Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-22/2024 19.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Kəlbəcər rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Hərbi şəhərcik 84, bina 3, mənzil 33-də yaşayan, barəsində bu iş üzrə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Göygöl rayonu Mollacəllili kənd sakini Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik Kəlbəcər rayon Polis şöbəsinin əmakdaşı kimi təqdim edərək, qeyd olunan əlaqələrindən istifadə edərək hissəhissə olmaqla, cəmi 2521 (iki min beş yüz iyirmi bir) manat pul verəcəyi halda Zərərçəkmiş şəxs həmyerlisi Şahid qrup əliliyi düzəltməsi üçün aldadıb, ona qarşı dələduzluq etməsi ilə bağlı barəsində faktiki mövcud olmayan şikayət edilməsinə inandırmış və həmin araşdırmanın onun xeyrinə həll edilməsinə köməklik etmək imkanına malik olduğunu yalandan vəd verərək, onu məsuliyyətdən azad edilməsinə köməklik edəcəyinə dair etibardan sui-istifadə etmə və aldatma yolu ilə Təqsirləndirilən şəxs istifadəsində olan son səkkiz rəqəmi 5845-8617 olan “Leobank”da olan hesablaşma hesabına vahid niyyətlə 12 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Balmart” mağazasının içərisində quraşdırılmış “E-manat” ödəmə terminalından göndərdiyi 100 (yüz) və 200 (iki yüz) olmaqla ümumilikdə 300 (üç yüz) manat, 13 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında quraşdırılımış “E-Manat” ödəmə terminal vasitəsilə 700 (yeddi yüz) manat, 14 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında quraşdırlımış “E-Manat” ödəmə terminal vasitəsilə 150 (yüz əlli), 15 yanvar 2023-cü il tarixdə həmin ünvanda yerləşən qeyd olunan terminal vasitəsilə 50 (əlli) manat, 16 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə Market”də quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 100 (yüz) manat, 17 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsilə 270 (iki yüz yetmiş) manat, 17 yanvar 2023-cü il həmin ünvanda yerləşən qeyd olunan terminal vasitəsilə 200 (iki yüz) manat, 18 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Tağı Arani küçəsində yerləşən “Qardaşlar” mağazasında quraşdırılmış “Milli Ön” ödəmə terminal vasitəsilə 600 (altı yüz) manat, 19 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında quraşdırlmış “E-Manat” ödəmə terminalı vasitəsilə 100 (yüz) manat, 12 fevral 2023-cü il tarixdə həmin ünvanda yerləşən qeyd olunan terminal vasitəsilə 51 (əlli bir) manat olmaqla ümumilikdə 2521 (iki min beş yüz iyirmi bir) manat məbləğində əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək zərəçəkmiş şəxsə qarşı ziyan vurmaqla dələduzluq etməklə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.3-cü maddələrinə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək və istintaqda verdiyi ifadəsini təstiq edərək göstərdi ki, 2022-ci ilin sonlarında tanışı Sadıq Məmmədov ona Zərərçəkmiş şəxs oğlu Mirişə (Şahid Sadiq oğlu) X8ndə iştirak etməsi ilə əlaqədar təqaüd düzəltdirmək adı ilə aldatmasını və ondan 1500 manat pul almasını bildirmiş, həmin pulu özü Ramizdən almasını, onu cəzalandırmaq üçün lazım olduğunu demiş, Ramizin istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Onunla razılaşmış və Ramizi cəzalandırması üçün əlavə pul alacağını demişdir. Lakin ona həmin pulu necə və hansı qaydada alacağı barədə hər hansı bir söz deməmişdir. O, da 2023-cü ilin yanvar ayının əvvəllərində Ramizə zəng edib özünü ona Kəlbəcər rayon polis şöbəsinin əməkdaşı Samir kimi təqdim edərək, Mirqaməti aldadaraq onun pulunun ələ keçirilməsi ilə bağlı araşdırma aparılacağını, həmin araşdırmanı dayandırılması üçün onda pul istəmişdir. Ramiz pulu vermək istəmədikdə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininə şikayəti göndərəcəyini, həmin idarənin zirzəmisinə aparılacağı və sair bu kimi qorxuducu sözlər deyib onu polis əməkdaşı olmasına inandırmağa çalışmış, sonra ona inandıqdan sonra onu çəzalandırmaq üçün əlavə pul tələb etmişdir. Ramiz də əvvəlcə Mirişdən pul almadığını desə də, ona tutulacağı və sair bu barədə sözlər dedikdən sonra pulu yalnız hissə-hissə qaytara biləcəyini demişdir. Bundan sonra ona özünə məxsus son səkkiz rəqəmi 5845-8617 olan “Leobanka” məxsus kart hesabının məlumatlarını vermiş, Ramiz isə həmin hesaba hissə-hissə pullar göndərmişdir. O, da həmin pulları nağdlaşdıraraq götürmüş, hətta həmin pulun bir hissəsini isə, yəni 300 manat hissəsini Sadiqə vermiş, qalan hissəsini isə özünü götürüb, şəxsi ehtiyacları üçün xərcləmişdir. O, daha sonra bildirmişdir ki, 2023-cü ilin yanvar ayında Ramizi ona göndərdiyi qəbzləri Gəncə şəhərində ona verməsi üçün çağırmış, həmin vaxt da avtomobildə özü olmuşdur. Avtomobil də isə taksi sürücüsü olmuş, o, da ön hissəsində sərnişin oturacağında olmuşdur. Ramizlə Gəncə şəhəri, Gülüstan qəsəbəsində görüşən zaman istifadə etdiyi taksinin markasını və qeydiyyat nişanını xatırlamır. Məqsədi həmin vaxt Ramizi biraz da qorxudub, onu aldadaraq ondan pul almaq olmuşdur. Əvvəlcə də Ramizlə yalnız telefonla danışdığı üçün Ramiz onu tanımamış, Ramizə avtomobilə əyləşməsini demiş, daha sonra isə taksini sürdürmüşdür. Ramizə təkrar hədələyərək, onun barəsində olan materialın Dövlət Təhlükəsizlik Xidmətinə göndərmək imkanının olduğu, əgər pulu vermədiyi halda həmin materialı qeyd olunan dövlət qrumuna göndərəcəyini, özünü isə DTX-nın zirzəmisinə getmək istəmirsə pulu ödəməsini demişdir. Lakin, həmin vaxt Ramizə heç bir zorakılıq göstərməmişdir. Ramiz isə pulu qısa zamanda verəcəyini demişdir. Bundan sonra isə hissə-hissə olmaqla kartına pullar göndərmişdir. O, qeyd edilən törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr-dekabr aylarında bir nəfər tanışı Şahid Sadiq oğlunun “X8” iştirakçısı olduğunu, təqaüd almaq istədiyini bildirib bununla bağlı sənədləşdirmə işlərində Mirqamətə kömək etməyini istəmiş, o, etiraz etməmiş və təxminən bir il ərzində Mirqamətin xəstəxana və digər dövlət müəssisələrindəki işlərində köməklik etmişdir. Onlarda zəhmətinin qarşılığında ona hörmət etmişlər. 2022-ci ilin sonlarında həkim komissiyası Mirqamətə təqaüd verilməsinin müvafiq olmaması barədə qərar çıxarmışdır. Bundan sonra Mirqamətin atası Sadiq yanına gələrək sənədləri düzgün toplamadığına görə Mirqamətə təqaüd verilmədiyini bildirib həmin işlərə görə xərclədiyi 1500 (min beş yüz) manatı geri istəmişdir. O, bacısından 1200 (min iki yüz) manat borc alıb Sadiqə vermişdir. 300 manatını isə daha sonra verəcəyini bildirmişdir. Bundan bir ay sonra yanvar ayında özünü Samir adı ilə təqdim edən şəxs ona zəng edərək Kəlbəcər rayon Polis şöbəsində işlədiyini bildirib, Şahid barəsində verdiyi şikayətə görə araşdırma aparılacağını, pul vermədiyi halda araşdırmanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılacağını, həmin idarənin əməkdaşlarının onu idarəyə aparmaq üçün gələcəklərini, ancaq özünün bu məsələni yubandırdığını bildirmişdir. Samir, Mirqamətə verməli olduğu 300 (üç yüz) manat və əlavə olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarını vermək üçün 400 (dörd yüz) manat pulu ondan istəmiş və pulu göndərmək üçün kart hesabı göndərmişdir. O, isə 12 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Balmart” mağazasının içərisində yerləşdirilmiş “E-manat” ödəmə terminalından özünü Samir kimi tanıdan sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs öz adına olan kart hesabına 700 (yeddi yüz) manat pul göndərmişdir. Növbəti gün, yəni 13 yanvar 2023-cü il tarixdə Samir kimi təqdim edən, lakin sonradan adının Eldəniz olmasını bildiyi şəxs zəng edərək ödənişlə bağlı qəbzləri Gəncə şəhəri Gülüstan qəsəbəsində ona verməyini istəmiş, o, Gülüstan qəsəbəsinə getmiş, Eldənizi gözləmiş, o zəng etdikdə yerini demişdir. Bundan sonra açıq qəhvəyi rəngli “Mercedes” markalı, 20-808 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər onun yanına gəlmiş, qəbzləri həmin şəxslərə vermişdir. Həmin şəxslər təkidlə avtomobilə əyləşməsini istəmiş, avtomobilə əyləşdikdən sonra onu Bakı şəhərinə DTX-nin zirzəmisinə aparılacağını deyərək hərəkətə başlamışdılar. Yolda olan zaman ondan təqaüd düzəltməsilə bağlı söhbətlər aparmışlar, o, isə günahının olmadığını, Mirqamətə ancaq kömək etdiyini bildirmişdir. Bakı-Qazax magistral yoluna çıxdıqdan sonra həmin şəxslər verdiyi puldan əlavə ondan 700 (yeddi yüz) manat pul istəmiş, həmin pulun 500 (beş yüz) manatını Bakıya rəhbərliyə göndərəcəklərini, 200 (iki yüz) manatını isə özlərinə götürəcəklərini demişlər. O, qorxduğu üçün həmin şəxlərlə razılaşmış və geri qayıtmışlar. Gəncə şəhəri Gülüstan qəsəbəsində onu avtomobildən düşürdüb saat 17-dək əvvəl Samir kimi tanıdığı, əslində isə Eldənizin ona göndərdiyi son səkkiz rəqəmi 5845-8617 olan Leobanka məxsus kart hesabına 700 (yeddi yüz) manat pulu köçürməyini tələb etmişlər. Pulu olmadığı üçün 700 (yeddi yüz) manat borc tapmış və Göygöl şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Balmart” mağazasının içərisində yerləşdirilmiş “E-manat” ödəmə terminalından Eldənizin verdiyi son səkkiz rəqəmi 5845-8617 olan “Leobank”a məxsus kart hesabına 700 (yeddi yüz) manat pul göndərmişdir. Bundan sonrakı vaxtlarda Eldəniz bu işin həll edilməsi üçün müxtəlif bəhanələrlə ondan hissə-hissə pullar istəmiş, o, Samir kimi tanıdığı şəxsin polis əməkdaşı olması, guya ona kömək etmək istəməsi barədə vədlərinə inanıb ona məxsus son səkkiz rəqəmi 5845-8617 olan Leobanka məxsus kart hesabına 14 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 150 (yüz əlli), 15 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 50 (əlli) manat, 16 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə Martket”də olan “Milli Ön” ödəmə terminalı vasitəsilə 100 (yüz) manat, 17 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 270 (iki yüz yetmiş) manat, 17 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 200 (iki yüz) manat, 18 yanvar 2023-cü il tarixdə Göygöl şəhəri, Tağı Arani küçəsində yerləşən “Qardaşlar” mağazasında olan “Milli Ön” ödəmə terminalı vasitəsilə 600 (altı yüz) manat, 19 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 100 (yüz) manat, 12 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Balmart” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsilə 51 (əlli bir) manat pul göndərmişdir. Bundan sonra X4 ezamiyətə getdiyini deyib bu məsələnin həll olunduğunu bildirmişdir. 2023-cü ilin iyun ayında Sadiq evinə gəlib 300 manatını istədikdə Sadiqə borclu olduğu 300 manatı Samirə göndərdiyini demişdir. Bu zaman Sadiq həmin şəxsin Samir yox, Eldəniz olduğunu bildirmişdir. Həmin vaxt aldadıldığını bilmiş, bu səbəbdən də Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. 12 yanvar 2023-cü il tarixdə Eldənizə göndərdiyi pulların qəbzlərini 13 yanvar 2023-cü il tarixdə ona və ya onun əlbir olduğu tanışlarına vermiş, digər əməliyyatların qəbzlərini isə Təhqiqat bölməsində araşdırma zamanı materiala əlavə edilməsi üçün təqdim etmişdir. Bundan başqa Eldənizlə arasında olan telefon danışıqlarının səslərini yazmış, həmin səsləri diskə köçürmüş və cinayət işinə əlavə edilməsi üçün təqdim edir. Həmin səs yazılarından da görünür ki, Eldənizə Samir kimi müraciət edir, eyni zamanda Eldəniz özünü səlahiyyət sahibi şəxs kimi aparır və guya onun işini həll edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid istintaqda verdiyi ifadəsini təstiq edərək göstərdi ki, X8ndə iştirak etmiş, müharibə zamanı yaralanıb travma almışdır. 2021-ci ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində Zərərçəkmiş şəxs ilə onun arasında təsadüfi tanışlıq yaranmışdır. Ramiz ona Gəncə şəhər İcra Hakimiyyətində işləməsini demişdir. Həmin vaxt Ramizin sənədləşmə işlərin başı çıxmasını görüb ondan təqaüd almağı üçün kömək etməsini xahiş etmişdir. Ramiz isə ona kömək edəcəyini, təqaüd düzəltdirəcəyini deyib vədlər vermiş və bunun qarşılığında ondan 1500 manat pul istəmişdir. Pulu özünün sənədləşmə üçün zəhmət haqqı olaraq istəmişdir. O, da 2021-ci ilin noyabr-dekabr ayları vaxtlarında dəqiq xatırlamadığı tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda Zərərçəkmiş şəxs 1200 manat pul vermişdir. Bir neçə gün sonra isə eyni yerdə Ramizə 300 manat pul vermişdir. Eyni zamanda özünə aid şəxsiyyət vəsiqəsinin, müharibə zamanı yaralanmağı barədə sənədlərin surətini vermiş, Ramiz onu bir neçə dəfə Gəncə psixiatriya xəstəxanasına, Bakı şəhər Müdafiə Nazirliyinin Hərbi Hospitalına aparmışdır. Həmin gedişlərdə də bütün çəkilən xərclər onun tərəfindən ödənilmişdir. Bir müddət keçmiş və o, Ramizin ona təqaüd təyin etdirə bilmədiyini görmüşdür. Sonradan atası Sadıq da onun bu məqsədlə Ramizə pul verdiyini bilmişdir. O, Ramizin ondan aldığı pulların qarşılığında verdiyi vədlərə əməl etmədiyini görmüşdür. Eləcə də Ramizin ona pul qaytarmaq niyyəti olmamasını görüb bu barədə atası Sadıqa demişdir. Atası Sadıq isə pulu özünün alacağını bildirmiş, Ramizlə zəngləşib Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında görüşmüşlər. Görüş zamanı atası Sadıq, Ramizlə danışaraq ondan verdiyi 1500 manat pulu geri istəmişdir. Ramiz də həmin vaxt pulunun olmamasını demiş, daha sonra atası ilə Ramiz sonuncunun yaşadığı Göygöl rayonu Mollacəlilli kəndinə gəlmiş, Ramiz atasına 1200 manat pulu qaytarmış, 300 manat pulu da qaytaracağını demişdir. Lakin bir müddət də keçmiş, Ramiz onun pulunu qaytarmamışdır. O, da sonradan həmin 300 manata görə Ramizə bir dəfə zəng etmiş, sonra isə zəng etməmişdir. Sonradan ona məlum olmuşdur ki, atası Sadıq, Eldəniz adlı onun tanımadığı tanışına Zərərçəkmiş şəxs 300 manat alacağını bildirmiş, borcu həmin şəxsə yönləndirmişdir. X10 hansı formada və necə pul alması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək 2023cü ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək olan müddət ərzində özünü Samir kimi təqdim edən şəxsin ondan barəsində şikayət olunduğunu bildirib şikayətlə bağlı problemi həll etmək üçün ümumilikdə ondan 2921 manat pul almasını bildirmişdir. Həmin müraciətlə bağlı Göygöl RPŞ-nin Qəhqiqat Bölməsində ilkin araşdırma aparılmış və toplanmış material Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə hüquqi qiymət verilməsi üçün Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, özünü Samir kimi təqdim edən Təqsirləndirilən şəxs hazırda şəxsiyyətləri məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 2921 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi “e Manat” vasitəsi ilə olunan ödəniş qəbzləri sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir. 13 sentyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rəşad Zeynalovun icraatına qəbul edilməklə istintaq aparılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri kifayət qədər sübutlarla təsdiq olduğundan 18 oktyabr 2023-cü il tarixdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 18 oktyabr 2023-cü il ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş şəxsin könüllü gəlib təqdim olunması haqqında 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:20-də Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. 20 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 oktyabr 2023-cü il ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlməkdən boyun qaçırdığından onun barəsində axtarış elan edilmiş və həmin tarixdədə ********* nömrəli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs X5 tutularaq istintaq orqanına təqdim olunanadək dayandırılması qərara alınmışdır. 29 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunda müəyyən edilib saxlanılaraq Göygöl RPŞ-nə gətirilmiş və ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməklə istintaqının davam etdirilməsi qərara alınmışdır. 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş dəqiqləşdirilmiş yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 4(066)-94/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 4(066)-96/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.3-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 2521 (ki min beş yüz iyirmi bir) manat olaraq əsas götürülməsi və ona ittihamın həmin dəqiq məbləğ üzrə elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu naməlum şəxsin barəsində ayrıca cinayət işinin ayrılması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon Prokurorluğuna göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən etirafedici ifadəsi, şahid ifadələri, bank çıxarış sənədləri, səs yazıları olan CD disk, digər istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi barədə 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu naməlum şəxslərin barəsində ********* nömrəli cinayət işinin ayrılması və istintaq edilməsi üçün icraata götürülməsi qərara alınmışdır. İşdə olan 01 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Kəlbəcər RİHB Çaykənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məhərrəmov X1 daimi qeydiyyatdadır, məcburi köçkün kimi Gəncə şəhəri 84 saylı hərbi şəhərcikdə atası, anası və arvadı ilə birgə yaşayır. İşdə olan Kəlbəcər RİHB Çaykənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7780 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4267 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs oğlu cinayət məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi 632 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq onlara dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini tamamilə ödəməsi, əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmaması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, başqa iş üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-22/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-22/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver