Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-2/2023 03.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Əyyub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Dövlət İttihаmçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət İttihаmının Müdаfiəsi Üzrə İdаrəsinin birinci instansiya məhkəmələri üzrəşöbəsinin prokuroru, İİ dərəcəli hüququşünas Dövlət ittihamçısı iştirakı ilə, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinə vermiş olduğu etiraza açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən ittiham edilərək məhkəməyə verilmişdir. Bundan sonra, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyə etiraz verərək, Göygöl Rayon Məhkəməsinə etiraz etdiyini və işin başqa məhkəmədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsi hazırki işdə maraqlıdır. Odur ki, işə başqa məhkəmədə baxılmalıdır. Dövlət ittihamçısı etirazın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə təqsirləndirilən şəxs, müdafiəçisi və cinayət prosesinin digər tərəflərinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinləyib, təqdim edilmiş etirazı və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, etiraz baxılması Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 107.1-ci maddəsinə əsasən, cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Həmin Məcəllənin 107.3.3-cü maddəsinə əsasən, hakimə cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə etiraz edilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə edilmiş etirazla bağlı məsələnin həlli Göygöl Rayon Məhkəməsinin sədrinin də səlahiyyətinə aid deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, etiraz Göygöl Rayon Məhkəməsinin tam tərkibinə edilmişdir. Etirazdan həmçinin görünür ki, ümumilikdə etiraz etmiş şəxslər işə Göygöl Rayon Məhkəməsində deyil başqa rayon məhkəməsində baxılmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, etirazla bağlı məsələnin həll edilməsi üçün etiraz cinayət işi ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. CPM-nin 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı - apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Həmin Məcəllənin 321.2.3-cü maddəsinə əsasən, müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan etirazlar barədə qərarlar çıxarılır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılaraq təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli, 1(066)-10/2022 nömrəli ittiham hökmü çıxarılaraq 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-337/2022 nömrəli qərarı ilə, Göygöl Rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli, 1(066)-10/2022 nömrəli hökmü ləğv edilərək iş yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, CPM-nin 109.3.3-cü maddəsinə əsasən məhkəmənin bütün tərkibinə edilmiş etirazın həlli apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan və işə baxan hakimin sədrliyi ilə işə baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin olmaması məqsədi ilə zərərçəkmiş şəxs tərəfindən Göygöl Rayon Məhkəməsinin bütün tərkibinə edilmiş etiraz məsələsi müzakirə edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və CPM-nin 107 və 109-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinə vermiş olduğu etiraz məsələsi müzakirə edilməsi üçün cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-2/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-2/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver