Məhkəmə qərarları › İş №1(066)-17/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-17/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-17/2024 02.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim, Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Abdullah oğlunun, müdafiəçisi Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Türkiyə Respublikası Erzurum şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası Tbilisi şəhərində yerləşən RTP Logistik şirkətində sürücü işləyən, Türkiyə Respublikası Erzurum şəhəri Yunus Amre məhəlləsi,Səkili küçəsi Efe Yakup korporativi, blok A,ev 03-də qeydiyyatda olan və hazırda Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küçəsi ev 2də müvəqqəti yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Abdullah oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Abdullah oğlu 15 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən 370-ci kilometrliyində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı madəsinin 1-ci hissənin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşını Bakı istiqamətində hərəkət etdirərkən hərəkətdə olduğu zolaqda avtomaşının ön sağ hissəsi ilə onunla eyni istiqamətdə adi yerişlə hərəkət edən piyada X5 vurması nəticəsində sonuncuya başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə qansızma (hematoma), sağ və sol 1-2-3-4-cü qabırğaların yerinidəyişmiş sınıqları, sınıqətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, diafraqmanın, dalağın, qaraciyərin və mədənin cırılması,hər iki körpücük sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumaq toxumalara qansızma, sağ baldır sümükərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları, sol körpücük, sol bazu, sağ kürək, sağ dirsək, sağ əlin 2-ci barmağının və sol bud nahiyələrinin sıyırıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Abdullah oğlu ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Türkiyə Respublikası vətəndaşıdır, Gürcüstan Respublikası Tbilisi şəhərində yerləşən RTP Logistik şirkətində sürücü işləyir, şirkətə məxsus RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu (RT- 002-P) Gürcüstan qeydiyyat nişanlı) yük avtomaşınını idarə edir. xx.xx.2023-cü il tarixdə Tibilisi şəhərində olarkən Azərbaycan Respublikasına seramik yükü aparmaq üçün qeyd edilən avtomaşının qoşqusuna yükü yükləyib Tbilisi şəhərindən Azərbaycan istiqamətində hərəkətə başlamış, 3 gün sərhəd buraxılış məntəqəsində qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Gürcüstan Respublikası ərazisindən Qırmızı-Körpü Gömrük nəzarət postundan Azəbaycan Respublikası ərazinə daxil olaraq Bakı istiamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən saat təxminən 19:30 radələrində havanın qaranlıq vaxtında 70-80 km/saat sürətlə həmin yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçəndə avtomaşını yolun sağdan birinici zolağı ilə hərəkət etdirərkən bir anda qarşıda öz hərəkət zolağının tən ortası ilə bir nəfər oğlanın telefonu sağ qulağına dirəyərək üzü Bakı istiqamətində hərəkətdə olduğunu görüb piyadanı vurmaamq üçün tormozu basıb sükanı sola burmuş,lakin buna baxmayaraq həmin hərəkət zolağının üzərində avtomaşının ön sağ hissəsi ilə piyadanı vuranda piyada zərbənin təsirindən qarşıya atılaraq yerə yıxılmışdır. Avtomaşından düşəndən sonra piyadaya yaxınlaşanda huşsuz olduğunu görüb öz telefonu ilə təcili tibbi yardıma zəng edərək məlumat vermiş və hərəkətdə olan nəqliyyat vasitələrini saxlayıb kömək etmələrini xahiş etmişdir. Bundan sonra hadisə yerinə Təcili tibbi yardım gəlib piyadanın öldüyünü bildirmişlər. Törətdiyi əmələ görə peşimançılıq çəkir. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum Elvin Ələsgərov oğlu olmuş, sağlığında bir evdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında oğlu Elvin, Göygöl rayonu Balçılı kəndi ərazisində yerləşən “Sərin” adlanan şadlıq sarayına toya getmişdir. Həmin gün təxminən saat 21 radələrində evdə olduğu zaman telefonuna zəng edilərək oğlu Elvinin, Bakı-Qazax yolunun Göygol rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Göygöl MRX-na aparıldığı bildirilmişdir.Xəbəri eşidən kimi xəstəxanaya getmiş, lakin xəstəxnaya çatanda oğlunun almış olduğu xəsarətlərdən öldüyünü görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, oğlu Elvin şadlıq sarayından çıxandan sonra piyada olaraq yolu keçmək istəyəndə Bakı istiqamətində hərəkətdə olan sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Abdullah oğlu idarə etdiyi Renault markalı qoşqulu yük avtomaşını ilə Elvini vurmuşdur. X7 baş vermiş yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölməsinə baxmayaraq bu barədə sürücü, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Abdullah oğluna qarşı heç bir şikayət və tələbi yoxdur.Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs Abdullah oğlundan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində YPXA-nın Şəmkir rayonu ərazisində yerləşən 724 saylı YPX postunda xidmətdə olarkən BDYPİ-nin növbətçi hissəsindən telefon vasitəsi ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmiş, məlumatı alaın kimi dərhal qeyd ediən hadisə yerinə getmiş və hadisə yerinə çatanda RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu (RT-002-P) Gürcüstan qeydiyyat nişanlı) yük avtomaşınının cavan oğlanı vurduğunu, nəticədə piyadanın huşsuz vəziyyətdə yolda olduğunu görüb bu barədə istintaq qrupuna zəng edərək məlumat vermişdir. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələndən sonra piyadanın almış olduğu xəsarətdən öldüyünü bildirib meyiti aidiyyəti üzrə meyitxanaya aparmış, təhqiqatçı,polis kapitanı Nemət Cəfərov hadisə yerinə gəldikdən sonra hadisə yerini müayinə etmiş, bundan sonra sürücü həkim narkoloq müayinəsindən keçirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - MTE və PA Birliyinin Göygöl rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 22 nömrəli rəydə göstərilmişdir ki, mərhm X4 meyiti üzərində aşkar edilmiş xəsarətlər- başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə qansızma (hematoma),sağ və sol 1- 2-3-4-cü qabırğaların yerinidəyişmiş sınıqları, sınıqətrafı yumşaq toxumalara qansızma,hər iki ağciyərin, diafraqmanın, dalağın, qaraciyərin və mədənin cırılması,hər iki körpücük sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumaq toxumalara qansızma, sağ baldır sümükərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları, sol körpücük, sol bazu, sağ kürək, sağ dirsək, sağ əlin 2-ci barmağının və sol bud nahiyələrinin sıyırıqları küt əşyanın təsirindən əmələ gəlmişdir, həmin xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.Mərhum E.Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsi və qarının küt travması nəticəsində əmələ gələn-qabırğaların və körpücük sümüklərinin çoxsaylı sınıqları,hər iki ağciyərin,diafraqmanın,dalağın və qaraciyərin cırılmasından əmələ gələn-tramatik və hemoragik şok olmuşdur. Mərhum E.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilmədi. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixi 3-16-16/2- 8/3372 nömrəli rəyində göstərilmişdir ki, Renault markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqlu yük avtomaşının sürücüsü Təqsirləndirilən şəxs Abdullah oğlunun hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -18 oktyabr 2023-cü il tarixdə Bakı-Qazax –Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən 370-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi baş vermiş hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir - İş üzrə Göygöl RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşın maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş və avtomaşın saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs Abdullah oğluna qaytarılmışdır. - Təqsirləndirilən şəxs Abdullah oğlunun hadisə zamanı sərxoş olmaması xx.xx.2023-cü il tarixli 301 saylı “sərxoşluq vəziyətinin tibbi müayinəsi” aktı ilə tam təsdiq edilmişdir. - AK seriyalı 203011 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Abdullah oğlunun xx.xx.2006-cı il tarixdən xx.xx.2029-cu il tarixədək qüvvədə olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abdullah oğlu əvvəllər məhkum edilməmişdir. - X1 atası Zərərçəkmiş şəxs istintaq zamanı təqdim etdiyi notarial qaydda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-11380 № ilə qed edilib informasiya sisteminə daxil edilmiş ərizəsində Təqsirləndirilən şəxs Abdullah oğluna qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. - Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli reyestrdə 8İ-447 № ilə qed edilib informasiya sisteminə daxil edilmiş ərizəsində göstərmişdir ki, Göygöl rayon Məhkəməsinin icraatında olan cnayət işi üzrə zərər çəkmiş şəxsdir. Təqsirləndirilən şəxs Abdullah oğlu ilə barışmışlar, odur ki, heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Abdullah oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Abdullah oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Abdullah oğlunun əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdullah oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs Abdullah oğlundan tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs Abdullah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs Abdullah oğlunun hadisəni törətdiyi zaman idarə etdiyi RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşın saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs Abdullah oğluna qaytarılması nəzərə alinmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur.Həmçinin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Abdullah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (alti) ay müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abdullah oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abdullah oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Abdullah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Abdullah oğlundan tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs Abdullah oğlunun hadisəni törətdiyi zaman idarə etdiyi RENAULT T480 markalı RT-001-PL Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşın saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs Abdullah oğluna qaytarılmişdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar