Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-25/2025 09.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 56A, mənzil 42 qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun 3-cü qrup əlillik dərəcəsinə görə 2009-cu ildən təyin olunmuş, 2020-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriyinin təkrar komissiyasında dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 tapşırığı əsasında sonuncunun qohumu Şahid1 ilə göndərdiyi 1900 manat (min doqquz yüz) pulu 2023-cü ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən “Elit” adlı kafenin qarşısında sonuncudan aldıqdan sonra hissə-hissə olmaqla, davamlı qəsdlə xx.xx.2023cü il tarixdə öz adına qedyiyyata alınmış 2343-7544-4103-9441 olan kart hesabına Zərərçəkmiş şəxs1 tapşırığına əsasən Şahid3 Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərmiş olduğu 3100 manat pulu ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 5000 (beş min) manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 5 000 (beş min) manat pul verəcəyi halda sonuncunun 2-ci qrup əlillik dərəcəsinə görə 2005-ci ildən təyin olunmuş, 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazriyinin təkrar komissiyasında dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “416974******7880” nömrəli bank kartına Zərərçəkmiş şəxs2 21 iyun 2022-ci il tarixdə saat 19:05-də Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Balmart market”də quraşdırılmış ödəmə terminalından hər dəfə 1400 manat olmaqla, iki dəfəyə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində göndərmiş olduğu pulunu ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə, 22 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana kəndində yaşayan qardaşı X1 2000 manat, Şahid4 "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “4169-7388-6171- 6474” nömrəli bank kartına Zərərçəkmiş şəxs2 10 may 2024-cü il tarixdə Göygöl şəhəri, S.Vurğun küçəsində yerləşən “Oba Marketdən” 2000 (iki min) manat, 27 may 2024-cü il tarixdə saat 09 radələrində isə 360 (üç yüz altmış) manat göndərdiyi pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 7160 (yeddi min yüz altmış) manat pulunu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyərək həmin pul məbləğini qrupun üzvü X3 ilə arasında bölməklə zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda ilk olaraq özünü təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanış olaraq ona pensiya düzəldmək üçün 5000 manat pul almış və Kamilin işini həll etmək üçün Kamildən aldığı pulu Məhəmmədəli adlı şəxsə vermişdir. Kamilin işini alındıra bilmədiyi üçün Kamil narazılıq eləmiş və pulunu geri istəmişdir. Kamilə 2000 manatı qaytarmaq istəyən vaxt Kamil etiraz etmiş, lakin Kamil Polisə müraciət edəndən sonra 4000 manatını qaytarmış və bir müddət sonra isə qalan 1000 manatını qaytarmışdır. Hazırda Kamildən aldığı pulu tam qaytarmışdır. Zərərçəkmiş şəxs2 Bəhrəm oğlundan 4800 manat almış, lakin onun xəbəri olmadan Yaqub Nailəyə 2360 manat pul göndərmişdir. Yaqubdan aldığı 4800 manatı Nailəyə vermişdir. Nailəni cəmi iki dəfə görmüş, birinci dəfə pulu verən vaxt, ikinci dəfə isə niyə görüşdüklərini xatırlamır. Əlavə olaraq bildirdi ki, Yaqubdan aldığı 4800 manat pulu tam şəkildə Nailəyə vermişdir. Onun Yaqubun işində heç bir marağı olmamış, onlar dost olduqları üçün Yaquba köməklik etmək istəmiş, belə ki Yaqubla uzun illərdir ki dostdur. O, Kamilin qaynı ilə dostdur və onun vasitəsi ilə Kamillə tanış olmuşlar. Onun Kamil və Yaqubun işində heç bir maddi marağı olmamışdır. O, birinci Yaqubdan 4800 manat götürmüş və Qasımın yanında həmin 4800 manatı Nailəyə vermişdir. Daha sonra Kamilin işini həll etmək üçün ondan 5000 manat pul götürmüş və Kamildən götürdüyü 5000 manatı Məhəmmədəliyə vermişdir. Məhəmmədəli həkim işləmiş və onu işdən çıxardaraq tutmuşlar. O, Qasımı uzun müddətdir tanıyır və Qasım ona tanışları olmasını və pensiya işlərini həll etməsini bildirmişdir. Qasıma dostuna pensiya düzəltmək lazım olduğunu demiş, Qasım isə işi həll edə biləcəyini ona bildirmişdir. Qasım onu Nailə ilə görüşdürmüş və işi Nailənin həll edəcəyini demiş, söhbət zamanı Nailə ona bu işin 1-2 aya həll edəcəyini bildirmişdir. O, Nailədən harada işlədiyini soruşmamışdır. Hər iki zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Kamillə onun qaynı Nofəl vasitəsi ilə təxminən 3-4 il qabaq tanış olmuş, onların görüşləri Bakıda təsadüfən olmuşdur. Nofəli 1993-cü ildən tanıyır, Nofəllə əvvəllər internatda bir yerdə işləmişlər. O, Bakıda yaşayır və orada təsadüfən Kamil və Nofəllə görüşmüş, həmin görüş zamanı onlar oturub yemək yeyib ayrılmışlar, lakin Kamilə nömrəsini verməmişdir. Bir müddət sonra Kamil ona zəng vurmuş, həmin vaxt Kamildən nömrəsini kimdən aldığını soruşmamışdır. Kamil ona görüş təklif etmiş, o isə Kamilə Göygöldə olanda xəbər edəcəyini bildirmişdir. Göygöl rayonuna gələrkən onlar zəngləşmiş və görüşmüşlər. Görüş zamanı Kamil ona əlil olduğunu, qabaqlar pensiya aldığını, daha sonra pensiyasının kəsildiyini bildirmiş və ona pensiyasının bərpa etmək üçün köməklik etməsini xahiş etmiş, o isə Kamilə onun işini maraqlanacağını bildirmişdir. Kamilin işini Məhəmmədəli adlı şəxsdən maraqlanmalı olmuşdur. Həmin Məhəmmədəli adlı şəxs “DİAMED” klinikasında həkim işləyirdi. Məhəmmədəlini bu işdən qabaq təxminən 1 ildir ki, tanımışdır. Məhəmmədəli ilə görüşən vaxt Məhəmmədəli ona Kamilin işini 5000 manata həll edəcəyini bildirmiş, Məhəmmədəli ilə danışdıqdan təxminən 1 ay sonra Kamildən pulu almışdır. Pulu Kamildən iki dəfəyə almış və Kamildən aldığı pulu Məhəmmədəliyə vermişdir. Məhəmmədəli Kamilin işini 3-4 aya həll edəcəyini bildirmiş, lakin sonradan “mən ilişmişəm, Kamilin işi alınmır” demişdir. Məhəmmədəli ona 1900 manat pulu geri qaytarmış və qalıq 3100 manatı qaytaracağını bildirmiş, Məhəmmədəlidən 1900 manatı almış və üstünə 100 manat qoyaraq Kamilə zəng vuraraq “kartını at 2000 manatı göndərim” demiş, lakin Kamil etiraz etmiş və pulunun tam şəkildə qaytarılmasını tələb edərək Polisə şikayət eləmişdir. Kamil Polisə müraciət edəndən sonra ona 4000 manatı bir daha sonra isə 1000 manatı bir qaytarmışdır. Yaqubu uzun illərdir, təxminən 14- 15 ildir ki tanıyır. Onlar əlillər cəmiyyətində tanış olmuşlar. Yaqubla Bakı şəhəri, Sabunçu rayonunda hüzür yerində görüşmüşlər. Belə ki, onların dostlarının qızı rəhmətə getmiş, hüzür yerində ümumi söhbət etmişlər və söhbət zamanı Yaqub pensiyasının kəsilməsini bildirmiş, o isə Yaquba kömək edə biləcəyini demişdir. Yaqubun işini Qasım vasitəsi ilə həll etməli olmuşdur. Qasımla görüşərək Yaqubun nömrəsini vermiş, bundan sonra onlar danışmışlar. Qasım ona bir xanım olmasını və onun Yaqubun işini həll edəcəyini bildirmiş, lakin o həmin xanımın harada işləməsini Qasımdan soruşmamışdır. Qasım ona Yaqubun işini 5000 manat pula və 1 ay müddətinə həll edəcəyini bildirmişdir. Qasımla Yaqub danışmış və razılaşmışlar. Yaqub 2800 manatı kartına vurmuş, 2000 manatı isə Yaqubun qardaşından götürmüşdür. Nailə adlı şəxsə 4800 manatı pulu verən vaxt tanımışdır. O, Qasım və Nailə Bakı şəhəri, “Gənclik Mall” ın qarşısında görüşmüş və söhbət etmişlər, 4800 manatı Qasıma vermiş, Qasım isə həmin pulları saymış və onun yanında Nailəyə təqdim etmişdir. Onun həmin işdə heç bir maddi marağı olmamışdır. Nailə ilə görüşən zamanı pulu verdikdən sonra həmin dəqiqə Yaquba zəng vurmuş və həmin 4800 manatı Nailəyə verdiyini Yaquba bildirmişdir. Onun Nailə ilə heç bir danışığı və əlbirliyi olmamışdır. Onun Yaqub və Kamilin verdiyi pulları ələ keçirtmək niyəti olmamışdır. Yaqubdan 4800 manat almış və həmin pulu Nailəyə vermişdir. X12 Cəmiyyətində 4 il müavin işləmişdir. 2011-ci ildən Bakıda mağazada nəzarətçi işləyir. Kamil və Yaqubdan pulu onların pensiyalarının bərpası üçün almışdır. Kamildən aldığı pulu Məhəmmədəliyə vermişdir. Məhəmmədəlinin soyadının Məhərrəmov olduğunu bilir, lakin onun ata adının nə olduğunu bilmir. Məhəmmədəli “DİAMED” klinikasında həkim işləmiş, o öz qohumunu Məhəmmədəlinin yanına aparmış və orada münasibətləri yaranmışdır. Məhəmmədəli ona əlillərə pensiya almaq üçün köməklik etmələrini bildirmişdir. Onun Kamilin və Yaqubun işində heç bir maddi marağı olmamışdır. Kamilin ona verdiyi 5000 manatın hamısını Məhəmmədəliyə vermiş və Məhəmmədəli ona Kamilin işini həll edəcəyini bildirmişdir. Məhəmmədəliyə pulu verəndə ona Kamilin işini 4-5 aya həll edəcəyini bildirmişdir. Məhəmmədəli Kamilin 1900 manatını ona qaytarmış, lakin qalan 3100 manatı qaytarmamışdır. Məhəmmədəli Kamilin pulunu ona qaytarmadan əvvəl, o artıq Yaqubun işinə başlamışdır. Nailəyə 4800 manat vermişdir. Nailəni Qasım vasitəsi ilə tanımış, Qasım onun bir xanım tanışı olmasını və pensiya işlərini həll etməsini ona bildirmişdir. Nailə ilə tanış olaraq onun harada işləməsini soruşmamışdır. Qasımın soyadını bilmir. Yaqub Nailəyə əlavə 2360 manat göndərməsini ona demiş, o isə Yaquba polisə şikayət etməsini demişdir. O, Nailədən 4800 manat pulu ala bilməmişdir. Müdafiəçisinin çıxışı ilə razı olmasını, hazırda özünü hər iki epizod üzrə təqsirli bilməsini və barəsində olan cinayət işini bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə özünü tam təqsirli bilir və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 manat pulun dələduzluq yolu ilə alınması epizodu üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdı pul alındığından həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Zərərçəkmiş şəxs2 Nailə İsgəndərova ilə əlbir olaraq alınan 7160 manat pulun 800 manat hissəsi ona çatmışdır. Həmin xüsusatı məhkəmədə digər təqsirləndirilən şəxs Nailə İsgəndərova da təsdiq etmişdir. Odur ki, zərərçəkmiş şəxslərələ barışdığından və 25% dövlət nəfinə ziyanın ödənilməsi barədə ödənişi nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2009-cu ildən 3-cü qrup əlilliyə görə təqaüd almış, lakin 2020-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və əhalinin sosial Müdafiəsi Nazirliyinin təkrar komissiyasında təqaüdü kəsilmiş. Bundan sonra bir neçə dəfə təqaüdünü bərpa etdirmək üçün cəhd etsə də bu mümkün olmamışdır. Onu 2021-ci ildə təqaüdünün bərpası ilə bağlı Bakı şəhərinə həkim komissiyasına təkrar yoxlanışa çağırmışlar. Həmin zaman komissiyanın yaxınlığında olan çayxanada təsdüfən qaynı Əliyev Nöfəl tərəfindən Təqsirləndirilən şəxslə tanış olmuş və həmin vaxt Təqsirləndirilən şəxs ona təqaüdünün bərpasını tanışları vasitəsi ilə edə biləcəyini demişdir. Bununla bağlı Yaşar adlı şəxslə maraqlandıqda o yüksək yerlərdə tanışları olduğunu onların vasitəsi ilə bunu edə biləcəyini demişdir. Həmin yerdə onlar bir-birlərinə əlaqə nömrələrini vermişlər. Oradan qayıtdıqdan sonra Yaşar ona zəng edərək bir neçə dəfə təqaüdü ilə bağlı soruşduqda hələ bərpa edilmədiyni bildirmişdir. 2022-ci ilin dekabr ayında Göygöl rayonu Üçütəpə kəndi ərazisində yerləşən Şahid3 məxsus fermada çobanlıq etdiyi zaman bacanağı Şahid1 yanına gəldikdə ondan Yaşar barəsində soruşmuş. Şahid1 ona Yaşarı tanıdığını və onun təqaüdünü bərpa edə biləcəyini bildirmişdir. O, bundan sonra 2023-cü ilin fervral ayında Yaşarla əlaqə saxlayaraq onunla Göygöl şəhəri, İcra hakimiyyətinin arxasında yerləşən ünvanda çayçıda görüşmüşdür. Həmin yerə onunla birlikdə Şahid1 və qohumu Mübariz adlı şəxs də gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evdə tək olmuşdur. Orada ona dayandırılmış təqaüdünü tanışları vasitəsi ilə düzəldəcəyini, bunun qarşılığında 5000 (beş min) manat pul verməli olduğunu bildirmiş, o isə Yaşarla razılaşmışdır. Bir müddət sonra isə 1900 manat pulu özü fermada olduğu üçün ferma sahibinin qudası Famil Atayev vasitəsi ilə qohumu Daşqına göndərməklə Təqsirləndirilən şəxs çatdırmasını istəmiş, Şahid1 həmin pulu Famildən qəbul edərək 2023-cü ilin mart ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Göygöl rayon ərazisində görüşməklə Təqsirləndirilən şəxs verməsini sonuncu ilə telefon əlaqəsi saxlayaraq bildirmişdir. Yaşar həmçinin qalan 3100 manat pulu da tez bir zamanda göndərməyəcəyi təqdirdə pulunun batacağını, pulu tam şəkildə verməli olduğunu demişdir. Bundan sonra ferma sahibi Şahid3 2100 manat borca pul almış, öz heyvanlarından sataraq 1000 manatda özü düzəltməklə ümumilikdə əlinə 3100 manat pul torparlamış, həmin pulu Təqsirləndirilən şəxs ona göndərmiş olduğu özünə məxsus kapital banka məxsus kart hesabına göndərməsi üçün müdiri Şahid3 xahiş etmiş, Şahid3 həmin pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən terminal vasitəsi ilə X4 məxsus son rəqəmləri 4103-9441 nömrəli kart hesabına göndərmiş, çeklərini ona vermişdir. Təqsirləndirilən şəxs 3 ay ərzində təqaüdünün düzələcəyini ona demiş, Daşqın isə birlikdə söhbət etdikləri zaman əsas işin düzəlməsini 1 ayda artıq olmasını Yaşara demişdir. Bundan sonra Yaşar müxtəlif tarixlərdə onu Bakı şəhərinə əlillərin bərpası mərkəzinə aparıb geri qaytarmışdır. Buna səbəb isə bir neçə dəfə mobil nömrəsinə həmin yerə getməsi ilə bağlı gəlmiş çağırış mesajları olmuş, Yaşar bunu özünün etdiyini bildirmişdir. Lakin müddət keçdikdə işin alınmaması onda şübhələr oyatdığı üçün Yaşardan nə baş verdiyini soruşduqda Yaşar yenidən mesaj gələcəyini demişdir. Sonuncu dəfə 18 yanvar 2024-cü il tarixdə Yaşarla birlikdə Bakı şəhərinə getmişlər. Yaşar kənarda dayanaraq ondan əlillərin bərpa mərkəzinə girməsini istəmiş, o içəri keçib müayinədən keçdikdən sonra çıxmış və Yaşar 21 gün ərzində təqaüdü bərpa olunacağını bildirmişdir. Həmin müddətdə keçdikdən sonra Yaşarla əlaqə saxlamaq istəsə də Yaşar ona cavab verməmişdir. Onunla danışaraq pulunu istədikdə isə işinin alınacağını bildirərək onu yubatmışdır. Əlavə olaraq bildirdi ki, Yaşar ona 3-4 aya, yəni 2023-cü ilin may ayına qədər təqaüdünü düzəldəcəyini demişdir. Yaşar ona kimin vasitəsi ilə işi düzəldəcəyini deməmişdir. O, telefon vasitəsi ilə Yaşarla əlaqə saxlayaraq terminal vasitəsi ilə göndərilmiş pulun onun kartına çatmasını soruşmuş, Yaşar isə 3100 manatın onun kartına gəlməsini təsdiqləmişdir. Yaşar ona dediyi 3-4 ay müddət keçdikdən sonra onunla dəfələrlə əlaqə saxlamış, Yaşar ona yalan vədlər verərək işin düzələcəyini demişdir. Yaşar ona dəymiş ziyanı tam şəkildə ödəmiş, onun Yaşardan heç bir şikayət və tələbi yoxdur və onlar barışmışlar. O, Yaşarı bacanağı vasitəsi ilə tanımış, bacanağı onları tanış edənə qədər Yaşarı tanımamışdır. Şahid1 onun bacanağıdır və Daşqın Yaşarın pensiya düzəltmək və bərpa etmək işləri ilə məşğul olmasını ona inandırmışdır. Daşqın Yaşarın onun pensiyasını düzəldə biləcəyini ona demişdir. O, Yaşarla Göygöl rayonunda görüşən zaman Yaşar ona pensiyasının 3-4 aya düzəlməsini demişdir. O, Yaşara pulu iki dəfəyə vermişdir. Yaşar ona pulların kimə çatacağını deməmişdir. Yaşar onun işini 2023-cü ilin iyun ayına qədər düzəldəcəyini demiş və o həmin müddətə qədər gözdəmişdir. Həmin müddət keçdikdən sonra Yaşarla dəfələrlə əlaqə saxlasa da, Yaşar ona yalan vədlər verərək işi alındıracağını demiş, lakin 2024-cü ilin yanvar ayına qədər gözləsə də Yaşar işini düzəltməmişdir. 2024-cü ilin yanvar ayından sonra 2-3 ay Yaşarla əlaqə saxlamaq istəsə də, Yaşar onun zənglərini açmamış və bundan sonra məcbur olub polisə müraciət etmişdir. O, polisə müraciət edəndən sonra Yaşar ona 4000 mantı qaytarmışdır. O, 4000 manat pulunu Polis vasitəsi ilə almışdır. Belə ki, Yaşar 4000 manatı polisə vermiş və polis həmin 4000 manatı ona qaytarmışdır. Cinayət işi başlayan vaxt Yaşarın ona 1000 manat verəcəyi qalmışdır. İstintaq gedən zaman Yaşar ona qalan 1000 manatı da ödəmişdir. O, ilk dəfə Yaşarla Bakıda olan zaman çayçıda tanış olmuşdur. Onlar yəni o, Yaşar, Daşqın və Mübariz Göygöl rayonunda görüşən zaman Yaşar ona 5000 manat müqabilində pensiya işini düzəldəcəyini demişdir. Yaşar 5000 manat pulu ondan bütöv şəkildə şəkildə istəmiş, lakin o qədər pulu olmadıqdan o işlədiyi fermanın sahibi Zakirdən 1900 manat istəmiş və ferma sahibinin qudası Famil həmin pulu bacanağı Daşqına vermiş, Daşqın isə həmin pulu avtomobillə Yaşara göndərmişdir. Bacanağı Daşqın ona 1900 manat pulun Yaşara çatmasını bildirmişdir. 1900 manatı göndərəndən təxminən 20 gün sonra Zakir terminal vasitəsi ilə Yaşar göndərdiyi karta 3100 manatı vurmuşdur. O, Yaşarla telefon vasitəsilə danışan vaxt, Yaşar ona 3100 manat pulun ona çatmasını bildirmişdir. 2024-cü ilin yanvar ayında müayinədən keçmiş və həmin vaxt Bakıya gedən zaman Yaşar onunla getmiş, lakin o müayinədən tək keçmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Yaşardan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Onu bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Bəhrəm oğlu ifadəsində göstərdi ki, döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq səhhətində yaranmış problemlər səbəbindən ona 2-ci qrup əlillik təyin edilmiş, 2021-ci ilin fevral ayınadək əlilliklə əlaqədar olaraq pensiya almağa davam etmiş, 2021-ci ilin fevral ayında əlilliyə görə ona verilən pensiya dayandırılmış, həmin pensiyanın bərpa edilməsi üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, pensiyası bərpa edilməmişdir. 2022-ci ilin iyun ayında Bakı şəhərində qohumunun yas mərasimində iştirak edərkən, Göygöl rayonunda yaşayan və uzun illərdir tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmış və onunla eyni masada əyləşmişdir. Yaşarla söhbət zamanı əlilliyə görə pensiyasının dayandırılmasını dedikdə, Yaşar ona “əgər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 3000 manat pul çatmasa, sənin sənədlərinə qol çəkməyəcəklər, pensiyanı da verməyəcəklər” demiş, o isə Yaşara “əgər alınarsa, pul verərəm, necə yoluna qoya bilərəm?” dedikdə, Yaşar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini nəzərdə tutub “mənim orada adamım var, 5000 manat verərsən, iki həftəyə məsələni həll edərəm” demiş, o isə Yaşarı uzun illərdir tanıdığı üçün onun sözlərinə inanıb onun təklifi ilə razılaşmışdır. Təxminən 2 ay sonra Yaşarla Göygöl rayonunda görüşmüş və həmin vaxt Yaşar ona pensiyasını bərpa etmək üçün tanışı olmasını və həmin tanışının vasitəsi ilə onun işini həll edə biləcəyini demişdir. Yaşar ona işinin həll olunmasına görə ondan 5000 manat istəmiş, o isə Yaşarla razılaşmışdır. Yaşar ona Bakıya gedib həmin adamla görüşüb danışaraq işibin alınıb-alınmaması ilə bağlı bir məlumat əldə etdikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Yaşar gedəndən sonra onunla əlaqə saxlamış, işini həll edə biləcəyəcəyini və 5000 mamat pulu onun kartına göndərməsini demişdir. Yaşar ona işin tez bir müddətdə həll olunacağını demişdir. 21 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edib “kart atıram, pulu vur karta, gedim sənin işini danışım həll edim” deyərək “whastapp” vasitəsilə "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “416974******7880” nömrəli bank kartını şəklini ona göndərmiş, o isə həmin gün saat 19:05-də Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Balmart market”də quraşdılımış ödəmə terminalından hər dəfə 1400 manat olmaqla, iki dəfəyə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pul göndərmişdir. Qeyd edilən məbləğdə pulu Təqsirləndirilən şəxs göndərməsini təsdiq edən qəbzin surətini izahatına əlavə etmişdir. Təqsirləndirilən şəxs pensiya təyin etdirməsi üçün ona 5000 manat verəcəyi barədə razılığa gəldikləri üçün həmin gün Yaşara 2800 manat pul göndərdikdən sonra qalan 2000 manat məbləği borc kimi əldə etmək məqsədilə Bakı şəhərində yaşayan qardaşı X6 zəng edib 2000 manat borc istəmiş, bundan sonra istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib qardaşı Ferozun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermiş və həmin mobil nömrəyə zəng edərək qalan 2000 manatı ondan götürməsini demişdir. X11 həmin pulu hansı məqsədlə əldə etmək istəməsini və Təqsirləndirilən şəxs verəcəyi barədə məlumat verməmişdir. 22 iyun 2022-ci il tarixdə səhər saat 11 radələrində istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs zəng edib 2000 manat pulu qardaşından götürübgötürməməsini soruşmuş, Yaşar isə ona qardaşının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ramana kəndində yerləşən evdə qardaşı ilə görüşüb pulu ondan almasını və bir neçə günə işi həll edəcəyini bildirmişdir. Keçən müddət ərzində mütəmadi olaraq Yaşarla əlaqə saxlamış, Yaşar isə ona narahat olmamasını, qısa müddətdə məsələnin həll olunacağını demişdir. 2022-ci ilin avqust ayının sonlarında yenidən Yaşara zəng edib əgər işi alınmırsa, pulunu qaytarmasını demiş, Yaşar isə ona Nailənin telefon nömrəsini göndərmiş və işini Nailə ilə maraqlanmasını bildirmişdir. Yaşarla danışdıqdan sonra həmin nömrəyə zəng etdikdə özünü Nailə adı ilə təqdim edən, sonradan isə Şahid4 olması ona məlum olan qadın işini tez bir zamanda həll edəcəyini bildirmiş, lakin bir-iki ay gözləsə də nə Təqsirləndirilən şəxs, nə də Şahid4 ona verdiyi vədə əməl etməmişlər. 2024-cü ilin may ayının əvvəllərində Şahid4 ona zəng edib “təcili 2400 manat pul göndər, sənin məsələn həll olunur, pul lazımdır” demiş və "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “4169-7388-6171-6474” nömrəli bank kartının şəklini ona göndərmiş, o isə Nailənin sözlərinə inanaraq Göygöl şəhərində yaşayan tanışı Fikrət Şükürovdan 2360 manat borc pul almış və 10 may 2024-cü il tarixdə saat 14 radələrində Göygöl şəhəri, S. Vurğun küçəsində yerləşən “Oba” marketdən ödəmə terminalı vasitəsilə Şahid4 ona göndərdiyi bank kartına 2000 (iki min) manat, 27 may 2024-cü il tarixdə saat 09 radələrində isə 360 (üç yüz altmış) manat pul göndərmiş, lakin keçən müddət ərzində Şahid4 ona verdiyi vədə əməl etməmiş, hər dəfə ona zəng edib pulunu geri qaytarmasını tələb etdikdə isə tezliklə ona pensiya veriləcəyini deyib onu aldatmışdır. Əlavə olaraq bildirdi ki, 4800 manatı verəndən sonra əlavə olaraq Nailə adlı xanıma işin həll olunmasına görə 2360 manat pul göndərmişdir. Nailə adlı şəxsin nömrəsini ona Yaşar vermişdir. Yaşar Nailənin nömrəsini ona ataraq onun işini həll edən şəxsin Nailə olmasını və hər hansı sualı varsa Nailə ilə əlaqə saxlamasını bildirmişdir. O, Nailə ilə əlaqə saxlasa da Nailə ona yalan vədlər verərək işin həll olunmasını uzatmış, lakin nəticə olaraq onun işini həll etməmişdir. Onun Nailəyə 2360 manat göndərməsindən Yaşarın heç bir xəbəri olmamışdır. O, Yaşara 4800 manatı verəndən təxminən 2 ay sonra ortalığa Nailə çıxmışdır. Həm Yaşar həm Nailə ona işinin həll olunmasına görə 3000 manat Sahil Babayevə çatacağını və ortada qalan 2000 manatın isə Nailənin haqqı olmasını demişlər. Ona dəymiş ziyan Yaşar tərəfindən ödənilmişdir. Yaşara ilkin mərhələdə 4800 manat pul vermişdir. Yaşar ona Nailənin telefon nömrəsini vermiş, Nailə ilə telefon vasitəsi ilə əlaqə saxlamış və Nailə ona 4800 manatın Yaşar tərəfindən ona verilməsini bildirmişdir. O, Nailəyə 2360 manat pul göndərmiş, lakin həmin 2360 manatdan Yaşarın xəbəri olmamışdır. Ümumiyyətlə Nailə adlı şəxsi görməmiş və onu tanımamışdır. Yaşarla Bakıda yas yerində olarkən Yaşar pul çatdırmasa pensiyasının düzəlməyəcəyini demişdir. Həmin vaxtı Yaşar tanışı olmasını və onun işini 5000 manata həll edə biləcəyini bildirmiş, lakin Yaşar həmin adamın adını çəkməmişdir. O, 2800 manatı Yaşarın kartına vurmuş və həmin günü 2000 manatı Yaşar gedib qardaşı Ferozdan almışdır. O, 4800 manat pulu Yaşara bir günün içində vermişdir. Yaşar həmin pulun kimə çatacağını ona deməmiş və heç bir ad çəkməmişdir. Yaşar işi düzəldən adamın yəni tanışının harada işləməsini ona deməmişdir. Yaşara 4800 manatı 21 iyun 2022-ci il də vermişdir. O, Yaşara 4800 manatı verəndən təxminən iki ay sonra Nailənin adını vermiş və həmin pulu Nailəyə verməsini demişdir. O, pulu verəndən sonra tez-tez Yaşarla əlaqə saxlamış və Yaşar pulu işi həll edən adama çatdırdığını demişdir. Yaşar ona Nailənin harada işləməsini deməmişdir. X16 Babayevin əmisi qızı olmasını demişdir. Nailənin telefon nömrəsini ona Yaşar vermiş və onunla əlaqə saxlamasını demişdir. Yaşar ona 4800 manatın hamısını Nailəyə verməsini demişdir. Onların hər üçü “whatsapp” vasitəsi ilə konfrans yaradaraq görüntülü dəfələrlə danışmışlar, lakin Nailə üzünü göstərməmiş, onlar yalnız onun səsini eşitmişlər. Nailə ilə telefon vasitəsi ilə əlaqə saxlayan vaxt, Nailə ona Yaşarın 4800 manatı ona çatdırmasını bildirmişdir. 2024-cü ilin avqust və sentyabr ayında Nailə ona zəng vuraraq işin həll olunması üçün əlavə 3000 manat lazım olduğunu demiş, o isə o qədər pulunun olmadığını demiş, lakin Nailə ona “mənim 600 manatım var onu sənin əvəzinə verərəm sonra qaytararsan, ancaq 2400 mantı düzəlt mənə göndər” demişdir. Bundan sonra dostundan pul almış, həmin 2360 manat pulu iki dəfəyə Nailəyə göndərmiş və Nailə pulun ona çatmasını bildirmişdir. Ona Nailənin şəxsiyyət vəsiqəsinin şəklini Qasım adlı tanışı atmış və o, Nailənin üzünü həmin əldə etdiyi şəxsiyyət vəsiqəsində görmüşdür. Yaşar ona Nailənin harada işlədiyini deməmişdir. Polislərin araşdırması nəticəsində ona Nailənin moykada işləməsi məlum olmuşdur. Yaşarın bu işlə bağlı heç bir maddi marağı olmamış, Yaşar ona yoldaşdıq namina köməklik etmişdir. O, pulu Yaşara verdiyi üçün həmin pulu Yaşardan tələb edir. Nailə ilə heç vaxt görüşməmişdir. Nailə ona telefon vasitəsi ilə Yaşarın 4800 manatı ona verməsini demişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Onu bağışlamışdır. Məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, onun bacanağıdır. Təqsirləndirilən şəxs rayon adamı kimi tanımışdır. Təxminən 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gəldiyi zaman Yaşarı tanıyıb-tanımadığını, onları görüşdürə bilib-bilməyəcəyini soruşduqda tanıdığını bildirmiş və Yaşarla əlaqə saxladıqda Yaşar rayon ərazisində olduğunu, Göygöl rayon İcra Hakimiyyətinin arxasında yerləşən küçələrin birində qohumunun evində olduğunu bildirmişdir. Bundan sonra o, Kamil və bacanağı Mübariz birlikdə sonuncuya məxsus avtomobil ilə qeyd olunan adını xatırlamadığı küçəyə, Yaşarın olduğu ünvana getmişlər və həmin yerdə Yaşarın ünvanında görüşmüşlər. Orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dayandırılmış təqaüdünü bərpa etdirə bilib-bilməyəcəyini soruşduqda Yaşar bunu edə biləcəyini, bunun qarşılığında isə 5000 manat pul verməli olduğunu demiş, Kamil onunla razılaşdıqdan sonra həmin ünvandan çıxmışlar. Təxminən iki gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs çatası 2000 (iki min) manat pulu Famil Atayev adlı şəxslə ona göndərdiyini, həmin pulu götürüb Təqsirləndirilən şəxs verməsini istəmiş, bundan sonra Göygöl şəhər ərazisində Famil Atayevlə görüşmüş və onun verdiyi 2000 (iki min) manat pulu götürmüş və Göygöl rayonu ərazisində yerləşən “Elit” adlı kafenin qarşısında Yaşarla görüşərək Zərərçəkmiş şəxs1 ona təqaüdünü bərpa etdirməsi üçün göndərdiyi 2000 (iki min) manat pulu Yaşara vermişdir. Bundan sonra isə Kamil ilə danışdıqda Kamil Təqsirləndirilən şəxs 3000 (üç min) manat pulu da ödəmə terminalı vasitəsi ilə göndərdiyini bildirmişdir. Bundan bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək təqaüdünün bərpa edilmədiyini, Yaşarın onu aldadaraq pulunu ələ keçirdiyini bildirib onun vasitəsi ilə Yaşara göndərdiyi 2000 manat pulu ona verməsini istəmiş, bununla bağlı Təqsirləndirilən şəxslə əlaqə saxladıqda isə Yaşar Kamil ilə danışdığını və razılaşdıqlarını bildirmiş, lakin sonradan Kamil yenidən onunla əlaqə saxlayıb Yaşara verdiyi pulu ondan istədikdə Yaşara zəng edərək onu götürüb həmin tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi Göygöl rayonu Üçtəpə kəndində yerləşən fermaya gətirib onları görüşdürmüş, həmin söhbət zamanı isə onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dayandırılmış təqaüdünü bərpa edəcəyini, verilmiş pulun isə Yaşarda qalacağı barədə razılaşmışlar. Bu söhbət Zərərçəkmiş şəxs1 ailə üzvlərinin və onun yanında olmuşdur. Sonradan isə Kamil onunla əlaqə saxlayaraq Yaşarın onun təqaüdünü yenidən bərpa etdirmədiyini, Yaşara verdiyi 5000 (beş min) pulu da qaytarmadığını bildirmişdir. Lakin sonradan Kamilin polisə şikayət etməsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təqaüdünün bərpa etdirəcəyi vədi ilə aldığı 5000 (beş min) manat puldan 4000 (dörd min) manatını qaytardığını, 1000 (min manat) pulunu isə qaytarmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, Yaşarın telefon nömrəsini bildirmişdir. Kamil ondan Yaşarın necə adam olduğunu soruşmuş, o isə cavab olaraq Yaşarın rahat adam olduğunu demişdir. Kamil ona artıq Yaşarla razılaşmasını və Yaşarın onun pensiyasını düzəldəcəyini bildirmişdir. Kamil və Yaşarın görüşündə o da iştirak etmiş, lakin nədən danışmaqlarını bilməmişdir. Kamil ona Yaşarın onun işini 4-5 aya həll edəcəyini bildirmişdir. Kamil ona zəng vuraraq 2000 manat pulu Yaşara verməsini demiş, o isə həmin pulu aparıb Yaşara vermiş, lakin Kamillə Yaşar öz aralarında işin hansı qiymətə razılaşdıqlarını bilmir. O, sonradan bilmişdir ki, Kamil Yaşarla işin həllini 5000 manata razılaşıblar. Onu bacanağı Kamil görüşdən sonra bildirmişdir. Yaşara 2000 manat pulu Göygöl rayonunda yerlən Avtovağzal adlanan yerdə vermişdir. Yaşara pulu verdikdən sonra Kamilə zəng vurmuş və 2000 manat pulu Yaşara verməsini bildirmişdir. Kamil Kəlbəcərdə yataqda olduğu üçün ona zəng vuraraq 2000 manat pulu Yaşara verməsini demiş, o isə aparıb vermişdir. Kamil ona sonradan 2000 manatdan əlavə Yaşara 3000 manat verməsini demişdir. Yaşara 2000 manat pulu əlbə-əl vermişdir. Yaşarı 3-5 ildir bir rayon sakini kimi tanıyır və münasibətləri normaldır. O, işdən gələrkən Kamil ona zəng vurmuş və onlara gəlmiş, onlar söhbət edərkən Kamil ondan Yaşarı tanımasını soruşmuş, o isə Yaşarı tanıdığını bildirmişdir. Kamil ona Yaşarla pensiyasının düzəlməsini danışıb razılaşmasını bildirmişdir. Kamil Kəlbəcərdə yataqda olduğu üçün ona zəng vuraraq 2000 manat pulu Yaşara verməsini demiş, o isə aparıb vermişdir. Yaşarın telefon nömrəsi onda olmuşdur. Kamilin Yaşara 3000 manat verməsini sonradan bilmişdir. Yaşarla Kamili 2-3 dəfə görüşdürmüş və Yaşar Kamilin işinin həll olunacağını bildirmişdir. 2000 manatı Yaşara verəndən təxminən 2-3 ay sonra Kamil ona Yaşara 3000 manat terminaldan göndərməsini demişdir. Yaşar 1000 manatı ona verərək Kamilə verməsini demiş, o isə aparıb həmin 1000 manatı Kamilə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Kamil ona zəng vuraraq adını tanımadığı şəxsin ona 2000 manat verəcəyini bildirmiş, həmin 2000 manatı Yaşara verməsini demiş, adını tanımadığı şəxs 2000 manatı ona vermiş, bundan sonra Yaşarla zəngləşərək görüşmüş və həmin 2000 manatı Yaşara aparıb vermişdir. Yaşar Kamilin pulunu qaytarana qədər, Kamil 2000 manatı ondan tələb etmişdir. Yaşar ona 1000 manat verərək həmin pulun Kamilə verməsini xahiş etmiş, o isə həmin 1000 manatı Kamilə vermişdir. Bildiyinə görə Yaşar Kamilə vurduğu ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacanağıdır. Təqsirləndirilən şəxs isə rayon adamı kimi tanıyır. Onunla hərhansı düşmənçiliyi, ədavəti yoxdur. Aralarında heç bir mübahisə olmamışdır. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə yaşadığı ünvanda olduğu zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək onu Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmasını istəmiş. Yolda olarkən digər bacanağı Şahid1lə də götürmüşlər. Onlar Zərərçəkmiş şəxs1 dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini bildirmiş Təqsirləndirilən şəxslə söhbət etmək üçün getdiyini demişlər. O, Kamil və Daşqın Göygöl şəhəri, icra Hakimiyyətinin arxasında yerləşən ünvanlardan birinin qarşısına gəlmişlər, içəri daxil olaraq evdə oturmuşlar. Yaşar həmin zaman evdə tək olmuşdur. Orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dayandırılmış təqaüdünü bərpa etdirə bilib-bilməyəcəyini soruşduqda Yaşar bunu edə biləcəyini bildirmiş, Kamil onunla razılaşdıqdan sonra həmin ünvandan çıxmışlar. Bundan təxminən iki gün sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs təqaüdünün bərpası üçün 2000 (iki min) manat pulu Famil Atayev adlı şəxslə Daşqına göndərdiyini, həmin pulu Daşqının götürüb Təqsirləndirilən şəxs verməsini Daşqının deməsi ilə bilmişdir. Bundan sonra isə Kamil ilə danışdıqda o Təqsirləndirilən şəxs 3000 (üç min) manat pulu da ödəmə terminalı vasitəsi ilə eyni məqsədlə müdiri vasitəsi ilə göndərdiyini bildirmişdir. Bundan bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs1lə danışdıqda Yaşarın onu aldadaraq 5000 (beş min) manat pulunu ələ keçirdiyini, təqaüdünün bərpa edilmədiyini, Yaşarın onun pulunu qaytarmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, Kamil ona sonradan Yaşarla işin həllini 5000 manata razılaşmasını bildirmişdir. Kamil ona işin həllinə görə Yaşara 5000 manat verməsini demişdir. Onlar ilk dəfə görüşərkən Kamil sənədlərini Yaşara göstərmiş, Yaşar isə sənədlərə baxarkən “sənə pensiya düşür” demişdir. Yaşarı cəmi bir dəfə görmüş və onun yanında pul məsələsi barədə heç bir danışıqlar olmamışdır. O, sonradan Kamilin Yaşarla 5000 manata razılaşmasını bilmişdir. Onun yanında heç kim 5000 manata razılaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır. Belə ki, Yaşarla bir məclisdə tanış olmuşlar. O, Yaşardan 4000 manat pul götürmüşdür. Onun yoldaşı yoxdur, himayəsində iki övladı var və eytiyacı olduğu üçün Yaşardan həmin pulu götürmüşdür. Yaşar ona Yaquba pensiya işi ilə əlaqədar kömək lazım olmasını demiş, o həmin işlə maraqlanmış və işi həll etmək mümkün olmamış, lakin Yaşardan pulu götürərək yaxın bir müddətdə qaytaracağını demişdir. Əlavə olaraq bildirdi ki, 2012-ci ildən heç bir yerdə işləmir. Onun əvvəllər məhkumluğu olub. Ona verilmiş ittihamda 7160 manat göstərilsə də, o Yaşardan 4000 manat, Yaqubdan isə 2360 manat almış və ortada qalan 800 manatdan heç bir məlumatı yoxdur. O, Yaşarla görüşən zaman Qasım onlarla olmuş, lakin Yaşardan 4000 manatı pulu əlbə-əl almış və Qasım kənarda durmuşdur. Qasım onların ortaq tanışlarıdır. Qasımın əli həmin pula dəyməmişdir. O, 4000 manat pulu Yaşarın əlindən götürmüşdür. Onun Yaşarla yalnız “salam aleyküm” ləri olmuşdur. Yaşarla Bakı şəhərində görüşmüşdür. Yaşarla bir məclisdə tanış olmuşlar. Həmin məclisdə onlar bir stolda oturaraq tanış olmuşlar. Onun eytiyacı olduğu üçün Yaşardan pul borc almış və Yaşar ona “bir qardaş kimi həmişə qulluğundayam” demişdir. O, 2012-ci ildən bəri heç bir yerdə işləməmişdir. Yaşarla Bakı şəhərində, “Gənclik Moll”un qabağında görüşmüş və həmin vaxt onlar ikisi olmuşlar. Pula eytiyacı olduğu üçün Yaşar ona 4000 manat pul vermiş, həmin vaxt Yaquba pensiya işi ilə bağlı kömək lazım olması barədə söhbət düşmüş və o maraqlanacığını bildirmişdir. Yaşarı Bakı şəhərində “Gənclik Moll”un qabağında görüşə o dəvət etmiş və onlar çöldə görüşmüşlər. Görüş zamanı Yaşara 4000 manata eytiyacı olduğunu demiş və Yaşar ona 4000 manatı bir dəfəyə vermişdir. Söhbət zamanı Yaşar ona dostu Yaquba pensiyasının bərpa olunması ilə bağlı kömək lazım olmasını demiş, o isə Yaşara “dəqiq bilmirəm, ancaq maraqlanaram” demişdir. O, tanışlarından maraqlanmış və ona bu işi həll etməyin mümkün olmamasını bildirmişlər və həmin məlumatı Yaşara bildirmişdir. O, 4000 manatdan başqa Yaşardan pul almamışdır. Onun eytiyacı olduğu üçün Yaqubdan əlavə 2360 manat almışdır. Yaquba onun nömrəsini Yaşar vermiş və Yaqub onunla əlaqə saxlamışdır. Yaqub ona zəng vuraraq ona Mətanət kimi müraciət etmişdir. O, Yaqubla “whatsapp” vasitəsi ilə yazışmışdır. O, Yaqubla danışaraq və yazışaraq onun işini həll olunmasını demişdir. Yaqub 2360 manatı onun kartına atmış, həmin kart öz adına olmuşdur. Yaşardan 4000 manatı alandan təxminən 1 il sonra Yaqubdan 2360 manatı almışdır. Yaşarın barəsində cinayət işin başlanmasından xəbəri olmuş, Yaşar ona Yaqubun polisə şikayət etməsini və təcili olaraq onun pulunu qaytarmaq lazım olmasını bildirmişdir. O, Yaqubdan hər hansısa sənəd qəbul etməmiş, yəni ona Yaqubun xəstəliyi ilə və ya əlilliyi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. O, Yaqubun işini maraqlanmaq üçün yalnız onun şəxsiyyət vəsiqəsini götürmüşdür. O, Yaşardan 4000 manat, Yaqubdan isə 2360 manat pul almışdır. Yaquba zəng vuraraq, eytiyacı olduğu üçün ondan borca 2400 manat borc istəmiş, Yaqub ona 2000 manat bir və 360 manat bir göndərmişdir. Yaqub ona 2360 manatı göndərdikdə öz işini maraqlanmış, o isə Yaquba işinin həll olunmasının mümkün olmadığını demişdir. Yaxın ərəfələrdə Yaqub ona 2360 manatı verəndən sonra ondan işinə görə Yaşarın ona 4800 manat verməsini soruşmuş, o isə Yaquba Yaşarın ona 4000 manat borc verməsini demişdir. Qasım işıq idarəsində mühəndis işləyir. O, heç kimə və heç vaxt Sahil Babayevin qohumu olduğunu deməmişdir. Yaşarı iki ildən artıqdır ki, tanıyır. Yaşarla cəmi 2-3 dəfə görüşmüşlər. Yaşar ona Yaqubun işinin həll olunması ilə bağlı müraciət etmişdir. Onun Yaşara 4000 manat verəcəyi var. Yaşarla tanış olduğu məclisdə Qasımda olmuşdur. Həmin məclisdən sonra Yaşar ona bir neçə dəfə zəng vurmuşdur. Yaşar onun heç bir yerdə işləmədiyini bilmişdir. Yaşar onun moykada işləməsini bilməmişdir. O, Qasımı təxminən 3-4 ildir tanıyır və Qasımı Yaşardan qabaq tanımışdır. Qasım onun heç bir yerdə işləmədiyini bilmişdir. O, Yaşarla görüşən zaman Qasım onunla olmuş, lakin Yaşardan 4000 manatı pulu əlbəəl almış və Qasım kənarda durmuşdur. Qasımın əli həmin pula dəyməmişdir. Yaşar ona zəng vuraraq Bakı şəhərində, “Gənclik Moll” un qabağında görüşmələrini təklif etmişdir. Görüşməzdən təxminən bir həftə qabaq onun pula eytiyacı olduğu üçün Yaşara zəng vurmuş və borc pul istəmiş, Yaşar isə ona kömək edəcəyini bildirmişdir. Onlar təxminən günorta saat 15 radələrində Bakı şəhərində, “Gənclik Moll” un qabağında görüşərkən Yaşar ona borca 4000 manat pul vermişdir. Yaşar ona 4000 manat pulu borc verərkən dostu Yaqubun pensiyasının kəsilməsini və onun pensiyasının bərpasına köməklik etməyin mümkün olmasını soruçmuş, o isə dost tanışdan maraqlanacağını demişdir. O, dost tanışdan maraqlansa da ona Yaqubun işini həll etməyin mümkün olmadığını bildirmişlər və bu məlumatı o həm Yaşara, həm də Yaquba demişdir. Onun Sosial Müdafiə Fondunda heç bir tanışı və əlaqələri yoxdur. O, Yaqubdan 2360 manat pul almışdır. Onun səhhətində qadın problemləri olduğu üçün Yaqubdan pulu almışdır. Yaqub onunla əlaqə saxlayan vaxt, Yaquba işini həll edəcəyini deməmiş, lakin onun işinin həll olunub-olunmasını maraqlanmasını demişdir. Yaqubdan və Yaşardan götürdüyü pullardan heçnə qaytarmamışdır. Yaşardan 4000 manat, Yaqubdan isə 2360 manat almış və ortada qalan 800 manatdan heç bir məlumatı yoxdur. Yaşar əvvəlcədən onun heç bir yerdə işləmədiyini bilmişdir. O, Yaşardan aldığı 4000 manat pulu borc kimi almış, Yaqubun işini həll etmək adı ilə almamışdır. Yaşar ona 4000 manat pulu borc kimi vermişdir. Yaşar ona 4000 manat pulu borc verən vaxt, Yaşarın həmin pulu Yaqubdan işi həll etmək məqsədi ilə götürməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, Kamil onun fermasında özü də heyvan saxlamaqla işləmişdir. Təqsirləndirilən şəxs isə tanımamışdır. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı şəxsin onun dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə vəd verməklə 5000 (beş min) manat pul istədiyini, bununla bağlı Yaşarla danışaraq razılaşdığını bildirmişdir. Həmin pulun 1900 manatını həmin zaman fermada olan qudası Famil Atayevin vasitəsi ilə Göygöl şəhərində yaşayan bacanağı Şahid1 çatdırması üçün göndərmiş, Şahid1 isə həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan Kamil ona Yaşar adlı şəxsin yerdə qalan pulu da təcili çatdırmalı olduğunu bildirərək ondan 2100 manat borc pul istəmişdir. O, isə yanında işlədiyi üçün Kamilə 2100 manat pulu vermişdir. O həmçinin öz heyvanlarından sataraq 1000 (min) manat da pulu özünün düzəltdiyini bildirmişdir. Həmin pulu isə fermadan çıxa bilmədiyi üçün terminal vasitəsi ilə göndərməsi üçün ona vermişdir. O, xx.xx.2023-cü il tarixdə 3100 manat pulu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərmiş olduğu sonu 4103 9441 olan kart hesabına göndərmişdir. Qəbzləri isə Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Kamil ilə danışdıqda o təqaüdünün düzəlmədiyini, işin yubandığını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun 5000 (beş min) manat pulunu Təqsirləndirilən şəxs dayandırılmış təqaüdünü bərpa etdirəcəyi adı ilə alaraq aldatdığını, təqaüdün düzəlmədiyini, pulunun isə Yaşarın qaytarmadığını, Zərərçəkmiş şəxs1 bu barədə polisə şikayət etməsini bilmişdir. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pensiyasının bərpası üçün ondan 5000 manat pul istəməsini ona bildirmişdir. Zərərçəkmiş şəxs1 ona kart hesabı vermiş və həmin kart hesabına pul köçürməsini xahiş etmiş, o pulu terminal vasitəsi ilə Zərərçəkmiş şəxs1 dediyi kart hesabına göndərmiş və çekləri Zərərçəkmiş şəxs1 özünə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 ona kart hesabı verərək, həmin kart hesabına pul göndərməsi xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi kart hesabına 3100 manat pulu 2023-cü ilin mart ayında göndərmişdir. Zərərçəkmiş şəxs1 ona pulun pensiyasının bərpası üçün lazım olmasını bildimişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-in 213.1.1ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İB-nə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınnışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsvisi hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduğu zaman şübhəli şəxs qismində saxlanılması üçün Göygöl RPŞ-nin MSY-ə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin CAB-na göndərilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatının təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs(lər) müəyyən olunmadığına görə dayandırılması, qərarın sürətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş şəxsin könüllü gəlib təqdim olunması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və raportdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə barəsində barəsində axtarış elan edilmiş iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:50-də Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. Odur ki, Təqsirləndirilən şəxs adına Göygöl RPŞ-nin CAB-da açılmış axtarış işinin icraatına xitam verilməsi xahiş edilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsin barəsində qətimkan tədbiri seçilməklə şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən – Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində başa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilməsi və sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə cinayət prosesində şübhəli şəxs qismində tanınması, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməklə onunla şübhəli şəxs qismində zəruri istintaq hərəkətləri keçirilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və cinayət işinin nömrəsinin ********* olaraq saxlanması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnın barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. “Üzləşdirmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilkin olaraq onda adını vermədiyi tanışları olmasını onların vasitəsi ilə təqaüdünün bərpa edilməsinə təsir imkanının olmasını bildirərək 5000 (beş min) manat pulun müqabilində dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə vəd verdiyini, həmçinin təqaüdü bərpa olunmadığı zaman Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncunun onu Nailə adlı qadınla əlaqələndirməsini, həmin vaxta qədər Nailə adlı qadının bu işi görməsindən məlumatsız olmasını, sonradan Nailənin istəməsi ilə 2360 (iki min üç yüz altmış) manat pulu Nailənin göndərdiyi kart hesabına eyni işin həll olunması üçün göndərdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirməsi xüsusatı ilə bağlı Şahid4 əlaqəsi yoxlanılması, Təqsirləndirilən şəxs dayandırılmış təqaüdlərin bərpasına təsir etmək imkanına malik olduğunu, yüksək vəzifədə işlədiklərini bildirdiyi tanışlarının dairəsinin müəyyən olunaraq kimlikləri barədə istintaq bölməsinə məlumat verilməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən alınmış məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dayandırılmış təqaüdü bərpa etdirmək üçün təsir imkanına malik olduğu yüksək vəzifədə işləyən tanışlarının olmadığı, sonuncunun belə bir təsir imkanına malik olmadığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Məhəmmədəli olaraq adını bildirdiyi şəxsin mövcud olması müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid4 heç bir vəzifə tutmadığı, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.3, 178.2.4, 308.1-ci maddələri ilə məhkum edilmiş şəxs olması, Təqsirləndirilən şəxs sonuncu ilə əlbir olaraq Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi müəyyən edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndiriməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə elan edilmiş ittihamdan sonra iş üzrə aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən 11 dekabr 2024-cü il tarixli ittihamın qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Şahid4 müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 vǝ 178.2.4-cü maddəsi ilə ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilərək istintaq aparılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bəhrəm oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından onların barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alınmaması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Şahid1 ilə göndərdiyi pulun məbləği 1900 manat (min doqquz yüz), həmçinin Zərərçəkmiş şəxs1 tapşırığına əsasən Şahid3 İsrafil oğlunun Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış 2343-7544-4103-9441 olan kart hesabına göndərmiş olduğu pulun məbləğinin 3100 (üç min yüz) manat olaraq götürülməsi, cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətinin protokolları, zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş qəbzlərin surətləri, digər istintaq hərəkətləri protokolları, təkzibedilməz istintaq sənədləri sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Şahid4 müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi, həmçinin cinayət işin olan araşdırılması zəruri olan digər xüsusatlara qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və ibtidai istintaq aparılması üçün icraata götürülməsi, ********* nömrəli cinayət işinin istintaq materiallarından sənədlərin sürətləri çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1971-ci il tarixdə andan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər narkoloji mərkəzi PHŞ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər psixonevroloji dispanserdən alınmış arayışla Təqsirləndirilən şəxs Bakı şəhər psixonevroloji dispanserdə qeydiyyatda olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 159 saylı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-il tarixli, 1(066)-72/2025 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il qərarında göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Həmin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini 2023-cü ilin mart ayında 5000 (beş min) manat pulunu ələ keçirməklə törətmişdir. Yəni həmin şəxsə qarşı törədilmiş cinayət əməlinin törədildiyi gündən üç ilə yaxın müddət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti əməlini 2023-cü ilin mart ayında də törətdiyindən və həmin vaxtdan da 2 ildən artıq müddət keçdiyindən törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, təqsirləndirilən şəxsin əməli CM-in 178.1-ci maddəsi sanksiyasında qiymət verilməli və həmin epizod üzrə işə xitam verilməlidir. Bundan başqa məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə Zərərçəkmiş şəxs2 Nailə İsgəndərova ilə əlbir olaraq alınan 7160 manat pulun 800 manat hissəsinin ona çatmasını, həmin xüsusatı məhkəmədə digər təqsirləndirilən şəxs Nailə İsgəndərovanın da təsdiq etməsini, zərərçəkmiş şəxslərlə barışdığından və 25% dövlət nəfinə ziyanın ödənilməsi barədə ödənişi nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ərizəsi ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs2 və Şahid4 məhkəmə iclasında tədqiq olunmuş bir-birini tamamlayan ifadələrindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs "xxxx" ASC-də adına qeydiyyata alınmış özünə məxsus “416974******7880” nömrəli bank kartını 21 iyun 2022-ci il tarixdə saat 19:05-də Göygöl şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “Balmart market”də quraşdılımış ödəmə terminalından hər dəfə 1400 manat olmaqla, iki dəfəyə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pul göndərmiş, həmçinin 2000 manat məbləği borc kimi əldə etmək məqsədilə Bakı şəhərində yaşayan qardaşı X6 zəng edib 2000 manat borc istəmiş, bundan sonra istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib qardaşı Ferozun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermiş və həmin mobil nömrəyə zəng edərək qalan 2000 manatı ondan götürməsini demiş və ümumilikdə Təqsirləndirilən şəxs 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 Şahid4 2360 manat pul göndərmiş, lakin həmin 2360 manat məbləğində puldan Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid4 ifadəsində göstərmişdi ki, verilmiş ittihamda 7160 manat göstərilsə də, o Yaşardan 4000 manat, Yaqubdan isə 2360 manat almış və ortada qalan 800 manatdan heç bir məlumatı yoxdur. Yaşarı Bakı şəhərində “Gənclik Moll”un qabağında görüşə o dəvət etmiş və onlar çöldə görüşmüşlər, görüş zamanı Yaşara 4000 manata eytiyacı olduğunu demiş və Yaşar ona 4000 manatı bir dəfəyə vermişdir. O, 4000 manatdan başqa Yaşardan pul almamışdır. Onun eytiyacı olduğu üçün Yaqubdan əlavə 2360 manat almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Göründüyü kimi Zərərçəkmiş şəxs2 ələ keçirilmiş 7160 (yeddi min yüz altmış) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə, verdiyi vədlərə əməl etməyərək həmin pul məbləğini qrupun üzvü Şahid4 ilə arasında bölməklə zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etməsi epizodu üzrə dələduzluq yolu ilə ələ keçirilmiş məbləğin cəmi 800 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi epizodu üzrə vurduğu zərərin həcmi 800 manat kimi əsas götürülməklə payı müəyyən edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, açılmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan dəymişdir. Hazırda onlar barışmışlar, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələckdə də bu barədə şikayət və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, açılmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan dəymişdir. Hazırda onlar barışmışlar, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələckdə də bu barədə şikayət və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi epizodu üzrə vurduğu zərər payına düşən hissəsi 800 manatın iyirmi beş faizi yəni 200 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini tamamilə ödəməsi, hazırki əməli törətməmişdən əvvəllər cinayət məsuliyyətindən və cəzadan azad olunmaması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 (iyirmi iki) saat 30 (otuz) dəqiqə vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 162.5 (bir yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Zərərçəkmiş şəxs1 münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 162.5 (bir yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-25/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-25/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver