Məhkəmə qərarları › İş №1(066)-32/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-32/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-32/2023 30.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Mühiddin oğlunun, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 30 mart 2023-cü il tarixdə Göygöl şəhərində xx.xx.1998-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Bəşirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X5 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kənd sakini Zərərçəkmiş şəxs1 həmin ünvanda 4.360 ( dörd min üç yüz altmış) manat dəyərində 18 (on səkkiz) baş xırda buynuzlu heyvan olan qoynunları və 6 (altı) baş xırda buynuzlu heyvan olan keçiləri alıb əvəzində göstərilən dəyərdə 1.150 (min yüz əlli) ədəd yonca kipi və 460 (dörd yüz altmış) manat nəğd pul gətirəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vədlər verib inandırdıqdan sonra həmin yonca kiplərinin gətirilməsi üçün sonuncuya məxsus 4.360 (dörd min üç yüz altmış) manat dəyərində 18 (on səkkiz) baş xırda buynuzlu heyvan olan qoynunları və 6 (altı) baş xırda buynuzlu heyvan olan keçiləri aparıb dəyərindən ucuz qiymətə yəni 1.700 (min yeddi yüz) manat qiymətə Goranboy rayonu Hazırəhmədli kənd sakini Şahid1 sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf etməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4360 ( dörd min üç yüz altmış) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs2 həmin ünvanda 3.900 (üç min doqquz yüz) manat dəyərində 13 baş xırda buynuzlu heyvan olan toğluları alıb əvəzinə göstərilən dəyərdə 1.150 (min yüz əlli) ədəd yonca kipi gətirəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vədlər verib inandırdıqdan sonra həmin yonca kiplərinin gətirilməsi üçün sonuncuya məxsus 3.900 (üç min doqquz yüz) manat dəyərində 13 baş xırda buynuzlu heyvan olan toğluları aparıb dəyərindən ucuz qiymətə yəni 2.600 (iki min altı yüz) manat nəğd pula şəxsiyyəti istintaqa məlum olmayan Kamaz markalı yük avtomobilinin sürücüsünə sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edib verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs2 Səfər oğlunun 3.900 (üç min doqquz yüz) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs2 həmin ünvanda 5.190 (beş min yüz doxsan) manat dəyərində 17 baş xırda buynuzlu heyvan olan toğluları və 2 baş xırdabuynuzlu heyvan olan keçiləri alıb əvəzinə 3.500 (üç min beş yüz) manat dəyərində 10 (on) ton arpa və 1.690 (min altı yüz doxsan) manat nəğd pul gətirib verəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vədlər verərək inandırdıqdan sonra sonuncuya məxsus 5.190 (beş min yüz doxsan) manat dəyərində 17 baş xırda buynuzlu heyvan olan toğluları və 2 baş xırdabuynuzlu heyvan olan keçiləri aparıb dəyərindən ucuz qiymətə yəni 3.400 (üç min dörd yüz) manat nəğd pula Goranboy rayonu Hazırəhmədli kənd sakini Şahid6 sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs2 Səfər oğlunun 5.190 (beş min yüz doxsan) manat dəyərində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs3 həmin ünvanda 3.200 ( üç min iki yüz) manat dəyərində 4 baş iri buynuzlu heyvanları alıb əvəzinə göstərilən dəyərdə 1000 (min) ədəd yonca kipi gətirəcəyi barədə sonuncuya yalan vədlər verib inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 məxsus 4 baş iri buynuzlu heyvanları Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal bazarı”na aparıb dəyərindən ucuz qiymətə yəni 2.700 (iki min yeddi yüz) manat nəğd pula şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs3 3.200 (üç min iki yüz) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs4 həmin ünvanda 1.770 (min yeddi yüz yetmiş) manat dəyərində 7(yeddi) baş xırda buynuzlu heyvan olan qoyunları alıb əvəzinə göstərilən dəyərdə 506 (beş yüz altı) ədəd yonca kipi gətirəcəyi barədə Zərərçəkmiş şəxs4 yalan vədlər verib inandırdıqdan sonra sonuncuya məxsus 7(yeddi) baş xırda buynuzlu heyvan olan qoyunları aparıb dəyərindən ucuz qiymətə yəni 630 (altı yüz otuz) manat nəğd pula Goranboy rayonu Hazırəhmədli kənd sakini Şahid1 sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs4 1.770 (min yeddi yüz yetmiş) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan sakini Zərərçəkmiş şəxs5 həmin ünvanda 1150 (min yüz əlli) manat dəyərində 5 (beş) baş xırda buynuzlu heyvan olan qoyunları alıb əvəzində göstərilən dəyərdə 3 (üç) ton arpa gətirəcəyi barədə Zərərçəkmiş şəxs5 yalan vədlər verib inandırdıqdan sonra sonuncuya məxsus 5 (beş) baş xırda buynuzlu heyvan olan qoyunları aparıb dəyərindən ucuz qiymətə yəni 350 manat nəğd pula Goranboy rayonu Hazırəhmədli kənd sakini Şahid2 sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs5 1.150 (min yüz əlli) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 oktyabr 2022-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Zərərçəkmiş şəxs6 həmin ünvanda 4.140 (dörd min yüz qırx) manat dəyərində 23 (iyirmi üç) baş xırda buynuzlu heyvan olan qoyunları alıb əvəzində göstərilən dəyərdə 11 (on bir) ton arpa gətirəcəyi barədə Zərərçəkmiş şəxs6 yalan vədlər verib inandırdıqdan sonra sonuncuya məxsus 23 (iyirmi üç) baş xırda buynuzlu heyvan olan qoyunları aparıb dəyərindən ucuz qiymətə yəni 1.600 (min altı yüz) manat nəğd pula Goranboy rayonu Hazırəhmədli kənd sakini Şahid2 sataraq əldə etdiyi pulları öz ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs6 4.140 (dörd min yüz qırx) manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Yasin Ziyad oğlu ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin təxminən iyun ayından tanımış, bir neçə dəfə arpa və yonca kipləri satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən Mal bazarı adlanan yerdən yonca kipi alaraq tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 250 ədəd yonca kipini Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Muxtar adlı şəxsə gətirmişdir. Muxtar yenə yonca kipinin lazım olduğunu bildirmişdir. Muxtar hazırda pulunun olmadığını, əvəzinə heyvan verə biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. Daha sonra Muxtar onu əmisi oğlu Kamandar ilə birlikdə evin həyətində olan tövləyə aparmış və özünə məxsus saxladığı xırda buynuzlu heyvanları göstərmişdir. Muxtar ilə 18 baş qoyun və 6 baş keçini ona verəcəyinə, əvəzinə 1.150 (min yüz əlli) ədəd yonca kipi gətirməyinə və 4 baş keçinin pulunu yəni 380 (üç yüz səksən) manat pulu isə növbəti gün gətirəcəyinə razılaşmışlar. Muxtar ona 18 baş qoyununun birini 210 (iki yüz on) manata, beş baş keçinin biri 100 (yüz) manata, bir baş çəpişi 80 manata satacağına razılaşmışlar. Muxtara yonca kiplərini 2022-ci ilin oktaybr ayının 10-a kimi gətirəcəyini bildirmişdir. Həmin gün Kamandara da yonca kipi gətirmişdir. Kamandar yenə yonca kipinin lazım olduğunu, lakin hazırda pulunun olmadığını, əvəzinə heyvan verə biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. Daha sonra Kamandar onu atası adı sonradan məlum olan Səftər adlı şəxs və əmisi oğlu Muxtar ilə birlikdə evin həyətində olan tövləyə aparmış və özünə məxsus saxladığı xırda buynuzlu heyvanları göstərmişdir. Kamandar ilə 13 baş xırda buynuzlu heyvan olan toğlunun, bir başını 300 manata ona verəcəyinə, əvəzinə isə ona 1.150 (min yüz əlli) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. O, həmin vaxt yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində 13 baş xırda buynuzlu heyvan olan toğlunu yonca kipini gətirdiyi Kamaz markalı yük avtomobilini idarə edən tanımadığı şəxsə bir başını 200 manata olmaqla ümumilikdə 2.600 (iki min altı yüz) manata satmışdır. Özü həmin vaxt yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Muxtargilin çağırdığı tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobilinə əvvəlcə Muxtara məxsus 24 baş xırda buynuzlu heyvanı yükləyib Goranboy rayonu, Hazırəhmədli kəndinə aparmışdır. Goranboy rayonu, Hazırəhmədli kəndində yaşayan İltifat adlı şəxsə 24 dörd baş xırdabuynuzlu heyvanı ümumilikdə 1.700 (min yeddi yüz) manata satmışdır. Növbəti gün xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Muxtara 4 baş keçinin pulunu, yəni 380 (üç yüz səksən) manat pulu vermişdir. Muxtar həmin vaxt Misir adlı həmkəndlisinin də yonca kipi istədiyini bildirmiş və Misir adlı şəxsə zəng etmişdir. Misir evdə olduğunu bildirmiş və muxtarla o, Misirin yaşadığı evin qarşısına getmişlər. Misir 100 ədəd yonca kipi istəmiş və 430 (dörd yüz otuz) manat pul vermişdir. O, Misirə xx.xx.2022-ci il tarixdə yonca kipini gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Kamandarın yaşadığı evə gəlmişdir. Kamandardan bir başını 300 (üç yüz) manata olmaqla, ümumilikdə 1.800 (min səkkiz yüz) manata 6 baş xırdabuynuzlu heyvan olan toğlu almış və pulunu növbəti gün gətirəcəyini bildirmişdir. Növbəti gün yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində qardaşına məxsus etibarnamə əsasında idarə etdiyi VAZ-21015 markalı **-ND-*** d.q.n-lı avtomobillə Kamandarın yaşadığı Mollacəlilli kəndində yerləşən evlərinə gəlmiş və evlərinin qarşısında 1.800 (min səkkiz yüz) manat pulu Kamandara vermişdir. Kamandar ona arpa lazım olduğunu, lakin hazırda pulunun olmadığını, əvəzinə heyvan verə biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. Daha sonra Kamandar onu atası, adı sonradan məlum olan Səftər adlı şəxs ilə birlikdə evin həyətində olan tövləyə aparmışdır O, onlarla birlikdə tövləyə getmiş, özünə məxsus xırdabuynuzlu heyvanları göstərmişdir. Kamandar ilə 17 baş xırda buynuzlu heyvan olan toğlunun bir ədədini 290 manata, 1 baş xırda buynuzlu heyvan olan çəpişi 110 (yüz on) manata, 1 baş xırda buynuzlu heyvan olan çəpişi 150 (yüz əlli) manata, ümumilikdə 5.190 (beş min yüz doxsan) manata ona verəcəyinə razılaşmışlar. Kamandar ona 10 ton arpa verməyini bildirmişdir. O, Kamandara 10 ton arpanı 3500 manata verəcəyini demiş və yerdə qalan 1.690 manat pulu 2022-ci ilin oktyabr ayının 11-nə kimi arpa ilə birlikdə gətirəcəyini bildirmişdir. Bundan təxminən iki saat sonra o, Goranboy rayonu, Dəliməmmədli şəhərindən tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə danışmış, heyvan aldığını, Göygöl rayonundan gətirəciyini bildirmiş və 50 (əlli) manata onunla razılaşmışdır. Həmin Qazel markalı yük avtomobili ilə Kamandara məxsus 17 baş xırda buynuzlu heyvan olan toğlunu Goranboy rayonu, Hazırəhmədli kəndinə aparmış və həmin kənddə yaşayan Sadəddin adlı şəxsə bir baş toğlunu 200 manata olmaqla ümumilikdə 3.400 (üç min dörd yüz) manata satmışdır. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 2022-ci ilin təxminən iyun ayında, dəqiqi gününü xatırlamadığı vaxtda tanımış, bir neçə dəfə arpa və yonca kipləri satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Yusif adlı şəxsə yonca kipləri satmaq üçün gətirmişdir. Həmin vaxt Yusifə 150 ədəd yonca kipi gətirmişdir. Yusif ona yenə yonca kipi lazım olduğunu, lakin pulunun olmadığını, heyvanını satdıqdan sonra yonca kipi alacağını bildirmişdir. Yusif eyni zamanda ona bildirmişdir ki, əgər istəyirsə heyvanı verib əvəzinə ona yonca kipi gətirsin. O, Yusiflə razılaşmış və onunla birlikdə yaşadıqları evin həyətində yerləşən tövləyə getmişlər. Yusiflə 4 baş iri buynuzlu heyvanı ona 3.200 ( üç min iki yüz) manata verəcəyinə, əvəzinə isə ona 1.000 (yüz) ədəd yonca kipi verəcəyinə razılaşmışlar və heyvanları növbəti gün yəni xx.xx.2022-ci il tarixdə gəlib aparacağını bildirmişdir. Həmin vaxt Nicat ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, harada olduğunu soruşmuş, o da Mollacəlilli kəndində Yusif adlı şəxsə yonca kipi gətirdiyini bildirmişdir. Nicat onun yanına gəlmiş və Nicata məxsus “Opel astra” markalı avtomobillə onların yaşadığı evlərinin qarşısına getmişlər. O, yolda olarkən Nicata demişdir ki, yonca sahəsi almış, əgər yonca kipi istəyirsə ona da gətirmişdir. Nicat pulunun olmadığını, heyvanını satdıqdan sonra yonca kipi alacağını bildirmişdir. Nicat eyni zamanda ona bildirmişdir ki, əgər istəyirsə heyvanı verib əvəzinə ona yonca kipi versin. O, Nicatla birlikdə yaşadıqları evin həyətində yerləşən tövləyə getmişlər. Nicatla 7 baş xırda buynuzlu heyvanı ona 1.770 (min yeddi yüz yetmiş) manata verəcəyinə, əvəzinə isə ona 506 (beş yüz altı) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. O, Nicata yonca kiplərini 2022-ci ilin oktyabr ayının15-nə kimi gətirəcəyini, xırdabuynuzlu heyvanları isə növbəti gün yəni xx.xx.2022-ci il tarixdə gəlib aparacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Mamed adı ilə tanıdığı şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinə əvvəlcə Yusif adlı şəxsə məxsus 4 baş iri buynuzlu heyvanları, daha sonra Nicat məxsus 7 baş xırda buynuzlu heyvanları yükləmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən mağazanın qabağında idarə etdiyi dostu Oktaya məxsus VAZ-21074 markalı 66-??-788 dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Mağazanın qabağında adı ona sonradan məlum olan Cəfər adlı şəxs dayanmışdır. O, arpa və yonca kipi satdığımı bildirmiş, lazım olub-olmadığını soruşmuşdur. O, hazırda pulunun olmadığını, xırda buynuzlu heyvan verib əvəzinə arpa və yonca kipi gətirməyi demişdir. Daha sonra Cəfər ilə birlikdə evinin həyətində olan tövləyə getmiş və xırda buynuzlu heyvanları ona göstərmişdir. Cəfər ilə 2 (iki) baş xırda buynuzlu heyvan olan qoyun və bir quzu ona 450 (dörd yüz əlli) manata verəcəyinə, əvəzinə 140 (yüz qırx) ədəd yonca kipi ona verəcəyinə razılaşmışlar. Cəfərə yonca kiplərini növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə gətirəcəyini bildirmişdir. Nicat və Yusifgilin heyvanlarını yüklədiyi Qazelə Cəfərə məxsus 3 baş xırdabuynuzlu heyvanları yükləmişdir. Daha sonra o, Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan bazara getmiş və orada Cəfərə məxsus bir baş xırdabuynuzlu heyvanı 100 (yüz) manata, yanında quzusu olan bir baş xırdabuynuzli heyvan olan qoyunu 150 (yüz əlli) manata, 4 dörd baş iribuynuzlu heyvanı isə 2.700 (iki min yeddi yüz) manata tanımadığı şəxslərə satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Mollacəlilli kəndində yaşayan Cəfərgilin evin qarşısında Nicat, Cəfər və adı sonradan ona məlum olan Rövşən adlı şəxs dayanmışlar. Cəfər arpa lazım olduğunu demiş və gətirə bilərsənmi deyə soruşmuşdur. Cəfər arpa əvəzinə xırdabuynuzlu heyvan verəcəyini demişdir. O, Cəfər adlı şəxslə razılaşmış və onun yaşadığı evə gəlmişdir. Həmin vaxt yanında qardaşı Rövşən və Nicat adlı şəxs olmuşlar. Cəfər ilə 5 (beş) baş xırda buynuzlu heyvan olan qoyunu ona bir başını 230 manata olmaqla 1.150 (min yüz əlli) manata verəcəyinə, əvəzinə ona 3 ton arpa verəcəyinə razılaşmışlar. Bu zaman Rövşən də özünə arpa istəmiş və əvəzinə xırda buynuzlu heyvan verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Rövşən adlı şəxs ilə 23 (beş) baş xırda buynuzlu heyvan olan qoyunu ona bir başını 180 (yüz səksən) manata olmaqla ümumilikdə 4.140 (dörd min yüz qırx) manata verəcəyinə, əvəzinə 11 ton arpa ona verməsinə razılaşmışlar. Nicatın çağırdığı Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobilinə əvvələcə Rövşən adlı şəxsə məxsus 23 (beş) baş xırda buynuzlu heyvan olan qoyunu, daha sonra isə Cəfərə məxsus 5 (beş) baş xırda buynuzlu heyvan olan qoyunu yükləmişdir. Goranboy rayonu, Hazırəhmədli kəndinə aparmış və həmin kənddə yaşayan Tural adlı şəxsə 28 baş xırdabuynuzlu heyvan olan qoyunu ümumilikdə 1.950 (min doqquz yüz əlli) manata satmışdır. Zərər çəkmiş şəxslərə vurduğu ziyanı tamamı ilə ödəmiş, lakin Zərərçəkmiş şəxs2 9090 manat ziyandan 7000 manat ödəmiş 2090 manat borcu qalmış, həmin pulu iyun ayının əvvəlində ödəməyi ilə bağlı Kamandarla razılaşmışdır. Törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Mühiddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arpa və yonca kipləri satan biri kimi, təxminən 2022-ci ilin sentyabr ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtdan tanımışdır. X10 Məmmədovdan əvvəllər yonca kipləri və arpa almışdır. 2022-ci ilin sentyabr ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda Yasin adlı şəxs qardaşı Yusifə zəng edib, yonca kipi satdığını, əgər almaq istəyən olsa xəbər etməyini bildirmişdir. Həmin vaxt qardaşı Yusif onun yaşadığı evdə olmuş, o da qardaşına demişdir ki, Yasinə desin onların yanına gəlsin danışsınlar. Yasin idarə etdiyi qırmızı rəngli VAZ-21015 markalı avtomobil ilə onun yaşadığı evə gəlmişdir. O, Yasinlə danışmış və ona 250 (iki yüz əlli) ədəd yonca kipi gətirməsni bildirmişdir. Həmin gün Yasinə 250 ədəd yonca kipinə 1.125 (min yüz iyirmi beş) manat pul vermişdir. Yasin Yonca kiplərini xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində ona məxsus Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən evinə tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 250 ədəd yonca kipi gətirmişdir. Yasin yenə yonca kipinin olduğunu və satdığını bildirmişdir. O, hazırda pulunun olmadığını demiş, Yasin isə əvəzinə heyvan da versə razılaşa bilərik demişdir. Daha sonra Yasini əmisi oğlu Kamandar ilə birlikdə evin həyətində olan tövləyə aparmış və özünə məxsus saxladığı xırda buynuzlu heyvanları göstərmişdir. Yasin ilə 18 baş qoyun və 6 baş keçini ona verəcəyinə, əvəzinə 1.150 (min yüz əlli) ədəd yonca kipi verəcəyinə və 4 baş keçinin pulunu yəni 380 manat pul verəcəyinə razılaşmışlar. Yasin yonca kiplərini 2022-ci ilin oktaybr ayının 10-a kimi gətirəcəyini bildirmişdir. Yasin həmin gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində, tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə gəlmişdir. Ona məxsus 24 baş xırda buynuzlu heyvanı Qazel markalı avtomobillə aparmışdır. Həmin vaxt qardaşı əmisi oğlu Kamandar yanına olmuşdur. O, Yasinə 18 baş qoyununun birini 210 (iki yüz on) manata, beş baş keçinin biri 100 (yüz) manata, bir baş çəpişi 80 manata satacağına razılaşmışdır. Yasin heyvanları aparmış və 07 oktyabr 2022-ci il tarixdə Yasin ona zəng edib evdə olduğunu öyrəndikdən sonra onlara gəlmiş və ona 380 manat pulu vermişdir. Qalan heyvanın dəyəri olan 3.980 manata isə 1.150 yonca kipini 10 oktyabr 2022-ci il tarixdə gətirəcəyini demişdir. Həmin tarixdə Yasinə zəng etdikdə növbəti gün otun gətiriləcəyini, 11 oktyabr 2022-ci il tarixdə zəng etdikdə isə axşamüstü otun gətiriləcəyini demişdir. Lakin bundan sonra Yasinlə əlaqə saxlaya bilməmiş və vəd etdiyi otu da gətirməmişdir. O, Yasin tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan başqa ona məlum olmuşdur ki, Yasin tək onu deyil, həmkəndliləri Misir, Kamandar, Nicat, Çərkəz, Rövşən və qardaşı Yusifi də aldatmışdır. X9 450 manat pulu onun yanında vermişdir, bundan başqa Yasinin Kamanadara məxsus xırdabuynuzlu heyvanları, qardaşı Yusifə məxsus 4 baş iribuynuzlu heyvanını aparmasını da öz gözləri ilə görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, arpa və yonca kipləri satan biri kimi, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərdə dəqiq gününü xatırlamadığı vaxtdan tanımışdır. O, əvvəllərdə Təqsirləndirilən şəxs bir dəfə yonca kipləri almışdır və bir dəfə də özünə məxsus 6 baş xırdabuynuzlu heyvan satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Yasin ona məxsus Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən evinə tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 150 ədəd yonca kipi gətirmişdir. Həmin gün o, Yasinə yenə yonca kipidə lazım olduğunu, lakin hazırda pulunun olmadığını demişdir. Yasin isə əvəzinə heyvan da versə razılaşa biləcəyini demişdir. Daha sonra Yasini əmisioğlu Muxtarla birlikdə evin həyətində olan tövləyə aparmış və özünə məxsus xırda buynuzlu heyvanları göstərmişdir. Yasin ilə 13 baş xırda buynuzlu heyvan olan toğlunu ona verəcəyinə, əvəzinə 1.150 (min yüz əlli) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. Yasin yonca kiplərini 2022-ci ilin oktyabr ayının 10-u 11-ə kimi gətirəcəyini bildirmişdir. Həmin vaxt ona məxsus 13 baş xırda buynuzlu heyvanı yonca kiplərini gətirdiyi Kamazla aparmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Yasin qırmızı rəngli VAZ-21015 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə onun yaşadığı ünvana gəlmiş və ondan 6 baş xırda buynuzlu heyvan olan toğlu istəmiş, o atası Səftər və əmisioğlu muxtar ilə birlikdə Yasini tövləyə aparmışdır. Yasin ilə ona bir ədəd xırdabuynuzlu heyvanı 300 manata satacağına razılaşmışdır. Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ona məxsus 6 baş xırda buynuzlu heyvanı aparmış və pulunu növbəti gün gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə 11 radələrində Yasin idarə etdiyi qırmızı rəngli VAZ-21015 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gələrək onu Yeni Qızılca kəndi ərazisində yerləşən mal bazarı adlanan yerdən götürərək yaşadığı evə gəlmişdir. Onun yaşadığı Göygöl rayonu Mollacəlilli kəndində yerləşən evin qarşısında ona satdığı 6 baş xırda buynuzlu heyvanın pulunu, yəni 1.800 (min səkkiz yüz) manat pulu ona vermişdir. Həmin vaxt Yasin yenə heyvan satıb-satmadığını soruşmuşdur. O, Yasinlə birlikdə tövləyə getmiş, ona məxsus xırdabuynuzlu heyvanları göstərmişdir. Yasin ilə 17 baş xırda bunuzlu heyvan olan toğlunun bir başını 290 manata, 1 baş xırda bunuzlu heyvan olan çəpişi 110 (yüz on) manata, 1 baş xırda bunuzlu heyvan olan çəpişi 150 (yüz əlli) manata, ümumilikdə 5.190 (beş min yüz doxsan) manata verəcəyinə razılaşmışlar. O, Yasinə 10 ton arpa verməsini bildirmişdir. Yasin 10 ton arpanı 3.500 manata verəcəyini və yerdə qalan 1690 manat pulu 2022-ci ilin oktyabr ayının 11-i gətirəcəyini bildirmişdir. Bundan təxminən iki saat sonra Yasin idarə etdiyi qırmızı rəngli VAZ-21015 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə və yanında tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili gəlmişdir. Həmin Qazellə ona məxsus heyvanları aparmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Yasin adlı şəxsə zəng etmiş, ondan yonca kiplərini gətirib gətirməyəciyini soruşmuşdur. O, yağış yağdığını yonca kiplərini növbəti gün gətirəciyini bildirmişdir. Növbəti gün o, dəfələrlə Yasin adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etsə də telefona zəng çatmamışdır. O, Yasin adlı şəxsin telefon zənglərinə cavab vermədiyini əmisi oğlu gilədə yonca kiplərini gətirmədiyini görüb, Yasininin onu vəd verib aldadaraq heyvanlarını ələ keçirdiyini başa düşmüşdür. Əvvəcə DİN-in 102 zəng xidməti mərkəzinə, sonra isə Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 9090 manat ziyandan 7000 manatını ödəmiş, hazırda Təqsirləndirilən şəxs ona 2090 manat borcu qalmasının nəzərə alinmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Mühiddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, arpa və yonca kipləri satan biri kimi, təxminən 2022-ci ilin iyun ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtdan tanımışdır. O, əvvəllərdə Təqsirləndirilən şəxs iki dəfə yonca kipləri və bir dəfə arpa almışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Yasin ona məxsus Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən evinə tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 150 ədəd yonca kipi gətirmişdir. Həmin gün o, Yasinə 1.000 ədəd yonca kipi də lazım olduğunu, lakin hazırda pulunun olmadığını demişdir. Yasin isə əvəzinə heyvan da versə razılaşa biləcəyini demişdir. Daha sonra Yasini qardaşı Muxtarla birlikdə evin həyətində olan tövləyə aparmış və 4 baş iri buynuzlu heyvanları göstərmişdir. Yasin ilə 4 baş iri buynuzlu heyvanı ona verəcəyinə, əvəzinə 1.000 (min) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. Yasin yonca kiplərini 2022-ci ilin oktaybr ayının 14-u 15-ə kimi gətirəcəyini bildirmişdir. Yasin növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində, Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə gəlmişdir. Ona məxsus 4 baş iri buynuzlu heyvanı Kamaz markalı avtomobillə aparmışdır. Həmin vaxt qardaşı Muxtarda yanında olmuşdur. Bundan başqa qardaşı Muxtarda Yasinlə razılaşmış, ona yonca kipi gətirməli olmuşdur. Qardaşı ona demişdir ki, Yasin adlı şəxsə zəng edir, ancaq telefon zənglərinə cavab vermir. O da Yasin adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəsinə dəfələrlə zəng etsə də telefona cavab verməmişdir. O, Yasin adlı şəxsin telefon zənglərinə cavab vermədiyini və qardaşına da yonca kiplərini gətirmədiyini görüb, Yasininin onu vəd verib aldadaraq heyvanlarını ələ keçirdiyini başa düşmüşdür. Əvvəcə DİN-in 102 zəng xidməti mərkəzinə, sonra Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır, yonca kipləri satan biri kimi, təxminən 2022ci ilin avqust ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtdan tanımışdır. O, əvvəllər də Təqsirləndirilən şəxs iki dəfə yonca kipləri və arpa almışdır. xx.xx.2022-ci il tarixdə Yasin ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Molacəlilli kəndində olduğunu yonca kipləri satmaq üçün gəldiyini demiş və onu yanına çağırmışdır. xx.xx.2022-ci il tarixdə təminən saat 19 radələrində Təqsirləndirilən şəxs yonca kipləri boşaltdığı həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Yasin ona məxsus Opel astra markalı avtomobilə əyləşmiş və ona demişdir ki, yaşadığı evə gedib çay içsinlər. Yolda gedən zaman, Yasin ona bildirmişdir ki, yonca sahəsi almış, əgər yonca kipləri istəyirsə, ona da kipləri gətirsin. O, hələ pulunun olmadığını, xırda buynuzlu heyvanları satdıqdan sonra xəbər edər ona da yonca kipləri gətirər. Yasin isə danışıq zamanı bildirmişdir ki, satmaq istədiyi xırdabuynuzlu heyvanları göstərsin, qiymətini hesablasınlar, heyvanların əvəzinə yonca kipləri versin. O da Yasinlə razılaşmışdır. Yasin onunla birlikdə onun yaşadığı evə gəlmiş, ona məxsus evdə olan xırdabuynuzlu heyvanlara baxmışdır. 7 baş xırda buynuzlu heyvanı ona 1.770 (min yeddi yüz yetmiş) manat verəcəyinə, əvəzinə 506 (beş yüz altı) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. Yasin yonca kiplərini xx.xx.2022-ci il tarixdə verəcəyini bildirmişdir. Yasin növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində, Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə gəlmişdir. Ona məxsus 7 baş xırdabuynuzlu heyvanı Kamaz markalı avtomobillə aparmışdır. xx.xx.2022-ci il tarixdə Yasin onun yaşadığı kəndə gəlmişdir. Yasin ona zəng edərək öz yanına çağırmışdır. Həmin vaxt bildirmişdir ki, yonca kiplərini oktaybr ayının 11-i, 12-nə gətirəcəkdir. Yasin orada həmkəndliləri Cəfər və Rövşənlə arpa satacaqları ilə barədə danışmışlar. Onun yanında Yasin Cəfərə məxsus 5 (beş) baş xırdabuynuzlu heyvanını və Rövşənə məxsus 23 baş xırdabuynuzlu heyvanını Qazel markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili aparmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində Yasinə məxus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Danışıq zamanı Yasin həmin gün saat 12 radələrində kəndə gələcəyini bildirmişdir. O, həmin gün saat 13 radələrində yenidən ona zəng etmiş, danışıq zamanı Yasin axşam tərəfi gələcəyini bildirmişdir. O, həmin gün təxminən saat 17 radələrində yenidən ona zəng etmiş, Yasin kəndə gəldiyini, Hacıməlik qəsəbəsi yaxınlığında olduğunu bildirmişdir. Bir qədər keçdikdən sonra ona dəfələrlə zəng etsə də, ona mıəxsus mobil telefona zəng çatmadığından əlaqə saxlaya bilməmişdir. Bundan təxminən 4-5 gün sonra Yasinin yaşadığı Goranboy rayonu Bəşirabad kəndində yerləşən evlərinə getmişdir. Yasinin özü ilə söhbət etmişdir. Yasin hələ pulunun olmadığını, növbəti il yonca mövsümündə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı kənddə yerləşən mağazanın qabağında durmuşdur. Həmin vaxt adı sonradan ona məlum olan Yasin adlı şəxs markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gələrək arpa və yonca kipi satdığını bildirmişdir. O, hazırda pulunun olmadığını, xırda buynuzlu heyvan verib əvəzinə arpa və yonca kipi almağı demişdir. Digər kənd sakinləri də, Yasin adlı şəxsdən arpa və yonca kipi aldıqlarından o, ona inanaraq, onunla birlikdə yaşadığı evə gəlmişlər. Daha sonra Yasini evin həyətində olan tövləyə aparmış və xırda buynuzlu heyvanları göstərmişdir. Yasin ilə 2 (iki) baş xırda buynuzlu heyvan olan qoyun və bir quzu ona 450 (dörd yüz əlli) manata verəcəyinə, əvəzinə 140 (yüz qırx) ədəd yonca kipi verəcəyinə razılaşmışlar. Həmin gün də, Yasin adlı şəxs tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə ona məxsus xırdabuynuzlu heyvanları aparmışdır. Yasin yonca kiplərini növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə gətirəcəyini bildirmişdir. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, yenə də yaşadığı kənddə mağazanın qarşısında dayanmışdır. Yasin adlı şəxs markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gələrək, yağış yağdığını, yonca kiplərini növbəti gün gətirəcəyini, bundan başqa arpa da gətirəcəyini bildirmişdir. O, ona arpa gətirə bilərsənmi deyə soruşmuş və əvəzinə xırdabuynuzlu heyvan verəcəyini bildirmişdir. Yasin adlı şəxs onunla razılaşmış və onun yaşadığı evə gəlmişlər. Həmin vaxt yanında qardaşı Rövşən və qonşuluqda yaşayan Nicat olmuşlar. Yasin ilə 5 (beş) baş xırda buynuzlu heyvan olan qoyunu ona bir başını 230 manata olmaqla 1.150 (min yüz əlli) manata verəcəyinə, əvəzinə 3 ton arpa verəcəyinə razılaşmışlar. Həmin gün Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə ona məxsus xırdabuynuzlu heyvanları aparmışdır. Bundan başqa Yasin adlı şəxs həmin qardaşı Rövşənə də arpa gətirəcəyini vəd verib aldadaraq xırdabuynuzlu heyvanlarını aparmışdır. Yasin xx.xx.2022-ci il tarixdə arpa və yonca kiplərini gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Nicat onun yanında Yasin adlı şəxsin mobil telefonuna zəng etmiş, Yasin Hacıməlik qəsəbəsində olduğunu və gəldiyini bildirmişdir. Bir qədər keçdikdən sonra Nicat ona demişdir ki, Yasin telefona cavab vermir, mobil telefonunu söndürübdür. Həmin vaxt başa düşmüşlər ki, Yasin adlı şəxs onları aldadaraq heyvanlarını ələ keçirmişdir. Əvvəcə DİN-in 102 zəng xidməti mərkəzinə, sonra Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Kənd sakinləri Yasin adlı şəxsin arpa və yonca kipləri satan biri olduğunu bildirmişilər. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, Göygöl şəhərində olan vaxt qardaşı Cəfər ona məxsus mobil nömrəyə zəng edərək, Yasin adlı şəxsin heyvan alıb, əvəzinə arpa və yonca kipləri gətirdiyini, əgər lazımdırsa gəlib danışmağını bildirmişdir. O da qardaşı Cəfərgilin yaşadığı evə gəlmiş, həmin vaxt qonşuluqda yaşayan Nicat adlı şəxs də orada olmuşdur. O, Yasin adlı şəxsə ona da arpa gətirə bilərsənmi deyə soruşmuş və əvəzinə xırdabuynuzlu heyvan verəcəyini bildirmişdir. Yasin adlı şəxs onunla razılaşmış və onun yaşadığı evə gəlmişlər. Həmin vaxt qardaşı Cəfər və qonşuluqda yaşayan Nicat, mağazada işləyən X2 yanında olmuşdur. Yasin ilə 23 (iyirmi üç) baş xırda buynuzlu heyvan olan qoyunu ona bir başını 180 (yüz səksən) manata olmaqla ümumilikdə 4.140 (dörd min yüz qırx) manata verəcəyinə, əvəzinə 11 ton arpa verəcəyinə razılaşmışlar. Həmin gün Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə ona məxsus xırdabuynuzlu heyvanları aparmışdır. Bundan başqa Yasin adlı şəxs həmin qardaşı Cəfərə də arpa gətirəcəyini vəd verib aldadaraq xırdabuynuzlu heyvanlarını aparmışdır. Yasin xx.xx.2022-ci il tarixdə arpa gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Nicat onun yanında Yasin adlı şəxsin mobil telefonuna zəng etmiş, Yasin Hacıməlik qəsəbəsində olduğunu və gəldiyini bildirmişdir. Bir qədər keçdikdən sonra Nicat ona demişdir ki, Yasin telefona cavab vermir, mobil telefonunu söndürmüşdür. Həmin vaxt başa düşmüşlər ki, Yasin adlı şəxs onları aldadaraq heyvanları ələ keçirmişdir. O da Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Yasin adlı şəxs ona zəng edərək xırdabuynuzlu heyvan satdığını, alıb-almadığını soruşmuşdur. O, Yasinə bildirmişdir ki, heyvanları gətirsin, əgər xoşuna gəlsə, alar. Həmin gün təxminən saat 19 radələrində Yasin olduğu yerə, yəni Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən çayxananın yanına gəlmişlər. Həmin vaxt 18 baş xırdabuynuzlu heyvan olan qoyunu və 6 baş xırdabynuzlu heyvan olan keçiləri Yasin ona göstərmişdir. Xırdabuynuzlu heyvanların bir başını 120 (yüz iyirmi) manata satacağını bildirmişdir. O, isə onunla razılaşmamış, ümumilikdə 24 baş xırda buynuzlu heyvana 2.500 (iki min beş yüz) manat pul verəcəyini bildirmişdir. Yasin də onunla razılaşmışdır. Yasinə 2.500 (iki min beş yüz) manat pul vermişdir. Bundan təxminən 4-5 gün sonra dəqiq xatırlamadığı tarixdə Göygöl rayonu Yeni Qızıllca kəndi ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə Yasin adlı şəxsdən 7 baş xırdabuynuzlu heyvanın bir başını 90 manata olmaqla ümumilikdə 630 (altı yüz otuz) manata almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 19:30 radələrində yaşadığı Goranboy rayonu Hazırəhmədli kəndində yerləşən çayxanadan çıxıb yaşadığı evə gedərkən çayxananın yanında Yasin adlı şəxs xırdabuynuzlu heyvan satdığını, alıb-almadığını soruşmuşdur. O, çayxanın yanında olan heyvanlara baxıb, Yasindən neçəyə satdığını soruşmuşdur. Yasın bır baş xırdabuynuzlu heyvanı 80 (səksən) manata verəcəyini bildirmişdir. O, baha verdiyini, aşağı qiymətə verməsini dedikdən sonra Yasin 28 baş xırda buynuzlu heyvanı ümumilikdə 1.950 (min doqquz yüz əlli) manata ona satacağına razılaşmışlar. Daha sonra həmin xırda buynuzlu heyvanları təxminən 10 gün saxladıqdan sonra Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən mal bazarı adlanan yerdə 28 baş xırda buynuzlu heyvanları tanlmadığı müxtəlif şəxslərə ümumilikdə 2.200 (iki min iki yüz) manata satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Kamandar Təqsirləndirilən şəxs bir dəfə yonca kipləri aldığını və bir dəfədə 6 baş xırdabuynuzlu heyvan satdığını ona demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Yasin ona məxsus Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən evinə tanımadığı bir nəfər şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 150 ədəd yonca kipi gətirmişdir. Həmin gün oğlu Kamandar Yasinə yenə yonca kipidə lazım olduğunu, lakin hazırda pulunun olmadığını demişdir. Yasin isə əvəzinə heyvan da versə razılaşa bilərik demişdir. Daha sonra Kamandar Yasini evin həyətində olan tövləyə aparmış və onlara məxsus xırda buynuzlu heyvanları göstərmişdir. Kamandar Yasin ilə 13 baş xırda buynuzlu heyvan olan toğlunu ona bir başını 300 (üç yüz) manata verəcəyinə, əvəzinə Yasin 1.150 (min yüz əlli) ədəd yonca kipi verəcəyinə razılaşmışdır. Yasin yonca kiplərini 2022-ci ilin oktyabr ayının 10-u 11-ə kimi gətirəcəyini bildirmişdir. Həmin vaxt Yasin onlara məxsus 13 baş xırda buynuzlu heyvanı yonca kiplərini gətirdiyi Kamazla aparmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Yasin qırmızı rəngli VAZ-21015 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə onun yaşadığı ünvana gəlmiş və Kamandar Yasinin 6 baş xırda buynuzlu heyvan olan toğlu istədiyini demişdir. O da oğlu və Yasin adlı şəxs ilə birlikdə tövləyə getmişdir. Kamandar Yasin ilə ona bir ədəd xırdabuynuzlu heyvanı 300 manata satacağına razılaşmışdır. Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə onlara məxsus 6 baş xırda buynuzlu heyvanı aparmış və pulunu növbəti gün gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə 11 radələrində Kamandar Yasinin ona satdığı 6 baş xırda buynuzlu heyvanın pulunu, yəni 1.800 (min səkkiz yüz) manat pulu gətirdiyini ona bildirmişdir. Kamandar ona Yasinin yenə heyvan almaq istədiyini, əvəzinə 10 ton arpa və yerdə qalan pulu gətirib verəcəyini demişdir. O, Kamandara qoy əvvəl apardığı heyvanın əvəzinə yonca kiplərini gətirsin, sonra yenə Yasinə heyvan satarsan. Kamandar cavab olaraq, kəndin çox sakinlərinin heyvanını alıb, əvəzinə arpa və yonca kipi gətirdiyini demişdir. Həmin vaxt Kamandar Yasinlə birlikdə tövləyə getmişlər. Kamandar Yasin ilə 17 baş xırda bunuzlu heyvan olan toğlunun bir ədədini 290 manata, 1 baş xırda bunuzlu heyvan olan çəpişi 110 (yüz on) manata, 1 baş xırda bunuzlu heyvan olan çəpişi 150 (yüz əlli) manata, ümumilikdə 5190 (beş min yüz doxsan) manata verəcəyinə razılaşmışlar. Kamandar Yasinə 10 ton arpa verməsini bildirmişdir. Yasin 10 ton arpanı 3.500 manata verəcəyini və yerdə qalan 1.690 manat pulu 2022-ci ilin oktyabr ayının 11-i gətirəcəyini bildirmişdir. Bundan təxminən iki saat sonra Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi Qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili gəlmişdir. Həmin Qazellə ona məxsus heyvanları aparmışdır. Qohumu Muxtar və Kamandar Yasin adlı şəxsin telefon zənglərinə cavab vermədiyini, Muxtargilədə yonca kiplərini gətirmədiyini görüb, Yasininin onları aldadaraq heyvanlarını ələ keçirdiyini başa düşmüşlər. Kamandar DİN-in 102 zəng xidməti mərkəzinə və Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda yaşadığı Mollacəlilli kənd sakinlərindən eşitmişdir ki, Yasin adlı şəxs kənd sakinlərinə yonca kipi və arpa gətirib satır. Lakin Yasin adlı şəxsi görməmişdir, sadəcə adını eşitmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda o, yaşadığı kənddə həmkəndlisi Muxtarla söhbət əsnasında Muxtara demişdir ki, sən özünə yonca kipi almısan, həmin adamda yonca kipi varsa ona xəbər eləsin, alsın. Bundan təxminən 2-3 gün sonra Muxtar ona məxsus ***-***- **-** saylı mobil nömrə zəng etmiş, danışıq zamanı ona bildirmiş ki, yonca kipi satan Yasin adlı şəxs kəndə gəlibdir. O, Muxtara demişdir ki, Yasinlə görüşüb, yonca kipi alsın. Həmin gün təxminən saat 19 radələrində Muxtar Yasinlə birlikdə onun yaşadığı ünvanın qarşısına gəlmişlər. O, Yasin adlı şəxsi həmin vaxt görüb tanımışdır. Yasindən 100 (yüz) ədəd yonca kipi istəmişdir. Yasin ondan 100 ədəd yonca kipinə görə, 430 (dörd yüz otuz) manat pul istəmişdir. O, da Yasinlə razılaşıb, Yasinə 430 (dörd yüz otuz) manat pul vermişdir. Yasin ona 2022-ci ilin oktyabr ayının 10-na kimi yonca kipini gətirəcəyini bildirmişdir. xx.xx.2022ci il tarixdə təxminən saat 11 radələrində Yasinə məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etdim, lakin danışıq zamanı Yasin başqa kənd sakinlərinə yonca kipi gətirdiyini bəhanə edib, xx.xx.2022-ci il tarixdə gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Yasinə məxsus mobil nömrəyə zəng etdim, danışıq zamanı Yasin ona bildirmişdir ki, sahədə yonca kipi yığdırır. Bundan təxminən 2 saat sonra yenidən Yasinə zəng etdikdə, Yasin Göygöl rayonu, hacıməlik kəndində olduğunu, gəldiyini bildirmişdir. Bir qədər gözlədikdən sonra yenidən zəng etdikdə Yasinə məxsus mobil nömrəyə zəng çatmamışdır. O, Muxtarla əlaqə saxladıqda, Muxtar Yasinin ona digər kənd sakinlərinə də elə dediyini, əlaqə saxlaya bilmədiklərini demişdir. Həmin vaxt Yasinin onu aldadaraq, pulunu ələ keçirdiyini bilib, DİN-in 102 zəng xidməti mərkəzinə və Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığım vaxtda Mollacəlilli kənd sakinlərindən eşitmişdir ki, Yasin adlı şəxs kənd sakinlərinə yonca kipi və arpa gətirib satır. Hətta bir dəfə təxminən 2022-ci ilin sentyabr ayının 22-23-də Yasin adlı şəxsə 3000 (üç min) manat pul vermişdir ki, ona 600 (altı yüz) ədəd yonca kipi gətirsin. Yasin də onunla razılaşmış və təxminən 10 günə kimi yonca kiplərini gətirəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Yasin adlı şəxs tanımadığı bir nəfər şəxsin idarə etdiyi kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobili ilə 600 ədəd yonca kipi gətirmişdir. Daha sonra Yasin yenə ondan pul istəmişdir ki, birdə yonca kipi gətirsin. Lakin o, Yasinə pulunun olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, işlədiyi Mollacəlilli kəndində yerləşən mağazanın qarşısında qonşuluqda yaşayan Cəfər, Nicat adlı şəxlərlə və yonca kipi və arpa satan biri kimi tanıdığı Yasin adlı şəxslə söhbət edirmişlər. Həmin vaxt Cəfər qardaşı Rövşənə zəng etmiş və Yasin adlı şəxsin heyvan alıb, əvəzinə arpa və yonca kipləri gətirdiyini demiş, əgər lazımdırsa gəlib danışmağını bildirmişdir. Bir qədər sonra həmkəndlisi Rövşən onların yanına gəlmişdir. Rövşən Yasin adlı şəxsə arpa gətirə bilərsənmi deyə soruşmuş və əvəzinə xırdabuynuzlu heyvan verəcəyini bildirmişdir. Yasin adlı şəxs Rövşənlə razılaşmış və onun işlədiyi mağazanın yanında yerləşən Rövşənglinin evinə getmişlər, evin həyətində Rövşənə məxsus xırdabuynuzlu heyvanlara baxmışlar. X7 23 (beş) baş xırda buynuzlu heyvan olan qoyunun, bir başını 180 (yüz səksən) manata olmaqla ümumilikdə 4140 (dörd min yüz qırx) manata verəcəyinə, əvəzinə 11 ton arpa gətirəcəyinə razılaşmışlar. Həmin gün Yasin tanımadığı bir nəfər şəxsin idarə etdiyi qazel markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığım yük avtomobili ilə Rövşənə məxsus xırdabuynuzlu heyvanları aparmışdır. Həmin vaxt yanlarında Rövşənin qardaşı Cəfər, digər həmkəndlisi Nicat olmuşdur. Bundan başqa Cəfər də ona bildirmişdir ki, Yasin adlı şəxsə xırda buynuzlu heyvan vermişdir, əvəzinə arpa gətirəcəkdir. Bundan təxminən 2 gün sonra həmkəndliləri Rövşən və Cəfər ona bildirmişdir ki, Yasin telefonlara cavab vermir, telefonu söndürmüş, onları və digər bir neçə kənd sakinlərini aldadaraq, heyvanlarını ələ keçirmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bəşirli kənd sakini kimi tanımışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 16 radələrində o, yaşadığı Goranboy rayonu Hazırəhmədli kəndində yerləşən “Qasım” adlı marketə gəlmişdir. Marketin qabağında Yasin adlı şəxsi görmüş, Yasin həmin vaxt “qazel” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomobilində əyləşmişdir. Qazel markalı avtomobilin yük yerində xırdabuynuzlu heyvanlar var imiş. Yasin adlı şəxs xırda buynuzlu heyvan satdığını, alıb-almadığını ondan soruşmuşdur. O, Yasinə həmin heyvanları niyə bazarda satmırsan, birdən oğurluq olar demişdir. Yasin eyib deyilmi, özünün heyvanlarıdır demişdir. O, heyvanlara baxıb, Yasindən neçəyə satdığını soruşmuşdur. Yasin bir baş xırda buynuzlu heyvanı 230 manata satacağını demişdir, lakin o, Yasinlə razılaşmamışdır. O, Yasinə bir baş xırda buynuzlu heyvana 200 manat verəcəyini, 17 baş xırdabuynuzlu heyvanların hamsını alsa 3.130 (üç min yüz otuz) manat verəcəyini bildirmişdir. Yasin də onunla razılaşdıqdan sonra o, Yasinə 3.130 manat pul verib həmin 17 baş xırda buynuzlu heyvanları almışdır. O, həmin xırda buynuzlu heyvanları həmin gün təxminən saat 20 radələrində tanımadığı heyvan al-veri ilə məşğul olduğunu bildirən adını xatırlamadığı şəxsə öz yaşadığı evin həyətində 3.130 (üç min iki yüz otuz) manata satmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Goranboy rayonu İHB-nın Hazırəhmədli kənd İƏD-si üzrə nünayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X6 rayonu Bəşirli kəndində qeydiyyatda olmaqla həmin ünvada yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Nühiddin oğlu və Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrində Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqları ondan heç bir şikayət və tələbləri olmadığıni göstərmişlər. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqları ondan heç bir şikayət və tələbləri olmadığıni göstərmişlər. -Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 9090 manat ziyandan 7000 manatını ödədiyini, hazırda Təqsirləndirilən şəxs ona 2090 manat borcu qaldığını göstərib nəzərə alınmasını xahiş etmişdir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılmış və xx.xx.2022-ci il tarixdən isə ev dustaqlığındadır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimansçılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, onlarla razılıq əldə edərək barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Bəşirli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə ekspertiza xərci və maddi subut və mülki iddia tələbi yoxdur həmçinin CMnin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında 05 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə kimi həbsdə və 22 dekabr 2022-ci il tarixdən ev dustaqlığında olduğu 03 (üç) ay 25 (iyirmi beş) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 07 (yeddi) ay, 20 (iyirmi ) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il, 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Goranboy rayonu Bəşirli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək,Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar