Məhkəmə qərarları › İş №1(066)-21/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-21/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-21/2023 08.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1993-cu ildə Şəmkir rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin amnistiya qərarına əsasən cəzası 1 il azaldılmış cəzaya məhkum edilmiş, Gəncə şəhəri Kəpəz rayonu 4-cü mkr. ev 22, mənzil 57-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu qabaqcadan əlbir olan bir qrup şəxslərlə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, о, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 13 may 2022-ci il tarixdə saat 22 radələrində tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından aşma yolu ilə qanunsuz olaraq həyətə daxil olub oradan sonuncunun mülkiyyətində olan hər birinin dəyəri 14 manat olmaqla ümumi dəyəri 168 (yüz altmış səkkiz) manat dəyərində 12 ədəd tikinti materialına aid taxtaları və evin həyətində yerləşən anbar kimi istifadə olunan yardımçı tikilinin içərisində olan 1 ədəd 700 (yeddi yüz) manat dəyərində LG markalı kondisaner, 1 ədəd 80 (səksən) manat dəyərində tikinti aləti hesab edilən direl, 1 ədəd 60 (altmış) manat dəyərində sintetik (kapron) materialların birləşdirilməsində istifadə edilən tikinti aləti olan ütü, 1 ədəd 180 (yüz səksən) manat dəyərində əl üz yuyucu hövzə, 1 ədəd 50 (əlli) manat dəyərində dəmir kəsən alət (laqonda), eləcədə 300 manat dəyərində elektrik naqilini gizli yolla talayaraq taladığı əşyaları 200 (iki yüz) manat nəğd pula tanışı Bağır-zadə Pərviz Ramiz oğluna satıb əldə etdiyi pulu qrup üzvü Təqsirləndirilən şəxs ilə öz aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 1538 (min beş yüz otuz səkkiz) manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Elman Hüseynov ona zəng edərək əsgərlikdə olan oğlunun yanına getmək üçün pula ehtiyacı olduğunu bu səbəbdən Göygöl rayonu Üçtəpə kəndində sahibsiz evdən oğurluq edəcəyini ona köməklik göstərib birlikdə oğurlamağı təklif etmişdir. Bu səbəbdən o Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə gələrək Elmanla görüşüb birlikdə Göygöl rayonu Üçtəpə kəndinə kənarları hasarlı yarım tikili evin yanına, saat təxminən 22 radələrində çatmışdır. Evin arxa tərəfindən hasarın üstündən keçib həyətə daxil olaraq kənarda yardımçı otağın qapısını açıb içəri girmiş, həmin vaxt içəridə 1 ədəd kondisioner, sayını dəqiq xatırlamadığı təxminən 10 ədəd 6 metr uzunluqda taxta, 1 ədəd əl üz yumaq üçün yuyucu hövzə və hava qaranlıq olduğu üçün nə olduğunu dəqiq bilmədiyi bir neçə məişət əşyası götürmüş, oğurladıqları əşyaları evin hasarından küçə tərəfə çıxardıb evin hasarının yan tərəfinə yığmışlar. Bundan sonra Elman kiməsə zəng edərək ona gözləməyini oğurladıqları əşyaları aparmaq üçün avtomobil gətirəcəyini deyib getmişdir. Bir qədər sonra Elman QAZ 31 markalı avtomobillə iki nəfər tanımadığı şəxslə qayıdıb gəlmiş, oğurladıqları əşyaları həmin avtomobilə qoymaqla həmin avtomobillə oradan çıxmışlar. Gəncə şəhərində 16 nömrəli Tam orta məktəbin yanında Elmanla həmin avtomobildən düşmüş, bir qədər sonra Elman gedib oğurladıqları əşyaları satdığı şəxsdən pul götürüb gələcəyini, ona da pul verəcəyini, onu gözləməyini bildirərək getsə də bir neçə saat Elmanı gözləməsinə baxmayaraq sonuncu qayıtmadığı üçün yaşadığı evə getmişdir. O qeyd etmişdir ki, həmin oğurluq hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmiş, oğurluq etməyi ona Elman Hüseynov təklif etmişdir. Oğurluq edən vaxt 1 ədəd kondinsioner, təxminən 10 ədəd 6 metrlik taxta, 1 ədəd əl üz yuyucu hövzə oğurladığı dəqiq yadında qalsa da, taxtaları yadında 10 ədəd kimi saxlamışdır. Göstərilənlərdən başqa bir neçə də məişət əşyaları oğurlamış olsalar da qaranlıq olduğu üçün həmin məişət əşyalarının konkret nə olmasına fikir verməmiş, əşyaların satışını Elman Hüseynov etmişdir. Bağır-zadə Pərviz Ramiz oğlunu və X9 tanımır, oğurluq hadisəsini Elman Hüseynovla törətmiş, başqa heç kimə heç bir söz deməmiş, daha sonra oğurladıqları əşyaları Elmanın tanıdığı bir nəfər şəxs QAZ 31 markalı avtomobilin sürücüsü ilə gəlib küçədən aparmışdır. Həmin şəxslərin onların oğurluq törətməklərindən xəbərləri olubolmadığını dəqiq bilmir, Elman Hüseynov onları həmin yerə gətirmişdir. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 14 may 2022-ci il tarixdə ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən yarımtikili evində usta işləyən X3 zəng edərək yarımtikilinin həyətində yerləşən yardımçı tikilidən oğurluq olmasının və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmiş, dərhal həmin yerə getmişdir. Həmin yerə çatdıqda həyətdə yerləşən yardımçı tikilinin içərisindən 1 ədəd 700 (yeddi yüz) manat dəyərində “Vestel” markalı kondisioner, 1 ədəd 80 (səksən) manat dəyərində direl, 1 ədəd 60 (altmış) manat dəyərində kapron birləşdirmək üçün ütü aparatı, 1 ədəd 180 (yüz səksən) manat dəyərində əl üz yuyucu hövzə, 1 ədəd 50 (əlli) manat dəyərində dəmir kəsən alət (laqonda), 1 metrəsi 10 manat olan 30 metr uzunluqda 300 manat dəyərində elektrik naqilini, hər biri 14 manat ümumi dəyəri 168 manat olan 12 ədəd tikinti materialı olan taxtanın oğurlanmasını aşkar etmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1538 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, 13 may 2022-ci il tarixdə Elman Hüseynov ona zəng edərək işlədiyi evdə işini görüb qurtardığını, lakin pulunu ala bilmədiyini, pulun əvəzində ev sahibinin ona müxtəlif növ məişət əşyaları verdiyini və həmin əşyaları ucuz qiymətə satacağını deyib həmin malları almaq istəyib-istəmədiyini dedikdə ondan nə əşyalar olmasını soruşduqda döşəmə taxtalar, direl və plastik boruları birləşdirmək üçün olan aparat olduğunu hamsına 100 manat verməyini dediyi zaman onunla razılaşmışdır. Həmin gün qonşusu Vüsala bu barədə məlumat verib ona məişət əşyaları olduğunu, istəyib-istəmədiyini soruşduqda Vüsal 4-5 ədəd döşəmə taxtası almaq istədiyini dediyi üçün ondan taksi tapmasını gedib həmin malları gətirməyi istəmiş, Vüsal isə bacanağının QAZ 24 markalı avtomobilini götürmüş, bundan sonra Elmana zəng edib hara gəlməyi soruşduqda Elman özü xəbər edəndə gəlmələrini istəmişdir. Bundan sonra həmin gün saat təxminən 23 radələrində Vüsalla birlikdə Göygöl rayonu Üçtəpə kəndində gəldikdə yolun kənarında Elman Hüseynov onları qarşılayaraq yolu izah etməklə Üçtəpə kəndində aralıq küçədə bir evin yanına gətirmiş, həmin vaxt evin hasarının çöl tərəfində müxtəlif inşaat materialları yığılmasını adını sonradan bildiyi Xəyal adlı şəxsi görmüşdür. Elmandan həmin məişət əşyalarının nə üçün küçədə olmasını soruşduqda Elman ev sahibinin işi olduğu üçün həmin əşyaları küçəyə yığıb getdiyini demişdir. Bundan sonra orada olan döşəmə taxtaları, laqondanı, direli, 1 ədəd kondisioneri, əl-üz yumaq üçün istifadə edilən yuyucu hövzəni və dəqiq xatırlamadığı əşyanı avtomobilə yığdıqda Elmana digər əşyaları istəmədiyini desə də, Elman həmin əşyaları da ucuz satdığını əlavə 100 manat da verməyini cəmi 200 manata həmin əşyaları ona satacağını dedikdə isə həmin əşyaları ucuz düşdüyü üçün alıb sonra kiməsə bir qədər baha qiymətə satacağını düşünərək həmin yerdən çıxıb yaşadıqları evə tərəf hərəkət etməyə başlamışdır. Gəncə şəhərində Elman və Xəyal adlı şəxslər avtomobildən düşdükdən sonra o Vüsal ilə birlikdə yaşadığı evə gəlmiş, Vüsalın qapısına 4 ədəd 6 metrlik taxta və bir ədəd kondisioneri düşürmüş, kondisioner ağır olduğu üçün ertəsi gün götürəcəyini deyərək qalan əşyaları evinə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, X7 qonşusudur, Elman Hüseynov və Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Əvvəllər bir neçə dəfə Pərvizdən işlənmiş inşaat malları almışdır. 13 may 2022-ci il tarixdə qonşusu Pərviz Bağırzadə yanına gələrək ucuz qiymətə döşəmə taxta olduğunu istəyib istəmədiyini soruşmuş, o isə evdə təmirlə bağlı işlər gördüyü üçün 5-6 ədəd döşəmə taxtası lazım olduğunu dedikdə Pərviz tanıdığı ustanın işlədiyi evdən əmək haqqını ala bilmədiyi üçün əvəzində ona müxtəlif inşaat malları verdiklərini həmin malları ucuz qiymətə satacağını bildirmişdir. Bundan sonra bacanağı Aqilə məxsus QAZ-24 markalı avtomobili götürərək saat təxminən 23 radələrində Pərvizlə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə gəlmiş, yolun kənarında əvvəllər tanımadığı adını sonradan bildiyi Elman adlı şəxsi götürmüşlər. Elman yolu izah edərək onları Üçtəpə kəndində aralıq küçədə bir evin yanına gətirmiş, evin hasarının çöl tərəfində hasarın kənarına müxtəlif inşaat materialları yığılmasını yanında isə bir nəfər şəxsin dayanmasını görmüşdür. Həmin şəxslər Pərvizlə birlikdə əşyaları onun idarə etdiyi QAZ 24 markalı avtomobilin yük yerinə yığdıqdan sonra avtomobilə əyləşmişlər. Həmin yerdən çıxıb yaşadıqları evə tərəf hərəkət etməyə başladıqda Gəncə şəhərində Elman və adını sonradan bildiyi Xəyal adlı şəxslər avtomobildən düşmüş, o isə qonşusu Pərvizlə birlikdə yaşadığı evə gəlmişdir. Evə çatdıqda öz həyətinə 4 ədəd 6 metrlik taxta və bir ədəd kondisioneri düşürsələr də Pərviz həmin kondisioneri ertəsi gün götürəcəyini deyib qalan əşyaları evinə boşaltmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid X4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu Qızıl-Hacılı küçəsi 3-cü döngə, ev 2-də daimi qeydiyyatda olmaqla yaşayır. İki övladı var. Fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır, Pərviz Bağır-zadəni isə uzun illərdir ki tanıyır. 2022-ci ilin aprel ayında Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından keçib həyətdə yerləşən anbarın qapısının qıfılını sındırıb anbara daxil olmuş və həmin yerdə ölçüsünü xatırlamadığı uzunluqda elektrik naqili oğurlamış, iki gün sonra yenidən həmin yerə girib həmin yerdən yenidən mis elektrik naqili oğurlayaraq yaşadığı evin həyətində əridib mis halında küçələrdən pərakəndə dəmir tullantılar və mis alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 32 manata satmış, həmin pulu isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 13 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Göygöl rayonu Üçtəpə kəndində kənarları hasarlı yarım tikili evin həyətində gördüyü taxtaları oğurlamaq qərarına gələrək tanışı Xəyal ilə görüşüb pula ehtiyacı olduğunu əsgərlikdə olan oğlunun yanına getmək istədiyini lakin pulu olmadığını, oğurluq etmək istədiyini, köməklik etməsini əvəzində ona da hörmət edəcəyini demiş, Xəyal isə onunla oğurluq etməyə razılaşmışdır. Əvvəlcədən də tanışı Bağırzadə Pərvizə zəng edib taxta olacağını istəyib-istəmədiyini soruşmuş, Pərviz isə taxtanı alacağını hazır olanda xəbər etməyini bildirmişdir. O Xəyal ilə piyada Göygöl rayonu Üçtəpə kəndində həmin yarımtikili evin yanına gəlmiş, saat təxminən 21 radələrində arxa tərəfdən hasarın üstündən keçib həyətə daxil olmuşlar. Həmin yerdə kənarda yardımçı otağın qapısını açıb içəri girmiş, həmin vaxt içəridə 1 ədəd kondisioner, 1 ədəd direl, 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə edilən ütü aparatı, 10 ədəd 6 metr uzunluqda taxta, 1 ədəd əl üz yumaq üçün yuyucu hövzə, 1 ədəd laqonda aparatı, ölçüsünü dəqiq bilmədiyi elektrik naqili olmasını görüb Xəyal ilə birlikdə həmin məişət avadanlqılarını oğurlayıb evin hasarından küçə tərəfə çıxardıb evin hasarının yan tərəfinə yığmışlar. Bundan sonra Pərvizə zəng edib taxtaların hazır olduğunu, əşyaların çox olmasını, Göygöl rayonu Üçtəpə kəndində Suvarma sistemləri idarəsinin yanına gəlməsini qarşısına çıxacağını demişdir. Bundan sonra Xəyal oğurladıqları əşyaların yanında onu gözləmiş, o isə piyada Pərvizi qarşılamağa getmişdir. Biraz sonra Pərviz QAZ 31 markalı avtomobilin tanımadığı sürücüsü ilə gəlmiş, avtomobilə əyləşib onları oğurladığı əşyaları yığdığı yerə gətirmiş, Pərviz digər oğurladığı əmlakı da gördükdən sonra həmin əşyalar üçün ümumilikdə 200 manat verməsini istəmiş, Pərviz isə 100 manat verib qalan 100 manatın isə sonra verəcəyini bildirmişdir. Həmin əşyaları avtomobilə yığdıqdan sonra o və Xəyal həmin avtomobillə Gəncə şəhərinə gəlib 16 nömrəli Tam orta məktəbin yanında Xəyalla avtomobildən düşmüş, axşam saatlarında Pərvizin evinə gedib qalan 100 manat pulu da götürmüşdür. Ertəsi gün isə Beyləqan rayonuna oğlunun yanına gedib qayıtmış həmin pulu da xərcləmişdir. O qeyd etmişdir, həmin əmlakları oğurladığını əvvəlcədən Pərvizə demiş və Pərviz həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilmiş, Pərvizin yanında gələn taksi sürücüsünü isə tanımamış, oğurluqla bağlı məlumatı olmamışdır Cinayət işinə əlavə edilmiş məhkəmə-əmətəəşünaslıq ekspertizasının 16 dekabr 2022ci il tarixli 9/8476 nömrəli rəyində göstərilmişdir ki, göstərilən malların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada hesablama yolu Zərərçəkmiş şəxs məxsus istifadədə olmuş mallar 1 ədəd 18000-lik, 10 kv Vestel markalı kondisioner 700 (yeddi yüz) manat, 1 ədəd 18v, “Bosch” markalı direl 80 (səksən) manat, 1 ədəd kapron birləşdirmək üçün ütü aparatı 40 (qırx) manat, 1 ədəd əl üz yuyucu hövzə 50 (əlli) manat, 1 ədəd dəmir kəsən alət (laqonda) 50 (əlli) manat, 30 metr uzunluqda elektrik naqili 2x6 mm 60 (altmış) manat, 12 ədəd tikinti materialı olan 5x10 sm ölçüdə taxta 120 (yüz iyirmi) manat təşkil etməsi müəyyən edilmiş, Zərərçəkmiş şəxs məxsus əşyaların ümumilikdə qiyməti 1100 (min yüz) manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin amnistiya qərarına əsasən cəzası 1 il azaldılmışdır. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixədək Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə ona təyin edilmiş cəzanın 10 ay 4 gününü çəkmiş, çəkilməmiş cəza müddəti 7 ay 22 gün təşkil edir. xx.xx.2022-ci il tarixdən də onun üzərində elektron nəzarət vasitəsi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu özgənin əmlakını gizli yolla talamaq məqsədilə tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 13 may 2022-ci il tarixdə saat 22 radələrində tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından aşma yolu ilə qanunsuz olaraq həyətə daxil olub oradan sonuncunun mülkiyyətində olan hər birinin dəyəri 14 manat olmaqla ümumi dəyəri 168 (yüz altmış səkkiz) manat dəyərində 12 ədəd tikinti materialına aid taxtaları və evin həyətində yerləşən anbar kimi istifadə olunan yardımçı tikilinin içərisində olan 1 ədəd 700 (yeddi yüz) manat dəyərində LG markalı kondisaner, 1 ədəd 80 (səksən) manat dəyərində tikinti aləti hesab edilən direl, 1 ədəd 60 (altmış) manat dəyərində sintetik (kapron) materialların birləşdirilməsində istifadə edilən tikinti aləti olan ütü, 1 ədəd 180 (yüz səksən) manat dəyərində əl üz yuyucu hövzə, 1 ədəd 50 (əlli) manat dəyərində dəmir kəsən alət (laqonda), eləcədə 300 manat dəyərində elektrik naqilini gizli yolla talayaraq taladığı əşyaları 200 (iki yüz) manat nəğd pula tanışı Bağır-zadə Pərviz Ramiz oğluna satıb əldə etdiyi pulu qrup üzvü Təqsirləndirilən şəxs ilə öz aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 1538 (min beş yüz otuz səkkiz) manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri tamamilə ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin amnistiya qərarına əsasən cəzası 1 il azaldılmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixədək Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə ona təyin edilmiş cəzanın 10 ay 4 gününü çəkmiş, çəkilməmiş cəza müddəti 7 ay 22 gün təşkil edir. xx.xx.2022-ci il tarixdən də onun üzərində elektron nəzarət vasitəsi yoxdur. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə təyin edilmiş və ödənilməmiş qalan 7 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzayla birləşdirilərək qəti cəza təyin edilməli və Cinayət Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 may 2022ci il tarixdən 16 may 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan - 1 ədəd 18000lik, 100 kv “Vestel” markalı kondisioner, 1 ədəd əl üz yuyucu hövzə, 1 ədəd dəmir kəsən alət (laqonda), 12 ədəd 6 metr uzunluqda tikinti materialı olan taxtanın - sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökümü ilə təyin edilmiş və ödənilməmiş qalan 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - 1 ədəd 18000 lik, 100 kv “Vestel” markalı kondisioner, 1 ədəd əl üz yuyucu hövzə, 1 ədəd dəmir kəsən alət (laqonda), 12 ədəd 6 metr uzunluqda tikinti materialı olan taxtanın sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar