Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-27/2024 24.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Yanşaqbinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Yanşaqbinə kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Aşıqlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs yük avtomobili işlətmək sahəsində təcrübəsi olması və həmin sahədə yaxşı gəlir əldə edilməsi kimi şirnikləndirici sözlərlə inandırdıqdan sonra sonuncunun vəsaiti hesabına iki ədəd “Kamaz” markalı yük avtomobili alacağı və avtomobilləri onunla şərikli işlədəcəyi barədə yalandan vədlər verməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 2022-ci ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı-Qazax magistral avtomobil yolunun Göygöl şəhərindən keçən hissəsində yolun kənarında Zərərçəkmiş şəxs 41500 (qırx bir min beş yüz) manat məbləğində əmlakı etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək zərəçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddia qaldırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək və mülki iddiamı qismən qəbul edərək ifadəsində göstərdi ki, Göygöl rayonu Aşıqlı kəndində ailə üzvlərimlə birlikdə yaşayır, evlidir, 2 övladı var, "xxxx" MMC-də sürücü işləyir. Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır. Rafiq əvvəllər onunla qonşuluqda yaşamışdır. 2016-cı il tarixdə o həyətyanı sahəsində cücə saxlayıb satmışdır. Həmin vaxtlarda Rafiqlə söhbət danışığı zamanı o aylıq 12,5 faizlə pul alıb ona verə biləcəyini, pul lazım olduğu halda ona müraciət etəmisini bildirmişdir. Rafiqin bu sözləri onun ağlına batmış və o aylıq 12,5 faizlə Rafiqdən əvvəlcə 7000 manat pul almışdır. Danışıqlarına görə iki aydan bir həmin pulun ödənişini etməli olmuşdur. 7000 manatı ödəyib qurtardıqdan sonra 2016-cı ilin iyun ayında Rafiqdən 14000 manat faizə pul götürmüş və cücənin sayını artırıb Şəmsinin ferması deyilən yerdə icarəyə ferma götürmüşdür. Həmin 14000 manat pulun hər iki aydan bir 3500 manat fazini Rafiqə ödəmişdir. Həmçinin cücənin satışında 14000 manat pulu qaytarıb, yenidən pul götürmüşdür. Bu proses 2019-cu ilə qədər davam etmiş, 2019-cu il tarixdə Rafiq ona şəriklik təklif etmiş və o bununla razılaşmışdır. Bundan sonra onlar şərik olmuşlar. Şərik olduqdan sonra Rafiqə əldə etdiyi gəlirin yarısını vermiş, lakin Rafiq cücə saxlanan yerə gəlməmiş, cücələri o saxlamışdır. 2020-ci ildə müharibə başlamış və o bu səbəbdən cücələri əvvəlki kimi sata bilməmişdir. Bu səbəbdən cücə satışında ziyan etmiş, lakin Rafiq ziyanın ona aidiyyəti olmadığını deyərək pulunu istəmişdir. Həmin vaxt onun Rafiqə 23000 manat borcu olmuşdur. O isə Rafiqə pulu verə bilməyəcəyini demiş, bundan bir müddət sonra Rafiq onu təhqir edərək pulunu istəmişdir. Həmçin həmin vaxt onda qalan pul üçün faiz hesablamışdır. 2020-ci ilin noyabr ayından başlayaraq Rafiq ona zənglər etmiş, həmçinin görüş vaxtı onu və uşaqlarını öldürməklə hədələmişdir. 05 mart 2022-ci il tarixdə o Gəncə şəhəri, Kəpəz rayonu Yeni Qəsəbə-2-də Rafiqlə görüşmüş, həmin vaxt yanlarında heç kim olmamış, Rafiq avtomobilinin saxlanc yerindən cib bıçağı çıxarıb ürəyinin üstünə tutub onu öldürəcəyi ilə hədələmişdir. O Rafiqin bu hərəkətindən qorxmuş, Rafiq oğluna zəng edib oraya dəftər gətizdirmiş və ona 41500 manat pulu maşın gətizdirmək üçün aldığını, pulu 05 sentyabr 2022-ci il tarixədək geri qaytarmağı məzmunda yazı yazdırmışdır. O həmin yazını yazmaq istəməmiş, lakin Rafiq əlində tutduğu bıçaqla onu hədələdiyi üçün məcbur həmin yazını yazmışdır. Bundan sonra 2023cü ilin fevral-mart aylarında dəqiq xatırlamadığı tarixdə Rafiqlə Göygöl rayon avtovağzalında zəngləşib görüşmüş və orada Rafiqə 500 manat pul vermişdir. Bundan 10 gün sonra Rafiqlə yenidən Göygöl rayonu Hacıməlik qəsəbəsində görüşmüş və orada ona 4000 manat pul vermiş, geri qalan pulu isə hissə-hissə aylıq verəcəyini bildirmişdir. 04 aprel 2023-cü il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində Rafiqlə görüşmüş, Rafiq pulu gətirdiyini soruşmuş, daha sonra isə onu öz avtomobilinə otuzdurub dərəyə sürmüş, oraya çatdıqda Rafiq onu avtomobildən düşürmüş və avtomobilin saxlanc yerindən bıçaq çıxararaq, həmin bıçağı onun boğazına sıxıb onu öldürəcəyi barədə hədələyici sözlər deyib pulu istəmiş, daha sonra avtomobili sürüb Göygöl rayonu "Çöl yolu" deyilən yerdə avtomobili saxlamışdır. Yol gələn zaman Rafiq onun balalarının başını kəsəcəyini demiş. O, Rafiqi həmin yerdə saxlatmış və ona pulu verəcəyini demişdir. Daha sonra Rafiq onu videoya çəkmiş və videoda da Rafiqə 37000 manat pul borcu olduğunu demişdir. Bundan sonra isə avtomobildən düşüb evinə getmişdir. O heç vaxt Rafiqə "Kamaz alacağı barədə vəd verməmişdir. Rafiqin ona yük avtomabili almaq üçün ondan pul almağı barədə şikayəti tamamilə şər böhtandır. Onun Rafiqə 2020-ci ildən 23000 manat borcu olmuş. Rafiq isə həmin pulu ondan faizi ilə istəmişdir. Əlavə olaraq bildirdi ki, onun Rafiqlə aralarında Kamazların alınması və relsə buraxılması ilə bağlı heç bir danışıqları olmamışdır. O, Rafiqlə əvvəllər qonşu olmuş, lakin dərin münasibətləri olmamışdır. 2016-cı ilin sentyabroktyabr aylarında Rafiq ona 14000 manat pul vermiş, həmin pulu Rafiq ona faizlə vermiş və o hər iki aydan bir Rafiqə 3500 manat pul ödəməli olmuşdur. 2022-ci ilin iyun ayında Rafiq onu Hacıməlik dərəsinə aparmış, Nivasından bıçaq çıxardıb boğazına dirəmiş, onu və balalarını ölümlə hədələyib məcbur etmişdir ki, guya o kamazlar almaq üçün Rafiqdən 41500 manat pul almış və onunla bağlı ondan ərizə almışdır. Rafiq onun boğazına bıçaq dirəməsi, onu və balalarını olümlə hədələdiyi üçün o qorxusundan polisə müraciət etməmişdir. Onun rəsmi iş yeri olamadığı üçün o heç bir banka kreditlə bağlı müraciət edə bilməmiş, əlacsız vəziyyətdə qaldığı üçün məcbur olub Rafiqdən sələmə pul götürmüşdür. O, Rafiqlə əvvəllər 2016, 2017, 2018, 2019-cu illərdə dəfələrlə mütamadi olaraq sələmin faizini vermək üçün görüşmüşdür. Rafiq ona 05 mart 2024-cü il tarixdə özü zəng edərək görüşmələrini demiş, o Rafiqlə görüşə tək getmişdir. Görüş zamanı Rafiq onun boğazına bıçaq dirəmiş və onun Rafiqə olan borcunu qaytarmasını tələb etmiş, o isə pulunun olmamasını bildirmiş, Rafiq onu məcbur edib 41500 manata dair ərizəni yazdırmışdır. Ərizəni ona yazdırandan sonra Rafiq onu öz avtomobili ilə evinə düşürmüşdür. O Rafiqin oğlu Şahid1lə heç vaxt görüşməmiş, lakin Rafiqin özü ilə dəfələrlə görüşmüşdür. O Rafiqlə 2022-ci ilin yanvar ayında çöl yolu adlanan yerdə görüşməmişdir. İlk dəfə 2016-cı ildə onu Rafiqlə atası tanış etmişdir. O Rafiqlə telefonla danışaraq, onun yaşadığı Hacıməlik qəsəbəsinə getmiş və Rafiqdən cücə almaq məqsədi ilə 14000 manat pul götürmüşdür. Rafiqdən sələmə götürdüyü 14000 manat pulun üzərinə özündə 22000 manat olan pulları qoymuş və 10000 cücə almışdır. Hər iki aydan bir 4500-5000 manat qazanc əldə etmiş və onun həmin məbləğin 3500 manatını Rafiqə sələmin faizini ödəmişdir. O 2019-cu ilin mart ayınadək Rafiqə hər iki aydan bir 3500 manat aldığı sələmin faizini ödəmiş və əsas borc 14000 manat isə ödənilməmiş qalmışdır. Rafiqə yaranmış 4 ayın pulunu (7000 manatı) ona qaytarmamasını və birlikdə şərik işləmələrini təklif etmiş, o isə bununla razılaşmış və onlar şərik işlədiklərinə görə Rafiq ona 2000 manat pul vermiş və bundan sonra onun ümumilikdə Rafiqə 23000 manat borcu olmuşdur. Onun Rafiqlə aralarında olan işlərlə bağlı atasından başqa keç kəsin məlumatı olmamışdır. Rafiq ona zəng edərək görüşmələrini demiş və o taksi sürücüsü İlham adlı şəxsin avtomobili ilə Hacıməlik dairəsinə getmiş və orada Rafiqin avtomobilinə minmişdir. Rafiq onu Hacıməlik qəsəbəsində yerləşən dərəyə aparmış, onlar həmin yerə çatdıqda Rafiq onu avtomobildən düşürmüş və boğazının hər iki tərəfinə bıcaq çəkərək ona borcu qaytarmasa onu və balalarını ölümlə hədələmişdir. Rafiqin elədiklərindən və dediklərindən qorxaraq, ona deyilən 41500 manatla bağlı ərizəni 05 mart 2022-ci il tarixdə yazmışdır. Həmin hadisə ilə bağlı heç bir hüquq mühafizə orqanlarına qorxusundan müraciət etməmişdir. O, Zərərçəkmiş şəxs olan borcundan bir hissəsini ödəmiş və bu səbəbdən mülki iddianı 16000 (on altı min) manat hissəsində qəbul edir və həmin borc məbləğini bir il müddətində ödəyəcəkdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Onunla əvvəllər normal münasibətləri olmuş, hətta Göygöl rayonu Aşıqlı kəndində olan evinin qonşuluğunda yaşamışdır. Taleh yük avtomobili sürücüsü işləyir. O, Göygöl rayonu Aşıqlı kəndində yerləşən evini satdıqdan sonra Taleh onun yanına gələrək iki ədəd yük avtomobili almasını, onunla şərikli işlətməsini təklif etmiş və həmin işdə yaxşı gəlir olması barədə şirnikləndirici vədlər vermiş, "Kamaz" markalı yük avtomobillərini özü alacağını demiş, hər maşının ayda 3500 manat gəlir verəcəyini bildirmişdir. Bu səbəbdən o Talehin bu vədlərinə inanmışdır. 2022-ci il yanvar ayında dəqiq xatırlamadığı tarixdə Taleh ona iki ədəd "Kamaz" markalı yük avtomobili tapmasını, almaq üçün 41500 manat pul lazım olduğunu demiş, o, Talehə inanmış və həmin gün Göygöl rayonu Azay Kazımov küçəsində yerləşən dairənin yaxınlığında, "çöl yolu" deyilən yerdə Talehlə zəngləşib görüşüb ona 41500 manat pul vermiş, pulu verməyə gedərkən özü ilə oğlunu da aparmışdır. Bundan iki gün sonra Taleh bir ədəd "Kamaz" markalı avtomobili gətirib ona göstərərək aldığını demiş, o isə həmin avtomobilin maksimum 13000 manat olacağını, avtomobili bəyənmədiyini demiş, Taleh bundan sonra başqa avtomobil gətirəcəyini demiş, lakin Taleh heç bir avtomobili gətirməmişdir. Bir neçə gün sonra o, Talehə zəng edib onunla şərik olmaq istəmədiyini deyib pulunu geri istəmiş, Taleh isə hər dəfə ona yalan vədlər verib bir həftəyə, on günə, bir aya pulunu verəcəyini deməsinə baxmayraq, onun pulunu qaytarmamışdır. 05 mart 2022-ci il tarixdə o Talehlə zəngləşib ona pul verdiyi yerdə görüşmüş, söhbət zamanı Talehdən pulunu istəmiş, Taleh 05 sentyabr 2022-ci il tarixədək ya iki ədəd yük avtomobili alacağını, ya da həmin vaxtadək pulunu qaytaracağını demişdir. O Talehlə məcbur olaraq razılaşmış, lakin öz ehtiyatı üçün elə oradaca avtomobilində olan dəftərə Talehin ona avtomobil gətirməsi və ya pulunu verməsi barədə ona əlyazma yazı yazmasını demişdir. Taleh isə heç bir etiraz etmədən 05 sentyabr 2022-ci il tarixədək ya iki ədəd yük avtomobili alacağını, ya da həmin vaxtadək onun pulunu qaytaracağı barədə əlyazma yazı yazmışdır. 05 sentyabr 2022-ci il tarixdən etibarən isə Taleh yenə də onun pulunu verməmiş, müxtəlif vaxtlarda verəcəyini deyib ona yalan vədlər vermişdir. 2023-cü ilin fevral və mart aylarında dəqiq xatırlamadığı tarixdə Talehlə zəngləşib Göygöl rayonu Hacıməlik qəsəbəsində görüşmüş, Taleh orada ona 500 manat pul vermiş, bundan təxminən bir ay sonra isə eyni yerdə Talehlə görüşmüş və Taleh ona 4000 manat pul vermişdir. Lakin Taleh ona verməli olduğu 37000 manat pulu qaytarmamışdır. 04 aprel 2023-cü il tarixdə o, Talehlə Göygöl şəhərində "Çöl Yolu" deyilən yerdə görüşmüş və Taleh 05 may 2023-cü il tarixdə ona 37000 manat pul verəcəyini demiş, onun bu sözləri deməsini videoçəkilişə çəkmək istədiyini dedikdə Taleh etiraz etməyərək yalnız üzünün düşməməsini istəmiş, o bundan sonra bu barədə video çəkmişdir. Taleh ona heç vaxt pulunu verməyəcəyini deməmişdir. O, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini deyərək onu yubandırmışdır. Həmçinin onun qardaşı Valeh və atası Fail də onun pulunu verəcəklərini demişlər. Eləcə də Talehin dayısı Bilal adlı şəxslə dost olduğu üçün bu qədər müddət gözləmiş, bu səbəbdən də şikayət etməyi bu qədər yubanmışdır. Hətda 18 may 2023-cü il tarixdə o pulunu istəmək üçün Talehin yaşadığı evə getmiş, həmin vaxt Göygöl rayonu Aşıqlı kəndində moruq sahəsinin yanına getmiş, orada Talehin anası onun pulunu bir ay ərzində verəcəyini demiş, onunla 20 günə pulunu qaytaracağı barədə razılaşmışdır. Lakin yenə də onun pulunu verməmişlər. Təxminən 15 gün sonra yenidən eyni yerdə Talehin anası və Talehlə görüşmüş, orada şikayət edəcəyini demiş, Talehin atası ilə telefonla danışmış və Fail ona Göygöl rayonu Tülallar kəndində işləməsini, gəldikdə onunla görüşüb söhbət edəcəyini deyərək şikayət etməməsini xahiş etmişdir. 11 iyun 2023-cü il tarixdə o, Fail ilə görüşmüş və Fail 11 iyul 2023-cü il tarixdə pulunu tam formada ödəyəcəklərini demişdir. 20 iyun 2023-cü il tarixdə o Failə zəng edib pulunu istədikdə Fail evlərini satışa qoyduğunu, ev satıldığı vaxt pulunu verəcəyini demiş, o 11 iyul 2023-cü il tarixədək gözləmiş, həmin tarixdə Talehin qardaşı Valehlə görüşmüş. Valeh ona pulun qarşılığında torpaq verəcəyini demişdir. Növbnəti gün Valeh onu Göygöl rayonu Köşkü kəndinə aparmış, orada ona 0,8 hektar torpaq sahəsini 8000 manata verəcəyini, lombarddan da pul götürüb pulunu verəcəyini, yerdə qalan pulu isə 3 aya verəcəklərini demiş, lakin onlar ona nə torpaq nə də pul verməmişlər. Əlavə olaraq bildirdi ki, onlar razılığa gəlmişlər ki, iki ədəd Kamaz markalı avtomobil alaraq Kəlbəcər rayonuna göndərəcəklər. Hər maşından 3500 manat pul qazanc olmalı idi. Kamazları almaq üçün o Talehə 41500 manat pul vermiş, kamazların alınması ilə bağlı bütün danışıqları Talehin özü aparmış və onları alıb gətirilməsini öz üzərinə götürmüşdür. O, səhətində problemlər olduğu üçün kamazları almağa Talehlə getməmişdir. O pulu verdiyi günü dəqiq xatırlamır, lakin 2022-ci ilin yanvar ayının əvvələrində pulu Talehə vermişdir. O, həqiqiətən Aşıqlıda olan evini 2018-2019-cu illərdə satmışdır. O Talehə pulu verdiyi günü, özünə məxsus ağ rəngli Niva avtomobil ilə getmiş, Taleh isə yaşıl rəngli VAZ 2107 markalı avtomobil ilə gəlmişdir. O sələmə pul verən deyil və heç vaxt heç kimə sələmə pul verməmişdir. Talehin anası ilə görüşəndə onunla Talehin ona olan 41500 manat olan borc barəsində söhbət etmiş, Talehin anasına bildirmişdir ki, Taleh ona 500 manat bir 4000 manatda bir borcundan odəyib, Talehin ona qalıq borcu isə 37000 manatdır. Talehin anası ondan xahiş etmişdir ki, Talehin ona olan borcu ilə bağlı polisə şikayət etməsin. 2022-ci ilin yanvar ayında Talehin atası Fail ona oğlunun qoçaqlığı barədə danışaraq onunla şərikli iş görməsini təklif etmişdir. O Təqsirləndirilən şəxs ilə heç vaxtı şərikli iş görməmişdir. Onların arasında heç vaxt pul münasibətləri olmamışdır. 2016-2022-ci illərində onun Talehlə aralarında telefon danışıqları olmuşdur. Belə ki, əvvəllər o, onlardan toyuq cücə almışdır. O, Talehə 41500 manat pulu təxminən 2022-ci ilin yanvar ayının 10-na qədər vermişdir. Onun Talehlə aralarında qonşuluqdan başqa heç bir yoldaşdığı olmamışdır. O, Talehlə Göygöl rayonu Azay Kazımov küçəsində yerləşən dairənin yaxınlığında, "çöl yolu" deyilən yerdə görüşdüklərində və ona iki kamazın alınması üçün 41500 manat pulun verilməsini danışmışlar. Evdən çıxmadan qabaq Talehə veriləsi 41500 manat pulu oğlu Kərəmin iştirakı ilə sayıb göy çiçəkli selofana büküb özü ilə götürmüşdür. Görüşə gedərkən oğlu Kərəmi özü ilə aparmış və ona Talehlə aralarında olan danışıqları söyləmişdir. Görüşə özünə məxsus Niva markalı avtomobil ilə getmiş və pulu avtomobilin arxa oturacağına qoymuş, görüşdükləri yerə o Talehlə bir vaxtda çatmış, o öz avtomobilini üzü İskəndər restoranına, Taleh isə avtomobilini üzü maqistral tərəfə saxlamışdır. Avtomobilin arxa oturacağından pul olan selofanı götürüb avtomobildən düşərək, Talehin avtomobilinə oturmuş. Həmin vaxtı oğlu Kərəm onun avtomobilində qalmışdır. Onların görüşü təxminən saat 10-12 radələrində olmuşdur. Talehin avtomobilində selofanda olan 41500 manat pulu Talehə vermiş, Taleh pulu saymadan götürüb təxminən iki gün ərzində Kamazları Lənkərandan gətirəcəyini bildirmişdir. Onun pulu Talehə verməyində oğlu iştirak etməmişdir. Bundan iki gün sonra Taleh bir ədəd "Kamaz" markalı avtomobili gətirib ona göstərərək aldığını demiş, o isə həmin avtomobilin maksimum 13000 manat olacağını, avtomobili bəyənmədiyini demişdir. Taleh bundan sonra başqa avtomobil gətirəcəyini demiş, lakin Taleh heç bir avtomobili gətirməmişdir. Bir neçə gün sonra o Talehə zəng edib onunla şərik olmaq istəmədiyini deyib pulunu geri istəmiş, Taleh isə hər dəfə ona yalan vədlər verib bir həftəyə, on günə, bir aya pulunu verəcəyini demiş, lakin pulunu qaytarmamışdır. Sonda zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə ərizələr təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona olan borcundan ödəniş etdiyini və borcun qalıq məbləğinin bir il müddətinə ona ödənilməsi barədə razılaşdıqlarını, iddia tələbinin azaldaraq 16000 (on altı min) manat hissəsinin təmin edilməsini və Təqsirləndirilən şəxs dövlət ittihamçısnın çıxışında göstərdiyi cəzadan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Yeni qəsəbə-2, küçə 19, ev 524-də ailəsi ilə birlikdə yaşayır, subaydır. Zərərçəkmiş şəxs onun atasıdır. 2022-ci ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə atası ona Talehlə görüşəcəyini deyib onun da onunla getməsini istəmişdir. Həmin vaxt atası ürəyindən əməliyyat olmuş, həmçinin Talehə pul verəcəyi üçün onun da yanında olmasını istəmişdir. Onlar birlikdə Göygöl rayonunda "Çöl yolu" deyilən yerə gəlmişlər. Orada atası Talehlə görüşmüş, görüşdən sonra atası ona, Talehlə söhbət etdiyini və atasının Talehə 41500 manat pul verməli, Taleh isə həmin pulun qarşılığında iki ədəd "Kamaz" markalı yük avtomobili alaraq Kəlbəcər rayonunda relsə salmalı olduğunu demişdir. Taleh yük maşınlarını atası ilə şərik işlədəcəyi barədə vədlər verirdi. Atası onların avtomobilindən düşərək Talehin avtomobilinin yanında Talehə 41500 manat pul vermişdir. Taleh pulu götürmüş və onlar evə qayıtmışlar. Bir müddət keçmiş, lakin Taleh atasına nə yük avtomobili almış, nə də ki, aldığı pulu qaytarmışdır. Atası isə tez-tez Talehə zəng edib pulunu istəmişdir. Sonradan ona məlum olmuşdur ki, Taleh atasına məxsus pulun 500 manatını və 4000 manatını olmaqla ümumilikdə 4500 manat hissəsini qaytarmışdır. Əlavə olaraq bildirdi ki, Onlar talehlə əvvəllər qonşu olmuşlar. Atası Talehə pulları verəndə, verilən pulların hamısı xarici valyutada (ABŞ dolları) olmuş, həmin verilmiş pulların dəyəri 41500 manat olmasını atası ona demiş, pullar selofanda olduğu üçün o özü onları saymamışdır. Sellofanda olan pulların məbləğini və neçə paçka olmasını bilməmişdir. Onların avtomobili yolun sağ çiyində, Talehin avtomobili isə onların avtomobilinin dayandığı yolun qarşı hissəsindəki yolun sağ çiynində onların avtomobildən arxada dayanmışdır. Onlar görüşdükləri yerə çatanda atası avtomobildən düşərək onda olan (pullar yerləşən) selofanı götürərək, Talehin avtomobilinin yanına getmiş və orada pullar olan selofanı Talehə vermişdir. Atası pulları Talehə verərkən o öz avtomobillərində oturub telefonunda oyun oynamış və həmin vaxtı onların arasında olan danışıqlardan xəbəri olmamışdır. O atası ilə avtomobildə pulu verməyə gedəndə, atası ona pullar olan selofanı vermişdir. Onun atasının Talehlə əvvələr necə münasibətlərinin olub-olmaması, aralarında hər hansı danışıqların olub-olmaması, birgə hər hansı işlə məşğul olubolmaması barədə onun heç bir məlumatı olmamışdır. Onun X12 görüşə gedən zaman onuda özü ilə aparmış və o həmin günü bilmişdir ki, atası Talehlə birlikdə "Kamaz" markalı yük avtomobili alaraq Kəlbəcər rayonunda relsə salmalıdır. Onlar pulları evdən götürərək görüşə getmişlər. Atası Rafiq pulu Talehə verəndə o yanlarında olmamış, öz maşınlarında oturub atasını gözləmişdir. O, Talehlə görüş vaxtlarını dəqiq xatırlamır, təxminən günorta vaxtları saat 13-16 radələrində olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, onunla bir müddət qonşu yaşamış, lakin aralarında heç bir münasibət olamamışdır. X12 görüşə gedən zaman onu da özü ilə aparmış və görüşə gedərkən evdən pullarıda götürmüşlər. Həmin pullar bəzəkli sellofanda olmuş və sellofanın içərisi görsənməmişdir. Sellofanda olan pulun məbləğindən və dəyərindən onun məlumatı olmamış, həmin pulları saymamış və görməmişdir. Atasının deməsinə görə sellofanın içində 41500 manat dəyərində pullar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs onlara 2016-cı ildə oktyabr ayında dayısı Bilal vasitəsi ilə 14000 (on dörd min) manat pulu 12,5 faizlə sələm vermiş, belə ki pulu (ayda 1750 manat ödəmək şərti ilə) verib və həmin vaxtdan onlar bir-birlərini tanımışlar. Əlavə olaraq bildirdi ki, onların 10000 cücələri olmuş və cücələri Şəmsinin fermasında saxlamışlar. Onlar cücələri saxladıqları fermanın yerindən Rafiqin Əsgərovun məlumatı olmuş və Rafiq dədəfələrlə həmin fermaya gəlib ordan cücə aparmışdır. O özüdə 2019-cu ilin iyun ayında Rafiqdən cücələrə yem almaq üçün 3500 manat ayda 1500 manat ödəmək şərti ilə sələm götürmüş, 2019-cu ilin iyul ayının 15-də isə tam qaytarmışdır. O, Rafiqdən sələm aldığı 3500 manatı cücələrin yeminə xərcləmişdir. Talehin barəsində cinayət işi başlamamışdan əvvəl Rafiq zəng edərək onu qardaşı ilə hədələmiş, o isə sakitləşdirməyə çalışaraq Rafiqlə söhbət etməyə getmiş, söhbət əsnasında Rafiqə pulun faizini, yəni 60 min manata yaxın pulu ona ödədiklərini yerdə qalan pulun özünü, yəni 14 min manatı isə sonra ödəyəcəyini bildirmiş, Rafiq isə cavab olaraq onu hədələyərək birinci 34000 sonra 39000 və 41,500 manat ona borclarının olduğunu pulun isə şərikinin olduğunu bildirmişdir. Rafiqin qardaşını hədələyib qəbz yazdırdığından isə polis şöbəsində xəbəri olmuşdur. Onlar Rafiqdən aldıqları 14000 manat pulun faizini iki aydan bir (3500 manat) vermişlər. Talehin Rafiqlə birlikdə "Kamaz" markalı yük avtomobili alınması barədə onun əvvəllər heç bir məlumatı olmamışdır. O, Taleh ilə Rafiq arasında olan Kamazla bağlı olan söhbətlərini Talehin barəsində cinayət işi başlayandan sonra bilmişdir. Onlar iki qardaşdırlar və ataları sağdır. 2023-cü ilin iyun ayında Rafiq onlardan 41500 manat pulunu istəmiş, həmin pul 14000 manat sələmə verdiyi pulun faizi olmuşdur. O, 2019-cu ilin iyun ayında Rafiqdən cücələrə yem almaq üçün 3500 manat ayda 1500 manat ödəmək şərti ilə sələm götürmüş, 2019-cu ilin iyul ayının 15-də isə həmin pulu tam qaytarmış, həmin pulu o saxladığı cücələrə yem almaq məqsədi ilə götürmüşdür. Onlar 2016-cı ildə Rafiqdən sələmə 14000 manat pul götürmüşlər, 2020-ci ilə qədər həmin götürdükləri pulun faizini ödəmişlər və 2020-ci ildən sonra heç bir ödəniş etməmişlər. Zərərçəkmiş şəxs onların qapısında hədə-qorxu gələrək tək olmuş, Rafiqin yanında heç kəs olmamışdır. Zərərçəkmiş şəxs onları ölümlə hədələməsinə baxmayaraq, onlara qarşı şillə vuramamış və bıçaq dirəməmişdir. Əvvəllər Talehin 41500 manata dair qəbzin yazmasından xəbəri olmamış, həmin qəbzin olmasını cinayət işi başlandıqda o polis şöbəsində bilmişdir. Taleh Zərərçəkmiş şəxs 14000 manat faizə pul götürən vaxt, Rafiq Talehin boğazına bıçaq dirəyən vaxt həmçinin onların aralarında Kamazla bağlı danışıqlarında o iştirak etməmiş və heç bir məlumatı olmamışdır. Onun qardaşı Taleh 41500 manata dair qəbzi nə vaxt və hansı vəziyyətdə yazması ilə bağlı onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs cəmi iki dəfə görmüşdür. Belə ki, o işsiz olduğu üçün 2018-ci ilin fevral ayında Talehin təklifi ilə onunla cücə işinə başlamış, 2019-cu ilin noyabr ayına qədər o, Talehlə birlikdə cücə işinə baxmışdır. Onlar birgə işlədikləri zaman hər iki aydan bir cücənin satışından Taleh Rafiqə 3500 manat pul aparıb vermiş və Taleh ona demişdir ki, həmin pul onun Rafiqdən götürdüyü 14000 manat pulun faizidir. O iki dəfə Talehlə gedib Zərərçəkmiş şəxs pul vermiş, lakin Taleh pulu aparıb verəndə həmin vaxt o avtomobildə gözləmişdir. Əlavə olaraq bildirdi ki, Talehlə Yusibov ilə Zərərçəkmiş şəxs arasında heç vaxt Kamaz məsələsi olmamış, 2021-ci ilin may ayından sonra Talehin Rafiqə pul verməsindən xəbəri olmamışdır. Talehin ağ rəngli VAZ 2107 markalı avtomobili olmuş və onlar həmin avtomobili 6300 manata satmışlar. Həmin avtomobili onlar Gəncə şəhərində Xan Bağı adlanan yerdə satmışlar. Taleh cücələrini iki fermada saxlamış və hər ay cücələrinin yeminə təxminən 2500 manata yaxın pul xərcləmişdir. O Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Kamazla bağlı olan söhbətlərini Təqsirləndirilən şəxs barəsində cinayət işi başladıqdan sonra bilmişdir. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulu verən vaxt Rafiq qara rəngli Kia Sportage markalı avtomobillə gəlmiş və o həmin vaxt Talehlə gəldikləri avtomobildə olduğu üçün Rafiq onu görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüş vaxtı verdikləri pulların hamısı yüz manatlıq əskinaslar olmuşdur (cəmi 3600 manat). 2018-ci ilin fevral ayından 2019-cu ilin noyabr ayına qədər o Təqsirləndirilən şəxs ilə bir yerdə işləmişdir. 2019-cu ilin sentyabr ayında onlar Talehin göy rəngli VAZ 2107 markalı avtomobili ilə Rafiqə 3500 manat verməyə getmişlər və həmin 3500 manat pulu Taleh cücənin satışından vermişdir. Taleh özünə məxsus göy rəngli VAZ 2107 markalı avtomobilini satmış və özünə ağ rəngli VAZ 2107 markalı almışdır. Taleh özünə məxsus ağ rənli VAZ 2107 markalı avtomilini onun iştirakı ilə satmışdır. 2021-ci ilin may ayında Taleh özünə məxsus ağ rəngli VAZ 2107 markalı avtomobilini onun vasitəçiliyi ilə 6600 manata satmış və həmin puldan Zərərçəkmiş şəxs yaşadığı qəsəbədə olan mağazanın qarşısında ona 3600 manat pul vermişdir. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan Kamaz alınması ilə bağlı olan danışıqlarından heç bir məlumatı yoxdur. O Taleh ilə birlikdə işlədiyi dövr ərzində Taleh hər iki aydan bir cücələrin satışından 3500 manat götürüb və deməsinə görə aparıb Rafiqə olan faiz borcunu vermişdir. Talehin Rafiqlə görüşlərində o iki dəfə iştirak etmiş və hər birində o avtomobildə oturub gözləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs 2016-cı ildən tanıyır. Zərərçəkmiş şəxs ilə yoldaşı Şahid6 tanış olmuşlar. Yoldaşı onun yanında uşaqları ilə Zərərçəkmiş şəxs sələmlə borc istəmişdir. Zərərçəkmiş şəxs daha sonra ərinə zəng edib pulu götürmələrini demiş, onun əri də gedib yolda pulu həmin şəxsdən götürmüş və hər iki aydan bir həmin götürdüyü borc məbləğinin 100 manat məbləğində faizini ödəmişdir. Onun əri uşaqları ilə götürdüyü borcla bir müddət işləmiş, daha sonra 2023-cü ildə uşağ Taleh xəstə olmuş və bu səbəbdən ödənişi edə bilməmişlər. Daha sonra Zərərçəkmiş şəxs oğlu Talehə zəng eləmiş, həmin şəxslə onun özü də görüşəsi olmuşdur. O, Zərərçəkmiş şəxs oğlu Talehin ona nə qədər borcu olmasını soruşmuş, Zərərçəkmiş şəxs 35000 manat borcu olduğunu demişdir. Onlar həmin vaxta kimi Zərərçəkmiş şəxs cücə satışından hər iki aydan bir pul ödəmişlər. Özü 2018-ci ilin mart ayında 3500 manat pul ödəmişdir. Onlar Zərərçəkmiş şəxslə görüşmüşlər və danışmışlar. Həmin vaxtdan 2 həftə sonra Zərərçəkmiş şəxs oğluna yenidən zəng etmiş və borcunun 37000 olduğunu bildirmişdir. Onun əri Zərərçəkmiş şəxs borcunun 37000 olduğunu soruşduqda Zərərçəkmiş şəxs cavabında borclarının 415000 manat olduğunu, iki gündən bir faiz gəldiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs sələm kimi götürdükləri pulun məbləği 14000 manat olmuşdur. Zərərçəkmiş şəxs pulu 2016-cı ildə almışlar, Rafiqdən pulun alınmasında iştirak etməmiş, pulun alınmasını görməmişdir. Onlar pulu Rafiqdən 2016-cı ildə onunla qonşu olmazdan əvvəl, Rafiq evə baxdığı vaxtlarda almışlar. O 2023-cü ilin may-iyun aylarında, Rafiq üstlərinə hədə-qorxu ilə gələndə oğlu Talehin 41000 manat borcla bağlı ərizə yazdığını bilmişdir. Onlar Zərərçəkmiş şəxsla 2023-cü ilin may-iyun aylarında görüşmüşlər, belə ki Zərərçəkmiş şəxs özü onlara zəng etmiş, onlar da olduqları yeri demiş və görüşmüşlər. 2023-cü ilin may-iyun aylarında o, oğlu Taleh və Zərərçəkmiş şəxs söhbət etmişlər. Onların evdə talehin qardaşının kamazı var. O oğlu Talehdən Zərərçəkmiş şəxs şikayət etməsini istəsə də, o qoymamışdır. Zərərçəkmiş şəxs 14000 manat faizə pul alınmış, faizə 3500 manat olmaqla 2 aydan bir pul ödənmişdir. Oğlu Taleh xəstə olmuş, cücə satışa getməmiş, Taleh ancaq yemin pulunu, yer pulunu ödəyə bilmiş və bu səbəbdən faiz üst-üstə yığılaraq bu məbləğə çatmışdır. Onun yanında Zərərçəkmiş şəxs oğlu Talehi hədələyərək ona “sənin başını kəsərəm ağlını ora-bura vermə” demişdir. Onlar yeddi il ərzində bir yol tapıb işin içindən çıxa bilməmişlər. Zərərçəkmiş şəxs ona zəng vurmamış, oğlu Talehə zəng vurmuş və həmin vaxt oda yanında olmuşdur. Zərərçəkmiş şəxs 2016-cı ildən tanımış, əri Şahid6 Zərərçəkmiş şəxs pulu 2016-cı il sentyabrın axırlarında götürmüşdür. Zərərçəkmiş şəxs pulu əri özü götürmüşdür. Onun uşağı Taleh 2023-cü ildə xəstələnmişdir. Zərərçəkmiş şəxs oğluna zəng edəndə 2023-cü ilin may, iyun ayları olmuşdur. Zərərçəkmiş şəxslə onun söhbəti evlərinin yuxarısı “Köşkü” tərəfdə olmuşdur. Söhbət əsnasında o, oğlu Taleh və Zərərçəkmiş şəxs olmuşdur. O Zərərçəkmiş şəxs 35000 məbləğində borcun nədən yarandığını soruşanda Rafiq ona həmin borca faiz hesablandığını bildirmişdir. Zərərçəkmiş şəxs çığır-bağır salaraq ona dedi ki, nəvələrinin başını kəsib qucağının üstünə qoyar. Oğluna isə deyib ki “-səni deşik-deşik edərəm”. Mübahisə ilə bağlı kamaz söhbəti olmamış, yalnız cücə ilə bağlı sələm söhbəti olmuşdur. Əri işdən gəlib Zərərçəkmiş şəxslə danışanda Rafiqin onlarla danışdığı vaxtdan təxmini 10 gün sonra yəni, iyun ayının 12-si olmuşdur. Onlar sələmi Zərərçəkmiş şəxs 2016-cı ildə götürmüşlər, hər iki aydan bir 3500 manat pul ödəmişlər, oğlu Talehin götürmüş olduğu borc məbləğini 2022-ci ilə kimi ödəmişlər, 2023-cü ildə Taleh xəstə olmuşdur. Sələmə pul götürüləndə o orada olmamışdır. Onun əri xəbər edib, oğlu da gedib pulu götürmüşdür. Onun oğlu Talehin 14000-dən əlavə pul götürdüyünü bilmir. X16 Əsgərovla başqa işi, eləcə də kamaz söhbəti olmamışdır. Kamaz söhbətini Zərərçəkmiş şəxs özü çıxarmışdır. Oğlu Taleh ifadəsində Zərərçəkmiş şəxs 41000 manat borc aldığını göstərməsinə səbəbin Rafiqin xəstə oğlu Talehin boğazına bıcaq dirəyərək onu məcbur edib ki, ifadəsini məhz o cür yazsın. O həmin hadisənin üzərindən Rafiqi polisə şikayət etməyə oğlu Taleh qoymamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 24 iyul 2023-cü tarixli, qərardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yeni Qəsəbə-2, küçə 19, ev 524də yaşayan Zərərçəkmiş şəxs 18 iyul 2023-cü il tarixdə Göygöl RPŞ-yə ərizə ilə müraciət edərək, 05 mart 2022-ci tarixdə Göygöl rayonu Azay Kazımov küçəsində tanışı Təqsirləndirilən şəxs ona iki ədəd “Kamaz” markalı yük avtomobili alacağı və onunla şərikli işlədəcəyi barədə yalan vədlərinə aldanaraq ona 41500 (qırx bir min beş yüz) manat pul vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini bildirməsinə əsasən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Göygöl RPŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 05 mart 2022-ci tarixdə Göygöl rayonu Azay Kazımov küçəsində tanışı Təqsirləndirilən şəxs ona iki ədəd “Kamaz” markalı yük avtomobili alacağı və onunla şərikli işlədəcəyi barədə yalan vədlərinə aldanaraq ona 41500 (qırx bir min beş yüz) manat pul vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək pulunu ələ keçirib ona qarşı dələduzluq etməsini, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödətdirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs içərisində götürülmüş Təqsirləndirilən şəxs aid olduğunu bildirdiyi əlyazma olan bir ədəd dəftərə baxış zamanı müəyyən edilmişdir ki, dəftərin üzlüyü yaşıl rəngdədir, 12 vərəqi var (üzlüklə birlikdə). İlk vərəqində “Qəbz Mən Təqsirləndirilən şəxs qəbzi verəm onan ötrü ki Zərərçəkmiş şəxs aldığım 41500 (qırx bir min beş yüz) manat pulu maşın gətirmək üçün almışam, söz verəm ki, həmin pulu yəni 41500 (qırx bir min beş yüz) manatı sentyabr beşi 2022 ci il tarixdə verəcəm əks hallda bairəmdə qanunla nəzərdə tutulmuş hüquq mühafizə orqanı qarşsında məsuliyyət daşıyacam pulu ödəməsəm (xxxxxxx) qəbzi özüm yazdım doğruluğun imzamla təsdiq edirəm imza: Təqsirləndirilən şəxs 5 mart 2022 ci il” məzmunda əlyazma yazı yazılmışdır. Zərərçəkmiş şəxs həmin əlyazma yazının Təqsirləndirilən şəxs tərəfindən yazılmasını bildirmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs içərisində Təqsirləndirilən şəxs əlyazması olan bir ədəd dəftər və videogörüntüsü olan bir ədəd diskin götürülməsi qərara alınmışdır. “Təqdim edilmiş diskin götürülməsi, baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD disk – ağ rəngdədir, üzərində “BİNGO”, “CD-R”, “2x-56X” yazılar var.Diskin içərisindəki məlumatlara baxmaq üçün “LG” markalı komputerin “DVD ROM”una daxil etdikdə, 01 ədəd video formatında fayl aşkar edilmiş, fayl açdıqda video hərəkətə başlayır. Videodan görünür ki, avtomobildə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dialoq gedir. Videoda görüntü olaraq avtomobilin ayaqaltı hissəsi çəkilir və tərəflərin üzləri düşmür. Videoda aşağıdakı kimi dialoq müəyyən edilir. Zərərçəkmiş şəxs: “otur, otur maşına, ört qapını, hə de sözün var de”, “mənim pulumu nə vaxt ödüyəssən”; Təqsirləndirilən şəxs: “ayın beşinə kimi”; Zərərçəkmiş şəxs: “hansı ayın beşinə kimi”; Təqsirləndirilən şəxs: “gələn ayın beşinə kimi”; Zərərçəkmiş şəxs: “gələn ay hansıdı aya, hansı ay, hansı gün”; Təqsirləndirilən şəxs: “bu ay hansı aydı”; Zərərçəkmiş şəxs: “bu ay aprel ayıdı, 2023-dü”; Təqsirləndirilən şəxs: “2023-ün mayın beşi”; Zərərçəkmiş şəxs: “beşinə kimi ödüyəssən ya beşi ödüyəssən”; Təqsirləndirilən şəxs: “beşinə kimi, hissə-hissə ödüyəcəm, beşinə tamamlayacam”; Zərərçəkmiş şəxs: “nə qədər pul ödüyəssən?”; Təqsirləndirilən şəxs: “37000”; Zərərçəkmiş şəxs: “indi sən çox söz vermisən indiyənə qədər, iki ildi söz verirsən ”; Təqsirləndirilən şəxs: “varyoxunu...... deyirəm”; Zərərçəkmiş şəxs: “varyox söyüşü söyürsən də sən Taleh”; Təqsirləndirilən şəxs: “həəə”; Zərərçəkmiş şəxs: “varyox söyüşünün dalında bilirsən də nələr var, arvad da var, uşaq da var, ana da var, bacı da var, qeyrət də var, namus da var, yəni sən bunun hamısını nəzərə alırsan?, istəmirəm də sənə başa salım ki, burda namus da var qeyrət də var, indi sənin qeyrətsiz olub-olmadığını görəcəm mən”; Təqsirləndirilən şəxs: “həə, oldu”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, həmin videonu Təqsirləndirilən şəxs razılığı ilə öz avtomobilində çəkmişdir. Video çəkilməsindən də Talehin xəbəri olmuşdur. Bununla da Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan görüntüyə keçirilmiş baxış başa çatmış, həmin CD disk götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qərardan görünür ki, 24 iyul 2023-cü il tarixdə, saat 19:00-da Təqsirləndirilən şəxs Göygöl rayon X4 bölməsinin müstəntiqi, Rəşad Zeynalov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Göygöl rayon X3 Saxlama Yerinə təhvil verilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyyətləri aradan qaldırmaq məqsədi ilə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadaraq 41500 manat pulunu ələ keçirməsini sonuncunun üzünə deyərək onu bir daha ifşa etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunmaqla, ittihamın mahiyyətinin izah edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 dəymiş ziyanın ödənilməsi ilə bağlı ziyanın 3000 (üç min) manat hissəsini Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, iş üzrə ona dəymiş ziyanın 3000 (üç min) manat hissəsi xx.xx.2023-cü il tarixdə ödənilməklə, ümumilikdə ziyanın 7500 (yeddi min beş yüz) manat hissəsi ona ödənilmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Yanşaqbinə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Yanşaqbinə kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Aşıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən-230770103 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edilərkən Göygöl RPŞ-nin İstintaq bölməsinə təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırlması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaq davam etdirilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırlması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 4/2012 nömrəli rəyində görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, 10 vərəqli dəftərin 1-ci vərəqinin üzərində “Mən Təqsirləndirilən şəxs. Qəbzi verirəm onan ötrü ki Zərərçəkmiş şəxs ....”, sözləri ilə başlayıb , “.... doğruluğun imzamla təsdiq edirəm İmza: Təqsirləndirilən şəxs. 5 mart 2022-ci il” sözləri ilə bitən qəbzdəki əlyazmalar və həmin qəbzdə “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 10 vərəqli dəftərin 1-ci vərəqinin üzərində “Mən Təqsirləndirilən şəxs. Qəbzi verirəm onan ötrü ki Zərərçəkmiş şəxs ....”, sözləri ilə başlayıb , “.... doğruluğun imzamla təsdiq edirəm İmza: Təqsirləndirilən şəxs. 5 mart 2022ci il” sözləri ilə bitən qəbzdəki əlyazmalarda və həmin qəbzdə “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imzada – yazının və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (həyacanlı vəziyyətdə, stress, hədə-qorxu və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaq davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Yanşaqbinə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Yanşaqbinə kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Aşıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, hadisənin baş vermə tarixi 2022-ci ilin yanvar ayı ərzində dəqiq məlum olmayan tarix olaraq əsas götürülməli və Təqsirləndirilən şəxs həmin tarixə uyğun olaraq ittiham elan edilməsi nəzərə alınması, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə nəzərdə tutulmuş-öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə- cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş içərisində Təqsirləndirilən şəxs aid əlyazma olan bir ədəd dəftər və içərisində Təqsirləndirilən şəxs ona pul verəcəyi barədə görüntülər olan bir ədəd disk maddi sübut olaraq tanınmalı və cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi, cinayət işi üzrə, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş içərisində Təqsirləndirilən şəxs aid əlyazma olan bir ədəd dəftər və içərisində Təqsirləndirilən şəxs ona pul verəcəyi barədə görüntülər olan bir ədəd disk, ekspertiza rəyi, digər istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla hədələyərək qorxudub əlyazma yazı yazdırması, eyni zamanda videogörüntü çəkməsinin doğru olub-olmamasının, belə hal baş veribverməməsinin aydınlaşdırılması, eləcə də cinayət işi üzrə maraq doğuran məlumatların əldə edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat tapşırığı verilərək aidiyyəti üzrə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, verilmiş əməliyyat tapşırığına əsasən Göygöl RPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilərək müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobili alacağı və onunla şərikli işlədərək qazanc əldə edəcəyi barədə yalan vədlər verib 41500 manat pulunu ələ keçirmişdir. 05 mart 2022-ci il və 04 aprel 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla öldürəcəyi barədə hədələyib qorxudaraq sonuncuya zorla pul alması barədə qeyd yazdırması, eyni zamanda bıçaqla qorxudub bu barədə videogörüntü çəkməsi hallarının baş verməsi barədə isə heç bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7778 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4266 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-47-13/3-2-490/2023 və 5- 47-13/3-2-489/2023 nömrəli arayışlardan görünür ki, Kəlbəcər rayonu Yaşnaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həyat yoldaşı X7, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 ilə birlikdə Göygöl rayonu, Aşıqlı kəndində yaşayır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər, bu səbəbdən sonuncuya daha yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, 05 mart 2022-ci il və 04 aprel 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla öldürəcəyi barədə hədələyib qorxudaraq sonuncuya zor və hədə qorxu ilə kamaz almaq məqsədi ilə pul alması barədə qeyd yazdırması, eyni zamanda bıçaqla və ailə üzvlərini öldürəcəyi ilə qorxudub bu barədə videogörüntü çəkməsini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, verilmiş əməliyyat tapşırığı nəticəsində Göygöl RPŞ-nin Cinayətaxtarış bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilərək müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Kamaz” markalı yük avtomobili alacağı və onunla şərikli işlədərək qazanc əldə edəcəyi barədə yalan vədlər verib 41500 manat pulunu ələ keçirmiş, 05 mart 2022-ci il və 04 aprel 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla öldürəcəyi barədə hədələyib qorxudaraq sonuncuya zorla pul alması barədə qeyd yazdırması, eyni zamanda bıçaqla qorxudub bu barədə videogörüntü çəkməsi hallarının baş verməsi barədə isə heç bir məlumat əldə edilmədiyi bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu dəlilləri ilə bağlı keçən müddət ərzində heç bir orqana və təşkilata müraciət etməmiş, onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər bu halı təsdiq edəbilməmişlər. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri Zərərçəkmiş şəxs, eləcə də şahidlərin ifadələri, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, üzləşdirmə və dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materiallarına əlavə edilmiş elektron məlumat portalı arayışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı oğlan uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməklə onunla razılıq əldə etməsini, himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4.) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə onunla razılıq əldə etməsini, mülki iddianı qəbul etməsini şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində 02 (iki) gün tutulması nəzərə alınmalı, ona təyin edilmiş cəza yüngülləşdirilməli və üzərində qəti olaraq cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş içərisində Təqsirləndirilən şəxs ona pul verəcəyi barədə görüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizə təqdim edərək, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirili bilinərək məhkəmə məsuliyyətinə verilmiş Təqsirləndirilən şəxs cəza verilməsi ilə yanaşı eyni zamanda sonuncudan 34000 (otuz dörd min) manat pulun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs iddia ərizəsini onunla əsaslandırmışır ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 41500 (qırx bir min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Sonuncu barəsində Göygöl RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, ibtidai istintaq aparılaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qeyd olunan məbləğdən 7500 manatını ödəmiş, ancaq 34000 manat maddi ziyanı ödəməmişdir. Hazırda təqsirləndirilən şəxsə cəza verilməsi ilə yanaşı 34000 (otuz dörd min) manat məbləğində pulda tutularaq ona ödənməlidir. Zərərçəkmiş şəxs məhkəmə tərəfindən iş üzrə mülki iddiaçı kimi tanınmışdır. İşə məhkəmədə baxılarkən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə aralarında razılaşdıqlarını, ona vurduğu 20000 manat məbləğində ziyanın 4000 manatını ödədiyini qalan 16000 manatını isə höküm qanunu qüvvəsini aldıqdan sonra 1 il ərzində ödəməyi öhdəsinə götürdüyünü, ona görə iddia həcmini azaltmaq istədiyini. Odur ki, iddia tələbini 16000 manat kimi qəbul edilməsi və Təqsirləndirilən şəxs 16000 manatın alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə cinayət işi üzrə razılığa gəldiklərini, Zərərçəkmiş şəxs dəymiş 20000 manat ziyanın 4000 manatı məhkəmə zalında ona təqdim etməklə, qalan 16000 manat pulu isə ona ödəməyi öhdəsinə götürdüyünü nəzərə alıb cinayət işi üzrə Zərərçəkmiş şəxs iddiasının 16000 manat hissədə təmin edilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 16000 (on altı min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində 02 (iki) gün tutulması nəzərə alınsın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 4700 (dörd min yeddi yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş içərisində Təqsirləndirilən şəxs ona pul verəcəyi barədə görüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 16000 (on altı min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpellyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-27/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-27/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver