Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-18/2024 19.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Lerik rayonu Kincivo kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Lerik rayonu Kincivo kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 2500 (iki min beş yüz) manat pul verəcəyi halda onun arvadını Abşeron rayonu Xırdalan şəhəri, 1 saylı tam orta məktəbdə müəllim vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verərək, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əvvəl 29 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “Xəzər” ticarət mərkəzinin qarşısında 1800 manat, daha sonra 10 noyabr 2017-ci il tarixdə həmin ünvanda 700 manat olmaqla, cəmi 2500 (iki min beş yüz) manat məbləğində əmlakı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə vahid niyyətlə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o,təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs1 inam və etibardan istifadə etməklə sonuncuya geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Göygöl rayonunda yerləşən məktəblərdən birində 1 illik müqavilə əsasında təsviri-incəsənət müəllimi olaraq işə düzəltdirəcəyi barədə yalandan vəd verərək, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə öz istifadəsində olan "xxxx" ASC-yə məxsus 5103 0714 2797 5723 nömrəli hesab kartını Zərərçəkmiş şəxs1 verib, sonuncunun xx.xx.2022-ci il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “eManat” elektron ödəniş sistemi vasitəsilə həmin kart hesabına göndərdiyi 1515 (min beş yüz on beş) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yaşayır. 2021-ci ildə boşanmışdır, 4 övladı var. 1996-cı ildən müxtəlif məktəblərdə fiziki-tərbiyə müəllimi işləmiş və 2022-ci ilin sentyabr ayında öz ərizəsiylə işdən çıxmışdır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. Müəllim işlədiyi dövrlərlə “Whatsapp” sosial şəbəkəsində kurikulum üçün yaradılmış qruplardan birinə qoşulmuşdur. Həmin qruplarda müxtəlif şəhər və rayonlardan müəllimlər olmuş və hər kəs müəyyən fikir mübadilələri aparmış, qarşıya çıxan fikir ayrılıqlarını müzakirə etmişlər. O da həmin qruplarda öz təcrübələrinə əsaslanaraq müəyyən məsləhətlər vermiş, öz fikirlərini bildirmişdir. Əsas müzakirə mövzularından biri də müəllimlərin imtahan vasitəsilə işə təyin olunmaları olmuşdur. İmtahan nəticələri normal olan bəzi müəllim ixtisasına sahib şəxslər yer seçimlərində etdikləri səhv kodlaşmalara görə təyinat ala bilmədiklərindən o, adətən o istiqamətdə qrupda olan müəllimlərə öz tövsiyələrini vermişdir. 2022-ci ilin təxminən avqust ayında səhv xatırlamırsa Türkan adlı müəllim ona vatsapda yazaraq Göygöl rayonunda yaşayan tanış müəlim olduğunu və onun təyinat məsələsinə köməklik göstərməsini xahiş etmişdir. O, ona hələ ki təyinatla bağlı yerlər açıqlanmadığı üçün yaxın zamanda ona məlumat verəcəyini demişdir. Türkan adlı qadın da ona sonradan adı ona məlum olan İlahə adlı qadına onun telefon nömrəsini vermişdir. Onun özü ilə də telefon danışığı olmuşdur. Bir müddət sonra Təhsil nazirliyinin rəsmi səhifəsində vakant iş yerləri ilə bağlı elan yerləşdirildikdən sonra o, İlahə adlı qadınla əlaqə saxlamışdır. İlahəyə iş yerləri açıldığını və onu işə təyin etdirə biləcəyini və bunun üçün ondan 1500 manat pul alacağını demişdir. İlahə də onunla razılaşmışdır. 2022-ci ilin təxminən sentyabr ayında o, özünə məxsus "xxxx" kartının hesab nömrəsini İlahə adlı qadına göndərmiş və İlahə adlı qadın ona bank faizi ilə birlikdə 1515 manat pul göndərmişdir. O, İlahə adlı qadının sənədlərini sistemə işləsə də, ona təyinat almaq mümkün olmamışdır. Bir neçə dəfə cəhdlər etsə də, İlahə adlı qadının təyinat məsələsini həll edə bilməmişdir. Bundan sonra İlahə adlı qadın ondan pulunu qaytarmasını tələb etməyə başlamışdır. O, da İlahəyə maddi imkanı olmadığını və qısa zamanda onun pulunu qaytaracağını demişdir. Daha sonra isə onun telefon zənglərinə cavab verməmişdir. İlahə adlı qadının ondan şikayət etməsini Göygöl rayon Polis şöbəsinin əməkdaşlarının onu axtardıqlarını eşitdiyi zaman özü ilə əlaqə saxlayaraq ondan kart hesabı istəyib pulu həmin karta göndərmişdir. Zərərçəkmiş şəxs1 1515 manatı onun təsviri-incəsət müəllimi kimi 1 illik müqavilə ilə Göygöl rayon məktəblərindən birinə işə təyin olunmasına köməklik göstərmək məqsədilə almışdır. Zərərçəkmiş şəxs1 aldığı 1515 manat pulu öz zəhmət haqqı olaraq almışdır. Belə ki, onun sənədlərini sistemə işləyərək qanuni yolla təyinat alınmasına köməklik göstərmişdir. Belə ki, imtahan nəticələri normal olsa da, müəllim ixtisasına sahib olan bəzi şəxslər sistemdə düzgün kodlaşmalar edə bilmədiyi üçün təyinat ala bilməmişlər. o da Zərərçəkmiş şəxs1 sənədlərini sistemə düzgün işləyərək ona təyinat almaq üçün ondan pul almışdır. Ondan aldığı puldan hər hansı şəxs(lər)ə verməmişdir. Belə bir niyyəti də olmamışdır. O, Təhsil Nazirliyinin saytında yerləşdirilən vakant iş elanı yerlərinə görə Zərərçəkmiş şəxs1 sənədlərini sistemə işləmişdir. Lakin ilk dəfə Zərərçəkmiş şəxs1 MİQ imtahan nəticələri olmadığı üçün imtina gəlmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 seçmək istədiyi Göygöl rayonundan vakant yerlər Təhsil nazirliyinin saytında yerləşdirilmədiyi üçün onun işə təyinat alması məsələsini həll edə bilməmişdir. Zərərçəkmiş şəxs2 tanışı Rusifin vasitəsilə tanımış, münasibətləri normal olmuşdur. Bir dəfə söhbətlərinin birində Rusif ona Poladın arvadının əvvəllər müəllim işlədiyini, hal-hazırda işsiz olduğunu və onu işə düzəltməyə köməklik göstərə biləcəyini soruşmuşdur. O da onu Xırdalan şəhərində yerləşən məktəblərdən birinə müəllim olaraq işə düzəldə biləcəyini və 2500 manat pul lazım olacağını demişdir. 2017-ci ilin oktyabr ayında Polad Rusiflə ona 1800 manat pul vermiş və qalan 700 manatı vermək üçün əlavə vaxt istəmişdir. Təxminən 2017-ci ilin noyabr ayının əvvəllərində Polad 700 manatı da gətirib onlara vermişdir. Həmin puldan Rusif ona ümumilikdə 600 manat pul vermişdir. Lakin sonradan Poladın arvadını müəlim olaraq düzəldə bilmədikləri üçün Polad pulu onlardan geri tələb etməyə başlamışdır. Rusif Polada pulu geri ödəmişdir. 100 manat pulu Rusif Poladdan borc olaraq almışdır. Onlar işlə bağlı Poladdan 2500 manat pul almışlar, onu da qaytarmışlar. Zərər çəkmiş şəxslərə vurduğu ziyanı tamamı ilə ödəmişdir. Törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Topalhəsənli kəndində ailə üzvləriylə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Hal-hazırda rəsmi olaraq X5 idarəsinin Göygöl rayon X2 kənd Diyarşünaslıq evinin mədəni kütləvi işlərin təşkilatçısı kimi çalışır. Onun ali təhsil ixtisası isə təsviri-incəsənət müəllimliyidir. Bu sahə üzrə də imtahan verib işə qəbul olunmaq və çalışmaq məqsədilə 2022-ci ildən “Whatsapp” sosial şəbəkəsində kurikulum üçün yaradılmış qruplardan birinə qoşulmuşdur. Həmin qruplarda müxtəlif yerlərdə çalışan müəllimlər olmuş və hər kəs qruplarda fikir mübadilələri apararaq öz ixtisas sahəsi üzrə müəyyən məsələləri öyrənməyə çalışmışdır. Onun qoşulduğu qrupun yaradıcı isə Habil adlı şəxs olmuşdur. O, özünü Təhsil nazirliyinin işçisi kimi onlara təqdim etmişdir. Qrupda olan Türkan adlı müəllim yoldaşı Habil adlı şəxsin ona işə düzəlməyə köməklik göstərdiyini və ondan işlə bağlı məsləhət ala biləcəyini demişdir. O, Habil adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq ondan ixtisası üzrə Göygöl rayonunda yerləşən məktəblərdən birinə işə qəbul olunmasına köməklik göstərməsini xahiş etmişdir. Habil vakant yerlərin açılmasını gözləməsini və onu işə təyin etdirə biləcəyini, bunun üçün isə 1500 manat pul lazım olacağını demişdir. O da onunla razılaşmışdır. Habil ona 15-20 gün ərzində onun Göygöl rayonunda yerləşən məktəblərdən birinə 1 illik müqavilə əsasında təsviri-incəsənət müəllimi olaraq işə düzəldəcəyini bildirmişdir. 2022-ci ilin təxminən sentyabr ayında o, Habil adlı şəxsə məxsus "xxxx" kartına bank faizi ilə birlikdə 1515 manat pul göndərmişdir. Keçən müddət ərzində isə Habil adlı şəxs onu dəfələrlə yayındıraraq işin qısa zamanda düzələcəyini demişdir. Sonra isə müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan sonra o, Habildən pulunu qaytarmasını tələb etməyə başlamışdır. Sonra isə Habil onun telefon zənglərinə cavab verməmiş və o da Habildən şikayət etmişdir. Habillə yalnız vatsap sosial şəbəkəsində qrupda tanış olduqdan sonra vatsap vasitəsilə zənglə danışmışdır. Habil özünü ona Təhsil nazirliyinin işçisi kimi təqdim etsə də, o, sonradan Habilin Təhsil nazirliyinin işçisi olmadığını öyrənmişdir. Habil adlı şəxs ona Təhsil nazirliyində olan vəzifədə olan tanışları vasitəsilə onu işə düzəltdirəcəyini demişdir. Lakin Habil qrupda müzakirələr aparılarkən onların vakant yerlərə olan kodlaşmalarda etdikləri səhvlərə görə işə qəbul oluna bilmədiklərini bildirmişdir. O da Habildən ona bu sahədə köməklik göstərməsini istəmişdir. Habil isə ona 1500 manat qarşılığında onu işə düzəldə biləcəyini deyərək pul istədiyi üçün o, Habilə 1515 manat göndərməyə razı olmuşdur. Türkan adlı şəxsi şəxsən tanımamış, Türkan da onun kimi həmin qrupa qoşulan müəllimlərdən biri olmuşdur. X8 hər hansı bir əlaqəsi olmamışdır. Belə ki, Türkan ona Habil adlı şəxsin vakant olan iş yerlərinə təyinat məsələsində ona köməklik göstərdiyini və ona da köməklik göstərə biləcəyini demişdir. O, Habil pul qarşılığında işə düzəltməsi ilə bağlı heç bir söz deməmişdir. Habil 2023-cü ilin aprel ayında onunla əlaqə saxlayaraq kart hesabını istəmiş və ondan aldığı pulu qaytarmışdır. Lakin onun həmin pulu bankdan götürdüyünə görə ödədiyi 539 manat faiz borcunu ona ödəməmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Vulkan dağının yanında fərdi evdə ailə üzvləriylə birlikdə yaşayır, X3 onun uzaq qohumudur. Əvvəllər Rusif ilə aralarında münasibət normal olmuşdur. 2017-ci ilin oktyabr ayında Rusif ilə məclislərin birində görüşəndə aralarında söhbət əsnasında Rusif ona həyat yoldaşını Xırdalan şəhərində orta məktəblərin birində müəllimə vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. O, razılaşmışdır. Əvvəlcə 3000 manat pul istəsə də, sonradan 2600 manata razılaşmışlar. 2017-ci ilin oktyabr ayının 29-da saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xəzər topdan satış marketin yanında görüşmüşlər. Həmin görüş zamanı yanında dostu Xaqani Nəcəfov da olmuşdur. Həmin vaxt Rusifə məxsus BMV markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşlar. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs də olmuşdur. Rusif Habili ona təqdim edərək Təhsil Nazirliyinin nümayəndəsi olduğunu demişdir. Yenidən aralarında söhbət olmuş və Habil ilə Rusif hər ikisi həyat yoldaşını Xırdalan şəhərində orta məktəbə ingilis dili müəlliməsi vəzifəsinə düzəldəcəklərini demişlər. O, razilaşaraq bunun müqabilində onlara 2600 manat pul verəcəyini bildirmişdir. Sonra dostu Xaqaninin yanında onlara 1800 manat pulu avtomobilin içərisində vermişdir. Danışmışlar ki, 1 həftə sonra qalan pulu da verəcəkdir. xx.xx.2017-ci il tarixdə saat 19 radələrində yenidən eyni yerdə yəni, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xəzər topdan satış marketin yanında görüşmüşlər. Rusifə məxsus BMV markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşlar. Həmin vaxt o, tək olmuşdur. Avtomobildə Rusif və Habil olmuşdur. 700 manat pulu Rusifə vermişdir. Habil və Rusif çıxıb getmişlər. xx.xx.2017-ci il tarixdə Rusif zəng vurub «iş düzəlib 1 saylı orta məktəbdə yer olmadığı üçün 6 saylıda var, əgər 200 manat da versən 1 saylı Xırdalan şəhər orta məktəbinə yerləşdirərik» demişdir. Onun uşaqları 1 saylı Xırdalan şəhər orta məktəbində oxuduqları üçün o, 100 manat verməyə razılaşmışdır. Həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, «Ulduz» metrostansiyasının yanında işlədiyi üçün xx.xx.2017-ci il tarixdə saat 18 radələrində Ulduz metrosunun qarşısında Habil və Rusif ilə görüşüb 100 manat pulu onlara vermişdir. 2018-ci ilin yanvarın 5-də həyat yoldaşının həmin məktəbə müəllimə olaraq işə çıxacağını demişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq nə pulunu qaytarmışlar, nə də ki verdikləri vədə əməl etməmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Garısəyribənd kəndində ailə üzvləriylə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 ilə bir yerdə işləmişlər və aralarında normal münasibət var. xx.xx.2017-ci il tarixdə Poladın evində olarkən bir şəxslə görüşə gedəcəklərini bildirmişdir. O, razılaşmışdır. 2017-ci ilin oktyabr ayının 29-da saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xəzər topdan satış marketin yanında görüşmüşlər. Həmin görüş zamanı sonradan adını bildiyi Rusifə məxsus BMV markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşlar. Həmin vaxt avtomobildə sonradan adını bildiyi Təqsirləndirilən şəxs də olmuşdur. Rusif Habili təqdim edərək Təhsil Nazirliyinin nümayəndəsi olduğunu demişdir. Bu zaman Polad ilə onların arasında söhbət olmuş və Habil ilə Rusif hər ikisi Poladın həyat yoldaşını Xırdalan şəhərində orta məktəbə ingilis dili müəlliməsi vəzifəsinə düzəldəcəklərini bildirmişlər. Polad razılaşmışdır. Bunun müqabilində onlara 2600 manat pul verəcəyini bildirmişdir. Sonra 1800 manat pulu avtomobilin içərisində onlara vermişdir. 1 həftə sonra qalan pulu da verəcəyini danışmışlar. Bir neçə ay sonra Poladdan həmin şəxslərin onu aldadaraq 2600 manat pulunu ələ keçirmələrini və heç bir iş düzəltmədiklərini eşitmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -"xxxx" ASC-dən əldə edilmiş 01 ədəd diskin içərisində olan görüntülərə baxış keçirilərkən 17 ədəd şəkil formatında fayl aşkar edilmişdir. Həmin fayllara baxış keçirən zaman 48-50 yaşlarında kişi cinsli, keçəl başlı, əynində ağ rəngli, yaxası açıq, qısa qollu köynək olan şəxsin bankomatın qarşısında dayanması və bankomatdan pul çıxarması müşahidə edilmişdir. Şəkillərə baxış zamanı göndərilən pul məbləğinin bankomatdan xx.xx.2022-ci il tarixdə çıxarılması müəyyən olunmuşdur. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X6 rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə 01 il 11 ay 15 gün 20% islah işləri cəzasına, Biləsuvar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrumetmə və 02 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib, AR CPM-nin 39.1.11-ci maddəsi ilə xitam edilmişdir. -Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbi olmadığıni göstərib , növbəti məhkmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərar verilməsini xahiş etmişdir. -Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını , ona dəymiş ziyanı tam ödəndiyini, ondan heç bir şikayət və tələbi olmadığıni, səhhəti ilə bağlı növbəti məhkmə iclasında iştirak edə bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılıb yekun qərar verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.2.1 və 178.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimansçılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, onlarla razılıq əldə edərək barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yerləşən yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Bakı şəhəri və Suraxanı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə ekspertiza xərci və maddi subut və mülki iddia tələbi yoxdur həmçinin CMnin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Bakı şəhəri və Suraxanı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-18/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-18/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver