Məhkəmə qərarları › İş №1(066)-33/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-33/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-33/2024 06.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Göygöl rayonunda doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı olan, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq evə daxil olub özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talayaraq gizlətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə, 15 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz olaraq daxil olduqdan sonra evin açıq qapısından keçib qonaq otağında masanın üzərində, içərisində 400 (dörd yüz) manat nağd pul, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, hesablarında pul olmayan Kapital bank, Paşa Bank və Unibank-a məxsus əmək haqqı kartları olan 50 (əlli) manat dəyərində dəri pul kisəsini və cibində müxtəlif əskinaslarla, 320 (üç yüz iyirmi) manat və həmin dövrün məzənnəsinə uyğun olaraq 171 (yüz yetmiş bir) manat 70 (yetmiş) qəpik dəyərində 101 (yüz bir) ABŞ dolları olan, 55 (əlli beş) manat dəyərində kişi geyim gödəkçəsini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 996 (doqquz yüz doxsan altı) manat 70 (yetmiş) qəpik dəyərində əmlakını, Kapital bank, Paşa Bank və Unibank-a məxsus olmaqla hesablarında pul olmayan əmək haqqı kartlarını gizli yolla talayaraq oğurluq etmiş, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini talayaraq gizlətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Belə ki, cinayət işinin materiallarında olan Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 443052 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cüq il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 106–1.1–ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM– nin 106–1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə bildiriş təqdim etmiş və həmin bildirişdə CPM–nin 106–1 maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə məhkəməyə müraciət edə bilər. Lakin, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs arvadı X3 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etməsini, onun və ailə üzvlərinin hüquqi varisi kimi tanınmasını istəməməsini və işə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə baxılıb, bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə müdafiəçinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məqsədə müvafiq hesab etmişdir. Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs vəfat etdiyindən onun barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini bildirdi. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi barədə fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ölmüş şəxsin hüquqi varisi qismində tanınmaq istəməmələri barədə məhkəməyə ərizə daxil olduğundan, eləcə də, müdafiəçinin razılığı olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinə xitam verilməklə bərabər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə öldüyündən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar