Məhkəmə qərarları › İş №1(066)-23/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-23/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-23/2025 11.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Göygöl rayonu, Kərəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Kərəmli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 24 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində bir neçə gün əvvəl azyaşlı bibisi oğlunun ünvanına nalayiq ifadə işlətdiyini ehtimal etdiyi Zərərçəkmiş şəxs Göygöl rayon Kərəmli kənd tam orta məktəbinin inzibati binasının qarşısında, küçədə qohumu Şahid2 Zahir oğlu ilə söhbət etməsini görüb onlara yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ətrafda olan çoxsaylı insanların yəni, Göygöl rayonu Kərəmli kənd tam orta məktəbin texniki işçiləri Şahid1, Şahid4 Səmədnər qızı, Şahid3 eləcədə görülmüş zəruri tədbirlərə baxmayaraq şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan qəflətən əlləri ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə, bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla sonuncuya “burun, sağ almacıq, sağ əng və sağ bazu oynağı nahiyyələrinin sıyrıqları, sol yanaq, sol bazu, sol bud nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən və “hər iki qaş nahiyyəsinin yaraları” ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla eyni kəntdə yaşayır. Onunla əvvəlcədən heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onlar arasındakı mübahisə Zərərçəkmiş şəxs bibisi oğlu Ceyhuna söyünc söyməsi səbəbindən olmuşdur. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs bibisi oğlu çəpərə girməsi səbəbindən ona söyünc söymüşdür. Bunu ona bibisi oğlu o məktəbin ətrafında olarkən bildirmişdir. Həmçinin bibisi oğlu Ceyhunla birgə çəpərə girmiş uşaqlar ona Anarın yalnız onun bibisi oğlunun üzünə söyməsini bildirmişlər. Onun bibisi oğlu Teymur özünün gedib Anarla danışmasını bildirmiş və onun ora getməsindən heç bir xəbəri olmamış, bundan sonra o, Anarın işlədiyi yerə getdikdə Teymurla Anarın orada söhbət etməsini görüb onlara yaxınlaşmış və Anardan niyə uşağa söyünc etməsini soruşduqda Anar ona uşağın çəpərə girməsini və çəpəri də ona tapşırdıqlarını bildirmiş, o isə cavabında qılçası boyda uşaqa söyünc söyməməsini, başa sala bilməsini yaxud gedib uşağın atasına və ya anasına deməsini bildirmiş, bundan sonra aralarında narazılıq yaranmış və sözləri çəpləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs çənəsindən bir dəfə vurmuşdur. Teymur Anarı qırağa çəkərək dava-dalaş lazım olmamasını bildirən zaman Anar Teymurun əlini itələyib onlara qıcanmış, bu səbəbdən o Anarı vurmuşdur ki, həm söyünc söyür həm də onlara qıcanır. Həmin vaxt Teymur Anarı vurmamışdır. O ilk olaraq Anara çıxıb başqa yerə getmələrini nəyə görə uşağa elə söyünc söyməsini aydınlaşdırmağı, məktəbdə qadın xadimələrin olmasını bildirmişdir. Həmin vaxt onlar məktəbdən 50 m aşağıda olmuşlar. Onlar arasında olan dava təxminən 5-10 dəqiqə çəkmişdir. O, Zərərçəkmiş şəxs cəmi bir dəfə yumruqla vurmuş, o vurduqdan sonra Anar asfalta yıxılmış, Anar yıxıldıqdan sonra onun da ayağı dolaşmış və Anarın üstünə yıxılmışdır. Anar yerdə olarkən o, Anarı vurmamışdır. Həmin vaxt onun əlində nəsə olmamışdır. Onları Teymur, Günay və Çəməngül aralamışdır. Zərərçəkmiş şəxs onun bibisi oğlu Ceyhuna söymüşdür. Ceyhun ona qoz yığmaq üçün getdiyi baxçada olan zaman Anarın ona söyməsini bildirərək həmin yerdən qovduğunu bildirmişdir. Zərərçəkmiş şəxs orada olan digər uşaqlara söyünc etməmiş sadəcə onun bibisi oğlu Ceyhuna söymüşdür. Həmin vaxt onların yanında digər bibisi oğlu Teymur olmuşdur. Həmin vaxt o, Ceyhuna bunu araşdıracağını və yalnız ona söyünc söymüşsə gedib Anardan onlarla nə düşmənçəliyinin olmasını niyə məhz Ceyhuna söyünc etməsini soruşacağını bildirmişdir. Bundan sonra o bulaqdan qayıdıb evə gəlmiş, yolda olarkən Ceyhun və Teymuru yolda düşürmüş və təxminən yarım saatdan sonra paltarını dəyişib evdən çıxmış, məktəbə Anarla söhbət etmək üçün getmiş, məktəbə çatdıqda Teymur və Anarın söhbət etməsini görmüş, həmin vaxt Ceyhun onların yanında olmamışdır. Teymurun məktəbə getməsindən onun xəbəri olmamışdır. O, onların yanına getdikdə Anardan kimin varyoxuna söyməsini, niyə söyməsini soruşmuş və orada xadimələrin olmasını gedib qıraqda danışmalarını bildirmişdir. Onlar Anarla məktəbdən çöldə təxminən 40-50 m kənarda söhbət etmişlər, həmin vaxt Anarın niyə söyünc söyməsini deməsini xatırlamır. Teymur Anara çıxıb getməsini, dava axtarmamasını bildirmiş, lakin Anar onlara qıcanmış, o isə Anara həm söyünc söyməsini həmdə onlara qıcanmasını bildirmişdir. Anarla söhbət edərkən onu vurmamışdan əvvəl Gözəl xanım orada olmamış, yuxarıdan onlara tərəf gəlmişdir. Anarla onların söhbət etmələri 3-4 dəqiqə davam etmiş, sonra aralarında ziddiyyət olmuş və dava çıxmışdır. O, Ceyhundan və onun yanında olan uşaqlardan Anarın söyməsi ilə bağlı soruşduqda Anarın söyünc etməsini bildirmişlər. O, Anarı bir dəfə yumruqla çənəsindən vurmuş, Anar üzü asfalta yıxılmış, bundan sonra onun ayaqları dolaşaraq Anarın üzərinə yıxılmış, bundan başqa o, Anarı vurmamışdır. Dava düşən vaxt ətrafa adamlar yığılmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Ceyhun ona Anarın “varyox və ana-bacı” söyüncü etməsini bildirmişdir. Ceyhun ona bu sözü Teymurun yanında demiş, həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Ceyhun ona dediklərini atasına da dediyini bildirmiş, lakin Ceyhunun atasının Anara bununla bağlı nəsə deyib-deməməsini bilmir. Məktəbin yanına gəldikdə Teymur və Anarın sakit söhbət etmələrini görmüşdür. Onları 3-4 nəfər aralamışdır. Teymur Anara çıxıb getməsini, dava axtarmamasını bildirmiş, lakin Anar onlara qıcanmış, o isə Anara həm söyünc söyməsini həmdə onlara qıcanmasını bildirmiş və onu vurmuşdur. Onlar dava olmadan əvvəl söhbət edən zaman orada Gözəl, Çəməngül və Günay olmuşdur. O, Anarı vurduqda onun paltarından tutduğu üçün Anar yıxıldıqdan sonra o, özünü saxlaya bilməmiş, büdrəmiş və onun üzərinə yıxılmışdır. Həmin vaxt o söyünc işlətməmiş, lakin Anarın söyünc işlədib-işlətməməsini bilməmişdir. Anar əsəbi olduğu üçün uşağa söyünc işlətməsini Teymura bildirmişdir. O sadəcə sakit şəkildə söhbət etmək istəmiş, lakin bir-birlərinə qıcanmaları səbəbindən Anarla aralarında dava olmuşdur. O, Anara aşağıda gedib söhbət etmələrini, əgər söyünc sömüşsə o söyüncləri ona yedizdirəcəyini bildirmişdir. Onun Anarı vurmaq fikri olmamış, sadəcə Anarı çəkib qırağa söydüyü söyüncləri üzünə söymək fikri olmuşdur. Lakin orada o, Anara qadınlar olduğuna görə söyünc söyməmişdir. O, qırağa çıxıb Anarın dediyi söyüncləri onun üzünə demək istəmiş, lakin Anar Teymura qıcandığından o, Anarı vurmuşdur. O, Anarı vurduqdan sonra Anar yıxılmış, o isə Anarın sinəsindən tutduğundan onun üzərinə yıxılmış və bundan sonra orada olanlar onları aralamışlar. Sonda müdafiəçinin çıxışı ilə razı olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşiman olmasının nəzərə alınaraq ona islah işləri növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun qonşusu olan Bakı şəhərində yaşayan Namiq məllim bağ evinin açarını ona vermiş və ondan evə baxmasını xahiş etmişdir. Belə ki, Namiq məllim yayda ailəvi gəlir və orada istirahət edib çıxıb gedirlər. Bir gün o, məktəbdən gəldikdə həmin həyətdən səs gəlməsini eşidib, gedib darvazanı açdıqda orada Ceyhun və Ayxanı görmüşdür. O “köpək oğlu nə gəzirsən camahatın həyətində” demiş, bundan sonra onlar hasardan atlanıb çıxıb getmişlər. Həmin həyətdə qoz ağacları vardır. Bundan bir neçə gün sonra uşağın atası Vahid ona zəng vurmuş, o isə Vahidə nəzarətçi olmasını 250 manat maaş almasını, iki azyaşlı uşağının olmasını, evə baxmağa görə ona hörmət olunmasını, bu şəkildə dolanmasını, dalaşmamalarını və uşağına tərbiyə verməsini bildirmişdir. Vahid isə ona uşağının qələt etməsini onu keçməsini, Namiq məllimə deməyə ehtiyac olmamasını bildirmişdir. Bundan bir həftə sonra o məktəbdə binanın daxilində olarkən, ona Qönçə xanım gəlib onu kiminsə çağırmasını bildirmişdir. O məktəbdən çıxmış və məktəbdən 5 metr məsafədə əvvəllər tanımadığı Teymur adlı şəxslə danışmağa başlamışdır. Həmin vaxt Orxan orda olmamış, onu Teymur özü çağırmışdır ki, o onu tanımadığı üçün çıxsın. Əgər onu Orxan çağırsa idi o çıxmazdı, həmçinin rəhbərliyi də ona çıxmaq üçün icazə verməzdi. Orxanın bibisi oğlu Ceyhun məktəbdə də bildirmişdir ki, o Teymur və Orxanı gətirmişdir ki, onu döysünlər. O, məktəbin qarşısında Teymurla danışan zaman Orxan gəlib onu vurmuş, daha sonra isə onların hər ikisi onu yaxşı döymüşlər. Onu Teymur və Orxanın hər ikisi vurmuşdur. Onlar arasında olan dava təxminən yarım saat çəkmiş, onları gəlib xadiməçilər aralayanadək onların hər ikisi onu döymüşdür. Onun huşu getmiş, 20-25 dəqiqə keçmiş, üzünə su vurmuşlar, bundan sonra o özünə gəlmiş və DİN-nin 102-xidmətinə müraciət etmiş, gələn polislər onu təcili yardımla xəstəxanaya aparmışlar. Onun paltarları cırıq-cırıq olmuş, bununla bağlı şəkilləri də olmuşdur. O, uşağa varyox söyüncü söyməmiş, sadəcə “köpək oğlu nə gəzirsən camahatın həyətində” demişdir. Orxan gəldikdə ona heç söyünclə bağlı bir şey deməmiş, onu vurmuşdur. Onlar onu döyən zaman Gözəl xanım orada olmamış, onu təxminən 15 dəqiqə-yarım saat döydükdən sonra Qönçə xanım çölə çıxıb onların dalaşdıqlarını görmüş, bundan sonra onları ayırmışlar. Əlavə olaraq bildirdi ki, onu birinci Orxan qaş nahiyəsindən vurmuş, o asfaltın üstünə yıxılmış bundan sonra onu Teymur vurmağa başlamışdır. Teymur gəlib ondan nə məsələ olduğunu soruşduqda o uşağın atası ilə bu haqda danışdığını bildirmiş, həmin vaxt isə Orxan özünü yetirib onu vurmuşdur. Yıxıldıqdan sonra Teymur onu vurduqda ağlı huşunda olmamış, onu Orxan və Teymur hər ikisi vurmuşlar, orada heç kəs olmamış, onlar onu döymüşlər. Həmin vaxt ora məktəbin xadiməçiləri Şahid3, Şahid4 və Şahid1 gəlmiş və əllərindən onu almışlar. Dava vaxtı söyünc olmamış, ona söyməmişlər və təhqir etməmişlər. Onun burnunda, başında, bədənində göyərmə yaraları, sol çiynində sıyrılma və budlarında xəsarət olmuşdur. Texniki işçilər onları araladıqdan sonra rəhbərliyə məlumat vermişlər, onun əlini üzünü yuduqdan sonra özü DİN-nin 102 xidmətinə zəng vurmuş, ora gələn polis əməkdaşları onu təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Onun hər iki qaşı partlamış və yeddi tikiş qoyulmuşdur. Onun baxdığı evin kənarları hasarlıdır, hasarın ölçüsü bəzi yerdə 2.5 metr, bəzi yerdə isə 1.5 metr olmuşdur. Həmin evdə müşahidə kameraları yoxdur. Həmin evin açarı daim onda olur və evin sahibi yay vaxtı 15-20 günlük gəlir. O, Ceyhun və Orxanın balaca qardaşını hadisədən təxminən 1 həftə qabaq həmin evin həyətində tutmuşdur. Ceyhun 9-cu sinifdə oxuyur, boyu çox hündür olmasa da qaz durbasına çıxıb evin 1.5 metr olan hasarında keçməsi mümkündür. O, həyətdə uşaqları tutduqda onları vurmamış, sadəcə “köpək oğlu nə gəzirsən camahatın həyətində” demiş, bundan sonra isə uşaqlar zabordan atlanıb çıxıb getmişlər. Həmin həyətdə qoz ağacları olmuş, uşaqların sadəcə qoz yığmalarını görmüşdür. O, həmin uşaqlardan başqa həyətdə heç kəsi görməmişdir. Teymuru hadisəyə kimi tanımamışdır. Uşaqlara “varyox” söyüncü söyməmiş, bunu istintaqda ifadə verərkəndə bildirmişdir. Onu məktəbdən Teymur çağırmışdır. Belə ki, Qönçə xanım ona onu bir nəfərin çağırmasını bildirmiş, o çıxdıqda tanımadığı bir adamın onu çağırmasını görmüş, o çıxıb salam vermiş, həmin vaxt Orxan gəlib onun söz deməsinə aman vermədən onu vurmuşdur. Orxan gəlib onu vuranadək onunla Teymur arasında heç bir mübahisə olmamışdır. Onlar arasında olan dava təxminən yarım saat çəkmişdir. Polislər gələnədək o, sadəcə xadiməçiləri görmüşdür. Onun huşu özündə olmadığı üçün dava vaxtı orada əlavə adamların olub-olmamasını görməmişdir. Dava vaxtı söyünc olmamış, lakin onun huşu gedən zaman söyünc olubolmamasını bilmir. Qönçə xanım ona onu çağırmalarını bildirdikdə o rəhbrəliyə demək üçün vaxta baxmış bu səbəbdən huşu getsə də davanın yarım saat olmasını bilmişdir. O, dava zamanı müqavimət göstərməmiş, o özündən getdikdən sonra onu vura-vura sürüyərək aparmışlar. O gözünü açdıqda məktəbdən 50 metir aralıda olmasını və xadiməçilərin onun üzünü-gözünü yumasını görmüşdür. Hazırda təqsirləndirilən şəxs X6 ilə barışdığını, şikayət və tələbinin olmadığını, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində məktəbin həyətində xadimələrlə olduğu zaman Anarı onların kəndində yaşamayan bir nəfər çağırmış, Anar getmiş və onlar orada söhbət etməyə başlamışlar. Həmin yerə Orxan gəlmiş, bundan sonra xadimələr gələrək, onların mübahisə etdiklərini və dava çıxacağını bildimişlər. Bundan sonra o onlara tərəf gedərək, nəyə görə mübahisə etdiklərini bildirmiş, həmin vaxt onlar olduqları yerdən təxminən 50-60 metr məsafədə olmuşlar və onların səsləri gəlməmişdir. Dava olan zaman onlar ora getmiş və çalışmışlar ki onları ayırsınlar və dalaşmasınlar. Həmin vaxt onlar bir-birlərini vurmamışlar. Bundan sonra Anar onun əlindən çıxmış və mübahisə böyümüş, Anarı vurduqdan sonra o yıxılmış və onların hər ikisi vurmağa başlamışdır. Əlavə olaraq bildirdi ki, Anarı ilk olaraq Teymur çağırmışdır. Dava vaxtı onların hər üçü yıxılmış və onların hər üçü bir-birini vurmuşlar. Onlar təzə dalaşmaq istəyərkən o, Anarı tutub məktəbin həyətinə aparmış, həmin vaxt Anar onun əlindən çıxıb qaçmış, bundan sonra onun üzü qanamışdır. O, Anarı tutub gətirən zaman Orxan aşağıdan təzə gəlmiş və həmin vaxt hələ Anarı vurmamışlar. Həmin vaxt camaat yığışmış və dava-dalaş camaatın içində olmuşdur. Həmin yerdə səs-haray düşmüşdür. Anarı məktəbdən Teymur çağırmışdır. Teymuru qiyabi tanımış, onunla tanışlığı olmamışdır. Anar çağrılarkən o içəridə olmuş və onun çağrılmasından xəbəri olmamışdır. Onlar mübahisə edən zaman o getmiş, ona söhbət etdiklərini çıxıb getmələrini bildimişlər. Bundan təxminən 10 dəqiqə sonra Orxam gəlmiş və dava ilə gələrək Anardan yapışmışdır. Anar daşalmağa görə onun əlindən çıxıb getmişdir. Orxan onlara yaxınlaşan zaman dava ilə gəlmiş və gələn kimi Anarın yaxasından yapışmışdır. Söyünc olmamışdır. Orxan çatan kimi Anarı vurmuşdur. Dava-dalaş təxminən 15 dəqiqə çəkmiş, Anar vurulduqdan sonra onun huşu getmişdir. Onu tutub məktəbə gətirmişlər və polis gələnədək onun üzünü heç kim yumamışdır. Ətrafa orada yaşayan qonşular səsə görə gəlmişlər. O, ilk dəfə Anarı tutub gətirərkən Orxan orada olmuşdur. Teymurla Anar söhbət edən zaman o yaxınlaşmış, həmin vaxt Teymur ona onluq olmamasını söhbət etdiklərini, çıxıb getməsini bildirmiş, bundan sonra Orxan gəlmiş, Anarın qolundan tutub çəkmiş həmin vaxt o, Anarın bir qolundan tutub çəkib xeyli gətirmiş, bundan sonra ora ətrafda yaşayan adamlar gəlmiş və bundan sonra Anar onun əlindən çıxıb onlara tərəf qaçıb getmiş, həmin vaxt onların hər üçü bir birindən yapışmış və dava etməyə başlamışlar, Anar yıxılmış və bundan sonra huşu itmiş, onlar isə davadan sonra Anarı götürüb gətirmişlər. Onların hər üçü bir-birlərini vurmuşdur. O, Teymurun Anarı vurmasını görməmişdir. Teymurun Anarı vurmasını görməmişdir. Dava vaxtı ətrafa təxminən 15-30 nəfər yığışmış, dava edənləri məktəbin işçiləri ayırmışlar. Dava zamanı səs-haray olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğlu Abbasov Ceyhuna ana söyünc söymüş, Ceyhun ona bu haqqda bildikdən sonra məktəbə bu barədə Zərərçəkmiş şəxsla söhbət etmək üçün getmişdir. O, Zərərçəkmiş şəxsla biraz söhbət etdikdən sonra həmin yerə dayısı oğlu Təqsirləndirilən şəxs gəlmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dava başlamışdır. Onları ayırdıqdan sonra çıxıb getmişlər. Həmin hadisə təxminən 3-4 ay qabaq, sentyabr-oktyabr aylarında baş vermişdir. Əlavə olaraq bildirdi ki, xalası oğlu Ceyhun Abbasov özü gəlib Zərərçəkmiş şəxs ona söyməsini demişdir. O, hadisə baş verən kənddə qalmır, belə ki orada mal-heyvana baxır. O, Zərərçəkmiş şəxs məktəbdən çağırmış və ondan niyə söyünc etməsini soruşmuş, Anar isə ona qozun üstündə söyünc söyməsini bildirmişdir. Onlar söhbət edərkən məktəbdən aralı olmuşlar. O, Orxanı Zərərçəkmiş şəxs söhbət etmək üçün çağırmamış, Orxan təsədüfən orada olmuşdur. O, Zərərçəkmiş şəxsla dalaşmamış və Anarı vurmamışdır. Zərərçəkmiş şəxs Orxanın üstünə dartınmış, bu səbəbdən Orxan özündən çıxmış və ara qarışmışdır. Dava olan zaman məktəbin işçiləri orada olmuş, orada olanların içərisində onların bəzi qohumlarıda olmuşdur. Həmin vaxt məktəbin direktoru video çəkmişdir. Məktəbin işçilərindən Səkinə, Gözəl orada olmuşdur. Onların hamısı davanı ayırmışlar. O, Anarı vurmamış, sadəcə ayırmışdır. Anara bütün xəsarətləri dayısı oğlu Orxan yetirmişdir. Dava təxminən 5-10 dəqiqə çəkmişdir. Onlar köhnə məktəbə yaxın yerdə dalaşmışlar. Orxan zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs üz nahiyəsindən vurmuş, Anar üzü asfalta yıxılmışdır. Davadan əvvəl hər hansı xanım gəlib Anarı aparmamışdır. Dava başlayan zaman onların yanında heç kəs olmamışdır. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs yıxıldıqdan sonra onları aralamışlar. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Davanın səbəbi Anarın uşağa söyünc söyməsi olmuşdur. Uşaq özü gəlib ona uşaqlarla qoz yığmasını və Anarın onun arxasınca düşərək “varyox” söyüncü söyməsini bildirmişdir. Uşaq 10-cu sinifdə oxuyur. Uşağın adı Abbasov Ceyhundur və o onun doğma xalası oğludur. O, xalası oğlu Ceyhundan 4-5 yaş böyükdür. O, Anarı məktəbdən çağırarkən bir nəfər xanım işçi ona Anarın 4-5 arası işdən çıxacağını bildirmişdir. O gözləməyə başlamış, bundan sonra Anar işdən çıxmış və ondan nə deməsini soruşduqda, o Anara gəlməsini və işi olmasını bildirmişdir. Anar gəlmiş, onunla görüşmüş və ondan siqaret almışdır. O, zərərçəkmiş şəxs Anarla bir-birlərini həmkəndli kimi tanıyırlar. O, Anardan niyə uşağa “varyox” söyünücü söyməsini, oğurluq etmişsə gedib uşağın atasına-anasına deməsini bildirmiş, Anar isə əsəbi olması səbəbindən söyünc söyməsini bildirmişdir. Onlar Anarla söhbət edən zaman, təsədüfən dayısı oğlu Orxan aşağından gəlmiş və söhbətə qarışmışdır. Orxan onların yanına gələn vaxt onlar Anarla ayaqüstə həmin söhbətlə bağlı danışmışlar. Həmin vaxt məktəbin həyətində işçilərdən onları görüb və baxan bir-iki nəfər işçi olmuş, onun məqsədi sadəcə Anarla söhbət etmək olduğundan baxanlara əhəmiyyət verməmişdir. Anar Orxanın üstünə dartınmış, bundan sonra Orxan Anarı vurmuş və Anar yerə yıxılmışdır. Anar yerə yıxılandan sonra Orxan artıq onu vurmamışdır. Anar yerə yıxıldıqdan sonra məktəbin işçiləri və o onları aralamışdır. Hadisə təxminən 5-10 dəqiqə çəkmişdir. Anar yıxıldıqdan sonra Orxan onu vurmamış, Anarı yerdən qaldırdıqdan sonra onlar təkrar bir-birlərinə hücum etmişlər, lakin onları aralamışlar. Hadisə yerinə təxminən 10-15 nəfər adam yığılmışdır. O, Anarı məktəbdən çağırmışdır. Anarın məktəbdə olmasını və 4-5 arası işdən çıxacağını ona tanımadığı bir xanım demişdir. Onlar Anarla məktəbin kənarında yolun qırağında söhbət etmişlər, söhbət əsnasında o, Anara onun uşağa hansı səbəbdən “varyox” söyüncünü işlətməsini soruşduqda, Anar ona uşağın oğurluq etməsi səbəbindən əsəbləşərək söyünc işlətməsini demişdir. Həmin vaxt dayısı oğlu Orxan gəlmiş və Anara aqressiv şəkildə niyə söyünc etməsini bildirmiş, Anar Orxanın üstünə dartınmış və Orxan da buna əsəbləşərək belə reaksiya bildirmişdir. Həmin vaxt orada onlar 3 nəfər olmuşlar, Anar vurulduqdan sonra camaat yığılmışdır. Orada Orxan və Anar bir-birlərinə dartınmış, həmin vaxt məktəbin işçiləri çatmamış, Orxan Anarı vurduqdan sonra məktəbin işçiləri Anarı, o isə Orxanı aralayıb aparmışlar. Anar asfalta yıxıldıqdan sonra məktəbin işçiləri gəlib onlara çatmış, həmin vaxtadək məktəbin işçiləri gəlib çatmamışlar. Orxan Anara qarşı heç bir nalayiq ifadə işlətməmiş, ümumiyyətlə söhbət və dava olan zaman heç bir nalayiq ifadələr işlədilməmişdir. Anar asfalta yıxıldıqdan sonra ona heç kəs zərbə yetirməmişdir. Dava olan zaman qışqır-bağır olması səbəbindən həmin yerə digər şəxslər toplaşmışdır. Orxan Anarı cəmi bir dəfə vurmuş, başqa heç kəs bir-birini vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O, Orxanı heç görməmişdir. Məktəbdə işini görən zaman məktəbin çölündən bir nəfər şəxs ona müraciət edərək, Anarı çağırmasını xahiş etmiş, o isə Anarın hazırda işdə olmasını və 4-5 arası işdən çıxacağını bildirmişdir. Bundan sonra Anar həyətdə olarkən ona onu kiminsə çağırmasını demiş, Anar məktəbin həyətindən çıxaraq onu çağıran həmin şəxslə məktəbdən aşağı getmişlər və orada onların aralarında dava olmuşdur. Həmin vaxt Orxan aşağıda olmuş, məktəbin qabağına gəlməmişdir. Onun qılçası ağrıdığı üçün o, hadisə yerinə getməmişdir. Əlavə olaraq bildirdi ki, dava köhnə məktəbin qabağında olmuşdur. O olduğu yerdən, yeni məktəbin qabağından onların köhnə məktəbin qabağında olan davasını görürmüş, Orxangil iki nəfər olmuş Anar isə tək olmuşdur. O, onların aralarında olan səs-küyü eşitmişdir. Dava təxminən 10-15 dəqiqə çəkmişdir. Dava qurtarandan sonra həmin yerə digər şəxslər toplaşmışdır. Davadan sonra Anarın başının sıyrılmasını görmüşdür. Hadisə təxminən saat 15 radələrində olmuşdur. Anarı çağıran şəxs məktəbin çöl üzündə dayanaraq, ondan Anarı çağırmasını xahiş etmiş və aralanıb getmişdir. Bundan sonra Anar çöldə olmuş və o, Anara onu çağıran şəxsi göstərmiş, bundan sonra Anar ona tərəf çıxıb getmiş və onu çağıran şəxslə söhbət edərkən onlar birlikdə köhnə məktəb tərəfə getmişlər, onların aralarında olan söhbətin mahiyyətindən onun xəbəri olmamışdır. O, onların dalaşmasını görmüşdür. Belə ki, onlar yeni məktəbdən 20 m aralıda dalaşmışlar. Onların aralarında yaranmış davanı məktəbin qadın işçilər ayırmışdır. Dava zamanı səs-haray eşitmişdir. Dava zamanı nalayiq ifadələr işlətməmişdir. Dava olan yerlə onun arasında təxminən 20-30 m məsafə olmuşdur. Məktəbin işçiləri gedib Anarı məktəbə gətirmiş, Orxanın isə babası və nənəsi Dava tamam qurtarandan sonra orada digər şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta nahardan sonra onlar işdə olan zaman Qönçə xala onlara, Anarı şəxsiyyəti onlara sonradan məlum olmuş Teymurun çağırmasını və onların söhbət etməyə getmələrini bildirmişdir. Həmin vaxt Orxan orada olmamışdır. Teymurla Anar söhbət etdikləri zaman, onların yanına Orxan gəlmiş və sonradan dava başlamışdır. Onlar dava olan yerə onları ayımaq məqsədi ilə getmişlər. Dava olan zaman dava edənlər arasında söyünc olmamışdır. Əlavə olaraq bildirdi ki, onlar Anarı çağıran şəxsi əvvəllər tanımamışlar. Həmin vaxt onlar məktəbin həyətində öz işləri ilə məşğul olmuşlar, onlar davanı görəndən sonra hadisə yerinə getmişlər. Davanın hansı səbəbdən başlamasını bilmir. Dava edənləri aralamaq üçün o və Gözəl xanım getmişlər. Onlardan başqa dava edənləri aralamaq üçün heç kəs gəlməmişdir. Dava təxminən 10-15 dəqiqə çəkmişdir. Davadan sonra Anarın üzündə çapıxlar görmüşlər, lakin bədənində olan xəsarətlərdən heç bir məlumatı yoxdur. Hadisə yerinə dava edənlər aralanandan sonra polislər gəlmişdir. Hadisə təxminən 15-16 radələrində olmuşdur. Hadisə baş verən zaman şagirdlər məktəbdə olmamışdır. Onlar işlərini bitdikdən sonra hava yaxşı olduğundan çöldə oturmuşlar. Çöldə işçilərdən təxminən 5-6 nəfər olmuşdur. Onlar bağban və xadimələr olmuşdur. Anarı çağıran şəxs Anarı çağırmağını Qönçə xanımdan xahiş etmişdir. Anar soruşulan vaxt Qönçə xanım su doldurmaq üçün çölə çıxmış və orada ondan soruşmuşlar. Anarla onların nədən danışmalarından xəbəri olmamış, lakin onların söhbəti kənardan normal görsənmişdir. Anarın həmin şəxslə danışıq zamanı Orxan normal yerişlə onlara yaxınlaşmışdır. X17 vurmuşdur. Onlar davaya 5 dəqiqə baxmışlar, bundan sonra Gözəl xanımla onları aralamaq məqsədi ilə getmişlər. Onların heç bir iş rejimi pozulmamışdır. Hadisə zamanı o, heç bir nalayiq ifadə işlədilməsini eşitməmiş, lakin səs-haray olmuşdur. Dava zamanı ətrafda heç kəs olmamışdır. Polislər gələndən sonra digər şəxslər toplaşmışlar. Polisləri kimin çağırmasını bilmir. Kənardan onların davasını 6-7 nəfər görmüşlər. Dava edənləri onunla Gözəl xanım aralamışlar. Onlar dava edənləri aralıyarkən Teymur da sözdə onları aralamaq istəmişdir. Dava zamanı onlar Anar və Orxan hər ikisi bir-birini vurmuşlar. Teymurun Anarı vurub-vurmamasını görməmişdir. Onları ayıran zaman ona heç bir xəsarət yetirilməmişdir. Anarı ayırdıqdan sonra onun özü gəlmiş və onun əlindən çıxıb qaçmamışdır. O, hadisə yerində söyünc eşitməmişdir. Hadisədən sonra təxminən oraya 10 nəfər toplaşmışdır. Məktəbin direktoru hadisə yerinə çıxmamışdır. Hadisə baş verəndən sonra məktəbin direktoru hadisə ilə maraqlanmışdır. Hadisə məktəbdən kənarda küçədə olmuşdur. Polislər dava edənləri ayırdıqdan bir az sonra gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2108 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işi istintaq aidiyyəti üzrə Göygöl rayon X9 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. 24 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində hadisənin baş verdiyi Göygöl rayonu Kərəmli kəndi ərazisində olan yerə baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 541 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki qaş nahiyyəsinin yaraları, burun, sağ almacıq, sağ əng və sağ bazu oynağı nahiyələrinin sıyrıqları, sol yanaq, sol bazu, sol bud nahiyyələrinin qançırlarıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarxə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən- hər iki qaş nahiyyəsinin yaraları- dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; burun, sağ almacıq, sağ əng və sağ bazu oynağı nahiyyələrinin sıyrıqları, sol yanaq, sol bazu, sol bud nahiyyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X11 mütəxəssis qismində təyin edilməsi və qərarın X7 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı əhəmiyyət kəsb etdiyindən 07 dekabr 2024-cü il tarixdə hadisə şahidi ola biləcək şəxslərin dairəsinin və müəyyən edilməsi məqsədi ilə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Kərəmli kəndi ərazisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı ətrafa çoxsaylı insanların, küçə ilə keçən və ətrafda yaşayan kənd sakinlərinin toplaşması müəyyən olunsa da həmin şəxslərin kimliyinin müəyyən olunması mümkün olmamışdır. Həmçinin qeyd edirik ki, münaqişə zamanı hadisə yerində olmuş xx.xx.2005ci il təvəllüdlü, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olan Şahid2 ölkə hüdudlarından kənarda Türkiyə Respublikasında olması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin maddədən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şahid2 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanması rədd edilməsi, tərəflərə təhqirlə bağlı xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin qanunla müəyyən edilmiş şəxslərə göndərilməklə, onlara cinayət işinin materialları ilə tanış olmaq və qərardan şikayət vermək hüququnun izah edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün olmaqla Göygöl rayon Kərəmli kəndində yaşıyır. Ailə tərkibi atası 1983-cü il təvəllüdlü X3, anası 1984-cü il təvəllüdlü X1, qardaşı 2004-cü il təvəllüdlü X8 və qardaşı 2010-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6144 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6112 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını və ilk dəfə cinayət əməli törətməsi şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən hallın olmasını və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar