Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-26/2024 04.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə ER Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu Cəmilli kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Zurnabad kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə saat 01 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Göygöl şəhər avtovağzalında şəxsi münasibətlər zəminində arvadı - Zərərçəkmiş şəxs qısqanclıq niyyətilə Gəncə şəhərində başqa kişi ilə yaşadığını deyərək sonuncunun doğmaları olan az yaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü Şahid2, xx.xx.2010-cu il təvəllüdlü Şahid1 və xx.xx.2016-cı il təvəllüdlü Elcan Vəliyevin gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, qəsdən aşkar surətdə köməksiz vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs yerə yıxaraq, sonuncuya sol diz oynağının hemartrozu, ön çarpaz bağın qopması, sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşaiyət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutalan cinayətlərə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən xüsusi amansızlıqla sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2004-cü ilin dekabr ayında Günəşlə ailə həyatı qurmuş, birgə nigahdan dörd övladları vardır. 2022-ci ilin təxminən sentyabr ayında arvadı Günəşin gizlin şəkildə mobil telefon işlətdiyini bildiyindən aralarında sözlə mübahisələri olmuş, işdən qayıdanda Günəşin evdə olmadığını görmüşdür. Daha sonra arvadı Günəş Gəncə şəhərində uşaqları Eltac, Gülşən və Dünya ilə birlikdə yaşamağa başlamışlar, lakin rəsmi qaydada boşanmamışlar. O, hətta Günəşin kirayə qaldığı evin pulundan hər ay 100 manat ödəmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı Göygöl rayonu Zurnabad kəndində olan zaman, Günəş üç uşağı ilə birlikdə onun yanına gəlmiş, həmin gün yaşadığı evdə yeyib içmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Günəş Gəncə şəhərinə geri qayıdacağını bildirmişdir. O, gec olduğunu, sabah tezdən getməsini demiş, Günəş isə səhər tezdən işə gedəcəyini, ona görədə indi getməli olduğunu bildirmişdir. Yenə ona qalmasını israr etsə də, Günəş gedəcəyini demişdir. O, yaşadığı kəndə taksi çağırmış və Günəşə demişdir ki, aparıb onları evə düşürüb qayıdacaqdır. Günəş isə onunla getməyəcəklərini, özü uşaqlarla birlikdə gedəcəyini demişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. O, çağırdığı taksi ilə Günəşi və uşaqlarını Göygöl rayon avtovağzalın qarşısına aparıb düşürmüş və taksi sürücüsü çıxıb getmişdir. Həmin vaxt Günəş onunla eyni evdə qalmamasına görə aralarında sözlə mübahisə yaranmışdır. O, mobil telefonda nəsə olduğundan şübhələndiyindən və qızı Dünyanın DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmək istədiyini görüb telefonu çəkib almağa çalışmış, bu zaman aralarında mübahisə başlamış, mübahisə zamanı arvadının ona xəyanət etməsindən şübhələnmiş və həmin mobil telefonu zorla Dünyanın əlindən almaq istəmişdir. Həmin vaxt ona mane olmaq istəyən arvadı Günəşi var gücü ilə vurub, itələmişdir. Arvadı həmin vaxt yerə yıxılmış, xəsarət almışdır. Ona xəyanət etdiyi üçün arvadının yerə yıxılıb xəsarət almasına baxmayaraq, ona hər hansı bir köməklik göstərməyərək, oradan uzaqlaşmışdır. Törətdiyi cinayət əməlinə görə peşimandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasinda zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2004-cü ilin dekabr ayında Elçinlə rəsmi qaydada evlənmişlər. Dörd övladları var. 2013-cü ildən ailədaxili münasibətləri pisləşmişdir. Belə ki, Elçin heç bir səbəb olmadığı halda onun xəyanət etməsini iddia edirək mübahisələr yaratmışdır. Elçin ilə münasibətləri kəskin şəkildə pisləşdiyi üçün 2022-ci ilin iyul ayının 10-dan Elçin ilə rəsmi qaydada boşanmasa da qızları Dünya, Gülşən və oğlu Eltac ilə birlikdə Gəncə şəhərində kirayədə yaşayırlar. Digər oğlu Elşən isə Göygöl rayonu Zurnabad kəndində atası Elçin ilə birlikdə yaşayır. Elçindən ayrı yaşamasına baxmayaraq Elçin onun işlədiyi və yaşadığı yerə gələrək onu narahat edərək, barəsində həqiqətə uyğun olmayan ifadələr işlədib, başqa kişi ilə yaşadığını demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə övladları Dünya, Eltac və Gülşən ilə birlikdə əri Elçinin yaşadığı Göygöl rayonu Zurnabad kəndinə yerləşən evə gəlmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Gəncə şəhərinə geri qayıtmaq istəyəndə Elçin ona gec olduğunu, səhər tezdən getməsini demişdir. O isə işə gedəcəyini, bu səbəbdən indi gedəcəyini bildirmişdir. Elçin onları Göygöl rayon avtovağzalından yola salacağını demiş və onları Göygöl rayon avtovağzalının yanına gətirmişdir. Onlar taksidən düşdükdən sonra Elçin onlarla Gəncə şəhərində kirayə yaşadıqları evə gedəcəyini demiş, o, isə demişdir ki, onların evinə nəyə görə getdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, onlar Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əminə” marketin yan tərəfinə keçmişlər. Elçin onun evdə başqa kişi ilə yaşadığını bildirmiş, orada təxminən 15-20 dəqiqə mübahisə etdikdən sonra o, Gəncə şəhərinə getmək üçün Avtovağzalın qarşısına doğru gəlmişlər. Həmin vaxt o, əsəbiləşib, polisə müraciət edəcəyini demiş, uşaqları Dünya, Gülşən və Eltac yanında olmuşlar. X2rdan əl çəkmədiyini görüb, DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmək istəyərkən Elçin mobil telefonu çəkib almaq istəyən zaman o, Elçinin üzərinə doğru getmiş, Elçin onun çiynindən tutaraq geriyə doğru itələmiş, onu yerə yıxmışdır. O, da pilləkənin üzərindən yerə yıxılıb xəsarət almışdır. Xəsarət alan zaman bərk ağrı hiss etmişdir. Elçin isə onu yerə yıxıb, xəsarət yetirməsinə baxmayaraq, hər hansı bir köməklik göstərməyək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, anası Günəş və atası Elçin arasında narazılıq olduğundan, onlar yəni, anası Günəş, bacısı Gülşən və qardaşı Eltacla birlikdə Gəncə şəhəri Hərbi şəhərcik 38, bina 350, mənzil 45-də yaşayırlar. Digər qardaşı Elşən atası Elçinlə bilrikdə Göygöl rayonu, Zurnabad kəndində yaşayır. Atası Elçin onlar deyən zaman ara-sıra yanlarına gəlib-gedir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə anası Günəş, qardaşı Eltac və bacısı Gülşən ilə birlikdə atasıgilin yaşadığı Göygöl rayonu Zurnabad kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Gəncə şəhərinə geri qayıtmaq istəyəndə atası onlara gec olduğunu, səhər tezdən getmələrini demişdir. Anası isə indi gedəcəklərini bildirmişdir. Atası onları Göygöl rayon avtovağzalının yanına gətirmiş, onlar taksidən düşdükdən sonra atası onlarla Gəncə şəhərində kirayə yaşadıqları evə gedəcəyini demişdr. X4 nəyə görə onların evinə gəlirsən deyə cavab vermiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Atası anası ilə mübahisə edə-edə həmin yerdə yerləşən “Əminə” marketin yan tərəfinə keçmişlər. O da onların yanında olmuşdur. Atası Elçin anasının evdə başqa kişi ilə yaşadığını bildirmişdir. Orada təxminən 15-20 dəqiqə mübahisə etdikdən sonra onlar Gəncə şəhərinə getmək üçün Avtovağzalın qarşısına doğru gəlmişlər. Həmin vaxt anası atası Elçinin ondan əl çəkmədiyinə görə polisə müraciət edəcəyini demişdir. O, atasına anasından əl çəkməsini, anasından nə istəyidiyini demiş, atasının anasından əl çəkmədiyini görüb, mobil telefonla polisə zəng etmək istəyən zaman, atası Elçin mobil telefonu onun əlindən çəkib almaq istəmişdir. Anası da atası Elçinin üzərinə doğru getmişdir. Atası Elçin anasının sinəsindən itələyərək pilləkəndən yerə yıxmış, həmin vaxt anası xəsarət almışdır. Anası pilləkənin üzərindən yerə yıxılıb xəsarət almasına baxmayaraq, atası onlara köməklik göstərməyib, oradan uzaqlaşıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 382 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol diz oynağının hematrozu, ön çarpaz bağın qopması, sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi - bərk küt əşyanın təsiri nəticəsində əmnələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. Həmçinin rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənbi üzərində aşkar edilmiş xəsarətin özünün dediyi şəraitdə, yəni həyat yoldaşının onu itələyərək yerə yıxması nəticəsində əmələ gəlməsi istisna edilmir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. - Göygöl rayonu Zurnabad kənd İƏD-si üzrə nümayəndəliyinin arayışında və xasiyyətnamədə Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Göygöl rayonu Zurnabad kəndində yaşaması, barəsində tərtib olunmuş xasiyyətnamə ilə müsbət yönümdə xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşimançılıq çəkməsini, zərəçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 19 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi həbsdə və 30 dekabr 2023-cü il tarixdən 04 mart 2024-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay 14 (on dörd) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirlmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonu Zurnabad kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İşdə maddi sübut, ekspertia xərci və mülki iddia tələbi yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında 19 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi həbsdə və 30 dekabr 2023-cü il tarixdən ev dustaqlığında olduğu 02 (iki) ay 14 (on dörd) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 ((bir) il 07 (yeddi) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Göygöl rayonun Zurnabad kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-26/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-26/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver