Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-33/2025 25.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikası ailə və qadın uşaq problemləri üzrə Dövlət Komitəsi Göygöl uşaq və ailələrə dəstək mərkəzində, baş mühasib vəzifəsində işləyən, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və X13 Birliyinin sədri, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 11 iyul 2024-cü il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Göygöl şəhər Avtovağzalı ərazisində yerləşən çay evində domino oynayan tanışı Zərərçəkmiş şəxs, X8, Şahid2 və Şahid6 oyununa baxan zaman, Zərərçəkmiş şəxs oyundan imtina etməsinə və 2 manat pulunu götürməsinə görə, ona aid olmadığı halda Təqsirləndirilən şəxs təşəbbüsü ilə başlamış mübahisə zamanı Zərərçəkmiş şəxs “indi sən kişisən, o pulu götürüsən, sənin kişiliyin yoxdu, sənin şərəfin, qeyrətin yoxdu” deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı çayxanada olan və istirahət edən şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı coxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq çayxanada olan X8, Şahid2 və Şahid6 və digər şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələrlər işlədib, söyüb təhqir etməklə masanın üzərində olan silah qismində istifadə etdiyi stəkanı götürüb sonuncunun sol tərəf gicgah nahiyyəsinə atmış, sonra kül qabı ilə başının arxa hissəsindən, daha sonra stulu götürərərk baş nahiyyəsindən vuraraq və daşla burun nahiyyəsindən vuraraq ona vahid niyyətlə başın təpə, ənsə və burun nahiyələrinin yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş özünü qismən təqsirli təqsirli bilərək ifadəsində göstərdi ki, o işdən çıxdıqdan sonra çay evinə getmişdir. O, çay evində olan vaxt Zərərçəkmiş şəxs orada domino oynamış, daha sonra Zərərçəkmiş şəxs stoldan qalxarkən, arəy-pərənlik etməyə başlamış, o Zərərçəkmiş şəxs camaatın oynamasına imkan verməsini, onun nə işin qalmasını bildirmiş, Zərərçəkmiş şəxs isə ona “sənin nəyinə lazımdı” demiş və o Natiqə “niyə çığırırsan” sözlərini demişdir. O belə deyərkən, Natiq ona “sən kimsən” dediyi zaman, o cavab olaraq Natiqə dursa kimliyini göstərəcəyini bildirmiş, Natiq isə “qələt edəcəksən” demişdir. Bundan sonra o, Natiqin dediyi sözə əsəbləşərək, stəkanı götürüb onu vurmuş, Natiqi vurandan sonra Natiq onun üstünə gəlmiş və onları aralamağa başlamışlar. O, kül qabını ona tərəf atmaq istəmiş, lakin onları aralayan adamlar imkan verməmiş və buna görə kül qabını Natiqə ata bilməmişdir. O, Zərərçəkmiş şəxs stəkanla başından vurarkən, Natiqin başı qanamışdır. Əlavə olaraq bildirdi ki, onlar çayçıda olan zaman o çay içmiş, Natiq isə orada domino oynamışdır. Natiq ona “sən kimsən” dediyi zaman, cavab olaraq Natiqə dursa kimliyini göstərəcəyini bildirmiş, Natiq isə “pox yeyəcəksən” demiş və onların mübahisəsi bundan başlamışdır. O, stakanı Natiqin başına vurmuş, daha sonra Natiq üstünə gəlmiş və yumruq atmış və ara qarışmışdır. Ara qarışan zaman kül qabını götürüb Natiqə atmaq istəmiş, lakin onları aralıyanlar ona imkan verməmişlər. O, Natiqi kül qabı ilə vurmamış, lakin əlində olan stəkanla başına vurmuş və Natiq ona yaxınlaşan zaman bir dəfə yumruqla sifət nahiyəsindən zərbə yetirmişdir. Onları aralıyandan sonra avtomobilinə oturub evinə getmiş, həmin vaxt Natiq isə orada qalmışdır. Natiqin başına stəkanla vurduqda, onun başı qanamışdır. Onların mübahisələri olan zaman çayçıda onların stoldan başqa digər stollarda heç kəs əyləşməmişdir. Onların mübahisələri cəmi 2-4 dəqiqə çəkmiş və ətrafdan digər adamlar toplaşmamışdır. Mübahisə zamanı o, Natiqin başına stəkanla vurmuş, Natiq isə ona yaxınlaşaraq onu yumruqla vurmuş, bundan sonra o kül qabını Natiqə atmaq istəmiş, lakin orada olan şəxslər onu qoymamışlar. Hadisə 11 iyul 2024-cü il tarixdə təxminən saat 22 radələrində Göygöl rayonu “Avtovağzal” adlanan ərazisinin yanında yerləşən avtomobil təmir məntəqəsində baş vermişdir. Onlar orada olan zaman Ələkbər, Rasim, Vasif, Rizvan, Elnur və onlar olmuşlar, onlar çayçıda olan zaman dörd nəfər domino oynamış, digər 2-3 nəfər çay içib onlara baxmışlar, hadisə günü o domino oynamamışdır. Natiq domino oynayan zaman Ələkbər adlı şəxslə sporlaşmış və Natiq stoldan durub səs-küy etməyə başlamış, o isə Natiqə “qoy camaaat oynasın sənin nə işin qalıbdı” demiş, Natiq isə ona “sən kimsən” dediyi zaman, o cavab olaraq Natiqə dursa kimliyini göstərəcəyini demiş, Natiq isə ona “pox yeyəcəksən” demiş və onlarn mübahisəsi bundan sonra başlamışdır. Mübahisələri başlayan zaman Natiq üstünə gəlmiş, o əlində olan armudu stəkanı Natiqin başına vurmuşdur. Natiq onun başının sol tərəfini yumruqla vurmuşdur. Mübahisə zamanı Natiq ona qarşı nəlayiq ifadə işlətmişdir. O, Natiqi yumruqla vurandan sonra o yıxılmışdır. Hadisə başlayan zaman o, Natiqi stakanla vurmuş, sonra Natiq onu yumruqla başından vurmuş və onları aralamışlar. Daha sonra Natiq nəlayiq ifadələr işlətməyə başlamış, o Natiqə yaxınlaşaraq onu yumruqla vurmuş və Natiq yıxılmışdır. Onların arasında olan mübahisəyə kənar ətrafdan digər adamlar toplaşmamışdır. Onların mübahisələri cəmi 2-4 dəqiqə davam etmişdir. O, mübahisə zamanı Natiqə qarşı söyünc işlətməmişdir. O, Natiqi yalnız stəkanla və yumruqla vurmuşdur. Mübahisə qurtarandan sonra o çox peşmançılıq hissləri çəkmişdir. O, qabaqlar heç vaxt cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şahid5 hadisə yerində görməmişdir. Sonda Təqsirləndirilən şəxs çıxışı zamanı bildirdi ki, ittihamda stəkanı silah qismində göstərmişlər, işi 128-ci maddə ilə başlayıb daha sonra 221.3-cü maddəyə çevirmişlər, hadisə zamanı orada özləri olmuş və onlardan başqa bir nəfər sexdə işləyən şəxs olmuş, Zərərçəkmiş şəxs bir dəfə istəkanla vurmuş, sonra Natiq üzərinə gəlib ona yumruq atmış, daha sonra Zərərçəkmiş şəxs söyünc edərkən onu bir dəfə yumruqla vurmuşdur. O, Zərərçəkmiş şəxs nə stolla nə də kül qabı ilə vurmamışdır. Oranın kül qabları insana dəyərsə insanı məhv edər. 4 il ərazi bütövlüyü uğrunda iştirak etmiş, bir dəfə yaralanmış, bir dəfə kəllə-beyin tramvası almış onların nəzərə alınmasını və müdafiəçsinin dediyi kimi 221.3-cü maddənin dəyişilməsini istəyir. Məhkəmənin ədalətinə inanır və məhkəmənin bildiyi kimi qərar verməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Göygöl rayon avtovağzalının arxa hissəsində yerləşən “Qədirin çayxanası” adlanan çay evində tanışları Rasim, Ələkbər, adını bilmədiyi Fizulinin oğlu kimi tanıdığı şəxslə birlikdə çay içə-içə domino oynamışlar, Göygöl rayon sakini kimi tanıdığı Rizvan və Vasif adlı şəxslərdə ayaqüstə onların stolun yanında dayanıb oyuna baxmışlar. İlqar isə onların əyləşdikləri stolun küncündə digər tərəfində əyləşmiş, qazlı su içmişdir. Oyun zamanı Rasimin düzgün oynamadığı səbəbdən o oynamadığını bildirib oturduğu yerdən durub, belə oyun oynanılmır demiş. Onun yerində isə Rizvan oturub domino oynamışdır. O, stolun digər baş tərəfində durub oyuna baxmış, bu zaman Rasim əgər Natiq oynamırsa onun pulunu özünə verilməsini demişdir. Rasim stolun üzərinə qoyduğu 2 manat pulu götürüb ona verən zaman İlqar ona “indi sən kişisən, o pulu götürürsən” demiş, o isə İlqara cavab olaraq onun nə Rasimlə, nə də Fizulinin oğlu ilə alış-verişinin olmamasını, ona kişilik dərsi keçməməsini demiş. İlqar isə ona “sənin kişiliyin yoxdu, sənin şərəfin, qeyrətin yoxdu” demiş. O isə ona cavab olaraq niyə onu təhqir etdiyini, şərəfsiz, qeyrətsiz özünün olmasını demişdir. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürüb, ona doğru atmışdır. Stəkan onun sol tərəf gicgah nahiyəsinə dəymiş, İlqarın onu vurmasında əsəbiləşib, onun üzərinə doğru getmiş ki, oda İlqarı vursun, bir dəfə İlqara doğru yumruq atmış lakin İlqara dəyib-dəyməməsini bilməmişdir. Həmin vaxt orada olan şəxslərdən hansısa ikisi onu tutub kənara aparan zaman başının arxa hissəsinə nəyinsə dəyməsini hiss etmiş. Əlini başına atdıqda əlinin qan olmasını görmüş, geriyə çönüb baxdıqda İlqarın əlində külqabının olmasını görmüşdür. İlqara onun nağardığındı deyib, üzərinə doğru getmək istədikdə, İlqar onun ünvanına nalayiq ifadələr işlədərək, kül qabını ona doğru atmış, lakin o aşağı əyildiyindən kül qabı ona dəyməmişdir. O yenidən İlqarın üzərinə doğru getmək istəyən zaman, yenə orada olan hansının olduğunu xatırlamadığı şəxslərdən ikisi onu tutub saxlayıb, lazım olmamasını, dalaşmamasını demişdir. Bu zaman İlqar stul ilə bir dəfə onun başının təpə nahiyəsinə vurmuşdur. O, başının qanmasını görüb, başının qanını yumaq üçün kənarlaşmış, əl-üzünü yuyan zaman ona doğru daş atmağa başlamış, lakin daş ona dəyməmişdir. Bu zaman Qədir içəridən çıxıb ona doğru gəlib, qışqıra-qışqıra ona nə olmasını, niyə belə edib, burda dava salmasını demiş, o isə almış olduğu xəsarətləri Qədirə göstərərək, İlqarın onu vurub xəsarət yetirdiyini bidirmişdir. Bundan sonra İlqar yenidən onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, oda İlqara cavab olaraq nalayiq ifadələr işlədən zaman, İlqar yenidən ona doğru daş atmağa başlamışdır. Atdığı daşlardan biri onun burun nahiyəsinə dəymişdir. Bu zaman yaxınlıqdakı təmir sexində olan Elməddin adlı şəxs İlqarı tutub saxlamış və onu vurmağa qoymamışdır. O, orada olan şəxslərə İlqarı yola salmalarını, ona da dərman alıb gətirmələrini və ona köməklik göstərmələrini demişdir. Bundan sonra Qədir Rasimlə birlikdə ona dərman alıb gətirmiş, Qədir Elməddinlə onun yaralarını dərmanla yuyub üzərini bağlamışlar. İlqarın ölvadları ilə münasibəti olduğundan, ondan yaşca böyük olduğundan, səhvini dərk edib, ondan üzr istəməsini gözlədiyindən əvvəlcə o polisə müraciət etməmiş. Lakin İlqarın onu vurub xəsarət yetirməsinə görə ondan üzr istəmədiyinə və onu yaxşı edib döyüdüyünü bildirdiyinə görə xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-yə ərizə ilə müaciət etmişdir. Hazırda İlqarın etdiyi əməldən peşiman olmasını, onun övladlarının onları barışdırdığı üçün İlqarla barışmış və ona məhkəmə tərəfindən köməklik edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Mübahisənin səbəbi sadəcə olaraq Rasimin təşəbbüsi ilə o oyundan durandan sonra ona pulunun qaytarılması olmuşdur. X15 oyundan çıxıbsa onun pulunu qaytaraq demiş, lakin İlqarın Rasimin təklifinə acığı gəlmiş və mübahisə bundan başlamışdır. Rasim stolun üzərinə qoyduğu 2 manat pulu götürüb ona verən zaman İlqar ona “indi sən kişisən, o pulu götürüsən” demiş, o isə İlqara cavab olaraq onun nə Rasimlə, nə də Fizulinin oğlu ilə alışverişinin olmamasını, ona kişilik dərsi keçməməsini demişdir. İlqar isə ona “sənin kişiliyin yoxdu, sənin şərəfin, qeyrətin yoxdu” demişdir. O, isə cavab olaraq onu niyə təhqir etməsini, şərəfsiz, qeyrətsiz özünün olmasını demişdir. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürüb, ona doğru atmış və stəkan sol gijgahından dəymişdir. İlqarın ona atdığı stəkan boş olmuş, içində çay və ya maye olmamışdır. O sonradan İlqarın onu kül qabı ilə vurmasını bilmişdir. İki nəfər onu qolundan tutub aralayan zaman nəsə başından dəymiş, gözləri qaralmış və bədəninə istilik gəlmiş lakin İlqarın onu nə ilə vurmasını heç bilməmişdir. Əlini başına çəkmiş və başının qan olmasını görmüşdür. İlqar stolu götürüb onun başına çırpmışdır. Başında olan xəsarətlərə görə ona tikiş qoyulmamış, o xəstəxanaya gedən zaman hadisədən artıq 8-9 gün keçmişdir. İlqar gəlib üzür-xahlıq edəcəyini fikriləşdiyi üçün o, xəstəxanaya getməmişdir. İlqar ona daş da atmiş və atdığı daşlardın biri onun burnundan dəymişdir. İlqar onu yumruqla vurmamışdır. Onların mübahisələri olan zaman İlqarı heç kəs tutmamış, lakin o heçnə etməsə də hamı onu tutmuşdur. Hadisə baş verən günü olduqları çayçıda onların stoldan başqa digər stollar boş olmuşdur. Hadisə günü onlar 4 nəfər stolda oturub domino oynamış, digər şəxslər isə ayaq üstə durub onların oyuna baxmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində baş vermişdir. X15 oyundan çıxıbsa onun pulu ona geri qaytarılmalıdı deyə təşəbbüs irəli sürmüş və o pulu götürmüşdür. İlqar onlarla domino oynamamış, İlqar yalnız tamaşaçı kimi oyna baxmış və ortalıqda olan pul məsələsinin ona heç bir aidiyyəti olmamışdır. Hadisədən 1-2 ay qabaq onların arasında domino üstündə yüngül mübahisə olmuş, lakin həmin mübahisəni onlar öz aralarında sözlə başa çatmışlar. xx.xx.2024-cü il tarixdə onların arasında olan mübahisə 30-40 dəqiqə çəkmişdir. Rasim stolun üzərinə qoyduğu 2 manat pulu götürüb ona verən zaman İlqar ona “indi sən kişisən, o pulu götürüsən” demiş, o isə İlqara cavab olaraq onun nə Rasimlə, nə də Fizulinin oğlu ilə alışverişinin olmamasını, ona kişilik dərsi keçməməsini demişdir. İlqar isə ona “sənin kişiliyin yoxdu, sənin şərəfin, qeyrətin yoxdu” demiş, o isə cavab olaraq niyə onu təhqir etməsini, şərəfsiz, qeyrətsiz özünün olmasını demiş. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürüb, ona doğru atmış və stəkan sol gijgahından dəymişdir. Stəkan ona dəyəndən sonra, İlqarı vurmaq istəmiş, lakin onu tutmuşlar və qırağa çəkmişlər. Onu qırağa çəkdikləri zaman İlqar onu başından vurmuş və çönüb görmüşdür ki, İlqarın əlində kül qabı var və başa düşmüşdür ki, İlqar onu əlində olan kül qabı ilə vurmuşdur. İlqar onu arxadan vurandan sonra İlqarın üstünə getmiş, İlqar əlində olan kül qabını ona tərəf atmış, o isə başını əymiş və kül qabı ona dəyməmişdir. İlqar stolu onun başına çırpandan sonra, onu aralamışlar. Mübahisə zamanı hadisə yerində 10-15 nəfər adam olmuşdur. O mübahisənin sakitləşmədiyini görmüş və Rasimə gedib İlqarı götürüb aparmasını demiş, İlqarda Rasimin sözünü yerə salmadan hadisə yerindən getmişdir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə proseslərində ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcək, odur ki məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rövşən oğlu ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə təxminən 21 radələrində Natiqlə İlqarın arasında mübahisə yaranmışdır. Hadisə olan çayçıda adlarını tanımadığı 6 nəfər şəxslər olmuşdur. Natiq digər 3 nəfər şəxslə domino oynayan zaman, o İlqarla onların oynuna baxmış, domino oynayan zaman Natiq biraz cırnamış və stoldan durmuş və stoldan duran zaman Natiq “oyun düzgün getmir, mən oynamıram” demiş, Natiq oyundan imtina edəndən sonra, onun yerinə heç kəs oturmamış və qalan 3 nəfər şəxs oynu davam etdirmişlər. İlqar stolun başında duraraq Natiqə nəsə söz işlətmiş, bundan sonra onların sözü çəpləşmiş və mübahisə başlamış və İlqar Natiqə stəkan atmış, lakin İlqarın atdığı stəkan Natiqə dəyməmiş və o durub getmişdir. Gördüyü bu qədər olmuşdur. Əlavə olaraq bildirdi ki, İlqarın Natiqə atdığı stəkan ona dəyməmişdir. İlqarın Natiqə nə deməsini xatırlamır. İlqar Natiqə stəkan atan zaman, Natiq ayaq üstə olmuşdur. İlqar Natiqə stəkanı atandan sonra, o hadisə yerindən çıxıb getmişdir. İlqarın Natiqi kül qabı və ya daşla vurmağı barədə məlumatı yoxdur. Hazırda stəkanın Natiqə dəyməməsini demiş, lakin firikləşdikdən sonra düz deməməsini, İlqarın Natiqə stəkanı atan zaman, həmin stəkanın Natiqə dəyibdəyməməsini görmədiyini bildirmişdir. Natiqin başından və ya hər-hansı digər yerindən qan axmasını görməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadə verərəkən ona heç bir təzyiq göstərilməmişdir. Hadisədən sonra Natiq ona İlqarın onu kül qabı və stolla vurmasını bildirmiş və ondan niyə hadisə yerindən getməsini soruçmuşdur. Hadisə təxminən 21-22 radələrində baş vermiş və həmin vaxt ətrafda olan maşın təmiri məntəqələri işləməmişdir. O mübahisə zamanı orada olarkən, kənar ətrafdan mübahisəyə heç kəs gəlməmişdir. Hadisə baş verən zaman orada olarkən, onlar 6 nəfər olmuşlar, orada olan zaman mübahisə 10-15 dəqiqə davam etmiş, lakin gedəndən sonra nə qədər davam etməsini bilmir. Hadisə günü İlqar domino oynamamış, yalnız stolun başında durub su içmişdir. Domino oynayan zaman Natiq nədənsə cırnamış və oyuna davam etməkdən imtina etmiş, İlqarla Natiqin mübahisəsi pula görə başlamış, Natiq oyundan çıxan zaman pulu götürmüş və İlqar ona bu haqda nəsə demiş, lakin İlqarın Natiqə dediyini xatırlamır. Natiq İlqarın dediyi sözə cırnamış və İlqara oynamırsa niyə qarışmasını demiş və nəticədə İlqar Natiqə stəkan atmış, lakin stəkanın Natiqə dəyib-dəyməməsini görməmişdir. O, hadisə yerində olan zaman heç kim bir-birini vurmamış, yalnız İlqar Natiqə stəkan atmışdır. O Natiqi və İlqarı uzun illərdi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə 11 iyul 2024-cü il tarixdə təxminən saat 22 radələrində baş vermişdir. O, Ələkbər, Elnur və Vasif çayçıda oturub domino oynamışlar, mübahisə başlayan zaman Natiq domino oynamamış, mübahisə başlayarkən, Natiq artıq oyundan çıxmış, lakin mübahisə başlamazdan qabaq Natiq onlarla domino oynamışdır. Natiq onlarla domino oynayaraq uduzub cırnayaraq, oyundan çıxmış və stolun başına keçib əyləşmiş, stolun digər başında isə İlqar əyləşmişdir. İlqar Natiqə onun heç vaxt düzgün oynamamasını, Natiq isə ona həmişə düzgün oynadığını bildirmiş, daha sonra İlqar Natiqə kişiliklə bağlı nəsə demiş, Natiq isə İlqara ona kişilik dərsi keçməməsini demiş, bundan sonra onların arasında mübahisə başlamışdır. Onlar domino oynadıqları üçün fikirləri oyunda olmuş, bu səbəbdən İlqar və Natiq arasında olan söz mübahisəsinə çox diqqət etməmişlər. Natiqin İlqara dəqiq nə dediyini bilmir, lakin İlqar Natiqin dediyi sözə əsəbləşərək əlindəki olan stəkanı Natiqə tərəf atmış və stəkan Natiqin başına dəymişdir. İlqar və Natiq bir-birinə tərəf gələn vaxt araya onlar girmiş və Natiqlə İlqarı aralamışlar, onları araladıqdan sonra, onlar sakitləşməmiş, mübahisəyə çayçının sahibi Qədir çıxmış və Natiqin başından qan açıldığı səbəbindən, o Qədirlə özünə məxsus avtomobillə gedib aptekdən yod və bint almış, lakin aptekdən çayçıya qayıtdıqdan sonra avtomobildən düşməmiş, Qədir isə yod və binti götürüb çayçıya getmişdir. Əlavə olaraq bildirdi ki, Mübahisə zamanı İlqarla Natiq bir-birinə kişi deyilsən, şərəfsizsən, q....n və.s kimi nəlayiq ifadələr işlətmişlər, mübahisə zamanı kimsə əlinə stol götürüb atmaq istəmiş, lakin qaranlıq olduğu üçün stolu konkret olaraq kim tərəfindən götürməsini görməmişdir. Mübahisə zamanı onların hər biri bir-birinə daş atmışlar, lakin qaranlıq olduğu üçün həmin daşların kimə və yə kimin harasına dəyməsini görməmişdir. O, aptekdən çayçıya qayıdaraq, avtomobildən düşməmiş, Qədir isə yod və binti götürüb çayçıya getmiş, bundan sonra o evinə getmişdir. Mən mübahisə zamanı kül qabının atılmasını görməmiş, lakin sonradan eşitmişdir ki, İlqar Natiqə kül qabı atmışdır. O, Qədirlə aptekdən qayıdan zaman İlqar artıq hadisə yerindən getmişdi. Hadisə təxminən saat 21-22 radələrində baş vermiş, İlqarla Natiqin mübahisəsi ən gecu 5-10 dəqiqə çəkmiş, hadisə yerinə kanardan adamlar gəlməmişdir. Onlar domino oynayaraq hər biri ortalığa 2 manat qoymuşlar ki, uduzan suyun pulunu versin. Natiq cırnayıb oyundan çıxdığı üçün pulunu geri götürmüş, Natiq pulunu götürərkən, İlqar ona onun heç vaxt düzgün oynamamasını, Natiq isə İlqara cavab olaraq onun nəyinə lazım olmasını oyunda olanlar bilərlər demiş, daha sonra İlqar Natiqə kişi kimi oyna demiş, Natiq isə ona kişilik dərsi keçmə demiş və nəticədə onların mübahisəsi başlamışdır. İlqar Natiqin dediyi sözlərə əsəbləşərək stəkanı Natiqə atmış, həmin stəkan Natiqin başına dəymiş və Natiqin başı qanamışdır. Mübahisə zamanı onların hər biri bir-birinə daş atmışlar. O, aptekə gedib gələndən sonra İlqar hadisə yerindən getmişdi, lakin Natiq çayçıda olmuş və başının qanını yuymuşdur. Onları aralayan zaman İlqar arxaya gedərkən yıxılmışr və İlqar yıxılarkən yerdən daşı Natiqə tərəf atmışdır. Hadisə baş verən günün sabahısı eşitmişdir ki, İlqar Natiqə kül qabı atmışdır. Mübahisə zamanı İlqarla Natiq bir-birinə nəlayiq ifadələr işlətmişlər. Hadisə yerinə kanardan adamlar gəlməmişdir. Mübahisə zamanı orada təxminən 7-8 nəfər olmuş və İlqarla Natiqin mübahisəsi uzağı 5-10 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İlqarla Natiqin arasında olan mübahisəni görməmişdir. Mübahisə zamanı orada olsa idi, mübahisə baş verməzdi. Mübahisə zamanı orada olan şəxslər pivə içmişlər. Hadisə 11 iyul 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində olmuşdur. O, səs-küy eşidərək, çıxıb Natiqin qıraqda çardağın altında durmasını görmüş, ona İlqarla Natiqin arasında dava olmasını demişlər və Natiqə yaxınlaşaq burada nə olduğunu soruşmuş, Natiq isə cavab olaraq “başıma baxmırsan” demiş, Natiqin başının qanamasını görmüş və Natiq ona İlqarın stəkan atmasını və stəkanın onun başını yaralamasını demişdir. X17 mübahisələrinin dominoya görə olmasını demişlər. Mübahisə qurtarandan sonra İlqar avtomobilə oturub çıxıb getmiş, hadisə yerində o, Elməddin və Natiq qalmışlar. Natiqin başı qanadığı üçün o, Rasimlə aptekə gedib yod və bint almış, onlar aptekdən gələndən sonra Rasim onu düşürtmüş və evə getmişdir. O, Elməddinlə Natiqin başını yumuş, silmiş və ilk tibbi yardım göstərmişlər. Əlavə olaraq bildirdi ki, Onların arasında olan mübahisəsini görməmiş, mübahisə zamanı hər hansısa nəlayiq ifadələrin işlədilməsini eşitməmişdir. O, hadisə yerinə gələn zaman mübahisə artıq başa çatmışdır. Natiqin burnunda heç bir xəsarət olmamış, lakin başında olan xəsarəti görmüşdür. Hadisə yerində bu cinayət işi üzrə şahid kimi qeyd olunan şəxslər olmuşdur. O, hadisə yerinə gələn zaman mübahisə artıq bitmiş, hadisə yerinə kanardan adamlar gəlməmişdir. Natiqlə İlqar arasında olan mübahisədən onun işinə heç bir maneəçilik yaranmamışdır. Onun həm İlqarla həm də Natiqlə münasibəti normal olmuşdur. Natiqin yalnız başından qan axmasını görmüşdür. Hadisə günü İlqar pivə içməmiş, yalnız çay içmişdir. Hadisə nəticəsində işlətdiyi çayçıya heç bir ziyan dəyməmiş və heç nə qırılmamış, hətda İlqarın Natiqə atdığı stəkan da qırılmamışdır. O, hadisə yerinə gələn zaman İlqarla Natiq bir-birindən xeyli aralıqda olmuşlar, o hadisə yerinə gəldikdən sonra Rasimlə birlikdə aptekə getmişdir. Natiqin deməsinə görə onların mübahisəsi dominoya görə başlamış güya ki, Natiq domino oynayan zaman İlqar onun daşını deymiş, hər iki tərəf sözləşərək əsəbləşmiş, İlqar əsəbləşərək Natiqə stəkan atmış, stəkan Natiqin başına dəymiş, Natiqin başı yaralanmış və qan axmış, nəticədə bu hadisə baş vermişdir. Mübahisə zamanı heç kim kül qabı atmamışdır. Onların mübahisəsi cəmi olaraq 1-2 dəqiqə çəkmişdir. Onların nəlayiq ifadələr işlədilməsini xatırlamır, lakin Natiq ona “İlqar qudurudu” sözlərini demişdir. Natiq ona İlqarın ona stəkan, kül qabı atmasını və onu stolla vurmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o avtomobil təmir məntəqəsində avtomobil düzəltmiş və gedib görmüşdür ki, Natiqin başı qanamış və başında bir yarığ olmasını görmüşdür. Bir Azərbaycanlı kimi onun başında qan olmağını görərək, su ilə onun başını yumuş, sonra Qədirlə Rasim zelyonka almışlar və onun başını yuyub təmizdəmişlər. Bundan başqa heç nədən xəbəri olmamışdır. Mübahisə zamanı onların yayında olmamışdır. Əlavə olaraq bildirdi ki, İlqarı hadisə yerində görməmiş, oraya gedən zaman İlqar orada olmamışdır. Hadisə hansı səbəbə görə baş verməsini bilmir. Ona sonradan da hadisə ilə bağlı heç bir məlumat çatmamışdır. Natiq özü ona onun başını İlqarın yarmasını demiş, lakin nə ilə onun başını yarmasını bilmir. O, hadisə yerinə çatan zaman İlqarı orada görməmiş, hadisə yerində söyünc işlədilməsini eşitməmişdir. Hadisə yerinə gələn zaman orada Qədir, Rasim və Natiq olmuşlar. O, hadisə yerinə təxminən saat 21-22 rədələrində getmişdir. O, işlədiyi yerdə 4-5 avtomobil təmir məntəsəqi var və hadisə günü ondan başqa heç bir təmir məntəqəsi işləməmişdir. O, hadisə yerində olan zaman orada kənar şəxslərin toplaşmasını görməmişdir. O, mübahisə olan zaman hər hansı səs-küy və ya nəlayiq ifadələrin işlədilməsini eşitməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən, yanında heç olmamışdır. İlqarı hadisə yerində görməmişdir. O, Natiqə hadisə ilə bağlı heç bir sual verməmiş, lakin Natiqin özü ona mübahisəsinin İlqarla olmasını bildirmişdir. Natiqin özü ona onun başının İlqarla onun arasında olan mübahisə zamanı qanamasını bildirmiş, lakin onların mübahisəsinin səbəbini Natiqdən soruşmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən, ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Onlar çayçıda oturduqlar vaxt İlqarla Natiqin arasında mübahisə baş vermişdir. Hadisədən artıq 1 il keçmiş və bu səbəbə görə hadisənin baş vermə günü dəqiq xatırlamır. Hadisə təxminən 2024-cü ilin yay aylarında baş vermişdir. Onlar öz aralarında domino oynamışlar. Həmin vaxt Natiq biraz cırnamış, söyünc söymüş və onlar arasında mübahisə başlamışdır. Mübahisə zamanı İlqar Natiqə stəkan atmış, Natiq isə cumub İlqara stol atmış və onlar Natiq və İlqarı aralamışlar. Onları araladıqdan sonra biraz söyüşmə olmuş, lakin dava olmamışdır. Əlavə olaraq bildirdi ki, Natiq İlqarın ona daş atmasını demiş, lakin İlqarın Natiqə daş atmasını görməmişdir. İstintaq zamanı onun İlqarla üzləşdirilməsini xatırlamır. Hadisə günü o çayçıda olan vaxt Natiqin digər şəxslərlə domino oynamasına baxmışdır. Hadisə təxminən saat 21-22 rədələrində baş vermişdir. Mübahisə zamanı çayçıda olan şəxslərdən başqa ətrafdan kənar şəxslər yığışmamışdır. Hazırda məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadə, İlqarın Natiqə stol atması hissəsindən başqa digər hissələrdə tam düzgündür belə ki, hadisə zamanı İlqar Natiqə deyil Natiq İlqara stol atmışdır. İlqar Natiqi stəkanla vurandan sonra Natiqin başından qan açılmış və Natiq söyəsöyə stol götürərək, İlqara hücum etmək istəmiş, lakin onlar ona hərəkətini davam etdirməyə imkan verməmişlər. Mübahisə zamanı İlqar Natiqə kül qabı atmış, lakin kül qabının ona dəyib-dəyməməsini görməmişdir. Mübahisə zamanı həm İlqar həm də Natiq bir-birinə qarşı nəlayiq ifadələr işlətmiş, lakin Natiq daha çox söyünc işlətmişdir. İlqarla Natiq bir-birinə daş atmışlar. İlqar Natiqə kül qabını mübahisənin hansı ərəfəsində atmasını xatırlamır və kül qabının Natiqə dəyib-dəyməməsini görməmiş, lakin kül qabının qırıqlarının yerdə olmasını görmüşdür. İlqar Natiqə niyə düzgün oynamamasını irad bildirmiş, Natiq isə söyünclə İlqara cavab vermiş və İlqar Natiqə stəkan atmışdır. Həmin stəkan Natiqə dəymiş, Natiq əlini başına çəkmiş və əlində qan olmasını görmüşdür. Natiq əlində gördüyü qana əsəbləşərək stolu götürmüş və İlqara atmaq istəmiş, lakin onlar Natiqə imkan verməmişlər. Mübahisə zamanı Natiq və İlqar bir-birinə daş atmış və nəlayiq ifadələr işlətmişlər. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində onlar 7- 8 nəfər olmuşlar. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cinayət işi üzrə şahidlər dinidirilmiş, iş üzrə ancaq bir Şahid6 qalmışdır. Şahid6 dindirilmədən cinayət işinin başa çatdırılmasını xahiş edir. Şahid6 dindirilməsinə ehtiyac yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Göygöl rayon avtovağzalının yaxınlığında yerləşən avtomobil təmiri məntəqəsində “Qədirin çayxanası” adlanan çay evinin qarşısında çardağın altında tanışları Natiq, Rasim, Ələkbər adlı şəxslərlə domino oynamışlar. Vasif isə masanın bir tərəfində əyləşib oyuna baxırmış. Əvvələr tanımadığı adı ona sonradan məlum Rizvan adlı şəxs isə ayaqüstə stolun yanında dayanıb oyuna baxırmış. İlqar adlı şəxs isə onların əyləşdiyi stolun digər baş tərəfində əyləşmişdir. Oyun zamanı Natiq Rasimin düzgün oyun oynamadığı bildirib, ayağa durmuş və belə oyun oynanılmır demişdir. Həmin vaxt İlqar adlı şəxs Natiqə sən həmişə beləsən, ara qatırsan, qoymursan camaat oyun oynasın demişdir. Natiq isə İlqara cavab olaraq sənlik deyil, mənimlə domino oynuyanlar bilər, mən bilərəm demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürərək Natiqə atmış, lakin hansı nahiyəsinə dəyməsini görməmişdir. Həmin vaxt aranın qarışdığını görüb, tez Ələkbərlə birlikdə çıxıb getmişdir. Daha sonra İlqarla Natiq arasında nə baş verdiyini bilməmiş və bu barədə heç maraqlanmamışdır. Verilən suallara cavab olaraq bidlrmişdir ki, Natiq domino oynayan zaman Rasimin düzgün oyun oynamadığı bildirib ayağa durmuş və belə oyun oynanılmır demişdir. Həmin vaxt İlqar adlı şəxs Natiqə sən həmişə beləsən, ara qatırsan, qoymursan camaat oyun oynasın demişdir. Natiq isə İlqara cavab olaraq sənlik deyil, mənimlə domino oynuyanlar bilər, mən bilərəm demişdir və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Münaqişə zamanı İlqarın Natiqə stəkan atmasını görmüşdür, lakin aranın qarışdığını görüb çıxıb getmişdir. Daha sonra İlqarın yenidən Natiqi vurmasını görməmişdir. Münaqişə zamanı əvvəlcə Rasim, Ələkbər, Vasif və adı ona sonradan məlum olan Rizvan adlı şəxs orada imiş, lakin o, münaqişə baş verən kimi çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nörməli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1548 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin istintaq aidiyyəti üzrə Göygöl rayon X10 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat verən şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. İstintaq zamanı vət. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin olub-olmamasını, əgər vardırsa ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 412 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın təpə, ənsə və burun nahiyələrinin yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Göygöl rayon avtovağzal adlanan ərazidə yerləşən avtomobil təmiri sexindəki çayxanada baş vermiş dava-dalaşla bağlı həmin çayxanaya baxış keçirilmiş, baxış zamanı həmin çayxananın qarşısında stul və stollar olması müəyyən edilmiş, çayxananın qarşısı çardaqdan ibarətdir. Baxış açıq havada, təbii işıqlandırma şəraitində həyata keçirilmiş, baxış zamanı material üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir hal aşkar edilməmişdir. Baxış zamanı samsung markalı fotoaparatdan istifadə edilmişdir. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X7 iş üzrə mütəxəssis qismində təyin edilməsi və qərarın təsviri hissəsindəkilərə əsasən qərarın iş üzrə mütəxəssis təyin edilmiş X9 elan edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, 11 iyul 2024-cü il tarixdə saat 22 radələrində Göygöl şəhər Avtovağzalı ərazisində yerləşən çay evində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı həmin çay evində X8, Şahid2, Şahid6, Şahid4, Şahid5, Şahid1 və Şahid3 Rövşən oğlu olması müəyyən edilmiş, digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl həmin məcəllənin 221.3cü maddəsinə tövsif edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Üzləşdirmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid1 ifadəsi ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Göygöl rayon avtovağzalının yaxınlığında yerləşən avtomobil təmiri məntəqəsinin içərsində yerləşən “Qədirin çayxanası” adlanan çay evinin qarşısında çardağın altında tanışları Natiq, Rasim, Ələkbər, Elnur adlı şəxslər domino oynayırmışlar. O, Natiqin yanında əyləşib oyuna baxırmış. Göygöl rayon sakini kimi tanıdığı Rizvan adlı şəxs isə ayaqüstə stolun yanında dayanıb oyuna baxmışdır. İlqar isə onlar əyləşdiyi stolun digər baş tərəfində əyləşmişdir. Oyun zamanı Natiq Rasimin düzgün oyun oynamadığı bildirib ayağa durmuş və belə oyun oynanılmır demişdir. Həmin vaxt İlqar adlı şəxs Natiqə “sən həmişə beləsən, ara qatısan, qoymursan camaat oyun oynasın”. Natiq isə İlqara cavab olaraq “sənlik deyil, mənimlə domino oynayanlar bilər, mən bilərəm” demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürərək Natiqə atmış, stəkan Natiqin baş nahiyəsinə dəymişdir. Natiq həmin vaxt İlqarın üzərinə doğru getmiş və bir dəfə İlqara doğru yumruq atmış, lakin atdığı yumruğun ona dəyib-dəyməsini bilməmişdir. O, bu zaman onları sakitləşdirməyə çalışmış, Natiq və İlqar isə bir-birilərinin ünvanlarına söyüş söymüşlər. O, onları sakitləşdirən zaman İlqar stolun üzərində olan külqabını götürüb Natiqin başına vurmuş, həmin vaxt Natiqin başının qanadığını görmüşdür. Natiq bundan sonra İlqara “sən nə iş görüsən, kişi deyiləsən” kimi ifadələr işlədib, onun üzərinə doğru getmişdir. Həmin vaxt İlqar stulu götürüb Natiqin başına vurmuşdur. O, Natiqi çəkib qırağa aparmış, Natiq başının qanını yuyan zaman İlqar yerdən daş götürüb Natiqə doğru ataraq onun ünvanına söyüşlər söymüşdür. Həmin vaxt Natiq demişdir ki, onu araladığına, onu çəkib apardığına gedib İlqarı aparsınlar. O, İlqarın üzərinə gedərək onu sakitləşdirməyə çalışmış və İlqarı özünə məxsus avtomobilə əyləşdirib yola salmışdır. Natiqin başından və burnundan xəsarət aldığını görmüşdür. “Üzləşdirmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyəti aydınlaşdırmaq məqsədilə üzləşdirmədə dindirilmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Göygöl rayon avtovağzalının arxa hissəsində yerləşən “Qədirin çayxanası” adlanan çay evində tanışları Rasim, Ələkbər, adını bilmdəiyi Fizulinin oğlu kimi tanıdığı şəxslə birlikdə çay içə-içə damino oynamışlar. Göygöl rayon sakini kimi tanıdığı Rizvan və Vasif adlı şəxslərdə ayaqüstə stolun yanında dayanıb oyuna baxırmışlar. İlqar isə onlar əyləşdikləri stolun küncündə digər tərəfində əyləşmiş, qazlı su içmişdir. Oyun zamanı Rasimin düzgün oynamadığı səbəbdən o, oynamadığını bildirib oturduğu yerdən durub, belə oyun oynanılmır demişdir. Onun yerində isə Rizvan oturub damino oynamışdır. O, stolun digər baş tərəfində durub oyuna baxmışdır. Bu zaman Rasim demişdir ki, əgər Natiq oynamırsa onun pulunu özünə verək. Rasim stolun üzərinə qoyduğu 2 manat pulu götürüb ona verən zaman İlqar ona “indi sən kişisən, o pulu götürüsən” demişdir. O isə İlqara cavab olaraq onun nə Rasimlə, nə də Fizulinin oğlu ilə alış-verişi yoxdu, ona kişilik dərsi keçməsin demişdir. İlqar isə ona “sənin kişiliyin yoxdu, sənin şərəfin, qeyrətin yoxdu” demişdir. O isə ona cavab olaraq “sən niyə məni təhqir edirsən, şərəfsiz, qeyrətsiz sənin özünsən” demişdir. Həmin vaxt İlqar stolun üzərində olan stəkanı götürüb ona doğru atmış, stəkan onun sol tərəf gicgah nahiyəsinə dəymişdir. O. İlqarın onu vurmasında əsəbiləşib, onun üzərinə doğru getmişdir ki, vursun. O, bir dəfə İlqara doğru yumruq atmış, lakin ona dəyib dəyməməsini bilməmişdir. Həmin vaxt orada olan şəxslər hansısa ikisi onu tutub kənara aparan zaman başının arxa hissəsinə nəyinsə dəyməsini hiss etmişdir. Əlini başına atdıqda əlinin qan olmasını görmüşdür. Geriyə çönüb baxdıqda İlqarın əlində külqabının olmasını görmüşdür. İlqara sən nağardığındı deyib, üzərinə doğru getmək istədikdə, İlqar onun ünvanına nalayiq ifadələr işlədərək, kül qabını ona doğru atmış, lakin o, aşağı əyİldiyindən kül qabı ona dəyməmişdir. O, yenidən İlqarın üzərinə doğru getmək istəyən zaman, yenə orada olan hansının olduğunu xatırlamadığı şəxslərdən ikisi onu tutub saxlayıb, lazım deyil, dalaşmayın demişlər. Bu zaman İlqar stul ilə bir dəfə onun başının təpə nahiyəsinə vurmuşdur. O, başının qanamasını görüb, başının qanını yumaq üçün kənarlaşmış, əl-üzünü yuyan zaman ona doğru daş atmağa başlamış, lakin daş ona dəyməmişdir. Bu zaman Qədir içəridən çıxıb ona doğru gəlib, qışqıra-qışqıra “nədi, niyə belə edib, burda dava salırsan” demişdir. O isə almış olduğu xəsarətləri Qədirə göstərərək, İlqarın onu vurub xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra İlqar yenidən onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da cavab olaraq ona nalayiq ifadələr işlədən zaman, yenidən ona doğru daş atmağa başlamışdır. Atdığı daşlardan biri onun burun nahiyəsinə dəymişdir. Bu zaman yaxınlıqdakı təmir sexində olan Elməddin adlı şəxs İlqarı tutub saxlamış, onu vurmağa qoymamışdır. O, orada olan şəxslərə bildirmişdir ki, İlqarı yola salsınlar getsin. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin məcəllənin 128-ci maddəsində nəzərdə tutulan ittihamda təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunduqdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişdirən yeni hallar müəyyən edilmədiyi üçün Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanması, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1968-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5753 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 5802 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, hadisə zamanı orada özlərinin olmasını və onlardan başqa bir nəfər sexdə işləyən şəxsin olmasını, Zərərçəkmiş şəxs bir dəfə istəkanla vurmasını, sonra Natiqin üzərinə gəlib ona yumruq atmasını, daha sonra Zərərçəkmiş şəxs söyünc edərkən onu bir dəfə yumruqla vurmasını, Zərərçəkmiş şəxs nə stolla nə də kül qabı ilə vurmamasını, oranın kül qablarının insana dəyərsə insanı məhv edəcəyini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxs, eləcə də şahid ifadələri, üzləşdirmə və dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədlərlə sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin 90-cı vərəqində olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 85-ci vərəqində olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1968-ci il tarixdə Ermənistan, Vardenis rayonunun Zod kəndində anadan olmuş və Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi 7 saylı mənzildə yaşayış qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşayır. Yaşadığı müddət ərzində onun barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Gələckdə də bu barədə şikayət və tələbi olmayacaq, ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ilə hazırda barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə proseslərində ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcək, odur ki məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3651 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi 7 saylı mənzildə yaşayış qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşayır. Ailə tərkibi 1970-ci il təvəllüdlü arvadı X1, 1991-ci il təvəllüdlü oğlu X5 və 1994-cü il təvəllüdlü oğlu X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl (Xanlar) Rayon Komissarlığı tərəfindən verilmiş 038271 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyi tərəfindən verilmiş 19 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və X13 Birliyinin Göygöl rayon filialının sədridir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına verilmiş epikriz və ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs beyin damarlarının digər dəqiqləşdirilmiş zədələnmələri, serebral ateroskleroz, digər dəqiqləşdirilmiş polinervropatiyalar, dəqiqləşdirilmiş spondilyoz, şəkərli diabet İİ qurup ağır dərəcə və.s kimi diaqnozlar qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-47/2-237/2025 saylı məktubda Göygöl rayon sakini, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyinin sədri Təqsirləndirilən şəxs vətəndaş qəbulu zamanı Zərərçəkmiş şəxs ilə mübahisə zamanı ona fiziki xəsarət yetirdiyi üçün haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işinin başlandığını bildirmiş, Təqsirləndirilən şəxs hadisəyə Birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji və fiziki travmaların səbəb olduğunu göstərərək köməklik göstərilməsini xahiş etmişdir. Odur ki, proses zamanı Təqsirləndirilən şəxs Vətən qarşısında göstərdiyi xidmətləri tərəfinizdən nəzərə alınması üçün müvafiq məlumat təqdim edilməsi və nəzərə alınması xahiş edilmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini və vurulmuş zərəri ödəyərək ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, xəstəliklərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə veteranı olmaqla, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və X13 Birliyinin Göygöl Rayon Filialının sədri olmasını, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, vurulmuş zərəri ödəyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməməsini, zərəçəkmiş şəxsin xahişini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Kontitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ona sınaq müddəti təyin edilməli və başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 21 saat 30 dəqiqə vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti dövründə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-33/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-33/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver