Məhkəmə qərarları › İş №1(066)-17/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-17/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-17/2025 21.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə,

1. xx xxxxxxxx 1975-ci ildə Xanlar rayonu, Haçaqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göygöl rayonu, Haçaqaya kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə,

2. 24 avqust 1985-ci ildə Xanlar rayonu, Haçaqaya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1(bir) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Göygöl rayonu, Haçaqaya kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyənetdi:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qrup halında balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan elektrik enerjisini suya ötürərək qanunsuz balıq tutmuşdur.

2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qrup halında balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan elektrik enerjisini suya ötürərək qanunsuz balıq tutmuşdur. Təqsirləndirilən şəxs1 elektrik xəttinə qoşularaq elektrik enerjisini suya ötürülməsi nəticəsində balıq və ya digər su bioresurslarının kütləvi məhvinə səbəb olan kustar üsulla hazırlanmış balıq ov alətləri ilə qabaqçadan əlbir olan bir qrup şəxs halında tanışı və həmyerlisi olan Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz ovlamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Haça Qaya kəndi ərazisindən keçən “Qoşqarçay” çayına gedərək, əvvəlcədən hazırladıqları təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan 1,5 metr uzunluğunda plastik boruya bağlanmış halda 50 metr uzunluğunda elektrik naqilinin və bir ədəd balığı sudan çıxarmaq üçün istifadə edilən tordan istifadə etməklə kəndə daxil olan ümumi elektrik xəttinə qoşularaq elektrik enerjisini suya ötürməklə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri qanuni ov edilməsi ilə bağlı cərimələr” adlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarının ölçüsündən və çəkisindən asılı olmayaraq balıq, su heyvanı və onurğasıza ziyan vurması ilə nəticələnən 10-cu bəndinə əsasən “Şirbit” balığının 1 (bir) ədədinin qiyməti 33 (otuz üç) manat olmaqla, 103 (bir yüz üç) ədədin qiyməti 3.399 (üç min üç yüz doxsan doqquz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan qabaqçadan əlbir olan bir qrup şəxs halında qanunsuz balıq tutmuşdur. Təqsirləndirilən şəxs2 elektrik xəttinə qoşularaq elektrik enerjisini suya ötürülməsi nəticəsində balıq və ya digər su bioresurslarının kütləvi məhvinə səbəb olan kustar üsulla hazırlanmış balıq ov alətləri ilə qabaqçadan əlbir olan bir qrup şəxs halında tanışı və həmyerlisi olan Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz ovlamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Haça Qaya kəndi ərazisindən keçən “Qoşqarçay” çayına gedərək, əvvəlcədən hazırladıqları təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan 1,5 metr uzunluğunda plastik boruya bağlanmış halda 50 metr uzunluğunda elektrik naqilinin və bir ədəd balığı sudan çıxarmaq üçün istifadə edilən tordan istifadə etməklə kəndə daxil olan ümumi elektrik xəttinə qoşularaq elektrik enerjisini suya ötürməklə “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri qanuni ov edilməsi ilə bağlı cərimələr” adlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarının ölçüsündən və çəkisindən asılı olmayaraq balıq, su heyvanı və onurğasıza ziyan vurması ilə nəticələnən 10-cu bəndinə əsasən “Şirbit” balığının 1 (bir) ədədinin qiyməti 33 (otuz üç) manat olmaqla, 103 (bir yüz üç) ədədin qiyməti 3.399 (üç min üç yüz doxsan doqquz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla təbiətdə balıqların və ya başqa su heyvanlarının kütləvi məhvinə səbəb olan qabaqçadan əlbir olan bir qrup şəxs halında qanunsuz balıq tutmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Rəşad ilə birlikdə “Qoşqar” çayının kəndlərindən keçən hissəsindən balıq tutmaq qərarına gəlmişlər. Həmin gün təxminən saat 14 radələrində “Qoşqar” çayının sahilinə getmişlər. Həmin yerə getməkdə məqsədləri balıq ovlamaq olmuşdur. Oraya gedən zaman onlar çaydan balıq tutmaq üçün 50 metr uzunluğunda naqilini 1,5 metr uzunluğunda plastik boruya bağlamışlar, bir ədəd də balığı sudan çıxarmaq üçün sapı ağacdan olan tor düzəltmişlər. Bundan başqa tutacaqları balığı yığmaq üçün plastik vedrə götürmüşlər. Orada naqilin ucunu kəndə daxil olan ümumi işıq xəttinə yerdən qarmaq şəklində bağlamışlar və əllərindəki qurğuda elektrik cərəyanı yaranmışdır. Sonra Rəşad ayağına çəkmə geyinərək çaya girmiş və suya elektrik cərəyanını ötürmüşdür. O isə toru götürərək, ayağına çəkmə geyinib çaya girmişdir. Təxminən bir saat ərzində onlar Qoşqar çayından 103 (yüz üç) ədəd çay balığı tutmuşlar. Onlar tutduqları balığı və digər əşyaları götürüb evə gedən zaman ekologiya idarəsinin əməkdaşları və polis əməkdaşları onları saxlamışlar. Balıq ovlamaq üçün istifadə etdikləri vasitələr yəni, elektrik naqili, bir ədəd plastik boru və bir ədəd tor Rəşadla ona məxsusdur. Həmin istifadə etdikləri vasitələri və tutduqları 103 (yüz üç) ədəd adı sonradan məlum olan “şirbit” balıqlarını təqdim etmişlər. Onlar birinci dəfədir ki, bu üsulla balıq ovlayırlar, əvvəllər bu üsulla balıq ovlamamışdır. Çaydan balıqları Rəşad ilə birlikdə ovlamışlar, başqa heç kimin köməyindən istifadə etməmişlər, balıqları özləri bişirib yemək məqsədi ilə tutmuşlar. Sonda əməlindən peşiman olmasını, imkanı zəyif olması səbəbindən zərəri ödəyə bilməməsini və himayəsində körpə uşaqlarının olmasının nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Rəşad ilə birlikdə “Qoşqar” çayının kəndlərindən keçən hissəsindən balıq tutmaq qərarına gəlmişlər. Həmin gün təxminən saat 14 radələrində “Qoşqar” çayının sahilinə getmişlər. Həmin yerə getməkdə məqsədləri balıq ovlamaq olmuşdur. Oraya gedən zaman onlar çaydan balıq tutmaq üçün 50 metr uzunluğunda naqilini 1,5 metr uzunluğunda plastik boruya bağlamışlar, bir ədəd də balığı sudan çıxarmaq üçün sapı ağacdan olan tor düzəltmişlər. Bundan başqa tutacaqları balığı yığmaq üçün plastik vedrə götürmüşlər. Orada naqilin ucunu kəndə daxil olan ümumi işıq xəttinə yerdən qarmaq şəklində bağlamışlar və əllərindəki qurğuda elektrik cərəyanı yaranmışdır. Sonra o, ayağına çəkmə geyinərək çaya girmiş və suya elektrik cərəyanını ötürməklə çayda olan balıqları qanunsuz olaraq ovlamışlar. Elşən isə tor ilə balıqları tutmuşdur. Təxminən bir saat ərzində onlar Qoşqar çayından 103 (yüz üç) ədəd çay balığı tutmuşlar. Onlar tutduqları balığı və digər əşyaları götürüb evə gedən zaman ekologiya idarəsinin əməkdaşları və polis əməkdaşları onları saxlamışlar və Göygöl RPŞ-yə dəvət etmişlər. Balıq ovlamaq üçün istifadə etdikləri vasitələr yəni, elektrik naqili, bir ədəd plastik boru və bir ədəd tor Elşənlə ona məxsusdur. Həmin istifadə etdikləri vasitələri və tutduqları 103 (yüz üç) ədəd adı sonradan məlum olan “şirbit” balıqlarını təqdim etmişlər. Onlar birinci dəfədir ki, bu üsulla balıq ovlayırlar, əvvəllər bu üsulla balıq ovlamamışdır. Çaydan balıqları Elşən ilə birlikdə ovlamışlar, başqa heç kimin köməyindən istifadə etməmişlər, balıqları özləri bişirib yemək məqsədi ilə tutmuşlar. Sonda törətdiyi əməldən prşiman olmasını, iki az yaşlı uşağının olmasını və aliment ödəməsini, himayəsində xəstə anası olmaqla ona baxmasının nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 24 fevral 2024-cü il tarixdə saat təxminən 04:30 radələrində ona qudasından zəng gələrək, hal-hazırda 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf-mühitin mühafizəsinə nəzarət və ekoloji-manitorinq sektorunun su hövzələrində bioloji resurslarına nəzarət qrupunun qrup rəhbəri, məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 09 sentyabr 2024-cü il tarixdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Göygöl rayonu Haçaqaya kəndi ərazisindən keçən Qoşqarçay çayında keçirilmiş tədbirlər nəticəsində Göygöl rayon Haçaqaya kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elektrik cərəyanı vasitəsilə balıq ovladığı müəyyən olunmuş və onlardan götürülmüş 103 (yüz üç) ədəd balıqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş 103 (yüz üç) ədəd balıqlar bioloji əlamətlərinə görə “şibrit” balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-cı və 2.5.18-ci hissəsinə əsasən icazə verilməyən yerlərdə və elektrik cərəyanının tətbiq edilməsi ilə balıq və digər su bioresurslarının ovu qadağandır. Həmin balıqların qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən hesablanır və həmin bəndə əsasən “şibrit” balığının qanunsuz tutulması ilə vurulan ziyan bir balığa görə 33 manatdır. Onlar tərəfindən hesablama aparılaraq balıq ehtiyatlarının qanunsuz ovlanmasına görə təbiətə dəymiş ziyanın məbləğinin 3.399 (üç min üç yüz doxsan doqquz) manat olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2007-ci ildən DİO-da, 2019-cu ildən tutduğu vəzifədə, yəni Göygöl rayon X16 Təhlükəsizlik bölməsinin sahənin polis nəfəri vəzifəsində çalışır, polis baş serjantı rütbəsindədir. 09 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində İTB-nin sahənin polis nəfəri polis serjantı Şahid2la birlikdə xidməti ərazidə olan zaman, 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə ilə birlikdə qanunsuz heyvan ovunun qarşısının alınması məqsədilə reyd aparan zaman Göygöl rayonu Haça Qaya kəndindən keçən Qoşqarçay çayında adı sonradan onlara məlum olan həmin kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək gərginlikli elektriklə qanunsuz balıq ovu ilə məşğul olmaları onlar tərəfindən aşkar olunmuşdur. Onlar həmin şəxslərə yaxınlaşdıqda onlarda kustar üsulla hazırlanmış elektrik cərəyanı qoşulan qurğu, kustar üsulla hazırlanmış tor, bir ədəd plastik vedrə və vedrənin içərisində ovlanmış balıqlar olduğunu müəyyən etmişlər. Həmin şəxslərin əllərində olan maddi sübutlarla birlikdə barələrində tədbir görülməsi üçün RPŞ-yə gətirilərək aidiyyəti üzrə təhvil verilmişlər. RPŞ-nin inzibati binasında dəvət olunmuş 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə tərəfindən baxış keçirildikdə qanunsuz ovlanmış balıqların “şibrit” balığı olması və 103 ədəd olması müəyyən olunmuşdur. Balıqların qanunsuz ovlanmaları nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın 3.399 manat olması barədə məsləhətçi müfəttiş tərəfindən arayış və rəy tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 09 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində İTBnin sahənin polis nəfəri polis baş serjantı Şahid1la birlikdə xidməti ərazidə olan zaman, 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə ilə birlikdə qanunsuz heyvan ovunun qarşısının alınması məqsədilə reyd aparan zaman Göygöl rayonu Haça Qaya kəndindən keçən Qoşqarçay çayında adı sonradan onlara məlum olan həmin kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək gərginlikli elektriklə qanunsuz balıq ovu ilə məşğul olmaları onlar tərəfindən aşkar olunmuşdur. Onlar həmin şəxslərə yaxınlaşdıqda onlarda kustar üsulla hazırlanmış elektrik cərəyanı qoşulan qurğu, kustar üsulla hazırlanmış tor, bir ədəd plastik vedrə və vedrənin içərisində ovlanmış balıqlar olduğunu müəyyən etmişlər. Həmin şəxslərin əllərində olan maddi sübutlarla birlikdə barələrində tədbir görülməsi üçün RPŞ-yə gətirilərək aidiyyəti üzrə təhvil verilmişlər. RPŞ-nin inzibati binasında dəvət olunmuş 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə tərəfindən baxış keçirildikdə qanunsuz ovlanmış balıqların “şibrit” balığı olması və 103 ədəd olması müəyyən olunmuşdur. Balıqların qanunsuz ovlanmaları nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın 3.399 manat olması barədə məsləhətçi müfəttiş tərəfindən arayış və rəy tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin cinayət haqqında məlumat vermiş şəxsə göndərilməklə, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Göygöl RPŞ-nin İTB-nin sahənin polis nəfəri polis baş serjantı Şahid1 raportla müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində İTB-nin sahənin polis nəfəri serjantı Şahid2 və 10 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi müfəttişi Nümayəndə ilə birlikdə reyd aparan zaman Göygöl rayonu Haçaqaya kəndində yerləşən çayda adı onlara sonradan məlum olan həmin kəndin sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək gərginlikli elektiriklə qanunsuz balıq ovu ilə məşğul olması tərəflərindən aşkar olunmuş, əllərində olan maddi sübutlarla birlikdə barələrində tədbir görülməsi üçün RPŞ-yə gətirərək aidiyyatı üzrə tədvil verdiklərini, göstərilənlərlə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. “Maddi sübutun götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qqnunsuz yolla tutduqları və 01(bir) ədəd qara rəngli plastik vedrədə olan 103 (bir yüz üç) ədəd balığı, 01 (bir) ədəd kustar üsulla hazırlanmış elektrik cərəyanı qoşulan xüsusi qurğu, 01 (bir) ədəd sapı ağacdan olan kustar üsulla hazırlanmış toru Polis şöbəsində 10 saylı Regional Ekelogiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə iştirakı ilə könüllü təqdim etmişlər. Götürülmüş balıq və alətlər saxlanılması üçün aidiyyəti üzrə təhvil verilmiş, götürmə zamanı iştirakçılar tərəfindən heç bir qeyd və əlavə daxil olmamışdır. Təhqiqat zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Su hövzələrində bioloji resurslara nəzarət” qrupunun məsləhətçi müfəttişi X9 tərəfindən verilmiş arayış və rəydən məlum olur ki, 1 ədəd şirbit balığının qanunsuz tutulması ilə vurulan ziyan 33 manat olmaqla 103 ədəd şirbit balıqlarının qanunsuz tutulmasına görü vurulan ziyan 3.399 (üç min üç yüz doxsan doqquz) manat təşkil edir. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd kustar üsulla hazırlanmış elektrik cərəyanı qoşulan xüsusi qurğu, 01 ədəd sapı ağacdan olan kustar üsulla hazırlanmış tor, 01 ədəd qara rəngli plastik vedrə və 103 ədəd şibrit balıqları maddi sübut hesab edilməsi və saxlanılması üçün ayrılmış xüsusi yerdə, balıqlar isə soyuducuda saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X8 iş üzrə mütəxəssis qismində təyin edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən qərarın iş üzrə mütəxəssis təyin edilmiş X10 elan edilməsi qərara alınmışdır. “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respubliaksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqi şəxs olaraq zərərçəkmiş şəxs qismində tanınması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş hüquqi şəxsin cinayət prosesində hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsinin tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət prosesində zərərçəkmiş hüquqi şəxsin müvəkkili edilmiş nümayəndəsi, Azərbaycan Respubliaksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf-mühitin mühafizəsinə nəzarət və ekoloji-manitorinq sektorunun su hövzələrində bioloji resurslarına nəzarət qrupunun qrup rəhbəri, məsləhətçi-müfəttiş Nümayəndə tanınması, zərərçəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası CPM-nin 87.6, 87.7 və 102-ci maddələrində nəzərdə tutulan hüquq və vəzifələrinin elan edilməsi, qərarın Nümayəndə elan edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-in 256.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 256.3-cü maddəsinə tövsif edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs1 təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs2 təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(104)-20/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.1-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 1(100)-86/2019 saylı hökmünün ləğv edilməsi, iş üzrə yeni hökm çıxarılması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və ona həmin maddə ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 25 sentyabr 2018-ci il tarixdən 25 dekabr 2018-ci il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət hazırki hökm ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqa, üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli onun tutlduğu, yəni 31 avqust 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 onun CM-nin 237.2.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökm çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməsi, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut hesab edilərək Samux rayon Polis Şöbəsində saxlanılan, 364,8 qram çəkidə qurudulmamış marixuana və 14 (on dörd) ədəd çətənə bitkisinin məhv edilməsi, narkotik vasitənin məhv edilməsinin Samux rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməsi, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf olunmuş 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində xərcin yarısı, yəni 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(057)-479/2020 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 ərizəsinin təmin edilməsi, xx.xx.1975-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, Göygöl rayonu, Haçaqaya kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nın 234.1-ci maddəsinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzası xx.xx.2020-ci il tarixdə başa çatan məhkum X11 azadlıqdan məhrum etmə cazasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi, Təqsirləndirilən şəxs1 üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs1 16 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs2 16 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən işininin istintaq sənədlərinə əlavə edilmiş maddi sübutun götürmə protokolu və şəkillər, həmçinin mütəxəssis rəyi, təqsirləndirlən şəxslərin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1985-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nın Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47-27/3-2-260 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu, Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi anası xx.xx.1964-cü il təvəllüdlü X1 ibarətdir. Təqsirləndirilən şəxs2 evli olmuş və boşanmış, bir arvadı və iki uşağı vardır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nın Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5599 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5600 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından və alınmış məhkəmə qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4 maddələri ilə 3 il müddətinə AME cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 il 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1975-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nın Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47-27/3-2-259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl rayonu, Haçaqaya kəndində qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi arvadı xx.xx.1987-ci il təvəllüdlü X7, qızı xx.xx.2007-ci il təvəllüdlü X12, oğlu xx.xx.2008-ci il təvəllüdlü X18, qız xx.xx.2009-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl RİHB-nın Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5598 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5599 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından və alınmış məhkəmə qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CMnin 234.1, 237.2.1 maddələri ilə 3 il 9 ay müddətinə AME cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökm ləğv edilərək CM-nin 237.2.1 maddəsi ilə bəraət verilmiş, CM-nin 234.1 maddəsi ilə 1 il 3 ay müddətinə AME cəzası saxlanılmışdır. Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 il 23 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinə görə Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə cərimə, azadlığın məhdudlaşdırılması, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmaması, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilməməklə barışıq əldə olunmaması və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsasları baxımından ona yüngül cəza növünün təyin olunmasını, yaxud onun şərti məhkum olunmasına və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaları təyin etməyə imkan vermir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edilən hallar kimi onun əvvəllər dəfələrlə cinayət törətməsi nəticəsində məhkum olunmasını və vurulmuş zərərdən heç bir ödəniş etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xahişinin təmin edilməsi, Təqsirləndirilən şəxs2 Göygöl rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 01 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi, cəzanın çəkilməmiş müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs2 üzərində nəzarət onun yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, Ş-0003191/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şəxsi işinin qeydiyyatdan çıxarılması göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs2 Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hall müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, vurulmuş zərərdən heç bir ödəniş etməməsi, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə cinayət əməlini 09 sentyabr 2024-cü il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs2 çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının qalan hissəsi isə xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş qalan hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, cinayətin residivin olması, vurulmuş zərərdən heç bir ödəniş etməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, ona Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1(bir) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdilməsi ləğv edilməli, Təqsirləndirilən şəxs2 Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd kustar üsulla hazırlanmış elektrik cərayanı qoşulan xüsusi qurğu, 01 ədəd sapı ağacdan olan kustar üsulla hazırlanmış tor, 01 ədəd qara rəngli plastik vedrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmiş 103 ədəd şibrit balıqları hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxsə təhvil verilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Həmçinin məhkəmə istintintaqında Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün onların işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 21 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, ona Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1(bir) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilsin. Təqsirləndirilən şəxs2 Göygöl Rayon Məhkəməsinin 1(066)-77/2022 saylı 02 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 21 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd kustar üsulla hazırlanmış elektrik cərayanı qoşulan xüsusi qurğu, 01 ədəd sapı ağacdan olan kustar üsulla hazırlanmış tor, 01 ədəd qara rəngli plastik vedrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmiş 103 ədəd şibrit balıqları hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxsə təhvil verilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar