Məhkəmə qərarları › İş №1(066)-31/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-31/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-31/2025 14.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Samux rayonu, Alıuşağı kəndində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində idarə etdiyi Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan yolunun Göygöl rayonu Hacıməlik kəndindən keçən 353-cü kilometrliyində 110 km/saat sürətlə Qazax rayonu istiqamətində hərəkətdə olarkən "X30" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda sağ zolaqda hərəkətdə olan VAZ 21065 markalı avtomobili ilə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli yaxud VAZ 21065 markalı avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib ötüb keçməli olduğu halda bunu etməyərək avtomobilinin qabaq sağ tərəfi ilə onunla eyni istiqamətdə sağ zolaqda 60-70 km/saat surətlə hərəkətdə olan Şahid2 idarə etdiyi VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən yolun sağ kənarından ortaya doğru 2.8 metr məsafə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sərnişini Zərərçəkmiş şəxs İİİ döş fəqərəsinin və sağ əng sümüyünün sınıqları, alın nahiyəsinin yarası, sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X3 gicgah-ənsə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma(hemotoma), ənsə sümüyünün qəlpəli sınığı, baş beyinə qansızma, sol İ-İİ-İİİ qabırğaların məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırırlması, sağ bud sümüyünün qapalı sınığı, sol gicgah-ənsə nahiyəsinin yarası, sol göz nahiyəsinin hemotoması, alın, gicgah, hər iki yanaq, hər iki bazu, qarın, sol qalça, sol said, sol əl, sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onu etibarnamə ilə idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində avtomobili ilə evdən çıxıb Gəncə şəhərində yerləşən məcburi köçkün qəsəbəsinin qarşısındakı “Bazarstore” mağazasına siqaret almağa getmişdir. Oradan siqaret alıb çıxarkən orada mühafizçi işləyən həmkəndlisi Zərərçəkmiş şəxs görmüşdür. Onun da işdən çıxan vaxtı olmuşdur. Nənəxanıma evə aparmağı təklif etmişdir. Yolda söhbət edib gedərkən kəndə dönən yeri ötürmüşdür. Məcbur olub Bakı-Qazax-Gürcüstan yoluna dönüb qarşıdan gedib, yəni Göygöl rayonu Hacıməlik kəndinin girişində olan dairədən geri dönüb qayıtmalı olmuşdur. Bakı-Qazax-Gürcüstan yolu ilə 110 km/saat surətlə hərəkətdə olarkən sağ zolaqda asta surətlə hərəkətdə olan qoşqulu Kamaz markalı avtomobili ötüb sağ zolağa qayıdanda ondan qarşıda hərəkətdə olan VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili gec görmüşdür. Qəzadan yayınmaq üçün sükanı sola çevirib sol tərəfindən ötüb keçmək istəmişdir, lakin mümkün olmamışdır, avtomobilinin qabaq sağ tərəfi həmin avtomobilin arxa sol tərəfindən toqquşmuşdur. Toqquşmanın təsirindən avtomobil sol yanı üstə aşıb sürüşüb beton arakəsməyə dəyib arxası üstə çevrilərək yolun sağ kənarına yaxın yerdə dayanmış, sağ qapıdan avtomobildən düşmüşdür. Arxa sərnişin yerində əyləşmiş Nənəxanımı avtomobildən çıxartmışdır. Onun başında xəsarət olmuşdur. Nənəxanıma yoldan keçən şəxslər ilkin yardım göstərmişdir. Sonra yoldan keçən avtomobillə onu X10 aparmışdır. Nənəxanımı xəstəxanaya yerləşdirdikdən sonra, öz sol qolunda xəsarət olduğuna görə tibbi yardım göstərilmişdir. Xəstəxanada olarkən VAZ 21065 markalı avtomobilin sərnişini X15 hadisə yerində vəfat etdiyini, yanında olan sərnişinlər və sürücünün isə Gəncə şəhərində yerləşən xəstəxanalara aparıldığını öyrənmişdir. Bundan sonra hadisə yerinə qayıtmışdır. Hadisə yerinə gəlmiş müstəntiq onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmiş, protokol tərtib olunmuş, onlar da imza etmişdirlər. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində yük və ya nasazlıq olmamışdır. Avtomobillər yolun Qazax rayonu istiqamətində olan hissəsində toqquşmuşdur. X2 əvvəllər tanımamış, aralarında heç bir düşməçilik və ədavət olmamışdır. Sonda etdiyi əməldən çox peşiman olmasını, ehtiyatsızlıqdan cinayət əməli törətməsini, himayəsində iki az yaşlı uşağının olmasının nəzərə alınaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, mərhum X23 oğludur. Ruhin Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin X11 mülkü işçisi kimi çalışmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ruhinin avtomobilini həmkəndlisi Şahid2 idarə etmiş, onlar digər tanışları Elməddin və Dadaş adlı şəxslərlə Göygöl rayonu Hacıkənd qəsəbəsinə istirahət etməyə getmək istəmişlər. Həmin gün saat 23:50 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Göygöl rayonu Hacıməlik kəndindən keçən hissində hərəkətdə olarkən arxadan gələn Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların olduğu avtomobili qabaq tərəfi ilə vurmuşdur. Arxa sol sərnişin yerində əyləşmiş Ruhin hadisə yerində aldığı xəsarətlərdən vəfat etmişdir. Bu barədə ona məlumat verildikdən sonra Gəncə şəhəri 3 saylı xəstəxanaya gəlmişdir. Onun meyitini səhəri gün morqdan təhvil almışlar. Həmin gün də kənd qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs onun heç bir şikayət və tələbi yoxdur, vurulmuş zərərdən ödəniş etmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək, AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, bundan sonra da olmayacaq, o, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcək, onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər onunla münasibəti bir kəndli kimi normal olmuşur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Taryel onun işlədiyi Supermarketə gəlmişdir. Təsadüfən onu görüb salamlaşmışdır. Taryel işdən çıxırsa onu da apara biləcəyini söyləmişdir. Hələ 15-20 dəqiqəyə çıxacağını, onu gözləməməsini söyləmişdir. Növbəsini təhvil verib çıxanda Taryelin getməyib onu gözlədiyini görmüşdür. Ona nahaq əziyyət çəkib gözlədiyini söyləmişdir. Taryelin idarə etdiyi Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin yerində əyləşmişdir. Supermarketin qarşısından hərəkətə başlayıb kəndləri tərəfə gedərkən Taryelin kəndin girişinin döngəsini diqqətsizlik edib ötüb keçmişdir. Geri qayıtmaq üçün məcbur olub Göygöl rayonu Hacıməlik kəndinin girişindəki dairədən dönmək məqsədi ilə Bakı-Qazax-Gürcüstan yoluna çıxmışlar. Onlar Bakı-Qaxaz- Gürcüstan yolu ilə hərəkətdə olarkən Taryel sağ zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toqquşmuşdur. Zərbənin təsirindən onun olduğu avtomobil aşmışdır. Hüşu özündən getmişdir. Ayılanda artıq Göygöl rayon mərkəzi xəstəxanasında olmuşdur. Arxa oturacaqda əyləşdiyindən hadisənin dəqiq necə baş verməsini görməmişdir. Taryeldən heç bir şikayət və tələbi yoxdur. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Ruhin Muradovla eyni kəndlidirlər, uşaqlıqdan tanışdırlar. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Ruhin onu qapılarının ağzından idarə etdiyi VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürmüşdür. Birlikdə Gəncə şəhərinə getmişlər. Ruhinlə birlikdə Gəncə şəhərində yerləşən Fitnes zalına getmişlər. Orada hovuzda üzüb istirahət etmişdirlər. Bir gün qabaq ortaq tanışılar olan Elməddinlə görüşəndə Göygöl rayonu Hacıkənd qəsəbəsinə kətə yeməyə getmək barədə razılaşmışdırlar. Saat 21 radələrinə qədər fitnes zalında olmuşlar. Danışıb Elməddinlə görüşmüşər. Elməddinin BMW markalı avtomobili ilə getməli idilər. Lakin yolda Elməddinin avtomobili nasazlamışdır. Onun avtomobilini BMW servisin qarşısına qoyanda Dadaş adlı usta ilə də münasibətləri yaranmışdır. Dadaşa da onlarla getməyi təklif etmişdirlər. Dadaş da etiraz etməmişdir. Ruhin içkili olduğuna görə avtomobili o idarə etmişdir. 44 günlük müharibə iştirakçısı olduğuna görə, sürücülük vəsiqəsi olmasa da DYP əməkdaşları ona hörmət edərək cərimə yazmayacağını fikirləşmişdir. Ruhin arxa sol, Dadaş arxa sağ, Elməddin isə qabaq sağ sərnişin yerində əyləşdir. Göygöl rayonu istiqamətində hərəkət başlaşlar. Həmin gün saat 23:50 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Göygöl rayonu Hacıməlik kəndindən keçən hissədə sağ zolaqda 60-70 km/saat surətlə hərəkətlə olarkən arxadan Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobilin arxasından vurmuşdur. Avtomobil fırlanmış, onun hüşu özündən getmişdir. Səhəri gün ayılanda Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada olduğunu, Ruhin hadisə yerində, Dadaş və Elməddinin xəsarət aldığını bilmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir. Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şikayətçidir, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi, cinayət işinin istintaqının aparılması üçün icraata götürülməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu Hacıməlik kəndindən keçən 353-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu Bakı şəhəri və Qazax rayonu istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti dəmir ara kəsmə ayırır. Hər istiqamətində iki hərəkət zolağı vardır. Qazax rayonu istiqamət üçün ümumi eni 8 metrdir. Əsas hərəkət hissəsnin eni 7.2 metrdir. Yolun Qazax rayonu istiqamətində sağ tərəfində 2.2 metr enində yol çiyni, sonra isə dəmir sədd yerləşir. Hadisə baş vermiş ərazidə sürət həddi 110 km/saat sürətlə məhdudlaşdırılmışdır. Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2024-ci il tarixli 1142 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-сü il tarixli 538 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş xəsarətlər-İİİ döş fəqərəsinin və sağ əng sümüyünün sınıqları, alın nahiyəsinin yarası, sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi- bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Cinayət işinə əlavə edilmiş BDYPİ-dən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli 3- 13-16/2-157478/24 nömrəli məktubdan görünür ki, 1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2028-cı il tarixədək etibarlı olan) AE 118604 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Şahid2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-сü il tarixli 34 nömrəli rəyindən görünür ki, 1. X1 bədənində müəyyən edilmiş xəsarətlər-sol gicgah-ənsə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma(hemotoma), ənsə sümüyünün qəlpəli sınığı, baş beyinə qansızma, sol İ-İİ-İİİ qabırğaların məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırırlması, sağ bud sümüyünün qapalı sınığı, sol gicgah-ənsə nahiyəsinin yarası, sol göz nahiyəsinin hemotoması, alın, gicgah, hər iki yanaq, hər iki bazu, qarın, sol qalça, sol said, sol əl, sol baldır nahiyələrinin sıyrıqları.Qeyd olunan xəsarətlər həyatidir-bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. 2.X1 ölümünə səbəb-açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 8-12 saatdır(meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 10:00-da aparılmışdır) 3. X1 bədəni üzətrində müəyəyn edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X19 ölmüş zərərçəkmiş şəxs X15 hüquqi varisi qismində tanınmışdır. “Avtomobilin maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Hyundai Santafe markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı və VAZ 21065 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iş üzrə maddi sübut hesab edilmələri və qəbzlə sahiblərinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarxili qəbzdən görünür ki, X19 hadisə zamanı oğlu Ruhin Muradova məxsus VAZ 21065 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarxili qəbzdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı oğlu idarə etdiyi Hyundai Santafe markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 02 dekabr 2024-cü il tarixli 8/3120 nömrəli rəyindən görünür edilmişdir ki;

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21065 markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiq xüsusi bilik tələb etmir. Sürücü Şahid2 VAZ 21065 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə əlavə ittiham elan edilməsinin rədd edilməsi, Şahid2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilməsi, Şahid2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi, iş üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 34 nömrəli, xx.xx.2024-cü il tarixli 568 nömrəli, xx.xx.2024-cü il tarixli 654 nömrəli, xx.xx.2024-cü il tarixli 525 nömrəli, xx.xx.2024-cü il tarixli 539 nömrəli, xx.xx.2024-cü il tarixli 538 nömrəli rəyləri, məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 02 dekabr 2024-cü il tarixli 8/3120 nömrəli rəyi, alınmış ifadələr iş üzrə sübut növü kimi tanınması, X24 VAZ 21065 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi tanınması, Babayev X13 Santafe markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi tanınması və qərarın surətinin ibtidai araşdırmaya prosesual nəzarəti həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi və qərarın ona elan olunmaqla surətinin təqdim edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, sürücü Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğunun, barəsində təqsirləndirici materialın olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan Samux rayon İHB-nin Alıuşağı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda Alıuşağı kəndində yaşayır. Ailə tərkibi arvadı X16, qızı X12 və qızı X4 ibarətdir. İşdə olan Samux rayon İHB-nin Alıuşağı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət xarakterli material daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Samux Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 694790 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur. (atası Təqsirləndirilən şəxs, anası X7r.) İş materiallarına əlavə edilmiş 2 X32 ASAN xidmət X22 tərəfindən verilmiş AZ-V seriyalı, 021533 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə Göygöl rayonunda anadan olmuşdur. (atası Təqsirləndirilən şəxs, anası X7r.) Samux Rayon Mərkəzi X21 Şəxsindən təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli, 827 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Samux RMX-nın poliknikasının narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Samux Rayon Mərkəzi X21 Şəxsindən təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli, 828 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Babayev X8 RMX-nın poliknikasının psixatir kabinetində dispanser qeydiyyatında dayanmır. İşdə olan X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində oğlu X24 vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaq, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, bununla bağlı iddia və tələbi olmayacaq, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4., 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, vurulmuş maddi zərəri ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Hyundai Santafe markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı və VAZ 21065 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibilərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməli. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş və onun hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 90 (doxsan) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Hyundai Santafe markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı və VAZ 21065 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibilərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar