Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-19/2025 19.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Gədəbəy rayonunda anadan olmuş, evli, orta təhsilli, “Azəravtoyol”da fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri M.Y.Axundzadə küçəsi döngə 3 ev 3 ünvanında qeydiyyatda olan və yaşayan, yaşadığı yer üzrə müsbət hallarla səciyyələnən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində baş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göygöl şəhəri Çöl yolu adlanan avtomobil yolu ilə Göygöl rayonu Aşıqlı kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olmasına, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına, həmçinin 64-cü maddəsinin 1-ci hissəsinin yəni, qadağan nişanlarının yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoymasına dair tələbləri pozaraq 70 km/saat sürətlə hərəkətdə olarkən yolun kənarında yerləşən “Rəvan” marketin qarşısında onun hərəkət istiqaməti üzrə soldan sağa doğru keçmək istəyən piyada X15 idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya sol ənsə nahiyyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma (hematoma), ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuq altı xətti üzrə, sağ V-Vİ-Vİİ-Vİİİ qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, burun sümüklərinin sınığı, qarın nahiyyəsinin sağ yan səthinin yarası, sol gözün alt qapağının, sağ dirsək, sağ qalça, sol baldır nahiyyələrinin sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, X11 açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə qansızma nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, axşam vaxtı olmuş, marketin yanında durmuşdur. Bir nəfər ona yaxınlaşmış və ondan onu Gilavar restoranına aparmasını soruşmuş, o aparmasını bildirmişdir. Həmin vaxt işdən təzə çıxmışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 9-a işləmiş olmuş, hava qaralmış, çöl yolu ilə gəlmişdir. Çöl yolu ilə gələrkən yolun solunda bir maşın olmasını görmüş, piyada iti qaçışla qarşısına çıxmış, onun saxlamağa imkanı olmamışdır. Piyadanı vurmuş, avtomobili saxladıqdan sonra Xanlar rayon xəstəxanasına aparmışdır. Əlavə olaraq bildirdi ki, hadisə günü içkili olmamış, yoxlanılmışdır. O, piyadanı görəndə aralarında 4-5 metr məsafə olmuşdur. Piyada yolun kənarında dayanan avtomobilin arxasından anidən çıxmışdır. Hadisə zamanı sürətli olmamış, sürəti 60-a yaxın olmuşdur. Hava qaranlıq olduğundan görə bilməmişdir. Qəza yerində olan avtomobil böyük avtomobil olmuşdur. Hadisədən sonra da həmin avtomobil orda qalmışdır. Piyada yolu soldan sağa keçirmiş, o isə üzü Gilavar restoranı istiqamətdə getmişdir. O piyadanı avtomobillə sol tərəfdən vurmuş, zərbənin təsirindən sağa atlanmışdır. Anidən olsa da qısa müddətdə tormoz vermişdir. Hadisə yerində tormoz izi olmuş, lakin neçə metr olduğunu dəqiq deyə bilmir. O mərhumu hadisə yerindən götürüb xəstəxanaya aparmış, ordan da onu polislər aparmışdır. İdarə etdiyi avtomobil özünə məxsus olmuşdur. Hadisə vaxtı mərhum iti qaçışla, düzünə qaçmışdır. Həmin günü hadisə yerinə baxış keçirilərkən iştirak etməmişdir. Hadisə günü ondan izahat almışlar, eyni ifadəni vermişdir. 4-5 gün sonra hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə vaxtı avtomobilinin işıqlarını yandırmışdır. Gəncədən çıxanda artıq hava qaranlıq olmuş, saat bəlkə də 10 olardı. Avtomobilin sürəti təxmini 60-70 olmuş, onu bilir ki, avtomobilin sürəti iti olmamışdır. O mərhumu vuranda sol tərəfdən vurmuş, mərhum isə sağ tərəfə atlanmışdır. Mərhum yolun solundan sağına keçirmiş. Sonda Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda təsqirli bilməyərək, müdafiəçisinin çıxışını təsdiq etməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, onun yoldaşı X1 işləmişdir. Yoldaşı ona 21:15-də zəng eləmişdir ki, o acdır, yeməyini isitsin gəlir, Rəvan marketin yanındadır. O da yeməyi isitmişdir. Bundan sonra saat 21:46-da qayıdıb Yusifə zəng vurmuşdur. Həmin vaxt telefonu başqası götürmüşdür. Danışan şəxs ona ay xanım Yusif deyil, Yusif telefonu marketin yanında yerə salıb, getmişdir demişdir. Bundan biraz sonra yenidən ona zəng gəlmişdir. O telefonun onlarda qalmasını, gəlib onlardan götürəcəyini demişdir. O, qaynı və qaynatası ilə həmin yerə getmişlər, ora çatana yaxın onlara zəng gəlmiş və qəza baş verməsini xəstəxanaya gəlmələrini bildirmişlər. Bundan sonra onlar xəstəxanaya getmişlər, xəstəxanaya çatanda soruşmuş ki, nolub, ölən varmı? heç kəs bir söz deməmiş, o bir yana, qaynı bir yana, qaynatası da bir yana getmişlər. Bu vaxt tibb bacılarından biri bu palata olmasını demiş, gedib qapını açmış və baxdıqda Yusifi uzadmalarını, üzərini də ağ mərəfə ilə örtmələrini, ətrafın isə qan olmasını görmüşdür. Bundan sonra onlar mərhumu götürüb, gətirmişlər. Əlavə olaraq bildirdi ki, hadisə yerinə kamerada baxmışdır. Hadisə Yusif mağazadan çıxıb, maşına qayıdanda baş vermişdir. Təqsirləndirilən şəxslə barışmışlar, barışıq ərizəsi təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Onun himayəsində 2 uşağı var. Təqsirləndirilən şəxs yas yeri üçün onlara köməklik edib. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayəti yoxdur. Məhkəmənin növbəti iclaslarının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Yusif onun oğludur. Hadisə günü o, işdən qayıtdıqda oğlu hələ evə gəlməmişdir. O bu haqqda soruşduqda isə, gəlini Yusifin gəlməməsini, telefonu mağazada itirməsini, gedib gətirmələrini demişdir. Bundan sonra onlara zəng gəlmişdir ki, xəstəxanaya gəlsinlər. Onlar xəstəxanaya yollanmışlar. Xəstəxanaya çatdıqda içəri keçməyə icazə verməmişlər, məcburi şəkildə içəri keçmişlər və artıq oğlunun keçinməsini görmüşdür. Hadisə ilə bağlı məlumatı yoxdur, məlumatı gəlinindən eşitdikləri qədərdi. Əlavə olaraq bildirdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir və əlavəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və cinayət işi başlanması barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 10 avqust 2024-cü il tarixli 3150/2024 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Göygöl şəhəri, çöl yolu adlanan ərazidə baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. “Avtomobilə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid2 icraatında olan HK-1/1726 nömrəli material üzrə Göygöl RPŞ-nin KTQ-nun baş inspektoru X13 iştirakı ilə hadisənin izlərini və maddi sübutları tapmaq, hadisənin edilmə şəraitini, habelə araşdırmanın obyektiv aparılması üçün əhəmiyyətli olan başqa halları aydınlaşdırmaq məqsədi ilə Göygöl RPŞ-nin inzibati binasının dayanacağında “Mersedes Benz-190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparıb bu barədə müvafiq protokolu tərtib etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobil yasəməni metallik rəngli, “Mersedes Benz-190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil işlək vəziyətdədir, təkərləri doludur. Avtomobilin sağ tərəf ön işıqlarının bir hissəsi və alın şüşəsinin sağ tərəf hissəsi sınmışdır, dam örtüyünün sağ ön qapının üst hissəsi əzilmişdir. Avtomobilə baxış zamanı iştirak edən avtomobilin sahibi Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində idǝrǝ etdiyi həmin avtomobillə Göygöl rayonu ərazisi ilə üzü Aşıqlı kəndinə doğru hərəkətdə olarkən avtomobil yolunu soldan sağa doğru keçmək istəyən X15 avtomobilinin ön hissəsi ilə vurmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın gecə vaxtı, süni işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmişdir. Baxış zamanı iştirakçılar tərəfindən təklif və ya şikayət daxil olmamış, protokol oxunmuş, düzgün yazılmış, ona görə imzalarla təsdiq olunmuşdur. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X17 hadisə zamanı öldüyü üçün həyat yoldaşı X7 ********* nömrəli cinayət işi üzrə onun hüquqi varisi kimi tanınması, qərarın X8 elan olunmaqla ona hüquq və vəzifələrinin elan olunması və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri istintaq hərəkətləri aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Şahid2 tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməklə, qərarın sürətinin ona və müdafiəçisinə təqdim edilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan baş müstəntiq Şahid2 tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi, ibtidai araşdırmanı aparan Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid2 Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri kimi “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi təklif edilməsi və qərar barədə vəsatət verən Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid2 məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, qərarın icra edilməsi üçün Göygöl RPŞ-nin MSY-nə həvalə edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş, ifadəsində göstərdiyi halları ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2024-cü il tarixli 8/2644 nömrəli rəyindən görünür ki, - Mercedes Benz 190 markalı **-VK-*** nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. - Piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən (Sa) 71.4 metr aralı məsafədə olmuşdur. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi Göygöl rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 28 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X3 bədən səthində aşkar edilmiş xəsarətlər – sol ənsə nahiyyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma (hematoma), ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol Vİ-Vİİ-Vİİİ qabırğaların orta qoltuq altı xətti üzrə, sağ V-Vİ-Vİİ-Vİİİ qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, burun sümüklərinin sınığı, qarın nahiyyəsinin sağ yan səthinin yarası, sol gözün alt qapağının, sağ dirsək, sağ qalça, sol baldır nahiyyələrinin sıyrıqları. - Qeyd edilən xəsarətlər həyatidir – bərk küt əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid edilir. - X3 ölümünə səbəb - açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə qansızma olmuşdur. - Ətraf mühit şəratini və meyit əlamətlərini nəzərə alaraq belə hedab eedirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 1-3 saatdır. (meyitin müaayinəsi xx.xx.2024-cü il tarixdə saat 23:00-da aparılmışdır.) - X3 bədən səthində aşkar edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. - X3 meyitindən götürülümüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. “Cinayət işi üzrə icraatın təzələnməsi və işin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaq edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilərək onun, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən yenidən ittihamın mahiyyəti izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi elan edilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Göygöl RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində Göygöl şəhəri Çöl yolu adlanan avtomobil yolunun üzərində yerləşən “Rəvan” marketin qarşısında baş verməsi, hadisə zamanı mərhum Yusif Əliyevin yolu keçməyə cəhd etməsi və həmin anda hadisənin baş verməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi nəqliyyat vasitəsində olan sərnişinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işindən bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilməsi, “Mercedes Benz 190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə maddi zübut kimi tanınması və gündəlik tələbat ǝşyası olduğundan məsul saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7, şahid qismində dindirilmiş Şahid1 ifadələri, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 28 nömrəli və Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2024-cü il tarixli 8/2644 rəyləri, hadisə yerinə baxış keçirilməsi, dindirmə, ifadənin yerində yoxlanılması protokolları və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Mercedes Benz 190” markalı **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobil maaddi sübut kimi tanınmış və gündəlik tələbat vasitəsi olduğundan saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayə işi məhkəmənin icraatında olarkən iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş üzrə təkrar məhkəmə yol-nəqliyyat ekspertizasının təyin edilməsinə ehtiyac olduğunu bildirmiş və vəsatət verərək ekspertizanın təyin edilməsini xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 1(066)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 iyun 2025-ci il tarixli 8/699 nömrəli rəyində müdafiə tərəfin təqdim etdiyi mexanizm, yəni təhlükənin yaranma anı və həmin andan piyadanın vurulma yerinə kimi iti qaçışla 7 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından, yəni real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqatın aparılması obyektiv nəticəni əks etdirmədiyindən həmin məlumatlar üzrə Mercedes Benz 190 markalı, **-VK-*** nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə ŞBPİ-də Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə istintaq yekunlaşdırılaraq xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, lakin hazırki günə qədər Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmamışdır. Cinayət işinə əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2-26953/2025 saylı məktubdan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunu bağışladığını, buna görə də, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4281 nömrəli Arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4239 nömrəli Arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda yoxdur. İstintaq zamanı Gəncə ŞİHB-nin evlər üçlüyündən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ncə şəhəri M.Y.Axundzadə küçəsi döngə 3 ev 3 ünvanında qeydiyyatdadır, evlidir, himayəsində 3 uşaqları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsma Gəncə ŞİHB-nin evlər üçlüyünə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək 126725 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də bu barədə şikayət və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “ölüm haqqında şəhadətnamənin” sürətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə Göygöl şəhərində epidural qansızma səbəbindən olmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 08-ci ayının 21-ci günündə 253 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 567328 nömrəli “nikah haqqında şəhadətnamənin” sürətindən görünür ki, X17 ilə X4 nikahları Kəlbəcər rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə akt qeydləri kitabında 179 nömrə ilə qeyd edilmişdir.Niikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs sonda Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, müdafiəçisinin çıxışını təsdiq etməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin təqsirləndirilən şəxsin ilkin ifadəsi zamanı özünü tam təqsirli hesab etmişdir. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri məhkəmə tibbi ekspertizanın və məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, baxış protoklolu və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş əsas cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Mercedes Benz 190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22)keçirilməli. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş əsas cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mercedes Benz 190” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 109 (bir yüz doqquz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-19/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-19/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver