Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-31/2024 01.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs, onun ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra, təkrar 02 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Murovdağ qəsəbəsi ərazisində X3 “ciyar axşamı” məclisində iştirak edib, Zərərçəkmiş şəxs ona yaxınlaşıb, digər şəxslərin də rəqs etməsinə şərait yaratması üçün məclisdən kənara çıxması ilə bağlı irad bildirməsinə görə aralarında mübahisə olmasını, mübahisə zamanı həmyerliləri Şahid2 və Şahid1 onları intizama dəvət etdikdən sonra Təqsirləndirilən şəxs öz yaşadığı evinə getməsini, bundan sonra həmin gün, saat 23 radələrində E.X4 istifadəsində olan mobil telefonuna zəng vurub, aralarında mübahisəni aydınlaşdırmaq üçün onu nalayiq ifadələrlə söyüb təhqir edərək, Göygöl rayonu Murovdağ qəsəbəsi ərazisində yerləşən kompyuter oyun zalına dəvət edib, orada aralarında şəxsi münasibətlər zəminində mübahisə zamanı zərərçəkmiş şəxsin təşəbüsü ilə başlamış davada sonuncunu qəsdən yumruq zərbəsi ilə vurub sol göz nahiyyəsinin hematoması, döş qəfəsinin sol yan səthinin qançırı, burun nahiyyəsinin səthi yarası, üst dodağın selikli qışasına qansızma, boyun nahiyyəsinin sıyrığı xəsarətini, eləcə də, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu batıcı xassəyə malik mətbəx bıçağı ilə döş qəfəsinin arxa səthinin bel nahiyyəsi yarası xəsarətini yetirməklə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndli kimi tanımış, onunla əvvəllər hər hansı bir ədavəti, düşmənçiliyi və ya qohumluğu olmamasına baxmayaraq, sonuncu onunla qarşılaşan zaman onunla zarafat etməsinə görə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elşən onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, özü də ona cavab verib, onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra kənddə Elşənlə qarşılaşan zaman mütamadi olaraq ona söz atıb, aralarında mübahisə yaratmağa çalışmışdır ki, onunla dava etsin. Onlar arasında əvvəllər mübahisə olmasının şahidi olan şəxslər olub-olmamasını xatırlamır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisində oynayan zaman həmkəndlisi Elşən ona yaxınlaşıb kənara durmasını və başqa qonaqların da oynamaq istəmələrini bildirmiş, ona nalayiq sözlər demişdir. Həmin vaxtı onların arasında sözlə mübahisə yaranmış, lakin orada olan həmkəndliləri Şirin və Sabir onları ayırmışlar və o, Elşənlə birlikdə küçəyə çıxmışdır. Elşən sərxoş vəziyyətdə onun arvadının, bacısının və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada olan Şirin və Sabir onları sakitləşdirmişlər və o, öz yaşadığı ünvana getmişdir. Evdə olan zaman ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə ***-***- **-** saylı nömrədən zəng gəlmiş, lakin həmin vaxt həyətdə olan itlərinə yem verdiyindən, zəngə cavab verə bilməmişdir. Həmin nömrənin kimə məxsus olduğunu bilmədiyindən və nömrəmin balansında hesab olmadığından həmin nömrəyə vızıv atmışdır. Həmin nömrədən yenidən zəng gəlmiş, danışıq zamanı bilmişdir ki, ona zəng edən Elşəndir. O, danışıq zamanı Elşən yenə onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O da cavab olaraq onun ünvanına söyüşlər işlətmişdir. Elşən onu qəsəbənin mərkəzində gözlədiyini, işlətdiyi internet kluba gəlməyini bildirmişdir. O, evin həyətində itlərinə ət doğradığı bıçağı özü ilə götürərək evdən çıxıb Elşənin yanına getmişdir. O, Elşənin işlətdiyi internet klubun qarşısına çatıb, ona ana və bacısını niyə söymüsən sözlərini demişdir. Elşən isə cavab olaraq yaxşı etdiyini deyib, onun və ailə üvlərinin ünvanına təkrar nalayiq ifadələr işlətmişdir. Onun hərəkətlərindən hiddətlənib, Elşən qapını açan kimi yumruqla onun sifət nahiyəsinə vurmuşdur. O, içəri girmiş, yumruqla Elşənin üz nahiyəsinə bir neçə dəfə vurmuş, onlar yaxalaşmışlar və ikisidə yerə yıxılmışlar. Onlar ayaq üstə qalxan zaman o, özü ilə evdən gətirdiyi bıçaqla Elşəni bir dəfə vurmuş, lakin hansı nahiyəsinə dəyməsini bilməmişdir. O, Elşəni bıçaqla vurduqdan sonra Elşənin yaxasından tutaraq, sənin bu söyüşlərinə görə başını kəsərdim, get qurban ol uşaqlarına demişdir. Daha sonra isə ondan aralaşıb, uzaqlaşaraq getmişdir. Hazırda tutduğu əməldən peşiman olmuş, zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir, məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyıram, onunla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıb, əksinə yaxşı münasibəti olubdur. Fizuli onunla zarafat edən zaman onun xoşuna gəlməyən söz deməsinə görə aralarında mübahisə yaranmış, lakin mübahisə zamanı dava olmamışdır. Həmin vaxt Fizulini nalayiq ifadələrlə söymüş, Fizuli də onu söyüb təhqir etmişdir. Bundan sonra onun hərəkətlərinə görə aramızda soyuq münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisində iştirak etmişdir. Həmin məclisdə iştirak edən həmkəndlisi Təqsirləndirilən şəxs iştirak etmiş və oynayaraq öz istədiyi mahnıları sifariş vermişdir. O, Fizuliyə yaxınlaşıb, ona söz atıb bəsdi oynadın deyərək kənara durmağını və başqa qonaqların da oynamaq istəmələrini bildirmişdir. Həmin vaxtı Fizuli mənim sözlərimə məhəl qoymadığı üçün sərxoş olduğuma görə ona söyüşlə cavab verib, nalayiq ifadələr işlətdim. Fizuli də içkili olduğundan onun sözünə məhəl qoymayıb ona kobud cavab qaytarmışdır. Bunun üstündə onların arasında sözlə mübahisə yaranmış, lakin orada olan həmkəndliləri Şirin və Sabir onları ayırmışlar və onlar birlikdə küçəyə çıxmışlar. Küçəyə çıxdıqdan sonra Fizuli ilə yenidən sözlə mübahisə etmişlər və bir-birilərinə söyüş söymüşlər, lakin orada olan Şirin və Sabir onları sakitləşdirmişlər. Sonra o, oradan yaşadığı kənddə işlətdiyi internet kluba getmişdir. Orada olan zaman həmkəndlisi Sabir oradan keçmiş və onu görüb demişdir ki, nəyə görə Fizuli ilə mübahisə edir, lazım deyil ayıbdır, dalaşmasınlar və çıxıb getmişdir. Bundan sonra o, Fizulinin etdiyi hərəkətə görə əsəbləşdiyindən mobil telefonla ona zəng etmiş, lakin həmin vaxt Fizuli zənginə cavab verməmişdir. Aradan biraz keçmiş Fizulidən onun telefonuna “vızıv” gəlmişdir. O, yenidən Fizuliyə zəng etmiş və danışıq zamanı ona bildirmişdir ki, işlətdiyi internet klubdadır gəlsin burada söhbət edərlər. Fizuli isə onu sakitləşdirmək istəyən zaman onu söyüb təhqir edərək, internet klubun qarşısına çağırmışdır. Aradan biraz keçmiş Təqsirləndirilən şəxs onun işlətdiyi internet klubun qarşısına gəlmişdir. O, onu görüb bir qədər öncə onunla nəyə görə mübahisə yaratdığını demiş və aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı onlar bir-birilərini vurmuşlar və əlbəyaxa olaraq ikisidə yerə yıxılmışlar. Onlar ayaq üstə qalxan zaman Təqsirləndirilən şəxs nə iləsə arxadan onun kürək nahiyyəsindən vurmuş, o elə hiss etmişdir ki, onu bıçaqla vurmuşdur. Sonra Fizuli onun yaxasından tutaraq, “sənin bu söyüşlərinə görə başını kəsərdim, get qurban ol uşaqlarıma” demiş və ondan aralaşıb həmin yerdən uzaqlaşaraq getmişdir. O, taqəti olmadığından yerdə oturmuşdur. Həmin vaxtı həmkəndlisi Şahid2 oradan keçdiyini görmüş və Şirin ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş, o isə Fizulinin bıçaqla onu vurduğunu və onu evə aparmağını demişdir. Lakin evdə heç kim olmadığından o, Şirinə demişdir ki, onu əmisigilə aparsın. Şirin onu əmisi Qalibin yaşadığı ünvana aparmışdır. Əmisi Qalib onun xəsarət aldığını görüb 103 TTY yardım xidmətinə zəng etmiş və onu TTY avtomobili ilə əvvəlcə Göygöl rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncə şəhəri 3 saylı X10 xəstəxanasına aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisində həmkəndliləri Fizuli ilə Elşən arasında oynamaq üstündə sözlə mübahisə yaranmışdır. Onlar arasında münaqişə baş verməsin deyə o və digər həmkəndlisi Şirin ilə birlikdə Elşən və Fizulini çölə çıxarmışlar. Elşən və Fizuli bir birilərinin ünvanlarına nalayiq ifadələr işlətmişdir. O, onlara ayıbdı bir elli obalıyıq bu nə hərəkətdi edirsiniz demişdir. Onlar da çıxıb getmişlər. O da Elşən və Fizuli getdikdən təxminən 10-15 dəqiqə sonra çıxıb getmişdir. O, idarə etdiyi “Naz lifan” markalı **-BG-*** dövlət qeydiyyat nışanlı avtomobil ilə atasını götürüb evə gedən zaman Elşəni işlətdiyi “playstationun” qarşısında dayanıb siqaret çəkdiyini görmüşdür. O, avtomobili saxlayıb Elşənə yaxınlaşıb, bir kənddə yaşadığını, bir elli olduğunu, ayıbdı qurtarın bu söhbəti demişdir. Həmçinin bildirmişdir ki, indi içkilidirlər, çıxıb evə getsinlər, ayılanda mübahisə etdiklərinə görə peşman olacaqlar. Təxminən 1 saat sonra oradan qayıdıb keçən zaman Elşəni orada görməmiş, fikirləşmişdir ki, yəqin çıxıb getmişdir. Daha sonra isə çıxıb getmişdir. Növbəti gün toyda olan zaman qəsəbə sakinlərindən eşitmişdir ki, Fizuli Elşəni bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində o, qohumunun ad günündən çıxaraq həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisinə getmişdir. O, həmin məclisdə olan zaman həmkəndliləri Fizuli ilə Elşən arasında oynamaq üstündə sözlə mübahisə yaranmışdır. Onlar arasında münaqişə baş verməsin deyə o və digər həmkəndlisi Sabir ilə birlikdə Elşən və Fizulini çölə çıxarmışlar. Elşən və Fizuli bir birilərinin ünvanlarına nalayiq ifadələr işlətmişlər. O, onlara ayıbdır bir ellidirlər, bu nə hərəkətdi edirlər demişdir. Onlar da çıxıb getmişlər. O da oradan qohumugilə çıxıb getmişdir. O, daha sonra qohumugildən öz yaşadığı ünvana gedən zaman Elşəni işlədiyi “playstationun” qarşısında yerdə oturmuş vəziyyətdə olduğunu görmüşdür. Elşənə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Elşən, Fizulinin onu bıçaqla vurduğunu və onu evə aparmağı demişdir. Elşən evlərində heç kimin olmadığını, onu əmisigilə aparmağı demişdir. O, Elşəni əmisi Qalibin yaşadığı ünvana aparmışdır. Qalib isə 103 TTY avtomobili xəstəxanaya aparmışdır. O da arxası ilə xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı oğludur və eyni kənddə yaşayırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 24 radələrində həmkənlisi Şirin onun yaşadığı ünvana gələrək Elşənin bıçaqlandığını demişdir. O, Elşənin xəsarət aldığını görüb, 103 TTY yardım xidmətinə müraciət etmişdir. Elşəni TTY yardım avtomobili ilə əvvəlcə Göygöl rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncə şəhəri 3 saylı X10 xəstəxanasına aparmışdır. Sonradan Elşəndən öyrənmişdir ki, onu Fizuli bıçaqla vurub xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 616 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz nahiyyəsinin hematoması, döş qəfəsinin sol yan səthinin qançırı, burun nahiyyəsinin səthi yarası, üst dodağın selikli qışasına qansızma, boyun nahiyyəsinin sıyrığı – bərk küt əşyanın, döş qəsəfinin arxa səthinin və bel nahiyyəsinin yarası isə - deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. - Sərxoşluğun müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 3650/2023 saylı protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. - xx.xx.2023-cü il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən internet kluba baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkillər çəkilmişdir. - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq 1 ədəd bıçağı atdığı yeri göstərərək təqdim etmiş, həmin bıçaq F.Cəbrayəlovun göstərdiyi yerdən aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək şəkillər çəkilmişdir. - Təqsirləndirilən şəxs məxsus olan bıçağın soyuq silah olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-ballistik ekspertizası təyin edilərək rəy alınmışdır. Belə ki, Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 16/113 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. - Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi mətbəx bıçağı xx.xx.2024-cü il tarixdə iş üzrə maddi sübut hesab edilmiş və RPŞ-də məsul saxlanışa verilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin istintaqı aparılaraq xx.xx.2014-cü il tarixdə CPM-nin 40.2.2 maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə Yevlax rayon məhkəməsi tərəfindən AR CM-nin 221.3-cü maddəsi ilə 3 il 6 ay AME 2 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2019-u il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. - Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 262saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 289 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. -Kəlbəcər rayon İHB-nın Dəmirçidam kəndi İƏD-si üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayon Dəmirçidam kəndində qeydiyyatda olmaqla Göygöl rayon Murovdağ qəsəbəsində yaşayır. X1 adlı azyaşlı uşağı var və yaşayış yeri üzrə müstət xarakteriza olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli (reyestrdə 8İ-1679 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş) notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını, gələcəkdədə bununla bağlı iddia və tələbi olmayacağını göstərib, ərizəsində göstərdiklərinin nəzərə alımasını xahiş etmişdir. -Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslə barışdıqlarını göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1 və 40.2-ci maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşimançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, hər ikisinin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 43.3, 321.2.1, 381-385-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R V E R D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan təbbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-31/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-31/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver