Məhkəmə qərarları › İş №1(066)-28/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-28/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-28/2024 23.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X3, zərər çəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1979-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu Allıkənd kəndində qeydiyyatda olan və Goranboy rayonu Yeni Qəsəbə ev 350-də yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 366-cı kilometrliyində idarə etdiyi Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat surətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən "X26" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, yəni o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı olduğu halda bunu etməyərək, avtomobilinin qabaq tərəfi ilə X10 yolun sağ kənarında saxladığı VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısını açıb arvadı Zərərçəkmiş şəxs1 yemək qabı verərkən Röyal Hacıyevi və avtomobilin arxa tərəfindən yolun orta xəttindən sağa doğru 2.7 toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ 21013 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 çanaq sümüklərinin yerdəyişməyən xətti formalı sınıqları ilə müşayiət edilən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 döş qəfəsinin qapalı küt travması, sol V qabırğanın yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər və VAZ 21013 markalı avtomobilin sürücüsü X10 qapalı kəllə-beyin travması, baş-beyin alın-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, baş beyinin hər iki yarımkürəsində çoxsaylı kontuziya ocaqları, baş beyin maddəsinin ödəmi, əzilməsi, başın yumşaq toxumalarına sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, hər iki ağ ciyərin ödəmi, paylararası səhələrdə ocaqlı qansızmalar, qaraciyərin və dalağın cırılması, dalağın çıxarılması, sol bazu sümüyünün qapalı-qəlpəli sınığı, İV bel fəqərəsinin kompression sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızça, sağ gicgah sağ qulaq və bel nahiyələrinin yaraları, hər iki bazu, sağ qalça, bel sol sağrı sağ baldır nahiyələrinin və döş qəfəsinin arxa səthinin böyük ölçülü sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada ölməsinə səbəb yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Mercedes Benz 208 D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun pulunu verib alsa da etibarnamə ilə idarə edir. Onun BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin mikroavtobusla fərdi qaydada Şəmkir və ətraf rayonlara fəhlə aparıb-gətirməklə məşğul olur. Məskunlaşdığı məcburi köçkün qəsəbəsindən hər gün bağlarda işləməyə fəhlələr gedir, onları aparıb geri qaytarır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu Kür qəsəbəsində yerləşən meyvə bağlarına qadın fəhlələr aparmışdır. Həmin gün saat 16:30 radələrində 12 nəfər sərnişinlə Goranboy rayonuna doğru yol düşmüşdür. Həmin gün saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Göygöl rayonu ərazisindən keçən hissədə 70 km/saat surətlə sağ zolaqda hərəkətdə olarkən qarşısında dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı yük avtomobilinin aşağı surətlə hərəkətdə etdiyini görmüş, onu ötməyə başlamışdır. Bu zaman yük avtomobilinin də qarşısında olan avtomobili ötüb keçdiyini görüb yenidən sağ zolağa qayıtmaq istəmişdir. Bu zaman sağ zolaqda hərəkət hissədə dayanmış VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, avtomobili düzünə gedib yolun sağında dayanmışdır. VAZ 21013 markalı yolun sağına doğru gedib dayanmışdır. Avtomobildən düşəndə avtomobili vuranda avtomobilin sol arxa qapısında dayanmış sürücünü də vurduğunu görmüşdür. X27 və DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun avtomobilində və digər avtomobildə olan yaralılara köməklik etməyə başlamışdır. Təcili yardım onun avtomobilində olan yaralanmış 3 nəfər sərnişini, digər avtomibilin sürücüsü və sərnişinlərini xəstəxanaya aparmışdır. Özü də sürücü X28 rayon Mərkəzi xəstəxanasına aparmış, sonra hadisə yerinə qayıtmışdır. O və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş fotoşəkillər çəkilmişdir. Röyal Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya köçürülmüş, xx.xx.2023-cü il tarixdə müalicə aldığı xəstəxanada vəfat etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində 12 nəfər sərnişin olmuş, avtomobilində yük və ya hər hansı bir nasazlıq olmamışdır. Zərərçəkmiş şəxslərin hər biri ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi dəstək olmuş, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, etdiyi əməlindən səmimi peşman olmasını, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, mərhum Röyal Hacıyev onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində Röyal idarə etdiyi VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Göygöl şəhərinə gələrkən avtomobilini yolun kənarında saxlayıb azyaşlı övladının yemək qabını götürmək üçün düşmüşdür. Bu zaman arxadan gələn Mercedes Benz 208 D mikroavtobus markalı 99-B9-MK-371 dövlət qeydiyyat nişanlı avtomobil onu və avtomobili vurmuşdur. Hadisə nəticəsində oğlu və avtomobildə olan gəlini Güləndam, nəvəsi Amir, baldızı Xatirə və qızı Fidan xəsarət almışdır. Röyal xx.xx.2023-cü il tarixdə müalicə aldığı xəstəxanada vəfat etmiş, onu xx.xx.2023-cü il tarixdə Göygöl şəhər qəbiristanlığında dəfn etmişdirlər. Onun, Mercedes Benz 208D markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum Röyal Hacıyev onun bacısı oğludur. Yetkinlik yaşına çatmayan qızı Fidan Hacıyeva serebiral iflic xəstəliyindən əziyyyət çəkir. Röyalın azyaşlı övladı da xəstədir. Röyal öz oğlunu Gəncə şəhərinə fizioterapiyaya apararkən avtomobilləri olmadığı üçün Fidanı da onunla aparmışdır. xx.xx.2023-cü il tarixdən Röyalın idarə etdiyi VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhərinə fizoterapiyaya getmişlər. Həmin gün saat 17 radələrində həkimdən çıxıb yola düşmüşlər. Qızı Fidan ön sərnişin yerində, Güləndam qucağında azyaşlı övladı Amirlə arxa sol, özü isə arxa sağ sərnişin yerində əyləşmişdir. Bakı-Qazax yoluna dönərkən Amir ağlamağa başlamışdır. Amirin yemək qabı avtomobilin baqajındakı çantada qaldığı üçün Röyal avtomobili biraz qarşıda yolun sağ kənarında hərəkət hissədə saxlayıb baqajdan yemək qabını götürüb qapını açıb Güləndama verərkən arxadan gələn Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil qapının yanında dayanmış Röyalı vurmuşdur. Onların avtomobili fırlanıb yolun dərəsinə düşmüşdür. Yoldan keçən avtomobillər onu və qızı Fidanı Göygöl RMX-na aparmışdır. xx.xx.2023-cü il tarixdə Röyal müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Onun mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 himayəsində xəstə azyaşlı uşağı olduğundan məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, iş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Röyal Hacıyev onun əri olmuşdur. Onunla 2017-ci ildə ailə həyatı qurmuş, birgə nigahlarından 2 azyaşlı övladı vardır. Böyük övladı xx.xx.2020-ci il tarixli Amir ATRX sindromundan əziyyət çəkir. Onun bir müddətdir ki, Gəncə şəhərinə fizioterapiyaya aparırlarmış. Onlarla birlikdə Röyalın xalası Xatirə və qızı Fidan da gedirmiş. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Röyalın idarə etdiyi VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gedirmişlər. Həmin gün saat 17:10 radələrində həkimdən çıxıb evə qayıtmaq üçün yola düşmüşlər. O, arxa sol sərnişin yerində, Fidan ön, Xatirə isə arxa sağ sərnişin yerində əyləşmişdirlər. Bakı-Qazax yolu ilə hərəkətdə olakən yolda Amir ağlamışdır. Onun yemək qabı avtomobilin arxa baqajında çantada qaldığından Röyal avtomobili yolun kənarında hərəkət hissədə saxlamış, baqajdakı çantadan yemək qabını götürüb onun tərəfdən qapını açıb verərkən arxadan gələn Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobilinin arxasından və Röyalı vurmuşdur. Avtomobilləri yolun sağına doğru gedib yolun dərəsinə düşmüşdür. Mikroavtobus Röyalı qarşısında sürüyüb qabağa aparmışdır. Ayılanda artıq Gəncə şəhərinə Abbas Səhhət adına xəstəxanada olmuşdur. Qəza nəticəsində Amir də xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə Röyal xəstəxanada vəfat etmişdir. X34 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, günəmuzd qaydada Şəmkir və ətraf rayonlarda istixanada fəhlə işləyir. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşayır. Talıb özünə məxsus Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə fəhlə yığıb aparır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şəmkir rayonundan qayıdarkən mikroavtobusun 3-cü sırada yerləşən oturacağında əyləmişdir. Yuxulu və yorğun olduğundan başını qabaq oturacağın dəmirinə söykəmişdir. Qəfildən qəza baş vermiş burnundan xəsarət almışdır. Avtomobildən düşəndə Talıbın hərəkətdə olarkən yolda dayanmış VAZ 21013 markalı avtomobillə arxadan toqquşduğunu görmüşdür. X35 avtomobili xəstəxanaya aparmışdır. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstəridyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işi başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata götürülməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 366-сı kilometrliyində baş vermişdir. Avtomobil yolu Bakı şəhər və Qazax rayon istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti dəmir arakəsmə ayırır. Yolun hər iki istiqamət üçün ümumi eni 17.8 metrdir. Yolun hər iki istiqamətinin sağında 3 metr enində yol çiyni yerləşir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisə baş vermiş ərazidə sürət həddi 90 km/saat sürətlə məhdudlaşdırılmışdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 3122/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş “cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş X10 meyitinin 17 oktyabr 2023-cü il tarixli 23 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin alın-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, baş beyinin hər iki yarımkürəsində çoxsaylı kontuziya ocaqları, baş beyin maddəsinin ödəmi, əzilməsi, başın yumşaq toxumalarına sağ gicgahənsə nahiyələrinə uyğun hissələrdə qansızma, hər iki ağ ciyərin ödəmi, paylararası səhələrdə ocaqlı qansızmalar, qaraciyərin və dalağın cırılması, dalağın çıxarılması (splenektomiya əməliyyatından sonrakı vəziyyət) sol bazu sümüyünün qapalı-qəlpəli sınığı, İV bel fəqərəsinin kompression sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ gicgah sağ qulaq və bel nahiyələrinin yaraları, hər iki bazu, sağ qalça, bel sol sağrı sağ baldır nahiyələrinin və döş qəfəsinin arxa səthinin böyük ölçülü sıyrıqları. Qeyd olunan xəsarətləri həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. 2. X2 ölümünə səbəb-qapalı kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinə qansızma, baş beyin maddəsinin əzilməsi və kəskin ödemi olmuşdur. Ətraf mühit şəraiti və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 1-3 saatdır (meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 23:00-da aparılmışdır) 3. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 599 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişmiş sınığı- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 589 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin qapalı küt travması, sol V qabırğanın yerdəyişmiş sınığı, bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 592 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – çanaq süçüklərinin yerdəyişməyən xətti formalı sınıqları, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarına əlavə edilmiş “məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının” 04 dekabr 2023-ci il tarixli 8/3437 nömrəli rəyindən görünür ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 208D markalı **-MK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X26» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində X26» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşma VAZ 21013 markalı avtomobilin dayanmış vəziyyətində baş vediyindən sürücü R.Hacıyevin hərəkətlərində qeyd olunan maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindn ekspertin salahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarına əlavə edilmiş “cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq icraatının təzələnməsi və işin icraata qəbul edilməsi qərara alınmışdır. Goranboy Rayon Mərkəzi X16 Şəxsindən təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli, 35196 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Mamedov X21 RMX-nın poliknikasının narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Goranboy Rayon Mərkəzi X16 Şəxsindən təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli, 35196 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Mamedov X21 RMX-nın poliknikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. İşdə olan Goranboy rayon İHB-nin Yeni Qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət xarakterli material daxil olmamışdır. İşdə olan Goranboy rayon İHB-nin Yeni Qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Mamedov X21 rayonu, Yeni qəsəbəsində arvadı, 2 nəfər qızı və 1 oğlu ilə birgə yaşayır. İşdə olan AA3057666 saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X19 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. İşdə olan AA3057665 saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X17 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İşdə olan AA3341875 saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “ölüm haqqında şəhadətnamənin” sürətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində epidural qansızma səbəbindən olmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 10-cu ayının 31-ci günündə 831 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 ölmüş zərər çəkmiş şəxs X10 hüquqi varisi qismində tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “avtomobilin maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut hesab edilərək, qəbzlə sahiblərinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarxili qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 mərhum oğlu Röyal Hacıyevin hadisə zamanı idarə etdiyi VAZ 21013 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarxili qəbzdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. İş materiallarına əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ tərəfindən verilmiş 30 dekabr 2023-ci il tarixli 3-13-16-3/2-9589/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-cü il tarixədək AE 123800 seriyalı, BCD kateqoriyalı sürücülük vəsiqəsi, X14 AE 102948 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş, onların sürücülük hüquqları məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş 26 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilərək Xanlar rayon məhkəməsinin xx.xx.2001-ci tarixli hökmü ilə 1.100.000 manat cərimə cəzası ilə cəzalandırılmışdır. İş matariallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi və qərarın ona elan olunmaqla surətinin təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməsi qərara alınmışdır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Allıkənd kəndində doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaq. Xahiş edir ki, ərizəsi nəzərə alınsın. İşdə olan xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona ziyan dəymiş, hazırda onlar barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Talıb İsa oğlu ilə barışmış, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaq. Xahiş edir ki, ərizəsi nəzərə alınsın. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4., 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əsasən zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş maddi zərəri ödəməsini, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxslərin və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut VAZ 21013 markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin və Mercedes Benz 208D mikroavtobus markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibilərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməli. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut VAZ 21013 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Mercedes Benz 208D mikroavtobus markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibilərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar