Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-36/2025 01.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngə, ev 20 qeydiyyatda olmaqla, hazırda Gəncə şəhəri Savalan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona sərxoş halda evə gəlməsi barədə irad bildirib özü ilə gətirdiyi meyvələri yerə çırparaq əzməsi səbəbindən, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq yerə yıxdıqdan sonra saçından tutmaqla sürüyüb ayağı ilə zərbələr vurmağa davam edərək sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sol gözün alt və üst qapaqlarının qançır və şişkinliyi, sol gözün ağlı qişasına qansızma, sağ bilək, sağ baldır nahiyyələrinin qançırları, sağ bilək sol said və boyun nahiyyələrinin sıyrıqları” xəsarətlərini qəsdən yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o evə gəlmiş və paketdə olan meyvələri Zərərçəkmiş şəxs vermiş o isə masanın üzərinə qoymuşdur. Həmin paketdə alma, banan, üzüm və.s meyvələr olmuşdur. Həmin vaxt içkili olmamışdır. O çölə çıxmış və dam tərəfə getmiş və görmüşdür ki, Zərərçəkmiş şəxs aldığı meyvələri yerə vurmuş və meyvələrin suyu çıxmış və əzilmiş, həmin vaxt Zərərçəkmiş şəxs qapını bağlamışdır. O, Zərərçəkmiş şəxs niyə elə etməsinin səbəbini bilmir. O, Zərərçəkmiş şəxs niyə elə etməsini soruşmuş və ondan qapını açmasını tələb etmişdir. Lakin zərərçəkmiş şəxs qapını açmadığına görə yumruqla vuraraq qapının balaca şüşəsini qırmış və qapını arxasından açmışdır. O, Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir-iki şillə vurmuş, daha sonra isə vurmamışdır. O, Zərərçəkmiş şəxs ayağı ilə zərbə vurmamışdır. Zərərçəkmiş şəxsin özü-özünü yalandan yerə döymüşdür. Zərərçəkmiş şəxs gözünün altı o vurması səbəbindən şişmiş, lakin o, Zərərçəkmiş şəxs biləyindən tutmamışdır. O, Zərərçəkmiş şəxs ancaq şillə vurmuş, onu yerə yıxmamış və yerdə sürüməmişdir. 4-ildir ki Zərərçəkmiş şəxs ilə bir yerdə yaşayır və bir uşaqları vardır. Onların arasında əvvəllər dava olmamışdır. Onların arasında olan hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində baş vermişdir. Hadisə Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə baş vermişdir. Həmin ev zərərçəkmiş şəxsə məxsusdur. O işə getmiş, zərərçəkmiş şəxs ona zəng vuraraq uşağın meyvə xoşlamasını və ondan meyvə almasını istəmiş, o isə meyvələri almış və gətirib stolun üzərinə qoymuş, o çölə çıxmış, həmin vaxt zərərçəkmiş şəxs meyvələri dalınca atmış və qapını bağlamışdır. O isə yumruqla vuraraq qapının şüşəsini sındırmış və qapını açmış, zərərçəkmiş şəxsdən bunu niyə etməsini soruşduqda zərərçəkmiş şəxs ona çıxıb getməsini bildirmiş, həmin vaxt o zərərçəkmiş şəxsə iki şillə vurmuşdur. Bundan başqa zərərçəkmiş şəxsin bədəninin heç bir yerinə vurmamışdır. Zərərçəkmiş şəxs yıxılmamışdır. Həmin vaxt içkili olmamış, uşaq isə digər otaqda olmuşdur. O, zərərçəkmiş şəxsi şillə ilə vurduqda üz yanağı qızarmışdır. Bundan sonra isə o, oradan çıxıb öz evinə getmişdir. Halhazırda zərərçəkmiş şəxslə ayrı yaşayırlar və onların arasında barışıq əldə olunmamışdır. Onun törətdiyi əməldən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaq istəməsini nəzərə alınaraq ona cərimə növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən iki-üç gün əvvəl Təqsirləndirilən şəxs onunla dalaşmış və çıxıb öz evinə getmişdir. O isə Elşada çıxıb gedirsə bir daha gəlməməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir dəfə ətir alıb gəlmiş, o isə Elşada çıxıb getməsini bildirmiş və qapını bağlamışdır. Həmin vaxt Elşad təhqir edici sözlər işlətmiş və evi dağıdaraq çıxıb getmişdir. Bundan sonra o təkrarən meyvə alaraq gəlmiş, həmin vaxt qapı açıq olmuş və aldığı meyvələri uşağı Hüseynin qabağına qoyaraq ona onları saxlamağa imkan verməyəcəyini ona onları öldürəcəyini bildirmişdir. Elşad çölə çıxdıqda o Elşadın aldığı meyvələri çölə qapının yanına ehmal qoymuş və ona çıxıb getməsini deyib qapını bağlamışdır. Elşad qapını döysə də o qapını açmamış, bundan sonra Elşad qapını qırmış həmin vaxt o uşağını digər otağa keçirmiş, Elşad isə böyük daş götürərək aynadan onlara tərəf atmışdır. O aynaya tərəf çıxaraq qonşulara uşağını öldürməsini bildirmiş, Elşad küçədə onları döymüş, onun saçından tutaraq sürmüşdür. Elşad onu döydükdə o küçəyə tərəf qaçmış, həmin vaxt Elşad onun saçından tutaraq təkrar onu döymüşdür. Elşad keçən ildə onları döymüşdür. O hər gün içkili vəziyyətdə gəlib onları narahat edir. Əlavə olaraq bildirdi ki, o öz evində yaşayır. Onun iki övladı var. Elşad onun ikinci yoldaşdır və Elşaddan bir övladı var. Elşad onu küçədə və evin həyətində döymüşdür. Elşad onun sifətinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşdur. Onun əlinə şüşə xəsarət yetirmişdir. O, Elşadın tutulmasını istəmir, lakin onlara yaxın gəlməmisini istəyir. Ona 2000 manat ziyan dəymişdir. Hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində Göygöl rayonu, Üçtəpə kəndində onun yaşadığı evdə baş vermişdir. Həmin vaxt Elşad sərxoş olmuşdur. O Elşadın aldığı meyvələri yerə atmamış, ehmalca qoymuşdur. Hazırda onunla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs arasında barışıq əldə olunmamışdır, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxsi və cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:18 radələrində Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs +**********51 nömrəli telefonla Azərbaycan Respublikası DİN 102 xidmətinə (hadisə kodu: **********, operator 1147) zəng edərək, əri Elşadın onu və uşaqlarını döyməsi barədə məlumat vermişdir. Hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə yaşadığı fərdi yaşayış evinin qonaq otağı və həyətyanı sahəsində baş vermişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşmiş icraat açılması qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 04 fevral 2025-ci il tarixli, 41 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ekspert müayinəsində keçərkən onun bədəni üzərində əmələ gəlməsi xx.xx.2025-ci il tarixə uyğun gələn bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş “sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sol gözün alt və üst qapaqlarının qançır və şişkinliyi, sol gözün ağlı qişasına qansızıma, sağ bilək, sağ baldır nahiyyələrinin qançırları, sağ bilək sol said və boyun nahiyyol ərinin sıyrıqları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Zərərçəkmiş kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınması və bu barədə ona bildirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18.01,2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilərək xx.xx.2013-cü il tarixdə amnistiya aktı əsasında cəzadan azad edilmişdir. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 -ci maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilərək xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserdən təqdim edilmiş 12 fevral 2025-ci il tarixli, 1180 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 12 fevral 2025-ci il tarixli, 1097 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda deyildir. Göygöl rayon İHB-nin Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həqiqətən də Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatsız yaşayır. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini və eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmaq istəməsini bildirməsini, yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri və Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri və Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-36/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-36/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver