Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-22/2025 08.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 1-ci qurup əlil, məhkumluğu ödənilməmiş, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddialarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Həsənova Vüsalə Əkbər qızına sosial müavinət düzəldəcəyi barədə yalandan vəd verərək 2021-ci ilin oktyabr-dekabr ayılarında sonuncunun 2100 manat pulunu ələ keçirməklə dələduzluq etmiş və həmin xüsusat üzrə Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)- 57/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması məhkum edilməklə, təkrar, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını talan etmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda sonuncunun ağciyər xəstəliyindən əziyyət çəkən nəvəsi Sevinc Ələkbərovanı təqaüdə çıxaracağına dair rəhbər vəzifəli şəxslərə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin fevral ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində 500 manat, 2021-ci ilin mart ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində 1300 manat və 2021-ci ilin may-sentyabr aylarında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtlarda Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində hissə-hissə olmaqla 1200 manat olmaqla ümumilikdə 3000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını talan etmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 3070 manat pul verəcəyi halda sonuncunun skalyoz xəstəliyindən əziyyət çəkən oğlu Anar Məmmədovu təqaüdə çıxaracağına dair rəhbər vəzifəli şəxslərə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində 3000 manat, 2021-ci ilin yay aylarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən günündə Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində 70 manat olmaqla ümumilikdə 3070 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. Aybənizin oğlu Anar skalyoz xəstəsidir. Bu barədə ona Aybəniz özü demişdir. Aybəniz ilə söhbət zamanı ona oğlu üçün pensiya təyin edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. Aybəniz razılaşdıqdan sonra isə 2020-ci ilin təxminən noyabr ayında, tarixini dəqiq xatırlamadığı vaxtı Göygöl rayon Yeni Qızılca kəndində yerləşən evinə getmişdir. Evdə Aybəniz ona 3000 manat pul vermişdir. O, ona qısa bir müddətdə xəbər edəcəyini bildirmişdir. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin pensiya işi həll olunmamışdır. Zərərçəkmiş şəxs2 tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. X1 nəvəsidir. O, xəstə olduğu üçün pensiya almışdır. Lakin bir müddət olmuşdur ki, pensiyası kəsilmişdir. Bu barədə ona Firəngiz özü demişdir. Firəngiz ilə söhbət zamanı ona pensiyasının bərpa edilməsində köməklik göstərə biləcəyini bildirmişdir. Firəngiz razılaşdıqdan sonra isə 2021-ci ilin təxminən fevral ayında, tarixini dəqiq xatırlamadığı vaxtı Firəngizin yaşadığı Göygöl rayon Yeni Qızılca kəndində yerləşən evinə getmişdir. Evdə Firəngiz ona 500 manat pul vermişdir. O, ona qısa bir müddətdə xəbər edəcəyini bildirmişdir. Həmin pulu isə Sevincin sənədlərini əldə etməyə sərf etmişdir. Təxminən 1 ay sonra Firəngizin yaşadığı Göygöl rayon Yeni Qızılca kəndində yerləşən evinə getmişdir. Evdə onunla danışaraq ona təkrar pul lazım olduğunu bildirmişdir. Firəngiz isə razılaşıb ona 1300 manat pul vermişdir. O isə həmin pulun bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin pensiya işi həll olunmamışdır. O, Zərərçəkmiş şəxs1 oğlu Anar üçün pensiya təyin etdirmək adı ilə 3000 manat və Zərərçəkmiş şəxs2 nəvəsi Sevinc Ələkbərovanın kəsilmiş təqaüdünü bərpa etdirəcəyim adı ilə 1800 manat pul almışdır. Həmin pulların hamısını əlbəəl almışdır. Zərərçəkmiş şəxs1 yalan danışır. O, ondan əlbəəl 3000 manat pul almışdır. Qalan 70 manatdan xəbəri yoxdur. Zərərçəkmiş şəxs2 yalan danışır. O, ondan əlbəəl 500 və 1300 manat pul almışdır. Qalan 1200 manatdan xəbəri yoxdur. O, Firəngizdən pul alan zaman yanlarında oğlu Rafiq və gəlini Könül olmuşdur. Lakin Aybənizdən pulu alan zaman tək olmuşlar. Sonda məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə özünü tam təqsirli bilməsini, əməlindən tam şəkildə peşiman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yəhya oğlunu tanıyır, onunla Göygöl rayonu Yeni Qızılca kəndində qonşudur, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. X15 skalyoz xəstəliyindən əziyyət çəkir. Bu barədə Təqsirləndirilən şəxs bildikdə ona oğluna penssiya düzəltdirməyi təklif etmişdir. O, Mürvəti həm qonşusu, həm də qohum kimi tanıdığı üçün ona etibar etmiş və razılaşmışdır. Mürvət ona 3000 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşdıqdan sonra 2020-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı o, Mürvətə 3000 manat pulu həyətyanı sahəsinin qarşısında vermişdir. Bu hadisədən sonra təxminən 1 il ərzində Mürvət pensiya işini həll etməmişdir. Ondan bu barədə soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirir və alınacağını demişdir. 2021-ci ilin yay aylarında, dəqiq xatırlamadığı vaxtı, Mürvət ona Bakı şəhərinə gedəcəyini, buna görə də 70 manat pul lazım olduğunu bildirmişdir. O, yenə etiraz etməmiş və razılaşmışdır. Mürvət yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı o, Mürvətə 70 manat pulu həyətyanı sahəsinin qarşısında vermişdir. Lakin buna baxmayaraq nə oğlunun pensiya işi həll olunmuş, nə də Mürvət pulunu geri qaytarmışdır. Ondan dəfələrlə iş barəsində soruşduqda o, müxtəlif bəhanələr gətirir və düzələcəyini bildirmişdir. Lakin bu günə qədər pensiya işi alınmamış, həmçinin Mürvətin onu aldadaraq pulunu ələ keçirdiyini öyrənmişdir. Bundan sonra dəfələrlə ondan pulunu tələb etsə də, o, müxtəlif bəhanələr gətirməklə pulunu ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ondan skalyoz xəstəliyindən əziyyət çəkən oğlu Anar Məmmədova təqaüd düəltmək adı ilə 2020-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı vaxtı 3000 manat, 2021-ci ilin yay aylarında, dəqiq xatırlamadığı vaxtı 70 manat olmaqla ümumilikdə 3070 manat pulumu almışdır. Təqsirləndirilən şəxs ondan həmin pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinin qarşısında almışdır. O, həmin pulu Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinin qarşısında vermiş və həmin zaman yanlarında heç kim olmamışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 3070 manat ziyan dəymişdir. Onun şikayət və tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın qaytarılmasından ibarətdir. 3070 (üç min yetmiş) manat məbləğdən təqsirləndirilən şəxs tərəfindən 50 (əlli) manat ona ödənilmiş 3020 (üç min iyirmi manat) qalmış, mülki idda ərizəsində göstərmiş olduğu 3070 (üç min yetmiş) manat məbləğin 50 (əlli) manatını ödəmiş olduğu rüsum təşkil edir. Təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. Məhkəmədən cianyət nəticəsində ona dəymiş ziyanın alınıb verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yəhya oğlunu tanıyır, onunla Göygöl rayonu Yeni Qızılca kəndində qonşudur, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. X13 ağciyər xəstəliyindən əziyyət çəkir. Bu barədə Təqsirləndirilən şəxs bildikdə ona nəvəsinə penssiya düzəltdirməyi təklif etmişdir. O, Mürvəti həm qonşusu, həm də sinif yoldaşı kimi tanıdığı üçün ona etibar etmiş və razılaşmışdır. Mürvət ondan ilk dəfə 500 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşdıqdan sonra evdə bu barədə bildirmişdir. Onlar da razılaşdıqdan sonra Mürvətə razı olduğunu bildirmişdir. Bundan sonra 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı o, oğlu Şahid1 və gəlini Şahid2 yanında Mürvətə 500 manat pul vermişdir. Daha sonra sənədləşmə işlərinə əlavə olaraq da 1300 manat pul lazım doluğunu bildirmişdir. O, yenə etiraz etməmiş və razılaşmışdır. Buna görə də, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı o, oğlu Şahid1 və gəlini Şahid2 yanında Mürvətə 1300 manat pul vermişdir. Bu hadisədən sonra dəqiq xatırlamadığı vaxtlarda Təqsirləndirilən şəxs ondan pensiya işi adı ilə hissə-hissə olmaqla ümumilikdə 1200 manat pul almışdır. Lakin buna baxmayaraq nə nəvəsinin pensiya işi həll olunmuş, nə də Mürvət pulunu geri qaytarmışdır. Ondan dəfələrlə iş barəsində soruşduqda o, müxtəlif bəhanələr gətirir və düzələcəyini bildirmişdir. Onlar maraqlandıqda isə Mürvətin nəvəsinin pensiya işi ilə bağlı heç bir yerə müraciət etmədiyini öyrənmişlər. Bundan sonra dəfələrlə ondan pulunu tələb etsə də, o, müxtəlif bəhanələr gətirməklə pulunu ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ondan ağciyər xəstəliyindən əziyyət çəkən nəvəsi Sevinc Ələkbərovaya təqaüd düəltmək adı ilə 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı 500 manat, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı 1300 manat və xatırlamadığı vaxtlarda hissə-hissə olmaqla 1200 manat olmaqla ümumilikdə 3000 manat pulumu almışdır. Təqsirləndirilən şəxs ondan həmin pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində almışdır. O, həmin pulu Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində vermiş və həmin zaman yanlarında oğlu Şahid1 və gəlini Şahid2 yanında vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 3000 manat ziyan dəymişdir. Onun şikayət və tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın qaytarılmasından ibarətdir. Təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. Məhkəmədən cianyət nəticəsində ona dəymiş ziyanın alınıb verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yəhya oğlunu şəxsən tanımır, onunla münasibətləri eləcə də, ədavət və düşmənçiliyi yoxdur. Mahiyyət üzrə bildirir ki, qızı Ələkbərli Sevinc ağciyər xəstəliyindən əziyyət çəkir. Anası Zərərçəkmiş şəxs2 o və yoldaşı Şahid2 Təqsirləndirilən şəxs qızlarına pensiya düzəltdirəcəyinə köməklik göstərə biləcəyini, bunun üçün 500 manat lazım olduğunu və qızını Bakı şəhərində tibbi müayinədən keçirəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət anasının yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı anası, həyat yoldaşı Şahid2 və onun yanında Mürvətə 500 manat pul vermişdir. Daha sonra sənədləşmə işlərinə əlavə olaraq da 1300 manat pul lazım olduğunu bildirmişdir. Anası yenə etiraz etməmiş və razılaşmışdır. Buna görə də, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət anasının yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı anası həyat yoldaşı Şahid2 və onun yanında Mürvətə 1300 manat pul vermişdir. Bu hadisədən sonra dəqiq xatırlamadığı vaxtlarda Təqsirləndirilən şəxs anasından o və yoldaşının yanında pensiya işi adı ilə hissə-hissə olmaqla ümumilikdə 1200 manat pul almışdır. Lakin buna baxmayaraq nə qızının pensiya işi həll olunmuş, nə də Mürvət pulu geri qaytarmışdır. Ondan dəfələrlə iş barəsində soruşduqda o, müxtəlif bəhanələr gətirir və düzələcəyini bildirirmişdir. Onlar maraqlandıqda isə Mürvətin qızının pensiya işi ilə bağlı heç bir yerə müraciət etmədiyini öyrənmişlər. Bundan sonra dəfələrlə qaynanası ondan pulunu tələb etsə də, o, müxtəlif bəhanələr gətirməklə pulunu ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs anasından ağciyər xəstəliyindən əziyyət çəkən qızı Sevinc Ələkbərovaya təqaüd düəltmək adı ilə 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı 500 manat, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı 1300 manat və xatırlamadığı vaxtlarda hissə-hissə olmaqla 1200 manat olmaqla ümumilikdə 3000 manat pul almışdır. Təqsirləndirilən şəxs anasından həmin pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində almışdır. Anası həmin pulu Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində vermiş və həmin zaman orada həyat yoldaşı Şahid2 və o, olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yəhya oğlunu şəxsən tanımır, onunla münasibətləri eləcə də, ədavət və düşmənçiliyi yoxdur. Mahiyyət üzrə bildirir ki, qızı Ələkbərli Sevinc ağciyər xəstəliyindən əziyyət çəkir. Qaynanası Zərərçəkmiş şəxs2 o və yoldaşı Şahid1 Təqsirləndirilən şəxs qızına pensiya düzəltdirəcəyinə köməklik göstərə biləcəyini, bunun üçün 500 manat lazım olduğunu və qızını Bakı şəhərində tibbi müayinədən keçirəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət qaynanasının yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı qaynanası həyat yoldaşı Şahid1 və onun yanında Mürvətə 500 manat pul vermişdir. Daha sonra sənədləşmə işlərinə əlavə olaraq da 1300 manat pul lazım doluğunu bildirmişdir. Qaynanası yenə etiraz etməmiş və razılaşmışdır. Buna görə də, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı Mürvət qaynanasının yaşadığı Yeni Qızılca kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxtı qaynanası həyat yoldaşı Şahid1 və onun yanında Mürvətə 1300 manat pul vermişdir. Bu hadisədən sonra dəqiq xatırlamadığı vaxtlarda Təqsirləndirilən şəxs qaynanasından o və yoldaşının yanında pensiya işi adı ilə hissə-hissə olmaqla ümumilikdə 1200 manat pul almışdır. Lakin buna baxmayaraq nə qızının pensiya işi həll olunmuş, nə də Mürvət pulu geri qaytarmışdır. Ondan dəfələrlə iş barəsində soruşduqda o, müxtəlif bəhanələr gətirir və düzələcəyini bildirmişdir. Onlar maraqlandıqda isə Mürvətin qızının pensiya işi ilə bağlı heç bir yerə müraciət etmədiyini öyrənmişlər. Bundan sonra dəfələrlə qaynanası ondan pulunu tələb etsə də, o, müxtəlif bəhanələr gətirməklə pulumu ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs qaynanasından ağciyər xəstəliyindən əziyyət çəkən qızı Sevinc Ələkbərovaya təqaüd düəltmək adı ilə 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı vaxtı 500 manat, 2021-ci ilin mart ayında, dəqiq xatırlamadığı vaxtı 1300 manat və xatırlamadığı vaxtlarda hissə-hissə olmaqla 1200 manat olmaqla ümumilikdə 3000 manat pul almışdır. Təqsirləndirilən şəxs qaynanasından həmin pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində almışdır. Qaynanası həmin pulu Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evində vermiş və həmin zaman orada həyat yoldaşı Şahid1 və o, olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması, cinayət işinə ********* nömrə verilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 araşdırma zamanı təqdim etdiyi 01 ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 araşdırma zamanı təqdim etdiyi bir ədəd dairəvi formada və CD formatında olan disk komputerə salındıqdan sonra diskdə 01 ədəd fayl olması məlum oldu, həmin fayla nəzər yetirdikdə isə “mp3” formatında olması müəyyən edildi. Fayl açıldıqda içərisində danışığın səs yazısının olması müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 diskdə olan səs yazısındakı səslərin özünə və Təqsirləndirilən şəxs aid olduğunu bildirdi. Səs yazısına qulaq asıldıqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 3070 manat pul verdiyini söyləməsi, Təqsirləndirilən şəxs deyilən məbləği qəbul etməsi, əgər pensiya işi təsdiq olunmazsa, həmin pulu hissə-hissə geri qaytarmasına dair ifadələr əks olunmuşdur. “Əşyanın maddi sübut kimi tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə içərisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 danışıqlarına dair səs yazısı olan 01 ədəd CD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs2 elan edilməsi və ona sürətinin təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs1 elan edilməsi və ona sürətinin təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təqsirəndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyətinin ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin axtarışa elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qərarın icrasının Göygöl rayon polis şöbəsinə tapşırılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dinidirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə ittiham elan edilərkən verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Firəngiz Ələkbərovdan 1800 manat, Aybəniz Məmmədovdan 3000 manat pul aldığını, lakin Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiyi qalan 1200 manatdan, Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi qalan 70 manatdan xəbəri olmadığını bildirməsinə dair xüsusat onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin ittiham elan etmək üçün tutulan şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Hüsey oğluna təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi elan edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Göygöl RPŞ-nə göndərilməsi və qərarın sürətinin ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan 3070 manat pulu dələduzluq yolu ilə alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı sonuncunun üzün qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə üzləşdirən zaman verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Aybəniz Məmmədovdan 3000 manat pul aldığını, lakin Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi qalan 70 manatdan xəbəri olmadığını bildirməsinə dair xüsusat onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin ittiham elan etmək üçün tutulan şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Hüsey oğluna təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan 3000 manat pulu dələduzluq yolu ilə alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı sonuncunun üzün qarşı deməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə üzləşdirən zaman verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, yəni Firəngiz Ələkbərovdan 1800 manat pul aldığını, lakin Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiyi qalan 1200 manatdan xəbəri olmadığını bildirməsinə dair xüsusat onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin ittiham elan etmək üçün tutulan şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Hüsey oğluna təqdim edilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin axtarışa elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qərarın icrasının Göygöl rayon polis şöbəsinə tapşırılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.2-ci maddəsi ilə ittiham elan edilərkən, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə üzləşdirilərkən verdiyi ifadəsində verdiyi ifadəsində göstərdiyi öz müdafiəsinə dair dəlil, özünü verilmiş ittihamda təqsirli bilməməsini bildirməsinə dair hallar onun ittiham edildiyi həmin cinayət məsuliyyətindən yayınmaq və yaxud cinayətdən yaxa qurtarmasına nail olmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməsi və əsassız kimi qəbul edilərək rədd olunması, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini, barəsində ittiham hökmü çıxdıqdan əvvəl törətməsi səbəbi ilə hazırki cinayəti törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işinə əlavə olunmuş dindirmə, üzləşdirmə protokolları, maddi sübut və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4895 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4875 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İstintaq zamanı Göygöl RİHB-nın Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Bağırov X8 rayonu Qabaqtəpə kəndində qeydiyyatdadır və Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatsız yaşayır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Göygöl RİHB-nın Yeni Qızılca kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun yoxlanılması məqsədi ilə müvafiq tələbnamə verilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-57/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Göygöl rayon Məhkəməsinin 1(066)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkuç edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında götürülmüş və cəza müddətinin əvvəli həmin tarixdən hesablanmışdır. Göygöl rayon Məhkəməsinin 1(066)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 (bir) il müddət xx.xx.2024-cü il tarixdə başa çatmış, Təqsirləndirilən şəxs şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Həsənova Vüsalə Əkbər qızına sosial müavinət düzəldəcəyi barədə yalandan vəd verərək 2021-ci ilin oktyabr-dekabr ayılarında sonuncunun 2100 manat pulunu ələ keçirməklə dələduzluq etmiş və həmin xüsusat üzrə Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-57/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması məhkum edilməklə, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il qərarında göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Həmin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı cinayət əməlini 2021-ci ilin fevral ayından 2021-ci ilin may-sentyabr aylarınadək olan müddətdə 3000 manat pulunu ələ keçirməklə və Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini isə 2020ci ilin noyabr ayından 2021-ci ilin yay aylarınadək olan müddətdə 3070 manat pulunu ələ keçirməklə törətmişdir. Yəni həmin şəxslərə qarşı törədilmiş cinayət əməlinin törədildiyi gündən dörd ilə yaxın müddət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti əməlini 2021-ci ildə törətdiyindən və həmin vaxtdan da 2 ildən artıq müddət keçdiyindən törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, təqsirləndirilən şəxsin əməli CM-in 178.1-ci maddəsi sanksiyasında qiymət verilməli və həmin epizodlar üzrə işə xitam verilməlidir. Belə ki, həmin şəxslərə qarşı törədilmiş cinayət əməllərinə görə icraata xitam verildiyindən və təqsirləndirilən şəxsin əməlində təkrarçılıq halı aradan qalxdığından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı təqsirləndirilən şəxsin əməli CM-in 178.1-ci maddəsi sanksiyasında qiymət verilməli olduğundan və həmin vaxtdan da 2 ildən artıq müddət keçdiyindən, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bütövlükdə iş üzrə icraata xitam verilməli, iş üzrə zərərçəkmiş şəxslərin vurulmuş ziyanla bağlı mülki iddialarının olmasına məhkəmə tərəfindən münasibət bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş qeyd edilən cinayət əməlləri böyük ictima təhlükə törətməyən cinayətlər hesab olunduğundan və həmin cinayətlərin törədildiyi vaxtdan CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, habelə onun tərəfindən törədilmiş cinayətlər CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərə aid edilmədiyindən Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və bununla bağlı müdafiə tərəfinin razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. (CPM-43.3). Həmçinin məhkəmə hesab edir ki, Cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizə təqdim edərək, Təqsirləndirilən şəxs 3020 manat ziyan məbləği və 50 manat dövlət rüsumu olmaqla 3070 (üç min yetmiş) manat pulun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 iddia ərizəsini onunla əsaslandırmışır ki, Təqsirləndirilən şəxs Yalıya oğlu ona qarşı dələduzluq edərək 3070 (üç min yetmiş) manat məbləğində pulunu ələ keçirmişdir. Sonuncunun barəsində Göygöl RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaq aparılaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Hazırda təqsirləndirilən şəxsə cəza verilməsi ilə yanaşı 3070 (üç min yetmiş) manat məbləğində pulda tutularaq ona ödənilməlidir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəməyə iddia ərizə təqdim edərək, Təqsirləndirilən şəxs cəza verilməsi ilə yanaşı eyni zamanda sonuncudan 3000 (üç min) manat pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 iddia ərizəsini onunla əsaslandırmışır ki, Təqsirləndirilən şəxs Yalıya oğlu ona qarşı dələduzluq edərək 3000 (üç min) manat məbləğində pulunu ələ keçirmişdir. Sonuncunun barəsində Göygöl RPŞ-nin İB-də Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaq aparılaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Hazırda təqsirləndirilən şəxsə cəza verilməsi ilə yanaşı 3000 (üç min) manat məbləğində pulda tutularaq ona ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə tərəfindən iş üzrə mülki iddiaçılar kimi tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı “pul” tələbinə dair mülki iddialarını qəbul etdiyini və müki iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçıların (zərərçəkənlərin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq belə nitəcəyə gəlir ki, iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs 3020 (üç min iyirmi) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 verilməli; həmçinin Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 11 (on bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət əməllərinin törədildiyi gündən həmin Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs 3020 (üç min iyirmi) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 88 (səksən səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-22/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-22/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver