır. Onun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı aparılır, lakin yekun qərar verilməyib. Röyalla və Zaurla 2 saylı təcridxanasında tanış olmuşdur. Zaur öz cinayət işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün adam lazım olduğunu bildirmiş, o isə onu telefon vasitəsi ilə Röyalla tanış etmiş, onları tanış edərkən, Royalla telefon vasitəsi ilə birinci özü danışmışdır. Röyalın nömrəsini o, Zaura vermiş, Zaur Röyalla danışıq aparan zaman o, Zaurun yanında olmamış və heç nədən xəbəri olmamışdır. Zaur ona sonradan demişdir ki, Röyalla razılığa gəliblər, lakin Röyala hər hansı pulun verilməsini deməmişdir. Zaur artıq onunla bir kamerada olmayan zaman, ona xəbər göndərmişdir ki, onun işi artıq alınmır. Röyal onunla əlaqə saxlayaraq, Zaurun onun başına oyun açdığını bildirmişdir. Röyal onunla danışan zaman Zaurun ona pul verməsini, onun Zaura pulu qaytarmasını və Zaurun ondan təkrar pul istəməsini ona bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs1 ona zəng vuraraq onun yanında kamerada yatan oğlanın Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsin şikayətini geri götürmək üçün pul lazım olmasını bildirmiş, daha sonra Zaur ona nömrə vermiş və həmin adamla əlaqə saxlamasını bildirmiş, onlar həmin şəxslə əlaqə saxlamış, bir neçə dəfə görüşmüşlər və söhbət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ona gecə zəng vuraraq, zərərçəkmiş şəxsləri tapmasını və 5000 manat istədiklərini bildirərək, təcili olaraq pulu bu gecə çatdırmağını istəmiş, o isə bu gecə pulu çatdıra bilməyəcəyini və qardaşı ilə danışıb pulu verə biləcəyini demiş, qardaşı ilə danışandan sonra 4000 manat verə biləcəklərini Röyala demiş, daha sonra Röyalla görüşmüş və 4000 manatı Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs onlara 4 gündən sonra Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxslərin məhkəmədə şikayətinin olmadığını bildirəcəklərini və barışıqla bağlı notarial ərizə təqdim edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs dediyi 4 gün keçəndən sonra o, Röyala zəng vurmuş, həmin vaxt Röyal ona görüşmələrini təklif etmiş, bundan sonra onlar Göygöl rayonu, Qızılca kəndində yerləşən çayçıda görüşmüşlər, həmin vaxt Röyal Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsin şikayətini geri götürməyəcəyini bildirmiş, o Röyaldan Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsə pul verməsini soruşmuş, həmin vaxt Röyal Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsə pul vermədiyini bildirmişdir. O, Röyaldan pulun harada olmasını soruşmuş, Röyal ona pulun əldə olmasını bildirmiş və Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsə vermədiyini demişdir. Həmin vaxtı o, evə getmiş və səhər tezdən qardaşı Zaura zəng edərək, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsin pula yaxın durmadığını bildirmişdir. Həmin vaxt Zaur ondan pulun harda olduğunu soruşmuş, o isə pulun Röyalda olduğunu bildirmiş, Zaur cinayət işi üzrə zərərçəkmiş şəxsin pula yaxın durmursa Röyalın pulu qaytarmasını bildirmiş, daha sonra o Röyala zəng vurmuş, həmin vaxt Röyal ona pulu Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxsə verdiyini və zərərçəkmiş şəxsin məhkəmədə gəlib şikayətinin olmayacağını bildirəcəyini demiş, lakin Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs məhkəmədə şikayətini geri götürməmiş və Zaurdan şikayətçi olduğunu bildirmişdir. Əlavə olaraq bildirdi ki, o Röyala pulu Göygöl rayonu, Qızılca kəndində yerləşən “Oba” marketin yanında vermiş, pulu Röyala verən zaman yanında Feyruz olmuşdur. Ona Röyala pulu verməsini qardaşı Zaur demiş, pulu Röyala sayıb vermiş və Röyal pulu götürən zaman Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxslə danışmasını və işin həll olunacağını bildirmişdir. Röyal ona bildirmişdir ki, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqin özü ilə danışıb. O, Röyala pulu verəndən təxminən 5-6 gün sonra görüşmüş, Röyalla görüşən zaman onun yanında tanımadığı 2-3 nəfər adamlar olmuş, Röyalla görüşən zaman o, Feruzla olmuşdur. İlk dəfə Röyalla nə vaxt danışdığı günü xatırlamır. Pulu vermədən əvvəl onlar 2 dəfə görüşmüşlər, Röyalla tanış olana qədər Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqi tanımış, Röyalla Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqilə tanış etməmiş və yaxud şəklini göstərməmişdir. O, Röyala pulu verən vaxt, Röyal ona vəd vermişdir ki, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqi razı salacaq və o şikayətini geri götürəcək. O, Röyala pulu verəndən təxminən 5-6 gün sonra görüşmüş, Röyal pulu Tofiqə vermədiyini bildirmiş və hazırda pulların əldə olmasını demişdir. Bundan sonra o, Zaurla danışan zaman Zaur ona pulu geri götürməyini demişdir. O, dəfələrlə Röyala zəng vurmuş, lakin Röyal pulları qaytarmamışdır. Zaur ona Röyalın nömrəsini vermiş, o isə Röyala zəng vuraraq görüşmələrini təklif etmiş, Röyal razılaşmış və onlar Göygöl rayonu, Qızılca kəndində yerləşən çayxanada görüşmüşlər. Onlar Göygöl rayonu, Qızılca kəndində yerləşən çayxanada görüşən zaman onunla Feruz və 2 tanımadığı Röyalın dostu olmuş, həmin günü onlar söhbət etdikləri zaman pul barədə heçnə danışmamışlar, onlar görüşdükdən təxminən 2-3 gün sonra Röyal ona gecə zəng vuraraq, Zaurun cinayət işi üzrə zərərçəkmiş şəxs olan Tofiqi tapdığını və 5000 manat istədiklərini bildirərək, təcili olaraq pulu bu gecə çatdırmağını demiş, o isə qardaşı Zaurla danışmadan pul verməyəcəyini bildirmiş, həmin günün səhərisi o qardaşı Zaurla danışmış və Zaur ona Röyala 4000 manat verməsini demiş, bundan sonra Röyala zəng vurmuş və səhər radələrində Göygöl rayonu, Qızılca kəndində yerləşən “Oba” marketin yanında 4000 manatı sayıb ona vermiş, pulu Röyala verən zaman yanında Feyruz olmuş, Röyal isə tək gəlmiş, pulu verəndən təxminən 5-6 gün sonra o, Röyala zəng vurmuş və onlar Göygöl rayonu, Qızılca kəndində yerləşən çayçıda görüşmüş, söhbət edən zaman o, Röyaldan pulu Tofiqə verib-verməməsini soruşduqda Röyal Tofiqə pulu vermədiyini və pulların hazırda əldə olmasını bildirmiş, o Zaura zəng vuraraq işin alınmamasını bildirmiş, Zaur isə pulu geri almasını ona demişdir. O, Röyala dəfələrlə zəng etsə də, Röyal telefonu açmamış və axırda pulu verməsə polisə müraciət edəcəyini demiş, o belə deyəndən sonra Röyal telefonu açmış, o konfrans yaratmış və qardaşı Zaur, o, Röyal söhbət etməyə başlamışlar, danışıq əsnasında Zaur Röyaldan pulu Tofiqə veribverməməsini soruşmuş, Röyal pulu Tofiqə verdiyini və məhkəmə prosesində Tofiqin şikayətinin olmayacağını bildirmiş, lakin Tofiq məhkəmə prosesində qardaşından şikayətçi olmuşdur. Tofiq məhkəmə prosesində qardaşından şikayətçi olduqdan sonra, o Röyalla əlaqə saxlamış və Röyal onlardan əlavə 3000 manat istəmiş, o bunları qardaşı Zaura söyləyəndən sonra Zaur ona Röyalın dediklərinin bir variant olmasını, ona əlavə heçnə verməməsini və verdiyi pulu almasını bildirmişdir. Röyal ondan 3000 manat istəyərkən Tofiqdən barışıq ərizəsi almaq üçün bir çıxış tapmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 öz qardaşı Elmədinlə danışmış və Zaur Elməddinə bir nəfər adam tapmasını işini həll edə biləcəyini demişdir. Dəqiq tarixi xatırlamadığı günü təxminən keçən il, o Elmədinlə birlikdə Təqsirləndirilən şəxs pul vermək üçün getmiş və orada onunla tanış olmuşlar. Pulu Təqsirləndirilən şəxs verəndən sonra, Röyal onlara özünün əlaqə saxlayacağını və Tofiqin şikayətini geri götürəcəyini bildirmiş, lakin məhkəmə prosesində zərərçəkmiş şəxs olan Tofiq Zaurdan şikayətçi olmuş və şikayətini geri götürməmişdir. Daha sonra onlar Röyalla görüşmüş və Tofiqin şikayətini geri götürmədiyini bildirmişlər və Röyaldan Tofiqə pulu verib-verməməsini soruşduqda, Röyal Tofiqə pulu vermədiyini və pulların hazırda əldə olmasını demişdir. Sabahsı gün Elməddin Zaurla danışmış və yaranmış vəziyyəti bildirmiş, Zaur belə halda Elməddinə pulları geri götürməsini demiş, onlar Röyala verdikləri pulu geri istəyən zaman Röyal söhbəti uzatmağa başlamış və nəticədə pulu qaytarmamışdır. Əlavə olaraq bildirdi ki, onlar birinci səfər görüşən zaman 4000 manat pulu Röyala verərkən, Röyal onlara narahat olmamalarını Tofiqlə və ya onun tanışı ilə danışıb işi həll edəcəyini bildirmiş, onlar ikinci dəfə Röyalla görüşən zaman, Röyal onlara Tofiq çətin adam olmasını, pulun ona verməyin mümkün olmamasını və pulun hazırda əldə olmasını bildirmişdir. Röyal əvvəlcə onlardan 7000 min istəmiş, lakin onlar yalnız 4000 manat verə biləcəklərini demiş və onunla razılaşmışlar. Röyalın Elməddindən əlavə 3000 manat istəməsindən heç bir məlumatı yoxdur. O, Röyalı əvvəlcə tanımamış, onlar bu hadisə əsnasında tanış olmuşlar. Onlar Röyalla ilk dəfə görüşən zaman Göygöl rayonu, Qızılca kəndində yerləşən çayçıda görüşmüşlər. Zaurla bir kamerada yatan oğlan Zaura Röyalın nömrəsini vermiş, Zaur isə Röyalın nömrəsini Elməddinə vermiş və onlar Röyala zəng edərək görüş günü təyin etmişlər. Söhbət zamanı Röyal onlara Tofiqi tapıb işi həll edəcəyini bildirmiş, birinci görüş zamanı Röyal onlara pul barədə heçnə deməmiş, yalnız Tofiqlə görüşüb danışandan sonra onlara bir məlumat verəcəyini demişdir. Elməddin Röyala zəng vurub pulu geri istəyəndə, o Elməddinin yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o aşağı mağazasının yanına düşmüş və görmüşdür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 mübahisə edirlər. Onların mübahisəsini görən zaman onları sakitləşdirmişlər, sonra oturub çay içmişlər və o, çıxıb getmişdir. Hadisə Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən çayçıda baş vermişdir. Əlavə olaraq bildirdi ki, həmin çayçını Zərərçəkmiş şəxs2 işlədir. Hadisə təxminən payız aylarına yaxın olmuş. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisədə güclü bir dava və ya qışqır-bağır olmamış, həmçinin mübahisə zamanı söyünc olmamışdır. O, çayçıdan gedəndən sonra axşam qayıdan zaman orada olan məktəbin qabağında post patrul avtomobilini görmüşdür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisə 7-10 manata görə olmuşdur. O, Zərərçəkmiş şəxs2 üzərində heç bir xəsarət görməmiş, onun necə xəsarət aldığını bilmir, onlar yaxalaşan zaman o Əli kişinin üzərində heç bir xəsarət görməmişdir. Röyalın Əli kişinin yaxasından tutmasını görməmiş, onların arasında olan mübahisədə o, yalnız onların yaxalaşmalarını görmüşdür. Hadisə zamanı orada o, Filizman, Əlinin oğlu və Tural olmuşlar. Röyal Əli kişi ilə aralanandan sonra Əli kişi boynunda qan olmasını bildirmiş, lakin Röyalın əlində heç bir kəsici ələt olmamışdır. Röyal aralanandan sonra öz avtomobilinə tərəf getmiş və 2-3 dəqiqə sonra qayıtmışdır. Hadisə Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən çayçıda baş vermişdir. Həmin çayçını Əli kişi işlədirdi. O, həmin çayçıya tez-tez gedir və orada olarkən domino oynayır və çay içir. Həmin çayçıda hadisə baş verən günü pivə verilirdi. O, çayçıya gedən zaman hadisə çayçının çölündə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisə pula görə olmuş, mübahisə olan zaman orada təxminən 7-8 nəfər adam olmuş, orada olan adamlar mübahisəni sakitləşdirmişlər, mübahisə zamanı Röyal Əli kişini təhqir etməmiş və ya ucadan nəlayiq ifadələr işlətməmişdir. Əli kişi Röyala qarşı heç bir nəlayiq ifadə işlətməmiş, Əli kişinin boynunda olan qanın nədən əmələ gəlməsini görməmişdir. Röyalla Əli kişi birbirinin yaxalarından tutmuşlar, lakin bir-birini vurmamışlar. Mübahisə zamanı orada təxminən 7-8 nəfər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 işlətdiyi çayçıda o, Röyal, Babək və bir nəfər adını xatırlamadığı yoldaşla birlikdə pivə içmişlər. Pivə içib qurtarandan sonra üstlərində az pul olduğu üçün pivənin pulunu bazar günü vermələrini bildirmişlər. O, eşitmişdir ki, həftənin beşinci günü Röyal həmin çayçıya yenə getmiş və Əli kişi Röyala yaxınlaşaraq borcun qaytarılmasını tələb etmiş, Röyal isə pulu bazar günü qaytaracağını bildirmiş və nəticədə onların arasında yüngül mübahisə olmuşdur. Əlavə olaraq bildirdi ki, hadisə baş verən günü o, orada olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə həftənin beşinci günü baş vermiş, lakin o, Röyal, Babək və bir nəfər adını xatırlamadığı yoldaşıları ilə birlikdə ötən həftənin bazar günü, hadisədən təxminən 5 gün əvvəl pivə içmişlər. Onlar yaxın olduqları üçün ona demişlər ki, Röyalla Əli kişinin arasında yüngül mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun yanında vurmamış və onun heç nədən xəbəri olmamış, çıxıb evinə getmişdir. Əlavə olaraq bildirdi ki, o hadisəni görən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 sözlə mübahisə etmiş, lakin birbirini vurmamışlar. Onların nə haqqında söhbət etmələrini bilməmişdir. Onların aralarında olan mübahisənin səbəbini bilməmiş, mübahisə zamanı o, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 çox aralı olmuşdur. O istintaqda verdiyi izahatında onların pivə içmələrini deməmişdir. xx.xx.2024-cü il tarixdə nə olmasını xatırlamır. O, çayçıdan gedən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 sözlə mübahisə etmişlər. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan mübahisənin səbəbini bilməmiş, onlardan çox aralı olmuşdur. Röyalın Əli kişini vurduğunu görməmişdir. Onların aralarında olan mübahisəni kənardan görmüş, lakin Röyalın Əli kişini vurduğunu görməmişdir. İstintaqda yazılmış ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Təqsirləndirilən şəxs ilə hər hansı düşmənçəliyi, ədavəti və qohumluq əlaqələri yoxdur. O, Bəhrəmbəy kəndində atası Zərərçəkmiş şəxs2 işlətdiyi çayçını həmin günü atası içkili olduğ üçün çayçını o işlətmiş, sonra Röyal gəlmiş onların əvvəlcədən olan borcunu atası içkili olduğu üçün istəmiş, onlar verəcəklərini bildirmişlər, lakin atası içkili olduğu üçün həmin vaxt vermələrini istməmiş, bundan sonra onların arasında mübahisə başlamışdır. Əlavə olaraq bildirdi ki, həmin vaxt o içəridə olmuş, atası Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs əlbəyaxa olmasını görməmiş, istintaqda olarkən onu atası demiş, o sadəcə qol çəkmişdir. Atası Zərərçəkmiş şəxs2 hər hansı xəsarət almasını görməmişdir. O sadəcə Röyalın onun atası Əliyə əgər onun yanında olan adamlar pulu verməsə onun özünün bazar günü verəcəyini bildirmiş, bundan sonra içəridə olan müştərilər çağırdığı üçün o içəri keçmişdir. Lakin dava-dalaş görməmişdir. Röyal pivə içdikdən sonra çıxıb getmişlər, onların qayıtdıqlarını o görməmişdir. Röyalın kiməsə 9 manatı verməsini, sonra özünün verməsini deməsini eşitməmiş, o içəridə olmuş və pivə süzmüşdür. O atasının aynına arada bir gəlmiş və kömək etmişdir. Atasının işlətdiyi kafe Bəhrəmbəy kəndində, kəndin ortasında yerləşir və həmin kafe arendadır. O arada bir parnikə işləməyə gedir və arada atasının yanında işləyir. Atası Zərərçəkmiş şəxs2 həftədə bir dəfə içir. Onlar həmin kafedə çay və pivə verirlər. Hadisənin nə zaman baş verməsi yadında deyil. Röyal həmin kafeyə dostları ilə gəlmişlər və 4 nəfər olmuşlar. Onlar kafedə çöldə besetkada oturmuşlar və onlardan başqa çöldə heç kəsi görməmişdir. Röyalgil 4 pivə sifariş vermişlər, onlar pivəni 1.50 manata satırlar. Ona həmin pulu bazar günü verəcəklərini bildirmişlər və onların cəmi hesabı 10 manat etmişdir. O atası Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan söhbətdə tam dəqiqliyi ilə iştirak etməmiş, həmin vaxt o içəridə olmuş və içəridə olarkən hər hansı səs-küy və ya dava-dalaş eşitməmişdir. Sonradan o çölə çıxdıqda atasının içkili olmasını ayaq üstə dura bilməməsini görüb onu içəri aparmış, bundan sonra isə öz işinə davam etmişdir. Həmin yerə adamlar yığışmamış, orada olanlar içəridə çay içmişlər və domino oynamışlar. O, atası Zərərçəkmiş şəxs2 hər hansı xəsarət görməmişdir. Polisdə ifadə verərkən ona hər hansı təyziq və təsir olmamış, polisdə ifadə verərkən o, atasında hər hansı xəsarət olmasını deməmişdir. Danışılanları atası danışmış, o sadəcə imza edtmişdir. Mübahisənin nə vaxt olmasını xatırlamır. Röyal atasının işlətdiyi kafeyə gəlib-getmişdir. Röyalın atası Əli ilə dava etməsini görməmişdir. Röyal atası Əlinin yaxasından tutmasını, pulu cırıb atmasını və 3 manat pul qoymasını görməmiş, həmçinin Röyalın nalayiq ifadə işlətməsini eşitməmiş və Röyalın atasını vurmasını görməmişdir. O, içəridə pivə vermişdir. Dava, səs-haray görməmişdir. Sadəcə atası pulu istəyərkən eşitmiş və atası içkili olduğu və ayaq üstə dura bilmədiyindən o atasını içəri gətirmişdir. Röyal pulu bazar günü verəcəyini bildirmiş atası Əli isə pulunu indi verməsini istəmiş daha sonra o çıxıb atasını içəri gətirmişdir. Röyalın onun atası Əlinin yaxasından tutmasını, həmçinin onların bir-birləri ilə mübahisə etməsini görməmişdir. Röyalın kafedə olarkən kiməsə qarşı ümumiyyətlə nalayiq ifadə işlətməsini görməmişdir. İş materiallarına əlavə edilmiş Şahid5 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, məhkəmə proseslərinin hər birinin onun iştirakı olmadan keçirilməsinə narazılığının olmamasını, izahatında göstərdiyi ifadələrini təsdiq etdiyini, səhəti ilə əlaqədar olaraq olaraq gələ bilmədiyini göstərmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Gəncə şəhəri, Mahrasa Bağı ev 17, mənzil 37-də qeydiyyatda olmaqla yaşayır, evlidir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək kimi fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs1 şikayətinin mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs1 tanıyır, Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayında Gəncə şəhər ərazisində avtoqəza zamanı Şahid4 İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edərək döydüyü üçün şikayət əsasında aparılan araşdırma nəticəsində Gəncə ŞBPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və xx.xx.2023-cü il tarixdən barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı istintaq təcridxanasıa yerləşdirilmişdir. İş üzrə zərərçəkmiş şəxslər o və Şahid4 İsrafil oğlu olmuşdur. Lakin bununla bağlı o Zaurun ailə üzvlərindən və tanışlarından heç kəslə sonuncu ilə barışıq əldə etmək üçün danışığa getməmişdir. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, qeyd edilən adlı şəxslə heç bir tanışlığı olmamış, Təqsirləndirilən şəxs tərəfindən və yaxud başqa bir şəxs tərəfindən Zərərçəkmiş şəxs1la barışmaq üçün ona və Şahid4 İsrafil oğluna hərhansı bir məbləğdə pul verilməmişdir. Onunla və yaxud qeyri bir şəxslə Göygöl rayonu heyvan bazarında görüşməmiş, Zərərçəkmiş şəxs1la barışıq əldə etmək üçün heç bir məbləğdə pul almamış, Zərərçəkmiş şəxs1la heç vaxt telefon əlaqəsi saxlamamışdır. Zərərçəkmiş şəxs1la barışıq əldə etmək üçün ona heç kəs zəng etməmiş, bu barədə danışmamış, həmin şəxslərin heç biri ilə görüşməmişdir. Şahid3 adında şəxsi tanımır, kimliyi barədə heç bir məlumatı yoxdur. Röyal adlı şəxsin Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirtdiyini, Zərərçəkmiş şəxs1 onlarla danışmayacağını ehtimal etdiyi üçün pulu Tofiqə verdiyini deməsini düşünür. İş materiallarına əlavə edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-in 213.1.1ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət tərkibli əməl aşkar olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, qərarın sürətinin məlumat üçün maraqlı tərəfə göndərilməsi və materialın saxlanması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs2 müraciəti əsasında aparılan araşdırma zamanı Göygöl rayony Yeni Qızılca kəndində yerləşən hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş, şəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Hüquqi şəxsin Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli 294 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, boyun nahiyyəsinin yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-in 213.1.1ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1061 nömrəli material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə şübhəli şəxs kimi tanınması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 18:00-da Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şübhəli şəxsin MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardam görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/89 nömrəli material üzrə Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın əsassız olduğundan ləğv edilməsi, materialın əlavə araşdırma aparılması üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul olunmuş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 mütəxəssis qismində təyin edilməsi, mütəxəssis X11 Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin ona izah edilməklə, Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdar edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələri izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Göygöl rayon Polis Şöbəsinin Cinayət X13 rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən heyvan bazarında Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pulu verməsini bildirdiyi Tofiq adlı şəxsin kimlik məlumatları dəqiqləşdirilməsi, hadisə şahidlərinin müəyyən edilməsi ətrafında müvafiq əməliyyat tədbirləri keçirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 almış olduğu pulu kiməsə verib verməməsi istiqamətində əməliyyat tədbirləri keçirilərək istintaqa məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Göygöl rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 4000 (dörd min) manat pulu Zərərçəkmiş şəxs1 Gəncə şəhər məhkəməsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxslərə verməklə barışıq əldə edəcəyi barədə vəd verməklə alması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs almış olduğu 4000 (dörd min) manat pulu Zərərçəkmiş şəxs1 Gəncə şəhər məhkəməsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxslərə verməsini təsdiq edəcək məlumatın əldə edilməsi mümkün olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə zamanı hadisənin şahidi ola biləcək şəxslərin olması, Tofiq adlı şəxsin müəyyən edilməsi olunmamışdır. Buna baxmayaraq tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hərhansı istintaq marağı doğuracaq məlumat əldə olunarsa əlavə məlumat veriləcəkdir. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığına görə dayandırılması, qərarın sürətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələri izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığına görə dayandırılması, qərarın sürətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsin tanınmasının aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokldan və ona əlavə edilmiş foto şəkildən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Şahid4 İsrafil oğlunu tanımasının dəqiqləşdirilməsi məqsədi ilə sonuncu əlavə iki nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş, tanınma zamanı Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş şəxslərin arasında olmadığını bildirərək Şahid4 tanımamışdır. “Üzləşdirmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid4 İsrafil oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxslə görüşmədiyini, onunla heç bir danışığa getməyərək hərhansı bir məqsədlə heç bir miqdarda pul almadığını Təqsirləndirilən şəxs üzünə demişdir. “Üzləşdirmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pulun zərəçəkmiş şəxslərlə danışdığını, pulu onlara vermək üçün aldığını deməsini sonuncunun üzünə deyərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Üzləşdirmə istintaq hərəkəti video çəkilişdən istifadə edilərək qeydə alınmış, üzləşdirmə zamanı qeydə alınmış görüntülər 01 ədəd diskdə cinayət işi materialların əlavə edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə əməlin həmin maddədən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 221.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaq olunan cinayət işindən onunla əlbir olaraq Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək pulunu ələ keçirmiş, istintaqla müəyyən edilə bilməyən şəxslərin məsuliyyətə cəlb olunmasından ötrü Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə şəxsə görə ayrıca cinayət işi başlanaraq icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alınmaması, cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertin rəyi, üzləşdirmə və tanınmaya təqdim etmə istintaq hərəkətlərinin protokolları, digər istintaq hərəkətləri protokolları, təkzibedilməz istintaq sənədləri sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 221.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və ibtidai istintaqın aparılması üçün icraata götürülməsi, ********* nömrəli cinayət işinin istintaq materiallarından sənədlərin sürətləri çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 almış olduğu 4000 (dörd min) manat pulu Göygöl rayonu ərazisində yerləşən heyvan bazarında sonuncuların deməsi ilə Tofiq adlı şəxsə verdiyi üçün özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini, həmçinin Zərərçəkmiş şəxs2 döymədiyi üçün özünü həmin xüsusat üzrə ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və ifadəsində göstərdiyi xüsusatlar Azərbaycan Respublikası CPM-nin 287-ci maddəsinə əsasən vəsatət kimi qəbul edilərək baxılmış, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi müdafiəsi xarakteri daşıdığından vəsatət olaraq qəbul edilərək baxılmaqla vəsastətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Gəncə şəhər psixonevroloji dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 4259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər narkoloji dispanserdən alınmış xx.xx.2024-cü i tarixli 4244 nörməli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayonu İcra Hakimiyyəti başçısının Qabaqtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-42-12/2-279/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayonu Təzəkənd kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda nümayəndəlik ərazisində yaşamır. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayonu İcra Hakimiyyəti başçısının Qabaqtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Daşkəsən Rayonu Təzəkənd kəndində qeydiyyatda olmasına baxmayaraq, yaşamır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə yazılı və şifahi heç bir ərizə və müraciət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayət Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 126.1, 70-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə, 04 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi qalmamışdır. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 14 saylı Cəzaçəkmə müsəssisəsi tərəfindən məhkəməyə göndərilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi iyan ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, barəsində olan CM-nin 178.1-ci maddəsi ilə özünü tam təqsirli bilir və ziyanı tam ödədiyi üçün cinayət məcəlləsinə CM-nin 73-cü maddəsi ilə xitam verilməsini, həmçinin özünü CM-nin 128-ci maddəsi ilə də təqsirli bilməsini və zərərçəkmiş şəxslə barışdının nəzərə alınaraq cinayət təqibinə və cinayət işi üzrə icraata CM-nin 73-cü maddəsi ilə xitam verilməsini xahiş etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128 və 178.1-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, 29 may 2024-cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada sonuncu ilə çayxanaya borcu olan şəxslərdən pul istəməsinin üstündə çayxanada olan çoxsaylı insanların yəni, Şahid7, Şahid6, Şahid9, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin gözü qarşısında, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan qəflətən Zərərçəkmiş şəxs2 boğazından tutub, sıxmaqla sonuncuya boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, boyun nahiyyəsinin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, o, istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 4 000 (dörd min) manat pul verəcəyi halda sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Gəncə şəhər Məhkəməsində, məhkəmə istintaqı aparılan 546/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs Şahid4 İsrafil oğluna dəymiş ziyanı qəbul etdirməyi, eləcə də şikayət və tələbinin olmamasına dair ərizə yazdıracağı barədə adını bildirmədiyi istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsilə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 tapşırığı əsasında sonuncunun qardaşı Şahid1 2023-cü ilin noyabr-dekabr aylarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “OBA” marketin yaxınlığında 4000 (dörd min) manat pulu nağd şəkildə alıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyərək həmin pul məbləğini qrup üzvüləri arasında bölməklə zərəçəkmiş şəxsə maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Həmçinin məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı digər sübut əldə olunmamış, bununla bağlı cinayət təqibi orqanı tərəfindən hər hansı sübut toplanılaraq isnad edilməmişdir. Belə ki, CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Məhkəmə CPM-in 126.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, digər hər hansı bir sübutun olmadığı və sübutların məcmusu ilə təsdiq edilmədiyi bir vəziyyətdə, sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrə əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunub iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olduğu iddia edilən istintaqa məlum olmayan şəxsin cinayətin subyekti sayılıb-sayılmaması (yaş və anlaqlılıq baxımından) müəyyən edilmədən sadəcə olaraq Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlməsi qeyd edilməklə kifayətlənilmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə bağlı heç bir mötəbər sübut mövcud olmamış, ibtidai istintaq isə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq cinayətinin nəzərdə tutulduğu 178.2.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş zərərçəkmiş şəxsin oğlu Şahid7 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışları olan Ramiz, Babək və Şahin adlı şəxslərlə Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada pivə içmişlər və nəticədə onların Zərərçəkmiş şəxs2 borcları yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 növbəti bazar günə qədər onlar borclarını ödəməsələr, yaranmış 12 manat borcu özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra 29 may 2024-cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada tanışları ilə oturub pivə içərkən Zərərçəkmiş şəxs2 sərxoş vəziyyətdə onun yanında olan şəxslərdən borcunu istəmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 cümə günü olmasını, onun dediyi vaxtadək iki gün qalmasını və bazar günü borcunu qaytaracağını demiş, lakin Zərərçəkmiş şəxs2 israrla borcunu tələb etmiş, Təqsirləndirilən şəxs “get çayçıya, gəlib verəciyik” demiş, Zərərçəkmiş şəxs2 isə bundan sonra “mənim pulumu yeyəyin varını yoxun.....” sözlərini işlətmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı qarşı heç bir söyünc işlətmədən üstünə gələrək niyə söyünc işlətdiyini deyərək Zərərçəkmiş şəxs2 boğazından tutub, sıxmaqla sonuncuya boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, boyun nahiyyəsinin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmiş. Həmin vaxt Zərərçəkmiş şəxs2 oğlu Şahid7 atası pulu istəyərkən eşitmiş və atası içkili olduğu və ayaq üstə dura bilmədiyindən atasını çayxananın içərisini aparmışdır. Həmçinin hadisənin bilavasitə şahidi olmuş Şahid7 baş vermiş mübahisə və dava zamanı Təqsirləndirilən şəxs nalayiq sözlərdən istifadə etməsini eşitmədiyini və ətrafa kənar şəxslərin toplaşmadığını, atası Zərərçəkmiş şəxs2 içkili vəziyyətdə olduğunu və ayaq üstə dura bilmədiyini, bu səbəbdən onu çayxananın içərisini aparmasını bildirmişdir. Bununla da məhkəmə ibtidai istintaq orqanının qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada heç bir kənar şəxslərə yönəlmədən, şəxsi münasibətlər zəminində, yəni mübahisənin təqsirləndirilən şəxsin yanında olan şəxslərdən zərər çəkmiş şəxsin borcunun tələb edilməsinə görə yaranması və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə nalayiq ifadə işlətməklə danışması səbəbindən mübahisənin yaranması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı heç bir söyünc işlətmədən əli ilə Zərərçəkmiş şəxs2 boyun nahiyyəsindən tutması, həmin gün kafeni işlədən Zərərçəkmiş şəxs2 oğlu Şahid7 gəlib baş vermiş mübahisəni görməsi və atası Zərərçəkmiş şəxs2 çayxananın içərisinə keçirməsi, bundan sonra Təqsirləndirilən şəxs heçnə etmədən sakitcə dayanması müəyyən edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək Təqsirləndirilən şəxs Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada sonuncu ilə çayxanaya borcu olan şəxslərdən pul istəməsinin üstündə çayxanada olan çoxsaylı insanların yəni, Şahid7, Şahid6, Şahid9, eləcə də şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin gözü qarşısında, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan qəflətən Zərərçəkmiş şəxs2 boğazından tutub, sıxmaqla sonuncuya boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, boyun nahiyyəsinin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlər etməsi qeyd edilsə də, bu hərəkətlərin nədə ifadə olunması göstərilməmiş və belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi boyu nahiyyəsindən tutması səbəbsiz yerə baş verməmişdir. Belə ki, tədqiq edilmiş sübutlar birmənalı olaraq təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin yanında olan şəxslərdən borcunu tələb etməsi və onun borcu bazar günü ödəyəcəklərini bildirməsindən sonra, zərərçəkmiş şəxsin təşəbbüsü ilə ilk olaraq təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi ilə mübahisənin başlanmasını, sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə bu hadisəni törətməsini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən-Zərərçəkmiş şəxs2 onun yanında olan şəxslərdən borcunu istəməsi və sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs2 nalayiq ifadə işlətməsi və davranışları nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin boyunundan tutması onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-259/2024 nömrəli hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 70-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə, 04 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(100)-259/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş, 03 il 06 ay azadlıqdan məhrum etmə, 04 il şərti sınaq müddəti cəzası müstəqil icra edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 190 (bir yüz doxsan) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-259/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş, 03 il 06 ay azadlıqdan məhrum etmə, 04 il şərti sınaq müddəti cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 190 (bir yüz doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar