Məhkəmə qərarları › İş №1(066)-19/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-19/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-19/2024 31.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə iştirak etdiyi məclisdə spirtli içki qəbul edib, sərxoş vəziyyətdə həmin gün saat 23:30 radələrində Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçələrinin kəsişməsində tanışı Zərərçəkmiş şəxs əvvəllər onu nalayiq ifdadələrlə söyüb təhqir etməsinə görə, şəxsi münasibətlər zəminində intiqam almaq üçün sonuncunun gözləri qarşısında, Gəncə şəhər 3 saylı notariat kontoru tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərin ona verilməsi barədə xx.xx.2022-ci il tarixli, 12569 saylı baş etibarnamə əsasında özgənin əmlakı olan Zərərçəkmiş şəxs mülkiyyətində olan “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə yerdən götürdüyü ağac parçası ilə zərbələr vurub 156 manat dəyərində 2 ədəd Qabaq sağ sol fara, 30 manat dəyərində 2 ədəd qabaq sağ sol dönmə işığı, 310 manat dəyərində ön alın şüşəsi, 18 manat dəyərində alın şüşə uplotriteli, 450 manat dəyərində qabaq sağ sol güzgü, 90 manat dəyərində arxa görüntü şüşəsi, 40 manat dəyərində 4 ədəd qapı şüşəsi, 20 manat dəyərində ağ arxa nəfəslik, 120 manat dəyərində arxa külək ötürücü, 230 manat dəyərində qabaq bamperaltı sağ kapron, 240 manat dəyərində “Pioner 7150” markalı maqintafon, 800 manat dəyərində dam örtüyü, 220 manat dəyərində tavan, 380 manat dəyərində qabaq kapot, 180 manat dəyərində sağ sağ qanad, 380 manat dəyərində qabaq sağ qapı, 800 manat dəyərində maqintafon kalonkaları, 220 manat dəyərində arxa polka, 230 manat dəyərində qabaq pribor paneli olmaqla təmir xərcləri ilə birlikdə ümumilikdə 6220 (altı min iki yüz iyirmi) manat dəyərində avtomobilə aid hissələrini qəsdən yararsız hala salmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 6220 (altı min iki yüz iyirmi) manat maddi ziyan vurub sonucuya məxsus əmlakı qəsdən məhv etməklə, zədələmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərdi ki o, ailəsi ilə birlikdə ünvan 1-də yaşayır, heç bir yerdə işləmir, bir övladı var. Zərərçəkmiş şəxs onun tanışıdır, onunla normal münasibəti olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Yalnız onlar arasında əvvəllər bir necə dəfə Zərərçəkmiş şəxs onunla kobud zarafat etməsi ilə bağlı mübahisə olmuş, hətta mübahisə nəticəsində nalayiq ifadələrlə onu təhqir etməsi ilə bağlı mübahisə olmuş, mübahisə zamanı onu hazırda adlarını xatırlamadığı şəxslərin yanında etməsinə görə narazılıq yaranmışdır. 14 may 2023-cü il tarixdə axşam saatlarında Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında tanışı Seymurun övladının məclisində olmuş, həmin vaxt məclisdə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Orada kimlərin iştirak etməsini isə xatırlamır. Nəriman da həmin vaxt məclisdə olmuş və məclisdə onunla da görüşmüş, bir neçə dəqiqə söhbət etmişdir. Təxminən saat 23:30 radələrində Nərimanla məclisdən çıxmış, Nəriman özünə məxsus “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə, o, da həmin vaxt özünə məxsus olan “Range Rover” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. Yolda Nəriman avtomobilini yüksək sürətlə hərəkət edib onu keçmiş, Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən işıqforda dayanan zaman pəncərədən Nəriman təkrar onunla kobud zarafat etmiş, onunla zarafat etməsinə görə aralarında narazılıq yaranmış, daha sonra isə ona yavaş sürməsini tələb edən zaman sonuncu onu nalayiq ifadələrlə söyüb, təhqir etmişdir. Həmçinin, söhbət etmək, eləcə də sakitləşdirmək üçün işıqforu keçib dayanmasını demişdir. Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsinin kəsişməsində dayanıb söhbətləşib, onunla Nərimanın kobud zarafat etməsinə, eləcə də əvvəllər onu təhqir etməsinə görə qisas almaq məqsədilə əvvəlcədən aralarında olan narazılığa görə əsəbləşmiş və onun avtomobilinin şüşələrini sındırmış, yerdən götürdüyü ağac parçası ilə qırıq-qırıq etmiş, onun avtomobilin bütün hissəslərini yararsız hala salmışdır. Həmin vaxtı Nərimanın avtomaşının yanında olmasına baxmayaraq, ona xəsarət yetirmək imkanı olmuş, lakin ona hər hansı bir xəsarət yetirməmiş, yalnız avtomaşını yararsız hala salmışdır. Nərimanın avtomaşınını yararsız hala salan ona hər hansı bir müdaxilə etməmiş, əsəbi olmasına görə avtomobilini yararsız hala salmnası ilə bağlı ona hər hansı bir söz deməmişdir. Daha sonra da avtomobilinə minib oradan çıxıb getmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü tam təqsirli hesab etdiyini, əməlindən səmimi peşiman olmasını, himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. İbtidai istintaq zamanı dindirilmiş, Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşaması səbəbindən məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərilmişdir ki, Göygöl şəhəri Aydın Hacıyev küçəsində yaşayan Tural adlı şəxsi əvvəldən tanıyır. Belə ki, bir neçə ay bundan əvvəl Turalın adını xatırlamadığı qohumu idarə etdiyi “Toyota Prius” markalı avtomobili ehtiyyatsızlıq nəticəsində ona məxsus “Vaz-21154” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş və həmin vaxt Tural adlı şəxs ilə tanış olmuş və normal münasibəti yaranmışdır. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Okean” restoranında həmyerlisi Seymurun övladının məclisi təşkil edilmiş, özü, də həmin məclisdə iştirak etmişdir. Təqsirləndirilən şəxs da həmin məclisdə olmuşdur. Təxminən saat 23:30 radələrində məclisdən çıxmış və özünə məxsus “Vaz-21154” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobililə evinə tərəf getmiş, Tural da məclisdən çıxmış və onun arxasınca gəlmişdir. Göygöl şəhəri Aydın Hacıyev küçəsində olan işıqforda yanbayan dayanmışdır. Tural da şüşəni endirib onunla xatırlamadığı məzmunda zarafat etmiş, ona nalayiq ifadələrlə söyüb, nalayiq söyüşlər söyməsinə görə aralarında narazılıq yaranmışdır. Hətta bu hallar əvvəllər də baş vermişdir. Belə ki, əvvəllər Tural onunla zarafat etməsinə görə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Turalın onunla kobud zarafat etməsindən hiddətlənmiş, ondan intiqam niyyəti yaranmışdır. Həmin vaxt Turala işıqforu keçib dayanmağını istəmişdir. O, işıqforu keçdikdən sonra Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsinin kəsişməsinin yanında avtomobili saxlamış, Tural da arxasında dayanmışdır. İkisi də maşından düşmüş, təxminən bir dəqiqə söhbət edib onunla zaraftlaşmış, onun kobud zarafat etməsinə onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt Turalın sərxoş olması açıq-aşkar hiss edilmişdir. Turalla danışdıqdan sonra, onu nalayiq ifadələrlə söyüb təhqir etməsinə görə ona qarşı aqressivləşmiş və avtomobilinin şüşələrini əlləri ilə vurmağa sındırmağa başlamış, o, isə əvvəlcə onu sakitləşdirmək istəmiş, lakin Turalın sərxoş olmasını görüb yaxın getməmişdir. Tural daha sonra yerdən ağac parçası götürmüş və avtomobilinin ön alın, arxa, yan şüşələrini, işıqlarını sındırmış, avtomobilinə zərbələrlə vurmaqla, tam olaraq yararsız vəziyyətə salmışdır. Daha sonra isə Tural avtomobilinə əyləşib oradan getmişdir. Daha sonra ora polis əməkdaşları gəlmiş, avtomobilinə baxış keçirmişlər, avtomobilini Göygöl RPŞ-nin duracağına yerləşdirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial təsdiq edilmiş ərizə göndərərək, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş zərər tam şəkildə öndənmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdədə bu barədə heç bir iddia tələbi olmayacaqdır. O Rusiya Federasiyasında yaşadığı üçün üzürlü səbəbdən məhkəmə prosessində iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq onun iştirakı olmadan müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı vəzifəsində polis kapitanı rütbəsi ilə xidmət edir. 14 may 2023-cü il saat 09:00-dan 15 may saat 09:00-dək Göygöl RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. 15 may 2023-cü il tarixdə saat 00:15-də Göygöl RPŞ-nin Növbətçi hissəsinə RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid1 tərəfindən Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsinin kəsişməsində “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin sındırılması barədə məlumat vermiş, çağırış əsasında qrupun digər üzvləri ilə hadisə yerinə getmiş, həqiqətən də “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin, faralarının və digər detallarının sındırılmasını görmüşdür. Avtomobilin sahibi Zərərçəkmiş şəxs ərizəsini qəbul etmiş və aydın olmuşdur ki, avtomobil o, vəziyyətə Nərimanın tanışı Təqsirləndirilən şəxs tərəfindən salınmışdır. Bundan sonra Zərərçəkmiş şəxs izahatı alınmış, “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək fotocədvəl halında protokola əlavə edilmişdir. Eləcə də araşdırma zamanı avtomobilə dəymiş ziyanın hesablanması üçün “Avtomoto Servis”ə məktub ünvalanaraq avtomobil barədə ziyan aktı tərtib edilmiş və toplanmış material Azərbaycan Respublikası CM-in 186-cı maddəsinə hüquqi qiymət verilməsi üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 məzuniyyətdə olduğundan məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş ifadəsində göstərilmişdir ki, Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. 15 may 2023-cü il saat saat 00:10 radələrində avtopatrul ilə xidmətdə olan zaman Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsinin kəsişməsində “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələri sınmış vəziyyətdə görmüş və Göygöl RPŞ-nin əməliyyat-istintaq qrupunun hadisə yerinə gəlməsi üçün RPŞ-nin Növbətçi hissəsinə məlumat vermişdir. Bundan sonra RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə gəlmiş, avtomobilin sahibi Zərərçəkmiş şəxs ərizəsini qəbul edib avtomobilə baxış keçirmişlər. Avtomobil araşdırmanın ətraflı aparılması məqsədi ilə sahibinin razılığı ilə polis şöbəsinin duracağına yerləşdirilmişdir. Avtomobilin sahibi Zərərçəkmiş şəxs sözlərinə görə onun avtomobilinin şüşələrini və digər detallarını tanışı Təqsirləndirilən şəxs sındırmışdır. Həmçinin həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə “Range Rover” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edir. Avtomobilin Göygöl rayonu ərazisində müəyyən edilməsi istiqamətində tədbirlər görülmüş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində Göygöl RPŞ-nin DYPB-nin YPX-ti inspektoru, polis baş serjantı Şahid1 RPŞ-nin Növbətçi hissəsində olan ***-***-**-** nömrəli xidməti telefona zəng edərək, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsi arasında olan küçədə bir ədəd metal rəngli, VAZ-21015 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütün şüşələrinin sınmış vəziyyətdə sahibsiz olması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 19-da yaşayan Zərərçəkmiş şəxs Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Göygöl şəhəri Aydın Hacıyev küçəsində yaşayan Tural adlı şəxsin ona məxsus **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələrini sınıdrması bildirmişdir. xx.xx.2023-cü il tarixli toplanmış materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Göygöl şəhəri Aydın Hacıyev küçəsində yaşayan Tural adlı şəxsin Zərərçəkmiş şəxs məxsus VAZ- 21015 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələrini sınıdrması faktına görə Göygöl rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/809 nömrəli material araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Göygöl RPŞ-nin istintaq bölməsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçəsinin kəsişməsində baş vermişdir. “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin bütün şüşələri sındırılmışdır, eyni zamanda metal hissələri də zədələnmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilərək protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Avtomotoservis və ticarət istehsalat birliyi, Avtomotoservis və ticarət Gəncə Müəssisəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 27/05 nömrəli qüsür aktından görünür ki, VAZ-21154 minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı, boz-metalik rəngli, 2012-ci il buraxılışlı, BAN № xetçbek tipli avtomobilə “servis” şəraitində ilkin vizual texniki baxış keçirilmiş və avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla, 6220 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Göygöl RPŞ-nin duracağında saxlanılan və baş etibarnamə əsasında ona məxsus olan “VAZ 21015” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqına qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ev 62-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şüphələr olduğundan sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şüphəli şəxs qismində tutulması üçün axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırılmışdır. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 avqust 2023-cü il tarixli, 9/5276 nömrəli rəyində nəticə olaraq göstərilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və ticarət” istehsalat birliyinin Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5044,0 manat müəyyən edilir. İş materiallarında olan axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində axtarış elan olunmuş (Aİ 770677), Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nə gətirilmiş və müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin istintaqı zamanı Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan mübahisənin hansı səbəbdən baş verməsinin, Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs məxsus “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməsinin müəyyən edilməsi, eləcə də hadisənin şahidi olan şəxslərin müəyyən edilərək dindirilmələri üçün İstintaq orqanına təqdim edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və nəticəsi barədə istintaqa rəsmi məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət-axtarış bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilərək müəyyən edilmişdir ki, 14 may 2023-cü il tarixdə saat 23:30 radələrində Göygöl şəhəri, Aydın Hacıyev küçəsi ilə Səbuhi Hacıyev küçələrinin kəsişməsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyüş söyməsi səbəbi ilə onlar arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən götürdüyü ağac parçası ilə Zərərçəkmiş şəxs məxsus “Vaz 21154” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini və digər detallarını sındırmaqla zədələmiş, hadisə yerini tərk edən zaman isə ağac parçasını özü ilə aparmışdır. Hadisəni görən dairənin müəyyən edilməsi istiqamətində tədbirlər görülmüş, lakin müsbət nəticə əldə edilməmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 186.1-ci maddəsinə tövsif edilsin. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Göygöl RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.2.2, 178.2.4, 29,178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Kəlbəcər rayon İHB-nın Bağlıpəyə kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 137 npömrəli arayışdan görünür ki, Misirov X7 rayonu, Bağlıpəyə kəndində daimi qeydiyyatda olmaqla, hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.1986-cı il təvəllüdlü X4 onun arvadı, xx.xx.2011-ci il təvəllüdlü X12 isə qızıdır. İş materiallarına əlavə edilmiş Kəlbəcər rayon İHB-nın Bağlıpəyə kənd İƏD-si nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç şikayət və narazılıqlar daxil olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 4053 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 8028 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. İşdə olan xx.xx.2023-cü il tarixli telefon danışığı haqqında protokoldan görünür ki, Göygöl RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinə əsasən tərtib etmişdir ki, həmin protokolu Göygöl RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X2 iştirakı ilə ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə istifadəsində olan +7 926 *** ** ** mobil nömrəyə istifadəsində olan 070 *** ** ** mobil nömrə vasitəsilə əlaqə saxlayıb zərərçəkmiş şəxs olduğu cinayət işinin materialları ilə tanış olmaq üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə dəvət etmiş, Zərərçəkmiş şəxs 20 dekabr 2023-cü il tarixdə Rusiya Federasiyasına getdiyini, Azərbaycanda olmadığı üçün Göygöl RPŞ-yə gələ bilməyəcəyini, cinayət işinin materialları ilə tanış olmaq istəmədiyini, cinayət işinin məhkəməyə göndərilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qısa müddətə gəlib-gəlməyəcəyi soruşulmuş, o, qısa müddətdə Azərbaycana gəlməyəcəyini deyib təkrar olaraq cinayət işinin materialları ilə tanış olmaq hüququndan istifadə etmədiyini deyib cinayət işinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Bu barədə protokol tərtib edilmiş. Protokol ucadan oxunmuş, heç bir əlavə və düzəliş edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə göndərdiyi notarial təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş zərər tam şəkildə öndənmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdədə bu barədə heç bir iddia tələbi olmayacaqdır. O Rusiya Federasiyasında yaşadığı üçün üzürlü səbəbdən məhkəmə prosessində iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq onun iştirakı olmadan müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanununun 1.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə “179.1” rəqəmlərindən sonra “, 186.1” rəqəmləri əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin yeni redaksiyasına əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi qalmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində hazırkı cinayət işi üzrə icraata və cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Həmçnin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü maddəsini, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar