Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-21/2025 16.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Daşkəsən rayonu, Dəstəfur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Dəstəfur kəndində qeydiyytada olamaqla, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 19 radələrində Göygöl rayonu, Üçtəpə kəndində yerləşən yaşadığı evin qarşısında otlaması üçün bağladığı özünə məxsus uzunqulağın uca səs çıxararaq ailə üzvlərini narahat etməsini, uzunqulağı oradan uzaqlaşdırmasını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya qəsdən sol qaşüstü nahiyənin yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Əli oğlunu yaşadığı kənd ərazisindən qonşu kimi tanıyır. Onun yaşadığı ünvanla evinin arasında təxminən 100 metr məsafə vardır. Zərərçəkmiş şəxsla arasında olan mübahisə isə onun evinin yaxınlığında olan boş torpaq sahəsində uzunqulağını otlaması üçün bağlamağından ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvanda olan zaman qonşuluqda yaşayan Namiq yaşadığı ünvanın qarşısına gələrək, uzun qulağın səsinin onu narahat etməsini bildirdikdə ona bir saat sonra uzun qulağı dama bağlayacağını desə də Namiq heyvanın səsinin onu narahat etdiyini, buna görə də həmin heyvanı oradan itirməyini və yaxud satmağını istəmişdir. Sərxoş olduğu üçün ondan ünvanından getməsini, sonradan söhbət etməyi məsləhət bilmiş, lakin Namiq onu nəlayiq ifadələr ilə söyüb təhqir etdiyi üçün aralarında dava-dalaş baş vermişdir. Belə ki, Namiq əli ilə əynindəki koftanın yaxasından tutmuş, qarşılıqlı olaraq Namiqin koftasından tutmuş, Namiq ona zərbə endirə bilməsə də bir-birini sağa sola dartışdırdıqda o yumruqla Namiqin sifət nahiyyəsindən vurduqdan sonra Namiqin gözündən qan gəlməsini görmüş, bundan sonra dava-dalaş sakitləşmişdir. Əlavə olaraq bildirdi ki, bu günədək kiminləsə dalaşmamışdır və zərərçəkmiş şəxslə barışmaq istəyir. Onun uzunqulağı bağlayan yerlə zərərçəkmişin evi rasında təxminən 20-30 m məsafə var. O uzunqulağı günorta təxminən saat 3 radələrində bağlamışdır. Hadisə isə təxminən saat 19 radələrində baş vermişdir. Göygöl rayonu ərazisi ilə Gəncə şəhəri ərazi yaxındır. O təsərüfatla məşğul olamaqla Gəncə bazırında satış edir və ailəsini dolandırır. Bu səbəbdən ona azadılığın məhdudlaşdırılması cəzasından daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Gəncə şəhərində bina evində yaşadığı üçün 2012-ci ildən ünvan 1 ünvana köçmüş, ailəsi ilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Hazırda həmin ünvanda arvadı X3, X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmin ünvana köçdükdən sonra tanımışdır, onunla eyni küçədə iki evdən sonra, təxminən 100 metr məsafədə qonşuluqda yaşayır. Onun evinin hasarından sonra hazırda istifadə olunmayan 0,24 ha torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs mütəmadi olaraq özünə məxsus uzunqulağı onun yaşadığı evin yaxınlığına, həmin boş sahəyə buraxdığı üçün səsi narahat etdiyinə görə də həmin heyvanı bağlanılan yerdən açaraq bir neçə dəfə buraxmış, Təqsirləndirilən şəxsla üz üzə gəlməmək üçün onun özünə bu barədə bir söz demədən özünün başa düşməsini gözləmişdir. Lakin o həmin boş sahədən uzunqulağı açdıqdan sonra Elnur həmin heyvanı bu səfər onun darvazasının qarşısına bağlamışdır. Ən sonda xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində o yaşadığı evin həyətində oturan zaman Təqsirləndirilən şəxs uzun qulağı səs etməyə başlamış, o küçəyə çıxdıqda Elnurun uzun qulağını ona məxsus evin küçə tərəfdə olan pəncərəsinin yaxınlığına bağlamasını görüb, həyətyanı sahəsinin yaxınlığına bağlanmış uzunqulağı ipdən açıb buraxdığını görən Elnur üzərinə gələrək heç bir söz soruşmadan onun ünvanına nalayiq ifadələr işlətməklə həmin istifadəsiz torpaq sahəsinin ona məxsus olmasını, heyvanını istədiyi yerdə bağlayacağını, buna heç kəsin qarışmağa ixtiyarının olmadığını deyərək, onu təhqir edərək üzərinə gəlib əli ilə əynində olan koftasının yaxasından tutub sinəsinə bir neçə dəfə yumruqla vurduqdan sonra boynunu qoltuğunun altına keçirib onu aşağı əyib əli ilə bədəninin müxtəlif nahiyələrinə, kürək nahiyyəsinə, sinəsinə vuraraq, onu döymüşdür. Elnur yumruqla vurması nəticəsində sifətinin isindiyini hiss edib onun əlindən çıxaraq kənara çəkilmiş, əlini sifətinə vurduqda Elnurun zərbələrinin nəticəsində sol gözünün üstünün qanadığını görmüşdür. Bundan sonra yaşadığı ünvana gedərək əynini dəyişib yenidən bayıra çıxaraq Elnura etmiş olduğu hərəkətin düzgün olmadığını bildirdikdə onun ailə üzvləri, arvadı, iki oğlu ilə birlikdə yaşadığı ünvanın yaxınlığında dayanmasını, əlində balta olmasını görmüşdür. Onların sakitləşmədiyini gördüyü üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Hazırda onunla təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir ki, o səhfini başa düşsün. Təqsirləndirilən şəxs azadlığın məhududlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olaraq tanıyır, aralarında hərhansı ədavət, düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs isə Elnurun qonşusu olaraq qiyabi tanıyır. Onların ev ünvanlarının arasında təxminən 100 metr məsafə vardır. xx.xx.2024-cü il tarixdə Elnurun yaşadığı ünvanın 150 metr məsafəsində yaxınlığında fəhləlik edərək torpaq daşıdığı zaman saat təxminən 19 radələrində Namiq və Elnurun sonuncunun yaşadığı ünvanda mübahisə etmələri diqqətini çəkdiyi üçün qulaq asdıqda onların hansısa bir səbəbdən uzunqulaqla bağlı mübahisə etdiklərini eşitmişdir. Həmin zaman Elnur və Namiq bir-birinə əl qol atmaqla münaqişə etməyə başlamışlar. Təxminən 5 dəqiqə həmin münaqişə davam etdikdən sonra onlar ayrılaraq ev ünvanlarına tərəf getmişlər. Lakin o həmin yerə yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişənin səbəbinin Elnura məxsus uzun qulağın səsinin Namiqi narahat etməsinə görə Namiqin Elnura əsəbləşməsinin üstündə baş verməsini öyrənmişdir. Münaqişə baş verən yer ilə arasında olan məsafə təxminən 150 metr olmuş, kənardan baxdığı üçün onların bir-birinin yaxasından tutaraq sağa-sola dartdığını görsə də, bir-birinə hansı zərbələr endirməsini görməmiş, lakin onların heç birinin əlində yaba və yaxud başqa bir əşya olmamış, Namiq Elnurun özü ilə münaqişə etmiş, Təqsirləndirilən şəxs oğlu Səbuhi münaqişə zamanı orada olmamışdır. Münaqişə 5 dəqiqədən az bir müddətə davam etmiş, həmin zaman ətrafda heç kəs olmamış, münaqişə Elnurun yaşadığı evin hasarı olmayan hissəsində boş torpaq sahəsində baş vermişdir. Məhkəmə zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1837 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin istintaq aidiyyəti üzrə Göygöl rayon X10 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 21 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Əli oğlunun xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi faktı ilə bağlı hadisənin baş verdiyi ərziyə baxış keçirilərək foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, münaqişənin baş verdiyi ərazi Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən evin arxa hissəsində yerləşən, sağ hissəsində isə fərdi yaşayış evləri yerləşən boş torpaq sahəsidir. Baxış sutkanın işıqlı vaxtı təbii işıqlandırma şəraitində həyata keçirilmişdir. Baxış zamanı foto şəkillər çəkilməsində “Samsung” markalı foto operatordan istifadə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 493 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol qaşüstü nahiyyənin yarası yarası - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əli oğlunun zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs Əli oğluna elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. 23 noyabr 2024-cü il tarixdə hadisə şahidi ola biləcək şəxslərin dairəsinin, həmçinin hadisə zamanı X4 hadisə yerində olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, 20 avqust 2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndi ərazisində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə zamanı ətrafa adamların toplaşmadığının, hadisə şahidinin münaqişə olan tarixdə həmin yerdə fəhləlik edən X6 olmasının müəyyən edilməsi, münaqişə zamanı azyaşlı X4 hadisə yerində olmadığı müəyyən edilmədiyi göstərilmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməli olması, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilməli olması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmaması, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət əməli törətmiş şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin qanunla müəyyən edilmiş şəxslərə göndərilməklə, onlara cinayət işinin materialları ilə tanış olmaq və qərardan şikayət vermək hüququnun izah edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Bəhram oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himasyəsində xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsn yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmamaqla arvadı X11, oğlu X7 oğlu və oğlu X8 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1977-ci ildə Daşkəsən rayonu, Dəstəfur kəndində anadan olmuşdur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4423 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3723 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat olmaması müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində cinayət əməlinin baş verməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmaq istəməsini bildirməsini, yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu və Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-21/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-21/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver