Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-34/2024 06.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Kəlbəcər rayonu Zallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kəlbəcər rayonu Zallar kəndində qeydiyyatda olmaqla, Göygöl şəhəri, Dirçəliş küçəsi, ev 1, mənzil 19-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdar hesab edilən, 285,42 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, 1 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan 1 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,33 qram və 7,09 qram, ümumi təmiz çəkisi 10,42 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və 275 qram qurudulmuş marixuananı faktiki olaraq yaşadığı Göygöl şəhəri M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində şüşə materialdan olan balonun içərisində saxlamış, 15 yanvar 2024-cü il tarixdə saat 22:45 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhəri M.S.Ordubadi küçəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan 1 ədəd kağız bükümdə təmiz çəkisi 7,09 qram və əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,33 qram, eyni zamanda onun faktiki olaraq yaşadığı Göygöl şəhəri M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində şüşə materialdan olan balonun içərisində saxladığı təmiz çəkisi 275 qram olmaqla tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 285,42 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həmin narkotik vasitəni 2023-cü ilin yay aylarının sonlarına yaxın Kəlbəcər rayonu Yanşaq kəndində olarkən yabanı halda yetişdiyini görüb yığaraq öz istifadəsi üçün qurudub özüylə birlikdə gətirmişdir. Öz istifadəsi üçün də X16 faktiki yaşadığı evinin zirzəmisində gizlədərək saxlamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamış, heç kimə narkotik vasitə satmamış və ya istifadə etməsi üçün pay verməmişdir. O, əvvəllər də narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, həmin narkotik vasitəni arabir siqaret kağızına büküb istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. X3 narkotik vasitə istifadə etməsindən və onun ünvanında narkotik vasitə gizlətməsindən xəbəri olmamışdır. O, əksər vaxtlarda Göygöl şəhəri Dirşəliş küçəsi ev 1, mənzil 19-da yaşamış, narkotik vasitə ehtiyacı olduğu zaman da gedib qızı Vüsalənin ünvanında bir neçə gün qalmış, oradan gizlin şəkildə istifadə etmək üçün narkotik vasitədən bir miqdar götürmüş, daha sonra yenə də öz yaşadığı ünvana getmişdir. O xx.xx.2024-cü il tarixdə qızının evində 10-15 metr aralıda Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını Göygöl rayonunda yaşamasını, işləmək üçün qeydiyyatda olduğu Kəlbəcər rayonuna getməsini nəzərə alınaraq, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. 15 yanvar 2024-cü il tarixdə Göygöl şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl şəhəri M.S.Ordubadi küçəsində olmasını müəyyən edərək Şahid2 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin gün saat 22:45 radələrində Təqsirləndirilən şəxs qeyd edilən ünvanda aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində baş təhqiqatçı, polis kapitanı Orxan Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində və əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni yay aylarında Kəlbəcər rayonunda olarkən yabanı halda bitmiş kollardan toplayaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa Göygöl şəhəri M.S.Ordubadi küçəsində faktiki olaraq yaşadığı qızı Vüsaləyə məxsus evin zirzəmisində də öz istifadəsi üçün narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Orxan Məmmədov, onlar, Təqsirləndirilən şəxs və müdafiəçisi Göygöl rayon Vəkil bürosunun vəkili Müdafiəçi ilə birlikdə həmin ünvana getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs 1 ədəd şüşə balonda saxladığı narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlə şüşə balonla birlikdə xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlə balonla birlikdə çuvala qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək səhhətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təstiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə tərəflərin etirazı olmadan Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, 15 yanvar 2024-cü il tarixdə, saat 23:20-də Təqsirləndirilən şəxs Göygöl rayon X12 bölməsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Göygöl rayon X8 Saxlama Yerinə təhvil verilmişdir. 15 yanvar 2024-cü il tarixdə Göygöl rayon X12 bölməsinin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində və əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində, eyni zamanda qızı X6 məxsus evin zirzəmisində şüşə balonun içərisində saxladığı narkotik vasitə olan marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış videolentə alınaraq 02 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış 284,82 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2024-cü il tarixli 16/73 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kibrit qutusu ilə birlikdə 6,3 qram və sellofan bükümün içərisindəki kağız bükümdə olan 13,5 qram narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,33 qram, 7,09 qram, ümumi təmiz çəkisi 10,42 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannaabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Göygöl şəh. M.S.ünvan 1 ünvanında yerləşən evin zirzəmisində şüşə balonla birlikdə ümumi çəkisi 2,467 qram olan narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan sintetik kisədəki 1(bir) ədəd şüşə bankada, təmiz çəkisi 275 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannaabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi xx.xx.2024-cü il tarixdə istintaq aparılması üçün Göygöl rayon X13 bölməsinə göndərilmiş və həmin tarixdə icraata qəbul edilməklə istintaq aparılmışdır. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 122 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 517 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 487 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Kəlbəcə rayon İcra Hakimiyyəti Başçısının Yanşaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 48 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi nümayəndəliyin daimi qeydiyyatındadır, hal-hazırda Göygöl rayon 130 ailəlik yeni qəsəbədə müvəqqəti məskunlaşmaqla arvadı X7, qızı X10, qızı X11, qızı X14, qızı X15, oğlu X4 və nəvəsi X5 ilə birlikdə yaşayır. İşdə olan Kəlbəcə rayon İcra Hakimiyyəti Başçısının Yanşaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və evli olmaqla ailəsini dolandıran şəxs olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı Göygöl rayonu və qeydiyyatda olmaqla işlədiyi Kəlbəcər rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Göygöl rayonu və Kəlbəcər rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 284.82 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, cinayət işi üzrə maddi sübutəməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Göygöl rayonu və qeydiyyatda olduğu Kəlbəcər rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu və Kəlbəcər rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 284,82 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 (doxsan altı) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-34/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-34/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver