Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-24/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 və Zərərçəkmiş şəxs1 İman oğlunun xx xxxxxx 1989-cu ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 38a, mənzil 11də qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində Göygöl rayonu Yeni Qızılca kənd sakini, şəxsi münasibəti olduğu-tanışı Zərərçəkmiş şəxs1 İman oğlunun Göygöl rayonu Yeni Qızıca kəndində yerləşən icarə əsasında işlətdiyi adsız kafenin qarşısında saxladığı Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərin ona verilməsi barədə ******* saylı baş etibarnamə əsasında özgənin əmlakı olan Zərərçəkmiş şəxs1 məxsus “Qaz-31029” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun-sahibinin razılığını almadan idarə edərək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına, oradan da Üçtəpə kəndinə qayıdaraq, təkrar həmin bazara getməklə talama məqsədi olmadan avtomobili qanunsuz (qaçırma) ələ keçirmiş, bundan sonra cinayət əməlini davam etdirib, özgənin əmlakını gizli yolla ələ keçirmək qərarında gəlmiş, bu məqsədlə həmin tarixdə, saat 04:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında Bərdə rayonu Zümürxan kənd sakini Zərərçəkmiş şəxs2 bazara satmaq üçün gətirib dörd tərəfi metal tor hasarla bağlanmış saxlanc yeri hesab edilən əraziyə qanunusuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus bir baş 400 (dörd yüz) manat dəyərində xırdabuynuzlu heyvanı gizli yolla talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 185.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində təzə məhlələrdə ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Xırdabuynuzlu heyvan alqısatqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində tanışı Vasif ilə Göygöl rayonu Yeni Qızılca kəndində tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi kafeyə getmişlər. Kafedə Elvin çarpayıda yatmış, başqa heç kim olmamışdır. Vasifə bazar günü olmasını və heyvan bazarına gedib heyvan almasını demiş, saat 04 radələrində birlikdə kafedən çıxan zaman Elvinə məxsus “Qaz-3129” markalı avtomobilinin orada olmasını görmüşlər. Özü həmin avtomobilin sükanının arxasına keçmiş və Vasif isə avtomobilə əyləşmişdir. Vasifin avtomobil sahibinin xəbəri olmadan avtomobili qanunsuz ələ keçirməsindən məlumatı olmamışdır. Avtomobil hərəkət etdikdən sonra arxa sərnişin oturacağında isə Elvinin yanında işləyən uşağın yatdığını görmüşdür. Uşaq durub onlardan hara getdiklərini soruşmuş, ona heyvan bazarına gedib qayıdacaqlarını demişdir. Heyvan bazarında Vasiflə maşından düşmüş, oradan tanımadığı bir nəfərin yanında dayanıb ondan bazarda metal tor hasarın içərisində olan qoyun sürüsünün kimin olmasını soruşmuş, neçiyə satılmasını soruşmuş, həmin şəxs isə sahibinin özü olmadığını, buralarda olmasını ona demişdir. Özü isə oradan təxminən 30-40 metr kənara gedib tanımadığı şəxslə təxminən bir dəqiqə də heyvan qiymətləri barədə danışdıqdan sonra həmin şəxsdən aralaşmış və Vasifin yanına gəlib qoyunun birini göstərib avtomobilə gətirməsini demişdir. Vasif qoyunu götürüb avtomobilin yanına gətirib yük yerinə qoymuşdur. Vasif həmin qoyunun oğurluq olmasını bilməmişdir. Daha sonra isə avtomobili işə salmış və avbtomobil ilə yaxınlıqda yaşadığı evin yanına getmişdir. Qoyunu orada olan hasarlı yerə salmış və yenidən bazara qayıtmışlar. Bazarda olan zaman bir nəfər ona yaxınlaşaraq qoyunu oğurladığını demiş, o, əvvəlcə etiraf etməmiş, Vasifdən soruşan zaman onun tapşırığı əsasında qoyunu özü aparıb onun sürdüyü maşına qoyduğunu, pulunu da onun ödədiyini demişdir. Bundan sonra həmin şəxsə qoyunu saldığım yeri bildirdim və onun polisə şikayət etdiyini bilib oradan uzaqlaşmışdır. Sonra etdiyi əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tamamilə ödəmiş, onunla və Zərərçəkmiş şəxs1 İman oğlu ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində ailəsi ilə birlikdə yaşayır. Göygöl rayonu Yeni Qızılca kəndində avtoyuma məntəqəsi və kafe işlədir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində işlətdiyi kafedə spirtli içki qəbul etmiş və elə kafedə də olan çarpayıda yatmışdır. Həmin vaxt özünə məxsus “Qaz-3102” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə işlətdiyi avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Maşının qapıları açıq olmuş, açarı isə avtomaşının üzərində olmuşdur. Sərxoş olduğu üçün yanında işləyən Şahid2 da evinə aparıb düşürə bilməmiş və ona elə avtomobil yatmasını demişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində yuxudan oyanmış və kafenin qarşısında saxladığı özünə məxsus “Qaz-3102” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerin olmamasını görmüşdür. Nizamini də nə qədər çağırsa da orada tapa bilməmiş, Nizaminin avtomobilini qaçırmasını ehtimal edib DİN-nin 102-xidmətinə zəng edərək, özünə məxsus avtomaşının oğurlanması barədə məlumat vermişdir. Daha sonra Nizami yanına gələrək avtomobilini Tural adlı tanışının aparmasını demişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan üzr isəməsinə görə onunla barışmışdır. Ondan heç bir şikayəti vətələbi də yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Göygöl rayonu Yeni Qızılca kəndində ailəsi ilə birlikdə yaşayır. Göygöl rayonu Yeni Qızılca kəndində Elvin adlı tanışına məxsus avtoyuma məntəqəsində işləyir. 02 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Elvinin işlətdiyi kafedə olmuşdur. Elvin spirtli içki içdiyi üçün avtomobili sürüb onu evinə aparmamışdır. O, da kafenin qarşısında dayanmış Elvinə məxsus “Qaz 31029” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağıda yatmışdır. Saat 03 radələrində səs-küy eşidib gözünü açmış və avtomobildə yol getdiyimi hiss etmişdir. Ayıldıqda avtomobilin sükanının arxasında əvvəlcədən Yeni Qızılca kəndində meyvə satan Turalın olmasını, sağ oturacaqda isə əvvəlcədən tanımadığı şəxs olmasını görmüşdür. Turaldan hara getdiklərini soruşmuş, Tural isə Elvindən maşını götürdüyünü və bazara getdiklərini demişdir. Heyvan bazarında olan zaman Tural və yanında olan adını sonradan Vasif olduğunu bildiyi şəxs yerə düşmüş, gedib bazarda olan qoyunlara baxmışlar, o, isə oturacaqda uzanıb yuxuya getmişdir. Bir neçə dəqiqə sonra Vasif əlində bir baş qoyunu gətirmiş və ona da “gəl baqajı” aç demişdir. O, düşüb avtomobilin yük yerini açmış və onların qoyunu almasını düşünmüşdür. Onlar avtomobilə minmiş, Tural avtomobili sürmüş və bazardan çıxıb yaxınlıqda olan Turalın evinə getmiş, Tural və Vasif qoyunu avtomobilin yük yerindən düşürmüşlər. Daha sonra oradan yenidən heyvan bazarına qayıtmışlar. Bazara qayıtdıqda yenidən avtomobili Tural həmin yerdə saxlamış, bir nəfər onlara yaxınlaşıb “qoyunu hara apardınız” demiş, Tural isə “biz nə vaxt qoyun apardıq, qoyun aparmamışıq” demişdir. lakin Vasif qoyunu apardılarını demişdir. Qoyun sahibi isə DİN-in 102 xidmətinə zəng edib ora polis çağırmışdır. O, isə Elvinə, Turalın avtomobili də qaçırdığını başa düşmüş və Elvinə məlumat vermək üçün yaxınlıqda yerləşən Elvinin kafesinə getmişdir. Elvinin avtomobilinin qaçırılması barədə polisə məlumat verdiyini bilmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, Bərdə rayonu Zümürxan kəndində ailəsi ilə ilə birlikdə yaşayır. Özünə məxsus 21 baş xırdabuynuzlu heyvanlarını satmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01-02 radələrində Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Heyvan bazarına gəlmişdir. Heyvan bazarında olan zaman özünə məxsus 21 baş xırdabuynuzlu heyvanlarını ətrafı metal tor hasar ilə bağlanmış sahəyə salmış və yuxusuz olduğu üçün özünə məxsus Qazel markalı, avtomobildə istirahət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Heyvan bazarında heyvan satan Nizami adlı şəxs onun yanına gəlib, heyvanlarını satmağı barədə maraqlandıqda, ona heyvan satmadığını bildirmişdir. Daha sonra heyvanları sayan zaman bir baş qoyununun olmamasını görmüş, bazarı axtarmış, Nizami adlı şəxsdən də heyvanı kimin nə vaxt soruşduğunu, heyvanı aparıb aparmadıqlarını soruşduqda isə Nizami “məndən eləcə heyvanların qiymətini və kimə aid olmasını soruşdular, aparıbaparmadıqlarını bilmədim” sözlərini demişdir. Həmin vaxt ona bazarda olan qara rəngli “Qaz-31029” markalı avtomobili göstərib onunla gələn şəxsin heyvan barədə soruşduğunu demişdir. O, Nizaminin ona göstərdiyi Tural adlı şəxsin yanına getmiş və Turala bu barədə dedikdə o, əvvəlcə etdiyi hərəkəti danmışdır. Bu barədə , DİN-nin 102-xidmətinə zəng edib, bildirmişdir. Sonra məlum olmuşdur ona məxsus olan 1 baş qoyunu Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 400 (dörd yüz) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarı Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli 9/8903 nömrəli rəyində ekspertizanın təyini haqqında qərarda göstərilən 01 baş xırdabuynuzlu heyvanın orta bazar qiyməti nəzərə qaydada təxminən 360,0 manat olması qeyd edilmişdir. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair 30 noyabr 2023-cü il tarixli bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 38a, mənzil 11-də qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kənd yaşayır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamə-arayışdan, görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin saxlanılması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə şühbəli şəxs qismində saxlanılmışdır. Cinayət işinin materiallarında olan 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 177.2.3-cü və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, onlarla barışmasını cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl, Şəmkir rayonlarının kəndlərində və Gəncə şəhərində fəhləlik etməklə dolanışığını təmin edir, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 38a, mənzil 11-də qeydiyyatda olmaqla, Göygöl rayonu Üçtəpə kəndində yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göygöl, Şəmkir rayonlarının və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dən səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayətivə tələbinin olmamasına görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 185.1-ci maddəsində cinayət məsuliyyətindən azad edilməli, onun barəsində həmin maddə üzrə cinayət təqibinin icraatına xitam verilməlidir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il və 03 sentyabr 2023-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə maddi subut olan “Qaz-3102” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə vurulan ziyana görə 400 (dörd yüz) manat pulun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat, ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Zərərçəkmiş şəxs1 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi üzrə icraata hissəvi xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl, Şəmkir rayonlarının və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Üçtəpə kəndindəyerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə vurulan ziyana görə 400 (dörd yüz) manat pulun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat, ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-24/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-24/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver