Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-27/2025 07.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və azadlığın məhdudlaşdırılması cəzası çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib yaşadığı evdə saxlamışdır. Beləki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,64 qram və 3,60 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,15 qram olmaqla ümumi təmiz çəkisi 7,39 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı mənzildə yerləşən çarpayının içərisində gizlədərək saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 19:20 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Göygöl şəhəri Əliağa Şıxlınski küçəsi ev 48-da müəyyən edilərək yaşadığı mənzilə baxış keçirilən zaman mənzildə yerləşən çarpayının içərisində gizlədərək saxladığı 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,64 qram və 3,60 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,15 qram olmaqla ümumi təmiz çəkisi 7,39 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda ilk olaraq özünü qismən təqsirli bilərək, məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərindən çıxan balaca büküm ona məxsus olmuş, digər iki kibrit qutusunda olan narkotik vasitə isə ona məxsus olmamışdır. O fəhlə işləyir. Onun iki övladı var. Axşam üstü evə gəlmiş və sərxoş olmuşdur. Üzərində narkotik vasitə olmuş, lakin miqdarını tam xatırlamır. Həmin vaxt polis əməkdaşları evinə daxil olmuşlar və yaşadığı evdən narkotik vasitə aşkar edilmişdir. Əlavə olaraq bildirdi ki, yaşadığı evdən marixuana aşkar edilmişdir. Axtarış zamanı evində yataq otağından aşkar edilmişdir. Həmin vaxt evdə heç kəs olmamışdır. O, narkotik vasitədən istifadə etmək istəmiş, lakin istifadə etmək üçün çatdıra bilməmişdir, həmin vaxt sərxoş olmuşdur. O usta olması səbəbindən qonşusunun evində işıq problemi olduğundan gəlmiş və həll etməsini istəmiş, qonşusu onun tam sərxoş olmasını görmüş və fikirlərini dəyişmişlər, gözləyərkən polis əməkdaşları gəlmiş onda narkotik vasitə olmasını bildirib axtarış etmələrini bildirdikdə o buyrun edin demişdir. Axtarış zamanı ondan iki kibrit qutusunda narkotik vasitə aşkar edilmişdir. Narkotikin çəksini tam xatırlamır. Həmin narkotik ona məxsusdur və ona heç bir təyziq və təsir olmamışdır. Narkotik vasitəni nə vaxt ora qoymasını xatırlamır. Təxminən 1- 2 ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni “çay bağı” adlanan yerdən yığmış və qurutmaq istəmişdir. Həmin narkotik vasitə yabanı olmuş və nə qədər çəksə də hallandırmamışdır. Təxminən bir büküm narkotik olmuşdur. O istifadə etdikdə narkotik vasitənin yararsız olmasını görmüş, lakin içkili olması səbəbindən yadından çıxıb qalmışdır. Xırda bükümdə olan narkotik vasitə təmamilə onun olmuş, lakin iki kibrit qutusunu xatırlamadığından istintaqda özünü təqsirli bilməmiş, ola bilər ki, o evə istifadə üçün qoymuş lakin yadından çıxmışdır. Əvvəl onda narkorik vasitəni polis əməkdaşlarının qoyması ehtimalı olmuşdur. Polis əməkdaşları onun evinə gələrkən narkotik vasitədən istifadə etmək istəmiş, lakin çatdıra bilməmişdir. Həmin vaxt orda olan qazlı içki butulkasından narkotik vasitə çəkməsi üçün istifadə edir. Onun evində həmin narkotik vasitəni ora qoya biləcək heç kim yoxdur. Narkotik vasitəni “çay bağı” adlanan yerdən gətirərkən onu kağız bükümdə saxlamışdır. Həmin narkotik vasitəni qurutduqdan sonra kibrit qutusuna yığmasını xatırlamır. Özünü narkotik vasitəni çəkməsi ilə bağlı təqsirli bilir. Onun uşaqları və qoca anası narkotik vasitə qəbulu ilə məşğul deyildirlər. Onun yataq otağından aşkar olunmuş iki kibrit qutusunda olan narkotik vasitə ona məxsusdur və özünü tam təqsirli bilir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə təxminən axşam saat 18-19 radələrində gəlmişlər. Evin araxasında narkotik vasitə qəbul etmişlər, orda kağızın içərisində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitə təxminən yarım siqaretlik olmuşdur. Yataq otağından balıncın altından çıxan narkotiki tam xatırlamır ola bilər ki, o qoymuşdur ama yadından çıxmışdır. Ola bilsin ki, həmin narkotik vasitə onun olmuşdur. O hazırda özünü tam təqsirli bilir. Digər iki şahidin dindirilməsinə ehtiyac yoxdur və dindirilməsini istəmir. Sonda Təqsirləndirilən şəxs çıxışı zamanı bildirdi ki, əməllərinə görə peşimandır. Onun azyaşlı uşaqlarına görə bağışlanmasını istəyir, onun evə ehtiyyacı var. Məhkəmədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayon polis şöbəsinə ünvan 1-də qeydiyyatda olmaqla Göygöl şəhəri Əliağa Şıxlınski küçəsi ev 48-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və CABın əməliyyat müvəkkilləri birlikdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 oktyabr 2024-cü il tarixdə saat 19:20 radələrində Göygöl rayon Məhkəməsindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə alınmış qərar əsasında ünvan 3 ünvana gedilmişdir. Həmin vaxt evin həyətində Təqsirləndirilən şəxs və başqa bir nəfər şəxs, adı sonradan onlara məlum olan Şahid6 ilə birlikdə olduqlarını və narkotik vasitə qəbul etmək üçün stulun üzərində kağızda narkotik maddəyə bənzər kütlənin hazırlandığı müəyyən olunmuşdur. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından 2 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmiş və NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs, Şahid6 və aşkar olunmuş həmin 2 ədəd kibrit qutuları və kağızda olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Göygöl RPŞ-yə gətirilmişlər. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə digər şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bu barədə TB-nin təhqiqatçısı Elməddin Kamalov tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Həmçinin dəvət olunmuş vəkilin iştirakı ilə digər şəxs Şahid6 üzərinə baxış keçirilmiş və onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bu barədə TB-nin təhqiqatçısı Elməddin Kamalov tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Şahid6 və müdafiəçi imza etmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı yaşadığı evin həyətində kağız bükümdə aşkar edilib götürülmüş qurudulmuş marixuananı 25 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu, Çay bağı adlanan əraziyə çimməyə gedərkən yabanı halda bitdiyini görüb yığmış və özü istifadə etmək üçün yaşadığı evə gətirib qurudaraq saxlamışdır. Həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Lakin, yaşadığı evin yataq otağındakı çarpayının üzərində yığılmış yastıqların arasında 2 ədəd kibrit qutularında aşkar edilib götürülmüş qurudulmuş marixuana ona məxsus olmadığını, həmin narkotik vasitədən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayon polis şöbəsinə ünvan 1-də qeydiyyatda olmaqla Göygöl şəhəri Əliağa Şıxlınski küçəsi ev 48-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə CAB-ın əməliyyat müvəkkilləri, polis leytenantı Urfan Məmmədov, polis leytenantı Şahid4, polis leytenantı Şahid5 və polis kapitanı Şahid2lə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 oktyabr 2024-cü il tarixdə saat 19:20 radələrində Göygöl rayon Məhkəməsindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə alınmış qərar əsasında ünvan 3 ünvana gedilmişdir. Həmin vaxt evin həyətində Təqsirləndirilən şəxs və başqa bir nəfər şəxs, adı sonradan onlara məlum olan Şahid6 ilə birlikdə olduqlarını və narkotik vasitə qəbul etmək üçün stulun üzərində kağızda narkotik maddəyə bənzər kütlənin hazırlandığı müəyyən olunmuşdur. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından 2 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmiş və onun tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs, Şahid6 və aşkar olunmuş həmin 2 ədəd kibrit qutuları və kağızda olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Göygöl RPŞ-yə gətirilmişlər. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə digər şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bu barədə TB-nin təhqiqatçısı Elməddin Kamalov tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı yaşadığı evin həyətində kağız bükümdə aşkar edilib götürülmüş qurudulmuş marixuananı 25 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu, Çay bağı adlanan əraziyə çimməyə gedərkən yabanı halda bitdiyini görüb yığmış və özü istifadə etmək üçün yaşadığı evə gətirib qurudaraq saxlamışdır. Həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Lakin, yaşadığı evin yataq otağındakı çarpayının üzərində yığılmış yastıqların arasında 2 ədəd kibrit qutularında aşkar edilib götürülmüş qurudulmuş marixuana ona məxsus olmadığını, həmin narkotik vasitədən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Göygöl rayon polis şöbəsinə ünvan 1-də qeydiyyatda olmaqla Göygöl şəhəri Əliağa Şıxlınski küçəsi ev 48-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və CABın əməliyyat müvəkkilləri birlikdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 oktyabr 2024-cü il tarixdə saat 19:20 radələrində Göygöl rayon Məhkəməsindən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə alınmış qərar əsasında ünvan 3 ünvana gedilmişdir. Həmin vaxt evin həyətində Təqsirləndirilən şəxs və başqa bir nəfər şəxs, adı sonradan onlara məlum olan Şahid6 ilə birlikdə olduqlarını və narkotik vasitə qəbul etmək üçün stulun üzərində kağızda narkotik maddəyə bənzər kütlənin hazırlandığı müəyyən olunmuşdur. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından 2 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutuları açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmiş və NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs, Şahid6 və aşkar olunmuş həmin 2 ədəd kibrit qutuları və kağızda olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Göygöl RPŞ-yə gətirilmişlər. Təqsirləndirilən şəxs sorğu zamanı yaşadığı evin həyətində kağız bükümdə aşkar edilib götürülmüş qurudulmuş marixuananı 25 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu, Çay bağı adlanan əraziyə çimməyə gedərkən yabanı halda bitdiyini görüb yığmış və özü istifadə etmək üçün yaşadığı evə gətirib qurudaraq saxlamışdır. Həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Lakin, yaşadığı evin yataq otağındakı çarpayının üzərində yığılmış yastıqların arasında 2 ədəd kibrit qutularında aşkar edilib götürülmüş qurudulmuş marixuana ona məxsus olmadığını, həmin narkotik vasitədən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının üzərində yığılmış yastıqların arasından aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 25 oktyabr 2024-cü il tarixdə saat təxminən 6-7 radələrində o, yaşadığı evdən ev paltarında küçəyə heyvanın qarşısına çıxmışdır. Həmin vaxtı o Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmış, bir qədər söhbət etdikdən sonra Rafiq onu yaşadığı evə çay içməyə dəvət etmişdir. O Rafiqlə birlikdə Rafiqin yaşadığı evə çay içmək üçün getmişdir. Həmin vaxt stolun üzərində kağızda nəsə olmuşdur. Onlar 2 dəqiqə olmuşdur ki, içəri girmişlər, bu zaman onların olduqları ünvana polis əməkdaşları gəlmişlər. Əlavə olaraq bildirdi ki, stolun üzərində olan narkotik vasitə marixuana olmuşdur. Rafiq ona narkotik vasitə çəkməsini təklif etmiş, o isə çəkmədiyini bildirmişdir. Rafiq hardansa gedib narkotik vasitə gətirməmişdir. Narkotik vasitə ağ vərəqdə olmuşdur. Rafiq evə getmiş lakin nəsə gətirməsini görməmişdir. Polislər gəlib baxış keçirərkən o məhlədə olmuşdur. Polis əməkdaşları Rafiqi evə aparmış, o həmin vaxt həyətdə olmuş və evə girməmişdir. Sonra isə evdən narkotik vasitə çıxmasını demişlər, lakin o özü görməmişdir. Stolun üstündə olan narkotik vasitəni də polislər götürmüşdür. O istifadə etməməsini Rafiqə bildirmiş, həmin vaxt polislər gəlmiş Rafiqdə istifadə etməmişdir. O Rafiqin hallı olmasını hiss etməmiş, Rafiqin anası ona Rafiqin içib evin aynalarını qırmasını bildirdiyindən o, Rafiqin piyan olmasını düşünmüşdür. O mal heyvanının qabağına çıxdığı yer bayraq meydanının yanıdır. Onun çay içmək üçün 2-3 dəqiqə vaxtı olmuşdur. Ona Rafiq çay içməsini təklif etdikdə Rafiq piyan olmuşdur. Əvvəllər Rafiqlə ölü yerində oturub yemək yeyib çay içmişdir. Rafiqin evini əvvəllər də tanımışdır. Evdə Rafiqin oğlunu və anasını görmüşdür. Onlar evin həyətinə girdikdən sonra evin arxasına keçmişlər. Rafiq ona aynanı qırmasını bildirmiş və evin arxasından çardağa keçərkən polislər gəlmişlər. Rafiq ona narkotik vasitə çəkəni olub-olmamasını soruşmuş, o isə çəkmədiyini bildirmişdir. O kağızın içərisində narkotik vasitəni görmüşdür. Kağız evin arxasında stolun üstündə olmuşdur. Onlar həmin yerdə oturmamışlar. Kağızı görmüş, kağızın içərisində narkotik vasitə olan marixuana olmuşdur. O həyətə girəndən 3 dəqiqə sonra polislər gəlmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, Rafiqin narkotik vasitəni hardan gətirməsini görməmişdir. Həmin yerdə altı kəsilmiş qazlı su butulkası olmuşdur. Həmin qutudan narkotik vasitə çəkmək üçün istifadə olunur. Polislər gəldikdən sonra onu çardaqda saxlamışlar və Rafiqlə bir yerdə evə girmişlər. Polislər ondan burda nə etməsini soruşduqda hazırda dediklərini demişdir. Evdən nə aşkar olunmasını görməmiş, lakin sonradan eşitmişdir. Onu və Rafiqi polis şöbəsinə aparmışlar. Ona evdən 2 kibrit karopkası marixuana çıxmasını bildirmişlər. Polis şöbəsində onun üzərini yoxlamışlar və onun üzərindən heç nə aşkar edilməmişdir. Rafiq polis şöbəsində olarkən onu buraxmalarını, onluq bir şey olmamasını və onu qonaq çağırmalarını bildirmişdir. Evin arxasında oturmamışdır. Evin arxasında oturmağa yalnız bir stol olmuş, Rafiqin anası ondan nə etməsini soruşduqda Rafiq nəşə çəkməsini bildirmiş, onun anası isə gedib zibili töküb gəlməsini bildirmiş, bundan 2-3 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. O evin arxasında oturmamış, ayaq üstə dayanmışdır. Qapı döyülmüş və polis əməkdaşları Rafiqi çağırmışlar. O, Rafiqin narkotik vasitəni haradan götürüb stola qoymasını görməmişdir. Onlar küçədə təxminən 2-3 dəqiqə dayandıqdan sonra Rafiq onu evə dəvət etmişdir. Rafiqlə narkotik çəkməsi ilə bağlı razılaşmamışdır. O, Rafiqin evdən narkotik vasitə gətirməsini görməmiş, ama ağ kağızın içərisində narkotik vasitə görmüşdür. Rafiqin kibrit qutusunu yaşadığı evə aparıb qoymasını və evin həyətinə çıxmasını görməmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etməmiş və narkotik vasitə istifadəçisi deyildir, qeyd etdiyi gün Rafiqin yaşadığı ünvanda isə Rafiq kağız bükümdə gətirib nəşə olduğunu bildirmiş, lakin onlar ondan istifadə etməmiş, polis əməkdaşları gəlib onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, Rafiqlə heç bir qohumluğu yoxdur. Rafiqin narkotik vasitədən istifadə etməsindən xəbəri olmamış, həmin günü Rafiqin özü ona bildirdikdə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs ona narkotik vasitədən kiməsə verməsi və ya satması barədə heç bir söz deməmiş, onun bu barədə heç bir məlumatı olmamışdır. İstintaqda verdiyi ifadəsindən bu yana ola bilər ki bəzi şeylər yadından çıxmışdır. Bəlkə də onlar həyətdə Rafiqlə oturmuşlar, ama ola bilsin ki yadından çıxmışdır. İstintaqda verdiyi ifadədəki imza ona məxsusdur. Ona heç bir hədəqorxu gəlinməmiş və döyülməmişdir. Rafiq narkotik vasitəni cibindən çıxarıb stola qoymuşdur. O gedəndə stolun üzərində narkotik vasitə olmamışdır. Rafiq narkotik vasitəni evdən gətirib stolun üzərinə qoymuşdur. Rafiqin narkotik vasitəni aparıb, evə qoymasını görməmişdir. O istintaqda olarkən Rafiqlə üzləşmişdir və olanları Rafiqə demişdir. Üzləşmə zamanı o, Rafiqə marixuananı gətirib qoymasını və ona da təklif etməsini bildirmiş, o da razılaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2358 nömrəli araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilməsi və istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. 25 oktyabr 2024-cü il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evə və evin həyətinə baxış keçirilməsi və narkotik vasitə aşkar olunaraq götürülməsinə dair protokol tərtib edilərək videoçəkiliş aparılmışdır. “Şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqat zamanı 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən heç bir dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2024-cü il tarixli 16/1040 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində imzalar olan kağız paketdəki, 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,64 qram, 3,60 qram və 1 (bir) ədəd kağız bükümdə tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,25 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,15 qram, ümumi təmiz çəkisi 7,39 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananın 0,09 qram tədqiqata sərf edildi, qalıq 3,61 qr, 3,57 qr, 0,12 qram. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etidirlməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması, qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qəbul edilmiş qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 7,3 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə, həmçinin üzərinə baxış keçirilməsinə dair olan 2 ədəd disklər cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 7,3 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməklə, qərarın sürətinin təqdim edilməsi və qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-29/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evə, həmçinin üzərinə baxış keçirilməsinə dair olan 2 ədəd DVD disklərə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 3-13-77/1-770097 saylı əməliyyat tapşırığınıa cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o, Göygöl rayonu "Çay bağı" adlanan yerdə yabanı halda bitmiş çətənə kollarından toplayaraq öz istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı kimdənsə alması, eləcə də narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Buna baxmayaraq tərəflərindən tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. Məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2024-cü il tarixli 1869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə demişlər. İstintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs üzünə demişdir ki, 25 oktyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində o, yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxtı əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmışlar, bir qədər söhbət etdikdən sonra Rafiq onu yaşadığı evə çay içməyə dəvət etmişdir. O, onunla birlikdə onun yaşadığı evə getmişdir. Onlar orada evin həyətində oturan zaman Rafiq ona evində nəşə olduğunu və ona onunla birlikdə nəşə çəkməyi təklif etmişdir. O, əvvəlcə ona indiyənədək narkotik vasitə istifadə etmədiyini bildirərək imtina etmiş, lakin Rafiq ona israr etdikdən sonra onunla razılaşmışdır. Bundan sonra Rafiq yaşadığı evə girərək ağ kağıza bükülmüş halda narkotik vasitə olan nəşəni gətirib evin həyətindəki stulun üzərinə qoymuşdur. Elə bu zaman onlar olduğu ünvana polis əməkdaşları gəlmişlər və Təqsirləndirilən şəxs evinə baxış keçirmişlər. Polis əməkdaşları Rafiqin yaşadığı evdən narkotik vasitə aşkar edərək götürmüşlər və onları polis şöbəsinə dəvət etmişlər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-30/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti 01 ay uzadılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-91/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2024-cü il tarixli 16/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində iştirakçılar: Şahid3, Şahid4, R.Hüseynov, Təqsirləndirilən şəxs yazılar və imzalar olan kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd marixuananın təmiz çəkiləri-3.61 qr (1-№-li ob), -3.57qr (2№-li ob) 0.12 qr (3-№-li ob), tədqiqata sərf edildi-0.12 qr (hər obyektdən 0,04qr götürüldü), qalıq -3,57 qr (1-№-li ob), -3.53 qr (2-№-li ob), 0,08 qr (3-№-li ob). Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(066)-32/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti 01 ay uzadılmışdır. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, qərarın təsviri hissəsindəkilərə əsasən cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 7,39 qram qəbul edilsin və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra yenidən qəsdən cinayət əməlini törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman videolentə alınaraq 01 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə kimyəvi-bioloji, məhkəmə narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış təlabnamə arayışından, həmçinin alınmış məhkəmə hökmü və qərarın surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhər Xalq məhkəməsi tərəfindən CM-nin 207 mad 2 his ilə əməyə mütləq cəlb olunmaqla 2 il azadlıqdan şərti məhrum olunmuş, xx.xx.1999cu il tarixdə Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsi tərəfindən AR CM-nin 242 mad “A” bəndi ilə 5 il AME cəzasına, xx.xx.1999-cu il tarixdə Bakı şəhər Qaradağ rayon Xalq Məhkəməsi tərəfindən AR CM-nin 93-4 mad 2 his, 213 mad 2 his, 38, 39 maddələri ilə 7 il AME cəzasına, xx.xx.2023-cü il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən AR CM-nin 237.1 maddəsi ilə 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5752 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışından görünür ki, Əliyev X8 şəhəri Aşıq Ələsgər küçəsi 37 saylı mənzildə yaşayış qeydiyyatındadır. Ailə tərkibi arvadı 1979-cu il təvəllüdlü X3, oğlu 2008-ci il təvəllüdlü X7, qızı 2009-cu il təvəllüdlü X6 və anası 1960-cı il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, A-29/2023 nömrəli məktubundan görünür ki, Əliyev X8 Rayon Məhkəməsinin 1(066)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Əliyev X8 rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş və cəza müddətinin əvvəli həmin tarixdə hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və azadlığın məhdudlaşdırılması cəzasının müddət axımı həmin tarixdə dayandırılmışdır. Həmin tarixə qədər Təqsirləndirilən şəxs cəzasının 1 (bir) il 01 (bir) ay 20 (iyirmi) gününü çəkmiş və cəzasının 10 (on) ay 08 (səkkiz) günü çəkilməmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edirki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına və cəzasını çəkmədən yenidən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, üzərində çəkilməmiş cazısının olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Həmçinin müəyyən olunur ki, Əliyev X8 Rayon Məhkəməsinin 1(066)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanın 10 (on) ay 08 (səkkiz) gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.və 68.1.1-1.-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş qalan 10 (on) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən hesab olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(066)-91/2023 saylı hökm ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 05 (beş) ay 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 7.18 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 93.20 (doxsan üç manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 7 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(066)-91/2023 saylı hökm ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 05 (beş) ay 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 93.20 (doxsan üç manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.18 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 (qırx iki) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-27/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-27/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver