Məhkəmə qərarları › İş №1(066)-20/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-20/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-20/2025 12.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X13 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X13 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X14, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X50 Uşaq xəstəlikləri şöbəsinin tibb bacısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Göygöl Rayon Mərkəzi X34 Şəxsinin direktorunun xx.xx.2016-ci il tarixli əmri ilə qeyd olunan X61 X18 tibb bacısı vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”-nın Tibb bacısının nümunəvi vəzifə təlimatının İ və İİ bəndində göstərilən həkiməqədər tibbi yardımı göstərmək, tibb müəssisəsində və evdə xəstələrə tibbi qulluğu həyata keçirmək səlahiyyətlərə malik tibb bacısının nümunəvi vəzifə təlimatın İİ hissəsinin 12-ci bəndində nəzərdə tutulan həkim təyinatının yerinə yetirilməsinin təmin etmək tələbini pozaraq, ambulator qaydada təyinatın qüsurlu şəkildə icra edilməsi ilə müşahidə edilən xx.xx.2024-cü il tarixdə saat 12:18-də Göygöl RMX-nın qəbul şöbəsinə az yaşlı X15 həkim təyinatı olmadan “Dəqiqləşdirilməmiş qızdırma” diaqnozu ilə əlaqədar sistem şəklində venadaxili inyeksiya edilmiş dərman preparatlarının tərkibindəki məhlulun qısa müddət ərzində axımını sürətləndirmək məqsədi ilə qoşulmuş sistemin bankasına heç bir zərurət olmadığı halda 10 qramlıq şprislə 3-4 dəfə hava vurmaqla öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, işinə vicdansız və laqeyd münasibət göstərməsi ilə birbaşa səbəbli əlaqəsi olan ehtiyyatsızlıqdan “yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası”-nın yaranmasına səbəb olması nəticəsində Nuray Quliyevanın xx.xx.2024-cü il tarixdə saat 13:30-da göstərilən reanimasyon tədbirlərə baxmayaraq xəstəxananın qəbul şöbəsində ölümü ilə birbaşa əlaqəli tibbi xidmətinin keçirilməsi qaydalarını pozaraq Nuray Quliyevanın ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o tibbi bacısı olaraq həkimlərin hazırladığı tarixçə üzrə uşaqları rentgenə, UZİ-yə, nevro-potoloqa, diş həkiminə və s. aparır, sonra onların həmin tarixçəyə yazdıqları təyinatı gətirib həkimlərinə təhvil verir. Həmçinin uşaqlardan götürülən qan, sidik və nəcislə bağlı olan barkodları və kağızları işçilərlə laboratoriyaya göndərtdirir, sabahısı gün də analizlərin cavablarını gətirib tarixçələrə qoyub yapışdırır. Onun uşaq şöbəsindəki işi bundan ibarətdir. 25 iyul 2024-cü il tarixdə sistem qoyulan günü saat 1-2 arası onun nahar fasiləsi olmuşdur. Uşaqları evə gəldikləri üçün o həmişə 1-2 arası evə gedir. Oğlu ona zəng edib, “-ana, gəlirsən mi?”- deyə soruşmuş, o isə “- siz gəlin, mən də gəlirəm” deyə bildirmişdir. Həmin ərəfədə Quliyeva Günel uşaqları ilə birlikdə şöbəyə gəlmişdir. Yanlarında qız uşağı və yaşlı xanım olmuşdur. Gülbaharla Günel xanım söhbət edərkən Günel xanımın orada olan Gülbahar xanıma “-uşaqlarıma sistem qoyulasıdı, siz qoyursuz sistemi?” deyə soruşmuş, Gülbahar xanım da “-bəli, mən qoyuram” deyə bildirdi. Gülbahar xanım ona “- Günel, mən uşaqlara sistem qoymaq üçün qəbul şöbəsinə gedirəm, mənə köməyə gələ bilərsən mi?” dedi, o da “gələrəm” deyə bildirmişdir. Onların şöbədə işçilər, sanitarkalar və s. xəstəyə sistem qoyularkən starşlarına juqut tutmaq, təzyiq havası vurmaqla bağlı və s. kömək edirlər. Gülbahar xanım və o həmin şəxslərlə birlikdə qəbul şöbəsinə gedəndə Gülbahar xanım ondan şkafdan uşaqlar üçün pasdel götürməsini istəmiş, o da şkafdan pasdeli götürüb uşaq uzanacağı çarpayıya salmışdır. Həmin vaxta kimi də Gülbahar xanım resepdən daha kiçik ölçülü siyahıda yazılmış olan dərmanları hazırlayırdı. Gülbahar xanım dərmanları şpiris vasitəsilə bir-birinə qatıb hazır elədi, həmçinin sistemdə olan havanı da özü tənzimlədi. Sonra Gülbahar xanım şpirisi hazır edib ucuna kəpənəyi salanda ondan pambıq, spirt gətirməsini və ondan juqutu tutmasını istədi. Həmçinin bildirmək istəyir ki, onların qəbul şöbəsinin otaqları qaranlıq olur, məhz bu hadisə baş verəndən sonra da ətrafda olan ağacların hamısı kəsilmişdir. Otaq qaranlıq olduğu üçün həmin vaxtı telefonun fanarını yandırmışdır. Uşaq sistemdən qorxduğu üçün kravata uzanıqlı halda ağlayırdı, o da sakitləşdirməyə çalışırdı. Gülbahar xanımın göstərişi ilə o bir əli ilə telefonun fanarını saxlayaraq digər əli ilə də juqutu tutmuşdur. Gülbahar xanım sistemi qoyanda uşağın əlinin üstündə şişkinlik yarandı. Həmin vaxtı onların yanlarında olan yaşlı nənə də gördü ki, Gülbahar xanım uşağın əlinin üzərindəki şiş bilinməsin deyə şişin üzərindən basdı. O həmin vaxtı Gülbahar xanıma uşağın əlinin şişdiyini və juqutu çıxarmaq lazım olduğunu bildirəndə Gülbahar xanım ona baxaraq əsəbi halda “sistemi qoyan mənəm, sən kimsən mənə yol göstərirsən, sən juqutu tutmağa gəlmisən” deyə bildirdi. Juqutu o çıxarandan sonra Gülbahar xanım uşağın əlinin üzərindən basdı, yanlarında olan nənə də bunu gördü. Daha sonra ondan juqutu biraz yuxarı hissədən tutmasını istədi. Gülbahar xanım həmin hissədən təkrar sistem qoymaq istəyəndə uşaq qışqıraraq yenə ağrı çəkdiyini bildirdi. Gülbahar xanım hər dəfəsində uşağın əlinin üstündəki şişdən basdıqda uşaq qışqırıb ağlayaraq uzanıqlı vəziyyətindən qalxmış, onlar da sakitləşdirib təkrar kravata uzadmışlar. Daha sonra 5-10 dəqiqə keçməmiş Gülbahar xanım ondan təkrar juqutu tutmasını istəmiş, o juqutu saxlamış, Gülbahar xanım sistemi qoyarkən təkrar damara düşə bilmədiyi üçün uşaq yenə ağrı çəkdiyini bildirmişdir. Gülbahar xanım sistemin iynəsini sağa-sola yoxlayaraq bir neçə dəfədən sonra sistemin ucundakı iynəni damara sala biləndən sonra sistemi qoşmuşdur. 3 qramı uşağın əlinin üstündə köp yaratmış və 2 qramı şpirisdə qalmış dərmanı Gülbahar xanım həmin şpiris vasitəsilə sistemə qatmışdır. Otaqdakı nənəyə də uşağın yanında qalmasını, ona nəzarət eləməsini tapşırdı, ondan da onunla gedib digər kiçik uşağa sitem qoyulmasına köməklik etməsini istəmişdir. Gülbahar xanım həmin azyaşlı uşağın dərmanlarını hazırlayarkən o da şkafdan pasdel götürərək uşağın kravatını hazır eləmişdir. Daha sonra Gülbahar xanımın istəyi ilə o fanarı və juqutu tutmuş, Gülbahar xanım da sistemi qoymuşdur. Gülbahar xanım arada çevrilərək sistemə nəzarət edirdi. Onun işi də yalnız juqut tutmaq və sistemə hava vurmaqdan ibarət olmuşdur. Daha sonra Gülbahar xanım ondan təzyiq üçün hava vurmasını istəmiş və o da çarpayıda uzanan körpəyə iki dəfə təzyiq üçün hava vurmuşdur. Sistem qurtarana yaxın Gülbahar xanımın istəyi ilə o sistemin kəpənəyini çıxarıb pambığı qoyub sulu salfetkalarla bağlamışdır. O, şpirisi və pambığı stola qoyub arxaya çevriləndə uşağın halındakı dəyişikliyi görüb qışqırmış, Gülbahar xanım da onunla birgə qışqırmışdır. Həmin vaxtı ana da uşağının yanına qəfil gəlmiş, daha sonra səs-küyə Valeh həkim, Vasif həkim və Nəzmi həkim kömək etməyə gəldilər. Həmin vaxtı uşağın anasının halı pis olduğu üçün ona valerianlı su gətirmiş, daha sonra da onun halı pis olduğu üçün kompyuter şöbəsindən Könül xanım onu 2-ci mərtəbəyə çıxarmış, orada ona valerian vermişlər, dilinə də dərman qoymuşlar. Hadisədən 2 saat keçəndən sonra Gülbahar xanım şöbəyə gəlmiş və ona şüşələri dəyişdirdiyini bildirmişdir. Ondan şüşələri niyə dəyişdirdiyini soruşanda o “mən gərək sistemə nəzarət etmədim, gərək nəzarət edəydim” deyə ona bildirmişdir. O, hadisə olan yerə sadəcə kömək etmək məqsədilə getmiş, hazırda kömək elədiyinə də çox peşmandır. O, yalnız juqut tutmuş və hava təzyiqi vermişdir. Juqut tutacağı və sistemə hava vuracağı üçün bunların başına gələcəyini bilməzdi. Əlavə olaraq bildirdi ki, uşaq şöbəyə gətiriləndə təxmini saat 1-2 radələri olmuşdur. Həmin vaxtı böyük və balaca oğlu ona zəng eləyib hazırda evə gəldikləri bildimiş və onun da evə nə vaxt gələcəyini soruşmuşlar. O, evə getsin deyə uşağa qoyulan sistemi tez-bazar yola verməyə çalışmamışdır. Uşaq şöbəsindəki vəzifəsi tibb bacısıdır. Gülbahar xanımın vəzifəsi də tibb bacısıdır. Hər ikisi sadə tibb bacısıdır. Gülbahar xanım uşağa sistemi qoşandan sonra ona tapşırmamış, yenə də sistemə özü nəzarət etmişdir. Gülbahar xanım onu sadəcə kömək üçün çağırmış, onun oradakı işi də juqut tutmaqdan və təzyiq üçün hava vurmaqdan ibarət olmuşdur. O, Gülbahar xanımın istəyi ilə sistemə hava vurmuş, özbaşına iş görməmişdir. O, uşaq şöbəsində, yəni 2-ci mərtəbədə işləyir, uşağa yardım qəbul şöbəsində yəni 1-ci mərtəbədə olmuşdur, onlarla qəbul şöbəsi arasında biraz məsafə var. Onların uşaq şöbəsinə gələn xəstələri həkim müayinə edir, sistemlə sağalası xəstələrə sistem qoyulur, dərmanla müalicə olunan xəstələr də dərmanla müalicə olunur, halı ağır olan xəstələr də şöbədə yatızdırılır, vəziyyəti yüngül olan xəstələrə isə sistem qoyulur və ya dərman yazıldıqdan sonra evlərinə göndərilir. Sistem qoyulan vaxtı saat təxmini 12 və ya 1-ə işləmiş olmuşdur. Juqut uşağın əlinin üzərinə bağlanmışdı. Uşağın əlinin üstündəki şişkinliyin həcmi qozdan böyük olmuşdur. Təzyiq üçün havanı dərmanı hazırladıqları şpirislə vururlar. Sistemə hansı iynələrin vurulduğunu, Gülbahar xanımın sistemə hansı iynələri vurduğunu bilmir. Dünyasını dəyişən uşağın sisteminə 3 dəfə, digər azyaşlının sisteminə isə 2 dəfə hava təzyiqi vurmuşdur. Sistem təxmini 20 dəqiqə davam etmişdir. Azyaşlı Nuraya sistem qoşulduqdan təxmini 10 dəqiqə sonra azyaşlı Şəhlaya sistem qoşulmuşdur. O, sistem qoyulması üçün azyaşlı Şəhlanın yerini hazır edən ərəfədə mərhum Nurayın sisteminə Gülbahar xanım, eləcə də uşağın yanında əyləşən nənəsi nəzarət edirdi. Gülbahar xanım Nurayın sol əlinin üst tərəfindən sistemi qoymağa cəhd etdi, lakin iynə dərinin altına düşməsi səbəbində Nurayın əli şişdi, həmin şiş təxminən qoz boyda olmuş və şişin üstündən basıldıqda Nurayın əlindən çıxan şişkinliyi Gülbahar xanım, uşağın anası, yaşlı nənə görmüşlər. Nuraydan sistemi çıxarmasını Gülbahar xanım istəmişdir. Nuraydan sistemin kəpənəyini çıxardıb stolun üstünə qoyub arxaya dönərkən uşağın halının pis olduğunu görməsi təxmini 1-2 dəqiqə çəkmişdir. Uşaqdan sistemi çıxaran ərəfədə hər hansı danışığı olmamış, sadəcə iynəni çıxaran zaman da demişdir ki, “-yandım”. Uşağa qoyulan sistemdə hava qalıb-qalmadığına baxan olmamışdır. Gülbahar xanım şüşələri dəyişdirdiyini deyən zaman orada işçilərdən Mehriban, Sevda, Əminə, Raxşəndə və Afət olmuşdur. İstintaqda ifadə verdiyi zaman halı yaxşı olmamışdır. Gülbahar ilk olaraq sistemi qoşanda, 10 qramlıq mayeni ampuladan sprişə çəkdi və daha sonra isə sistem balonundan maye götürərək həll etdi və həmin mayeni Gülbahar uşağın əlinin üstündə vuranda yandırdı həmin vaxt uşağın nənəsi və anası da bunun şahidi oldu. Bundan sonra əlinin üstündə olan şişi sıxdı və sonra isə şprislə qolundan vurdu. Həmin şiprisin ucunda kəpənək olmuşdur. Şipirisdə olan mayenin bir hissəsini əlinin üzərindən, bir hissəsini venadan vurdu, şpirisin içində qalan mayeni isə sistem balonuna vurdu. Şahid4 uşağa sistem qoyanda tiktoka baxırdı və whatsapp vasitəsilə kiməsə səs atırdı. Sonda Təqsirləndirilən şəxs çıxışı zamanı bildirdi ki, o müdafiəçinin çıxışı ilə razıdır, günahkardır və peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və vurulmuş zərəri ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X36 ifadəsində göstərdi ki, 24 iyul 2024-cü il tarixdə uşaqlarını xəstəxanaya aparmış və Nəbican həkim onları yoxlamışdır. Uşaqlarında qızdırma, qusma, halsızlıq halları olmuş, həmçinin balaca qızı Şəhla və böyük qızı Nuray da ağrımışdır. Hər iki qızını yoxlatmaq üçün aparmış, Nəbican həkim uşaqların hər birinə iki antibiotik, iki sistem və öskürək üçün sirop yazmışdır. O, birinci gün uşaqları sistem qoşulması üçün gətirmiş, həmin gün Leyla adlı tibb bacısı uşaqlara sistem qoşmuşdur. Həmin günü nə Gülbahar, nə də Günel xanım olmamışdır. Sistem birinci gün qoşulanda hər iki uşağına sistemi Leyla xanım qoşmuş və hər şey qaydasında olmuşdur. Onda olan resepti işçilərə vermiş, sonradan sanitarka işləyən Maya adlı xanım resepti götürüb atmışdır. Birinci sistem qoyulan günün sabahsı o xəstaxanaya gələrkən Nəbican həkim yazdığı reseptin orada qalıb-qalmamasını dəqiqləşdirdikdən sonra həmin reseptin sanitarka tərəfindən atılmasdan xəbəri olmuşdur. Bundan sonra Nəbican həkimə zəng vuraraq, reseptdə yazılan dərmanları dəqiqləşdirmək istəmiş, Nəbican həkimin nömrəsini əslində uşağın qəflətən qızdırması qalxa bilər deyə almışdır. Həmin vaxt Nəbican həkim ona hər hansı aptekə yaxınlaşmasını, telefon vasitəsilə hansı dərman vasitələri lazım olduğunu deyəcəyini, aptek işçilərinin verəcəyini demişdir. O aptekə getmiş və Nəbican həkim dediyi kimi aptekin işçisi həmin dərmanları vermişdir. Birinci sistem qoyulan günün sabahısı, təxminən saat 11-12-yə işləmiş xəstaxanaya getmişdir. Xəstəxanayə gələrkən Gülbahar xanımla, Günel xanımın ikisinin gəlməsini görmüşdür. Əvvəl Gülbahar xanım Nurayın sistemini qoşmuş, sonra iynənin dəri altı getməsini demiş və çıxarıb yenidən qoşmuşdur. İkinci dəfə qoşanda da iynə getmiş, sonra iynəni biraz boşaltdıqdan sonra sistem işə düşmüşdür, daha sonra, Şəhlaya sistem qoşmuş, həmçinin şprislə hava vurmuşdur. Nurayın sistemi tez-tez damırdı və nisbətən tez qutardı. Nurayın qolundan şprisi çıxaran kimi uşaq qışqırmağa başladı və Nurayın rəngi göm-göy oldu. O qorxub təntimiş vəziyyətdə Gülbahar xanımla, Günel xanımın ikisinin birləşib Şəhlanın sistemi ilə Nurayın sisteminin yerini dəyişməsini görmüş ki, guya uşaq sistemin altında şoka düşüb, lakin onun uşağında heç vaxt sudurqa baş verməmişdir. Ona prokurorluqda olarkən sistem balonunu göstərərək, Nurayın sistemi olmasını demişlər o isə Nurayın sisteminin olmamasını bildirmiş, orada ona tibb bacılarının bu sistemi göstərərək guya həmin sistemin Nurayın sistemini bildirməsini bildirmişlər. Əlavə olaraq bildirdi ki, birinci gün sistem Nəbican həkim ona təcili yardıma getməsini orada uşaqlara sistem qoyduqlarını bildirmişdir. 24 iyulda sistem qoşulanda uşaqlarına sistemi Leyla adlı tibb bacısı qoşmuşdur. 24 iyulda sistemdən sonra uşaqların qızdırması düşmüş, sonra isə qalxmış, lakin sistem qoşduqdan sonra heç kəs uşaqların qızdırmasını yoxlamamışdır. Nəbican həkim dediyi kimi, 24 iyulda uşaqlara sistem qoşdular, sonra isə qızdırmaları düşmədiyi üçün 25 iyulda bir də sistem qoşdurmaq üçün Göygöl Rayon Mərkəzi Xəstaxanasına getmişdir. O, 25 iyulda uşaqlara sistem qoşdurmaq üçün Göygöl Rayon Mərkəzi Xəstaxanasına gələndə orada heç kəs olmamış, lakin xəstə qəbulunda işləyən qadına dedikdən sonra, Şahid4 və Təqsirləndirilən şəxs gəlmişlər. Gülbaharı tibb bacısı kimi tanıyır, bir neçə dəfə sistem qoşdurmuş, Təqsirləndirilən şəxs isə tanımamışdır. Gülbahar xanım tək özü sistemləri hazırladı və birinci Nurayın sistemini qoşdu. Gülbahar xanım sistemi qoşduqdan sonra nəzarəti Günel xanıma tapşırdı ki, Nuraya nəzarət etsin, o isə Şəhlanın sistemini qoşsun. Nurayın sisteminə nəzarət edilən zaman, Günel xanım ən az sistemə 4-5 dəfə hava vurdu. Gülbahar xanımın Günel xanıma sistemə hava vurmasını deməsini eşitməmişdir. Gülbahar xanım sistemi qoşduqdan 2-3 dəqiqə sonra Günel xanım sistemə 10 qramlıq şprislə hava vurmağa başladı. Bu arada Gülbahar xanım Günel xanımdan soruşdu ki, uşağın sistemi necə gedir. O isə cavabında yaxşı getdiyini dedi. Gülbahar xanımın arxası Günel xanıma olmuş və Gülbahar Günelin sistema hava vurmasını görmürdü. Günel Şəhlaya gəlib iki dəfə hava vurmuş, həmin vaxt Gülbahar Günelə “bəsdi vurma” dedi. Günel Nurayın sisteminə hava vuran zaman Gülbahar ona vurmamasını deməmişdir. Sistem səhv eləmirsə 200 ml idi və sistem 15 dəqiqəyə bitmişdir, lakin sistem birinci gün qoyulanda daha tez bitmişdi. Nurayın sistemi tam yekunlaşmış və sistemdə maye qalmamışdı. Şəhlanın sistemində isə biraz maye qalmışdı. Sistem bitdikdən sonra, Gülbahar xanımın göstərişi ilə Günel xanım iynəni çıxardanda uşağ çığırmağa başladı və onun nəticəsində rəngi göm-göy oldu. Sonra uşağı müdaxilə etmək üçün apardılar və onlara uşağın yaxşı olmasını və narahat olmamalarını bildirdilər. Bir müddət sonra uşağın artıq rəhmətə getməsini görmüşlər, onlara isə xəbər vermirlər. 24 iyulda uşaqları Nəbican həkimin yanına aparanda, o reseptdə hər iki uşağa görə iki sistem qoşmasını qeyd etmiş və antibiotik yazmış, antibiotik yazarkən reseptdə antibiotik üçün prob qoyulmasını da qeyd etmişdir. Birinci gün uşaqlara sistem qoşan zaman, sistemi Leyla xanım qoşmuş, Leyla xanım sistemi Nurayın sol əlinin üst tərəfindən qoşmuşdu. 25 iyulda sistemləri qoşmaq üçün Göygöl Rayon Mərkəzi Xəstaxanasına gələndə Leyla adlı tibb bacısı xəstəxanada olmamış və qarşısına Gülbahar və Günel gəlmişlər. Gülbahar sistemləri özü hazırlamış və əvvəlcə Nurayın sol əlinin üst tərəfindən qoymağa cəhd etmiş, lakin iynə dərinin altına düşməsi səbəbində Nurayın əli şişmiş və sonra Gülbahar sistemi Nurayın həmin qolun venasından qoşmuşdur. Gülbahar Günel xanıma Nurayın sisteminə hava vurmasını deməsini eşitməmişdir. Nurayın qolundan iynəni çıxaran zaman, sistem tam yekunlaşmış, lakin Prokurorluqda ona göstərilən sistemin içərisində maye qalmışdır. Şəhlanın sistemində isə biraz maye qalmışdır. İlk dəfə Göygöl Rayon Mərkəzi Xəstaxanasına, sistem qoşdurmaq üçün 24 iyul 2024-cü il tarixdə getmişdir. Nəbican həkimin yanına getmişdir, o isə təcili yardım şöbəsində işləyir. Nəbican həkim uşaqlarına müalicə yazmış və gedib uşaq şöbəsində uşaqlara sistem qoşdurmasını demişdir. Uşaqlarının hər ikisi, Şəhla və Nuray xəstə olmuşdur. 24 iyuldan əvvəl uşaqları iki gün xəstə olmuş və qızdırmaları 38-39 dərəcə olmuşdur. Onların işəmə, qusma və qızdırma halları olmuşdur. O, xəstəxanaya gələndə uşaqların vəziyyətini müəyyən etmədilər, heç bir analiz götürmədilər, lakin Nəbican həkim uşağın sinəsini yoxlamış və dərmanları vərəqə yazıb ona vermişdir. Nəbican həkim yazdıqları dərmaları xəstaxananın yanında yerləşən “BUTA” aptekdən almışdır. Lakin hansı dərmanların almasını dəqiq xatırlamır. 24 iyulda Leyla adlı tibb bacısı sistemləri qoşduqdan sonra uşaqların qızdırması enmişdir, lakin axşam qızdırmaları yenə qalxdığından sabahsı gün yenə xəstəxanaya getmiş, Nəbican həkim xəstəxanada olmadığından ona zəng vurmuş və xəstaxananın yanında yerləşən aptekə gedib, Nəbican həkimlə aptekdə danışan satıcını danışdırmış, Nəbican həkim dediyi dərmanları almış, həm birinci günü, həm ikinci günü 6-7 manat xərci olmuşdur. 24 iyulda Leyla adlı tibb bacısı sistemi qoşduqdan sonra Gülbahar xanım da gəlmiş və onu orada görmüşdür. 24 iyulda uşaqlarına sistem qoşulduqdan sonra Gülbahar xanım onlara nəzarət etməmiş, yalnız Leyla adlı tibb bacısı qoşmuş və özü nəzarət etmişdir. 25 iyulda xəstələrin qəbulunda oturan qıza dərdini deyəndə, o zəng vurandan sonra Gülbaharla Günel gəlmişlər. Bu arada iynə almadığını xatırlamış və gedib alıb qayıtmışdır. Gülbahar xanım ona “gəlin uşaqların sistemini vurum” demiş və onları otağına dəvət etmişdir. Otağın iki çarpayısı olmuş, Şəhla stolun üstündə uzanmış, Nuray isə çarpayıda uzanmışdır. Otağın eni böyük olmamış və onların bir-birlərini görməsi çətin olmamışdır. Gülbahar xanım sistemi özü hazırladı və əvvəlcə Nurayın sol əlinin üst tərəfindən qoymağa cəhd etdi, lakin iynə dərinin altına düşməsi səbəbində Nurayın əli şişdi və sonra Gülbahar xanım sistemi Nurayın həmin qolun venasından qoşdu. İlk dəfə Gülbahar venadan sistemi qoşan zamanda dəri altı getmiş və Nuray yandırmasını bildirmiş, həmin vaxt Gülbahar sistemin iynəsini arxaya çəkib təkrar qoşmuş və bu vaxt damara düşmüşdür. Nurayın qolunda şişkinlik yaranmamış, lakin əlinin üstündə şişkinlik yaranmış, həmin vaxt Gülbaharın özü demişdir ki, sistem dəri altı getdiyindən şişmişdir. X51 nəzarət etməsini, onun isə Şəhlaya sistem qoşmasını bildirmişdir. Günel oturmamış, ayaq ütsə olmuşdur. Günel xanım havanı sistem bankasının yanındakı rezindən, şpris vasitəsilə vururdu. Gülbahar sistemi qoşanda özü hava vurmamışdı. Sistem təxminən 15 dəqiqə davam etdi. Nuray sistem çıxarılana kimi onunla normal danışırdı, hətda ondan dornurma almasını istəyirdi, iynəni çıxaran kimi vəziyyəti pisləşdi. Nurayın qolundan iynəni Təqsirləndirilən şəxs çıxartmışdır. Sistem çıxarılanda sistem bankası boş olsa da, sistem şlankında hələ də az da olsa maye olmuşdur. Nurayın sistemi qurtaranda, Şəhlanın sistemində də maye az qalmışdı. Sistemin iynəsi çıxarılan vaxtla Nurayın ondan dondurma istəməsi arasında 5 dəqiqə vaxt olardı. Təqsirləndirilən şəxs Nurayın sisteminə təxminən 4-5 dəfə hava vurmuşdur, Şəhlaya isə iki dəfə. Təqsirləndirilən şəxs Nurayın sisteminə hava vuran zaman Gülbahar xanıma heç nə deməmişdir. Uşaqlara sistem qoyulan otaqda yoldaşının xalası – Almas, Gülbahar, Günel, uşaqları və o olmuşdur. 24 iyulda Nəbican həkim uşaqlara yazdığı resepti tibb bacıları itirmişdir. Nəbican həkim reseptdə uşaqlara sistem vurmaq üçün yazılan dərmanları uşaqlara vurdurmağını, hərarəti düşməsə həmin dərmanlardan təkrar alıb vurdurmağı demişdir. O da həmin axşamı Nəbican həkimə zəng edərək uşağın hərarətinin düşmədiyini, həmçinin tibb bacılarının respeti itirdiklərini bildirərək aptekdə işləyənə həmin reseptdə olan dərmanları təkrar deməsini xahiş etmişdir. Nəbican həkim həmin dərmanları aptekdə işləyənə deyəndən sonra aptekin işçisi həmin dərmanları və hansılardan nə qədər miqdarda istifadə olunacağı ilə bağlı resepti yazıb ona vermişdir. Şahid4 uşağına sistem qoşanda tiktokda videolara baxırdı, whatsappda oğlu və qızı ilə danışırdı. Belə ki, Gülbahar oğluna iş axtarırdı. Şahid4 ilk sistemi qoşan zaman sistemə ilk özü hava vurmuş, daha sonra isə Günel hava vurmuşdur. Şahid4 prokurorluqda verdiyi ifadəsində yalandan Şəhlanın sistemində qalan mayenin Nuraya aid olduğunu demişdir. Günel balaca uşağa bir dəfə hava vuran zaman Gülbahar “artıq bəsdir” demişdir. Lakin böyük uşağa 4 dəfə hava vurulmuşdur. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X36 çıxışı zamanı bildirdi ki, Təqsirləndirilən şəxs qarşı barışıq vermişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona yüngül cəzverilməsini istəyir. Həmçinin Şahid4 barəsində prokurorluğa material göndərilməsini istəyir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X36 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 2024-cü il iyul ayının 1-dən avqust ayının 12-dək məzuniyyətdə olduğu üçün hadisə baş verən günü işdə olmamışdır. Odur ki, hadisə ilə bağlı hər hansı məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, o sadəcə uşağın sistemdən sonra dünyasını dəyişdiyi xəbərini eşitmişdir. Uşaq xəstələri şöbəsində yatan xəstələrə həmin şöbədə sistem qoyulur, lakin yeni gələn xəstələrə təcili yardım şöbəsində sistem qoyulur. Onların şöbədə ambulator xəstələrə zərurət olduğundan kənar həkimin yazdığı resept üzrə sistem qoyulur. Nəbican həkim uşaq şöbəsinin həkimi deyil, o, təcili yardım şöbəsində işləyir. Günel xanım sistem qoşan tibb bacısı deyil. Gülbahar xanım sistem qoşan tibb bacısıdır. Tibb bacıları özbaşına hər hansı sistem qoya bilməzlər, bununla bağlı həkimin göstərişi olmalıdır. Valideynin istəyi ilə sistem qoyulması qəti yolverilməzdir. Onların şöbədə 14 tibb bacısından 2-si sistem qoyandır. Baxmayaraq ki, göstərişə əsasən bütün tibb bacıları sistem qoşmalıdır. Uşaq qışqırdığı zaman yaranan təzyiqlə bağlı sistemə hava təzyiqi vurulur. Sistemə vurulan hava təzyiqi nəticəsində şəxsin damarına hava düşə bilməz. İnsanın damarına hava düşməsindən həmin insanın ölməsinə qədər olan müddət 5-6 dəqiqə çəkir. Onların şöbədə hər hansı tibb bacısının tibbi yardım göstərməsi üçün həkim göstərişi və nəzarəti olması zəruridir. Həkim göstərişi, həkim resepti olmasa şöbədə heç bir tibb bacısı kiməsə sistem qoya bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə hər hansı yaxınlığı və ədavəti yoxdur, zərərçəkmiş şəxsin hüquqi varisi X36 onun gəlinidir. Onlar uşağı yoxlatmaq üçün həkimə aparmışlar. Uşağı yoxlayan Nəbi həkim uşağa 2 sistem və 2 iynə yazmış, onlar da həmin günü yox sabahısı gün həkim yazdıqlarını alıb uşağa vurdurmuşlar. Uşaq həmin günü yaxşı olmuş, özü sərbəst gəzmişdir. O, evdə olmayan vaxtda anası uşağa sistem qoydurması üçün götürmüş, daha sonra oğlu Nurayın ölməsini xəbər vermişdir. Onlar xəstəxanaya gedəndə onları uşağın yanına buraxmamışlar. Uşağın ölməsinə səbəb olanlar onlara yardım da göstərməmişlər. Uşağa sistem vurulan 1-ci günü uşağın yanında olmuş, lakin öldüyü gün uşağın yanında olmamışdır. Dərmanları xəstəxadan biraz yuxarıda yerləşən aptektdən almışlar. Nəbi həkim uşağı müayinə edərkən uşaqdan hər hansı analiz götürməmişdir. Onlar gəlini ilə ayrı yaşayırlar. Uşağa ilk günü qoyulan sistem yaxşı şəkildə qoyulmuş, hər hansı narahatlıq olmamışdır. Uşağa ilk günü qoyulan sistem zamanı da sistemə şpirislə hava vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 iyul 2024-cü il tarixdə sistem qoşulan zamanı Quliyeva Günel uşaqları qayınanası ilə xəstəxanaya aparmışlar, sistemi uşağa köçürdüb qayıtmışlar. 25 iyul 2024-cü il tarixdə sistem qoşulan zamanı isə o özü onlarla xəstəxanaya getmişdir. Onlar gedəndə Nəbi həkim kabinetində olmamışdır. Bacısının gəlini X63 həkimə zəng edərək uşaqları gətirdiyini bildirmişdir. Daha sonra Nəbi həkim uşağı müayinə etmədən aptekdən o dediyi dərmanları almalarını tapşırmış, onlar da həmin dərmanları alaraq gətirmişlər. Uşaqlara sistemi vuran tibb bacıları Təqsirləndirilən şəxs və Gülbahar olmuşdur. Uşaqlara sistem qoyulan zaman Nurayın yanında o, Şəhlanın yanında da tibb bacısı Gülbahar olmuşdur. Sistemi Gülbahar vuran zaman uşaq qolu ağrıdığını bildirdi. Uşağa sistem qoyulan zaman tibb bacılarının hər ikisi telefonlara baxırdılar. 15 dəqiqəyə Nurayın sistemi bitdi, Şəhlanın sisteminin bitməsinə hələ biraz var idi. Tibb bacısı Nurayın sistemini çıxaran zaman uşaq “öldüm, ay ana” deyib qucağına atılmış və elə həmin vaxtı uşağın halı dəyişərək özündən getmişdir. Uşağın atasına zəng olunaraq Nurayın öldüyü bildirildi. Daha sonra da 102-yə zəng olunaraq məlumat verildi. Sonra o, Şəhlanı götürüb evə gəlmiş, anasıgil də xəstəxanada qalmışdır. Nuray dəfn olunan zaman heç bir xəstəxana işçisini görməmiş, heç biri Nurayla maraqlanmamışdır. Əlavə olaraq bildirdi ki, 25 iyul 2024-cü il tarixdə uşaqlara sistemi Şahid4 qoşmuşdur. Təqsirləndirilən şəxs Şəhlanın yox, Nurayın sisteminə 2-3 dəfə hava vurmuşdur. Nuraya tibb bacısı Təqsirləndirilən şəxs, Şəhlaya isə tibb bacısı Şahid4 nəzarət edib. Şəhlanın sisteminə hava vurulduğunu görməmişdir. 24 iyul 2024-cü il tarixdə uşaqlara sistem qoşulanda onlarla Göygöl rayon Mərkəzi Xəstəxanasına getməmişdir. Uşaqların sistemləri gedən zaman Təqsirləndirilən şəxs və Şahid4 hər ikisi telefona baxmışlar. Nuraya sistem qoşulandan sistem bitənə kimi uşaq qolunun ağrıdığını bildirmişdir. Nuraya qoşulan sistem tam qurtarmışdır. Sistem şüşələrini dəyişdirilməsini görmüş, lakin kimlər tərəfindən dəyişdirilməsini görməmişdir. Quliyeva Günel bacısının gəlinidir. Sistem qoyulan zaman o, Nurayın ayaq başında əyləşmişdir. Sistemi uşaqlara Şahid4 qoşmuşdur. Uşaqlara sistem qoşulan otaq işıqlı olmuşdur. Nurayın əlinin üstündə yaranan şiş balaca olmuş və göyərmişdir. Sistem Nurayın venasına qoşulanda, Nuray yenə də ağrı hiss etmişdir. Nurayın sistemini çıxaran zaman sistemin şlanqında su qalmamışdır. Uşağın sisteminin bitməsi təxmini 15-20 dəqiqə çəkmişdir. Sistemə nə qədər pul verildiyini bilmir. Nuray sistemin altında söhbət edirdi. Nuraydan sistem çıxarılan kimi uşaq ana deyib keçinmişdir. Gülbahar sistem qoşulan zaman telefona baxırdı. Nurayın sisteminə iki dəfə Gülbahar da hava vurmuşdur. Gülbaharın Nurayın sisteminə hava vurmasını görmüşdür. Həm Günel həm də Gülbahar telefonla oynamışlar. Həmçinin Nuray öləndə onların hər ikisi ağacdan bir yarpaq düşüb, ölüb-ölüb nə olacaq demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun ixtisası pediatriyadır, 2 dəfə pediatriyadan sertifikasiyadan keçmişdir. Sonuncu dəfə isə təxirə salınmaz təcili tibbi yardımdan sertifikasiyadan keçmişdir. Hazırda Göygöl rayonunda təxirə salınmaz təcili tibbi yardım şöbəsində növbətçi həkim işləyir. Günel Quliyeva tanış olduğu üçün 24 iyul 2024-cü il tarixində növbədə olduğu zaman gətirdiyi uşaqlarını qəbul edib diaqnoz qoymuşdur. Uşaqlarda kəskin respirator virus infeksiyası, uşaqda yüksək temperatur aşkarlanmışdır. Uşaqların temperaturu 39-39.5 dərəcə olmuşdur. Uşaqlarda davamlı qusma, isxal olmuşdur. Bunların qarşısını almaq üçün də o damar daxili enfilyasiya lazım olmasını düşünmüşdür. Uşaqların hərəsinə 200 qramlıq fizioloji məhlul, 50 qram kokarbiaksiala 1 ampula, 1 ampula 2 qram da vitamin C, analgindemidrol 05 qram, qusmasına görə serukal 05 qram, bazosid 75 qram antibiotik, lineks baby paraşoku yazmışdır. Daha sonra Quliyeva Günel və uşaqlarını qəbul şöbəsinə göndərmişdir. 2-ci gün Quliyeva Günel ona zəng edərək uşaqların yaxşı olduğunu, həmin sistemdən uşaqlara birini də köçürtmək istədiyini bildirmiş, o da aptekçiyə telefonda ilk günü yazdığı dərmanları demişdir. Əlavə olaraq bildirdi ki, uşaqların qızdırmasını o ölçməmiş, evdə ölçüb gətirmişdilər. Onun uşaqlara diaqnoz qoyub müalicə yazmağa səlahiyyəti olmamışdır. Antibiotikin qəbul edilmə müddəti, 12 saat keçməklə 3 gün müddətinə təyin olunur. O, uşağa 1 antibiotik yazdırmış və uşağın bədəni götürəcəyi halda antibiotikdən daha 2-ni ala biləcəklərini bildirmişdir. Ümumiyyətlə qızdırmalı uşağa həmin ərəfədə sistem qoulmasına icazə vardır. X14 uşaqlarına diaqnozu o qoymuşdur. Quliyeva Günel və uşaqları qəbul etməsi üçün kiməsə xəbər etməmiş, onlar daha əvvəl də qəbul şöbəsində olmuşdular. Quliyeva Günel və uşaqları ona tanış olduqları üçün gəlmişlər, o da onlara yox deyə bilməmişdir. Retsept cəmi 1 kopya olmuş, əlavə nüsxəsi olmamışdır. Quliyeva Günel tanış olduğu üçün retsepti möhürsüz adi vərəqdə yazıb vermişdir. 43 ildir həkim işləyir. Həmin müddət ərzində pediatr işləmiş, ailə həkimi işləmiş, sonra da təxirə salınmaz təcili tibbi yardım şöbəsində işləmişdir. Təcili tibbi yardıma gələn böyük və kiçik xəstələrə yardım göstərir. Təcili tibbi yardıma gələn xəstələrə uzun müddətli müalicə yazmaq səlahiyyəti yoxdur. Onlarda müayinə yazmaq üçün resept blankı olmur. Şifahi məlumata əsasən uşağa diaqnoz qoyula bilməz. Uşaq gələndə onun qızdırmasını ölçməmişdir. Uşaqdan analiz götürməmişdir. İmmuniteti düşən uşağa analgin, antibiotik vurulmalı olmadığından xəbəri var. Quliyeva Günel xanımdan hər uşaq üçün 5 manat məbləğində pul götürdüyünü qəbul edir. Uşaqda sadəcə kəskin respirator olmasını müəyyən edərək onun bədənində, qan dövranında olan məsələləri aşkarlamadan ona müayinə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, yoldaşı zəng edərək ona uşağın ağrıdığını bildirmiş, o isə həmin vaxtı xalası gildə olmuşdur. 24 iyul 2024-cü il tarixdə uşaqlara sistem köçürdüb gətirmişlər. 25 iyul 2024-cü il tarixdə uşaqları təkrar sistem qoydurmağa aparanda resepti itirdikləri üçün yoldaşı Nəbican həkimə zəng edərək ondan aptekçiyə müalicə üçün yazdığı dərmanları deməsini istəmişdir. Yoldaşı da aptekdən həmin dərmanları alıb sistem qoydurmaq üçün uşaqları xəstəxanaya aparmışdır. O da həmin vaxtı əmisi oğlu ilə bərabər olmuşdur. Əmisi oğlu ilə uşaqları xəstəxanadan götürüb xalası gilə gətirməyi planlaşdırmışlar. Yolda olarkən yoldaşı ona zəng edərək uşağı öldürdüklərini bildirərək, özünü tez ora çatdırmasını istəmişdir. Xəstəxanaya gələndə görmüşdür ki, Vasif həkim və digərləri yığışıb və onları da içəri buraxmırlar. Sonradan qapını açanda görmüşdür ki, uşaq gömgöydür. 5-10 dəqiqə sonra onları oradan çıxarmışlar və Vasif həkimi uşağı götürüb oradan aparmışdır. Əlavə olaraq bildirdi ki, uşağa sistem qoyulan zaman orada olmamış, sonradan gəlmişdir. Uşağa alınan dərmanlardan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o 2003-cü ildən Göygöl Rayon Mərkəzi Xəstəxanasında uşaq şöbəsində işləyir. Hər gün işə gedib-gəlir. xx.xx.2024-cü il tarixdə X36 onların xəstəxanaya uşaqlarına sistem qoşmaqla bağlı müraciət etmişdir. 24 və 25 iyul tarixlərində X14 uşaqlarına sistem qoşmuşlar. İyul ayının 25 işlədiyi xəstəxanada X36 gələndə onu acil şöbəsindən çağırmışlar, bundan sonra o aşağı düşmüş və sistemi necə lazımdırsa hazırlamışdır. Birinci sistemi Nuraya qoşmuş və Nurayı Təqsirləndirilən şəxs təhvil vermiş, sonra isə X44 adında qızına sistemi qoşmuşdur. Şəhlaya sistemi qoşanda X35 sistemi necə getməsini soruşmuş, Təqsirləndirilən şəxs isə Nuraya qoşduğu sisteminin yaxşı getməsini bildirmişdir. Nurayın sistemi gedərkən o, Şəhlanı saxlamış və onun sisteminə nəzarət etmişdir. Təqsirləndirilən şəxs nəzarət etdiyi Nurayın sistemi qurtardıqda və o Nurayın qolundan iynəni çıxardarkən, Nuray səs-küy salmış və o, Şəhlanı buraxıb Təqsirləndirilən şəxs Nuraya yardım göstərməyə başlamışdır. 25 iyul tarixdə uşaqlara sistem qoşduğu zaman Nurayın valideyinin yanında Təqsirləndirilən şəxs vermiş, Şəhla isə balaca olduğu üçün onu əlində saxlamışdır. Həmçinin iyul ayının 24 hər iki uşaq üçün sistemləri o hazırlamış, Nurayı digər tibb bacısına vermiş, Şəhlaya isə sistemi özü qoşmuş və o balaca olduğu üçün əlində saxlamışdır. Əlavə olaraq bildirdi ki, X36 uşaqları ilə birlikdə, hadisədən bir gün qabaq da eyni xəstəliklə bağlı gəlmişdilər. Belə hallar olanda onu acildən çağırırlar və o gəlib sistem qoşur. Xəstə gələndə ilk öncə reseptə baxırlar, ona uyğun da iynə vururlar və ya sistem qoşurlar. X36 gətirdiyi resepti də Nəbican həkim yazmışdı. İyul ayın 24-dü xəstəxanada xəstə çox olması ilə bağlı resept itmişdir. İyul ayının 25-i X36 gələrək ki, iyul ayının 24-ü vurulan sistemi təkrar vura biləcəyini soruşmuş, o isə yox deyərək, onlara gedib həkimdən resept alıb sonra gəlmələrini bildirmişdir. X36 tərəfindən verilmiş resepti o itirməmiş, sadəcə həmin günü ola bilsin xadiməçilər atıb. İyul ayının 25-i X36 xəstaxanaya reseptsiz gəlmiş, onun üzərində əlyazma kağız olmuş və o kağıza əsasən sistemi hazırlayıb qoşmuşdur. İyul ayının 24-ü X14 uşaqlarına sistemi tibb bacısı – Leyla ilə qoymuşdur. Adətən uşaqlarda sistemin çətinliklə getməsi səbəbindən, hava ilə təzyiq yaradırlar ki, sistem getsin. Leyla xanımın X14 uşaqlarına hava vurmasını görməmişdir. O, tibb bacılarının rəhbəri deyil, sadəcə onlar soruşur ki, məsələn sistem yaxşı getmirsə necə etsinlər, o isə havanın vurulmalı hal olanda hava vurmalarını deyir. İyul ayının 24-də Leyla xanım X14 uşaqlarına sistem qoşanda sistemə havanın vurulması ilə bağlı heç bir sual verməmişdir. İyul ayının 25-i o, Təqsirləndirilən şəxslə bərabər acilə düşmüşlər. Kimin və ya neçə nəfərin gəldiyini bilməmişlər, sadəcə onları çağıran olanda həmişə 2 nəfər düşürlər. Acilə gəldikdən sonra sistemi təmizləmiş, hazırlamış sonra uzatmışlar. Nuraya sistemi qoyanda damara düşə bilməmiş, ya ilk günü ya sonrakı gün olduğu yadında deyil. Nuraya sistemi qoşandan sonra Təqsirləndirilən şəxs sistemi təhvil verib, o biri uşağa keçmişdir. Sistemi təhvil verəndən sonra 2-3 dəfə Günel dedi ki zəif gedir. O, getmirsə təzyiq yaratmasını Günelə demişdir. Təqsirləndirilən şəxs 3-4 dəfə ona sistemin getməməsini demiş, o isə Günelə getmirsə təyziq yaradıb hava vurmasını demişdir. Təqsirləndirilən şəxs onun nəzarət etdiyi uşağın da sisteminə hava vurması üçün yaxınlaşmış, o isə lazım olmamasını demişdir. O, nəzarət etdiyi uşağın yaşı daha az olmuşdur. Onun nəzarət etdiyi uşağın sisteminə hava vurmasına ehtiyac olmamış, əgər ehtiyac olardısa o hava vurmasını deyərdi. Nuray rəhmətə gedəndə Şəhla hələ də onun əlində olmuşdur. Sistemin getməsi təxminən yarım saat vaxt tələb edir. O, Təqsirləndirilən şəxs ilə eyni səlahiyyətli işçilərdir. Sadəcə ara bir-birlərindən nəyisə soruşurlar. Təqsirləndirilən şəxs onun nəzarət etdiyi sistemə də iki dəfə hava vurmuş, lakin daha sonra o lazım olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onunla birgə acilə düşüb, birgə proseduru yerinə yetirirdi. Təqsirləndirilən şəxs sistem qoşulandan sonra harasa gedibgetmədiyindən məlumatı yoxdur. Sistemin tam qurtarıb qurtarmamasını o bilmir. Günel sistem qurtaranda ona sistemi çıxarmasını soruşmuş, o isə çıxarmasını demişdir. Sistemi çıxaran kimi uşağın halı həmin dəqiqə pisləşdi. Uşağın halı pisləşən kimi qışqırıb həkimləri çağırmışlar və həkimlər də gəlmişlər. O özünü çox günahkar hiss edir ki, sistemi gərək Günelə verməzdi özü nəzarət edərdi. O, 2 ildir sistem qoymaqla məşğul olur. O, əlindəki xəstəyə cavabdehlik daşıyır, onu qoyub digər uşağa baxa bilməzdi. Nurayı o Təqsirləndirilən şəxs təhvil vermişdir. İyul ayının 25-i vitamin c, deksametazon, kokar vurmuşdur. İyul ayının 24-ü həkim deksametazon yazmışdı. Nəbican həkimin yazdığı resept dəqiqliklə yadında deyil. Deksametazon və dimidrolu eyni anda vurduqları da olub. C vitamin 2 qram vurmuşlar. İyul ayının 25-i sistem vurulanda antibiotik istifadə etməmişlər. 1-ci gün Leyla xanım ondan əvvəl acilə düşmüşdü, çünki xəstə çox idi. Sistemə hava vurmaqlarının səbəbi sistemin sürətləndirilməsi ilə bağlıdır. Təqsirləndirilən şəxs sistem qoymağa icazəsi var, lakin o xəstəxanada sistem qoymur və onun sistem qoyduğunu görməmişdir. Onlar uşaqlara tibbi xidməti həkim göstərişi əsasında göstərməlidirlər. Onlar Nəbican həkimin göstərişi ilə Nuraya xidmət göstərmişlər. Nəbican həkim onların şöbələrinin həkimi deyil. Yalnız Nəbican həkim yox, digər bütün həkimlər onlara proseduru resept şəklində göndərirlər. Onlar da onların göstərişlərini yerinə yetirirlər. Onların şöbələrinin həkimləri Əmirxan və Kristina həkimdir. Onlar başqa şöbənin göstərişlərini əslində yerinə yetirməli deyillər. İyul ayının 24-ü onun əlində xəstə olduğuna görə aşağı gec düşmüş, lakin iyul ayının 25-i Təqsirləndirilən şəxslə birlikdə acilə düşmüşlər. Onlar şöbədə olanda acildə xəstə olub-olmamasını bilmirlər, acildən onlara zəng vurub deyirlər və onlar da gedirlər. Xəstəxanada əsas sistem qoşan o-dur. Tibb bacısı istifadə etdiyi dərmanları kitabda qeyd etməlidir. Lakin o, istifadə etdiyi dərmanların qeydiyyatını aparmamışdır. İyul ayının 24-ü Şəhlanın sistemini özü hazırlayıb vurmuş, Nurayın sistemini isə Leyla hazırlayıb qoşmuşdur. İkinci gün isə hər iki uşağın dərmanını o qatmış və hazırlamışdır. Günel heç vaxt dərmanları hazırlıyıb qatmamış, bu səbədən sistemə dərmanları hazırlıyıb o sistemə qatmışdır. 25 iyulda o Nəbican həkimlə danışmamışdır. Nurayın anası ona iyul ayının 24-ü vurulan dərmanları təkrar vurmasını demiş, o isə yox demiş və ona resept vermək üçün həkimin yanına göndərmişdir. X5 həkimlə danışmağa getmişdir. X36 yenidən gələndə soruşmuşdur ki, “danışıbsan mı?”, o isə həkimlə danışdığını bildirmişdir. X36 gətirdiyi kağızda təxminən 3 ya 4 adda dərman yazılmışdı. Dimidrol vurmuş, lakin analgin vurduğu yadında deyil. Semtal 0,5 qram vurmuşdur. Antibiotik vurmamış, antibiotik sistem bitdikdən sonra əzələ daxilinə vurulur. Dəqiqliklə deyə bilər ki, kokarbakslaza, vitamin c, dimidrol, deksametazon vurmuşdur. Analgin isə dəqiq yadında deyil. Serpal da vurub-vurmadığı yadında deyil. Uşaqların qızdırmasını ölçməmişdir. İlk dəfə sistemi uşağın əlindən ya qolundan qoşması yadında deyil. Dərmanları qatıb sistemi qoşmuş, Günelə nəzarət etməsini bildirmiş və keçib balaca uşağın dərmanlarını qatıb sistemini qoşmuş və həmin uşağı əlində saxlamışdır. Təqsirləndirilən şəxs havanı butulkanın içinə vurmuş, sistem şlankına vurmamışdır. Təqsirləndirilən şəxs təzyiq yaratmaq məqsədilə Nurayın sisteminə 3-4 dəfə hava vurmuşdur. Təqsirləndirilən şəxs hər dəfə hava vurduqda ona sistemin getməməsini və hava vurmasını demişdir. O saxladığı Şəhlanın sisteminə isə Günel gəlib 2-3 dəfə hava vurmuşdur. Vurduğu bütün dərmanların üstünü hər dəfə dəqiqliklə oxuyur. Stolun üstündə olan sistem üçün istifadə olunmuş dərmanları prokurorluğun işçiləri yığıb aparmışlar. Günel xanım ona sistemin qurtarmasını demiş, o isə çıxartmasını demişdir. Təqsirləndirilən şəxs iynəni çıxardığı andan uşağın halı pisləşmiş, Nurayın halı pisləşəndən sonra uşağın rəngində qaralma, göyərmə müşahidə eləmişdir. Həkimlər dərhal ilkin müdaxilə eləmişlər. Uşağın ağzından köpük gəldiyini görməmişdir. Təxminən sistem 15-20 dəqiqə getmişdir. Sistemi qoşan tibb bacısı sistemi yekunlaşdırmadan digər xəstəyə sistem qoşa bilməz, lakin onların iş rejimləri belədir deyə qoşmuşdur. Onun digər tibb bacılarına göstəriş vermək səlahiyyəti yoxdur. O, 24-25 iyulda həkimlə danışmamışdır. Təqsirləndirilən şəxs sistemə təzyiq yaratmaq üçün 4-5 dəfə 10 qramlıq şprislə tam dolu olmadan az-az hava vurmuşdur. O, Günelə sistemə hava vurmamasını deməmiş, həmçinin onun özü sistemə hava vurmamışdır. Sistem qoşulanda onu görmüş və sistemin şlankı tərtəmiz olmuşdur. Sistem qoşulduqdan sonra sistemə hava düşə bilməz. Təqsirləndirilən şəxs xəstəyə və sistemin gedişinə nəzarət edirdi. Balona vurulan hava təzdən sistem şlankına düşə bilməz. Sistem bitəndə Nurayın şlankında olan mayenin tam qurtarıb-qurtarmamasını o görməmişdir. Sistem bitəndən sonra Təqsirləndirilən şəxs sistemi çıxardıqdan sonra uşağın halı pisləşdi. Sistemin iynəsini çıxarana kimi uşaqda hər şey yaxşı idi. Nurayın əlinin üstündən sistemi qoşan zaman əli şişmiş, lakin o şişin üzərindən basmamışdır. O, iyul ayının 25-i sistemi birinci dəfə qoşanda iynə dəri altı getmiş, Nuraydan soruşanda o iynənin onu incitməsini bildirmişdir. İyul ayının 25-i Nuraya qoşduğu sistem təxminən 15-20 dəqiqə getmişdir. O, Nurayı Təqsirləndirilən şəxs nəzarət üçün təhvil vermiş, artıq Təqsirləndirilən şəxs Nuraya nəzarət etdiyinə görə məsuliyyəti özü daşıyır. Təqsirləndirilən şəxs sistemə hava vurmasına etiraz etməmişdir. Onların xəstəxanada kim hansı sistemin yanındadırsa ona nəzarət edir. O, Şəhlaya sistem qoşmuş və ona nəzarət etmişdir. Sistemi qoşmağa görə 24 iyulda 3 manat almış, 3 manatdan 1 manatı Leyla xanıma vermişdir. Pul hesabını dəqiq bilə bilməz, öz aralarında bölüşdürürlər. Nuraya sistemi qoşandan sonra təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs ondan sistemə hava vurmağını soruşmuş və Təqsirləndirilən şəxs havanı vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Nurayın sisteminə hava vuran zaman nəyi səhv etməsini bilmir. Nuraya qoşduğu sistemlə Şəhlaya vurduğu sistem arasında 2-3 dəqiqə fərq olmuş, belə ki, sistemi hazırlamış və vurmuşdur. O, Şəhlaya sistemini qoşanadək hələ Təqsirləndirilən şəxs Nurayın sisteminə hava vurmamışdı. O, əlində olan şpirislə venaya dərman vurmuşdur. Onlar daim ilk olaraq dərmanı yeridirlər daha sonra isə sistemi qoşurlar. O, şprisdə qalan dərmanı sistem balonuna vurmuşdur. O, dərmanı sistemə qatmışdır ki, itkiyə getməsin. O sistemə hava vurmamış, dərman vurmuşdur. O balaca uşağada ilk olaraq dərmanları vurmuş daha sonra sistem qoşmuşdur. O, uşaqlara kəpənək iynəsi vasitəsi ilə sistem qoşmuşdur. Prokurorluq tərəfindən onun izahatları alınarkən, o həmişə eyni ifadə vermişdir. İyul ayının 25-i Nurayın sistemi təxminən 15-25 dəqiqə getmişdir. İyul ayının 24-ü antibiotikin probunu Leyla xanım qoşmuş, o antibiotikin probunu qoymamışdır. Serukal və serulin eyni tərkibli dərman olduğu üçün, onlardan hansını vurduğunu xatırlamır. İbtidai istindaqda ifadə verərkən serulin vurduğunu demişdir və serulin vurduğunu təsdiqləyir. Reseptdə həkim tərəfindən serukal yazılsa da, o serulin vurmuşdur. İndiki vaxtı vurduqları dərmanların qeydiyyatını aparırlar. Amma o vaxtı hadisə olanda nə həmin uşağa nə də başqa birisinə vurulan dərmanlar qeyd olunmurdu. O, uşaqlara sistem vurduğu zaman rəhbərlik tərəfindən heç bir göstəriş verilməmişdir. Onlar həkimin göstərişi əsasında tibbi xidmət göstərirlər. Nuraya və Şəhlaya sistemi anaları X14 xahişi ilə vurmuşdur. Nuraya və Şəhlaya sistemi qoşanda o Nəbican həkimlə danışmamışdır. O, sistem vurulan zaman “tik tok” a baxmamışdır. O, Nurayın sistem balonuna təzyiq üçün hava vurmamış, qatışdırdığı dərmanların qalığını vurmuşdur. O, Nuraya sistemdən əlavə şprislə dərman da vurmuş, belə ki həmişə elə edirlər, birinci dərmanları vururlar, sonra sistemi taxırlar. Dərmanı sistemi vurduqdan sonra sistemdən təkrar maye çəkib şprisi yaxalayıb sistemə dərman hava ilə birlikdə vurmuşdur ki, şprisdə dərman qalmasın. Mərhum Nurayın sisteminin şlankında maye var idi. Günel sistem balonuna hava vuran zaman o etiraz etməmişdir. Prokurorluqda verdiyi izahatında Günelə dayandırması iradını bildirməsini deməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o ekspert olaraq uşağın ölməsi ilə bağlı rəy vermiş və bütün sualları cavablandırmışdır. Hazırda ona veriləcək sualları cavablandırmaq üçün hazırdır. Əlavə olaraq bildirdi ki, meyit müayinə olunur, ona uyğun olaraq suallar cavablandırılır. Bu suallar ardıcıl cavablandırılmasa da rəy bütün sualları əhatə edir. Sualda ölüm səbəbi soruşulub, o da orada ölüm səbəbini qeyd etmişdir. Bütün meyitlərdə hava emboliyasını yoxlamırlar. Tibbi sənədlərə baxış keçirib, daha sonra yoxlamağı uyğun bilmişlər, ona görə də yoxlamışlar. O, rəydə meyitin yoxlanılması prosesini qeyd etmişdir, lakin ehtiyac varsa yenidən danışsın. Meyitə baxış keçirməzdən əvvəl damaralara zədə verilmədən döş qəfəsi açılır. Sonra ürəyin xarici qişasında kəsik aparılır. Daha sonra həmin qişadan su tökülür, kəsici alətlə ordan ağciyərə, ürəyin sağ və sol (kameraları) mədəciyi qanı aparır. Sağ mədəciyi deşməyə başlayırlar, həmin vaxt ordan hava qabarcıqları çıxırsa əgər hansı ki suyun içərisində görünür. Bu sağ mədəcikdə havanın olması deməkdir. Meyit çənənin altından yarılır, sinədən yarılmır. Proses qaydaya uyğun aparılmışdır. Orada damar zədələnərsə həmin havanı itirə bilərlər, buna görə də orada ehtiyyatlı işləmək lazımdır ki, damar zədələnməsin. Döş sümüyünü tam ayırmadan o işi görmək lazımdır. Rəydə etdiyi hərəkətlər dəqiqliklə yazılıb. Ürəyi çıxarmırlar, heçnəyi çıxarmamışdan əvvəl ürəyin xarici qişası var, ona perikap deyilir. Perikapda kəsik aparılır, orada ürəyin özünü görürsən, loru dildə deyilsə həmin o kisənin içinə su tökürlər, kisənin içi suyla dolandan sonra ürəyə kəsici alətlə deşik açırlar, orada əgər hava varsa qabarcıqlar yuxarı qalxır. Qabarcıqlar qalxmırsa əgər deməli hava yoxdur. Hava emboliyasının yoxlanması qaydası budur, bütün dünyada bu qaydada yoxlanılır. O da bu cür yoxlamışdır. Əgər hava emboliyasını yoxlamaq üçün şübhə yaranırsa, o yoxlayır. Körpücük sümüyünün açılması deyə bir şey yoxdur. Döş qəfəsi açıla bilər, ancaq körpücük sümüyü açılmır. Hava emboliyasının ölümə gətirib çıxarması yaşla ölçülmür, fiziki göstəricilərlə ölçülür. Ədəbiyyatda yazılmışdır ki, böyük adamlarda 300 qr hava bəs edirki ölüm olsun. O, ekspert olaraq meyiti müayinə etmiş, ölüm səbəbini təyin etmişdir. O, rəydə qeyd etmişdir ki, hava təzyiq altında gedib. Periferik damar sistemində hava təzyiq altında getməlidir. Ölüm səbəbi təzyiqlə damara hava getməsi olmuşdur. Meyitin müayinəsi normal vaxtlarda başdan başlıyır. Bu dəfə hardan başladığı yadında deyil, ama ki bunun heç bir əhəmiyyəti yoxdur. Döş sümüyü aralanmadan hava emboliyası sınağını keçirirlər. Hava emboliyasını yoxlamazdan əvvəl körpücük altı damarlara toxunmursansa haradan başladığının önəmi yoxdur. Hava periferik damardan az-az keçir, yığılır qulaqcığa, sonra isə sağ mədəciyə keçir, sağ mədəcikdən qan ciyarlara vurulur. Burda hava vurula bilmirsə o zaman hava emboliyası yaranır. Bu da ölmə səbəbidir. Bunun müddətini dəqiq deyə bilməz. Hava bir müddət yığılır, embo yarandıqda ora qan vurula bilmir. Histoloji müayinədə də bu verilən fəsatlar mikroskop altında görünür. Histoloqlar bunu bilirlər. Meyit yarılmazından əvvəl valideynlərindən biraz məlumat toplayır ki, işə haradan başlayacağını bilsin. Nurayın meyiti də gəldikdə o məlumat toplamağa başlamış və öyrənmişdir ki xəstə sistemin altında olub, sistem qutarar-qutarmaz uşaq qışqıraraq dünyasını dəyişib. O da fikirləşmişdir ki, xəstəlik bu uşağı anidən öldürə bilməz. Burada ya hava emboliyası olmuş, yada hansısa səhv dərman verilmişdir. İlk olaraq hava emboliyasını yoxlamış, sonra başqa məsələri də araşdırmışdır. Meyitin bağırsağında da səhv etmirsə problem olmuş, o da rəydə qeyd olunmuşdur. Ölüm anaflatik şokdan olsa idi, o yerindəcə bilərdi. Nurayın ölümünün səbəbi anaflatik şokdan olması mümkün deyil. O, meyiti müayinə etdikdən sonra diaqnozu qoyub, mikroskopik müayinəyə göndərir. Qayda belədir, həmişə də belə olur. Anaflatik şok zamanı qansızmalar olur, ödem olmalıdır. Anaflaksiya əlamətləri mikroskopik müayinə zamanı bəlli olur. Həm də selikli qişalarda qansızma olur. İnsana alergiya keçəndə insan necə səpirsə selikli qişa da elə səpməlidir. Nöqtəvari qansızmalar qəfləti ölümlərdə olur, tez baş verən ölümlərdə. Anaflatik şok olarsa selikli qişada səpkilər olmalıdır. Ən diqqəti cəlb eliyən əlamət budur. Həmin səpki bağırsağda da olur, lakin həmin Nurayın meyitində belə səpkilər olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, hadisə baş verən gün növbədə olmamış, ondan bir gün qabaq işdə olmuşdur. Əlavə olaraq bildirdi ki, Nuray birinci dəfə xəstəxanaya gələndə ona sistemi o köçürmüşdür. Həmin vaxtı reseptləri olmuşdur, olmasa onlar xidmət göstərmirlər. Uşağın heç bir narahatçılığı olmamış, lakin hərarətini o ölçməmiş, xəstəxanada ölçüb, ona şifahi məlumat vermişlər. Həmin günü reseptə nə yazıldığı yadında deyil ama nə yazılıbsa onu tətbiq etmişlər. Standart uşağa nə dərman verilirsə onlar yazılmışdı və sonra sistem qoyuldu. Təxminən sistem qoyulanda C vitamini, kakarbaksilaza və serukal vurulmuşdur. Deksametazon, dimedrol və ya analginin vurulub-vurulmamasını xatırlamır, lakin çox güman ki vurulmuşdur. Antibiotik əzələ daxili vurulub, antibiotiki vurmazdan öncə prob qoyulmuş, yarım saat reaksiya vermədikdən sonra antibiotiki əzələ daxili vurmuşdur. Sistem qoyanda ehtiyac olmadıqca hava vurulmur. Ehtiyac olarsa sistem şlankından hava vurulur. Nuray yetərincə böyük uşaq idi. O ona sistem vuranda tək olmuş, sistemi əli ilə saxlamışdır. O, sistemi saxlaya-saxlaya ona hava vura bilməzdi. Paketin içində dərmanlarla resept gəlmiş, sonra isə resepti valideynlərinə qaytarmışlar ki, bəlkə yenə lazım olarsa tapılsın. Sistemi birinci dəfədən qoymuş və normal düşmüşdür. Sistem bitəndə anası hətda deyəndə ki “qoy axıra qədər getsin” o ehtiyac olmadığını demiş, artıq hava gedə biləcəyini, riskli olmasını demişdir. Şəhlaya sistemi Gülbahar xanım qoşmuşdu. Şəhlanın yaşı az idi, Nuraydan balaca idi. O, Gülbahar xanımın hava vurub-vurmadığını görməmişdir. O, Nurayla məşğul olmuşdur. Ümumiyyətlə xəstəxanada sistemə hava vurulduğu hallar olur. O da məcburiyyət qarşısında olur. Hava vurulması uşaqlar üçün olub. Valideynlər ona şifahi formada resepti Nəbican həkimin yazdığını demişlər. Həmin resept isə adi kağızda olmuş, reseptdə peçat olmamışdır. O, hər hansı kitaba istifadə etdiyi dərmanları qeyd etməmiş, onlara belə göstəriş verilməmişdir. Hal-hazırda bunlar yazılır, ama əvvəl yazılmamışdır. Çox güman ki, sistemdə dimidrol, analgin, serukal, vitamin C, natrium-xlor olmuşdur. Natrium xlor 250-lik vurmuş, 200 qalmışdı ki sistemi çıxarmışdır. Sistemə adətən hava uşaqlarda vurulur, çünki onlarda təzyiq güclü olmur. Nuray yetərincə böyük olduğundan, ona hava vurmağa ehtiyac olmamışdır. Sistemi kəpənəklə vurmuşdur. Sistemin tam tərkibi dəqiq yadında deyil. O, natrium xlor daxil olmaqla bəzi dərmanları şprisnən sistem şlankının yanından vurur. Bunu adətən uşaqlar üçün edirlər ki, uşaq sistemin altında durmasa dərman ziyana getməsin. Sistem şlankında hava düşəndə bilinir, belə hal onda də olmuşdur ki, tez çıxarmışdır. Daim sistem köçənə kimi nəzarətdə saxlamaq lazımdır. Təqsirləndirilən şəxs tibb bacısı olsa da, sistem qoymur. Günel maksimum vitamin iynələri vurur. Təqsirləndirilən şəxs iynənin venaya düşməsini bacarmır deyə, sistem vurmur. Günelin nə vaxtsa sistem qoşduğunu görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, hazırda ona veriləcək sualları cavablandırmaq üçün hazırdır. Əlavə olaraq bildirdi ki, uşaq vəfat edən gün, yəni 25 iyul 2024-cü il tarixdə Quliyeva Günel tərəfindən ona resept təqdim edilməmiş, resept ondan 1 gün əvvəl təqdim edilmişdir. Quliyeva Günel aptekə yaxınlaşaraq həmin reseptin həkimdə olan zaman, yəni 24 iyulda itirdiyini bildirmiş və onunla bağlı resepti yazan həkimlə əlaqə saxlayaraq, həkimi onunla danışdırmış və o da həmin dərmanları vermişdir. Onunla telefon vasitəsi ilə danışan həkim Nəbican olmuş və o onu tanımışdır. O, Quliyeva Günelə sistem qoşulması üçün natri xlor, kakar, vitamin C, analgin, dimidrol satmışdır. O, Quliyeva Günelə satdığı dərmanların içində deksametazon olmamışdır. Onun işdən çıxmağının səbəbi sözü gedən məsələ ilə bağlı deyil, işlədiyi aptekin müdürü işdən çıxdığı üçün nişanlısı ona orada işləməyə icaze verməmişdir. O, Quliyeva Günelə dərman satarkən heç bir əvəzedici dərman olmamışdır. O, antibiotiki yalnız xanım birinci gün gələndə vermiş, ikinci gün isə onlara antibiotik satmamışdır. Xanım birinci gün ona təqdim etdiyi reseptdə möhür olmamışdır. Ona təqdim edilmiş reseptdə həkimin adı, soy adı və dərmanlar yazılmış, lakin reseptdə möhür olmamışdır. Sistem üçün satdığı dərmanları reseptsiz verirlər, onları o işlədiyi aptekdə eləcə də digər apteklərdə reseptsiz hər kəs ala bilər. Sözügedən hadisə baş verən zaman o, Göygö Rayon Mərkəzi Xəstaxananın qabağında olan buta aptekdə işləyirdi. O, əvvəllər Qeliyeva Güneli tanımamış, Qeliyeva Günel aptekə gəldikdən sonra tanımış, həmin vaxt onun yanında 1 uşaq və yaşlı xanım olmuşdur. Qeliyeva Günel ilk gün gəldikdə onun əlində resepti olmuş və o resept əsasında ona dermanları vermiş, sabahsı gün isə yenə gəlmiş, lakin Qeliyeva Günel resepti xəstaxanada itirdiyini və resepti yazan həkimlə danışmasını xahiş etmişdir. 24 iyulda resept əsasında satdığı dərmanların içində bazosid antibiotik, natrixlor, vitamin C və s. olmuş, digər dərmanları tam dəqiq xatırlamır. 25 iyulda Qeliyeva Günel resepti itirdiyini bildirmiş və həkimlə danışıb sistem üçün dərmamları verməsini xahiş etmişdir. O, telefon vasitəsi ilə danışdığı həkimi tanımamış, lakin xanım zəng edərək Nəbican adlı həkimlə danışmasını xahiş edəndə onun adını bilmiş, lakin Nəbican adlı həkimi tanımamışdır. O, həkimlə danışarkən sistem üçün natrixlor, kokar, vitamin C, analgin, dimidrol, şlanq, şpris və kəpənək satmışdır. Satdığı hər bir şeydən 1 ədəd vermişdir. O, dərmanları 1 sistem üçün yığmış və natrixloru 200 qr vermişdir. Ola bilər ki, o 2 sistem üçün dərmanları yığmış, lakin uzun müddət vaxt keçdiyi üçün tam dəqiq xatırlamır. Heç bir əvəzedici dərman satmamışdır. Uzun müddət keçdiyi üçün neçə ədəd sistem satdığını dəqiq xatırlamır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixli, 457/KEŞ saylı komisyon ekspertiza rəyinin tərtibində o məhkəmə tibbi eksperti kimi iştirak etmişdir. Verilmiş iş materiallarında və işin materiallarında olan meyit müayinəsi protokolu, eləcə də aparılan tibbi müdaxilələrin nəticələri və tibbi sənədlərlə tanış olaraq və onlarında da ekspert rəyində fiksasiya edərək, sonda komisyon qaydada aşağıdakı nəticələrə gəlinmişdir. Hansı ki ekspert qarşısında qoyulmuş suallara cavab olaraq. Bu cür meyid müayinələrini şəxsən o Bakı şəhərində dəfələrlə aparmışdır. İş üzrə verilmiş əvvəlki rəylərlə tanış olmuşdur. Tərtib etdikləri rəyin nəticə hissəsi rəyin təsviri hissəsinə uyğun olaraq elmi əsaslı tərtib edilmişdir. Baş vermiş hadisə ilə əlaqdar sistem balonuna yeridilmiş havanın təyziqi ilə əlaqədar orqanizimdə, yəni venos sistemdə baş vermiş dəyişikliklər, qan dövranında öz istiqaməti üzrə hərəkət edir. Belə ki, ürəyin sağ və sol yarısı vardır. Ürəyin sağ qulaqcıq və sağ mədəcik hissəsi vardır. Ora yuxarı aşağı boş venalar tökülür, bundan sonra qulaqçığdan sağ mədəciyə, sağ mədəcikdən ağ ciyər arteriyaları ilə ağciyərə daxil olur və ordan əlavə oksigenlə təhciz edildikdən sonra azot birləşmələrinə keçərək bütün bədənə yayılır. Belə ki, ürəyin sol qulaqçığına tökülür və daxil olur sol mədəciyə və sol mədəcikdən aurta sistemi vasitəsi ilə böyük qan dövranına yayılır. Lakin bu hadisə baş verir kiçik qan dövranı sistemində baş verir, hansı ki oradada venos sistemi ilə bağlıdır. Uşaqlarda 10 kubdan kifayət edir ki, yəni 10 ml-dən ibarət olan şpirslə yeridilən hava kifayət edir ki birbaşa dərhal ölüm baş verir. Lakin müxtəlif vaxtlarda yeridilən hava kiçik qan dövranı ilə, ürəyin sağ qulaqçığına daxil olur və hər dəfə qan ora daxil olduqca hava kuporun yuxarı künbəzinə qalxır, bir neçə dəfə dolduqca qanın öz həcmi azalır və qulaqcıq mədəcik dəliyi açılır ki ağ ciyərə vursun və bu zaman insanda hava emboliyası baş verir. Hava emboliyası baş verdikdə ağ ciyərlərdə tənəffüs prosesi pozulur, kiçik qan dövranı hesabına həm beyin qan dövranı pozulması səbəbindən insan qəflətən həyatını itirir. Sistem balonuna əlavə havanın yeridilməsi yol verilməzdir. Belə ki, elə sistem qoşulmuşdur ki o orqanizimə müəyyən vaxt ərzində yeridilməlidir. Dərhal onun təyziqinin artırılması və ya sistem balonun bir başa yeridilməsinə səhiyyə sistemində yol verilmir və bu cinayətdir. Lakin vurulduğuna görə orqanizimdə aşkar edilmişdir. Əlavə olaraq bildirdi ki, meyidlərdə damarlarda axım olmur. Meyitlərdə havanın xaric olması mümkündür, lakin meyidə havanın sorulması və emboliya yaradılması mümkün deyildir. Tibb işçilərinin sistem balonundan maye çəkib təkrar sistem balonuna daxil edilməsinə heç bir ixtiyarları yoxdur. Meyitdə ona vurulmuş dərman preparatlarının fəsadları aşkar edilməmişdir. Belə ki şokla qaz emboliyasının xüsusatları fərqlidir. Meyitdə yetirilən dərman preparatlarına qarşı reaksiya həm kimyəvi həm də histoloji müayinələrin nəticəsində aşkar edilməmişdir. Sistem iynəsi damardan xaric edildikdə venos sistemə xaricdən hava daxil olması mümkün deyildir. Sistem balonunda və sistem şlankında maye olduğu halda sistem balonuna təyziqlə hava vurulması mayenin özündə hava qabarcıqları yaradır və həmin hava qabarcıqları gedib ürəyin sağ qulaqcığında toplanır və orada toplandığından ölümə səbəb olur. Gülbaharın dərmanları qatıb bir hissəsini bir başa uşağın venasına daha sonra isə geri qalan hissəsini sistem balonuna vurmasını öz başından edə bilməzdi. Bununla bağlı həkim tərəfindən göstəriş verilməli idi. Həkim təyinatı olmadan tibb bacısı tərəfindən sistem qoyula bilməz. Tibb bacısının sistemi qoşub digər tibb bacısına təhvil verməsi düzgün deyil. Buna qərarı həkim verə bilər. Sistem tapşırılan tibb bacısı sadəcə balona baxış keçirməməli, xəstənin gözünə baxmalı, onun vəziyyətinə nəzarət etməli və onun yanından çəkilməməlidir. Dərman preparatları ilə baş verən xırda qabarcıqları insanı öldürmür. Bir tibb bacısının sistemi qoşub digər tibb bacısına 2-3 dəfə hava vurması barədə göstəriş verməsi təlimatda yoxdur. Tibb bacısının biri qanunsuzluq edib sistemi qoşub digər tibb bacısına təhvil verdikdən sonra, sistemə nəzarət edən tibb bacısının sistem qoşandan hər hansı göstəriş alması təlimatda yoxdur. Sistem qoşulan vaxt ölümə səbəb olan hava emboliyası olmur. Sistem şlanqının yanından dərman preparatları vurulan vaxt daxil olan hava insanı öldürməz. Bir uşağın ölməsi üçün 10 ml-lik şprisin həcmində hava vurulmalıdır. Təyziqlə hava vurulan zaman qabarcıqlar maye ilə qarışıb gedir. Sistem qoşanda və sistemin yanından iynə ilə dərman vurulan zaman hava emboliyası yaranması ehtimalı azdır. Ürək klapanında hava yığılan zaman dərhal insan reaksiya verir. Digər tibb bacısı sistemə hava vurulması ilə razılaşmasa idi qoymaya bilərdi. Sistemi qoşub kənarda duran tibb bacısı məsuliyyətsiz qala bilməzdi. Müayinə ilkin olaraq başdan başlıyır daha sonra isə döş qəfəsi açılır. Ekspert tərəfindən ilkin müayinə qüsurlu aparılmamışdır. Sistem balonunda və sistem şlankında maye olduğu halda sistem balonuna təyziqlə hava vurulması mayenin özündə hava qabarcıqları yaradır və hava emboliyası yaradır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin Göygöl Rayon Prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X10 icraatına verilməsi, qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəs(lər)i ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Meyitə baxış aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ptorokola əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə MTE və PA Birliyi PHŞnin Göygöl rayon Şöbəsinin morqunda X3 meyitinə baxış aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, təfrih masası üzərində ağ mələfəyə bükülmüş vəziyyətdə uşaq meyiti vardır. Mələfə açıldıqda uşaq meyitinin olması görünür. Əynində qırmızı rəngli qısaqol yay koftası və ağ rəngli mayka vardır. Meyit qadın cinslidir. Qulaqlarında sarımtıl tana, boğazında ağ muncuqdan sep vardır. Boyunun uzunluğu 117 sm-dir. Düzgün bədən qurluşludur, dərialtı piy toxuması zəif inkişaf etmişdir. Dərisi ağımtıl meyit rəngindədir, əllə yoxladıqda ilıqdır. Meyit ləkələri meyitin arxa səthində yerləşmişdir, solğun bənövşəyi rəngdə olub barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə tez bərpa olur. Meyit qaçması yoxlanılan əzələ qruplarından çənə əzələlərində kafi, digər əzələ quruplarında isə inkişaf etməmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxlandıqda tamdır. Saçları qara-şabalıdı rəngdə olub uzunluqları 25-30 sm-dir. Göz qapaqları yarımaçıq vəziyyətdədir, gözlərin birləşdiyi toxumalarında qansızma yoxdur, bəbəklər dairəvi formalıdır bərabər genəlmişlər, buynuz qişaları şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxlandıqda tamdır. Ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthləri solğun çəhrayı rəngdədir, dişləri tam və təbiidir. Dili orta xətt üzrə ağız boşluğunda sərbəst olaraq yerləşmişdir. Boynu gövdəyə müvafiq olaraq inkişaf etmişdir. Döş qəfəsi mormastenikdir, quruluşu simmetrikdir. Qabırğaları əllə yoxlandıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsində yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, ətrafı təmizdir. Yuxarı və aşağı ətrafa sümükləri əllə yoxladıqda tamdır. Hər iki əlin arxa səthlərində inyeksiya yerləri vardır. Meyitin xarici müayinəsi zamanı gözlə görünən xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və X27» X61 Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 24 saylı rəyində qeyd edilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş - “Suntsov sınağı”-nın müsbət olması (ürəyin sağ qulaqcıq və sağ mədəciyində hava olması), baş beyin maddəsinin və hər iki ağciyərin kəskin ödemi, ağciyərin paylararası sahələrində ocaqlı qansızmalar, ağciyərlərin kəsik səthlərində köpüklü qanın xaric olması, ürəyin xarici qişası altına nöqtəvari qansızmalar, hər iki əlin arxa səthlərində tibbi inyeksiya yerləri, daxili orqanların doluqanlılığı əlamətlərinə və laborator müayinələrin nəticələrinə əsasən belə nəticəyə gəlinir ki, azyaşlı N.Şahid3anın ölümünə səbəb yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası olmuşdur. Ətraf mühit şəraitlərini və ilkin meyit əlamətlərini nəzərə almaqla belə hesab etmək olar ki, ölüm meyit müayinəsindən 1- 3 saat əvvəl baş vermişdir (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 14:30-da aparılmışdır). X3 bədəni üzərində tibbi inyeksiya izlərindən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. X3 ölümündə həkim səhvinin olub-olmamasını müəyyən etmək üçün, komisyon ekspertizanın təyin edilməsi məqsədə müvafiqdir. Mərhum X2 kəskin hemorragik enterokolit xəstəliyindən əziyyət çəkmişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddə aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və X27» X61 komisyon ekspertizalar şöbəsinin xx.xx.2024-cü il tarixli, 835/KEŞ nömrəli ekspertin rəyindən görünür ki, Nuray Quliyevanın xx.xx.2024-cü il tarixdə “Göygöl Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə ambulator müraciəti zamanı ona müvafiq tibbi sənəd tərtib edilməli olduğu halda bu, tərtib edilməmişdir. Bu səbəbdən də hansı diaqnozun (xəstəlik) təyin edilməsi və müalicə məqsədi ilə hansı dərman preparatlarının inyeksiya edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmadı. “Göygöl RMX” tərəfindən tərtib edilmiş ambulator jurnalın sürətindən (sıra nömrəsi 83) görünür ki, Nuray Quliyeva xx.xx.2024-cü il tarixdə, saat 1218-də “Dəqiqləşdirilməmiş qızdırma” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Həkim Şahid5 təyin etdiyi sistem inyeksiyası (NaC1 – 200 ml, kokarbaksilaza – 2.0 qr, Analgin – 0,5 qr, Dimedrol – 0,5 qr) xəstəxana şəraitində icra edilmiş və təyinatın icrası zamanı xəstənin vəziyyəti qəfildən kəskin pisləşmişdir. Çağırışa gələn həkimin müayinəsi zamanı xəstədə həyat əlamətlərinin olmadığı qeyd edilmiş və bununla əlaqədar reanimasion tibbi tədbirlərinin icrasına başlanılmışdır. 45 dəqiqə ərzində göstərilən tibbi tədbirlərə baxmayaraq müsbət dinamika əldə edilməmiş və bioloji ölüm faktı qeydə alınmışdır. Nuray Quliyevanın ölümünə səbəb “yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası”nın olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Nuray Quliyevaya xx.xx.2024-cü il tarixdə təyin edilmiş “Dəqiqləşdirilməmiş qızdırma” diaqnozu ilə əlaqədar ona sistem şəklində adı çəkilən dərman preparatları köçürülə bilərdi. Lakin icra edilmiş təyinat texniki cəhətdən qüsurlu olmuş və sistemdə olan hava təzyiqinə nəzarət təmin edilməmişdir. Buna məsul şəxslər müalicə həkimi və təyinatı icra edən tibb bacısıdır. Toplanmış material üzrə izahatlarda qeyd edilmiş “Göygöl RMX”-nın uşaq şöbəsinin tibb bacısı Təqsirləndirilən şəxs tərəfindən Nuray Quliyevaya tətbiq olunan sistemə bir neçə dəfə şpirislə hava vurulması hesabına onda “yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası” baş verə bilərdi. X21 ambulator qaydada icra edilmiş təyinat qüsurlu olmuş və təyinatın qüsurlu olması ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Bununla da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”-nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələbləri pozulmuşdur. Buna məsul şəxslər müalicə həkimi və tibb bacısıdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X15 zərərçəkmiş şəxs qismində tanınması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 ölmüş zərərçəkmiş şəxs X15 hüquqi varisi qismində tanınması, qərarın X22 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göygöl RMX PHŞ-nın xx.xx.2024-cü il tarixli, 18-1-42/2-754/2024 saylı məktubunda göstərilmişdir ki, Şahid4 xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi Poliklinika şöbəsində sahə tibb bacısı, xx.xx.2003-cü il tarixdən isə X18 tibb bacısı vəzifəsində çalışır. X29 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi Hacıməlik kənd həkim məntəqəsində “mama” vəzifəsində, xx.xx.2016-cı il tarixdən hal-hazırkı tarixə kimi xəstəxananın X18 “tibb bacısı” vəzifəsində çalışır. Şahid5 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi X19 Yardım Stansiyasında TTY üzrə həkim vəzifəsində çalışıb, xx.xx.2024-cü il tarixdə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilərək, tutduğu vəzifədən azad edilmişdir. Cinayət işi üzrə təyin edilərək aparılmış təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1023/KEŞ saylı ekspert rəyindən görünür ki, X15 meyiti müayinə olunmuş və adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 24 saylı məhkəmətibbi ekspertiza rəyinə əsasən, onda “Suntsov sınağı”-nın müsbət olması (ürəyin sağ qulaqcıq və sağ mədəciyində hava olması), baş beyin maddəsinin və hər iki ağciyərin kəskin ödemi, ağciyərin paylararası sahələrində ocaqlı qansızmalar, ağciyərlərin kəsik səthlərində köpüklü qanın xaric olması, ürəyin xarici qişası altına nöqtəvari qansızmalar, hər iki əlin arxa səthlərində tibbi inyeksiya yerləri, daxili orqanların doluqanlılığı əlamətləri qeyd edilmişdir. Əlavə laborator müayinələrin nəticələrini nəzərə alaraq N.Şahid3anın ölümünə səbəb yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası olmuşdur. Ölüm meyit müayinəsindən 1-3 saat əvvəl baş vermişdir (meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 14:30-da aparılmışdır). N.Şahid3anın bədəni üzərində tibbi inyeksiya izlərindən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir və o, sağlığında kəskin hemorragik enterokolit xəstəliyindən əziyyət çəkmişdir. Məhkəmə-kimyəvi tədqiqat zamanı etil spirti və narkotik maddə aşkar edilməmişdir. N.Şahid3anın ölümünə səbəb yuxarı ətraf venasından təzyiq altında daxil olan hava emboliyası səbəb olmuşdur. Hava həcminin qanda 300 ml-i keçməsi ölümə səbəb olur. Komisyon məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 835/KEŞ saylı rəyinə əsasən, “Nuray Quliyevanın” ölümünə səbəb “yuxarı ətraf venasından təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası”nın olduğu müəyyən edilmişdir. Nuray Quliyevaya xx.xx.2024-cü il tarixdə təyin edilmiş “Dəqiqləşdirilməmiş qızdırma” diaqnozu ilə əlaqədar ona sistem şəklində (NaCl – 200 ml, kokarbaksilaza – 2.0 qr, Analgin – 0,5 qr, Dimedrol – 0,5 qr) venadaxili dərman preparatları köçürülə bilərdi. Lakin icra edilmiş təyinat texniki cəhətdən qüsurlu olmuş və sistemdə olan hava təzyiqinə nəzarət təmin edilməmişdir. Buna məsul şəxslər müalicə həkimi və təyinatı icra edən tibb bacısının olduğu göstərilmişdir. Toplanmış iş materiallarından görünür ki, Nuray Quliyeva müalicə həkiminin müayinəsində olmamış və təyinatla əlaqədar o, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmişdir. Təyinatın icrası zamanı Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-in uşaq şöbəsinin tibb bacısı Təqsirləndirilən şəxs tərəfindən Nuray Quliyevaya tətbiq olunan sistemə bir neçə dəfə şprislə hava vurulması müəyyən edilmişdir. Bunun hesabına Nuray Quliyevada “yuxarı ətraf venasına təzyiq altında daxil olan havanın təsirindən yaranan hava emboliyası” baş vermişdir. X30 ambulator qaydada icra edilmiş təyinat qüsurlu olmuş və təyinatın qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Qeyd olunanlar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs təyinatın icrası zamanı heç bir zərurət olmayan halda sistemin daxilinə havanı əlavə edən tibb bacısı Təqsirləndirilən şəxsdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120, 124.1-ci, o cümlədən həmin məcəllənin digər maddəsinin tərkib əlaməti olmadığından ona həmin maddələrlə ittiham elan edilməməsi, Əliyev Nǝbican Mehrəli oğlu, Şahid4, X40, X23, X31, X46, X41, Şahid6, X16 və X6 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Göygöl RMX PHŞ-nın baş həkimi X6 tərəfindən ciddi intizam pozuntusuna yol verildiyi üçün barəsində prokuror qarşısında təqdimat verilməsi məsələsinin qaldırılması, işdəki ifadələr, istintaq hərəkətlərinin protokolları, iş üzrə toplanmış digər materiallar və ekspertiza rəylərinin işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin 24 saat müddətində ibtidai araşdırmaya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş öhdəliklərə dair başqa yerə getməmək haqqında iltizam alınması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və əməlinin həmin məcəllənin 124.1-ci maddəsinə tövsif edilməsi barədə özünün və müdafiəçisi X17 vəsatəti əsassız olduğundan tam rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi X24 göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və X27» X61 komisyon ekspertizalar şöbəsinin xx.xx.2025-ci il tarixli, KEŞ-457 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X15 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, meyitinin məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-4. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı ölümdən bir qədər əvvəl aparılmış tibbi manipulyasilar və prosedurlarla əlaqədar baş verə biləcək fəsad və ağırlaşmaların dəqiqləşdirilməsi məqsədilə hava emboliyasının yoxlanılması göstərişdir. Belə ki, meyitin daxili müayinəsi zamanı ürək kisəsində kiçik kəsik aparılır və kəsiyin ucları tutqaclarla tutularaq yuxarı qaldırılır, bundan sonra ürək kisəsi su ilə doldurulur, su ilə tam əhatə olunmuş sağ qulaqcıqda iti alətlə deşik açılır və bu zaman hava qabarcıqlarınm suyun üzünə qalxması izlənilir (Suntsov sınağı). Qeyd olunan hallar X15 meyitində təşrih zamanı icra olunmuş və hava emboliyasının venoz sistemdə ölümlə nəticələnməsinə səbəb olması dəqiqləşdirilmişdir. 5.6. Meyitin təşrihi zamanı ilkin meyit əlamətləri inkişaf etdiyindən kəllə boşluğu açılaraq baş beynin tədqiqatının aparılması zamanı meyitdə geridönməz proseslər fonunda qan dövranı sisteminə xarici mühitdən hava sovrulmasmın baş verməsi mümkün deyildir. Həmçinin boyun nahiyəsində olan magistral damarlardan havanın qan dövranı sisteminə sovrulması baş verə bilməz. Əksinə olaraq həmin damarlardan da qanla birlikdə hava qabarcıqlarının xaric olması müşahidə edilir. 7.8. Nuray Quliyevaya tibb bacısı Şahid4 tərəfindən texniki olaraq qüsurlu icra edilən sistem zamanı inyeksiyon yolla hava vurulması baş vermişdir. Bu halın əlin üstündə yaranmış yanğı, göyərmə və şişmə zəminində hava emboliyasına səbəb olması mümkün deyildir. 9. Nuray Quliyevaya tibb bacısı Şahid4 tərəfindən sistem şlanqından şpirislə vurulan Analgin 0,7 ml; Dimedrol 0,7 ml; Deksametazon 1 ml; Kokarboksilaza 50 mq; Vitamin C 2 ml; Serulin 2 ml dərmanlarla birlikdə hava yeridilməsi nəticəsində hava emboliyası baş verə bilərdi. 10. Sistem balonuna tibb bacısı Təqsirləndirilən şəxs tərəfindən mayenin təzyiqinin artırılması üçün 3-4 dəfə 10 qr. şpirislə hava vurulması və sistem şlanqında dərman (maye) olduğu halda hava emboliyası Nuray Quliyevanın ölümünə bilavasitə səbəb ola bilərdi. 11. Sistem şlanqında dərman (maye) olduğu halda sistem iynəsinin damardan çıxarılması zamanı hava emboliyasının baş verməsi istisna edilir. 12.14. Mərhumun yaşından, çəkisindən və sairədən asılı olaraq sistem balonuna 5-10 ml həcmində hava vurulması nəticəsində xəstədə hava emboliyasından ölüm baş verə bilər. 13. Hava emboliyası əsasən venoz damarlara xarici mühitdən havanın daxil olması zəminində baş verir. Bu da aparılan manipulyasiyalar və prosedur qaydalarının (sistem qoşulduqda, əməliyyatlar icra olunduqda, abort hallarında və s.) texniki icrasının qüsurlu aparılması səbəbindən baş verir (Ədəbiyyat: Patoloji Anatomiya; Məhkəmə Təbabəti). 15. Xəstənin bədəninə hava daxil olmuş nahiyədə hər hansı bir kliniki obyektiv əlamətlərin müşahidə edilməsi mütləq deyil. 16. Səkkiz yaşlı uşaqda hava emboliyası zamanı kəskin tənəffüsürək çatışmazlığının kliniki əlamətləri (göyərmə, qıcolma və s.) müşahidə olunur. 17. Nuray Quliyevaya ölümündən az əvvəl tətbiq olunan dərman vasitələri (Analgin 0,7 ml; Dimedrol 07 ml; Deksametazon 1 ml; Kokarboksilaza 50 mq; Vitamin C 2 ml; Serulin 2 ml;) hələ sistem balonunda olan Natrium xlorid maddəsinə qatılmadan venaya yeridilməsi onun ölümünə səbəb ola bilməzdi. 18. Nuray Quliyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş morfoloji dəyişikliklərə və laborator tədqiqatların nəticələrinə əsasən demək olar ki, mərhumun ölümünə səbəb sağlığında ona istifadə olunan Analgin 0,7 ml; Dimedrol 0,7 ml; Deksametazon 1 ml; Kokarboksilaza 50 mq; Vitamin C 2 ml; Serulin 2 ml dərman maddələri ilə əlaqədar anafilaktik şok reaksiyası baş verməmişdir. 19. X4 tibb bacısı Şahid4 tərəfindən icra edilən sistem zamanı uşağın əlinin üstündə yaranmış yanğı hissi, göyərmə və şişmə halı uşaqda istifadə olunan hər hansı dərman vasitəsinə (Analgin 0,7 ml; Dimedrol 0,7 ml; Deksametazon 1 ml; Kokarboksilaza 50 mq; Vitamin C 2 ml; Serulin 2 ml) reaksiya təmas nöqtəsində baş verən dəri və sinir liflərinin qıcıqlanması hesabınadır. 20. Nuray Quliyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş - “Suntsov sınağı”nın müsbət olması (ürəyin sağ qulaqcıq və sağ mədəciyində havanın olması), baş beyin maddəsinin və hər iki ağciyərin kəskin ödemi, ağciyərin paylararası sahələrində ocaqlı qansızmalar, ağciyərin kəsik səthlərində köpüklü qanın xaric olması, ürəyin xarici qişası altında nöqtəvari qansızmanın, hər iki əlin arxa səthlərində tibbi inyeksiya yerləri, daxili orqanların doluqanlılığı əlamətləri ona vurulmuş dərman vasitələrindən anafilaktik şok reaksiyasının əlamətləri kimi qiymətləndirilə bilməz. 21.22. Şəkərli diabet xəstəliyinin diaqnostikası klinik olaraq tibb müəssisələrində təyin edilir və 1 ml Deksametazon dərman preparatının yeridilməsi əks göstəriş deyildir. 23. Sağlığında kəskin hemorragik enterokolit xəstəliyindən əziyyət çəkmiş və yüksək hərarətlə xəstəxanaya daxil olmuş xəstələrdə adətən süstlük yaranır. Nuray Quliyevanın ölümünə səbəb ola biləcək hərarətin yüksəkliyindən qıcolma (sudurqa) əlamətləri aşkar edilməmişdir. 24. Hava emboliyası başlayandan sonra dəqiqələrlə ölçülən müddət ərzində beyində kəskin hipoksik anoksiya inkişaf edir. 25. Eyni vəzifəni tutan və eyni səlahiyyətlərə malik tibb bacısı başqa tibb bacısına sistemə nəzarət üçün məsul şəxs təyin edə bilməz.

26. Nuray Quliyevanın ölümündə təyinatı icra edən tibb bacısı, eləcədə sistem qoşulduqdan sonra ona nəzarət edən tibb bacısı məsuliyyət daşıyır. 27. Tibb bacısı bir xəstəyə sistem qoşub, həmin sistem bitməmiş xəstəni nəzarətsiz qoyub digər xəstəyə sistem qoşması vəzifə təlimat qaydalarına uyğun deyildir. 28. Tibb bacısının həkimdən təlimat almadan xəstəyə sistem qoşması qanunvericiliyə, vəzifə təlimatlarına və tibbi təlimatlara uyğun deyildir. 29. Xəstəyə vurulan dərman vasitələrinin ambulator kartada qeyd edilməməsi tibbi qeydiyyat sənədi (TQS №003) üçün təlimatın pozulması kimi qiymətləndirilir. 30. Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid5 vəzifə və tibbi sertifikatına uyğun olaraq azyaşlı uşağa ixtisaslı həkim pediatr kimi müalicə təyin edə bilər.

31. Venoz sistemə daxil edilmiş hava axını sağ qulaqcıq, sağ mədəcik və ağciyər arteriyası vasitəsilə baş vermiş hava emboliyası tənəffüs çatışmazlığına, xəstədə ciddi ağrı, ağızdan köpüklü qan gəlməsinə səbəb ola bilər. 32. Nuray Quliyevanın hərarətli vəziyyətinə görə təyin olunmuş müalicə tibbi protokola uyğundur. 33. “Dərman vasitələrinin farmakonəzarət Qaydasının təsdiq edilməsi haqqında” qanuna görə dərman vasitələri xəstəyə ixtisaslı həkim tərəfindən xəstəliyin diaqnostikasına uyğun olaraq seçimi əsasında təyin edilir. Göygöl RMX PHŞ-nın xx.xx.2025-ci il tarixli, 18-1-42/2-289/2025 saylı məktubunda göstərilmişdir ki, Daşkəsən rayonu Əhmədli kəndində yaşayan X37 xx.xx.2024-cü il tarixdə həmin dövrdə Göygöl RMX PHŞ-nin nəzdində fəaliyyət göstərən X19 Yardım stansiyasının X19 yardım üzrə həkim vəzifəsində çalışan Şahid5 təyinatı ilə Təcili yardım bölməsində Uşaq şöbəsinin tibb bacısı Şahid8 tərəfindən parenteral köçürmə (NaCL 0.9% 200ml, Kokarbaksilaza, Vitamin C, Analgin, Dimederol, Serukal) icra edilmişdir. Köçürmədən sonra heç bir ağırlaşma olmamışdır. xx.xx.2024-cü il tarixdə uşaq valideynləri və yaxınlarının müşayiəti ilə Təcili Yardım bölməsinə “dəqiqləşdirilməmiş respirator pozğunluq, infeksion və mənşəyi dəqiqləşdirilməmiş qastroenterit, dəqiqləşdirilməmiş qızdırma” diaqnozları ilə müraciət etmişdir. Xəstə uşağa bölmədə parenteral köçürmə (NaCL 0.9% 200ml, Kokarbaksilaza, Vitamin C, Analgin, Dimederol, Serukal) icra edilmişdir. Proseduru Uşaq şöbəsinin tibb bacısı X32 icra edərək, Uşaq şöbəsinin tibb bacısı X1 nəzarət etməsini bildirmişdir. Köçürmə başa çatdıqdan sonra tibb bacısı Mehdiyeva Günel iynə ucluğunu vena damarından xaric etdikdən bir neçə dəqiqə sonra uşağın vəziyyəti kəskin pisləşərək “dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı” inkişaf edərək, ani ölümlə nəticələnmişdir. Həkim briqadası tərəfindən dərhal aparılmış tədbirlərə baxmayaraq xəstədə bioloji ölüm təsdiqlənmişdir. Əlavə olaraq bildirilir ki, prosedurun icra edildiyi Təcili Yardım bölməsində xəstələrin adına ambulator karta deyil, digər zəruri tibbi qeydiyyat sənədlərindən istifadə edilir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, X33 Quliyevanın hadisə vaxtı üzərində olan 02 ədəd sarımtıl rəngli tanan və 01 ədəd sepini təhvil almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 211 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1961-ci il təvəllüdlü Şahid5 Gəncə Psixiatriya xəstəxanasında müayinə və müalicə olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5068 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göygöl RİHB-nın Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47- 10/2-24-387/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır, ünvan 6 əri X47, uşaqları xx.xx.2007-ci il təvəllüdlü X48 və xx.xx.2009-cu il təvəllüdlü X49 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göygöl RİHB-nın Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47- 10/2-24-386/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl şəhər nümayəndəliyinə heç bir şikayət və narazılıq daxil olmayıb. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 77/2-20892/24 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 barəsində Göygöl RPŞ-də heç bir təqsirləndirici material qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayətmühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutları Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə uyğun müqayisəli şəkildə qiymətləndirən məhkəmə belə hesab edir ki, təsvir olunan əməlin vəzifə səhlənkarlığı kimi qiymətləndirilməsi CM-in 314.2-cü maddəsinin tələblərinə uyğun sayıla bilməz. Belə ki, Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə görə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda- azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hazırkı cinayətin subyekti yalnız vəzifəli şəxs ola bilər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “vəzifəli şəxs” anlayışı ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:- qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Beləliklə, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs hazırda qüvvədə olan (yeni redaksiyada) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə hazırda qüvvədə olan (yeni redaksiyada) Cinayət Məcəlləsinin 142.4-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Belə ki, Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Tibbi xidmətin göstərilməsi qaydalarını pozmadan bəhs edən Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda–müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır (CM-in 142.1-ci maddəsi); Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda– müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır (142.4-cü maddə). Məhkəmə onu da diqqətə çatdırır ki, tam və hərtərəfli araşdırma zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 142.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs sistem qoşmağa sadəcə kömək etmək məqsədilə getməsi, hazırda kömək etdiyinə çox peşman olması, yalnız juqut tutmasını və hava təzyiqi verməsini, juqut tutacağı və sistemə hava vuracağı üçün bunların başına gələcəyini bilməməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, onun bu dəlilləri zərərçəkmiş şəxsin hüquqi varisi, eləcə də şahid ifadələri, dindirmə protokolları, ekepertiza rəyləri və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Həmçinin təqsirləndirilən şəxs son sözlə çıxışı zamanı peşiman olmasını bildirərək yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkumluq vəziyyətinin yoxlanılmasına dair tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göygöl RİHB-nın Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 5-47- 10/2-24-386/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl şəhər nümayəndəliyinə heç bir şikayət və narazılıq daxil olmayıb. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X36 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və ondan şikayət və tələbin olmamasını, yaşayış və işlədiyi yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda– müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır (142.4-cü maddə). Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin X18 tibb bacısı vəzifəsində işləyərkən törətmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəylərində X21 ambulator qaydada icra edilmiş təyinat qüsurlu olmuş və təyinatın qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Qeyd olunanlar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərinin pozulması kimi qiymətləndirilir. Həkim təyinatı olmadan, ambulator qaydada təyinatın qüsurlu şəkildə icra edilməsi ilə müşahidə edilən “Dəqiqləşdirilməmiş qızdırma” diaqnozu ilə əlaqədar sistem şəklində venadaxili inyeksiya edilmiş dərman preparatlarının tərkibindəki məhlulun qısa müddət ərzində axımını sürətləndirmək məqsədi ilə qoşulmuş sistemin bankasına heç bir zərurət olmadığı halda 10 qramlıq şprislə 3-4 dəfə hava vurmaqla Təqsirləndirilən şəxs öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək işinə vicdansız və laqeyd münasibət göstərmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar