Məhkəmə qərarları › İş №1(066)-32/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-32/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-32/2024 03.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Müdafiəçi, zərərçəkmiş şəxs X1 iştirakları ilə 28 avqust 1963-cü ildə Daşkəsən rayonu, Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi ev 21, mənzil 50-də qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə X2 15.000 (on beş min) manat qarşılığında yay otlaq sahəsi verəcəyi barədə yalan vədlər verib inandıraraq Şəfayət İmaməliyevdən 2023-cü ilin may ayında dəqiq günü istintaq məlum olmayan tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Kübar” adlı restoranda 15.000 (on beş min) manat məbləğində əmlakı etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs X2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 15 il olar ki, tanıyır. O, 1995-ci ildən 2015-ci ilin təxminən fevral ayınadək Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu səbəbdən Şəfayyət təxminən 2023-cü ilin may ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda ona məxsus mobil nömrəyə zəng edərək, xırdabuynuzlu heyvanlar üçün 200 hektar yay otlaq sahəsi lazım olduğunu demişdir. O, Şəfayyətə demişdir ki, onun satmaq istədiyi yay otlaq sahəsi vardır. Həmin vaxt Zərərçəkmiş şəxs ilə yay otlaq sahəsinin onun adına sərəncam alaraq ona satılması üçün 15.000 (on beş min) manata razılaşmışlar. Təxminən bir həftə sonra Şəfayyət onunla mobil telefonla əlaqə saxlayaraq onunla görüşmüş və o, Şəfayyət İmamaəliyevdən 13.500 (on üç min beş yüz) manat pul almışdır. Bundan sonra o, özünün yay otlaq sahəsinə olan sərəncamını dəyişdirib başqa şəxsin adına keçirməyin mümkün olub ola bilməyəcəyi barədə maraqlanmış və sərəncamın dəyişilməsi mümkün olduğunu, lakin bir neçə ay vaxt lazım olduğunu bilmişdir. Daha sonra Daşkəsən rayon İcra hakimiyyəti başçısıı dəyişdiyindən sərəncamı dəyişdirmək mümükün olmamışdır. Şəfayət İmaməliyev ondan pulunu tələb etdikdə isə oma bir aya kimi pulu geri qayataracağını demiş, o da razılaşmışdır. Ancaq həmin pulu qaytarmadığına görə ondan polis orqanlarına şikayət etmişdir. Hal-hazırda əməllərindən peşman olmuşdur. Zərərçəkmiş şəxs Şəfayyət İmamaəliyevə vurduğu ziyana görə 15.000 (on beş min) manat pulu ödəmişdir. Zərərçəkmiş şəxs Şəfayyət İmamaəliyevin ondan şikayəti vətələbi olmamaqla onunl barışmışdır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Ona və tanışı Məhəmmədə məxsus iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün yay otlaq sahəsi lazım olmuşdur. O, 2023-cü ilin təxminən may ayında Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxlamış, yay otlaq sahəsinin alınmasında köməklik etməsini xahiş etmişdir. Şahbaz ona bildirmişdir ki, 200 hektar yay otlaq sahəsi üçün 15.000 (on beş min) manat pul lazımdır. Təxminən həmin söhbətdən 2-3 gün sonra Təqsirləndirilən şəxs ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən Kübar restoranında görüşmüşlər və o, Təqsirləndirilən şəxs 15.000 (on beş min) manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, təxminən 1 həftəyə sənədləşmə işləri yekunlaşaraq ona sərəncam ilə torpaq sahəsi veriləcək. Lakin 1 həftədən sonra Təqsirləndirilən şəxslə yenə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən Kübar restoranında görüşmüşlər. Həmin vaxt onunla birlikdə tanışı Məhəmmədin oğlu Əli də getmişdir. Şahbaz onlara bildirmişdir ki, Daşkəsən rayon İcra başçısının adına ərizə yazılmalıdır. Həmin yay otlaq sahəsini Əlinin adına almaq istəmişlər. Şahbaz Əliyə ərizə yazdırmış, icarə götürmə haqqında müqaviləyə imza etdirmiş və 1 həftəyə kimi sənədlərin hazır olacağını demişdir. Şahbaz ondan aldığı 15.000 manat pulu Daşkəsən rayon icra başçısına verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Şahbazdan soruşduqda Qurban bayramından sonra həll olunacağını bildirmişdir. O, 200 hektar yay otlaq sahəsinin alınmamasını görüb, Şahbazdan pulu istədikcə hər dəfəsində müxtəlif bəhanələr gətirərək onu yubatmışdır. O da Şahbazdan pulu geri ala bilmədiyini görüb, Gəncə şəhər prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs ona verdiyi 15.000 (on beş min) manat pulu geri qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs 15.000 (on beş min) manat pulu ona tamailə ödəmişdir. Ona görə də onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, həm Zərərçəkmiş şəxs, həm də onlara məxsus iri buynuzlu və xırda buynuzlu heyvanları vardır, həmin heyvanlar üçün otlaq sahəsi lazım olmuşdur. Şəfayyət atasına tanışının olduğunu və maraqlanacağını demişdir. 2023-cü ilin may ayının ortalarında Şəfayyət atasına bildirmişdir ki, əvvəllər Daşkəsən rayon torpaq şöbəsinin müdiri işləmiş Təqsirləndirilən şəxs adlı tanışı ilə görüşmüşdür, 200 hektar torpaq sahəsi üçün Şahbaz 15.000 (on beş min) manat pul istəmişdir. Şəfayyət Şahbaz adlı şəxsə həmin məbləğdə pulu özünün verəcəyini, yay otlaq sahəsi alındıqdan sonra atası ona pul verəcəkdir və şərikli heyvan saxlayacaqdırlar. Təxminən 2-3 gün sonra Şəfayyət atasına bildirmişdir ki, Şahbaz adlı şəxsə 15.000 (on beş min) manat pulu aparıb vermişdir. Şəfayyət və atası Məhəmməd razılığa gəlmişlər ki, yay otlaq sahəsini onun adına sənədləşdirsinlər. O, bir dəfə Şəfayyət ilə birlikdə Şahbaz adlı şəxsin yanına gedib Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən Kübar adlı restoranda görüşmüşlər. Şahbaz ona Daşkəsən rayon İcra başçısının adına ərizə yazdırmış, icarəyə götürmə haqqında müqavilə kimi sənədə qol çəkdirmiş, təxminən 1 həftəyə kimi sənədlərin hazır olacağını bildirmişdir. Həmin müddət keçdikdən sonra Şəfayyət Şahbazın müxtəlif bəhanələr gətirdiyini, ondan pulunu geri istədiyini Təqsirləndirilən şəxs isə pulu vermədiyini demişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan 01 ədəd CD diskə baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs və səs yazısından həmyerlisi Şəfayət İmamquliyevdən ona torpaq sahəsi satmaq adı ilə pul almasını etiraf edir. Cinayət işinin materiallarında olan 10 avqust 2023-cü il tarixli baxış protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs yay otlaq sahəsi almaq üçün Təqsirləndirilən şəxs 15.000 manat pulu verdiyi Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Kübar” restoranının həyətinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək şəkili çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 14:00-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Qızılca kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Qızılca kəndində qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinin materiallarında olan Göygöl rayon İH başçısının Qızılca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etraf edib,əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Göygöl və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə, Lənkəran rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il və 24 oktyabr 2023-cü il tarixdə 2 gün bu iş üzrə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulan ziyanın Təqsirləndirilən şəxs tərəfindən onlara tamamilə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə şühbəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş, 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl rayonun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göygöl rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanmasın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar