Məhkəmə qərarları › İş №1(066)-34/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-34/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-34/2023 06.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim, Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Eldar oğlunun və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Daşkəsən rayonu Əmirvar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Eldar oğlu 05 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində Daşkəsən rayonu istiqamətdə etibarnamə əsasında idarə etdiyi « QAZ 53B YÜK » markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, 1.1 üfüqi nişanlama xəttini kəsib avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı, qarşıdan əks istiqamətə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, həmin tələbləri pozaraq, sola dönmə əməliyyatı aparıb əks istiqamətə hərəkət zolağına çıxaraq həmin avtomobil yolu ilə əks istiqamətə hərəkətdə olan X7 idarə etdiyi VAZ-21074 markalı ** TZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobildə olan sərnişinlər X1 zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol əlin arxa səthinin sıyrığı xəsarəti alması, Şahid1 sağlamlığıa yüngül zərər vurmaya aid edilən alın, sol üst göz qapağı, sağ qoltuqaltı, döş qəfəsinin sağ yan səthi və sağ diz oynağı nahiyələrinin yaraları, burun sağ gicgah nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması, azyaşlı sərnişin Şahid2 sağlamlığa yüngül zərər vurmaya aid edilən sol qaş nahiyəsinin yarası, sağ bud və sol baldır nahiyələrinin qaçırları ilə müşayiət olunan xəsarətlər alması və həmin avtomobilin sürcüsü X7 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, alın nahiyəsinin yarası, təpə-ənsə sümüyünün kəlla əsasına keçən xətti sınığı, hər iki ağciyərin, plevranın cırılması, döş sümüyü İVqabırğa səviyyəsindən sınması, döş qəfəsinin sol tərəfində İİ-X qabırğaların məmə xətti üzrə, döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin hematoması, sağ gözün alt qapağının qançırı, hər iki diz nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və sonuncunun açıq kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına beyin mədəciklərinə beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Eldar oğlu ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində həmkəndlisi Mülqədər və oğlu Rəşad ilə birlikdə X6 məxsus, 195691 nömrəli etibarnamə əsasında “B C” kateqoriyalı AE 120591 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi ”QAZ 53B” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobili ilə yaşadığı Daşkəsən rayonu Əmirvar kəndindən Mülkədara məxsus otu ona məxsus Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinə gətirib boşaltdıqdan sonra Gəncə şəhəri Bağman deyilən ərazidə yerləşən “Likoil” adlı yanacaq dolurma məntəqəsində yanacaq doldurub yaşadığı Daşkəsən rayonu Əmirvar kəndinə geri qayıdarkən Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində körpünün yaxınlığında yolun sol tərəfində yerləşən yem mağazasına girmək istəyərkən, qarşı əks tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ-21074 markalı **-TZ-*** d.q.n.nişanlı avtomobil onun idarə etdiyi ”QAZ 53B” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobilin ön tərəf sağ hissəsi ilə toqquşmuşdur. Daha sonra o, və həmkəndlisi Mülkadar avtomobildən düşüb VAZ-2107 markalı avtomobilə yaxınlaşmışlar. Mülkadar ilə birlikdə və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən sürücü və sərnişinləri düşürmüşlər. Yoldan ötən tanımadığı şəxsə məxsus markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə adı ona sonradan məlum olan X11 avtomobilin arxa oturacağına uzandırmışlar və yanında əyləşmişdir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan adı ona sonradan məlum olan Şahid1da həmin avtomobildə qabaq oturacaqda əyləşmişdir. Onlar Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getmişlər. X4 vəfat etdiyini demişlər. Daha sonra o, yol-nəqliiyyat hadisəsinin baş verdiyi yerə qayıdıb gəlmişdir. Baş vermiş hadisə zamanı o, idarə etdiyi QAZ-53B yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətə hərəkətdə olan VAZ-21074 markalı avtomobillə ara məsafəsinin olmasını, həmin avtomobil çatanadək, dönmə əməliyyat yetirə biləcəyini düşünüb, qarşıdan gələn avtomobilin ötüb keçməsini gözləməmiş və yolun sol tərəfində yerləşən yem mağazasına dönərkən əks istiqamətə hərəkətdə olan VAZ-21074 markalı avtomobillə toqquşmuşdur. Hadisənin baş vermə yerinə təxminən 50-60 metr qalmış VAZ-21074 markalı **-TZ-*** d.q.n.nişanlı avtomobili görmüşdür. O, həmin avtomobillə toqquşmamaq üçün sürət həddini artırmaq istəsə də, lakin həmin vaxt təntidiyindən nə edəcəyini bilməmiş və hadisənin baş verməsinin qarşısını ala bilməmişdir. Dəfndə qohum-əqrabası iştirak etmiş və kömək kimi istintaqda hüquqi varis qismində tanınan zərərçəkmiş şəxsin atası Şahid6 7500 manat pul vermişdilər. İstintaq zamanı Şahid6 notarial qaydada barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin daha sonra hüquqi varis qismində zərərçəkmiş şəxsin arvadı X14 tanınmışdır. Törətdiyi əmələ görə peşimançılıq çəkir. Hadisənin ehtiyatsızlıqdan törədildiyini, dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, hadisənin nəticələrini aradan qaldırmağa cəhd göstərməsini istintaq və məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmamasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ruslan Nəsibov onun əridir. Əri Ruslan 2022-ci ilin avqust ayından dəqiq gününü xatırlamadığı vaxtdan Gədəbəy rayonunda yerləşən tanımadığı şəxsə məxsus evin tikintisi ilə məşğul olmuşdur. Elə Gədəbəy rayonunda qalmış, həftədə bir dəfə Gəncə şəhəri Sevinc qəsəbəsi 12-ci küçədə yerləşən öz evlərinə gəlib qalmışdır. Sonuncu dəfə 02 sentyabr 2022-ci il tarixdə öz yaşadığı evdə olmuşdur. 05 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində o, Ruslana məxsus mobil nömrəyə zəng etmiş, o yolda olduğunu, evə gələcəyini bildirmişdir. Bundan təxminən bir saat sonra qaynı Rəsul evə gələrək Ruslanın yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Daha sonra bilmişdir ki, əri Ruslan Nəsibov ölmüşdür. İbtidai ictintaq zamanı əvvəlcə qaynatası Şahid6 mərhum əri Ruslan Nəsibovun hüquqi varisi kimi tanınmış, təqsirləndirilən şəxs maddi və mənəvi ziyan kimi qaynatasına 7500 manat pul ödəyib barışıq ərizəsi əldə etmişdir. Halbu ki, həmin pul qaynatasına deyil ona ödənilməli idi. Bununla bağlı mübahisələri yaranmış və məhkəmə qərarı ilə onun zərər çəkmiş şəxsin hüquqi varisi olması təsdiq edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi kimi ona Təqsirləndirilən şəxs 7500 manat pulun alınıb verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edir və həmin pulun ödənilməsi üçün Təqsirləndirilən şəxs yüngül cəza verilməsi mütləq olduğundan və Təqsirləndirilən şəxs şikayətçi olmadığından ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza verilməsını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dostu Azər ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və bildirmişdir ki, gedib çay içsinlər. O, Azərin yaşadığı Yeni Qızılca kəndində yerləşən evlərinə getmişdir. Daha sonra Azirlə birlikdə Gəncə şəhəri Bağman deyilən ərazidə çay içmək üçün Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Qurdlu körpü” adlı kafenin yanında dayanacaqda gözləmişlər. Ruslan Nəsibov idarə etdiyi VAZ-21074 markalı **-TZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onların yanında saxlamış və avtomobildə bir baş xırdabuynuzlu heyvanın olduğunu, satmağa tanış adamın olub olmadığını soruşmuşdur. Azər Bağman deyilən ərazidə qəssabların olduğunu, ona sata biləcəyini demişdir. Onunla Azər də Bağman deyilən əraziyə getdiyklərindən ona məxsus avtomobilə əyləşmişlər. Həmin vaxt o, avtomobildə qabaq oturcaqda əyləşmişdir. Azər arxa sol oturacaqda əyləşmişdir. Avtomobildə arxa sol oturacaq bir nəfər azyaşlı uşaq olmuşdur. Onlar xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Ruslan Nəsibovun idarə etdiyi VAZ- 21074 markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax magistral yolun üzərində olan körpünün yaxınlığında əks istiqamətdə hərkətdə olan sürücü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi markası və dövlət qeydiyyat nömrə nişanı sonradan məlum olan QAZ-53B markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yüksək sürətlə qəfil onların hərəkət istiqamətinə çıxdığını görmüşlər. Həmin anda QAZ 53B markalı avtomobil onun əyləşdiyi avtomobilin sağ tərəf ön hissəsindən dəyərək toqquşmuşdur. Bundan sonra o. özündə olmamışdır. Sonradan öyrənmişdir ki, onu tanımadığı şəxslər Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanaya gedən zaman özündə olmamışdır. Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada ayılan zaman öyrənmişdir ki, Ruslan Nəsibov ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 21 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. X16 qohumudur. O, Daşkəsən rayonu Zağalı kəndində yaşayan nənəsi Fəxriyyəgildə olarkən qohumu Ruslan onun yanına gəlmiş və onunla birlikdə getməyini demişdir. O, Ruslanla birlikdə idarə etdiyi VAZ- 21074 markalı dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan ** TZ *** d.q.n.n-lı avtomobillə Daşkəsən rayonu Müşavaq kəndinə getmişlər. Orada Ruslan qohumugildən bir ədəd xırda buynuzlu heyvan alıb avtomobilin yük yerinə qoymuşdur. Ruslan ona demişdir ki, gedib Gəncə şəhərində satsınlar. Yolda gedən zaman Ruslan tanımadığı bir nəfər şəxsə zəng edib, xırdabuynuzlu heyvan satdığını, tanışının olub-olmadığını soruşmuşdur. Daha sonra Daşkəsən rayonu, Yeni Qızılca kəndində adları sonradan ona məlum olan Azər və Sərxan adlı şəxslər avtomobildə əyləşmişlər. Onlar Gəncə şəhərinə Bağman deyilən əraziyə gedəcəklərini, orada heyvanı satacaqlarını danışmışlar. O, avtomobildə arxa oturacaqda orta hissədə, Azər adlı şəxs arxa sol oturacaqda, Sərxan adlı şəxs qabaq oturacaqda əyləşmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Ruslan Nəsibovun idarə etdiyi VAZ-21074 markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax magistral yolun üzərində olan körpünün yaxınlığında əks istiqamətdə hərkətdə olan sürücü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan QAZ-53B markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfil onların hərəkət istiqamətinə çıxdığını görmüşlər. Həmin anda QAZ 53B markalı avtomobil onun əyləşdiyi avtomobilin sağ tərəf ön hissəsindən dəyərək toqquşmuşdur. Bundan sonra o, özündə olmamışdır. Sonradan öyrənmişdir ki, onu tanımadığı şəxslər Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanaya gedən zaman özündə olmamışdır. Sonradan öyrənmişdir ki, qohumu Ruslan Nəsibov ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində həmkəndlisi Sərxan və oğlu Rəşad ilə birlikdə Sərxanın idarə etdiyi ” QAZ 53B ” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobili ilə özünə məxsus otu yaşadığı Daşkəsən rayonu Əmirvar kəndindən ona məxsus Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinə gətirib boşaltdıqdan sonra Gəncə şəhəri Bağman deyilən ərazidə yerləşən “Likoil” adlı yanacaq doldurma məntəqəsində yanacaq doldurub yaşadığı Daşkəsən rayonu Əmirvar kəndinə geri qayıdarkən Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində körpünün yaxınlığında yolun sol tərəfində yerləşən yem mağazasına girmək istəyərkən, qarşı əks tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ-21074 markalı **-TZ-*** d.q.n.nişanlı avtomobil Sərxanın idarə etdiyi ” QAZ 53B ” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobilin ön tərəf sağ hissəsi ilə toqquşmuşdur. Daha sonra o, oğlu və həmkəndlisi Sərxan avtomobildən düşüb VAZ-2107 markalı avtomobilə yaxınlaşmışlar. Onlar, ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən xəsarət alan sürücü və sərnişinləri düşürmüşlər. Yoldan ötən tanımadığı şəxsə məxsus markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə adı ona sonradan məlum olan X11 avtomobilin arxa oturacağına uzandırmışlar və həmkəndlisi Sərxanda yanında əyləşmişdir. Daha sonra o, səslənmişdir ki, kim xəsarət alıbsa gəlib bu avtomobillə getsin, lakin həmin avtomobilə başqa kimin əyləşməsini görməmişdir.Daha sonra yoldan ötən tanımadığı şəxsə məxsus ağ rəngli VAZ- 21011 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getmiş, oğlu Rəşad isə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə avtomobilin yanında qalmışdır. X4 vəfat etdiyini demişlər. Daha sonra o, həmkəndlisi Sərxanla birlikdə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə qayıdıb gəlmişdir. Baş vermiş hadisəyə səbəb Sərxan idarə etdiyi QAZ-53B yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətə hərəkətdə olan VAZ-21074 markalı avtomobillə ara məsafəsinin olmasını, həmin avtomobil çatanadək dönmə əməliyyat yetirə biləcəyini düşünüb, qarşıdan gələn avtomobilin ötüb keçməsini gözləmədən və yolun sol tərəfində yerləşən yem mağazasına dönməsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində həmkəndlisi Sərxan və atası Mülqədər ilə birlikdə Sərxanın idarə etdiyi ” QAZ 53B ” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobili ilə özlərinə məxsus otu yaşadığı Daşkəsən rayonu Əmirvar kəndindən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evlərinə gətirib boşaltdıqdan sonra Gəncə şəhəri Bağman deyilən ərazidə yerləşən “Likoil” adlı yanacaq dolurma məntəqəsində yanacaq doldurub yaşadığı Daşkəsən rayonu Əmirvar kəndinə geri qayıdırmışlar. O, yük avtomobilində orta hissədə əyləşmişdir. Yaşdığı kəndə geri qayıdarkən Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində körpünün yaxınlığında yolun sol tərəfində yerləşən yem mağazasına girmək istəyərkən, qarşı əks tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan VAZ-21074 markalı **-TZ-*** d.q.n.nişanlı avtomobil Sərxanın idarə etdiyi ” QAZ 53B ” markalı **-BB-*** d.q.n.nişanlı yük avtomobilin ön tərəf sağ hissəsi ilə toqquşmuşdur. Daha sonra o, atası və həmkəndlisi Sərxan avtomobildən düşüb VAZ-2107 markalı avtomobilə yaxınlaşmışlar. O, xəsarət alan şəxsləri görüb pis olduğundan avtomobilin yanında durmuşdur. Həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşdığından, həmçinin hadisədən təsirləndiyindən özündə olmadığından xəsarət alan şəxsləri kimin apardığını, hansı avtomobillə apardıqlarını görməmişdir. Bir qədər sonra atasıgili görmədiyindən atasına məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, danışıq zamanı atası xəstəxanada olduğunu və gözlləməyini bildirmişdir. Atası Mülqədər adı ona sonradan məlum olan X7 vəfat etdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ruslan 2022-ci ilin avqust ayının sonlarından dəqiq gününü xatırlamadığı vaxtdan Gədəbəy rayonunda yerləşən tanımadığı şəxsə məxsus evin tikintisi ilə məşğul olmuş, Gədəbəy rayonunda qalmış, ara-sıra Gəncə şəhərində yerləşən öz evlərinə gəlib qalmışdır. 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində kiçik oğlu Rəsul ona məxsus mobil nömrəyə zəng edərək Ruslanın yol-nəqliyyat hadisəsi törətdiyini, hazırda Gəncə şəhəri 3 saylı TTY xəstəxanasında olduğunu, təcili ora getməyi bildirmişdir. Sonradan qohumu Azər ona demişdir ki, oğlu Ruslan Daşkəsən rayonundan satmaq üçün bir baş xırbuynuzlu heyvan gətiribmiş. Heyvanı satmaq üçün əvvəlcə qohumlarının yanına getmişlər, lakin qiymətində razılaşmadıqlarından Ruslanın heyvanı qəssablara kəsdirəcəyini dediyini və bunun üçün Gəncə şəhəri Bağman deyilən əraziyə getdiyini bildirmişdir. Oğlu Ruslan yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. İbtidai istintaq zamanı əvvəlcə o mərhum oğlu Ruslan Nəsibovun hüquqi varisi tanınmış, təqsirləndirilən şəxs maddi və mənəvi ziyan kimi ona 7500 manat pul ödəmiş və o, barışıq ərizəsi vermişdir. Bundan sonra gəlini yəni oğlu Ruslanın həyat yoldaşı Aytən Nəsibova ilə mübahisə yaranmış və Aytən zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Halhazırda təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbim yoxdur. Məhkəmədə şahid X13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Azər Quliyev ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dostu Ruslan ona məxsus ***- ***-**-** saylı mobil nömrəmə zəng etmiş və bir baş xırdabuynuzlu heyvanının olduğunu, satdığını bildirmişdir. Onun kirvəsi xırdabuynuzlu heyvan alveri ilə məşğul olduğundan, kirvəsinin alıb-almayacağını soruşmuşdur. Ruslan danışıq zamanı onun yaşadığı evə gələcəyini və birlikdə heyvanı aparıb kirvəsinə göstərəcəyini demişdir. Həmin vaxt dostu Sərxanda onun yaşadığı evdə olmuşdur. O, Sərxanla birlikdə Gəncə şəhəri, Bağman deyilən ərazidə çay içmək üçün gedirmişlər. O, Sərxanla birlikdə Ruslanın qabağına çıxmışlar və Ruslanın idarə etdiyi VAZ-21074 markalı **-TZ-*** d.q.n.n-lı avtomobil ilə onunla qonşuluqda yaşayan kirvəsinin evinin qarşısına getmişlər. Həmin vaxt Ruslanın yanında adı ona sonradan məlum olan Rəvan adlı azyaşlı uşaq olmuşdur. Lakin Ruslan kirvəsi ilə heyvanın alqı-satqısında qiymətlə razılaşmamışlar. Ruslan heyvanı Gəncə şəhəri Bağman deyilən ərazidə qəssablardan birinə verəcəyini bildirmişdir. O, Ruslana demişdir ki, Sərxanla o da Bağmana gedirlər, onları da orada düşürsün. Həmin vaxt o, avtomobildə arxa oturcaqda sol tərəfdə əyləşmiş, Sərxan isə qabaq oturacaqda əyləşmişdir. Azyaşlı uşaq isə arxa oturacaqda orta hissədə əyləşmişdir. Onlar xx.xx.2022ci il tarixdə saat 19:30 radələrində Ruslan Nəsibovun idarə etdiyi VAZ-21074 markalı **- TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax magistral yolun üzərində olan körpünün yaxınlığında əks istiqamətdə hərkətdə olan sürücü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi markası və dövlət qeydiyyat nömrə nişanı sonradan ona məlum olan QAZ-53B markalı **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəfil onların hərəkət istiqamətinə çıxdığını görmüşlər. Həmin anda QAZ 53B markalı avtomobil onun əyləşdiyi avtomobilin sağ tərəf ön hissəsindən dəyərək toqquşmuşdur. Həmin vaxt o, baş vermiş qəzadan təsirləndiyindən özündə olmamışdır. O, ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə əvvəlcə Ruslanı, daha sonra Sərxanı avtomobildən yerə düşürmüşdür. O, yoldan ötən boz rəngli Opel narkalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə tanımadığı şəxslərin köməkliyi ilə arxa oturacaqda Ruslanı uzandırmışlar. Sərxan və Rəvan adlı azyaşlı uşağı isə qabaq oturacaqda əyləşdirmişdir, Gəncə şəhərində yerləşən 3 saylı TTY xəstəxanasına yola salmışdır. O isə yoldan ötən göy rəngli Opel markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobil ilə onların arxası ilə getmişdir. Gəncə şəhəri 3 saylı xəstəxanada olan zaman Ruslanın öldüyünü bilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 70 saylı rəyindən məlum olur ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi: baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına ənsə-təpə nahiyələrində qansızma, alın nahiyəsinin yarası, təpə-ənsə sümüyünün kəllə əsasına keçən xəttin sınığı, hər iki ağciyərin, plevranın cırılması, döş sümüyü İV-qabırğa səviyyəsində sınması, döş qəfəsinin sol tərəfində İİ-X qabırğaların məmə xətti üzrə, döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin hematoması, sağ gözün alt qapağının qançırı, hər iki diz nahiyələrinin sıyrıqları. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X3 ölümünə səbəb açıq kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 236 saylı rəyindən məlum olur ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın, sol üst göz qapağı, sağ qoltuqaltı, döş qəfəsinin sağ yan səthi və sağ diz oynağı nahiyələrinin yaraları, burun, sağ gicgah nahiyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 241 saylı rəyindən məlum olur ki, Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qaş nahiyyəsinin yarası, sağ bud və sol baldır nahiyələrinin qançırları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 249 saylı rəyindən məlum olur ki, X13 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin arxa səthinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 noyabr 2022-ci il tarixli 8/3214 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ 53 B” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21074 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. - Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmaması xx.xx.2022-ci il tarixli 2010/2022 saylı “sərxoşluq vəziyətinin tibbi müayinəsi” aktı ilə tam təsdiq edilmişdir. - AE 120591 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci ilədək qüvvədə olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. -Zərər çəkmiş şəxsin hüquqi varisinin cinayət prosesində iştirakına xitam verilməsi və yeni hüquqi varis təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X7 arvadı X14 onun hüquqi varisi və cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Şahid6 ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində cinayət prosesində iştirakina xitam verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - Daşkəsən rayon İHB-nın Əmirvar kəndi İƏD-si üzrə nümayəndəsi tətəfindən verilmiş xx.xx.2022-ci il tarixli 115 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Alıyev X10 rayonunun Əmirvar kəndində qeydiyyatdadır, himayəsində 2008-ci il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X12 və 2019-cu il təvəllüdlü X15 adlı üç uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. - X3 atası Şahid6 istintaq zamanı təqdim etdiyi notarial qaydda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 8İ-7338 № ilə qed edilib informasiya sisteminə daxil edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur.Ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. - Zərər çəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyə iddia ərizəsi təqdim edərək zərər çəkmiş şəxsin hüquqi varisi kimi ona Təqsirləndirilən şəxs 7500 manat pulun alınıb verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. - Zərər çəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı 7500 manat miqdarında mülki iddia qaldırdığını, həmin pulun ödənilməsi üçün Təqsirləndirilən şəxs yüngül cəza verilməsinin mütləq olduğunu göstərib Təqsirləndirilən şəxs şikayətçi olmadığından ona maddənin sanksiyasında nəzərdə titilmuş ən yüngül cəza verilməsını xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, himayəsində az yaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs 7500 manat maddi və mənəvi ziyan tələbi təmin edilməlidir. İş üzrə maddi subut yoxdur.Həmçinin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün həbsdə saxlanması nəzərə alınaraq ona qəti olaraq 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Mülki iddia üzrə 7500 (yeddi min beş yüz) manat Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilsin. Hökmün icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar