Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-32/2025 07.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Göygöl şəhərində yaşayan bacısı Şahid1 “WhatsApp” sosial şəbəkəsində görmə qüsuru olan atası Vahid Rzayev barəsində təhqiredici video paylaşmasını görüb bunun səbəbini aydınlaşdırmaq üçün Şahid1 yaşadığı evə getdikdən sonra aralarında yaranmış mübahisə zamanı əvvəlcə evin mətbəx otağında yerləşən stolun üzərində dəmir materialdan olan çaydanla Şahid1 əri Zərərçəkmiş şəxs başına, daha sonra əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sol alın-təpə nahiyəsinin yarası, təpə nahiyəsinin qançırı şişkinliyi” xəsarətlərini qəsdən yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. O bacısı Yasəmənin əridir. 18 sentyabr 2024-cü il tarixdə Yasəmən öz mobil nömrəsi ilə “WhatsApp” statusunda öz azyaşlı övladını atası gözdən əlil olan Vahid Rzayevə qarşı nalayiq ifadə işlədərək video çəkməklə paylaşmışdır. Buna görə də o bacısı Yasəmənə səsli mesaj atıb irad bildirərək etmiş olduğu hərəkətlə bağlı qınamışdır. Lakin bunun qarşılığında Yasəmən nalayiq ifadələrlə onu təhqir edərək səsli mesaj göndərmişdir. Həmin zaman yaşadığı ünvanda bacısı Sona və əri Qoşqar da olmuşdur, o Yasəmənin bu hərəkətinə görə əsəbləşərək onun yaşadığı Göygöl rayonu Ağdağ qəsəbəsinə gedərək danışmaq istəmiş, bununla bağlı bacısı X10 ilə birlikdə onların ünvanına getmiş, saat 23:30 radələrində həmin ünvana çatmışlar. Onlar Yasəmənin ünvanına çatdıqda Yasəmən heç bir səbəb olmadan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək onların evə basqın etməkləri barədə yalan məlumat vermişdir. Daha sonra isə Yasəmən və Ramal evdən çölə çıxdıqda aralarında sözlü mübahisə olmuş, o Yasəmənə hansı səbəbə gözdən əlil olan atası Vahid Rzayevi təhqiredici video paylaşdığına görə əsəbləşərək irad bildirdikdə Yasəmən və Ramal onu təhqir edərək nalayiq ifadələr işlətmişlər. Buna görə onların üzərinə gedən zaman Ramal yumruqla onu boğaz nahiyyəsindən vurduğu zaman o əsəbləşərək stolun üstündə olan dəmir çaydanı götürərək bir dəfə Ramalın başına vurduqda baş nahiyyəsində qan axmasını görmüş, Sona həmin zaman araya girib onları ayırmışdır. Həmçinin sonradan mübahisə olan yerə Şahid3 və əri Şahid2 gələrək onları ayırmışlar. Ramal nalayiq ifadə işlətdikdə Qoşqar əli ilə Ramalı itələmişdir. Lakin aralarında hər hansı münaqişə baş verməmişdir. Sonradan həmin yerə gəlmiş anası Lətafət onları yaşadıqları ünvana aparmışdır. Qoşqar və Surac münaqişə olan yerə sonda gəlmiş, gəldikləri zaman isə onları ayırmağa çalışmış, münaqişə etməmişlər. Qoşqar və Surac həmin yerə gəlməzdən əvvəl o dəmir çaydanla Ramalın baş nahiyyəsinə bir dəfə zərbə endirmiş, lakin onlar gəldiyi zaman çaydan əlində olduğu üçün Qoşqar çaydanı götürüb kənara atmışdır. Münaqişə zamanı Qoşqar Suracla birlikdə onların arxası ilə Ramalın ünvanına gəlmiş, Ramalın ünvanına getdikləri zaman isə onun qapısını təpikləməmişlər. Münaqişə zamanı Ramal baş zərbəsi ilə Qoşqarı vurmaq istəsə də onun başı Qoşqarın başına dəymiş, Qoşqar onu əli ilə itələmişdir. Münaqişə zamanı Sona Ramalın əlindən tutmamış, onun döyülməsi üçün şərait yaratmamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində həmin ünvana Surac və Qoşqar sonradan getmişlər. Münaqişəyə səbəb 2018-ci il təvəllüdlü X4 dərs oxuduğu zaman dərslikdə qohumluqda fərd adlarını sadaladığı baba və nənəsinin adını çəkərək nalayiq ifadə işlətməsi, həmin görüntünü Yasəmən “WhatsApp” sosial şəbəkəsində öz hesabında status olaraq paylaşması olmuş, o bundan əsəbləşərək ilk əvvəl Yasəmənə səsli mesaj atsa da, Yasəmən onu təhqir etmişdir. Sonra isə həmin məsələ ilə bağlı danışmaq üçün Yasəmənin yaşadığı ünvana Sona ilə birlikdə getmişdir. Münaqişə həmin evin əsas girişi ilə həyətinin arasında olan eyvanında baş vermişdir. Həmin münaqişə 2-3 dəqiqə davam etmiş, Lətafət gəldikdən sonra onlar həmin ünvandan çıxmışlar. Münaqişəni heç kəs görməmişdir. Münaqişə zamanı Ramal yumruqla onun sol boğaz nahiyyəsindən vursa da məhkəmətibbi ekspertizadan müayinədən keçməmişdir. Həmin zaman boğazında izlər olsa da Ramalın sonradan şikayətçi olmayacağını düşündüyü üçün o ekspertizadan keçməmişdir. Lakin həmin zaman xəsarəti olmuşdur. Münaqişə zamanı Yasəmənə heç bir xəsarət yetirməmiş, onunla münaqişə etməmişdir. Münaqişə zamanı o çaydanla Ramalı bir dəfə baş nahiyyəsinə zərbə endirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və bu barədə məhkəmə notarial ərizə təqdim etdiyini, cinayət işi üzrə araşdırma aparmadan və məhkəmə istintaqı keçirilmədən, özünü tam təqsirli bildiyinə görə bəraətverici əsaslar olmadan CM-nin 73-cü maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Göygöl rayonu Ağdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 azyaşlı övadı var. Rəsmi olaraq 2016-cı ildən Göygöl rayonu İcra Hakimiyyəti aparatının yanında Mənzil Kommunal Təsərrüfat istehsalat Birliyində bağban olaraq işləyir. Göygöl rayonu, Ağdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2017-ci il tarixdə Şahid1 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən iki azyaşlı övladları vardır. Mahiyyəti üzrə bildirir ki, baldızı Təqsirləndirilən şəxs ailəsində maddi sıxıntılar olduğu üçün o arvadı Yasəmənin adına 2023-cü ilin aprel ayında “Unibankdan” 1000 manat kreditə pul götürüb Xanıma vermişlər. Lakin Xanım vaxtında ödənişləri etmədiyi üçün Yasəmənlə Xanımın arasında mübahisələr olmuş, buna görə də onlar arasında narazılıq olmuşdur. 18 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Xanım arvadı Yasəmənin istifadəsində olan ***-***-**-** saylı mobil nörməsinin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** mobil nömrə ilə səs ataraq nalayiq ifadələr işlətmiş, səbəbini bildirmədən aravdına onun qarşısına çıxmamağı bildirmişdir. Saat 23:30 radələrində yaşadığı ünvanda olduğu zaman həyətdən səs-küy gəldiyini eşitmiş, arvadı Yasəmən pəncərədən baxıb kim olduğunu soruşduqda baldızları Xanım, Sona, onların ərləri Qoşqar və Surac olmasını görmüşdür. Xanım və Sona ona qapını açmasını, ona nə olduğunu bildirəcəklərini demişlər. Buna görə də Yasəmən qorxaraq qapını açmamışdır. Lakin sonradan evin əsas giriş qapısını təpikləndiyini eşidib Yasəmən 102 xidmətinə müraciət etmiş, bundan sonra Yasəmən qapını açdıqda Xanımın əri Qoşqar evə girmək istədikdə Yasəmən onu əli ilə geri itələmiş, həmin zaman Sona və Xanım onun üzərinə hücum çəkmişlər. Həmin zaman Xanım ona yumruqla vurduqda Yasəmən yerə yıxılmışdır. Həmin zaman onların qarşısına çıxıb onlardan nə baş verdiyini soruşmaq istəsə də Sona adlı baldızı onu əli ilə arxadan tutmuşdur. Bundan sonra Xanım və Qoşqar onu əlləri ilə vurmağa başlamışlar. Qoşqar baş zərbəsi ilə onun sifət nahiyyəsinə bir dəfə zərbə vurmuş, həmin zaman Yasəmən huşunu itirib yerə yıxılmışdır. Xanım bundan sonra münaqişə olan yerdə qazın üstündə boş olan dəmir çayniki götürüb onun başının ortasından bir dəfə zərbə endirmiş, bu zaman qaynanası Lətafət həmin yerə gələrək onları ayırıb həmin yerdən aparmışdır. Bir müddət sonra isə polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar yaşadıqları ünvana gəldiyi zaman hansı səbəbə münaqişə etmələrini deməmişlər. Saat 19 radələrində Xanım telefonda səs ataraq Yasəməni nalayiq ifadələrlə təhqir edərək mübahisə etmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2018-ci il təvəllüdlü oğlu X8 dərs oxuduğu zaman dərslikdə qohumluqda fərd adlarını sadaladığı zaman baba və nənəsinin adını çəkərək nalayiq ifadə işlətmiş, həmin görüntünü arvadı Yasəmən “WhatsApp” sosial şəbəkəsində öz hesabında status olaraq paylaşmış, Xanım və Sona bundan əsəbləşərək ilk əvvəl arvadı Yasəmənə nalayiq ifadə işlətməklə səs atmış, sonrada münaqişə etmək üçün yaşadıqları ünvana gəlmişlər. Münaqişə yaşadığı evin əsas girişi ilə həyətinin arasında olan eyvanında baş vermişdir. Həmin yerdən evin içərisinə girmək istəyən Qoşqarı Yasəmən əli ilə itələmiş, həmin zaman Sona və Xanım onun üzərinə hücum çəkərək əlləri ilə vurmağa çalışmışlar. Səs küyə o həmin yerə çıxdıqda Yasəmənnin yerə yıxıldığını, həmin şəxslərin bu dəfə onun üzərinə hücum çəkmələrini görmüşdür. İlk olaraq Xanım sifət nahiyyəsinə yumruqla vuraraq boğazından yapışdıqda dırnaqları boğazını cızmışdır. Sona isə onun arxasına keçərək boğazından tutaraq özünə doğru sıxmış, Qoşqar baş zərbəsi ilə alnından zərbə endirmişdir, Xanım qaz sobasının üzərində soyuq vəziyyətdə içərisində su olmayan dəmir çayniki götürüb onun başının üstündən bir dəfə vurmuşdur. Surac adlı şəxs münaqişə zamanı onu əllərindən tutmuş, hərhansı zərbə endirməmişlər. Həmin münaqişə 20-25 dəqiqə davam etmiş, qaynanası Lətafət gəldikdən sonra Sonanı, Xanımı, Qoşqarı, Suracı onların ünvanından aparmışlar. Münaqişəni heç kəs görməmişdir. Həmçinin münaqişə zamanı Xanım yumruqla sifətinin sol və sağ hissələrinə zərbələr endirmiş, boğazından tutduğu zaman dırnaqları cızmış, həmçinin təpiklə sol ayağının daban hissəsindən vurmuşdur. Sona boğazından, Surac əllərindən tutaraq hərəkət etməyinə mane olmuşlar. Qoşqar isə baş zərbəsi ilə sifət nahiyyəsinə, yumruqla sinə hissəsinə, Xanım yumruqla və dəmir çayniklə başının ortasına zərbələr endirmişdir. Sonradan bir dəfə də Qoşqar da çayniklə onu vurmaq istəsə də həmin zərbə tam olaraq ona dəyməmişdir. Bundan sonra o yerə yıxıldıqda isə Xanım və Qoşqar təpiklə ayaqlarına vurmuşlar. Lətafətin gəlməsi onları onun ünvanından uzaqlaşdırmışdır. Münaqişə zamanı Qoşqarı özünü müdafə etmək üçün sinəsindən əlləri ilə itələməklə vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödəndiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də bu barədə şikayət və tələbinin olmayacağını bildirirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/2076 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin istintaq aidiyyəti üzrə Göygöl rayon X6 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosessinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayon Ağdağ qəsəbəsində yerləşən yaşayış evinin çardaq hissəsinə baxış keçirilmiş, baxış zamanı həmin yerdə iş üçün sübut əhəmiyyətli heç bir hal aşkar edilməmiş, baxış qaranlıq vəziyyətdə süni işıqlandırma şəraitində həyata keçirilmiş, baxış zamanı Samsung markalı fotoaparatdan istifadə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1283 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol alın-təpə nahiyyəsinin yarası, təpə nahiyyəsinin qançırı və şişkinliyi, sağ yanaq nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sağ əlin üst səthinin, sağ baldır nahiyyəsinin sıyrıqları- KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcələrinə görə: sol alın-təpə nahiyyəsinin yarası, təpə nahiyyəsinin qançırı və şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; sağ yanaq nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sağ əlin üst səthinin, sağ baldır nahiyyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X11 mütəxəssis qismində təyin edilməsi və qərarın X5 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-77/2-10211/25 nömrəli məktubdan görünür ki, 18 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində baş vermiş münaqişə zamanı ətrafa adamların toplaşmadığı, hadisə şahidi ola biləcək şəxslərin olması müəyyən edilməməsi göstərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmşdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikası vətandaşıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 158 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 413 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhər 21-ci məhəllə ev 3 mənzil 08 ünvanında yaşayış qeydiyyatındadır və hal hazırda həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs ailə tərkibi əri 1991-ci il təvəllüdlü ƏlŞahid2 və qızı 2023-cü il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə, ünvan 2 ünvanında yaşayış qeydiyyatındadır və hal hazırda həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd dəmir çaydan qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd dəmir çaydan qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-32/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-32/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver