Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-30/2024 14.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs Mahyəddin oğlunun iştirakları ilə xx xxxxx 2005-ci ildə Göygöl rayonu Toğanalı kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Toğanalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malik olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Bakı şəhəri, 23 saylı notariat kontoru tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərin ona verilməsi barədə xx.xx.2023-cü il tarixli, 7E- 12622 saylı baş etibarnamə əsasında sərəncamında olan VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olan zaman həmin Qanunun 77-ci maddəsinin 4-cü hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verilməsi barədə tələbi pozmaqla yolayrıcına daxil olub ona nisbətdə sağdan gələn Şahid1 idarə etdiyi VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək qarşısına çıxıb həmin avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs Mahyəddin oğlunun sağ bazu sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş, qapalı sınığı, alın nahiyəsinin sıyrılmış yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Göygöl rayonu Toğanalı kəndində yaşayır, subaydır, rəsmi iş yeri yoxdur. Sürücülük vəsiqəsi yoxdur, “Vaz 2107” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. 30 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Göygöl rayonu Toğanalı kəndinin mərkəzində dayanan zaman əvvəlcədən tanımadığı sonradan adını bildiyi Xudaverdi adlı şəxs ona yaxınlaşaraq Göygöl şəhərinə gedən taksiləri soruşmuş, o, da onu apara biləcəyini demiş və onlar 10 manata razılaşmışlar. Xudaverdi ön sərnişin oturacağında əyləşmiş, onlar yola düşmüşlər. Göygöl şəhəri, Aydın Hacıyev küçəsində hərəkətdə olan zaman yanacaq tökmək qərarına gəlmiş, bu məqsədlə sola dönüb orada olan dayanacaqdan avtomobili döndərib əks hərəkət istiqamətli yola keçmək istəmişdir. Sola dönmə işıq siqnalını yandırıb yolayrıcına daxil olmuş, sağ tərəfə baxmış, uzaq məsafədən “Vaz 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görmüşdür. Lakin həmin avtomobil ilə təxminən 100 metr məsafə olmuşdur. Buna görə də dönəcəyini düşünərək yolayrıcına daxil olmuş, həmin anda “Vaz 2106” markalı avtomobilin sürəti yüksək olduğu üçün tez bir zamanda ona çatmış, həmin avtomobilin ön hissəsi onun avtomobilinin sağ tərəfinə dəymişdir. Hadisə zamanı avtomobilində olan sərnişin və digər avtomobildə olan sərnişin xəsarət almış, TTYX çağıraraq onları xəstəxanaya yola salmışlar. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər, hadisə yerinin fotoşəkillərini çəkilmiş, sxem tərtib edilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla, zərərçəkmiş şəxs X2 müalicəsində yaxından iştirak etməklə, onunla barışmışdır. Zərərçəkmiş şəxs Mahyəddin oğlunun ondan hər hansı şikayət və tələbləri yoxdur. Göstərilənləri nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Mahyəddin oğlu ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Göygöl rayonu Çaykənd kəndində yaşayır, evlidir, 3 övladı var. Müdafiə Nazirliyinin 922 nömrəli Hərbi Hissəsində sürücü vəzifəsində çavuş rütbəsi ilə xidmət edir. 30 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində iş yoldaşı Şahid1 Elbrus oğlu ilə onun idarə etdiyi “Vaz 21061” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonuna gəlmişlər. O, ön sərnişin oturacağında əyləşmişdir. Saat 13:30 radələrində Göygöl şəhəri Aydın Hacıyev küçəsində hərəkətdə olan zaman solunda yerləşən yolayrıcından hərəkət edən “Vaz 21074” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobil onların qarşısına çıxmış, Əlamdar əyləci sıxmış, lakin avtomobil dayanmamış və onların avtomomobil “Vaz 21074” markalı avtomobilin sağ hissəsinə çırpılmışdır. Toqquşma zamanı o, sağ əlini avtomobilin şitinə qoyub özünü saxlamaq istəmiş, bədəninin ağırlığı qolunun üstünə düşmüş və qolu sınmışdır. Avtomobildən düşən kimi kimsə TTYX çağırmış və gələn TTYX onu Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada qoluna dəmir qoyub ilkin tibbi yardım göstərmişlər, daha sonra isə hərbçi olduğu üçün Gəncə şəhərində yerləşən MN-in 230 nömrəli Hərbi Hissəsinə, yəni hospitala getmişdir. Hadisə ehtiyyatsızlıq nəticəsində baş verdiyindən və ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Yeni Zod kəndində yaşayır, evlidir, 2 oğlu var. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş çavuş rütbəsi ilə sürücü kimi xidmət edir. BC110960 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin sürücülük vəsiqəsi ilə özünə məxsus ”Vaz 21061” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 30 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus avtomobil ilə Göygöl şəhəri Azay Kazımov küçəsi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan yolayrıcına çatdıqda anidən yolayrıcında olan “Vaz 2107” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobil solundan sağına doğru keçmək istəmiş, o. həmin vaxt əyləci sıxsa da avtomobil dayanmamış və onun avtomobilinin ön hissəsi həmin avtomobilin sağ hissəsinə dəymişdir. Hadisə zamanı onun avtomobilində sərnişin olan iş yoldaşı Zərərçəkmiş şəxs xəsarət almış, TTYX çağıraraq Raiqi xəstəxanaya yola salmışlar. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmiş, hadisə yerinin fotoşəkillərini çəkmiş, sxem tərtib etmişlər. O və digər avtomobilin sürücüsü sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən yolayrıcında baş vermişdir. Hadisə baş verən yolun ümumi eni 21 metr, hərəkət hissəsinin ümumi eni 7,40 metr, hərəkət zolaqlarının eni isə 3,70 metrdir. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü düz, hamar və asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuşdur. Hadisə baş verdiyi avtomobil yolunun hissəsi birtərəfli hərəkət yoludur, hərəkət zolaqlarını 1.5 – “iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərən” qırıq-qırıq nişanlanma xəttləri ayırır. Yolda eyni istiqamətli iki zolaq var. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Şahid1 Elbrus oğlu BC kateqoriyalı, BC110960 seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21061” markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri Aydın Hacıyev küçəsində hərəkətdə olarkən həmin küçədə yerləşən yolayrıcında soldan hərəkət edən sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21074” markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “VAZ 21061” markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət surəti 60 km/saat olmuş, avtomobildə bir nəfər sərnişin olmuş, yük olmamışdır. Tormoz izi isə 13,50 metrdir. “Vaz 21074” markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürəti 5 km/saat olmuş, avtomobildə bir nəfər sərnişin olmuş, yük olmamışdır. Hadisə yerinə baxış açıq havada, təbii işıqlanma şəraitində keçirilmişdir. Hadisə yerinin sxemi tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X11 Şəxsinin Gəncə rayonlararası MTE bölməsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 791 nömrəli tibbi ekspertiza rəyindən məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs Mahyəddin oğlunun bədəni üzərində - Zərərçəkmiş şəxs Mahyəddin oğlunun almış olduğu xəsarətlər- sağ bazu sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş, qapalı sınığı. Alın nahiyəsinin sıyrılmış yarası-küt mexanizmdən, bərkl küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, məhkəmə-tibbi ekspertizası zamanı şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.2023) və şaraitdə əmələ gəlmələri inkar olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserinin 30 sentyabr 2023-cü il tarixli, 3107/2023 və 3110/2023 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından” görünür ki, sürücülər Təqsirləndirilən şəxs və Şahid1 30 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində müayinə olunan zaman ayıq olmuşdur. Sürücülər Təqsirləndirilən şəxs və Şahid1 sürücülük hüququnu təsdiq edən sürücülük vəsiqələrinin olub-olmaması, eyni zamanda sürücülük hüququndan məhrum edilibedilməmələri barədə məlumatlar DİN-in BDYPİ-nin X6 vasitəsilə yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 dekabr 2023-ci il tarixli 8/3527 saylı rəyindən görünür ki: 1.2 VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməjklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X12 21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4 VAZ 21061 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hadisə zamanı sürücü Şahid1 Elbrus oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X3 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 13 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Toğanalı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon İHB-nın Göygöl rayonu Toğanalı kənd İƏD üzrə nümayəndəliyinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Toğanalı kəndidə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnməsini, əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamsını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə maddi subut kimi tanınmış VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi subut kimi tanınmış VAZ 21074 markalı, ** EK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(066)-30/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-30/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver