Məhkəmə qərarları › İş №1(066)-3/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-3/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-3/2024 07.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiiəçisi Müdafiəçi, iştirakları ilə 14 deksbr 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 29, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat qarşılığında adına tibbi sığorta alıb Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ilkin olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15:43-də Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Nəbi“ marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 480 (dörd yüz səksən) manat pulu əldə etdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə həmin tarixdə saat 17:54-də sonuncunun Göygöl şəhəri, Bəhlulzadə küçəsində yerləşən “Step” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi 200 (iki yüz) manat pulunu alıb ələ keçirərək, göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 680 (altı yüz səksən) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər maşın alqı-satqısı ilə məşğul olmuşdur. Bakı şəhərindən tanıdığı Ceyhun Bədəlova məxsus avtomobili 2019-cu ildə satmış, buna görə də ünsiyyətləri yaranmışdır. Təxminən 2022-ci ilin iyun ayının 1-də təxminən saat 18 radələrində Ceyhun Bədəlov ona məxsus mobil nömrəyə zəng edərək Göygöl rayonuna getməli olduqlarını, bunun qarşılığında xeyri olacağını demişdir. O da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 07 radələrində Ceyhunla onun yaşadığı Xırdalan şəhərindən götürmüş və Ceyhun ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonundan adını xatırlamadığı “rent a car”-dan kirayə götürdüyü idarə etdiyi “Kia Optima” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən “Qoşa Çinar” adlı istirahət mərkəzinə gəlmişlər. Həmin istirahət mərkəzində olan zaman Ceyhun Bədəlov istirahət mərkəzinin adını bilmədiyi içşisinə qonağı olacağını bildirərək, qonağı gələn zaman əlaqə saxlamaq məqsədi ilə həmin tanımadığı işçidən nömrə istəmiş və daha sonra onun idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərinə yola düşmüşlər. Onlar yolda olan zaman Ceyhun Bədəlov sözügedən istirahət mərkəzinin işçisinə zəng edərək özünü “Azər Avto-yol” İdarəsinin işçisi Pərviz müəllim kimi təqdim edərək, qonaqlarının gələcəyini, 6 nəfərlik masa hazırlamasını bildirmişdir. Həmin şəxsə Yol idarəsinə sürücü lazım olduğunu, işə götürmək istədiyini bildirdikdə, istirahət mərkəzinin adını bilmədiyi içşisi tanışının işə düzəlmək istədiyini bildirmişdir. Ceyhun Bədəlov həmin şəxsə mobil nömrəsini verməsini və onunla əlaqə saxlamasını bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra bir nəfər tanımadığı şəxs Ceyhun Bədəlova zəng edərək, Yol İdarəsinə sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. Ceyhun Bədəlov həmin şəxsə ödəmə terminalına yaxınlaşaraq tibbi sığorta əldə etmək üçün 480 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin şəxs Ceyhun Bədəlovla razılaşaraq Ceyhun Bədəlovun ona təqdim etdiyi mobil nömrəyə 480 (dörd yüz səksən) manat pul göndərmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra Ceyhun Bədəlov həmin şəxsə zəng edərək yenidən 200 manat göndərməsini, işlərin tez həll olması üçün həkimə verəcəyini demiş və həmin şəxs Ceyhun Bədəlovun təqdim etdiyi mobil nömrəyə 200 manat pul göndərmişdir. Bundan bir qədər sonra Ceyhun Bədəlov mobil nömrəsini söndürmüşdür. Onlar həmin tarixdə təxminən saat 20 radələrində Bakı şəhərinə çatan zaman, Ceyhun Bədəlov “Şamaxinka” adlanan ərazidə olan “Ünibanka” aid olan bankomata yaxınlaşaraq təxminən 1100 (min yüz) manat pulu nəğdləşdirmiş və ona 345 manat pul vermişdir. 55 manat dəyərində avtomobilə yanacaq vurmuşdur. Bundan sonra o, idarə etdiyi avtomobillə Xırdalan şəhərinə gedərək, Ceyhun Bədəlovu yaşadığı Kristal 1 adlanan yerdə düşürtmüş və öz yaşadığı evinə getmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu zərəri onlara tamamilə ödəmişdir. Onun ondan şikayəti və tələbi yoxdur. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən “Qoşa çinar” adlı restoranda administrator işləyir. 02 iyun 2022-ci il tarixdə təxminən saat 13 radələrində ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və həmin tanımadığı şəxs danışıq zamanı demişdir ki, Pərviz müəllimdi, Yol İdarəsinə müdir təyin olunmuşdur, işlə əlaqədar Bakı şəhərindən qonaqları olacaq, 2 ədəd koteç və 6-7 nəfərlik stol hazırlamağını bildirmişdir. Eyni zamanda həmin şəxs yeməkləri maraqlanaraq sifariş vermiş və həmin gün təxminən saat 17-18 radələrində gələcəklərini bildirmişdir. Pərviz adlı şəxs kimi özünü təqdim edən şəxs danışıq zamanı söhbət əsnasında Yol İdarəsinə müdir kimi yeni təyin olunduğunu, İdarədə 1-2 nəfər sürücü yerinin boş olduğunu, əgər tanışı varsa, nömrəsini verməyini, əlaqə saxlamağını bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra dostu Turala məxsus mobil nömrəyə zəng etmişdir ki, bəlkə işsiz dostu-tanışı varsa Pərviz kimi özünü təqdim edən şəxslə danışıb maraqlansınlar. O, Turala Pərviz adlı şəxsin zəng etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin gün təxminən saat 18 radələrində Tural ona zəng etmişdir ki, Pərviz adlı şəxsə zəng çatmır, Turalın qohumu adı ona sonradan məlum olan Natiq adlı şəxsin Pərvizə əvvəlcə 480 (dörd yüz səksən) manat, daha sopnra 200 (iki yüz) manat pul göndəribdir. O, danışıq zamanı Turala bildirmişdir ki, necə zəng çatmır, Pərviz adlı şəxs restorana gəlməlidi, ona stol hazırladıbdır. Turalla danışdıqdan sonra özünü Pərviz adı ilə təqdim edən şəxsə dəfələrlə zəng etsədə, zəng çatmadığından, əlaqə saxlaya bilməmişdir. Sonra ona məlum olmuşdur ki, dostu Turalın qohumu olan Natiq özünü Pərviz kimi təqdim edən şəxsə Gəncə şəhəri Yol İdarəsinə sürücü kimi işə düzəlmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pul göndərmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs nun məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, qohumu Şahid1 ilə birlikdə Gəncə şəhərində olan zaman, qohumu Turalın tanışı Göygöl şəhər sakini Rövşən adlı şəxs ona zəng edərək, Pərviz adlı bir nəfər şəxsin olmasını, həmin şəxsin yol idarəsində işləməsini, işə adam düzəltməsini bildirmişdir. Tural da Rövşənin dediklərini ona bildirmiş və işləmək istəyib-istədiyimi ondan soruşmuşdur. O, həmin vaxtlar işsiz olduğundan Turala işləmək istədiyini bildirmişdir. Bundan sonra o, Turalın mobil telefonu vasitəsi ilə Rövşənin verdiyi Pərviz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlayan zaman, özünü ona Gəncə şəhər Yol İdarəsində işləyən Pərviz kimi təqdim edən şəxs onu Gəncə şəhər Yol İdarəsinə sürücü kimi işə düzəldəcəyini, bunun üçün əvvəlcə tibbi sığortanın əldə olunması məqsədi ilə Pərviz adlı şəxsə 480 (dörd yüz səksən) manat pul göndərməli olduğunu bildirmişdir. O, Pərviz adlı şəxslə razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Pərviz kimi tanıdığı şəxsin təqdim etdiyi 055-771-51- 49 nömrəli mobil nömrəyə Gəncə şəhəri Əziz Əliyev küçəsində yerləşən “Nəbi” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 480 (dörd yüz səksən) manat pul göndərmişdir. Bundan sonra təxminən saat 17 radələrində o, Göygöl rayonunda olduğu zaman Pərviz kimi tanıdığı şəxslə mobil telefon vasitəsi ilə dnışıq zamanı yenidən Pərviz adlı şəxsə 200 (iki yüz) manat pul göndərməyini bildirmiş və ***-***-**-** saylı mobil nömrəni ona təqdim edərək, sürücüsünün nömrəsi olduğunu demişdir. O, Pərviz kimi tanıdığı şəxs ilə razılaşaraq Göygöl şəhəri Bəhlulzadə küçəsində yerləşən “Step” marketə gələrək, marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat pulu Pərvizin ona təqdim etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə göndərmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra o, Pərvizin təqdim etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələrə zəng etdikdə həmin nömrələrə zəng çatmadığını görmüşdür. Beləliklə də, xx.xx.2022-ci il tarixdə ümumilikdə 680 manat pulu Pərviz kimi tanıdığım şəxsin ona təqdim etdiyi ***-***- **-** və ***-***-**-** nömrəli mobil nömrələrə göndərmişdir. Sonra Pərviz kimi tanıdığı şəxs tərəfindən aldanıldığımı bilib, xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı- 680 manat pulu ona tamamilə ödədiyinə görə onunla barışmış, ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, Zərərçəkmiş şəxs “MilliÖN” ödəmə terminalı vasitəsilə ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə 480 manat və 200 manat pulu göndərmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 20 fevral 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(001)-153/2023 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 05 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yusifzadə X2 şəhərində və Yevlax rayonunun ərazisində işləməklə, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 29, mənzil 16-da qeydiyyatda olmaqla, yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdən 05 fevral 2023-cü il tarixə kimi bu cinayət işi üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 29 nömrəli binanın, 16 nömrəli mənzilini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı müddət 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi 29 nömrəli binanın, 16 nömrəli mənzilini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1287/2024 nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tamamilə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar