Məhkəmə qərarları › İş №1(066)-29/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-29/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-29/2024 04.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi ev 17-də qeydiyyatda olmaqla Göygöl rayonu Qızılca kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, 1(bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,232 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 08 yanvar 2024-cü il tarixdə saat 11:00 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Göygöl rayonu Üçtəpə kəndinin inzibati ərazisində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,232 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu Qızılca kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Uzun zamandır ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən, əsasən də “patı” dedikləri psixotrop maddədən istifadə edir. 07 yanvar 2024cü il tarixdə yaşadığı Göygöl rayonu Qızılca kəndində piyada şəkildə gəzən zaman yolun kənarında bir ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüş və diqqətini çəkdiyi üçün həmin bükümü yerdən götürmüş və bükümün içərisinə baxarkən əvvəllər də narkotik vasitə istifadəçisi olduğundan bükümün içərisində olan kütlələrin patı deyilən maddə olmasını bilmişdir. Bundan sonra o, həmin bükümü daha sonra istifadə etmək məqsədilə özüylə götürüb üzərində saxlamışdır. 08 yanvar 2024-cü il tarixdə saat təxminən 11 radələrində Göygöl rayonu Üçtəpə kəndində olarkən mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində və satışında şübhəli olduğunu bildirib Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. o, ona təqdim edilmiş siyahıdan Müdafiəçi seçərək onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Müdafiəçi dəvət olunmasından sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. O da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümü təqdim etmişdir. Bundan sonra patı dedikləri həmin psixotrop maddə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır.Hazırda törətdiyi cinayət əməlniə görə peşimançılıq çəkir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 yanvar 2024-cü il tarixdə Göygöl rayonu Qızılca kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə Göygöl rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndinin inzibati ərazisində olmasını müəyyən edərək, Şahid1 ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmişlər. Həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində baş təhqiqatçı, polis kapitanı Anar Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman geyim gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Göygöl rayonu Qızılca kəndində piyada gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtiddai istintaq zamanı ifadəsində göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. Göygöl rayonu Qızılca kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı almışdır. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da həmin tədbirə cəlb etmişdir. 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndi ərazisində olmasını müəyyən edərək Şahid2 ilə birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmişlər. Həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanda aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində baş təhqiqatçı, polis kapitanı Anar Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman geyim gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Göygöl rayonu Qızılca kəndində piyada gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. -İş materiallarında olan və məhkəmədə araşdırılan: - Şəxsi baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman geyim gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı psixotrop maddə olan metamfetamin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış videolentə alınaraq 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli 16/24 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,232 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk və üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,182 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və psixotrop maddə olan metamfetamin saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. - Göygöl rayon Məhkəməsinin hakimi Əyyub Kərimovun 09 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təxirasalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Göygöl rayon Polis şöbəsinin narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixli qərarının Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində saxlanılması hissəsində qanun pozuntusu aşkar olunmadığı müəyyən edilmiş, onun üzərinə baxış keçirilməsi hissəsinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. - Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsi, onun digər yerlərdə narkotik vasitə və ya psixotrop maddə saxlayıbsaxlamaması, onun kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satıb-satmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmiş, lakin göstərilən istiqamətdə keçirilmiş tədbirlər nəticəsində hər hansı bir yeni hallar müəyyən edilməmişdir. - Məhkəmə narkoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 49 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,182 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon HB-nın Qızılca kənd İƏD-si üzrə nümyəndəliyinin xx.xx.2024-cü il tarixli 5-47-24/3-2-19/2024 saylı arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Stansı Qızılca kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakretiza olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 1,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək 02 gün həbsdə saxlanması nəzərə alınaraq üzərində qəti olaraq 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 1,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası maddi sübutlara aid olan hissədə Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar