Məhkəmə qərarları › İş №1(066)-25/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-25/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-25/2024 26.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl rayonu Toğanalı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olan, Göygöl rayonu Toğanalı kəndində qeydiyyatsız yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talama məqsədilə, 25 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Göygöl şəhəri, Hummel küçəsi ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs ünvan soruşmaq bəhanəsi ilə yaxınlaşaraq sonuncunun əlində olan, içərisində 16 (on altı) manat nəğd pul olan 10 (on) manat dəyərində pul kisəsini əlindən alıb qaçmaqla ümumilikdə Zərərçəkmiş şəxs 26 (iyirmi altı) manat dəyərində əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu Toğanalı kəndində yaşayır, evlidir, 9, 13 və 14 yaşlarında 3 övladı var. Rəsmi olaraq heç yerdə işləmir. 25 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Göygöl şəhəri Hummel küçəsi ilə əlində “GO” spirtli içkisi içə-içə piyada getdiyi zaman qarşıdan bir əlində çörək, digər əlində pul kisəsi ilə piyada gedən yaşlı qadını görüb əlindəki pul kisəsini götürüb qaçmağı planlaşdırmış, bu məqsədlə, ondan həmin küçədə sınıqçı olub-olmadığını soruşub diqqətin yayındırmaq istəmişdir. Onun səslənməyi ilə qadın dayanaraq ona tərəf dönüb həmin küçədə sınıqçı olmadığını deyib yenidən yoluna davam etmiş, qadının dayanmadığını gördüyü üçün bir daha orada sınıqçı olub-olmadığını soruşduqda həmin qadın ona tərəf dönərək haradan olduğunu soruşduqda Toğanalı kəndindən olduğunu deyərək yaxınlaşsa da qadın dönüb yenidən öz yolu ilə getmişdir. Yaxınlaşmağından istifadə edərək qəflətən əlində o lan pul kisəsini dartaraq alıb qaçmış, arxasınca qışqırsa da dayanmadan pul kisəsi əlində qaçmağa davam etmiş, biraz irəlidə isə bir qız qarşısına durmaq istəsə də qaçaraq oradan uzaqlaşmışdır. Hummel küçəsindən dönərək küçəni dəyişsə də qadının hələ də qışqırmasını eşitmişdir. Ondan biraz irəlidə DYP-nin əməkdaşlarının xidməti maşında dayandıqlarını görüb şübhə çəkməmək üçün dayanmış, polis əməkdaşları onun yanına çatdıqda pul kisəsini əlindən götürmüş, həmçinin polislərin yanından keçərkən mülki bir maşının yaxınlaşması ilə həmin şəxslərin onu döyməməsi üçün polislərin yaxınlaşmasını gözləmişdir. Polislər ona tərəf gəlib onu saxladıqda qadının pul kisəsini onlara vermiş, sonra onu avtomobillərinə oturdub polis şöbəsinə gətirmişlər. Hazırda tutduğu əməldən peşimandır. Məhkəmədən zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, Hummel küçəsi ev 94-də yaşayır, evlidir, hazırda Göygöl rayonu ərazisində olan “Prezidentin iqamətgahında” xadiməçi işləyir. 25 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Gəncə şəhərindən Göygöl rayonuna gəlmiş, Azay Kazımov küçəsində olan “Əminə” marketdən çörək alaraq evinə doğru yönəlmişdir. ünvan 2 ünvana çatdığı vaxt arxadan bir nəfər şəxsin səslənməsi ilə geriyə dönüb dayanmışdır, uzunboylu, üzü saqqalı həmin şəxs ondan orada sınıqçı olub-olmadığını soruşaraq 5-6 addım ona tərəf yaxınlaşmış, bilmədiyini deyərək yenidən üzünü döndərib evinə doğru getdikdə isə yenidən həmin şəxs küçədə sınıqçı tanıyıb tanımadığını dedikdə ondan haralı olmasını soruşduqda Göygöl rayonu topalhəsənli kəndindən olmasını demiş, yenidən öz yoluna tərəf dönərək hərəkət etmişdir. Qəflətən arxadan yaxınlaşan həmin şəxs sağ əlində olan pul qabını darataraq əlindən çıxarıb qaçaraq oradan uzaqlaşmış, onun arxasınca uca səslə qışqırıb qarşıdan gələn tanımadığı qıza onu tutmasını demişdir. Həmin qız onun qarşısına keçərək dayansa da həmin şəxs onu itələyərək qaçıb uzaqlaşmışdır. Halsız olub yerində qalsa da əri Cəbrayıl və qonşusu Əhliman səsinə bayıra çıxaraq nə olmasını soruşduqda pul kisəsini götürüb qaçdığını dediyi üçün Əhliman avtomobili ilə əri Cəbrayılla birlikdə həmin şəxsin arxasınca getmişlər. Onların arxasınca piyada getdikdə isə Göygöl şəhəri Heydər Əliyev prospektində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşlarının həmin şəxsin qarşısını kəsdiklərini görmüşdür. Polislər onun pul kisəsini özünə qaytararaq qorxmamasını, həmin şəxsi polisə apardıqlarını demişlər. O da polis şöbəsinə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş və həmin şəxsin adının Bəhruz olmasını bilmişdir. Təqsirləndirilən şəxslə barışıb, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl şəhəri, Hummel küçəsi ev 94-də arvadı Gülnarə ilə birlikdə yaşayır. Gülnarə “Prezidentin iqamətgahında” xadiməçi işləyir. 25 noyabr 2023-cü il tarixdə səhər saatlarında Gülnarə Gəncə şəhərinə getmiş, saat 16 radələrində Gəncə şəhərindən Göygöl rayonuna gəldiyi zaman ona zəng etdikdə ondan çörək və kontur almasını istəmiş, yaşadığı ünvanda həyətdə olduğu zaman küçədən Gülnarənin qışqırıq səsini eşitmiş, qaçaraq ona tərəf gedib çatdıqda isə pul kisəsinin tanımadığı şəxs tərəfindən əlindən alaraq qaçdığını dediyi üçün həmin istiqamətdə getmişdir. Həmin vaxtı Gülnarənin səsinə bayıra çıxdıqda Əhliman adlı qonşusunun öz avtomobilinə oturub ondan da avtomobilə oturmasını istəmiş, o Əhlimana məxsus avtomobil ilə Heydər Əliyev prospektinə çıxdıqda Göygöl RPŞ-nin DYPB-nin iki əməkdaşının adının sonradan Bəhruz olduğunu öyrəndiyi şəxsin onlardan da qaçmaq istədiyini lakin polislərin onu saxladığını görüb onlara yaxınlaşdıqda polis əməkdaşı pul kisəsini arxadan piyada gələn Gülnarəyə təqdim edərək onları ərizə vermək üçün Göygöl RPŞ-yə dəvət etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl Rayon Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:05 radələrində Göygöl şəhəri Heydər Əliyev prospektində **-YP- *** çağırışlı patrul avtomaşını ilə DYPB-nin YPX inspektoru polis baş serjantı Şahid3lə birlikdə xidmətdə olarkən, patrul avtomobilini Heydər Əliyev prospekti ilə Hərbi şəhərcik istiqamətində yolun sağ kənarında saxlamışdır. Həmin zaman adının sonradan Bəhruz olduğu ona məlum olan şəxsin qaçaraq alt küçədən H. Əliyev prospektinə çıxmasını və qaçaraq gəlməsini görüb həmin şəxs yaxınlaşdıqda surətini yavaşladaraq yanlarından keçdikdə ondan şübhələnmişlər. Təxminən 5-10 metr uzaqlaşdıqda isə eyni küçədən yaşlı bir qadının uca səslə həmin şəxsi göstərərək pul qabını oğurlayaraq qaçmasını bildirməsi ilə yenidən Bəhruz gedən istiqamətə döndükdə Bəhruz addımlarını surətləndirərək hərəkətini davam etdirsə də qaçıb onu saxlamışlar. Onu saxladıqları zaman əlində pul qabının olmasını görüb, pul qabını qadına verərək, həmin şəxsi Göygöl RPŞ-nin növbətçi hissəsinə təhvil verərək raportla baş vermiş hadisə ilə bağlı rəisə müraciət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Məclun oğlu ifadə verərək Şahid2 ilə eyni xüsussatı təsdiq etdi. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Göygöl şəhəri Hummel küçəsində soyğunçuluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. -İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs məxsus bir ədəd içərisində olan 16 manat pul və bank kartı olan pul kisəsi cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sonuncudan baxış keçirilməklə götürülmüş və iş üzrə maddi sübut kimi tanınmışdır. - Zərərçəkmiş şəxs məxsus talanmış bir ədəd pul kisəsinin qiymətinin 10 (on) manat olmasını bildirdiyi üçün həmin pul kisəsinin qiyməti zərərçəkmiş şəxsin pozulmuş hüququnun bərpası məqsədi ilə onun istintaq zamanı göstərdiyi qiymətlərlə əsas götürülmüşdür. - Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 155 saylı arayışla Təqsirləndirilən şəxs həkim-psixatr qeydiyyatında olmaması müəyyən edilmişdir. - Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 199 saylı arayışla Təqsirləndirilən şəxs həkim-narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 333.3.4, 66.2 və 66.5-ci maddələri ilə 02 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə vaxtından 01 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. - İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus məxsus açıq qəhvəyi rəngli, dəri materialdan olan içərisində bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq əskinaslarla olmaqla ümumilikdə 16 manat pul, bir ədəd Zərərçəkmiş şəxs məxsus bank kartı və Zərərçəkmiş şəxs üzərində qeydlər etdiyi kağızlar olan pul kisəsi saxlanması üçün zərərçəkmişə qaytarılmışdır. -Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD üzrə nymayəndəliyinin xx.xx.2023-cü il tarixli 452 saylı arayışından, şəxsiyyət vəsiqələrindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Toğanalı kəndində yaşayır, himayəsində xx.xx.2008ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı üç uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını, məhkəmədə iştirak edə bilmədiyini, onun iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdən həbsdə saxlanılır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 180.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus açıq qəhvəyi rəngli, dəri materialdan olan içərisində bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq əskinaslarla olmaqla ümumilikdə 16 manat pul, bir ədəd Zərərçəkmiş şəxs məxsus bank kartı və Zərərçəkmiş şəxs üzərində qeydlər etdiyi kağızlar olan pul kisəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar