Məhkəmə qərarları › İş №1(066)-18/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-18/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-18/2025 07.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi (anası) Nümayəndə1, müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi (anası) Nümayəndə2, müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi (anası) Nümayəndə3, müdafiəçisi Müdafiəçi1 iştirakları ilə,

1. xx.xx.2010-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə,

2. xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə,

3. xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olab və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyənetdi:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2024-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra aralarında olan rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs2 saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq aralarında olan rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü həyətdə duraraq ətrafa nəzarət etmiş, o isə həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, mətbəxdə yerləşən dolabın üzərində olmuş dəyəri 300 manat olan 1 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumu olan samovarı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2024-cü ilin iyul ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın işıqlı vaxtı, təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənim olmamasına tam əmin olduqdan sonra saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq aralarında olan rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü həyətdə duraraq ətrafa nəzarət etmiş, o isə həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, oradan da evin birinci mərtəbəsində yerləşən pilləkənin alt tərəfində olan hissədə olmuş, dəyəri 250 manat olan 1 ədəd elektrik mişarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin iyul ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın işıqlı vaxtı, təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənim olmamasına tam əmin olduqdan sonra saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, oradan da evin ikinci mərtəbəsində yerləşən yataq otaağına daxil olmuş, orada olan dolabın üst gözündə olmuş, dəyəri 110 manat olan bəzək əşyalarını (01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu) qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 110 (yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir.

2. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2024-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra aralarında olan rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs1 saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq aralarında olan rol bölgüsünə əsasən özü kiminsə gəldiyi halda xəbər verməkdən ötrü həyətdə duraraq ətrafa nəzarət etmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 isə həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, mətbəxdə yerləşən dolabın üzərində olmuş dəyəri 300 manat olan 1 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumu olan samovarı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2024-cü ilin iyul ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın işıqlı vaxtı, təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənim olmamasına tam əmin olduqdan sonra saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq aralarında olan rol bölgüsünə əsasən özü kiminsə gəldiyi halda xəbər verməkdən ötrü həyətdə duraraq ətrafa nəzarət etmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 isə həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, oradan da evin birinci mərtəbəsində yerləşən pilləkənin alt tərəfində olan hissədə olmuş, dəyəri 250 manat olan 1 ədəd elektrik mişarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir.

3. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2024-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra aralarında olan rol bölgüsünə əsasən qabaqcadan əlbir olduğu özü kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü həyətdə duraraq ətrafa nəzarət etmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 isə həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan pəncərənin yarı açıq halda olan hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin mətbəxinə daxil olmuş, mətbəxdə yerləşən dolabın üzərində olmuş dəyəri 300 manat olan 1 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumu olan samovarı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Nümayəndə1 iştirakı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdib. Əlavə olaraq göstərdi ki, 2024-cü ilin iyun ayında, dəqiq xatırlamadığı vaxtda Elvinlə oğurluğa getmiş, Elvin çöldə gözləmiş o isə evə girib götürmüşdür. O, ilk dəfə zərərçəkmiş şəxsə məxsus evə Elvinlə getmişdir. O evdən götürdüyünü Elvinlə aparıb Elnura vermişdir. Ona oğurluq etməyi Elvin təklif etmiş və o Elvinlə qərara gəlmişdir ki, gedib oğurluq etsinlər. Onlar zərərçəkmiş şəxs Elbanı tanınmamışlar. Ona Elvin zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə girməyi demişdir. O, Elvinlə oğurluğa getmiş, samovarı götürüb Elvinə vermiş, Elvin isə aparıb Elnura vermişdir. Həmin vaxt Elnur oyun zalının yanında olmuşdur. Həmin oyun zalı oğurluq etdiyi evdən təxminən 1 km məsafədə yerləşir. Oğurluğa gedən zaman Elvin oğurluq olunan həyətə girmiş, lakin evə daxil olmamışdır. Həmin vaxt Elnur oyun zalının yanında olmuş və onları gözləmişdir. Elnur onların hara getməsini bilməmişdir. Samovarı götürdükdən sonra Elvinlə getmiş, samovarı hara satacaqlarını fikirləşmişlər, Elnura samovarı satmaları barədə bildirdikdə Elnur bir nəfər xala olduğunu samovar istəməsini bildirmiş, bundan sonra aparıb satmışlar. Onlar ilk dəfə zərərçəkmiş şəxsə Elba xanıma məxsus evdən sadəcə samovar götürmüşlər. O, samovarı mətbəxdə olan mebelin üzərindən götürmüş, həmin vaxt evdə başqa şeylərdə olmuş, lakin o, başqa heçnə götürməmişdir. Oğurladıqları samovarı Elnur bir nəfər xalaya 70 manata satmış, həmin vaxt o orada olmamış və ona həmin puldan heç nə verməmişlər. O, bundan sonra oğurluğa təkrar Elvinlə getmiş, Elvin ona əvvəlcədən başa salmış, həmin vaxt Elvin evin həyətinə girməmiş və onu çöldə gözləmiş, o isə evə girib piləkənin altında olan mişarı qutudan çıxarıb götürmüş, bundan sonra həmin mişarı Elvinlə birgə gedib ayna düzəldən bir nəfərə 30 manata satmış və həmin yerdə yerləşən kafedə oturub yemək yemişlər. Həmin mişarın qiymətinin neçə olmasını bilmir. Mişar oğurlanan zaman Elnur iştirak etməmişdir. Onlar mişarı kimə satmağı axtarmışlar və ayna düzəldənə o yaxınlaşıb ağac kəsən olmasını bildirmiş, həmin şəxs mişarı yoxlamış və 30 manata almış, bundan sonra onlar Elvinlə kafedə oturub yemək yemişlər və qalan pulla oyun zalına gedib oyun oynamışlar. 3-cü səfər isə o, Eltun adlı uşaqla zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə gündüz vaxtları girmişdir. Onların hər ikisi həmin evə girmiş və ikinci mərtəbəyə çıxmışlar. Eltunla Gəncə də fitnnesdə olarkən, Eltunun pulu qurtarmış və o, Eltuna oğurluq etməyi təklif etmiş və Eltun onunla razılaşmışdır. Bundan sonra o, Eltunla zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə getmişlər, evin pəncərəsi bağlı olmuş, həmin vaxt Eltun əlində olan tornavida ilə plastik aynanı açmış, evə daxil olmuş və onu çağırmış, onlar ikinci mərtəbəyə çıxaraq otaqlara daxil olmuşlar, həmin otaqların birində seplər olmuş və onlar sepləri götürmüşlər. Eltun həmin otaqda olan feni də götürmək istəmiş, lakin o götürməməyini demişdir. O Eltuna götürdükləri sepləri evə apara bilməməsini, evdə tutulacağını, sepləri Eltunun özünün aparmasını demişdir. Bundan təxminən 1-2 gün sonra Eltun ona oğurladıqlarının anası tərəfindən tutulmasını və olanların hər birini anasına danışdığını bildirmişdir. Sabahsı gün Eltunun anası yanında qonşuları olan bir nəfər kişi ilə onlara gəlmiş və onu evdən polisə aparmışlar. O, polisdə olarkən müstəntiq Talehə olanları olduğu kimi danışmışdır. Eltun hazırda hərbi xidmətdədir. O polisdə olarkən Eltunla oğurluğa girməsini demiş, lakin polis onun adını yazmamışdır. Onları Dövran adında əməliyyatçı çağırmış, Göygöldə isə polis əməkdaşlarının avtomobilinə mindirib Göygöl RPŞ-yə gətirmişlər. Bunun sabahsı gün isə Eltunun anası oğurlanan sepləri gətirib polisə təqdim etmişdir. O Elvinlə Elnura hara getdiklərini deməmiş, sadəcə oyun zalında ona gözləməsini işlərinin olduqlarını bildirmişlər və qayıtdıqda isə samovar gətirərək Elnura onu sata bilib-bilməməsini soruçmuşlar. Onlar Elnura samovarın oğurluq olmamasını bildirmişlər. O istintaqda ifadə verərkən Elnurun oyun zalının yanında gözləməsini bildirmişdir. Ona istintaqda hər hansı təyziq göstərilməmişdir. O Elvinlə Elnura işlərinin olmasını demişlər, evə girib oğurluq edəcəklərini deməmişlər. Ona ilk dəfə zərərçəkmiş şəxs Elba xanıma məxsus evə girməyi və ikinci dəfə mişarı götürməyə girməyi Elvin təklif etmişdir. Üçüncü dəfə isə o, Eltuna oğurluq etməyi təklif etmiş və Eltunla girmişdir. Elnur zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə girməmişdir. Onlar oğurladıqları samovarı gətirib Elnura vermiş, o isə aparıb satmışdır. Elnura samovar olmasını və badvalda qalmasını onu satıb-sata bilməyəcəyini soruşmuşlar. Elnura samovarın oğurluq olmasını bildirməmişlər. Polis onları saxladıqdan sonra Elnur samovarın oğurluq olmasını bilmişdir. Elnur yalnız samovar oğurluğunda bir dəfə iştirak etmişdir. Digər oğurluqlarda iştirak etməmişdir. Samovarı oğurlamaq üçün getdikdə saat təxminən 21-22 radələri olmuşdur. İlk dəfə zərərçəkmiş şəxsə Elba xanıma məxsus evi ona Elvin göstərmişdir. O samovarın satılmasını bilməmiş, sonradan bilmişdir ki, samovar satılmışdır. Onlar oğurladıqları samovarı Elnura verdikdən sonra o çıxıb evə gəlmiş, bundan təxminən 2-3 gün sonra o, Elvini yolda görmüş və samovarı soruşduqda samovarın satılmadığını bildirmiş həmin vaxt Elvin ona mişarda olmasını gedib oğurluyub satmalarını təklif etmişdir. Samovar oğurlamağa gedərkən Elvin də onunla evin həyətinə düşmüş lakin evə o daxil olmuşdur. İkinci dəfə oğurluq üçün günorta vaxtı Elvinlə o getmiş, Elvin çöldə gözləmiş o isə evə girmişdir. Mişarın yerini ona Elvin demiş, o evin həyətinə daxil olmuş, açıq olan aynadan evə girib piləkənin altından mişarı götürmüş və Elvinə vermişdir. Həmin mişarı həmin gün Gəncə şəhərində ayna düzəldilən yerdə 30 manata satmışlar. Həmin pulu Elvinlə bir yerdə xərcləmişlər. 3-cü dəfə isə bundan 1 ay sonra gündüz vaxtı Eltunla etmişdir. O, Eltunla Gəncə də fitnesə getmişlər, Eltunun pulu qurtarmış və o Eltuna oğurluq etməyi təklif etmiş və Eltun onunla razılaşmışdır. Bundan sonra o, Eltunla zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə getmişlər, evin pəncərəsi bağlı olmuş, həmin vaxt Eltun əlində olan tornavida ilə plastik aynanı açmış, evə daxil olmuş və onu çağırmış, onlar ikinci mərtəbəyə çıxmışlar, orada otaqda seplər olmuş və onlar sepləri götürmüşlər. Həmin seplərdən başqa bir şey götürməmişlər və götürdükləri seplər Eltunda qalmışdır. İlk dəfə Elvinlə oğurladıqları samovardan ona heç bir pul verilməmişdir. O, Elvindən samovar haqqda soruşduqda Elvin ona samovarın satılmadığını bildirmişdir. O, samovarın satılmasını onlar polisdə saxlanılarkən bilmişdir. İstintaqda olarkən Eltunun adını çəkmişdir. Samovarın pulundan ona heç nə çatmamış, oğurladıqları mişarı 30 mata satmışlar həmin pulu isə xərcləmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında nümayəndəsi (anası) Nümayəndə2 iştirakı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdib. Əlavə olaraq göstərdi ki, ilk dəfə oğurluq etməyi Sübhana o, təklif etmiş və Sübhanla zərərçəkmiş şəxsin evinə gedib samovarı götürüb çıxmışlar. Həmin vaxt Elnur küçənin digər hissəsində onları gözləmiş, lakin samovarın oğurluq olmasını bilməmişdir. Elnur onları digər küçədə gözləmiş və onların girdiyi evdən uzaq məsafədə olmuşdur. O Elnura adam gəlsə xəbər etməsini demiş, lakin Elnur ondan onun niyə elə deməsinin səbəbini soruçmamışdır. Sübhan zərərçəkmiş şəxs Elba xanıma mıxsus evin içərisindən samovar götürmüş, o isə həyətdə olmuşdur. Bundan sonra aparıb samovarı Elnura vermişlər və Elnurla birlikdə Elnur və onun tanışı olan uşağa həmin samovarı satmışlar. İlk olaraq Elnur həmin uşağa samovar olmasını yazmış, o samovarı istəmiş onlar bundan sonra aparıb samovarı 70 manata satmışlar. Samovarı satdıqları 70 manat pulu bölməmişlər, həmin pul arada xərclənmişdir. Həmin pulu o, tək bir günə xərcləmişdir. Sübhan samovarı götürməyə girərkən mişarın yerini də görmüş və ona piləkənin altında mişar olmasını demişdir. İkinci dəfə zərərçəkmiş şəxs Elba xanımın evindən oğurluq olunarkən o küçədə olmuş, Sübhan evə girmişdir. Mişarı Sübhan 30 manata ayna düzəldilən yerdə satmışdır. Həmin pulu kafedə Sübhanla xərcləmişlər. Elnur samovarın özlərinin olduğunu bilmiş, oğurluq olmasını bilməmişdir. Sübhanla samovarı götürməyə gedərkən axşam saat 21-22 radələri olmuşdur. Elnur onun dostudur və Elnuru qorumaq istəmiş, bu səbəbdən ona kənarda gözləməsini bildirmişdir. Samovarı Elnura verdikdən sonra Sübhan getmiş, samovarı Elnurla axşam aparıb satmışlar sabahsı isə pulunu almışlar. Pulu götürməyə gedərkən Elnurla getmiş, pulun ona lazım olmasını bildirmiş və pulu götürüb Elnuru yola salmışdır. Samovarı Elnurla 70 manata hazırda hərbi xidmətdə olan Ruslan adlı şəxsə vermişlər, səhərisi gün isə gedib həmin pulu Elnurla almışlar. Sübhanın telefonu olmadığından onunla əlaqəyə keçə bilməmişlər və bu səbəbdən ona bu barədə heç nə deməmişlər. Bundan sonra Sübhanla mişar haqqhesabında danışmış həmin vaxt isə ona samovarın satılmamasını bildirmişdir. Samovarın pulundan Elnura heç nə çatmamışdır. Onlar bundan sonra Sübhanla bir yerdə təkrar zərərçəkmiş şəxsə Elba xanıma məxsus evə oğurluğa girib ordan mişarı götürüb Gəncə şəhərində ayna-qapı düzəldən sexdə satmışlar. Onlar oyun zalına Elnurla bir yerdə getmişlər, həmin vaxt Sübhan orda olmuş, Sübhana oğurluq etməyi də oyun zalında təklif etmiş, həmin vaxt Elnur onların yanında olmamışdır. Onlar Sübhanla oğurluğa gedərkən Elnur onları oğurluq etdikləri evdən bir küçə aralıda gözləmişdir. O oğurluğa Sübhanla getsə də Elnura onu gözləməsini bildirmişdir. O Elnurla evə bir qayıdacağı üçün ona gözləməsini bildirmişdir. Elnur oğurluğa gedəcəklərini bilsə onu qoymayacağı üçün ona heç nə deməmişdir. 70 manatı o, tək xərcləmişdir. Elnur ondan pul istəməmiş, o özü ona pul lazım olmasını bildirmiş və getmişdir. Müstəntiq onu hadisə yerinə aparmış və hadisə yerində şəkilləri çəkilmişdir. Onu istintaqda fərqli ifadə verməyə məcbur etməyiblər. O məhkəmə iclasında nə danışıbsa polisdə olarkəndə həmin şeyləri danışmışdır. Əməlindən peşimandır. Dəymiş zərəri zərərçəkmiş şəxsə ödəmişdir. Sonda səhf etmələrinin nəzərə alınıb, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Nümayəndə3 iştirakı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onlar Elvinlə oyun zalına gəlmişlər və orada Sübhanı görmüşlər və bir yerdə oyun oynamışlar. O, oğurluq olan evin yaxınlığında bir ya iki küçə aralıda Sübhan və Elvini gözləmişdir. Onun xəstəliyi olduğundan müəyyən şeyləri xatırlaya bilmir. Yay vaxtları təxminən saat 18-19 radələrində Elvin və Sübhan ona gözləməsini işlərinin olduğunu demişlər. O isə bu səbəbdən onları gözləmişdir. Ona əvvəlcədən samovar olmasını və satmasını bildimişlər. O samovar alqı-satqısı ilə məşğul olmur. O Ruslan adlı uşağa samovar olmasını bildirmiş, Ruslan isə evə bu haqqda dedikdən sonra samovarı almasını bildirmiş və samovarı aparıb ona satmışlar. Ruslanı Elvin və o tanımışdır. Ruslanı o və Elvin tanısa da Ruslana o yazmışdır. Ruslanla o dost olduğu üçün və onun Elvinə güvəni olmadığından Ruslana o yazmışdır. Elvin və Sübhan oğurluğa gedərkən onların ona oğurluğa gedib-getməmələrini deməsini xatırlamır. Sübhan və Elvinin ona kimsə gəlsə xəbər et deyib-deməmələri yadında deyil. Elvin və Sübhan onun yanından getdikdən yarım saat sonra geri qayıtmışlar. Bundan sonra o, samovarı Elvinlə aparıb Ruslana vermiş, həmin vaxt gecə olduğu üçün Ruslan onlara pul verməmişdir. Pulu isə Ruslandan sabahsı gün Gəncədə Bağman deyilən yerdə Elvinlə götürmüşlər. Onun Elvin və Sübhanın oğurluğa getməsindən xəbəri olmamışdır. O oxuyub-yaza bilmədiyi üçün polisdə olan izahatınıda xəbəri olmasını demişdir. Polisdə izahat verərkən anası yanında olmuş və izahatını anasının iştirakı ilə vermişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, səhf etmələrini bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır və Göygöl rayon Yeni Qızılca kəndində yaşayır, rəsmi olaraq işsizdir. Həmçinin ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi də vardır. O, valideyninin səhhətində olan problmlə əlaqədar olaraq bir müddətdir ki, Üçtəpə kəndində deyil, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayır. Lakin arabir gedib Üçtəpə kəndində yerləşən evinə də baş çəkir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə getmişdir. Həyətə daxil olduqda evdə olan televizorun həyətdə, evin yanında əkdiyi güllərin yanında olmasını görmüşdür. Bundan sonra evə yaxınlşıb qapını açıb içəri daxil olduqda evin mətbəx hissəsinin pəncərəsinin açıq olmasını görmüşdür. Mətbəxə daxil olaraq baxdıqda orada olan mebel dəstinin üzərinə qoyduğu samovarının yerində olmadığını görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. O, isə baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə verərək müraciət etmişdir. Polis əməkdaşları ilə evə baxan zaman isə evin birinci mərtəbəsində olan pilləkənin altında olan saxlama yerindən 01 ədəd elektrik mişarı, həmçinin evin ikinci mərtəbəsində olan yataq otağından çarpayının yanında olan dolabın üst gözündən bəzək əşyaları və 02 ədəd saatların yerində olmadığını görmüşlər. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər. Həmin əşyalar 01 ədəd, təxminən 10 litr tutumlu, latun materialdan olan, təxminən 20 illik samovar olmaqla dəyəri təxminən 300 manat olmuş, 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarı olmaqla dəyəri təxminən 250 manat olmuş, 01 ədəd qara rəngli qutuda olmuş saylarını və hər birinin dəyərini dəqiq bilmədiyi bəzək əşyaları və 02 ədəd qol saatı olmaqla ümumi dəyəri təxminən 110 manat olmuş, bununla da ona ümumilikdə təxminən 660 manat ziyan dəymişdir. O, ərizə verən zaman həyəcanlı olduğundan tək elektrik mişarını qeyd etmişdir. İlkin izahatı zamanı isə yanlışlıqla elektrik mişarını, əlavə olaraq laqonda kimi də qeyd etmişdir. Həmçinin elektrik mişarının qiymətini də dəqiq bilmədiyi üçün 90 manat olaraq qeyd etmişdir. Lakin dəqiqləşdirmə işləri apardıqdan sonra bilmişdir ki, evindən oğuralnmış əşyalar 01 ədəd, təxminən 10 litr tutumlu, latun materialdan olan, təxminən 20 illik samovar olmaqla dəyəri təxminən 300 manat olmuş, 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarı olmaqla dəyəri təxminən 250 manat olmuş, 01 ədəd qara rəngli qutuda olmuş saylarını və hər birinin dəyərini dəqiq bilmədiyi bəzək əşyaları və 02 ədəd qol saatı olmaqla ümumi dəyəri təxminən 110 manat olmuş, bununla da ona ümumilikdə təxminən 660 manat ziyan dəymişdir. Evindən oğurlanmış əşyalar ona məxsus olmuşdur. Baş vermiş hadisə nəticəsində ona təxminən 660 manat ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, oa dəymiş zərərin tam olaraq ödəndiyini, onun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmamasını, onların cinayət məsuliyyətinə cəlb edilməsini istəməməsini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Təxminən 1 ay yarım öncə, yəni 2024-cü ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı saatda, günün ikinci yarısı işlədiyi plastik qapı-pəncərə sexində olan zaman üzdən tanıdığı, şəxsiyyətləri ona araşdırma zamanı məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədiyi sexə gəlmişlər. Onlar ona satılıq elektrik mişarı olmasını, ala bilib bilməyəcəyini soruşmuşlar. O, ilk öncə onlardan həmin elektrik mişarının kimə məxsus olmasını sorşmuşdur. Onlar ona özlərinə məxsus olduğunu, evdə işlədilmədiyini və pul lazım olduğu üçün satdıqlarını bildirmişlər. Ondan həmin elektrik mişarını neçəyə alacağını soruşduqda o, “mal yiyəsi sizsiz, qiyməti də özünüz deyin” deyə bildirmişdir. Onlar ona 50 manata satdıqlarını bildirdikdə, o, baha olduğunu, üzərində 30 manat olduğunu və 30 manata ala biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra o, 30 manat pulu Təqsirləndirilən şəxs2 vermiş və elektrik mişarını ondan almışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdığı elektrik mişarı oğurluq olmuş, yəni Sübhan və Elvin həmin elektrik mişarını oğurlayaraq satmışdır. O, Sübhan və Elvinin həmin əşyaları haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuş, Sübhan və Elvin özü də ona bu barədə deməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğunu üzdən tanıyır, işlədiyi sexin yanında olan kafeyə gəlib getmişlər, onlarla münsibəti, eləcə də, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd etdiyi faktdan əlavə ona hər hansı bir əşya təklif etməmiş və satmamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdığı elektrik mişarının oğurluq olmasını bilməmişdir, onlar özü də ona bu barədə deməmişdir. Sübhan və Elvinin həmin elektrik mişarını kimdən və haradan əldə etməsindən və yaxud oğurlamasından məlumatsızdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanması və icraata qəbul edilərək istintaqı aparılması, cinayət işinə ********* nömrə verilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Göygöl RPŞ-nin məsul növbətçisi polis mayoru Azər Cəfərov tərəfindən tərtib xx.xx.2024-cü il tarixli raportda xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs **********88 nömrədən AR DİNnin 102 xidmətinə (hadisə kodu: ********** operator 1059) zəng edərək h/yeti: Göygöl rayonu Üçtəpə kəndi, ona məxsus evə pəncərəni açma yolu ilə daxil olunub olmamasını bilmir. 1 həftə əvvəl isə 1 ədəd samovar oğurlandığını məruzə edib. Məlumatların araşdırılması üçün aidiyyati üzrə göstəriş verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nə ünvanladığı ərizəsində xx.xx.2024-cü il tarixdə ona məxsus olan Üçtəpə kəndində yerləşən yaşayış olmayan həyət evinə saat 12:11 radələrində gələn zaman evinin mətbəx pəncərəsinin və yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, evə girən zaman birinci mərtəbədə olan pilləkənin altında yerləşən saxlanc yerinə qoyduğu bir ədəd dəyəri 90 manat olan elektron mişar “Drujba” tanımadığı şəxslər tərəfindən oğurlandığınıl aşkar etdiyini göstərib oğurluq edən naməlum şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin Göygöl rayonu Üçtəpə kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus, fərdi yaşayış evinin mətbəx, yataq otağı və pilləkənin altında olan anbarda baş verdiyi müəyyən edilmişdir. Belə ki, hadisənin baş verdiyi fərdi yaşayış evinin həyətyanı sahəsinin ətrafı mişar daşından ibarət olan hasar ilə hasarlanmış və girişi isə iki laylı dəmir darvazadan ibarətdir. Həyətyanı sahədə bir ədəd iki mərtəbəli fərdi yaşayış evi vardır. Baxış zamanı evin mətbəxindən 01 ədəd samovar, yataq otağından bəzək əşyaları, anbardan isə elektrik mişarının oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elmir Qarayev tərəfindən HK-1/1669 nömrəli material istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessusl rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X5 təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X5 təqdim etdiyi əşya 01 ədəd qara rəngli açılıb-bağlanan qutudur, həmin qutu açıldıqda içərisində 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu) olması müəyyən edildi. Baxışda iştirak edən X11 dostu Təqsirləndirilən şəxs1 ona saxlaması üçün içərisində bəzək əşyaları olan qara rəngli qutu verməsini bildirmişdir. Aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində, 01 ədəd içərisində 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu) olan qara rəngli açılıb-bağlanan qutu götürülmüş, əşyaya baxış keçirilən zaman protokol tərtib olunmuşdur. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşya 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı olması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 həmin saatı olan verməsini bildirmişdir. Aşkar olunmuş əşya iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı götürülmüş, əşyaya baxış keçirilən zaman protokol tərtib olunmuşdur. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkildən görünür ki, Şahid təqdim etdiyi əşyaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şahid təqdim etdiyi əşyanın 01 ədəd qulp hissəsi göy rəngli, tutacaq hissəsi qara rəngli, sepli ağızlıq hissəsi olan elektrik mişarı olması müəyyən edildi. Baxışda iştirak edən Şahid Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona 30 manata elektrik mişarı satdığını bildirmişdir. Aşkar olunmuş əşya iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd qulp hissəsi göy rəngli, tutacaq hissəsi qara rəngli, sepli ağızlıq hissəsi olan elektrik mişarı götürülmüş, əşyaya baxış keçirilən zaman protokol tərtib olunmuşdur. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi əşyaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi əşya 01 ədəd gümüşü rəngli, üzərində dəmlik hissəsi olan, təxminən 5 lirt tutumlu samovardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin samovarı satması üçün ona vermələrini bildirmişdir. Aşkar olunmuş əşya iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd gümüşü rəngli, üzərində dəmlik hissəsi olan, təxminən 5 lirt tutumlu samovar götürülmüş, əşyaya baxış keçirilən zaman protokol tərtib olunmuşdur. “Mütəxsəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X19 mütəxəssis qismində təyin edilməklə ona hüquq və vəzifələri izah olunmuşdur. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs elan edilməsi və sürətinin ona təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin tövsif edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi və ibtidai istintaqın həmin maddə ilə davam etdirilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan ediln ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin qanunu nümayəndəsi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə2 iş üzrə Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan ediln ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin qanunu nümayəndəsi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə1 iş üzrə Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan ediln ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin qanunu nümayəndəsi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə3 iş üzrə Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Göygöl RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavab göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin iyun-iyul aylarında, dəqiq müəyyən edilməyən vaxtlarda, evdə yaşayış olmadığı zamanda, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğu tərəfindən oğurluq edilməsi, oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu öz şəxsi ehtiyaclarına sərf etmələri müəyyən edilmiş, lakin həmin oğurluq hadisələrini görən şəxsləri, həmçinin hadisə baş verən ərazidə videomüşahidə və ya təhlükəsizlik kameraları olmadığından iş üçün əhəmiyyət kəsb edən videogörüntülərin əldə edilməsi mümkün olmamışdır. Əməliyyat axtarış tədbirləri davam etdirilir, əlavə məlumat əldə edilərsə istintaqa məlumat veriləcəkdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, oğurluq hadisələrini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, oğurluq hadisəsini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, oğurluq hadisəslərini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4369-9/7106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil, ümumi çəkisi 33.93 qramdır. Ekspertiza təddqiqatına təqdim edilmiş məmulatların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 37.00 manat təşkil edir; Ekspertiza tədqiqatına təqdim edilməmiş 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovarın və 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarının 2024-cü ilin iyun-iyul aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 350.00 manat müəyyən edilir, o cümlədən: 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovar – 230.00 manat; 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarı – 120.00 manat. “Əşyanın maddi sübut kimi tanınması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli açılıb-bağlanan qutunun içərisində olan 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu), 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovar, 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı və 01 ədəd üzərindən “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarından ibarət əşyaların maddi sübut kimi tanınması və saxlanması üçün Göygöl RPŞ-nin MSSK-na təhvil verilməsi qərara alınmışdır. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 706 №-li rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir; Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs2 əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur; Təqsirləndirilən şəxs2 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 707 №-li rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir; Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs1 əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur; Təqsirləndirilən şəxs1 baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 705 №-li rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs3 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs3 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; Təqsirləndirilən şəxs3 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyindən əziyyət çəkir; Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs3 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsi səbəbi ilə onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs3 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), F70.0 xəstəliyi keçirməsi səbəbindən qoyulmuş psixoloji suallara cavab vermək mümkün deyildir. “Şəxsin axtarışa elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmişdir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 05 sentyabr 2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 03 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 06 sentyabr 2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, X5 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddələsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı əldə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi deyil, sonuncuların dedikləri əsas götürülərək ziyanın məbləği sonuncunun ifadəsində qeyd etdiyi 660 manat məbləğində qəbul edilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış, Göygöl RPŞ-nin MSSK-da saxlanılan, təqdim edilən əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli açılıb-bağlanan qutunun içərisində olan 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formali klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu), 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovar, 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı və 01 ədəd üzərində "Angle Grinder 2000W" sözləri yazılmış elektrik mişarından ibarət əşyalar gündəlik istifadə edilən təlabat əşyası və ya vasitəsi olduğundan ibtidai istintaq yekunlaşdıqdan və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs 14 noyabr 2024-cü il tarixdə Göygöl RPŞ-nə daxil olmuş ərizəsi nəzərə alınmaqla məsul saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi, təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi, dindirmə, ifadələrin yerində yoxlanılması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4369-9/7106 nömrəli, kompleks-məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 705 nömrəli, kompleks-məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 706 nömrəli, Kompleksməhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 707 nömrəli rəyləri, maddi sübutlar və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4951 nömrəli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4881 nömrəli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda durmur. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/104908-24 nömrəli arayışdan görünür ki, Nümayəndə3 ailə tərkibi qızı X6 (xx.xx.1995), oğlu X13 (xx.xx.1996), oğlu X8 (xx.xx.2003), oğlu Təqsirləndirilən şəxs3 (xx.xx.2007) ibarətdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4949 nömrəli Arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4882 nömrəli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda durmur. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/105411-24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X23 (xx.xx.1981), anası X4 (xx.xx.1987), bacısı X20 (xx.xx.2010), qardaşı X2 (xx.xx.2011) ibarətdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4950 nömrəli arayışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4880 nömrəli arayışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda durmur. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/104998-24 nömrəli arayışdan görünür ki, Nümayəndə1 ailə tərkibi oğlu X12 (xx.xx.2004), qızı X7 (xx.xx.2005), oğlu Təqsirləndirilən şəxs1 (xx.xx.2010) ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs və şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda veridyi ifadəsindən fərqli ifadə verərək, yay vaxtları təxminən saat 18-19 radələrində Elvin və Sübhan ona gözləməsini işlərinin olduğunu deməsi səbəbindən onları gözləməsini, ona əvvəlcədən samovar olmasını və satmasını bildirmələri, Ruslanla onun dost olduğu üçün və onun Elvinə güvəni olmadığından Ruslana onun yazmasını, Elvin və Sübhan oğurluğa gedərkən onların ona oğurluğa gedib-getməmələrini deməsini xatırlamamasını, Sübhan və Elvinin ona kimsə gəlsə xəbər et deyib-deməmələri yadında olmamasını, o oxuyub-yaza bilmədiyi üçün polisdə olan izahatından xəbəri olmasını deməsi barədə dəlilləri, onun tərəfindən ibtidai istintaq dövründə verilmiş izahat, ərizələr, protokollar ilə yanaşı digər təqsirləndirilən şəxslərin ifadələri və işin digər halları ilə təkzib olunmaqla yanaşı, Təqsirləndirilən şəxs3 heç bir təsir olmadan, qanuni nümayəndəsinin (anasının) və müdafiəçisinin iştirakları ilə izahat verməsini məhkəmə nəzərə alaraq hesab edir ki, özünü müdafiə xarakterli dəlillərdir. Məhkəmə Təqsirləndirilən şəxs3 belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs3 dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs3 bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İstintaq zamanı ASAN-Gəncədən alınmış arayış və Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır və ünvan 9r, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində 59.1.2-ci bəndinə əsasən cinayəti törətdiyi zaman yetkinlik yaşına çatmaması, 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi, törətdiyi cinayət əməllərinin sayını və xarakterini isə şəxsiyyətini mənfi xarakterizə edən hall kimi müəyyən edir və cəza təyini zamanı nəzərə alınmalı olmasını qeyd edir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İstintaq zamanı ASAN-Gəncədən alınmış arayış və Gəncə ŞİHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır və ünvan 10 yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Gəncə ŞİHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində 59.1.2-ci bəndinə əsasən cinayəti törətdiyi zaman yetkinlik yaşına çatmaması, 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi, törətdiyi cinayət əməllərinin sayını və xarakterini isə şəxsiyyətini mənfi xarakterizə edən hall kimi müəyyən edir və cəza təyini zamanı nəzərə alınmalı olmasını qeyd edir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. İstintaq zamanı ASAN-Gəncədən alınmış arayış və Gəncə ŞİHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Gəncə ŞİHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlində 59.1.2-ci bəndinə əsasən cinayəti törətdiyi zaman yetkinlik yaşına çatmaması, 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi müəyyən edir və cəza təyini zamanı həmçinin xəstəliyinin nəzərə alınmalı olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilindikləri maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxslərin əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, 1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aşağı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aşağı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: (KOD-210005, VÖEN– **********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli açılıb-bağlanan qutunun içərisində olan 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu), 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovar, 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı və 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarından ibarət əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Həmçinin məhkəmə istintintaqında Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Həmçinin məhkəmə istintintaqında Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 ödənilməsi üçün onların işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: (KOD-210005, VÖEN–**********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli açılıb-bağlanan qutunun içərisində olan 01 ədəd qızılı rəngli üzük, 01 ədəd gümüşü rəngli tək qaşlı üzük, 01 ədəd qara rəngli rezin materiallı qolbaq, 01 ədəd qara rəngli iplik hissəsi və metal zənciri olan, qırılmış halda qolbaq, 01 ədəd qartal fiqurlu klon (boyunbağı ucluğu), 01 ədəd qanad formalı klonu olan qızılı rəngli boyunbağı, 01 ədəd üzərində gəmi sükanı olan ipli qolbaq, 01 ədəd qızılı rəngli qolbaq, 01 ədəd gümüşü rəngli klon (boyunbağı ucluğu), 01 cüt gümüşü rəngli sırğa və 01 cüt gümüşü rəngli, üzəri qaşlı klon (boyunbağı ucluğu), 01 ədəd, 10 litr tutumlu, latun materiallı samovar, 01 ədəd qızılı rəngli, biləklik hissəsi qızılı rəngli və bir hissəsi qaşlı, bir hissəsi qaşsız olan, ekran hissəsinin kənarları qaşlı olan qol saatı və 01 ədəd üzərində “Angle Grinder 2000W” sözləri yazılmış elektrik mişarından ibarət əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar