Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-23/2023 30.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Daşkəsən rayonu, Alaxançallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Alaxançallı kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 fevral 2022-ci il tarixdə saat 23:20 radələrindəözünə məxsus AE 122018 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21074” markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində üzü Daşkəsən rayonu istiqamətdə hərəkətdə zaman həmin qanunun 51-ci maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni ötmə əməliyyatına başlamazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasını və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətə başa çatdırmağa imkan verəcəyinə əmin olmadan qarşı zolağa çıxaraq ötmə əməliyyatı aparmış və həmin avtomobil yolu ilə əks istiqmətə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 2105” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 alt dodağın əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bud sümüyünün mərkəzi tipli çıxığı, sağ sirkə kasasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, həmçinin N.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərinişin Zərərçəkmiş şəxs2 alt çənənin, əzilmiş-çırılmış yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazu, sağ bud sümüklərinin qapalı, qəlbəli sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərindən Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan qaynıgilə qonaq gedən vaxt, idarə etdiyi avtomobildə baldızı oğlu Müşfiq Namazov qabaq sağ oturacaqda əyləşmişdir. O, idarə etdiyi avtomobillə Gəncə-Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpüyə çatan zaman həmin körpünün üstündən sürücü adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2105 markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yüksək sürətlə onun hərəkət istiqamətinin qarşısına gəldiyini görmüşdür. Bunu görüb o, idarə etdiyi avtomobili sol tərəfə çəkmiş, həmin avtomobil də sol tərəfə çəkmiş, o, sağ tərəfə çəkmiş, həmin avtomobildə sağ tərəfə çəkmiş və o, yenidən sol tərəfə çəkərək əks istiqamətə hərəkətdə olan avtomobillərin hərəkət zolağına çıxmışdır. Həmin anda da VAZ-2105 markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ hissəsindən dəyərək toqquşmuşdur. Bunun nəticəsində onunla idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Bundan sonra o, avtomobildən düşmüş, hadisə yerinə gələn şəxslərin köməkliyi ilə baldızı oğlunu da avtomobildən çıxartmışlar və Gəncə şəhərinə xəstəxanaya getmişlər. Hadisədən qabaq o, spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobili 70 km/saat sürətlə idarə etmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, qohumu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 2107 markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərindən Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan dayısıgilə qonaq gedirkən avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar avtomobillə Gəncə-Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpüyə çatan zaman sürücü adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2105 markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yüksək sürətlə onların hərəkət istiqamətində gəldiyini görmüşdür. VAZ-2105 markalı avtomobilin onlara çatmağına 30 (otuz) metr qalmış, o, Mustafaya qarşıdan gələn avtomobil onlara doğru gəlir, sükanı sola tərəf çək demişdir ki, həmin avtomobil onlara çatmışdır. Həmin anda da VAZ-2105 markalı avtomobil onun əyləşdiyi avtomobilin sağ hissəsindən dəyərək toqquşmuşdur. Bunun nəticəsində o, və avtomobili idarə edən Təqsirləndirilən şəxs xəsarət almışlar. Bundan sonra onu avtomobildən qohumu Mustafa və tanımadığı digər şəxslər avtomobildən düşürmüşlər, 103 TTY xidmətinə müraciət etmişlər və Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanaya gedən zaman özündə olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində özünə məxsus VAZ-2106 markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə-Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpünün üzərində olan zaman yol nəqliyyat hadisəsinin baş verdiyini görüb avtomobilin surətini yavaşıtmış. Həmin vaxt yol-nəqliyyat hadisəsi baş verdiyi yerdə idarə etdiyi avtomobili saxlayaraq yerə enmişdir. Avtomobilə yaxınlaşdıqda yerdə uzanmış vəziyyətdə olan şəxsin həmkəndlisi Ərşad olduğunu görüb tanımışdır. Ərşadın yolnəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bilmişdir. Orada olan tanımadığı şəxslərin köməkliyi ilə özünə məxsus VAZ-2106 markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilimə əyləşdirib xəstəxanaya aparmışdır.Bundan başqa bildirmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş vermiş hadisəni kimlərin görməsini bilməmiş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra özünə məxsus VAZ-2106 markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə-Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpünün üzərində yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə cinayət proses iştirakçılarının fikirlərini dinləyib zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X3 adına olan VAZ-2105 markalı **-BM-*** d.q.n. nişanlı avtomobili 149948 nömrəli etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində idarə etdiyi VAZ-2105 markalı **-BM-*** d.q.n.nişanlı avtomobil ilə yaşaşdığı Göygöl rayonu Qızılca kəndində yerləşən evdən Gəncə şəhəri Bağman deyilən ərazidə yerləşən “Likoil” adlı yanacaq doldurma məntəqəsinə gəlmişdir ki, avtomobilə yanacaq vursun. Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Gəncə- Daşkəsən yolunun Yeni Qızılca kəndindən keçən hissəsində körpünün yaxınlığında təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan VAZ- 21074 markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını yerinə yetiridyini görmüşdür. Lakin məsafə az olduğundan hadisaənin qarşını almaq üçün hər hansı hərəkət edə bilməmişdir. Ona məxsus VAZ-2105 markalı avtomobilin sağ tərəf ön hissəsi ilə əks istiqamətdə hərəkətdə olan VAZ-21074 markalı avtomobilin sağ tərəf ön hissəsi toqquşmuş və nəticədə ona məxsus avtomobil yolun sol tərəfinə doğru süşərək dayanmışdır. Onu avtomobildən tanımadığı şəxslər düşürmüşlər. Həmin vaxt onu oradan həmkəndlisi eyni zamanda dostu olan Anar özünə məxsus avtomobillə Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya aparmış, daha sonra Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişlər. Onu orada müayinə etmişlər. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisəyə səbəb əks istiqamətə hərəkətdə olan VAZ-21074 markalı avtomobilin ötmə əməliyyatını yerinə yetirərək, onun hərəkət yoluna çıxması nəticəsində avtomobillə toqquşmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:20 radələrində tanımadığı taksi sürücüsü ilə Daşkəsən rayonundan Gəncə şəhərinə öz yaşadığı ünvana gedirmiş. Gəncə- Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpünün üzərində olan zaman yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Bu zaman o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Səhəri günü baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən birinin iş yoldaşı Daşkəsən RPŞ-də polis nəfəri işləyən Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir.Bundan başqa bildirmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş vermiş hadisəni kimlərin görməsini bilmir, o, yolnəqliyyat hadisəsi baş verdikdən sonra tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomobillə Gəncə şəhərində yerləşən öz yaşadığı ünvana gedən zaman Gəncə- Daşkəsən yolu ilə hərəkət edərək Bakı-Qazax magistral yolun üzərində olan körpünün üzərində yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 584/K saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 113 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud sümüyünün mərkəzi tipli çıxığı, sağ sirkə kasasının yerini dəyişməyən qapalı sınığı və alt dodağın əzilmiş yarası küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə əmələ gəlməyə uyğundurlar, alt dodağın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, digər xəsarətlər isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 137 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu, sağ bud sümüklərinin qapalı, qəlbəli sınıqları və alt çənənin, əzilmiş-çırılmış yarası küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə əmələ gəlməyə uyğundurlar, alt çənənin, əzilmiş-çırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, digər xəsarətlər isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 noyabr 2022-ci il tarixli 8/2396 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2105” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz- 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü N.Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.). Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə saat 23:20 radələrindəözünə məxsus AE 122018 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21074” markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində üzü Daşkəsən rayonu istiqamətdə hərəkətdə zaman həmin qanunun 51-ci maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni ötmə əməliyyatına başlamazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasını və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətə başa çatdırmağa imkan verəcəyinə əmin olmadan qarşı zolağa çıxaraq ötmə əməliyyatı aparmış və həmin avtomobil yolu ilə əks istiqmətə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 2105” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 alt dodağın əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bud sümüyünün mərkəzi tipli çıxığı, sağ sirkə kasasının yerini dəyişməyən qapalı sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, həmçinin N.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərinişin Zərərçəkmiş şəxs2 alt çənənin, əzilmiş-çırılmış yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazu, sağ bud sümüklərinin qapalı, qəlbəli sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər tam olaraq ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər tam olaraq ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs ərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-23/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-23/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver