Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-3/2025 19.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə iştirakları ilə, xx.xx.1970-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğu olan, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində daimi qeydiyyatda olmaqla, hal-hazırda Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasındaqapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparmaqla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Belə ki, ittiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək olan müddətdə vaxtda Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin **********40 reyestr nömrəli çıxarışı əsasında Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan 0,179 ha torpaq sahəsində qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan başqasına məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bir otaqlı yarımtikili ev tikməklə torpaq sahəsi üzərində özbaşına tikinti quraşdırma işləri apararaq Zərərçəkmiş şəxs müəlkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə olaraq torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla müşayiət olunan hərəkətlər edərək torpaq sahəsini qanunsuz zəbt etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, mübahisə pretmeti olan torpağı 2013-cü ildə Şahid1 etibarnamə əsasında 1600 manata almış, Ofelyadan torpaq alarkən, Ofelya ona yeri göstərmiş və bundan sonra o, həmin yeri qazdıraraq iki kamaz daş tökdürmüşdür. O, həmin torpaq sahəsində olan evi qızına tikir. Əlavə olaraq bildirdi ki, onlar mübahisə pretmeti olan torpağı Ofelya xanımdan almışlar və tikili aparmışlar. O, həmin torpağı 2013-cü ildə Ofelyadan etibarnamə əsasında almış və Ofelya ona aldığı torpağın ərazisini göstərdikdən sonra orada qazıntı aparmışdır. Həmin torpağı Ofelyadan 1600 manata almış və tikili aparmışdır. Hazırda mübahisə pretmeti olan torpaqda tikili aparmış, belə ki bir otaq tikmişdir. Həmin tikilin xeyli bir vaxt olar ki tikmişdir. O, Ofelyadan aldığı torpağı hasarlamamışdır. Onun başı qarışıq olduğu üçün başlanmış tikilini tam başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs gəlib ona bildirmişdir ki, güya o, tikilini onun torpağında aparmışdır. Daha sonra onlar Ofelya xanımı çağırmışlar və Ofelya ona “sən tikilini mən göstərdiyim yerdə aparmayıbsan” demiş, lakin o Ofelya xanıma tikilini onun göstərdiyi torpaqda aparmasını bildirmişdir. O, Gündüzə “sən buranı alanda görməmişdin mi burada tikili var” demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o torpağı Göygöl rayonu, Bəhrəmbəy kəndindən olan Zabit adlı şəxsdən almış, həmin şəxsin soyadını xatırlamır. O, torpağı alarkən həmin torpaqda yarım tikili olması aşkar edilmişdir. O, həmin yarım tikilinin Təqsirləndirilən şəxs məxsus olmasını müəyyən etmiş və onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq görüş təyin etmişdir. Məzahirə həmin torpağı almaq istədiyini bildirmiş, Məzahir həmin torpağın ona məxsus olduğunu demişdir. O, torpağı aldığı adama inanmadığını, ərizə verərək torpağın öz adına olmağına dair yenidən çıxarış verilməsini, onun 1-2 ay gözləməyə razı olmasını bildirmişdir. Təxminən 21 gün sonra torpaq satanın ərizəsi təstiqləndi və torpağın həmin şəxsin adına olmasını görmüşlər və bundan sonra Yeni Gəncədə olan Notariusun yanına gedərək, alqı-satqı etmişlər. Əlavə olaraq bildirdi ki, mübahisə pretmeti olan torpağı Zabit adlı şəxsdən almışdır. Onlar Ofelya xanımı çağırdıqda, Ofelya həmin torpağın ona məxsus olmadığını bildirmişdir. O, torpağı almamışdan öncə Gəncə şəhərində yerləşən torpaq idarəsinin mütəxxəsisi gəlib olçü işlərini aparmış, ölçü işləri aparılan zaman traktor gətirmişlər və qazıntı apararkən qonşuya ziyan vurmamaq üçün qazılmış torpaqları öz sahəsinin içinə tökmüşlər. O, torpağı almazdan əvvələ oranın koordinatlarını müəyyən etmişdir. O, mübahisə pretmeti olan torpağı 2022-ci ildə almışdır. Həmin torpağı alarkən Məzarin yarım tikilisi orada olmuşdur. Ona çıxarış verilərkən hər şeyin qaydasında olması bildirilmişdir. O, torpağı Zabit adlı şəxsdən almış və Zabit ona həmin torpağı Ofelyadan almadığını bildirmişdir. O, aldığı torpağın həm ayaq həm baş tərəfindən yol keçir. Ofelya xanım onun aldığı torpağın ona məxsus olmadığını bildirmişdir. O, həmin torpağı 5000 manata almışdır. O, torpağı Zabit adlı şəxsdən almışdır. O, Zabitdən torpağı almaq istəyərkən Zabit ona məxsus torpağın yerini bilmədiyi üçün dəqiqləşdirməli olduğunu demişdir. O, Zabitlə ilk dəfə torpağa baxış keçirmək üçün gedərkən, Zabit ona yarım tikili olmayan torpaq sahəsini göstərmişdir. İlk dəfə Daşınmaz Əmlakın əməkdaşı gəlib torpağın ölçü işlərini aparan zaman o, orada olmamış, həmin vaxtı ərazidə Zabit və tanışı İsmayıl olmuşlar. O, tanışı İsmayıla Daşınmaz Əmlakın əməkdaşı gəlib torpağın olçü işlərini aparan zaman traktor çağırılmasını və koordinatlara uyğun qazıntı aparılmasını bildirmişdir. O, torpağa gələn qazıntı işlərinin aparılmasını və həmin qazıntının içində Məzahirə məxsus yarım tikilinin olmasını görmüşdür. Torpağı alıb sənədləşdirənə qədər o, təkrar yoxlanış etməmişdir. O, torpağı alandan sonra ətrafda yaşayan qonşulardan Məzahirin nömrəsini öyrənmiş və onunla əlaqə saxlamışdır. O, səhlənkarlığından Zabitdən torpağı alarkən yarım tikili ilə bağlı heç bir sual verməmişdir. Cinayət işi məhkəməyə düşənədək, həmin torpaqla bağlı cəmi bir dəfə olçü işləri aparılmışdır. İlk dəfə torpağın olçü işlərini aparılarkən o, iştirak etməmiş və Daşınmaz Əmlakın əməkdaşının oraya gəlməsini görməmişdir. İlk dəfə torpağın mütəxəssis tərəfindən ölçülməsini görməmiş, lakin məhkəmə tərəfindən təyin olunmuş ekspertizada iştirak etmişdir. Zabitin dediklərinə inanmış və qazdırdığı yeri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar 2013-cü ildə Şahid1 etibarnamə əsasında 4 sot torpaq almışlar və Ofelya onlara göstərdiyi torpaqda ev tikməyə başlamışlar. Onun uşaqlarının üçüdə çöldə qalmış, hamısı veterandır. Ofelya onun alqı-satqı ilə bağlı olan kötüyünün itməsini bildirmişdir. Ofelya ona məxsus 23 sot torpaqdan 4 sotunu onlara satmışdır. Onun 6 uşağı var və çətinliklə dolanırlar. Əlavə olaraq bildirdi ki, onlar torpağı Ofelyadan almışlar və Ofelya onlara göstərdiyi torpaqda ev tikməyə başlamışlar. Ofelya torpağı göstərən zaman orada o və oğlu olmuşlar. Onlar 2013-cü ildən 2019-cu ilə qədər həmin torpağa dəfələrlə getmişlər. Onlar həmin torpaqda evi 2021 və ya 2022-ci ildə tikməyə başlamışlar. Oğlu müharibəyə gedib gələndən sonra evi tikməyə başlamışlar. Zabit adlı şəxsi tanımır, lakin onun Ofelya xanımın qohumu olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Onlar 2013-cü ildə Şahid1 etibarnamə əsasında 4 sot torpaq almışlar və 2021-ci ildə ev tikməyə başlamışlar. Əlavə olaraq bildirdi ki, onlar evin tikintisini Ofelyanın onlara göstərdiyi torpaqda başlamışlar. Ofelya onlara satdığı torpağa baxış keçirən zaman iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, dəqiq ili xatırlamır, lakin təxminən 2011-2013-cü ildə Təqsirləndirilən şəxs oğlu Şahid3 tanımadığı bir kişi ilə qapısına gəlmişlər. O, Məzahir adlı şəxsi tanımır, ilk dəfə hazırkı prosesdə görür. Onlar onun qapısına gələrək ondan torpağı satmasını soruçmuşlar, o isə cavab olaraq torpağı satmasını, lakin həmin satdığı torpaq sahəsinin özəl pay torpağı olmasını demişdir. Onlar həmin torpağın sənədləri ilə tanış olmaq istəmişlər, o isə onların istəyinə etiraz etməmişdir. Onlar sənədlərlə tanış oldular, bundan sonra onunla razılaşaraq getmişlər. Növbəti günün səhəri onlar təkrar gəlmiş və 4 sot torpaq almaq istəmişlər. Bundan sonra onlar birlikdə torpaq sahəsinə getmişlər və o torpağı göstərmişdir. Onlar alqı-satqını həyata keçirmək üçün notariusa getmişlər, notariusda olan zaman onlar hazırda alqı-satqı etmək üçün imkanlarının olmadığını bildirmişlər və onlara etibarnamə verməsini istəmişlər, o isə razılaşmış və onlara 50 illik etibarnamə vermişdir. Dəqiq ili xatırlamır, lakin təxminən 2022-2023-cü ildə Təqsirləndirilən şəxs onun qapısına gəlmiş və ondan torpaq aldığını bildirmiş, o isə cavab olaraq “qardaş mən səni tanımıram sən kimsən mən sənə torpaq satmamışam” demiş, Məzahir isə “oğluma torpaq satıbsız, həmin torpaqda ev tikməyə başlamışam və həmin torpaq sahəsi digər şəxsin torpağıdır” demiş, bundan sonra onlar birlikdə torpaq sahəsinə getmişlər və orada Zərərçəkmiş şəxs görmüşlər. Zərərçəkmiş şəxs onlara həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. Bundan sonra o çıxıb evinə getmiş və sonradan bilmişdir ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs işi məhkəmədədir. Təxminən 1 ay öncə torpaq şöbəsinə getmişlər və onlara çıxarış almışlar. O, özü xəstə adamdır və müalicə almaq üçün Bakıya gedib gəlir. Əlavə olaraq bildirdi ki, satdığı torpaq sahəsinin ərazisini onlara göstərmişdir. Təqsirləndirilən şəxs tikdiyi ev, onun onlara satdığı və göstərdiyi ərazidən kanarda tikilmiş, həmin ev onun onlara satdığı əraziyə düşmür. Ona məxsus torpaqla bağlı çıxarışı təzəlikçə almış, lakin koortinatlar mütəxəssis tərəfindən ölçülməmişdir. Zərərçəkmiş şəxs ondan torpaq almamışdır. Dövlət tərəfindən ona torpaq sahəsi verildikdən, həmin torpaq sahəsinə hasar çəkdirməmişdir. O, Təqsirləndirilən şəxs oğlu Şahid3 torpaq satarkən, torpağının sərhərdlərini dəqiq bilməmişdir. Məzahirgilə satdığı torpağın bir sotunu təxminən 300-400 manata satmışdır. Onun əvvəlcə 23 sot torpağı olmuş, lakin satdığı üçün hazırda təxminən 8 sot torpağı qalmışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs torpağa dair çıxarışı 1 aydır ki almışdır. O, torpağını satarkən həmin torpağın sərhədlərini göstərmişdir. Onlara torpaq satarkən torpağın dəqiq koordinatlarını bilmədiyini demiş, onlar isə heçnə olmaz hələ evi tikmirik demişlər. Onlara “evi tikməzdən öncə gedək koordinatları dəqiq müəyən edək və alqı-satqı edək” demişəm, onlar isə onunla razılaşmışlar. Məhkəmə çıxışları zamanı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X17 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə istintaqı zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, onun hal-hazırkı vəziyyətdə tikdirdiyi yarım tikili, faktiki sənədlərlə, çıxarışla onun həyat yoldaşı Tamellaya məxsusdur. Bu səbəbdən faktiki vəziyyətdə zərərçəkmiş şəxsin torpağında daşınmaz əmlak tikilmədiyindən, onlar ittihamdan cinayət tərkibi olmadığına görə bəraət verici əsaslarla imtina edirlər. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona heç bir ziyan vurmadığını və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını, onun öz torpağını tələb edəcəyini, torpağı ilə bağlı müraciətlər və şikayətlər edəcəyini bildirdi. Məhkəmə istinataqının sonunda Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi çıxışlarında, dövlət ittihamçısının bəraətverici əsaslarla ittihamdan imtina etməsinin qəbul edilərək cinayət işinə xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. AN-İ № ******* nömrəli, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X29 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 11.010.2018 tarixdə ona verilmiş **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən, ümumi sahəsi 0.179 ha olan torpaq sahəsini alıcı Zərərçəkmiş şəxs 5000 (beş min) manata satmışdır. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinin Göygöl rayonu Bəhərəmbəy kəndində yerləşməsi, torpaq sahəsinin ətrafının hasarlanmadığı, lakin torpaq sahəsinin bir hissəsində bir otaqlı yarımtikili ev tikilməsi müəyyən edilmiş, baxış keşirilən yerin fotoşəkilləri çəkilərək protokol tərtib edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin **********40 reyestr nömrəli çıxarışının sürətindən görünür ki, Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən 0.179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. Torpağa Mülkiyyət Hüququna Dair JN-003, KOD 50806048 nömrəli dövlət aktından görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2001-ci il tarixli qərarına əsasən Xanlar rayonu Bəhrəmbəy kəndində X2 və X14 təsərrüfatı məhsuallarının istehsalı məqsədi üçün 0.23 ha torpaq sahəsi verilmişdir. Şahid1 Hümbət qızı və X34 tərəfindən Şahid2 verilmiş xx.xx.2013-cü il tarixli etibarnamənin sürətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz əmlakın Dövlət reyestr xidmətinin idarələrindən və digər aidiyyəti orqanlardan, Azərbaycan Respublikası Torpağın Mülkiyyət hüququna dair JN-0003 nöm.kod.50806048 olan Dövlət aktına əsasən onlara məxsus olan Göygöl rayonu Bəhrəmbəy kəndində yerləşən 0.23 ha torpaq sahəsinin 0.04 da hissəsini və həmin torpaq sahəsində inşa olunan tikiliyə dair sənədlərin alınmasını, həmin orqanlarda, notariat, məhkəmə və digər orqanlarda onların nümayəndəsi olmağı, sərancam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 30 il müddətinə verilmiş və xx.xx.2043-cü ilədək etibarlıdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri Publik hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın sürətindən görünür ki, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə Şahid1 mülkiyyətindədir. AN-İ № ******* nömrəli, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Şahid1 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş, **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Şahid1 məxsus olan Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsininin yalnız 0.04 ha hissəsini alıcı Şahid2 1200 (bir min iki yüz) manata satmışdır. İş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması məqsədi ilə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə ifadəsində göstərilənləri tam şəkildə bildirərək Məzahirin tikdiyi yarım tikili evin ona satdığı torpoaq sahəsində olmadığını, torpaq sahəsini satan vaxt Məzahirin oğluna həmin yeri göstərdiyini, Məzahirin hal-hazırda tikdiyi yarımtikilinin ayrı-ayrı şəxslərin torpaq sahəsində tikildiyini ifşa etmişdir. İstintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinin düzgünlüyü cinayət işi üzrə hadisə yerində yoxlanılmış, Şahid1 Göygöl rayonu Bəhrəmbəy kəndində həmin torpaq sahəsini göstərərək 2011-ci ildə həmin torpaq sahəmin 4 sot yerini Məzahirə sotunu 300 manata olmaqla ümumilikdə 1200 manat pula satdığını, Məzahirin yaxınları sənədləşmə işini isə pullarının olmadığını bildirdikləri üçün notarial qaydada etibarnamə verməklə etdiyini, həmin etibaranməni 22 fevral 2013-cü il tarixdə Məzahirin arvadı Şahid2 adına 30 illik verdiyini, Təqsirləndirilən şəxs tikdiyi bir otaqlı yarımtikili evin Məzahirə satdığı torpaq sahəsində yerləşəmədiyini bildirdi. Torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin boş olması, heç bir hasarlama və tikinti işlərinin aparılmadığı, yaxınlıqda başqa bir otaqlı və digər evlər olması müəyyən edilmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerindən sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bu barədə tərtib edilmiş protokol və fotocədvəl cinayət işi materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edlan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və saxlanıldığı Müvəqqəti Saxlama yerindən azad edilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi və qərarıns sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istintaqın gedişində elan edilmiş ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən 07 iyul 2023-cü il tarixdə qəbul edilməklə 18 iyul 2023-cü il tarixdə elan olunmuş ittihamın öz qüvvəsində saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 1(066)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1461/2024 saylı məktubla göndərilmiş mütəxəssis rəyindən görünür ki, 1. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi üst-üstə düşmür. 2. Təqsirləndirilən şəxs əraziyə keçirilən baxışda iştirak etmədiyindən, qərardadın 2-ci və 3cü suallarının cavablandırılması mümkün deyildir. Əlavə olaraq qeyd edək ki, Zərərçəkmiş şəxs mübahisələndirərək naturada təqdim etdyi torpaq sahəsinin 0.0757 ha hissəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsidir. Həmin hissədə hər-hansı tikili və qurğu mövcud deyildir. Araşdırma zamanı, elektron kadastr baza materiallarına istinadən, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə, **********78-10301 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan həyatyanı torpaq sahəsinin üst-üstə düşməsi halı aşkarlandı. Həmin üst-üstə düşən hissədə fərdi yaşayış evi mövcuddur. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1760 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Yerqurluşu üzrə mühəndisi Elmar Abbasovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1461/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əraziyə keçirilən baxışda iştirak etmədiyindən, qərardadın 2-ci və 3-cü suallarının cavablandırılması mümkün deyildir. Əlavə olaraq qeyd edirik ki, Zərərçəkmiş şəxs mübahisələndirərək naturada təqdim etdyi torpaq sahəsinin 0.0757 ha hissəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsidir. Həmin hissədə hər-hansı tikili və qurğu mövcud deyildir. Araşdırma zamanı, elektron kadastr baza materiallarına istinadən, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə, **********78-10301 reyestr nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan həyatyanı torpaq sahəsinin üst-üstə düşməsi halı aşkarlandı. Həmin üst-üstə düşən hissədə fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 1(066)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təkrar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14755/2024 saylı məktubla göndərilmiş mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsinə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə dair, həmin torpaq sahələrinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədlərinin mövcud olmaması və təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Talib oğlunun əraziyə keçirilən baxışda iştirak etməməsi səbəbindən, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı, qərardad suallarında qeyd olunan hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olan ilkin sənədlərə və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Talib oğlu tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında olan torpaq sahəsinə istinad edilmişdir. Qeyd olunanlara istinadən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsinin və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin döngə nöqtələri və sərhədləri tərəfimizdən müəyyən edildi. 2.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi üst-üstə düşmür. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında yerləşən torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsində yerləşmir. 4. Zərərçəkmiş şəxs, X15 tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında yerləşən torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsində yerləşmir. Əlavə olaraq qeyd edək ki, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın (Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi) verilməsinə əsasən olan ilkin sənəd “torpağa mülkiyyət hüququna dair" JN- 4 nömrəli (kod-********) Dövlət Aktı, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında Göygöl rayonu Bəhrəmbəy qəsəbəsində yerləşən, sənəd nömrəsi JN-4 olan, sahəsi 0.90 ha torpaq sahəsi olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9946 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13342/2024 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Qərardad suallarında qeyd olunan hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olan ilkin sənədlərə və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında olan torpaq sahəsinə istinad edilmişdir. Qeyd olunanlara istinadən, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsinin və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin döngə nöqtələri və sərhədləri müəyyən edildi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13342/2024 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi üst-üstə düşmür; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-33/2-13342/2024 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında olan torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsində yerləşmir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1294 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14755/2024 saylı mütəxəssis rəyində göstərilmişdir: “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsinə və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə dair, həmin torpaq sahələrinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədlərinin mövcud olmaması və təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Talib oğlunun əraziyə keçirilən baxışda iştirak etməməsi səbəbindən, qərardad suallarının cavablandırılması mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı, qərardad suallarında qeyd olunan hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olan ilkin sənədlərə və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Talib oğlu tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında olan torpaq sahəsinə istinad edilmişdir. Qeyd olunanlara istinadən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsinin və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin döngə nöqtələri və sərhədləri tərəfimizdən müəyyən olunmuşdur; “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli Çıxarışa əsasən Şahid1 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən olunmuşdur; Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında yerləşən torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur; Zərərçəkmiş şəxs, X15 tərəfindən inşa edildiyini iddia edərək naturada təqdim etdiyi tikilinin altında yerləşən torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.179 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-6502/2025 saylı məktubdan görünür ki, cinayət işinə məhkəmədə baxılması zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən Göygöl rayonu, Bəhrəmbəy kəndində tikilimiş tikilinin kimə məxsus olması barədə mülki iş üzrə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, Google Earth prqramına istinadən, 2022-ci ilin iyun ayında mövcud olduğu görünən, sözügedən tikili “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0003 saylı Dövlət Aktına, Torpaqlartın elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən, X6 və X23 ümumi birgə mülkiyyətlərində olmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Hal-hazırda həmin tikililin yerləşdiyi torpaq sahəsi, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********55 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın 06.05 2025-ci il tarixli plan və ölçü sənədinə əsasən Şahid2 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Əlavə olaraq qeyd edilir ki, elektron kadastr məlumat bazasında xx.xx.2025-ci il qeydiyyat tarixli, **********55 reyestr nömrəli Çıxarışa əsasən Şahid2 mülkiyyətində olan torpaq sahəsi ilə, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli Çıxarışa (plan və ölçü sənədi mövcud deyil) əsasən X12 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Həmin üst-üstə düşmə halını nəzərə alsaq, sözügedən tikili eyni zamanda, elektron baza məlumatlarına istinadən xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli Çıxarışa (plan və ölçü sənədi mövcud deyil) əsasən X12 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7397/2025 saylı məktubdan görünür ki, cinayət işinə məhkəmədə baxılması zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin avqust ayında tikilmiş tikilinin kimin mülkiyyətində olmasına dair məlumat verilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsində baxılmışdır. Göygöl rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev və tərəflərin iştirakı ilə birlikdə əraziyə keçirilən baxış zamanı, təqdim edilən mübahisəli tikili, xx.xx.2025-ci il qeydiyyat tarixli, **********55 reyestr nömrəli Çıxarışa əsasən, Göygöl rayonu Bəhrəmbəy qəsəbəsi ərazisində, Şahid2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatları əsasında, Göygöl rayonu Bəhrəmbəy qəsəbəsi ərazisində 0.088 ha və 0.04 ha torpaq sahələrinə dair bölgü planı hazırlanaraq müvafiq olaraq Şahid1 mülkiyyət hüququnu təsdiq edən xx.xx.2025-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli və Şahid2 mülkiyyət hüququnu təsdiq edən xx.xx.2025-ci il qeydiyyat tarixli, **********55 reyestr nömrəli Çıxarış və plan-ölçü sənədləri qeydə alınmışdır. Elektron kadastr bazası materiallarına istinadən, sözügedən ərazidə yerləşən, yuxarıda qeyd olunan Çıxarışlara əsasən torpaq sahələrinin plan və ölçü sənədlərində 2022-ci ildən hazırkı vaxtadək koordinat uyğunsuzlu halı aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1970-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AR MN-nin veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 112660, 112835 və 112661 nömrəli vəsiqələrdən görünür ki, X16, Şahid3 və X13 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Daşkəsən RİHB-nin Yuxarı Daşkəsən İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatdadır və ailə tərkibi xx.xx.1969-cu il təvəllüdülü həyat yoldaşı Şahid2, qızı xx.xx.1991-ci il təvəllüdlü X3, qızı xx.xx.1992-ci il təvəllüdlü X1, oğlu xx.xx.1996-cı il təvəllüdlü Şahid3, qızı xx.xx.1998-ci il təvəllüdlü X7, oğlu xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2002-ci il təvəllüdlü X5 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə idarəsinin Rayonlararası Ruhi-Əsəb dispanserinin xx.xx.2023-cü il tarixli 5282 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə idarəsinin Rayonlararası Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 5202 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası narkoloji dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri Publik hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışın sürətindən görünür ki, Göygöl rayonu, Bəhrambağ qəsəbəsində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə X9 mülkiyyətindədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 84.6.9-cu maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə, bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququna malikdir. 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndində göstərilmişdir ki, Dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1 və 314.2-ci maddələrinin tələblərini, yuxarıda qeyd edilən məsələlərlə bağlı dövlət ittihamçısının mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X17 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan cinayətin tərkib əlamətləri olmaması əsası ilə imtina etməsi bəraətverici əsaslarla xitam verilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 41.3, 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X17 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmama əsası ilə imtina etməsi qəbul edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində hazırki cinayət işi üzrə icraat (cinayət təqibinə) bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat dövlət büdcəsi hesabına aid edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 208 (iki yüz səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-3/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-3/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver