Məhkəmə qərarları › İş №1(066)-35/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-35/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-35/2025 06.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X16 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X16 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Qədimalı Muxtar oğlunun, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs (mülki cavabdeh) (Qəhrəmanov) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Samux rayonu, Kolayır kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, (Qəhrəmanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçılar (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 cavabdeh (təqsirləndirilən şəxs) (Qəhrəmanov) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddialarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: (Qəhrəmanov) Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat müqabilində Azərbaycan Respublikası Kənd Təsərrüatı Nazirliyinin Gəncə şəhərində yerləşən Bitkiçilik və X29 İnstitunda laborant işinə düzəldəcəyi barədə yalan vədlər verib inandırmaqla 10 iyul 2016-cı il tarixdə saat 16 radələrində həmin institutun inzibati binasında Şahid4 ilə görüşüb sonuncudan 1080 (min səksən) manat pulu nəğd şəkildə alaraq ələ keçirməklə ümumilikdə 1080 (min səksən) manat pul vəsaitini etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs3 qonşusu Zərərçəkmiş şəxs4 sonuncunun əri Şahid3 1800 (min səkkiz yüz ) manat pul müqabilində Gəncə şəhər Aqrar universitetinə mülki mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 03 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Gəncə şəhəri, X42 prospekti 2-ci dalan, ev 31-də yerləşən ünvanında Ruhiyyə Məmmədovadan nəğd şəkildə 1800 manat almaqla ümumilikdə 1800 (min səkkiz yüz) manat pul vəsaitini etibardan suiistifadə və ya aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs3 1000 (min) manat pul müqabilində sonuncunun tanışı X1 Göygöl rayonunda yerləşən məktəblərdən birinə laborant kimi işə düzəldəcəyini bildirərək 1000 manat pulu 2022-ci ilin payız aylarında dəqiq günü istintaqla müəyyən edilə bilməyən tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Gəncə şəhəri, X42 prospekti 2-ci dalan, ev 31-də sonuncudan almaqla eyni zamanda 400 (dörd yüz) manat pul müqabilində sonuncunun qohumu X4 Gəncə şəhər Heydər Əliyev adına parka süpürgəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 400 (dörd yüz) manat pulu 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 yaşadığı Gəncə şəhəri, X42 prospekti 2-ci dalan, ev 31-də sonuncudan almaqla ümumilikdə Zərərçəkmiş şəxs3 1400 (min dörd yüz) manat pul vəsaitini etibardan suiistifadə və ya aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat pul müqabilində qızı Nərmini labroant kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandırmaqla 500 manat pulu qızının şəxsiyyət vəsiqəsi və diplomlarının surəti ilə birlikdə nəğd şəkildə 13 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində Azərittifaq deyilən yerdə sonuncudan aldıqdan sonra zəng edərək işin həll olunduğunu, qızını Samux rayonunda yerləşən məktəblərdən birinə laborant kimi işə çağıracaqlarını bildirərək vahid niyyətlə əhatə olunan davamlı qəsdlə pulu tam şəkildə verməli olduğunu bildirib pulun qalan hissəsini istəmiş, 1000 manat pulu 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs3 yaşadığı Gəncə şəhəri, X42 prospekti 2-ci dalan, ev 31-də sonuncunun kürəkəni Zərərçəkmiş şəxs5 almaqla ümumilikdə Zərərçəkmiş şəxs5 1500 (min beş yüz) manat pul vəsaitini etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Zərərçəkmiş şəxs1 1000 (min) manat öncədən vermək şərti ilə ümumilikdə 2500 (iki min beş yüz) manat qarşılığında Gəncə Aqrar Universitetində kitabxanaçı işinə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 2023-cü ilin fevral ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Üçbulaq adlanan yerdə sonuncunun tanışı Şahid1 vasitəsilə göndərdiyi 500 (beş yüz) manat nağd pulu aldıqdan sonra, vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 29 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Göygöl rayonu Balçılı kəndində yerləşən “Balçılı Market”də quraşdırılmış "xxxx" MMC-yə aid 17012 nömrəli “Milli Ön” ödəmə terminalı vasitəsilə "xxxx" ASC-də Şahid2 adına rəsmiləşdirilmiş, həmin vaxt özünün istifadəsində olan 416973*******3013 nömrəli hesaba köçürdüyü 500 (beş yüz) manat pulu nağdlaşdırıb ələ keçirməklə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (min) manat pul vəsaitini etibardan suiistifadə və ya aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş (Qəhrəmanov) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sarvan ona yoldaşını Aqrar universitetində kitabxanaya işə düzəltməyə görə 500 manat pul göndərmişdir. Onun yoldaşının adı X19 olmuşdur. 500 manatı isə Amildən Sərvandan pul almadan 5-6 ay qabaq sosial yardım düzəltmək üçün almış, sonradan o Sarvana kartı atdıqdan sonra Sarvan ona Amilə pul verəcəyini demiş, o isə pulu Amilin özündən almışam və Amilin özünə də verəcəyini, Amilə isə ondan 500 manat pul almasını onuda özünə verəcəyini bildirmişdir. Sarvanın işində proses bu şəkildə getmişdir. Sarvan 500 manat pulu 2023-cü ildə bacısı oğlunun kartına göndərmişdir. Həmin məbləğdən 500 manatı Sarvanlıq deyil, onun 500 manat borcu Amilədir. Sarvana olan 500 manatdan 170 manatını qaytarmışdır. Hazırda 330 manat durur. Digər 500 manat pulun Sarvana aidiyyəti yoxdur. 500 manat Amilə borcu vardır. Türkanın işində Ehtibarın nənəsi gəlmiş və onun Kəpəz polisində pulu ödənmişdir. 2016-cı ildə Etibar ona 1080 manat pul vermiş və Kəpəz polisində nənəsi gəlmiş, yaşlı qadın olmuş və 1080 manat pul tam ödənilmişdir. Türkandan pulu 2016-cı ildə almışdır. Türkanı müəyyən bir işlə təmin etmək üçün 1080 manat pul almışdır. Türkanın pulunu istintaq vaxtı Kəpəz şöbəsində polis onu çağırarkən, hazırkı cinayət işi başlanmamışdan qabaq ödəmişdir. Türkanın pulunu nə vaxt ödənilməsini dəqiq xatırlamır, lakin tam şəkildə ödəmişdir. Pulu zərərçəkmiş şəxs Ehtibara ödəmişdir. Ehtibara pulu 2016-ci il tarixdə ödəmişdir. Ehtibara pulu ödəsə də ona pulun ödənilməsi barədə ərizə verməmişdir. Ruhiyyədən 1800 manat pul almışdır. Belə ki, Maral xanıma pul lazım olmuş və Maral xanım ona yaxın adam olmasını və ondan pul almağın mümkün olmasını bildirmişdir. Pulu gətirəndən sonra Ruhiyyə ona yoldaşını işə düzəltməsini demiş, o isə pulu ondan borc almasını, ama işə düzəltmək lazımdırsa onu tətbiq edə biləcəyini bildirmişdir. Sonra Ruhiyyə ona yoldaşının başqa yerdə işləməsini və onu işə düzəltməsini demiş o isə kömək edəcəyini demişdir. Onları Ruhiyyə ilə Maral xanım tanış etmişdir. Həmin pulun hamısı ona çatmayacaqdı, belə ki Maral xanım ona pul lazım olmasını və tanış adam olmasını çağıra biləcəyini demiş, o isə Maral xanıma çağırmasını demiş, həmin məbləğin 500 manatını isə Maral xanıma vermişdir. Maral xanım ona da özünə də pul lazım olmasını və Ruhiyyədən ala biləcəyini bildirmişdir. Maral xanımın tanışı olduğu üçün Ruhiyyə ona 1800 manat borc vermişdir. Maral xanım Ruhiyyəni çağırıb onları tanış etmişdir. 1800 manat pulun 500 manatını Maral xanıma vermiş, həmin məbləği 2023cü ildə almışdır. Ona pulu Ruhiyyə vermiş və borc məqsədi kimi qol çəkmişdir. Ruhiyyənin ərini tanımamışdır. Pulu ona Ruhiyyə və əri Rövşən vermiş, ona pulu borc kimi vermişlər və Ruhiyyə pulu qaytarmasa yoldaşını işə düzəltməsini bildirmiş, o isə Aqrar universitetdə mühafizəçi düzəltməli olmuşdur. Həmin yerdə bağban yeri olmuş, lakin Rövşən başqa yerdə işlədiyindən həmin işə razı olmamışdır. O həmin vaxt 1800 manat almış və həmin puldan 500 manatını Maral xanıma vermişdir. Maral xanım ona 500 manat verməsini və sonra qaytaracağını bildirmiş, lakin hələdə qaytarmamışdır. O, Maraldan 1400 manat deyil 500 manat pul almışdır. Həmin məbləğin borc kimi verilməsi barədə hər ikisi qol çəkmişlər. Maraldan 500 manat pulu 2022-ci ilin noyabr ayında almışdır. Orxandan 500 manat pul almış və həmin məbləğdən 200 manat ödəmişdir. Maral xanım kürəkənindən 1500 manat pul almış və onu özünün boynuna götürməsini demişdir. Orxan ona 500 manat pulu yoldaşının işi ilə bağlı vermişdir. Həmin məbləğdən 200 manatını qaytarmışdır. O zərərçəkmiş şəxslərdən 1800 manat, 500 manat və 500 manat almışdır. X2 görə 2022-ci il payızında Maral xanım ona 1400 manat pul verməmişdir. Orxanla bağlı Maral ona 1500 manat verməmiş, 500 manat vermişdir. Orxan ona yoldaşını işə düzəltmək üçün 500 manat pul vermiş və həmin məbləğin 200 manatını qaytarmışdır. Orxan ona həmin məbləğdə pulu 2023-cü ilin noyabr ayının sonunda vermişdir. Sarvan ona 500 manat pul vermiş, 500 manat isə onun dostu Amilə borcu vardır. Sarvan 500 manat pulu onun bacısı oğlu Aminin kartına atmışdır. O pensiyaya çıxmışdır və aldığı pulları ödəməyə razıdır. Ruhiyyədən 1800 manat pulu borc məqsədilə almış və həmin puldan 500 manatını Marala vermişdir. Ruhiyyədən borc məqsədilə pul alması barədə kağız yazılmış və onun hər ikisi imza etmişdir. Ruhiyyə pulu qaytarmasa yoldaşını işə düzəltməsini bildirmiş, o isə Aqrar universitetdə mühafizəçi düzəltməli olmuşdur. Həmin yerdə bağban yeri olmuş, lakin Rövşən başqa yerdə işlədiyindən həmin işə razı olmamışdır. Ruhiyyədən 1800 manat pulu Maralgilin evində almışdır. Ruhiyyənin yoldaşından şəxsiyyət vəsiqəsinin sürətini onu bağban kimi düzəltmək üçün götürmüşdür. Maralın kürəkənindən 500 manat pulu onun yoldaşını işlə təmin etmək üçün almışdır. Həmin işlə əlaqədar 500 manat pulu Maral əlavə vermişdir. Maraldan əlavə 500 manat borca pul almışdır. Orxan 500 manat pulu işlə bağlı vermişdir. Özünü təqsirli bilmir. Pensiyaya çıxmış və zərərçəkmiş şəxlərin borclarını artıqlaması ilə qaytaracaqdır. Sarvandan və Orxandan 500 manat alması ilə bağlı özünü qismən təqsirli bilir və bu inzibati məsuliyyət yaradır. Ehtibardan aldığı pul üzrə özünü təqsirli bilmir və həmin məbləği tam şəkildə qaytarmışdır. Məhkəmədən onun 66 yaşının olmasını, himayəsində az yaşlı uşağının olmasını, zərəri qismən ödənilməsini və zərəri ödəmək istəməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 2 il qabaq avtobusla gedən zaman həmin avtobusa Təqsirləndirilən şəxs olmuşdur. O, tanışları ilə söhbət edən zaman Təqsirləndirilən şəxs onların söhbətlərinə müdaxilə eləmiş və onlara işlərini həll edə biləcəyini bildirmişdir. O, fikir vermişdir ki, Təqsirləndirilən şəxs inandırıcı danışır və ondan harada işləməsini maraqlanmış və qızının işə düzəlmək üçün imkanı olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona Aqrarda işlədiyini və qızını işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, onun əli təhsilə çatır Anar və İqbal müəllimlərlə tanışlığı vardır. Onlar aralaşanda bir-birlərinin telefon nömrələrini götürmüşlər. Aradan 2-3 ay keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş və görüş təyin etmişdir. Onlar göşükdükdə Təqsirləndirilən şəxs ona qızını laborant düzəldə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs dediklərini kürəkəninə demiş və onlar görüşüb danışıq aparmışlar. Təqsirləndirilən şəxs onlara qızının işini 1500 manata düzəldə biləcəyini bildirmiş, onlar Təqsirləndirilən şəxs ilə razılaşmışlar və Təqsirləndirilən şəxs qızının sənədlərinin surətlərini götürmüşdür. Aradan bir neçə gün keçmiş qabağına qonşusu X7 çıxmış və Ruhiyyə söhbət əsnasında ona ərinə iş axtarmasını demiş, həmin vaxt Ruhiyyəyə onun Təqsirləndirilən şəxs adlı bir tanışının olmasını, onun Aqrarda işlədiyini və onların işinə kömək edə biləcəyini demişdir. Bir neçə gün sonra onlar görüş təyin etmiş və görüşmüşlər. Təqsirləndirilən şəxs Ruhiyyə gilin işini 1800 manata həll edə biləcəyini bildirmiş, Ruhiyyə onunla razılaşaraq ona 1800 manat vermiş, lakin Təqsirləndirilən şəxs onların işlərini həll etməmişdir. Onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlasalar da Təqsirləndirilən şəxs onlara yalan vədlər vermişdir. Əlavə olaraq bildirdi ki, O, Təqsirləndirilən şəxs qızını laborant düzəltmək və Zülfiyəni Balçılıya dalandar (süpürgəci) düzəldmək üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan Zülfiyənin işinə görə 1000 manat və Məlekənin işinə görə 400 manat pul almışdır. Məleykə onun gəlinidir. Məleykənin əvəzinə pulu o vermişdir. Təqsirləndirilən şəxs ilə qızının işini 1500 manata danışmışdır. Həmin işə görə Təqsirləndirilən şəxs 500 manatı 2022-ci ilin oktyabr ayında vermiş və 7-8 ay sonra Təqsirləndirilən şəxs qalan 1000 manatı vermişdir. O, Təqsirləndirilən şəxs 500 manatı verəndən sonra Təqsirləndirilən şəxs ona işin alınmasını, qızının Samux rayonunda 2 nömrəli məktəbə laborant düzəlməsini və qalan 1000 manatıda verməli olmasını bildirmiş və o da vermişdir. O, həm 500 manatı həm də 1000 manatı Təqsirləndirilən şəxs öz evində vermişdir. Zülfiyyə ilə Məleykə Təqsirləndirilən şəxs tanımırlar, onların işini o danışmışdır. O, Təqsirləndirilən şəxs 2022-ci ildən tanıyır və onlar avtobusda tanış olmuşlar. Onlar tanış olan vaxt Təqsirləndirilən şəxs ona Aqrarda işləməsini bildirmişdir. Onlar tanış olduqdan təxminən 1- 2 ay sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq qızının işini 1500 manata həll edə biləcəyini, yəni qızını laborant düzəldə biləcəyini bildirmiş və o Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona təhsildə işləyən Anar və İqbal müəllimlə tanış və qardaş olmasını, onların vasitəsi ilə işlərini həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qızının işi düzələndən sonra 400-500 manat maaş alacağını bildirmişdir. Təqsirləndirilən şəxs onlara qızının işi ilə bağlı lazım olacaq sənədlərin sihahısını demiş və onlar həmin sənədlərin surətini Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs onun qızını görməmişdir. Təqsirləndirilən şəxs işlə bağlı sənədləri və pulları öz evində vermiş, həmin zaman kürəkəni yanında olmuşdur. Təqsirləndirilən şəxs onların işini 2-3 aya həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs zəng vuran vaxt, Təqsirləndirilən şəxs onların işini danışmasını və işin həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə Ruhiyyəni o tanış eləmiş və onlar onun evində görüşmüşlər. Təqsirləndirilən şəxs Ruhiyyəyə onun ərini 1800 manata işə düzəldəcəyini demiş və onlar razılaşmışlar. Təqsirləndirilən şəxs Zülfiyyənin staj məsələsini 1000 manata həll edəcəyini bildirmişdir. Zülfiyyə onun dayısının qohumudur. O, Təqsirləndirilən şəxs pulları öz evində vermişdir. Onların aralarında 500 manata dair qəbz olmuş, lakin həmin qəbzi itirmişdir. Həmin qəbzdə onun Təqsirləndirilən şəxs 500 manat pul verməsi və Təqsirləndirilən şəxs həmin 500 manatı alması yazılmışdır. Qəbzin mətni dediklərindən ibarət olmuşdur. Həmin qəbzələr iki nüsxədə olmuş biri onda digəri Təqsirləndirilən şəxs qalmış, lakin onda olan qəbzi itirmişdir. Aralarında olan 500 manata dair qəbzi polisə müraciət etməzdən qabaq yazdırmış, həmin 500 manat verərkən qəbz yazılmışdır. Təqsirləndirilən şəxs ona 2650 manat ödənilməmiş ziyan məbləği vardır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zülfiyyə xanım onun dayısı qızının qonşusudur və onu bağçaya işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul vermiş, həmin məbləği Zülfiyyəyə o qaytarmışdır. Məhkəmədən zərərin ödənilməsini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməyib, hazırda ondan şikayətçidir və odur ki, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi, mülki iddianın təmin olunması və ona dəymiş ziyan ödənilməsə təqsirləndirilmiş şəxsə qarşı ən ağır cəza verilməsini istədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında qaynanası Zərərçəkmiş şəxs3 ona zəng vuraraq onun Aqrarda işləyən Təqsirləndirilən şəxs adlı tanışı olmasını və onun arvadını işə düzəldə biləcəyini bildirmiş, o isə qaynanası Marala “siz inanıb ona güvənirsizsə mən razıyam” demişdir. Qaynanası Maral ona zəng vurmuş və evinə dəvət etmiş, qaynanası Maralgilə gələndən sonra təxminən 30 dəqiqə keçdikdən sorna Təqsirləndirilən şəxs gəlmiş və onlar söhbət etmişlər. Onlar söhbət edərkən Təqsirləndirilən şəxs İqbal adlı şəxsin adını çəkmiş, onu şirin dilə salmış və işi həll edəcəyini bildirmiş, lakin ona yenədə tam inanmamış və qaynanası Maral ona “narahat olma mənlikdi, Təqsirləndirilən şəxs elə belə adama oxşamır, o bizi aldatmaz” demiş və o qaynanası Marala inanmışdır. Onlar razılaşmışlar və Təqsirləndirilən şəxs 500 manat pul vermiş, iş 2 aya düzəlməli olmuş, lakin Təqsirləndirilən şəxs işi alındırmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə zəng vuraraq işin alınıb-alınmamasını maraqlanmış və iş düzəlmirsə pulun geri qaytarmasını demiş, lakin Təqsirləndirilən şəxs pulu qaytarmamış və iş gəlib məhkəməyə çıxmışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ilə bir dəfə qaynanası Maralın evində görüşmüş və orada Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. O, qaynanası Maralın evinə gedən zaman özü ilə 1000 manat götürmüş, 500 manatı Təqsirləndirilən şəxs vermiş, qalan 500 manat isə qaynanası Maralın özündə qalmışdır. Qaynanası Maral ona “500 manat məndə qalsın, birdən gələcəkdə işə görə lazım olar” demişdir. Bir müddət sonra qaynanası Maral ona zəng vurmuş və 1000 manat lazım olduğunu bildirmiş, qaynanası Maralda ilk dəfə verdiyi 500 manat olmuş və əlavə olaraq 500 manatı da qaynanası Marala gətirib vermiş və qaynanası Maralda 1000 manat pul olmuşdur. Qaynanası Marala verdiyi 1000 manatı o olmadan Maral Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs əlbə-əl 500 manat vermiş, 1000 manatı qaynanası Marala ondan ötrü vermişdir ki, qaynanası Maral həmin pulu Təqsirləndirilən şəxs versin. Qaynanası Maral onu inandırmışdır ki, Təqsirləndirilən şəxs onların işi həll edə bilən insandır. O, qaynanası Marala inanaraq Təqsirləndirilən şəxs pul vermişdir. 13 oktyabr 2022-ci il tarixdə qaynanası Maral ona zəng vuraraq onun evinə gəlməsini və Təqsirləndirilən şəxs adlı şəxslə danışıq aparmasını demiş və onlar razılaşaraq orada Təqsirləndirilən şəxs 500 manat vermişdir. Qaynanası Maralın evinə tək getmiş, onun evinə çatan zaman Təqsirləndirilən şəxs orada olmamış, Təqsirləndirilən şəxs ondan təxminən 30 dəqiqə sonra gəlmişdir. Qaynanası Maral onu öz kürəkəni kimi Təqsirləndirilən şəxs təqdim etmiş və müharibə iştirakçısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun müharibə iştirakçısı olduğuna görə arvadını daha asanlıqla işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona onların işini 1500 manata həll edəcəyini bildirmiş və o, qaynanası Marala görə razılaşmışdır. O, qaynanası Maralın evində Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs 500 manat verəndən təxminən 5-6 ay sonra işin alınmadığı səbəbindən o Təqsirləndirilən şəxs onları aldatmasını başa düşmüşdür. O, Təqsirləndirilən şəxs ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış və hər dəfə Təqsirləndirilən şəxs yalan vədlər verərək işin həll olunacağını bildirmişdir. Onların işləri alınmadığı üçün pulun geri qaytarılmasını Təqsirləndirilən şəxs tələb etmiş, lakin o qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 1500 manat tələb edir. 2022ci ilin oktyabr ayında qaynanası Maralın evində görüş zamanı Təqsirləndirilən şəxs onların işini 1500 manata həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara onun arvadını 1500 manata laborant düzəldəcəyini demişdir. O, Təqsirləndirilən şəxs ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış və hər dəfə Təqsirləndirilən şəxs yalan vədlər verərək işin həll olunacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışaraq, ondan arvadını işə düzəltmək üçün verdiyi 1500 manatı geri qaytarmasını tələb etmiş, onun üstünə düşəndən sonra Təqsirləndirilən şəxs ona pulu qaytaracağını demiş, lakin Təqsirləndirilən şəxs heçnə qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışaraq qaynanası Maraldan götürdüyü pulların da qaytarılmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməyib, hazırda ondan şikayətçidir və odur ki, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi, mülki iddianın təmin olunması və ona dəymiş ziyan ödənilməsə təqsirləndirilmiş şəxsə qarşı ən ağır cəza verilməsini istədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2022-ci ildə noyabr ayında işdən evə gələn zaman yolda Zərərçəkmiş şəxs3 görmüşdür. Zərərçəkmiş şəxs3 onun qonşusudur. Onlar yolda rastlaşan vaxt Maral ona Təqsirləndirilən şəxs adlı bir tanışı olmasını və öz qızını Təqsirləndirilən şəxs vasitəsi ilə işə düzəltməsini bildirmiş, o isə Zərərçəkmiş şəxs3 ərinə ikinci bir iş kimi iş axtarmalarını bildirmişdir. Belə ki, onun əri maşın ustasıdır və gəliri az olduğu üçün ikinci iş lazım olmuşdur. Zərərçəkmiş şəxs3 ona əgər istəyirsə onları Təqsirləndirilən şəxs ilə görüşdürə biləcəyini bildirmiş və o isə razılaşmışdır. Birinci səfər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 evində görüşmüşlər, həmin görüşə tək getmiş və Təqsirləndirilən şəxs ilə söhbət edərkən Təqsirləndirilən şəxs çox inandırıcı danışmışdır. Onlar aralaşandan sonra evdə olarkən əri ilə danışmış və Təqsirləndirilən şəxs ona dediklərini söyləmişdir. İkinci səfər Zərərçəkmiş şəxs3 evində Təqsirləndirilən şəxs ilə görüşə gedən zaman əri ilə getmiş və Təqsirləndirilən şəxs onlara onun ərini universitetdə mühafizəçi düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onların imkanlarının zəyif olması, ailədə yegənə qazanc gətirən adam onun olmasını, oğlunun hazırda əsgərlikdə olmasını, pulu verəsi olsa bankdan kredit götürərək verəcəyini və bu işin 1 aya həll olacaqsa razılaşacağını bildirmiş, Təqsirləndirilən şəxs onlardan işin həll olunmasına görə 2000 manat istəsədə 1800 manata razılaşmışlar və Təqsirləndirilən şəxs onların işini 1 aya həll etməyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində 1800 manat pulu Zərərçəkmiş şəxs3 evində əlbəəl vermiş, Təqsirləndirilən şəxs pulu verən zaman orada o, əri və Zərərçəkmiş şəxs3 olmuşdur. Təqsirləndirilən şəxs işi 1 aya həll edəcəyinə söz versə də işilərini həll etməmişdir. Onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan vaxt Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onların işlərini uzatmış və pullarını qaytarmamışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs 1800 manat pulu Zərərçəkmiş şəxs3 evində əlbəəl vermiş, Təqsirləndirilən şəxs pulu verən zaman orada o, əri və Zərərçəkmiş şəxs3 olmuşdur. Təqsirləndirilən şəxs onlardan 1800 manat alaraq qəbz yazmış və həmin qəbzdə 1800 manat götürmüş pulu borc kimi qeyd etmişdir. Hazırda onun əri fəhlə işləyir, lakin həmin dövrdə maşın ustası işləyirdi. Birinci səfər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 evində görüşmüş, həmin vaxt tək getmiş və orada o, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs olmuşlar. Həmin görüş zamanı heç kimə pul verməmiş, yalnız söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona adamları işə düzəltməsini və onun ərini də işə düzəldə biləcəyini bildirmiş, lakin həmin günü onlar heç bir razılığa gəlməmişlər. Onlar aralaşdıqdan sonra o, evə getmiş, əri ilə məsləhətləşmiş və təkrar Zərərçəkmiş şəxs3 evində görüşmüşlər. Onun əri bilmişdir ki, onlar onu Təqsirləndirilən şəxs vasitəsi ilə mühafizəçi işinə düzəldəcəklər. Təqsirləndirilən şəxs onlardan işin həll olunmasına görə 2000 manat istəsə də, 1800 manata razılaşmış və Təqsirləndirilən şəxs onların işi 1 aya həll etməyinə söz vermişdir. Təqsirləndirilən şəxs onlardan hərbi bilet və doğum sənədi istəmişdir. Onun ərini işlə bağlı heç bir yerə çağırmamışlar. Təqsirləndirilən şəxs verilən pulu bankdan kredit götürərək vermişdir. Təqsirləndirilən şəxs 1800 manatı bir dəfəyə vermiş və pulu verən vaxt o, əri və Zərərçəkmiş şəxs3 olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, pulunu tələb edir və onun azadlıqda olmağına razı deyil. İbdidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Marala pul verməsini görməmişdir. Məhkəmədən zərərin ödənilməsini və təqsirləndirilən şəxsə cəza verilməsini, onun tutulmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməyib, hazırda ondan şikayətçidir və odur ki, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi, mülki iddianın təmin olunması və ona dəymiş ziyan ödənilməsə təqsirləndirilmiş şəxsə qarşı ən ağır cəza verilməsini istədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs Yahya oğlu işə düzəltmək adı ilə ondan 1000 manat pul almış, lakin həmin iş alınmamışdır. Hazırda ona cəmi 160 manat pul qaytarmış, lakin 840 manat borc qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs dostu Amilin vasitə ilə tanımışdır. Amil ona Təqsirləndirilən şəxs adlı bir şəxsin adamları işə düzəltməsini bildirmiş və o razılaşmışdır. Səhv etmirsə Təqsirləndirilən şəxs onu Aqrar universitetinə mühafizəçi düzəltməli idi. Daha sonra 500 manatı onun kartına atmış, digər 500 manatı isə dostu Amil ona vermişdir. Əlavə olaraq bildirdi ki, hazırda ona cəmi 160 manat pul qaytarmış, lakin 840 manat pul qaytarılmamış və pulunun geri qaytarılmasını istəyir. Təqsirləndirilən şəxs onu Aqrar universitetinə mühafizəçi düzəltməli olmuşdur. Təqsirləndirilən şəxs dostu Amil vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs heç bir məlumatı olmamış və Təqsirləndirilən şəxs kimisə belə işə düzəltməyini eşitməmişdir. Təqsirləndirilən şəxs 1000 manat vermiş və onun müqabilində Təqsirləndirilən şəxs onu 500 manat maaş alacağı işə düzəltməli olmuşdur. Həmin vaxtı hərbidə gizir işləmiş və maaşı 1100 manat olmuşdur. Onun işini 2500 manata danışmışlar, lakin ilkin olaraq ondan 1000 manat istəmişdir. O, işə düzəlmək üçün Təqsirləndirilən şəxs heç bir sənəd təqdim etməmişdir. O, Təqsirləndirilən şəxs ilə yalnız telefon vasitəsi ilə əlaqə saxlamış və birinci səfər onun üzünü Polis Şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs 500 manat pulu “Million” terminal vasitəsi ilə kartına atmış, digər 500 manatı dostu Amilə vermiş və Amil Təqsirləndirilən şəxs ilə görüşərək həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs atdığı 500 manatın qəbzini polisə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona 840 manat verəcəyi var və Təqsirləndirilən şəxs onun pulunu ödəsə şikayətçi olmayacaq. Təqsirləndirilən şəxs birinci səfər pulu 2024-cü ilin may və iyun ayında vermişdir. Birinci səfər 500 manatı dostu Amilə vermiş və Amil Təqsirləndirilən şəxs ilə görüşərək həmin 500 manatı ona vermiş, ikinci səfər isə 29 iyul tarixdə 2023-cü il tarixdə 500 manat pulu “Million” terminal vasitəsi ilə Təqsirləndirilən şəxs dediyi karta göndərmişdir. 1000 manat puldan onlara cəmi 170 manat ödənilmişdir. Pulu ödənilərsə Təqsirləndirilən şəxs şikayətçi olmaz. Ona dəymiş zərər ödənilməmiş, lakin şikayətçi deyil və təqsirləndirilən şəxsin tutulmasını istəmir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, məhkəmə iclaslarında səhəti ilə əlaqədar iştirak edə bilməyəcək, ona dəyən maddi ziyanın sadəcə 80 manatı ödənilmiş, təqsirləndirilən şəxsə ağır cəza verilməsinə etiraz etmir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində 18 aprel 2017-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş mərhum X20 ifadəsində göstərmişdir ki, qaynanası X17 X10 barəsində və Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində etmiş olduğuu şikayət ərizəsi əsasında bildirir ki, 2016-cı ilin iyul ayının əvvəlllərində Şahid4, onun bacısı Dilbərin vasitəsi ilə tanımışdır. Belə ki, qızı Türkanı işə düzəltmək istədiyi zaman Dilbərin işə düzəldə biləcək tanışları olmasını bilmişdir. Həmin ərəfədə o Dilbərin qardaşı Şahid4 tanımışdır. Məhərrəm söhbət zamanı ona 2000 manat qarşılığında qızı Türkanı Gəncə şəhər X26 laborant kimi işə düzəldə bilər. Məhərrəm həmin institutunn Təqsirləndirilən şəxs adlı müdirinin tanışı olduğunu və həmin müdir vasitəsi ilə qızını işə düzəldə biləcəyini dedikdə onunla razılaşmışdır. 2016-cı ilin iyul ayında Məhərrəmlə Gəncə şəhər Univermağının qarşısında görüşmüş, həmin yerə Məhərrəm tək gəlmişdir. O özündə olan 1080 manat pulu Məhərrəmə verərək qalan 1000 manat pulu iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra qızı Türkanı institutla tanış etmək üçün onunla birlikdə instituta getmişlər. Binanın içərisində institutun müdiri olmasını bildiyi Təqsirləndirilən şəxs tapmış və özünü təqdim etdikdə Təqsirləndirilən şəxs onu tanıdığını Məhərrəmə verdiyi pulun ona çatmasını bildrərək qızını qısa müddət ərzində instituta baş laborant kimi işə düzəldəcəyinə söz verərək qızının işə düzəldikdən sonra 350 manat əməkhaqqı alacağını bildirmiş və onun mobil nömrsini götürmüşdür. Bundan sonra oradan ayrılaraq evinə getmişdir. Həmin günün axşamı Təqsirləndirilən şəxs özü onun istifadə etdiyi mobil nömrəyə zəng edərək Bakı şəhərinə gedəcəyini deyib ondan 500 manat məbləğində pul istəyərək ona verəcəyi 1000 manat puldan çıxacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs pulu olmadığını bildirib verə blməyəcəyini demişdir. Aradan bir neçə həftə keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona vermiş olduğu vədə əməl etməyərək qızı Türkanı işə düzəltməmiş, bundan sonra o dəfələrlə Məhərrəmdən və Təqsirləndirilən şəxs pulunu geri tələb etsə də onlar müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışlar. Sonradan onun qaynanası X28 xx.xx.2017-ci il tarixdə Məhərrəmin bacısı Dilbərin işlədiyi 41 saylı orta məktəbə gedib orada Dilbərdən pulu geri qaytarmalarını tələb etdikdə Dilbərin onunla mübahisə etmiş və onu döymüş, buna görə qaynanası əsəbləşib ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun qonşusudur. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs adlı bir tanışı olmasını və onun adamları işə düzəltməsini demişdir. Həmçinin onu AqrarUniversitetə mühafizəçi düzəldə biləcəyini demiş və onlar razılaşaq görüş təyin etmişlər. Onlar Zərərçəkmiş şəxs3 evində Təqsirləndirilən şəxs ilə görüşmüşlər və Təqsirləndirilən şəxs 2-3 aya onu işə düzəldə biləcəyini bildirmiş, lakin artıq 3-4 il üstündən keçmiş və iş alınmamışdır. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onu universitetə mühafizəçi düzəltməli idi. O, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 evində görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs ona narahat olmamasını bildirmiş və onu işə düzəltməyə görə 1800 manat istəmiş və o razılaşmışdır. Təqsirləndirilən şəxs söz vermişdir ki, 1 aya onu işə düzəldəcək. Təqsirləndirilən şəxs 1800 manat pulu Zərərçəkmiş şəxs3 evində danışıqları olan bütöv şəkildə vermişdir. Təqsirləndirilən şəxs ondan götürülmüş 1800 manatı qaytarmamışdır. Zərərçəkmiş şəxs X7 onun yoldaşıdır. Təqsirləndirilən şəxs Maralla danışmışdır ki, onu mühafizəçi düzəldəcək. Təqsirləndirilən şəxs pul verən zaman o, avtomobil təmirində işləmiş, lakin hazırda heç bir yerdə işləmir. Onun aylıq gəliri 300-400 manat olmuşdur. Təqsirləndirilən şəxs ona mühafizəçi olaraq əmək haqqının 400 manat olacağını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs 1800 manatı bir dəfəyə vermişlər. Təqsirləndirilən şəxs onlardan 1800 manatı alaraq qəbz yazmış və həmin qəbzdə onlardan aldığı 1800 manatı borc kimi göstərmişdir. Həmin qəbzi yoldaşı Ruhiyyə imzalamışdır. Təqsirləndirilən şəxs onlara olan borcunu tam ödəsə şikayətçi olmayacaqlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 evində görüşmüşlər və orada Təqsirləndirilən şəxs 1800 manat bir dəfəyə pul vermişlər. Pulu yoldaşı Ruhiyyə vermişdir. Onlar Təqsirləndirilən şəxs 1800 manat pulu Zərərçəkmiş şəxs3 evində vermişlər və orada o, yoldaşı Ruhiyyə, Maral və Təqsirləndirilən şəxs olmuşlar. Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün 2000 manat istəmiş, lakin onlar 1800 manata razılaşmışlar. Təqsirləndirilən şəxs onu Aqrar universitetinə mühafizəçi düzəltməli olmuşdur. Təqsirləndirilən şəxs pulu verəndən təxminən 2-3 ay sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzdur və onları aldatmışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs başqa işlərlə bağlı nə qədər pul verilməsindən xəbəri yoxdur. Zərərçəkmiş şəxs3 öz qızını Təqsirləndirilən şəxs vasitəsi ilə işə düzələcəyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sarvan və Təqsirləndirilən şəxs müəllim onun vasitəçiliyi ilə Gəncə şəhərində tanış olmuşlar. Onlar Gəncədə işə düzəltməklə bağlı 1000 manat məbləğində pula razılaşmışlar. Belə ki, Təqsirləndirilən şəxs Sarvanı Gəncədə kitabxanada işə düzəltməli olmuş, lakin hadisədən uzun müddət keçdiyindən tarixi yadında deyil. Bildiyi qədər ilə Təqsirləndirilən şəxs Sarvanı Aqrar universitetində işə düzəldəcəkdi. O, Gəncədə Təqsirləndirilən şəxs 500 manat məbləğində pulu nağd olaraq vermişdir. Pulu verdiyi gün yadında deyil lakin axşam tərəfi olmuşdur. 500 manatı isə yaşadıqları yerdə Sərvan ilə yoldaşlı gedərək Göygöl rayonu Balçılı kəndinin ayağında olan Bankomat vasitəsilə kart vasitəsilə vurmuşlar. 500 manat pulu isə Gülüstanda şəxsən özü Təqsirləndirilən şəxs vermişdir. Əlavə olaraq bildirdi ki, işi 2500 manata danışmışlar, 1000 manat əvvəlcədən verilmişdir. Həmin vaxt 2023-cü il olardı. Lakin dəqiq tarixi xatırlamır. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs işin 1 aya hazır olacağını və hər şeyin düzələcəyini bildirmiş, lakin sonra müddəti uzadaraq işi düzəltməmişdir. Onlar Təqsirləndirilən şəxs cəmi 1000 manat pul vermişlər. 500 manatı əlbə-əl olaraq Gülüstanda o vermiş, digər 500 manatı isə kart vasitəsilə vermişlər. Təqsirləndirilən şəxs pul verərkən heç bir sənəd verməmişlər. 500 manatı Təqsirləndirilən şəxs o vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə o özü danışmış, Təqsirləndirilən şəxs dostu vasitəsi ilə tanımışdır. Dostu elektrik ustasıdır, onların kəndində qalır və hardasa iş yerində Təqsirləndirilən şəxs ilə tanışlıqları olmuş, ona həmin dostu Təqsirləndirilən şəxs haqda demiş sonra isə o özü Təqsirləndirilən şəxs zəng etmiş və işi danışıb razılaşmışlar. Təqsirləndirilən şəxs tanıdığı uzun müddət olmamış 15 gün olmuş və Təqsirləndirilən şəxs hansısa universitetdə müəllim kimi tanımışdır. O, Təqsirləndirilən şəxs bu işlərlə məşğul olması və kimisə işə düzəltməsi barədə eşitməmiş, dostunun sözü ilə Təqsirləndirilən şəxs bu işlərlə məşğul olmasını bilmişdir. Təqsirləndirilən şəxs ilə danışan vaxt o, işə ehtiyyacı olan bir adam olmasını və onu necə işə qoya biləcəklərini soruşduqda Təqsirləndirilən şəxs ona Aqrar universitetində iş yerləri olmasını bildirmişdir. Dostu ali təhsilli olmamışdır. Təqsirləndirilən şəxs onun dostunu kitabxana işinə düzəldəcəyini bildirmiş, lakin işlə bağlı ətraflı danışmamışdır. Təqsirləndirilən şəxs onlardan heç bir sənəd tələb etməmişdir. Gülüstanda 500 manat pulu Təqsirləndirilən şəxs vermiş, həmin vaxt onlar ikisi olmuşlar. Təqsirləndirilən şəxs 1 aya hər şeyin həll olunacağını bildirmiş və maaşın 400-500 manat olacağını bildirmişdir. Bu barədə dostuna da bildirmiş, pulu özündən vermiş və daha sonra isə gəlib dostundan götürmüşdür. Dostu həmin vaxt hərbi hissədə olması səbəbindən və Təqsirləndirilən şəxs onları tələsdirərək Bakı şəhərinə gedəcəyini bildirdiyi üçün pulu o vermişdir. Həmin vaxt onun özü Gəncə şəhərində olmuşdur. Onlar işi ümumilikdə Təqsirləndirilən şəxs ilə 2500 manata razılaşmışlar. Təqsirləndirilən şəxs cəmi 1000 manat pul vermişlər. Həmin məbləğin 500 manatı əlbə-əl verilmiş, 500 manatı isə dostu bankomatdan vurmuşdur. Kartı Təqsirləndirilən şəxs özü onlara atmışdır. Sonradan iş alınmadığ üçün polisə müraciət etmişlər. İlk dəfə Təqsirləndirilən şəxs 500 manatı sosial yardım düzəltmək üçün versə də işinin alınmadığı üçün, Təqsirləndirilən şəxs olan 500 manatı dostuna görə vermişdir. Təqsirləndirilən şəxs işi 2500 manata düzəldəcəyini bildirmiş və həmin məbləğin 1000 manatını başdan istəmiş, geri qalan 1500 manatı isə işə düzəltdikdən sonra maaşını aldıqdan sonra verilməsi barədə razılşamışlar. Hadisə 2023-cü ildə baş vermişdir. 1000 manat pulun 500 manatını Gülüstanda Təqsirləndirilən şəxs əlbə-əl verilmiş, 500 manat isə Təqsirləndirilən şəxs dostuna atdığı karta göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs müəllim ilə tanış olmuşlar. Ona X27 iş yeri olması barədə demişlər, o getdikdə Təqsirləndirilən şəxs müəllim qabağına çıxmış və sürücü işi olmasını demişdir. Təqsirləndirilən şəxs müəllim ona “1000 manat verərsən səni sürücülüyə götürəcəm” demiş, Təqsirləndirilən şəxs “yoldaşınıda laborant götürəcəyini 1000 manatda ona verərsən” demiş, həmçinin qohumda tanışda iş axtaran olarsa gətirməsini və işlə təmin edəcəyini demişdir. O da qohumlara kim işləmək istəyirsə belə bir inistut açılmasını və gedib işləyə biləcəklərini demişdir. Ordada Türkan adlı bir tanış olmuş, Türkanın atası Ehtibar ona qızının orada işləməsi barədə yaxınlaşmış, o isə onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir ki özləri söhbət etsinlər. Bir gün Təqsirləndirilən şəxs ona zəng edərək, burda olmadığını, Ehtibarın pul verəcəyini və pulu alıb ona gətirməsini demişdir. Həmin pulun məbləği təxminən 1000 ya 1200 manat olmuş, lakin dəqiq yadında deyil. Gəncədə “Qlavnı” adlanan yerdə Ehtibarla görüşmüş və həmin pulu götürərək Təqsirləndirilən şəxs vermişdir. Əlavə olaraq bildirdi ki, Ehtibarın işə düzəlməsi ilə bağlı neçəyə razılaşmasını bilmir. Ona Təqsirləndirilən şəxs müəllim zəng vuraraq Ehtibarın pul verəcəyini və həmin pulu götürüb ona gətirməsini bildirmişdir. Həmin məbləği tam olaraq yadında deyil təxminən 1000 ya 1100 manat olmuşdur. Hadisə 2015-2016-cı illərdə olmuşdur. Pulu X27 Təqsirləndirilən şəxs otağında ona vermiş, lakin Təqsirləndirilən şəxs işi düzəltməmişdir. Təqsirləndirilən şəxs təxminən 2014-2015-ci illərdən tanıyır. Aygün Samux rayonunda bələdiyyədir və Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanımışdır. Aygün onu Təqsirləndirilən şəxs müəllimin yanına işə düzəltmək üçün aparmış, Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən X27 otağında onu tanış etmiş, Təqsirləndirilən şəxs ona avtobus sürməklə bağlı adam lazım olmasını bildirmişdir. Təqsirləndirilən şəxs müəllim ona “1000 manat verərsən səni sürücülüyə götürəcəm” demiş, Təqsirləndirilən şəxs “yoldaşınıda laborant götürəcəyini 1000 manatda ona verərsən” demişdir. O Təqsirləndirilən şəxs 1600 manat pul vermiş, lakin həmin vaxtdan onun pulunu vermir. Təqsirləndirilən şəxs ondan pul aldıqdan sonra işi düzəlməmiş, iki gün sonra isə Ehtibar gəlmiş, o Ehtibarla Təqsirləndirilən şəxs tanış etmiş və daha sonra otaqdan çıxmışdır. Ona Təqsirləndirilən şəxs müəllim zəng vuraraq Ehtibarın pul verəcəyini və həmin pulu götürüb ona gətirməsini bildirmişdir. O isə pulu alıb aparıb Təqsirləndirilən şəxs müəllimə vermişdir. Təqsirləndirilən şəxs həmin puldan ona heç nə verməmişdir. O, Təqsirləndirilən şəxs Ehtibarın qızı Türkanı laborant işinə düzəldəcəyini bilmişdir. Hadisə 2016-cı ildə baş vermişdir. Ehtibar hazırda rəhmətə getmiş, Türkan ilə əlaqəsi yoxdur və onun harada olmasını bilmir. Ehtibar onun bacısıgilin qonşusudur və Təqsirləndirilən şəxs ilə Ehtibarı o tanış etmişdir. Onun özü Təqsirləndirilən şəxs verdiyi pulu hələdə ala bilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 69/2-68908 saylı məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 6 ünvanında qeydiyyatda olan Şahid2 xx.xx.2024-cü il tarixdən müddətli həqiqi hərbi xidmətdədir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Gənclər şəhərciyi blok 64, mənzil 14-də yaşayır, subaydır, xx.xx.2024-cü ildə çağırış əsasında müddətli hərbi xidmətə başlamış və hazırda Müdafiə Nazirliyinin 190 saylı Hərbi Hissəsində əsgər olaraq hərbi xidmət edir. Mahiyyət üzrə bildirir ki, Qəhrəmanov Təqsirləndirilən şəxs onun dayısıdır, onunla normal münasibəti olmuşdur. 2023-cü ilin iyul ayında "xxxx" da öz adına 416973*******3013 nömrəli hesab kartı olmuşdur. Təxminən 2023-cü ilin iyul ayının sonlarında dayısı Təqsirləndirilən şəxs ona tanışının pul göndərəcəyini, lakin bank hesabı olmadığını deyib bank kartını müvəqqəti istifadə üçün ona verməsini xahiş etdi və o da onunla razılaşaraq özünə məxsus 416973*******3013 nömrəli "xxxx"a aid hesab kartını ona vermişdir. Həmin vaxt mobil telefonunda "xxxx"a aid mobil tətbiq istifadə etmişdir və həmin mobil tətbiqdə görmüşdür ki, kartına 500 manat pul mədaxil edilmiş, daha sonra isə həmin pul nağdlaşdırma yolu ilə məxaric edilmişdir. Dayısı Təqsirləndirilən şəxs sonra onun bank kartını geri qaytarmış və tanışının ona 500 manat pul göndərməsini, pulu isə bankomatdan nağdlaşdırdığını demişdir. Həmin pulu dayısına kimin nə üçün göndərməsini bilməmiş, heç bu barədə maraqlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, Qəhrəmanov Təqsirləndirilən şəxs onun dayısıdır, Zərərçəkmiş şəxs1 isə tanımır, onlar arasında olan qeyd olunan prossesdən də heç bir məlumatı olmamışdır. 416973*******3013 nömrəli "xxxx"a aid hesab kartı ona məxsusdur, o həmin kartı 29 iyul 2024-cü il tarixdə müvəqqəti istifadə üçün dayısı Təqsirləndirilən şəxs vermiş və həmin tarixdə kartına köçürülən 500 manat pulu dayısı Təqsirləndirilən şəxs özü nağdlaşdırıb götürmüş, kartını isə geri qaytarmışdır. Dayısı həmin vaxt kartı ondan tanışının ona pul göndərəcəyi adı ilə almışdır. Təkrar qeyd edir ki, dayısının Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirnəsi ilə heç bir əlaqəsi yoxdur. İfadəsinə əlavəsi yoxdur. İfadəni oxumuş, sözləri ilə düzgün yazılmış doğruluğunu öz imzası ilə təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/256 nömrəli materialın istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qəbul edilmiş qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Qəhrəmanov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/256 nömrəli material üzrə Göygöl RPŞ-nin İB-nin müstəntiqi Rəşad Zeynalovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, materialın əlavə araşdırmanın aparılması üçün RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X14 zərər çəkmiş şəxs qismində tanınması və Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X11 içərisində Qəhrəmanov Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı, eləcə də videogörüntülər olan bir ədəd disk və Təqsirləndirilən şəxs Qəhrəmanova pul göndərməsinə dair qəbzin götürülməsi qərara alınmışdır. “Təqdim edilmiş diskin götürülməsi, baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 içərisində Qəhrəmanov Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı, eləcə də videogörüntülər olan bir ədəd disk götürülərək cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs Qəhrəmanova pul göndərməsinə dair qəbz baxış keçirilərək götürülmüşdür. Zərərçəkmiş şəxs1 içərisində Qəhrəmanov Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı, eləcə də videogörüntülər olan bir ədəd diskdə olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD disk – ağ rəngdədir, üzərində “Verbatim”, “CD-R”, “52X”, “700 mb” yazılar var. Diskin içərisindəki məlumatlara baxmaq üçün “LG” markalı komputerin “DVD ROM”una daxil etdikdə, 02 ədəd audio, 02 ədəd video formatında fayl aşkar edildi. Belə ki, birinci faylı açdıqda görünür ki: səsyazma 01:23 dəqiqədir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs Qəhrəmanov arasında telefon danışığı gedir. Səsə qulaq asan zaman məlum olur ki, N.Qəhrəmanov Zərərçəkmiş şəxs1 zəng etmişdir, onunla hal-əhval tutduqdan sonra işlə əlaqədar söhbət olmasını, onunla yarım saata danışacağını və kartına da pul vuracağını deyir. Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyini, əgər kartına 1000 manat pul göndərirsə şikayətini götürəcəyini, N.Qəhrəmanov isə pulun hamısını yox bir qismini göndərəcəyini deyir, Zərərçəkmiş şəxs1 isə razılaşmır. Daha sonra telefon danışığı yekunlaşır. İkinci faylı açdıqda görünür ki: səsyazma 04:40 dəqiqədir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs Qəhrəmanov arasında telefon danışığı gedir. Səsə qulaq asan zaman məlum olur ki, N.Qəhrəmanov Zərərçəkmiş şəxs1 pulu düzəldəcəyini, sadəcə vaxt lazım olduğunu, çox da böyük məbləğ olmadığını, sadəcə lazım olanda düzəltmək olmadığını, Zərərçəkmiş şəxs1 isə ona pulunu verməsə pis olacağını deyir. Söhbətin məzmunundan görünür ki, N.Qəhrəmanov pulu hissə-hissə verəcəyini, Zərərçəkmiş şəxs1 isə ona 1000 manat pulunu qaytarmasını deyir, qaytarmasa polisi tələsdirəcəyini və onun üçün pis olacağını deyir, daha sonra isə ona pulu alıb yeyən, aldadan olmasını deyir, N.Qəhrəmanov isə Zərərçəkmiş şəxs1 polislərlə özlərinin danışmasını deməsini xahiş edir. Danışığın sonunadək Zərərçəkmiş şəxs1 israrla pulunu istəyir, N.Qəhrəmanov isə pulu qaytaracağını bildirir. Daha sonra isə danışıq yekunlaşır. Üçüncü faylı açdıqda görünür ki: fayl videogörüntüdür, Görüntü 03:53 dəqiqədir və N.İsgəndərli tərəfindən avtomobildə N.Qəhrəmanov ilə arasında olan dialoqu gizli forrmada qeydə alınmışdır. Onlar arasında olan diaqloqun məzmunundan görünür ki, N.Qəhrəmanov Zərərçəkmiş şəxs1 barışıq ərizəsi vermək üçün razı salmağa çalışır, Zərərçəkmiş şəxs1 isə ona tək istədiyinin ondan aldığı 1000 manat pulun geri qaytarılması olduğunu, dişi-dırnağı ilə qazandığı pulu gətirib ona verdiyini deyir. Daha sonra isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Qəhrəmanova etdiyi hərəkətin aldatma yolu ilə pul almağım dələduzluq olmasını bildirdikdə N.Qəhrəmanov isə onunla razılaşır və Cinayət Məcəlləsinin 178-ci maddəsi olmasını, ona görə də cərimə nəzərdə tutulmasını bildirir. Daha sonra video yekunlaşır. Dördüncü faylı açdıqda görünür ki: fayl videogörüntüdür, Görüntü 05:20 dəqiqədir və N.İsgəndərli tərəfindən N.Qəhrəmanov ilə arasında olan dialoqu gizli forrmada qeydə alınmışdır. Onlar küçədə avtomobilə əyləşirlər, onlar əvvəlcə hal-əhval tuturlar, daha sonra onlar arasında olan danışıqdan görünür ki, ilk dəfədir ki, qarşılaşırlar. Zərərçəkmiş şəxs1 N.Qəhrəmanov ilə söhbətə başlayır və ona neçə aylar əvvəl ondan işə düzəltmək adı ilə 1000 manat pul almasını, sora da onu aldatmasını deyir, N. Qəhrəmanov isə həmin halı təsdiq edir. Bundan sonra neçə dəfə Təqsirləndirilən şəxs ilə danışmasını, onun tərəfindən aldadılmasını üzünə qarşı deyir, daha sonra da Təqsirləndirilən şəxs ona əgər polisə versə pulun batdığını dediyini bildirir. Bundan sonra isə Təqsirləndirilən şəxs 1000 manat pulunu qaytarmasını istəyir. Danışıqlardan başa düşülür ki, Təqsirləndirilən şəxs Qəhrəmanovun yanında olan üçüncü şəxs onları razılaşdırmağa çalışır, telefon kreditə götürüb ona verməyi təklif edir, lakin Zərərçəkmiş şəxs1 onunla razılaşmır, israrla nağd olaraq pulunu istəyir. S.Sİgəndərli təxminən bir ildir ki, N.Qəhrəmanovun onun pulunu almasını, heç ayda 100 manat da vermədiyini deyib gileylənir. Sonra video kəsilir. Görünür ki, 3-cü faylda olan görüntü 4-cü faylda olan görüntünün davamıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin səsyazıları və videogörüntüləri gələcəkdə Təqsirləndirilən şəxs Qəhrəmanova sübut kimi istifadə etmək məqsədi ilə qeydə almışdır, lakin səsyazıları və videogörüntünü qeydə alan zaman artıq Təqsirləndirilən şəxs pulunu tələb edirmiş, Təqsirləndirilən şəxs onu işə düzəldə bilməyəcəyini etiraf etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:51:25-də Göygöl rayonu, Balçılı kəndində yerləşən “Balçılı market”də olan "xxxx" MMC-yə aid 17012 nömrəli “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Q**** A**** İ***** oğlu adına olan "xxxx"a aid 416973*******3013 nömrəli kart hesabına 500 (beş yüz) manat pul köçürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzdə göstərilən əməliyyat zamanı Təqsirləndirilən şəxs Qəhrəmanova 500 manat pul göndərdiyini bildirmiş, həmin qəbzin əsli cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Qəhrəmanov Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1000 manat ziyanın 140 manat hissəsinin ödənilməsini bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunmala, ittihamın mahiyyətinin izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən - ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Qəhrəmanov Təqsirləndirilən şəxs yeri müəyyən edilərkən Göygöl RPŞ-nin X30 təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin CAB-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təqdim olunanadək dayandırılması, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə icraatda olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, qərarın təsviri hissəsindəkilərə əsasən Qəhrəmanov Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi, Qəhrəmanov Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair istintaq olunan cinayət işinin nömrəsinin ********* olaraq saxlanması, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilib istintaq aparılması, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə vət X12 zərərçəkmiş şəxs qismində tanınması və bu barədə sonuncuya məlumat verilməklə Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilkin sübutların məcmusu ilə təsdiq edildiyindən 25 aprel 2017-ci il tarixli qərar əsasında Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs tutulduqda Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilməsi, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında qərarın icra olunması üçün Təqsirləndirilən şəxs rayon polis idarəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs axtarışının elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, 29 iyul 2017-ci il tarixdə təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilərək tutulması təmin edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi qərara alınmışdır. “Tutulmuş təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilməsi ilə əlaqədar təqsirləndirilən şəxsin dərhal azad edilməsi, qəbul edilmiş qərarın sürətinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunmaqla onun hüquq və vəzifələrinin izah edilməsi və ondan iltizam alınması, qərarın sürətinin icra edilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. “Qətimkan tədbrinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs tutulduqda Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilməsi, təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında qərarın icra olunması üçün Təqsirləndirilən şəxs rayon polis idarəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs axtarışının elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır. 12 mart 2018-ci il tarixdə Nəsimi Vəliyev xidməti iş yerini dəyişdiyindən raportla müraciət edərək icraatında olan ********* nörməli cinayət işinin başqa müstəntiqə həvalə edilməsini istəmişdir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsininin baş müstəntiqi, polis mayoru Rauf Atakişiyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” barədə xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zəruri istintaq hərəkətlərinin aparılması ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs Qəhrəmanovun olduğu yer müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X23 İnstitutu tərəfindən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 08-0154 nömrəli məktubdan görünür ki, X23 İnstitutunda xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası laboratoriyası” nın müdiri vəzifəsində işləmiş Qəhrəmanov Təqsirləndirilən şəxs şöbə müdiri kimi laboratoriyaya işçi qəbul etmək səlahiyyəti olmamışdır, İnstitutun Nizamnaməsinin tələblərinə uyğun olaraq işçini işə götürmək və işdən azad etmək direktorun səlahiyyətinə aid edilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 01 sentyabr 2021-ci il tarixdə Rauf Atakişiyev xidməti iş yerini dəyişdiyindən raportla müraciət edərək icraatında olan ********* nörməli cinayət işinin başqa müstəntiqə həvalə edilməsini istəmişdir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsininin müstəntiqi Pərviz Qasımov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində elan olunmuş axtarışın qüvvəsində saxlanılması və cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində edilmiş axtarışın qüvvəsində saxlanılması və tutulduqda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilməsi, ********* saylı cinayət işi üzrə icraat Qəhrəmanov Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması, qərarın sürətinin icra olunması üçün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 08 avqust 2024-cü il tarixdə Pərviz Qasımov xidməti iş yerini dəyişdiyindən raportla müraciət edərək icraatında olan ********* nörməli cinayət işinin başqa müstəntiqə həvalə edilməsini istəmişdir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsininin müstəntiqi Yusif Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət işinin ********* nömrəsi altında istintaqı aparılması, ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-in 178.1-ci və 178.2.2-ci maddələrinə tövsif edilməsi, qərarın sürətinin nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/128 və HK-1/129 nömrəli araşdırma materialının aidiyyəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-də toplanmış HK-1/128-129/24 nömrəli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməsi, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci PŞdə toplanmış HK-1/128-129/24 nömrəli material üzrə əlavə araşdırma aparılması üçün materialın və qərarın sürətinin Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nə göndərilməsi, material üzrə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi və qərar barədə maraqlı tərəflərə məlumat verilməsinin təmin edilməsi qərara alınmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/128 və HK-1/129 nömrəli araşdırma materialının aidiyyəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1 və 178.2.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin Göygöl RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilməsi və qərarın sürətinin nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs4 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs5 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmıəsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs3 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət prosesinə buraxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vəfat etmiş atası X8 hüquqi varisi qismində tanınması, qərarın Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmıəsi qərara alınmışdır. “Telefon danışığı” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X18 18 iyul 2022-ci il tarixdə ölməsi 283443 saylı ölüm haqqında şəhadətnamə əsasında təsdiq edilməsinə görə sonuncunun yaxın qohumu olan X5 müraciəti əsasında sonuncu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, lakin istintaq orqanının çağırışlarına gələ bilməyəcəyini nəzərə alınmasını xahiş etmiş, istintaq zamanı mərhum atasının istintaqa verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs müəyyən olunaraq istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. “Axtarışda olan şəxsin saxlanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin CABsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində saxlanılmış, Göygöl RPŞ-nə gətirilmiş müqvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MYS-ə təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunmala, ittihamın mahiyyətinin izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 21 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona elan edilmiş ittihamın qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması, Qəhrəmanov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Qəhrəmanov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 32.5, 312-ci maddəsində göstərilən rüşvət verməkdə köməkçilik etmə cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 32,5 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 75 vǝ CPM-in 39.1.3-cü maddələrinə əsasən xitam verilməsi, X3 barəsində Azərbaycan Respublikası CM-in 32,5 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 75 vǝ CPMin 39.1.3-cü maddələrinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən radd edilməsi, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsində nəzərdə tutulan cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Qəhrəmanov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcan əlbir olan bir qrup şəxs halında dələduzluq etmə cinayətinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1 götürülmüş Qəhrəmanov Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı, eləcə də videogörüntülər olan bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübut olan Zərərçəkmiş şəxs1 götürülmüş Qəhrəmanov Təqsirləndirilən şəxs ilə arasında olan telefon danışığı, eləcə də videogörüntülər olan bir ədəd CD disk, bir ədəd Zərərçəkmiş şəxs1 Qəhrəmanov Təqsirləndirilən şəxs pul göndərməsinə dair qəbzin əsli, digər istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, zərərçəkmiş şəxs X9 götürülmüş içərisində X13 ona pul verəcəyi barədə görüntülər olan bir ədəd disk maddi sübut olaraq tanınmış və cinayət işinin materiallarında saxlanmasının nəzərə alınması, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 32,5 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 75 vǝ CPM-in 39.1.3cü maddələrinə əsasən xitam verilməsi, X3 barəsində Azərbaycan Respublikası CM-in 32,5 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 75 vǝ CPMin 39.1.3-cü maddələrinə əsasən xitam verilməsi, cinayət işi üzrə toplanmış sübutların məcmusu cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən, cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan halları sübut etməyə və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilməsi, qərarın sürətinin qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına göndərilməklə, onlara cinayət işinin materialları ilə tanış olmaq və qərardan 10 gün müddətinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. “Telefon danışığı” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X15 cinayət işinin materialları ilə tanış olmaq üçün səhhəti ilə əlaqədar gələ bilməyəcəyini, Bakı şəhərində, Balaxanı qəsəbəsində olduğunu bildirərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirməklə cinayət işinin istintaqının qurtarmasına heç bir etirazı və vəsatətinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Narkoloji Mərkəzdən alınmış xx.xx.2024-cü il tarixli, 6812 saylı məktubla Qəhrəmanov Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatının olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-26/2-55/2025 nömrəli məktubla Qəhrəmanov Təqsirləndirilən şəxs xəstəxanada müayinə və müalicədə olmadığı, dispanser müşahidəsinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-03/2019 saylı hökmündən görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2025ci il tarixli, 3-16-21-1/2-112747/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Qəhrəmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qəhrəmanov Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(066)-35/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Qəhrəmanov Təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilmiş və Qəhrəmanov Təqsirləndirilən şəxs bаrəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan qətimkan tədbiri «həbs» qətimkаn tədbiri ilə əvəz edilmişdir. “Axtarışda olan şəxsin saxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞnə gətirilmiş müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs xx.xx.1960-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, (Qəhrəmanov) Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Qəhrəmanlı Anar Təqsirləndirilən şəxs oğlu adlı bir az yaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, (Qəhrəmanov) Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək, Sarvanın ona yoldaşını Aqrar universitetində kitabxanaya işə düzəltməyə görə 500 manat pul göndərməsini, 500 manatı isə Amildən Sərvandan pul almadan 5-6 ay qabaq sosial yardım düzəltmək üçün almasını, sonradan o Sarvana kartı atqıdan sonra Sarvan ona Amilə pul verəcəyini deməsini, o isə pulu Amilin özündən almasını və Amilin özünədə verəcəyini, Amilə isə ondan 500 manat pul almasını onuda özünə verəcəyini bildirməsi, 2016-cı ildə Ehtibarın ona 1080 manat pul verməsini və Kəpəz polisində nənəsinin gəlməsini, 1080 manat pul tam ödənilməsini, Türkanı müəyyən bir işlə təmin etmək üçün 1080 manat pul almasını, Türkanın pulunu istintaq vaxtı Kəpəz şöbəsində polisi onu çağırarkən hazırkı cinayət işi başlanmamışdan qabaq ödəməsini, Türkanın pulunu nə vaxt ödənilməsini dəqiq xatırlamamasını, lakin tam şəkildə ödəməsini, pulu zərərçəkmiş şəxs Ehtibara ödəməsini, Ehtibara pulu 2016-ci il tarixdə ödəməsini, Ruhiyyədən 1800 manat pul almasını, Maral xanıma pul lazım olmuş və Maral xanım ona yaxın adam olmasını və ondan pul almağın mümkün olmasını bildirməsini, pulu gətirəndən sonra Ruhiyyə ona yoldaşını işə düzəltməsini deməsini, o isə pulu ondan borc almasını ama işə düzəltmək lazımdırsa onu tətbiq edə biləcəyini bildirməsini, sonra Ruhiyyə ona yoldaşının başqa yerdə işləməsini və onu işə düzəltməsini deməsini onun isə kömək edəcəyini deməsini, Maral xanımın tanışı olduğu üçün Ruhiyyənin ona 1800 manat borc verməsini, Maral xanım Ruhiyyəni çağırıb onları tanış etməsini, 1800 manat pulun 500 manatını Maral xanıma verməsini, həmin məbləği 2023-cü ildə almasını, ona pulu Ruhiyyənin verməsini və borc məqsədi kimi qol çəkməsini, Ruhiyyənin ərini tanımamasını, Ruhiyyənin pulu qaytarmasa yoldaşını işə düzəltməsini bildirməsini, onun isə Aqrar universitetdə mühafizəçi düzəltməli olmasını, həmin yerdə bağban yeri olmasını, lakin Rövşənin başqa yerdə işlədiyindən həmin işə razı olmamasını, onun həmin vaxt 1800 manat almasını və həmin puldan 500 manatını Maral xanıma verməsini, Maraldan 1400 manat deyil 500 manat pul almasını, həmin məbləğin borc kimi verilməsi barədə hər ikisi qol çəkmələrini, Maraldan 500 manat pulu 2022-ci ilin noyabr ayında almasını, Orxandan 500 manat pul almasını və həmin məbləğdən 200 manat ödəməsini, Maral xanım kürəkənindən 1500 manat pul almış və onu özünün boynuna götürməsini deməsini, Orxanın ona 500 manat pulu yoldaşının işi ilə bağlı verməsini, həmin məbləğdən 200 manatını qaytarmasını, X2 görə 2022-ci il payızında Maral xanımın ona 1400 manat pul verməməsini, Orxanla bağlı Maralın ona 1500 manat verməsi, 500 manat verməsini, Ruhiyyənin yoldaşından şəxsiyyət vəsiqəsinin sürətini onu bağban kimi düzəltmək üçün götürməsini, pensiyaya çıxmasını və zərərçəkmiş şəxlərin borclarını artıqlaması ilə qaytaracağını, Sarvandan və Orxandan 500 manat alması ilə bağlı özünü qismən təqsirli bilməsini və bunun inzibati məsuliyyət yaratmasını, Ehtibardan aldığı pul üzrə özünü təqsirli bilməsini və həmin məbləği tam şəkildə qaytarmasını bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxslər, eləcə də şahidlərin ifadələri, dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Təqsirləndirlən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini tam olaraq etiraf etməməsi və buna görə də əsassız dəlillər gətirməsini özünün müdafiəsinə yönəlmişdir, heç bir fakta və sübuta əsaslanmır. Odur ki, məhkəmə təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin bütün materialları ilə sübut olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə cərimə və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əlavə edilmiş istintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə təqsirləndirilən şəxs Qəhrəmanov Təqsirləndirilən şəxs Rusiya Federasiyası Kirov Vilayəti, Slobodskoy rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə RF CM-in 111M, 4H maddəsi ilə təqsirli bilinib 10 AME cəzasına, Bakı şəhər, Nərimanov rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 178.2.4-cü maddəsi ilə 04 il AME cəzasına, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə AR CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay AME, 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Qəhrəmanov Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə (Qəhrəmanov) Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, ailə vəziyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməyərək, onlarla barışıq əldə etməməsini, əməlində cinayətlərin residivinin olmasını və dəfələrlə dələduzluq cinayət əməlini törətməklə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq, yenidən dələduzluq cinayət əməlini törətməsi onun kriminal meyilli olması, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə (Qəhrəmanov) Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin (Qəhrəmanov) Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. “Axtarışda olan şəxsin saxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Qəhrəmanov Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞnə gətirilmiş müvafiq sənədləşmə aparılaraq Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, (Qəhrəmanov) Təqsirləndirilən şəxs 29 iyul 2017-ci il tarixdən 31 iyul 2017-ci il tarixədək və 20 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək bu iş üzrə tutulduğu cəmi 05 (beş) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmalı, (Qəhrəmanov) Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı bu iş üzrə tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs (Qəhrəmanov) Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəməyə iddia ərizəsi təqdim edərək, Qəhramanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanınmağı və cavabdehdən 1400 (min dörd yüz) manat, həmçinin də ödədiyi 34 (otuz dörd) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 1434 (min dörd yüz otuz dörd) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Qəhrəmanov Təqsirləndirilən şəxs tanışı X1 Göygöl rayonunda yerləşən məktəblərdən birinə laborart kimi işə düzəldəcəyini bildirərək 1000 (min) manat, qohumu X4 Gəncə şəhər Heydər Əliyev adına parka süpürgəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 400 (dörd yüz) manat olmaqla cəmi 1400 (min dörd yüz) manat pulunu etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Göygöl Rayon Polis Şöbəsində Qəhnmanov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir 178-ci maddəsi ilə cinayət işi başlanmış və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1400 (min dörd yüz) manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs Qəhrəmanov ondan aldığı pulu bu günə kimi qaytarmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdeh Qəhrimanov Təqsirləndirilən şəxs 1400 (min dörd yüz) manat pulu özünə qaytarmasını tələb edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 məhkəməyə iddia ərizəsi təqdim edərək, Qəhramanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanınmağı və cavabdehdən 1800 (min səkkiz yüz) manat, həmçinin də ödədiyi 38 (otuz səkkiz) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Qəhrəmanov Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 X41 Universitetinə mülki mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ondan 1800 (min səkkiz yüz) manat pulunu etibarından sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Göygöl Rayon Polis Şöbəsində Qəhnmanov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir 178-ci maddəsi ilə cinayət işi başlanmış və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1800 (min səkkiz yüz) manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs Qəhrəmanov ondan aldığı pulu bu günə kimi qaytarmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdeh Qəhrimanov Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat pulu özünə qaytarmasını tələb edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 məhkəməyə iddia ərizəsi təqdim edərək, Qəhramanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanınmağı və cavabdehdən 1500 (min beş yüz) manat, həmçinin də ödədiyi 35 (otuz beş) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 1535 (min beş yüz otuz beş) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Qəhrəmanov Təqsirləndirilən şəxs həyat yoldaşı Nərmini laborant kimi işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ondan 1500 (min beş yüz) manat pulunu etibarından sui-istifadə və ya aldatma yolu ilə ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Göygöl Rayon Polis Şöbəsində Qəhnmanov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir 178-ci maddəsi ilə cinayət işi başlanmış və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1500 (min beş yüz) manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs Qəhrəmanov ondan aldığı pulu bu günə kimi qaytarmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdeh Qəhrimanov Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pulu özünə qaytarmasını tələb edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəmə tərəfindən iş üzrə mülki iddiaçılar kimi tanınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) (Qəhrəmanov) Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul etməsini və ödəməyə razı olmasını, Maraldan 500 manat, Ruhiyyədən 1800 manat almasını, onun 500 manatını Marala verməsini, Orxandan isə 500 manat almasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin (cavabdehin) hüquqazidd hərəkətləri nəticəsində zərərçəkmiş şəxslər(mülki iddiaçılar) uzun illər mülkiyyətindən məhrum edilmiş və hüquqlarının bərpası ilə bağlı huquq müdafiə vasitələrindən istifadə etmək məcburiyyətində qalmış və hazırki iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçıların (zərər çəkmiş şəxslərin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizələri və cavabdehin iddia tələbini qimsən qəbul etməsini, Maraldan 500 manat, Ruhiyyədən 1800 manat almasını, onun 500 manatını Marala verməsini, Orxandan isə 500 manat almasını bildirməklə bu barədə məhkəməyə heç bir sübut təqdim etməməsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini nəzərə alaraq belə nitəcəyə gəlir ki, (zərərçəkmiş şəxslər) Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 cavabdeh (təqsirləndirilən şəxs) (Qəhrəmanov) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiaları təmin edilməli, (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1400 (bir min dörd yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi; həmçinin (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi; həmçinin (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 35 (otuz beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: (Qəhrəmanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, (Qəhrəmanov) Təqsirləndirilən şəxs 29 iyul 2017-ci il tarixdən 31 iyul 2017-ci il tarixədək və 20 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək bu iş üzrə tutulduğu cəmi 05 (beş) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılsın və (Qəhrəmanov) Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. (Qəhrəmanov) Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı bu iş üzrə tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. (Qəhrəmanov) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cavabdeh (Qəhrəmanov) Təqsirləndirilən şəxs qarşı “pul” tələbinə dair mülki iddiaları təmin edilsin. (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1400 (bir min dörd yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. (Qəhrəmanov) Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat məbləğində zərər məbləği və məhkəmə xərci olaraq 35 (otuz beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar