Məhkəmə qərarları › İş №1(066)-20/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-20/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-20/2024 18.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçi X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1997-ci ildə Xanlar rayonu Nadel kəndində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu Nadel kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə, 2023-cü ilin aprel ayının sonlarında Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs3 administrator işlədiyi “Nadel bar” adlı kafenin anbarına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 50 manat dəyərində 3 ədəd elektrik yelpənəkləri, 10 manat dəyərində 1 ədəd beli, 50 manat dəyərində 1 ədəd dərman aparatını, 50 manat dəyərində elektrik direlini və həmin direlə aid adaptoru, ümumilikdə Zərərçəkmiş şəxs3 160 (yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə, 09 may 2023cü il tarixdən 10 may 2023-cü il tarixə keçən gecə saatlarında Göygöl rayonu Nadel kəndində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanaya qanunsuz daxil olaraq həmin çayxanadan Zərərçəkmiş şəxs2 məxsus 200 (iki yüz) manat dəyərində 1 ədəd “Sony” markalı audiomaqnitafonu və iki ədəd səsgücləndiricini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə, 18 may 2023-cü il tarixdə saat 18 radələrində Göygöl rayonu Nadel kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin qarşısında saxladığı Niva markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobilin qabaq yan şüşələrinin açıq olmasından istifadə edərək həmin avtomobilin salonunda olan sonuncuya məxsus 600 (altı yüz) manat dəyərində “Samsunq A32” markalı mobil telefonu, 6 (altı) manat dəyərində telefon qoruyucusu, 20 (iyirmi) manat dəyərində +**********45 saylı CİN kartı, ümumilikdə Zərərçəkmiş şəxs1 626 (altı yüz iyirmi altı) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə, 19 may 2023cü il tarixdə saat 19:30 radələrində Göygöl rayonu Quşqara kəndində yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi “Nadel bar” adlı kafedən, həmin kafedə aşbaz işləyən Zərərçəkmiş şəxs4 məxsus masanın üzərinə qoyulmuş 1 ədəd 650 (altı yüz əlli) manat dəyərində “Samsunq S21” markalı mobil telefonu, 5 manat dəyərində telefon qoruyucusunu, 4 manat dəyərində +**********93 saylı CİN kartı, ümumilikdə Zərərçəkmiş şəxs4 659 (altı yüz əlli doqquz) manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə, 2023-cü ilin may ayının əvvəllərində, dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayonu Nadel kəndində yerləşən kafedən Zərərçəkmiş şəxs5 məxsus 200 (iki yüz) manat dəyərində 1 ədəd “X14” markalı mobil telefonu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilməyərək, qeyd edilən oğurluq cinayətlıərində heç bir iştirakının olmamasını bildirdi. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərklən ifadəsində göstərmişdir ki, o, təxminən 2023-cü ilin may ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Göygöl rayonu, Nadel kəndində yerləşən Nadel bar adlanan kafenin həyətində olan otaqların birində 1 ədəd elektrik direlinin və adaptrının olduğunu görmüş və götürərək tez öz yaşadığı ünvana aparmışdır. Həmin direlin enerji ilə işlədiyini görüb, geri qayıdaraq adaptrını götürərək öz yaşadığı ünvana aparmışdır. Direli və adaptrını oğurlamaqda məqsədi aparıb evdə işlətmək olmuşdur. Həmin vaxt Nadel bar adlanan kafenin həyətində olan otağın qarşısında 1 ədəd ağaclara dərman vurmaq üçün olan aparatın olduğunu görmüşdür. Onuda oğurlamaq qərarına gəlmişdir. Bundan bir-iki gün sonra kafenin həyətində olan zibili aparıb tökən zaman dərman aparatını əl arabasının içərisinə qoyub üzərinə zibil töküb oğurlayıb aparmışdır ki, evdə işlətsin. Bundan bir-iki gün sonra təxminən saat 11 radələrində Nadel bar adlanan kafedə gözətçi işləyən Şeşən ləqəbi ilə tanıdığı adı ona sonradan məlum olan Əhmədağanın qaldığı otağa keçmiş, stolun üzərində ona məxsus X15 markalı mobil telefonu götürmüşdür. Həmin mobil telefonu cibinə qoyaraq öz yaşadığı ünvana apararaq öz otağında saxlamışdır. Lakin Əhmədağaya məxsus mobil telefonun üzərində mobil nömrə və telefon qoruyucusu olmamışdır. Bundan iki gün sonra o, Nadel bar adlanan kafeyə gedən zaman Əhmədağa telefonunu görübgörmədiyimi soruşmuşdur. O, xəbərinin olmadığını demişdir. Həmin X15 markalı mobil telefonu öz telefonu olmadığı üçün özü istifadə etməyi üçün oğurlamışdır. Bundan təxminən 4-5 gün sonra təxminən saat 01 radələrində Talıb adlı şəxsə məxsus çayxanaya daş hasardan daxil olub, çayxananın həyətində olan 1 ədəd maqnitafon, 2 ədəd səsgücləndiricini oğurlayıb çayxananın hasarından atmış və daha sonra yaşadığı evə aparmışdır. Həmin maqnitafon və səsgücləndiriciləri çayxanaya gedən zaman orada görmüşdür. Oğurlamaqda məqsədi aparıb özü işlətmək istəmişdir. Lakin işlədə bilmədiyindən yaşadırı evdə öz otağında saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən 18 radələrində qonşuluqda yaşayan Tariyel adlı şəxsin öz yaşadığı evin qarşısında dayanmış vəziyyətdə olan Niva markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatdığını, özünə məxsus mobil telefonun avtomobilin surət qutusunun yanında olduğunu görmüşdür. Ona pul lazım olduğundan Tariyelə məxsus Samsung A32 markalı mobil telefonu oğurlamışdır. Həmin mobil telefonun daxilində bilmədiyi nömrə və üzərində qoruyucu olmuşdur. Oğurlamaqda məqsədi satıb özünə keçi almaq istəmişdir. Bundan başqa 19 may 2023-cü il tarixdə təxminən saat 19 radələrində Sevdanın işlədiyi Nadel bar adlanan kafeyə getmişdir. Sevda ona demişdir ki, gəl otur yemek ye. O, kafeinin içərisində mətbəxdə oturmuşdur. O, Elnurəyə demişdir ki, ona yemək qızdırıb versin. Elnurənin yemək verdiyini görüb, mətbəxdə stolun üzərində olan Elnurəyə məxsus Samsung S21 markalı mobil telefonu şalvarının belinə qoyub, tez oradan çıxıb öz yaşadığı ünvana getmişdir. Həmin mobil telefonun daxilində bilmədiyi nömrə və üzərində qoruyucu olmuşdur. Bundan bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O, oğurladığı əşyaları təqdim etmişdir. Hadisədən sonra əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ilə barışmaqla, onlara vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun özünü Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilməməsi məsuliyyətdən yaxa qurtaqmaq üçün edilmiş cəhddir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayonu Quşqara kəndində yerləşən “Nadel bar” adlı kafedə administrator işləyir. Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kənd sakini kimi tanıyır. O, ara-sıra onun işlədiyi bara gəlir. Təxminən 2023-cü ilin aprel ayının sonlarında dəqiq gününü xatırlamdığı vaxtda o, barın anbarındakı elektrik direlini götürmək istədikdə, yerində olmadığını, bununla yanaşı 3 ədəd elektikli yelpənək, 1 ədəd beli və bir ədəd dərman aparartının yerində olmadığını görmüşdür. 2023-cü ilin may ayının əvvələrində barda qarovul işləyən Əhmədağa nasaz vəziyyətdə olan “Samsung” markalı mobil telefonun yerində olmadığını bildirmilşdir. xx.xx.2023-cü il tarixdə təxminən 19:30 radələrində o, barda aşbaz işləyən Elnurə ilə birlikdə oturmuşdur. Nicat onların yanına gəlmiş, yemək istəmiş, Elnurədə demişdir ki, gözləsin yeməyin kartofu bişsin. O, mətbəxə keçmiş, Elnurədə arxası ilə mətbəxə gəlmiş, bişirdiyi yeməyə su töküb, Nicatın oturduğu otağa keçmişdir. Həmin vaxt Elnurə demişdir ki, Nicat onun mobil telefonunu oğurlayıb qaçmışdır. O, Elnurə Nicatın arxası ilə evlərinə doğru getmişlər. Nicat evin qapısını bağlamış, mobil telefonun onda olmadığını bildirmişdir. Nə qədər Nicatdan mobbil telefonu geri istəsələr də verməmişdir. O, ərazisinin sahə rəsinə zəng etmiş, həmin yerə polis əməkdaşları gəlmişlər. Daha sonra isə ona məxsus 3 ədəd elektikli yelpənək, 1 ədəd beli və bir ədəd dərman aparartının və Əhmədağaya nasaz vəziyyətdə olan “Samsung” markalı mobil telefonun Nicat tərəfindən oğurlanması müəyyən edilmişdir. Ona məxsus bir ədədinin dəyəri 50 manat olan 3 ədəd elektikli yelpənək, 10 manat dəyərində 1 ədəd beli və 35 manat dəyərində bir ədəd dərman aparartı oğurlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 160 (yüz altmış) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayon, Nadel kəndində yerləşən X7 məxsus çayxananı işlədir. Həmin çayxanaya özünə məxsus olan “Sony” markalı maqnitafon və iki ədəd səsgücləndiricini işlədir. 2023-cü ilin təxminən may ayının 9-dan 10-a keçən gecə ona məxsus “Sony” markalı maqnitafon və iki ədəd səsgücləndirici işlədiyi çayxanadan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, 09 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində çayxananı bağlayıb, öz yaşadığı ünvana getmişdir. 10 may 2023-cü il tarixdə təxminən saat 17 radələrində çayxanaya gedəndə “Sony” markalı maqnitafon və iki ədəd səsgücləndiricinin yerində olmadığını görmüşdür. O da çayxananın sahibi Talıb Həsənovdan bu barədə soruşmuş, lakin heç bir məlumatının olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə onunla eyni kənddə yaşayan tanışı Tariyel özünə məxsus mobil telefonun oğurlanmasını bildirmişdir. O, kənddə oğurluq hadisələrinin olduğunu görüb, Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonra məlum olmuşdur ki, ona məxsus 200 manat dəyərində “Sony” markalı maqnitafonu və iki ədəd səsgücləndiricini Təqsirləndirilən şəxs oğurlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 200 (iki yüz) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayon, Nadel kəndində ailəsi ilə birlikdə yaşayır. 18 may 2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı Göygöl rayonu Nadel kəndində yerləşən fərdi yaşayış evin qarşısında atasına məxsus “Niva” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub özünə məxsus Samsung A32 (128GB yaddaş) markalı mobil telefonla oynayan zaman avtomobildə yuxuya gedib, yatıb qalmışdır. Avtomobilin hər iki qabaq tərəf yan şüşələri isə açıq vəziyyətdə olmuşdur. Bundan təxminən 20 dəqiqə sonra oyandıqda mobil telefonunun avtomobildə olmadığını görmüşdür. O, avtomobildən düşərək, küçədən kiminsə olub olmadığına baxmış, fikirləşmişdir ki, bəlkə dostlarından hansısa götürüb onunla zarafat edir. O, bu səbəbdən gözləmişdir. Mobil nömrəsinə isə digər bir nömrə ilə dəflələrlə zəng etsə də əlaqə saxlamaq mümkün olmamışdır. Telefonunun oğurlandığını düşünüb növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 09:30 radələrində DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, ona məxsus olan 600 manat dəyərində Samsung A32 (128GB yaddaş) markalı mobil telefonu, telefonun üzərində 6 manat dəyərində telefon qoruyucusu və 20 manat dəyərində +**********45 saylı CİN kartı Təqsirləndirilən şəxs oğurlanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 626 (altı yüz iyirmi altı) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Göygöl rayonu Quşqara kəndində yerləşən “Nadel bar” adlı kafedə aşbaz işləyir. Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kənd sakini kimi tanıyır, ara-sıra işlədiyi bara gəlir. Təxminən 2023-cü ilin aprel ayının sonlarında dəqiq gününü xatırlamdığı vaxtda Zərərçəkmiş şəxs3 ona, barın anbarındakı elektrik direli, 3 ədəd elektikli yelpənək, 1 ədəd bel və bir ədəd dərman aparartının yerində olmadığını demişdir. 2023-cü ilin may ayının əvvələrində barda qaravul işləyən Əhmədağa nasaz vəziyyətdə olan “Samsung” markalı mobil telefonun yerində olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən 19:30 radələrində o, barda administrator işləyən Zərərçəkmiş şəxs3 ilə birlikdə barda olarkən Təqsirləndirilən şəxs onların yanına gəlmiş, yemək istəmiş, o da Nicata demişdir ki, gözləsin yeməyin kartofu bişsin. O və Zərərçəkmiş şəxs3 mətbəxə keçmişlər. O, Nicatın oturduğu otağa keçən vaxt Nicatın onun mobil telefonunu oğurlayıb qaçdığnı görmüşdür. Həmin vaxt mobil telefonunun üzərində 5 manat dəyərində telefon qoruyucusu, 4 manat dəyərində +**********93 saylı CİN kart olmuşdur. O, Sevda ilə Nicatın arxası ilə evlərinə doğru getmişlər. Nicat evin qapısını bağlamış, mobil telefonun onda olmadığını bildirmişdir. Sevda ərazinin sahə rəsinə zəng etmişdir. Həmin yerə polis əməkdaşları gəlmişlər. Daha sonra isə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 məxsus 3 ədəd elektikli yelpənək, 1 ədəd beli və bir ədəd dərman aparartının və Əhmədağaya nasaz vəziyyətdə olan “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Halhazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs4 notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 659 (altı yüz əlli doqquz) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində o, işdən gəldikdən sonra evdə olmuş. Özünə məxsus Niva markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Göygöl rayonu Nadel kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlamışdır. Bundan təxminən bir saat sonra oğlu Tariyel Həsənov evə gələrək avtomobildə mobil telefonla oynayan zaman yatıb qaldığını, oyandığında özünə məxsus Samsung A32 markalı mobil telefonun avtomobildə olmadığını demişdir. Tariyel Həsənov əvvəlcə mobil telefonunu dostlarının zarafatla götürdüyünü deyib axtarmağa başlamışdır. Daha sonra isə Tariyel mobil telefonunun oğurlanması ilə bağlı DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, oğlu Tarıyelə məxsus Samsung A32 markalı mobil telefonu Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs5 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs5 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Göygöl rayonu Nadel kəndində yerləşən Nadel bar adlanan yerdə mühafizəçi kimi işləyir, həm də orda qalır. O, özünə məxsus “X15“ markalı telefonundan gündəlik olaraq youtube mobil proqramından istifadə edib və “Nadel bar” adlanan yerdə qaldığı otaqda qoyurmuş. 2023cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda mobil telefondan götürüb istifadə etmək istədikdə yerində olmadığını görmüşdür. Fikirləşmişdir ki, yəqin barın içərisində haradasa qoymuş, bir neçə gün axtardıqdan sonra tapa bilməmişdir. Bu səbəbdən Göygöl RPŞ-yə əriə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus mobil telefon Göygöl rayon, Nadel kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs5 notarial qaydad təsdiq edilmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 200 (iki yüz) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 20 may 2023-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yei Təqsirləndirilən şəxs yaşadığı evdir. Baxış zamanı evdən Təqsirləndirilən şəxs yataq otağından 1 ədəd Samsung A32 markalı mobil telefon, 1 ədəd Samsung S21 markalı mobil telefon, 1 ədəd X15 markalı mobil telefon, 5 ədəd müxtəlif telefonlar, 1 ədəd maqnitafon, 2 ədəd səsgücləndirici, 1 ədəd elektrik uzadıcı, 3 ədəd yelpənək, 1 ədəd kənd təsərrüfatında istifadə edilən bel, 1 ədəd ağacların və bitkilərin dərmanlamasında istifadə olunan aparat, 1 ədəd elektrik direli və həmin direlə məxsus 1 ədəd şarj adaptoru götürülmüşdür. Bu barədə protokol tərtib edilərək şəkili çəkilmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan protkol və qəbzlərdən məlum olur ki, istintaq zamanı 1 ədəd “Samsung A32” markalı mobil telefon, 1 ədəd maqintafonun və iki ədəd səsgücləndirən, 3 ədəd yelpənək, 1 ədəd dərman vuran aparat, 1 ədəd bel, 1 ədəd elektrik direli və adapteri, 1 ədəd “X15” markalı mobil telefon, 1 ədəd “Samsung S21” markalı mobil telefon cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi subut kimi tanınmış və qəbzlə zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə 07 avqust 2023-cü il tarixli 9/6011 nömrəli saylı rəyin nəticə hissəsində qeyd olunur ki: 1 ədəd “Samsung A32” markalı mobil telefon 250 manat, 1 ədəd maqintafonun və iki ədəd səsgücləndirən 160 manat, 3 ədəd yelpənək 15 manat, 1 ədəd dərman vuran aparat 50 manat, 1 ədəd bel 5 manat, 1 ədəd elektrik direli və adapteri 40 manat, 1 ədəd “X15” markalı mobil telefon 80 manat, 1 ədəd “Samsung S21” markalı mobil telefon 650 manat olmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.250 manat müəyyən olunur. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair 07 avqust 2023-cü il tarixli bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 570 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X3 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Göygöl rayon Nadel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Göygöl rayon Nadel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayon Nadel kəndində yaşayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 25 iyul 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan 20 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Vteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyanın 114909 nömrəli vəsiqəsindən məlum olur ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi veteranıdır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, Vətən Müharibəsi veteranı olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və təbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, Vətən Müharibəsi veteranı olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və təbin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun və Gəncə şəhərinin ərazisində fəhləlik etməklə dolanışığını təmin edir, Göygöl rayonu Nadel kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Nadel kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 50 (əlli) manat pulun Təqsirləndirilən şəxs alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba-dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi subut kimi tanınmış 1 ədəd “Samsung A32” markalı mobil telefon, 1 ədəd maqintafonun və iki ədəd səsgücləndirən, 3 ədəd yelpənək, 1 ədəd dərman vuran aparat, 1 ədəd bel, 1 ədəd elektrik direli və adapteri, 1 ədəd “X15” markalı mobil telefon, 1 ədəd “Samsung S21” markalı mobil telefonun zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Nadel kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi subut kimi tanınmış 1 ədəd “Samsung A32” markalı mobil telefon, 1 ədəd maqintafonun və iki ədəd səsgücləndirən, 3 ədəd yelpənək, 1 ədəd dərman vuran aparat, 1 ədəd bel, 1 ədəd elektrik direli və adapteri, 1 ədəd “X15” markalı mobil telefon, 1 ədəd “Samsung S21” markalı mobil telefonun zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba-dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar