Məhkəmə qərarları › İş №1(066)-24/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-24/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-24/2025 14.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Göygöl (Xanlar) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Mollacəlilli kəndi ərazisində yaşadığı evi su ilə təmin etmək üçün kənd sakinləri üçün olan su bulağına quraşdırdığı su borusunu Zərərçəkmiş şəxs ona demədən çıxararaq öz su borsunu quraşdırmasını görüb, Zərərçəkmiş şəxs su borusunu çıxarmasına iradını bildirmiş, Zərərçəkmiş şəxs ona mal-qara suladığını bildirmiş, o isə Zərərçəkmiş şəxs səbrli olmasını 10 dəqiqə sonra işini bitəcəyini bildirmiş, Zərərçəkmiş şəxs ona Yavərin növbəsinin olmasını bildirmiş, bundan sonra o özünə məxsus su borusunu yığmış və Zərərçəkmiş şəxs onun növbəsində artıq su borusunu taxmamasını bildirmiş və özünə məxsus su borusunu yığıb yaşadığı evə getmək istəyərkən, Zərərçəkmiş şəxs ona qarşı get rədd ol demiş, o isə Zərərçəkmiş şəxs çıxıb getməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək onun üzərinə gəlmiş və bununla da aralarında yaranmış şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmuş, sonra isə bir-birindən tutaraq dartışmışlar. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasına qansızma, sol gözün alt qapağının, sol yanaq və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, həmin vaxt orada başqa şəxslər olmamış, zərərçəkmiş şəxsin anası, təqsirləndirlən şəxsin bibisi olan Şahid1 həmin yerə gələrək onları aralamış, daha sonra Təqsirləndirilən şəxs həmin yerdən aralaşaraq öz yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs nəlayiq ifadə işlətməmiş, hadisə 3-5 dəqiqə davam etmiş və digər şəxslər toplaşmamış, bundan sonra Zərərçəkmiş şəxs vurmamış, zərərçəkmiş şəxs su borusunu çıxarması, ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında qeyd edilən mübahisə olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kəntdə suyu olmayanlar yarım saatlıq növbə ilə sudan istifadə edə bilər. Bu zaman heç kəs bir-birinə bir söz demir. 12 ev üçün bir krant istifadə olunur. 05 sentyabr 2024-cü il tarixdə səhər vaxtından zərərçəkmiş şəxsin borusu su bulağına taxılı olmuşdur. Onun əmisi oğlu ilə zərərçəkmiş şəxsin bir xəttdən çəkilmiş krantdan istifadə edirlər. Həmin günü onun əmisi oğlunun növbəsi olmuş, lakin əmisi oğlu evdə olmaması səbəbindən onun növbəsindən zərərçəkmiş şəxs istifadə etmişdir. Onun yoldaşı zərərçəkmiş şəxsdən o tərəfə boru qoşmuş və onlara söz gəlişi 10 dəqiqə getsin sonra çıxarmalarını bildirmişdir. Onun yoldaşı 10 dəqiqə sözünü söz gəlişi demişdir. Belə ki, onlar 40-50 m boru uzadırlar və 10 dəqiqə üçün suyu qoşmağa heç dəymir. O gedib boru qoşulduğu yerdə oturmuş və saata baxdıqda suyun 15 dəqiqə axdığını görmüş və 10 dəqiqədən sonra öz su borularını çıxarıb, zərərçəkmişə məxsus borunu taxmasını fikirləşmişdir. Həmin vaxt o zərərçəkmiş şəxs Elvinin gəlib, heçnə demədən onun borusunu çıxarmasını və öz borusunu taxmasını görmüşdür. Bundan sonra zərərçəkmiş şəxsin ardınca gedib ondan onun borusunu niyə çıxarmasını soruşmuş, zərərçəkmiş şəxs ona mal suladığını bildirmişdir. O isə zərərçəkmiş şəxsə səbrli olmasını 10 dəqiqə sonra işinin bitəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona Yavərin növbəsinin olmasını bildirmiş, bundan sonra o özünə məxus borunu yığmış və zərərçəkmiş şəxsə onun növbəsində artıq boru taxmamasını bildirmişdir. Həmin vaxt o borunu yığıb gələrkən zərərçəkmiş şəxsin anasının da qapıda durmasını görmüş, zərərçəkmiş şəxsin anası ondan onun nə deməsini soruşduqda o təkrarən onun növbəsində artıq boru taxmamalarını bildirmiş, həmin vaxt zərərçəkmiş şəxs ona ilk olaraq get rədd ol demiş, o isə zərərçəkmiş şəxsə çıxıb getməsini istəmiş, lakin zərərçəkmiş şəxs daha sonra isə nalayiq ifadə işlətmiş və onun üzərinə gəlmiş, həmin vaxt o zərərçəkmiş şəxsə söyüş söyməmişdir. Zərərçəkmiş şəxs onun üzərində gəldiyindən, borunu tullamasından və ona nalayiq ifadə işlətməsindən o zərərçəkmiş şəxsə bir dəfə sifət nahiyyəsindən yumruq vurmuş, daha sonra isə özünü tutmuşdur. O bundan sonra zərərçəkmiş şəxsə vurmamışdır. Həmin vaxt zərərçəkmiş şəxsin anası qarğış tökərək gəlmiş və onu böyük kimi vurmuşdur. O görmüşdür ki, onlar ondan əl çəkmir bu səbəbdən sadəcə onun yaxasında tutub itələyərək, yad var, camaat var yaxşı sakitləş, sən özümüzünküsən demişdir. Bundan sonra isə o heç nə demədən çıxıb getmişdir. Davadan 10 gün əvvəl də mübahisə o yenə su borusunu taxdıqda suyun gəlməməsini görüb, suyun başına getdikdə bibisinin, yəni zərərçəkmiş şəxsin anasının borusunu çıxarıb, öz borusunu taxmasını və özünün də orada olmasını görmüş, o bibisindən borusunu niyə çıxarmasını soruşduqda bibisi ona mallarını suladığını, hamının yarım saat aralıqnan istifadə etməsini demiş, o isə bibisinə, malını sula, taxarsan borunu yerinə demiş və qayıdıb gəlmişdir. O təzə köçdüyünə görə sudan yarım saat aralıqlarla istifadə olunmasını bilməmiş, bir neçə qonşudan soruşduqda onlarda, bibisinin düz deməsini hər kəsin belə yarım saatlıq aralıqlarnan sudan istifadə etməsini bildirmişlər. Yəni, o bilməsə belə həmin vaxt onun borusunu çıxarmamış, lakin bundan 10 gün sonra hadisə olan gün zərərçəkmiş şəxs onun borusunu ona deməmiş çıxarmışdır. Əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlədən zaman o sadəcə ona yeri get demiş, lakin zərərçəkmiş şəxs onun ağzına söydükdən sonra o onu vurmuşdur. Mübahisələri bu şəkildə olmuş, artıq söyüş olmamışdır. Hadisə 3-5 dəqiqə ərzində olmuşdur, buna görə heç kimin xəbəri olmamışdır. Bundan sonra isə o heç nə demədən çıxıb getmişdir. Bibisi onu vurmuş, bibisinin onu vurmasına o heç nə deməmiş, hətda bibisinin boyu balaca olması səbəbindən, əyilmiş və vurmasını demişdir. Onun bibisinin xəsarət alması ayağı dolaşıb, yıxılması nəticəsində olmuşdur. O getmək istəmiş, borusunu yığıb gedən zaman zərərçəkmiş şəxs ona söyünc söyməsə idi o geri qayıtmayacaqdı. O zərərçəkmiş şəxsə cəmi bir dəfə yumruqla vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ondan kiçikdir və cılızdır, o, zərərçəkmiş şəxsi sadəcə söyünc söydükdən sonra bir dəfə yumruq vurmuşdur. Əgər istəsə idi o zərərçəkmiş şəxsi döyədə bilərdi, lakin o zərərçəkmiş şəxsi bir dəfə vurmasına görə belə peşiman olmuşdur. Onun biraz psixoloji problemi var, tez əsəbləşir. Hadiəsinin olmasını istəməzdi, əməlindən də peşmandır. Mübahisə 3-5 dəqiqə çəkmişdir. Su borusunun başlandığı yerlə onun evinə qədər məsafə 100 metrdir. Mübahisə su krantının yanında olmuş və həmin vaxt yanlarında heç kəs olmamışdır. Həmin vaxt onun bibisi Məyanə öz qapılarının yanında olmuş və iti yerişlə onların yanına gəlmişdir. O sadəcə bibisi gələnədək zərərçəkmiş şəxsə bir dəfə vurmuş, daha sonra isə heç vurmamışdır. Bibisi gəlib onu vurmuş, lakin o onu vurmamışdır. Həmin vaxt küçədə heç kəs olmamışdır. O iki ildir ki, öz növbəsini zərərçəkmiş şəxsə vermiş və qardaşı əsgərlikdə olması səbəbindən ata evində qalmışdır. Qardaşı əsgərlikdən gəldikdən sonra isə o öz evinə köçmüşdür. Onun zərərçəkmiş şəxsi vurmağına əsas səbəb o, orda ola-ola borusunu saymazcasına qırağa tullayıb, bundan sonra isə ona söyünc söyməsi olmuşdur. Kimin nə vaxt suyu olmadıqda yarım saat sudan istifadə edə bilir. Onun zərərçəkmiş şəxsi vurmasının səbəbi zərərçəkmiş şəxsin onu söyməsi olmuşdur. Müdafiəçinin söylədiyi fikirlə razıdır. O özünü cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, hazırda zərərçəkmiş şəxslə barışıb və ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşimandır. Odur ki, onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onların suyunu kəsmiş, bu səbəbdən dalaşmışlar. O, görmüşdür ki, su gəlmir. O suyun kəsilməsini soruşmuş, təqsirləndirilən şəxsin yoldaşı 10 dəqiqə gözlə suyu açacaqlarını bildirmişdir. O, 10 dəqiqə gözləmiş, sonra borunu çıxarmadıqlarını görmüş və onlar dalaşmışlar. Təqsirləndirlən şəxs onun gözünün altından və başından vurmuş, xəsarət gözünə dəymiş, gözünün altı qaralmışdır. Hadisənin nə zaman baş verdiyini xatırlamır. Təqsirləndirilən şəxslə dava edərkən orada heç kəs olmamış, daha sonra isə onun anası gəlmiş, təqsirləndirilən şəxs onu vurduqdan sonra anasını da əliylə itələmişdir. Hadisə yerində onlardan başqa heç kəs olmamışdır. Əvvəlcə təqsirləndirilən şəxs onu vurmuş, daha sonra o təqsirləndirlən şəxsi söymüşdür. Təqsirləndirilən şəxs borunu çıxarmadıqda o özü çıxarası olmuşdur. Əvvəl o, borunu taxmış, sonra təqsirləndirilən şəxsin yoldaşı xahiş etdikdə o, 10 dəqiqəlik icazə vermişdir. O nə söyüş söyməsini xatırlamır. Onun nə xəstəliyi olmasını bilmir. Suy borsunun bulağa taxılması üzərində onların mübahisəsi baş vermişdir. Mübahisə vaxtı təqsirləndirilən şəxs onun növbəsində taxmamasını bildirmiş və ona ağzına gələni demiş, bundan sonra isə onu vurmuşdur. Su növbəsi onun olmamışdır. İlk olaraq su üçün borunu o taxmış və dayısının növbəsi olduğunu bildirmiş, təqsirləndirlən şəxsin yoldaşı ondan 10 dəqiqə icazə istəmiş, o isə icazə vermiş, daha sonra öz borusunu taxmış, təqsirləndirilən şəxs ona onun növbəsi olmasını və borunu taxmamasını bildirib çıxıb getmiş, daha sonra qayıdaraq dönüb onu vurmuşdur. O təqsirləndirilən şəxsə heç nə deməmiş suya borunu taxmayacağını bildirmişdir. O suyu taxıb-taxmamaq mübahisəsində təqsirləndirlən şəxsə söyüş söyməmiş, təqsirləndirilən şəxs onu döydükdən, söydükdən sonra o, təqsirləndirilən şəxsə söyüş söyüş söymüşdür. Təqsirləndirlən şəxs ona suyun üstündə söyüş söymüş, həmin vaxt ətrafda heç kəs olmamışdır. O təqsirləndirilən şəxsin borusunu çıxardıqda təqsirləndirlən şəxs onun var-yoxuna söymüşdür. O isə borunu taxmadığını bildirmişdir. O təqsirləndirilən şəxsi onun borusunu çıxardıqdan sonra bir-başa söyüb söymədiyini bilmir. Təqsirləndirlən şəxs ona söyünc söyəndə anası orada olmamışdır. Onun anası təqsirləndirilən şəxsin söyməsini eşitməmiş, təqsirləndirlən şəxs onunla dalaşanda anası gəlmişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə baldızının oğludur. Hadisə ilə bağlı ifadə vermək istəyir. Onların yaşadıqlar ərazidə 12 nəfər ailə 1 su krantdan istifadə edir. Belə ki, hər ailə yarım saatlıq növbələrlə sudan istifadə edirlər. Onlar 2 ildir ki, həmin evdə qalmırlar deyə, öz növbələrini baldızı Məyanəyə təhvil vermişlər. Onun oğlu Kənan əsgərlikdən gəldiyi üçün ona paltar almaq üçün getmiş və Gəncədə olmuşdur. Ona oğlu Sərdar zəng vuraraq, Elvinlə dalaşmasını bildirmişdir. Həmin vaxt o həyəcanlanmış və onların yenə dalaşmalarından qorxudğu üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra maşın tutaraq Gəncədən qayıtmış və polislərdən əvvəl gəlib evə çıxmışdır. Əlavə olaraq bildirdi ki, hadisəni o özü görməmişdir. Sərdar ona zəng vurub Elvinlə su üstündə daşlaşmasını bildirmişdir. Belə ki, borunu Sərdar taxmış, Elvin çıxarmış və Elvin isə ona söydüyündən Sərdarın onu vurduğunu eşitmişdir. Sərdarın dediyinə görə Elvinin ona söyüş söydüyünə görə Elvini vurmuşdur. Hadisə krantın başında baş vermiş, həmin vaxt orada heç kəs olmamış, yalnız Elvinin anası gəlib aralamışdır. O gələndə görmüşdür ki, Elvinin üzü qızarıb Sərdarın isə boyunu qızarmışdır. Sərdar onu Elvinin anasının boru ilə vurmasını və boğmasını bildirmişdir. Sərdarın boğazı cırıq-cırıq olmuş, Sərdarın boynunda dırnaq və boru izləri olmuşdur. Elvinin anası gəlib onları aralamış və onu boru ilə dartıb çəkmişdir. Sərdar bibisinin borunu salıb arxadan boğmasını bildirmişdir. Hadisə yerində Sərdar, Elvin və Elvinin anası Məyanə olmuş, başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğlu, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Siyəddin oğlu isə qardaşının oğludur. Hadisə ilə bağlı ifadə vermək istəyir. xx.xx.2024-cü il tarixdə saat 15-17 arası, heyvanın sulanma vaxtı olmuş. Qardaşının oğlu gəlmiş borunu çıxartmış, onun oğlu Elvin ona söymüş, bundan sonra dalaşmışlar hərəsi bir şillə vurmuşdur. Əlavə olaraq bildirdi ki, həmin vaxt o qapısında olmuş, oğlu və Sərdar isə bir ev aralıda olmuşlar, o səs-küyə çıxmamış, o oğlunu həmişə iş dalıyca yollayanda ona nəzarət edir. Sərdar borunu çıxarmış, Elvin ona söymüş bundan sonra onlar dalaşmağa başlayanda, o görüb qaçmış və onları aralamışdır. Elvin acı söz dediyinə görə onlar dalaşmışlar. Ayırmaq məqsədilə Sərdarın paltarını əli ilə cırmış və əynindən çıxartmış, sonra aralaşmışlar. O, onları ayırmaq istəmiş, lakin Sərdarın paltarından dartıqda paltarı cırılmışdır. Onlar aralaşdırdıqda nə Sərdar onu itələmiş, nə o Sərdarı itələmiş, lakin nəticədə yıxılmışdır. O, oğlu Elvini su dalıyca yollamış, bu vaxtı su növbəsi o biri qardaşı oğlu Yavərin olmuşdur. Ancaq növbə kimin olmasına baxmayaraq həmişə bir-birlərini yola vermişlər. Belə ki, 20 dəqiqə əvəzləşirirlər. Elvin borunu taxıb gəlmiş, 2 dəqiqə sonra su kəsilmiş o oğlu Elvinə get gör suyu kimin çıxartmasını demiş, Elvin isə gedib Sərdarın su borsunu çıxarıb öz borularını taxmışdır. O, dava olan yerdən 20 metr məsafədə olmuşdur. O, mübahisə zamanı söyüşü eşitməmiş, lakin bilir ki, oğlu Elvin pis söyünc söymüşdür. Elvin Sərdara söyünc söyən vaxtadək Sərdar onu vurmamış, Elvin söyünc söydükdən sonra Sərdar onu vurmuşdur. Elvin söyünc söydükdən sonra ilk Sərdar onu vurmuş, daha sonra isə Elvin onu bir dəfə vurmuşdur, dava olan zaman heç kəs olmamış, yalnız o olmuşdur. Onları aralamaq üçün gəldikdə Elvinin gözü partlamış, Sərdarın isə yalnız üzü qızarmışdı. O onların yanına çatanda onlar dartışırmışlar. O, Sərdarı tutmuş, özünə çəkmiş, ona sən ki qanırsan, niyə dalaşırsan?! demişdir. O aralaşdırarkən Sərdarın koftasından tutub çəkmiş, həmin vaxt onun koftası cırılmış, ola bilər ki, onun dırnağının izləri Sərdarın bədəni üzərində düşmüşdür. O, onları aralaşdırandan sonra heçnə olmamış, Sərdar sakitcə çıxıb evinə getmişdir. O, onların yanında olanda heç biri söyüş söyməmişdir. Hadisə yerində necə yıxılmasını tam bilmir, ola bilsin özü ikisini aralaşdırmağa çalışanda toqquşub yıxılmışdır. Sərdar onu vurmamış və itələməmişdir, o özü də bilmədən yıxılmışdır. Sərdar onu əli ilə itələməmişdir. O onların ikisinin arasında yıxılmışdır, ola bilər ki onlar ona dəymiş və o özü yıxılmış, lakin kimsə onu qüvvə ilə və ya əllə itələməmişdir. Onun əlində boru olmamışdır. O Sərdar və Elvini əli-qolu ilə ayırmış, Sərdarın boğazına boru keçirməmişdir. O Sərdarın sinəsindən tutub onu çəkib aralamışdır. Həmin vaxtadək Sərdar onu itələməmişdir. Onlar dalaşanda o onları aralamış, Elvin qırağa durmuş, o istəmişdir ki, Sərdarı döysün, ama dartışdırıb yaxasından tutub köynəyini cırmış, ola bilsin ki həmin vaxt dırnağının izi onun bədəninə düşə bilər. O kiminsə onu itələməsini və necə yıxılmasını hiss etməmişdir. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Göygöl rayon prokurorluğu tərəfindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında rayon X7 Bölməsində toplanmış HK-1/1970 nömrəli ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi rayon X8 Bölməsində ibtidai istintaqın aparılmasının təmin edilməsi üçün Göygöl rayon Polis Şöbəsinə göndərilmişdir. “Cinayət işinin başlanması və istintaq aidiyyati üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1970 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işinin istintaq aidiyyatı üzrə Göygöl rayon X8 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosessinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli raportda (Göygöl RPŞ-nin məsul növbətçisi Azər Cəfərov tərəfindən verilmiş) xx.xx.2024-cü il tarixdə saat 16:32 radələrində Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid1 Əliqulu qızı **********73 nömrədən AR DİN-in 102 xidmətinə (hadisə kodu: ********** operator 1039) zəng edərək, qonşusu Sərdarın onu və oğlunu döyməsini bildirməsini və məlumatın araşdırılması üçün aidiyyatı üzrə göstəriş verilməsinin xahiş edildiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli raportda (Göygöl RPŞ-nin məsul növbətçisi Azər Cəfərov tərəfindən verilmiş) xx.xx.2024-cü il tarixdə saat 17:03 radələrində Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid2 Əlisəfa qız 55-961-73-72 nömrədən AR DİN-in 102 xidmətinə (hadisə kodu: ********** operator 1039) zəng edərək, oğlu Sərdarın döyülməsini bildirməsini və məlumatın araşdırılması üçün aidiyyatı üzrə göstəriş verilməsinin xahiş edildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixdə bibisi oğlu Emin Xanlar oğlunun və bibisi Şahid1 onu döydüklərini göstərib araşdırılıb tədbir görülməsini xahiş etmişdir. Şahid1 xx.xx.2024-cü il tarixli ərizəsində qonşusu Sərdar adlı şəxsin oğlu X4 və onu döydüyünü göstərib tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Mollacəlilli kəndində küçəyə və su borusunun yerləşdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkili çəkilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 521 nömrəli ekspert rəyi ilə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasına qansızma, sol gözün alt qapağının, sol yanaq və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X5 iş üzrə mütəxəssis qismində təyin edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən qərarın iş üzrə mütəxəssis təyin edilmiş X6 elan edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Mollacəlilli kəndi ərazisində baş vermiş münaqişə zamanı orada olmuş və hadisəni görə biləcək şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli məcburi gətirmə haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx.xx.1997-ci ildə Xanlar rayonunda anadan olmuş, Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istintaq hərəkətinin yerinə yetirilməsi üçün məcburi qaydada Göygöl rayon X8 bölməsinə gətirilməsi qarara alınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatının dayandırılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. İstintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Göygöl rayonu Mollacəlilli kəndində ümumi su xəttinə su verildiyi üçün anası Şahid1 qonşuluqda yaşayan dayısı oğlu Yavərdən xahiş etmişdir ki, su növbəsini 20 dəqiqəlik onlara versin və o, razılaşdıqdan sonra anası onlara məxsus su borusunu su xəttinə qoşub yaşadığı evə gəlmişdir. Sudan bir qədər istifadə etdikdən sonra anası ona demişdir ki, get bax gör su niyə gəlmir. O da su xəttinin qoşulduğu yerə getmiş və görmüşdür ki, Sərdar onların su borusunun yerinə özünüzə məxsus su borusunu taxıbdır. Bunu görüb o, Sərdara məxsus olan borunu su xəttindən çıxarıb özlərinə məxsus su borusunu su xəttinə qoşmuşdur. Sərdara demişdir ki, heyvanları suladığına görə yarım saatlıq icazə alaraq özlərinə məxsus su borusunu qoşmuşdur. Bu vaxt Sərdarla aralarında mübahisə yaranmış, Sərdar onun ünvanına söyüş söyüb nalayiq ifadələr işlədərək ondan bir qədər uzaqlaşıb getmiş, o da həmin vaxt Sərdara cavab olaraq nalayiq ifadə işlətmişdir. Bu zaman Sərdar onun üzərinə doğru gələrək əli ilə onun boğazından tutub yumruqla bir neçə dəfə sifətinə vurmuşdur. Daha sonra boynundan aşağıya doğru çəkərək tutub saxlamışdır. Həmin vaxtı anası Məyanə onlara yaxınlaşmış və onları ayırmağa çalışmış, Sərdarın paltarının yaxasından tutub dartmışdır ki, ondan ayırsın. Bu zaman Sərdar onu buraxmış və anasını itələyərək yerə yıxmışdır. İstintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:30 radələrində o, qonşudan xahiş etmişdir ki, su növbəsini 20 dəqiqəlik ona versin. Qonşu da onunla razılaşmışdır. O, su borusunu əsas xəttə keçirib evə gəlmişdir. Bir qədər sudan istifadə etdikdən sonra suyun gəlmədiyini görüb Elvinə demişdir ki, getsin baxsın görsün su niyə gəlmir. Elvində suyun niyə kəsildiyinə baxmaq üçün çölə çıxmışdır. O da Elvinin arxası ilə çölə çıxıb darvazanın qabağında dayanmışdır. Həmin vaxt Elvinlə Sərdarı suyun başında dayandıqlarını görmüşdür. Sərdar su borusunu yığaraq öz yaşadığı ünvana doğru bir qədər gəldikdən sonra su borusunu yerə ataraq Elvinə doğru geri qayıtmışdır. Sərdar Elvinin üzərinə doğru gedib Elvinin boğazından tutaraq yumruqla sifətindən bir neçə dəfə vurmuşdur. O, Sərdarın oğlu Elvini vurmasını görüb söylənə-söylənə onlara doğru yaxınlaşıb ayırmaq üçün yaxasından tutub dartmış və əynində olan köynəyin yaxası cırılmışdır. Bu zaman Sərdar Elvini buraxıb, onu itələyərək yerə yıxmışdır. Özü isə çıxıb yaşadığı ünvana getmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən Göygöl RPŞ-nin İB-nə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Göygöl RPŞ-nin İB-nə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini göstərmişdir. “Vəsatətin təmin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə yazaraq 05 sentyabr 2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirməsini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmağını istəmədiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs şikayət və tələbi olmaması ilə bağlı vəsatətinin təmin edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, qərarın sürətinin Zərərçəkmiş şəxs təqdim edilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1022 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, intellektin az ifadəli enməsi ilə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, 10-cu baxış) F0.72 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs keçirdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu, intellektin az ifadəli enməsi ilə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, 10-cu baxış) F0.72 xəstəlik mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. “Subutların qiymətləndirilməsi” haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Şahid1 dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına görə Təqsirləndirilən şəxs barəsində inzibati təsir tədbiri görülməsi onların barışdığı nəzərə alaraq rədd edilmməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti almasina görə Şahid1 barəsində inzibati təsir tədbiri görülməsi onların barışdığını nəzərə alaraq rədd edilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məkhəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə deyil həmin məcəllənin 128-ci maddəsi ilə təqsirli bilmiş, Elvin ona söyüş söydüyünə görə bir dəfə yumruqla sifət nahiyyəsinə vurmasını bildirmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilərək dindirilərkən, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünə görə əsəbləşərək Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin istintaqının qurtarması elan edilərkən müdafiəçisi Müdafiəçi ilə birlikdə vəsatət verərək özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünə görə əsəbləşərək Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Vəsatətin rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 21 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə cinayət işinin istintaq materialları ilə tanış olan zaman vəsatət verərək özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünə görə əsəbləşərək Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə vermiş olduğu vəsatəti əsassız olduğundan rədd edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5809 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 675 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayon SHXÇÜDX-nin 17 saylı göndərişinə əsasən dispanserə müraciət etmiş, “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, yaddaş intellektin enməsi ilə” diaqnozu qoyulmuş, 19 saylı akt verilmişdir. Bundan sonra bir daha müraciət etməmişdir. Göygöl RİHB-nın Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Mollacəlilli kəndində yaşayır və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cinayət işi üzrə özünü CM-nin 221.1-ci maddəsi ilə deyil, həmin məcəllənin 128-ci maddəsi ilə təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tamamilə aradan qaldırmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, 05 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Mollacəlilli kəndi ərazisındə, kənd sakinlərinin yaşadığqları evə gedən suyun borusunun qoşulduğu yerə gedərək həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evə gedən su borusunu xəbər etmədən çıxarıb öz yaşadığı evə gedən su borusunu qoşması səbəbindən Zərərçəkmiş şəxs həmin yerə gəlib ona öz iradını bildirərək yenidən yaşadığı evə gedən su borusunu qoşduğu üçün aralarında başlayan mübahisə zamanı, bunun üçün heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı orada olan Şahid1 Əliqulu qızının yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir edərək boynundan tutub yerə doğru sıxmış və yumruqla sifət nahiyyəsinə bir neçə dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasına qansızma, sol gözün alt qapağının, sol yanaq və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid1 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu Mollacəlilli kəndi ərazisində yaşadığı evi su ilə təmin etmək üçün kənd sakinləri üçün olan su bulağına quraşdırdığı su borusunu Zərərçəkmiş şəxs ona demədən çıxararaq öz su borsunu quraşdırmasını görüb, Zərərçəkmiş şəxs su borusunu çıxarmasına iradını bildirmiş, Zərərçəkmiş şəxs ona malqara suladığını bildirmiş, o isə Zərərçəkmiş şəxs səbrli olmasını 10 dəqiqə sonra işini bitəcəyini bildirmiş, Zərərçəkmiş şəxs ona Yavərin növbəsinin olmasını bildirmiş, bundan sonra o özünə məxsus su borusunu yığmış və Zərərçəkmiş şəxs onun növbəsində artıq su borusunu taxmamasını bildirmiş və özünə məxsus su borusunu yığıb yaşadığı evə getmək istəyərkən, Zərərçəkmiş şəxs ona qarşı get rədd ol demiş, o isə Zərərçəkmiş şəxs çıxıb getməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək onun üzərinə gəlmiş və bununla da aralarında yaranmış şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmuş, sonra isə birbirindən tutaraq dartışmışlar. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasına qansızma, sol gözün alt qapağının, sol yanaq və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, həmin vaxt orada başqa şəxslər olmamış, zərərçəkmiş şəxsin anası, təqsirləndirlən şəxsin bibisi olan Şahid1 həmin yerə gələrək onları aralamış, daha sonra Təqsirləndirilən şəxs həmin yerdən aralaşaraq öz yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs nəlayiq ifadə işlətməmiş, hadisə 3-5 dəqiqə davam etmiş və digər şəxslər toplaşmamış, bundan sonra Zərərçəkmiş şəxs vurmamış, zərərçəkmiş şəxs su borusunu çıxarması, ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında qeyd edilən mübahisə olmuşdur. Həmçinin hadisənin bilavasitə şahidi olmuş Şahid1 baş vermiş mübahisə və dava zamanı Təqsirləndirilən şəxs nalayiq sözlərdən istifadə etməsini eşitmədiyini və ətrafa kənar şəxslərin toplaşmadığını, onları araladıqdan sonra sakitcə çıxıb getməsini və Təqsirləndirilən şəxs onu itələmədiyini bildirmişdir. Bununla da məhkəmə ibtidai istintaq orqanının qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz Göygöl rayonu Mollacəlilli kəndi ərazisində heç bir kənar şəxslərə yönəlmədən, şəxsi münasibətlər zəminində, yəni mübahisənin təqsirləndirilən şəxsin evinə gedən su borusunu zərər çəkmiş şəxsin ona demədən bulaqdan çıxarmasına görə yaranması və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə söyünclə danışması və onun üzərinə getməsi səbəbindən baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir söyünc işlətmədən yumruq ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vurması, zərərçəkmiş şəxsin anası, təqsirləndirlən şəxsin bibisi olan Şahid1 gəlib baş vermiş mübahisəni görməsi və onları ayırması, bundan sonra Təqsirləndirilən şəxs heçnə etmədən sakitcə çıxıb getməsi müəyyən edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz, çünki verilmiş ittihamda qeyd edilən hallara dair heç bir mötəbər sübuta isnad edilməmişdir. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək, Göygöl rayonu Mollacəlilli kəndi ərazisində kənd sakinlərinin yaşadığqları evə gedən suy borusunun qoşulduğu yerə gedərək həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evə gedən su borusunu xəbər etmədən çıxarıb öz yaşadığı evə gedən su borusunu qoşması səbəbindən Zərərçəkmiş şəxs həmin yerə gəlib ona öz iradını bildirərək yenidən yaşadığı evə gedən su borusunu qoşduğu üçün aralarında başlayan mübahisə zamanı, bunun üçün heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı orada olan Şahid1 Əliqulu qızının yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir edərək boynundan tutub yerə doğru sıxmış və yumruqla sifət nahiyyəsinə bir neçə dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alt və üst dodağın selikli qişasına qansızma, sol gözün alt qapağının, sol yanaq və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməsi qeyd edilsə də, bu hərəkətlərin nədə ifadə olunması göstərilməmiş və belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması səbəbsiz baş verməmişdir. Belə ki, tədqiq edilmiş sübutlar birmənalı olaraq zərərçəkmiş şəxsin təşəbbüsü ilə ilk olaraq təqsirləndirilən şəxsin üzərinə getməsi və ona qarşı nalayiq ifadələrin işlədilməsi ilə davanın başlanması, sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə bu hadisəni törətməsini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən-Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməsi və sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs ona söyünc söyməsi və onun üzərinə gəlməsi və davranışları nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yumruq ilə vuraraq onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.1-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar