Məhkəmə qərarları › İş №1(066)-37/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-37/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-37/2024 31.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə 07 avqust 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri X12 küçəsi döngə 1,ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən 371ci kilometrliyində “X10” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı- qadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur,yaxud onları ləğv edir) tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi Opel Vectra markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 130 km/saat sürətlə Qazax istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21723 markalı **-KC-*** dövlət qeydiyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qarının qapalı küt travması,dalağın travmatik cırılması (splenektomiya əməliyyatından sonrakı vəziyyət), başın təpə nahiyəsinin yarası, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Gəncə şəhəri X12 küçəsi döngə 1,ev 13də yaşayır. Etibarnamə əsasında özünə məxsus Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onun sürücülük vəsiqəsi olsada sürcülük hüququ 9 ay müddətinə məkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Buna baxmayaraq 19 dekabr 2023cü il tarixdə Gəncə şəhərindən Göygöl rayonu Quşqara kəndinə getmək üçün qeyd edilən avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun bir tərəfli Qazax istiqamətindəki hərəkət zolağına çıxaraq ilə üzü Qazax istiqamətində hərəkətə başlamış, 130 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçəndə qarşısı ilə yolun orta hissəsi ilə eyni istiqamətdə VAZ 21723 markalı **-KC-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olmuşdur. VAZ 21723 markalı avtomobili ötmək üçün işıq siqnalı verəndə VAZ 21723 markalı avtomboil sola yönələndə özünü itirərək çaşıb avtomobilin ön hissəsi ilə yolun Qazax istiqamətindəki sağ zolağın üzərində VAZ 21723 markalı avtomobilin arxa hissəsindən toqquşmuş, toqquşmadan sonra avtomobili qarşıda, yolun sağ hissəsində dayanmışdır. Toqquşma zamanı VAZ 21723 markalı avtomobilə də olan şəxslər xəsarət aldıqları üçün TTTY avtomobili ilə xəstəxanaya getmişlər. Belə ki, VAZ 21723 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ağır bədən xəsarəti almışdır. Vurduğu ziyana görə Zərərçəkmiş şəxs 12500 (on iki min beş yüz) manat pul ödəmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Göstərilənləri nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Göygöl RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir, etibarnamə əsasında özünə məxsus VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “BC” dərcəli sürücülük vəsiqəsi vardır.xx.xx.2023-cü il tarixdə Göygöl rayonundan Göygöl rayonu Quşqara kəndinə getmək üçün iş yoldaşları Şahid1 və Şahid2 həmin avtomobilə götürüb sükan arxasına keçərək Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb üzü Qazax istiqamətində hərəkətə olmuşdur. Həmin yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsinə çatıb sağ zolaqla hərəkətiə davam edən zaman qəflətən arxadan eyni istiqamətdə hərəkətdə olan Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək ön hissəsi ilə idarə etdiyi avtomobili arxa hissədən vuranda zərbənin təsirindən avtomobili sağa yönəlib yolun kənarındakı dəmir səddə dəyərək fırlanıb yolun sol zolağının üzərində dayanmışdır. Hadisə nəticəsində özü və avtomobilində olan sərnişinləri xəsarət aldıqları üçün xəstəxanaya getmiş, xəstəxanada olarkən cərahiyyə əməliyyatı ilə dalağı çıxarılmışdır. Hadisəyə qədər avtomobili 80 saat/km sürətlə idarə etmiş, Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə idarə etdiyi avtomobili arxa hissəsindən konkret olaraq bir tərəfli Qazax istiqamətindəki yolun sağ zolağının üzərində toqquşmuşdur. Sonra məlum olmuşdur ki, Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə edir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o, ağır dərəcəli bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs ona müalicəsinə görə 7900 (yeddi min doqquz yüz) manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, hazırda polis serjantı rütəbəsində,Göygöl RPŞ-nin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir.19 dekabr 2023-cü il tarixdə Göygöl rayonundan Göygöl rayonu Quşqara kəndinə getmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına əyləşmiş, bundan sonra Rəşad avtomobili idarə edərək Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamış, Göygöl rayonu Balçılı kəndi ərazisindən keçəndə sağ zolaqla hərəkətdə davam edən zaman qəflətən arxadan eyni istiqamətdə hərəkətdə olan Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə sərnişini olduğu avtomobili arxa hissindən toqquşanda zərbənin təsirindən sərnişini olduğu avtomobil sağa yönəlib yolun kənarındakı dəmir səddə dəymiş, sonra isə fırlanıb yolun sol zolağının üzərində dayanmışdır. Hadisə zamanı onlar xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən 4371-ci km-dir. Hadisə gecə vaxtı baş vermişdir, yol asflat örtüklü olmaqla quru və düz profildir. Burada yol Qazax rayonu istiqamətində 1 tərəfli olmaqla 2 hərəkət zolağından ibarətdir, hərəkət zolaqlarını bir-birindən qırıq-qırıq xət ayırır,Bakı və Qazax istiqamətindəki yolları isə dəmir arakəsmələr ayırır.Yolun eni 7,3 metrdir. Burada (2.1) “Baş yol” yol nişanı və sürət həddinin maksimum 110 km-saat müəyyən edilməsini göstərən yol nişanları vardır.Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi bir tərəfli Qazax istiqamətindəki yolun sağ zolağının üzərində sağdan sola doğru 1,9 metr məsafədə toqquşmuşdur,həmin yerdə asfaltın üzərində sürtünmə və cırılma izləri vardır. Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan əvvəl Qazax rayonu istiqamətində hərəkətdə olmuşlar. Toqquşmadan sonra Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətindəki yolun sağ zolağının üzərində (yolun hərəkət hissəsində) toqquşma yerindən 70 metr aralıda üzü Qazax istiqamətində dayanmışdır. VAZ 21723 markalı **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sol zolağın üzərində (yolun hərəkət hissəsində) fırlanıb toqquşma yerindən 58 metr aralıda üzü Göygöl rayonu istiqamətində dayanmışdır. Bakı istiqamətindəki yolun sağ zolağının üzərində olan toqquşma yerindən sonra başlayıb sağa doğru yönəlib yolun sağ kənarındakı ehtiyat hisə ilə davam edən 29 metr uzunluğunda təkər, yağ izi, həmin izin davamı olaraq isə ehtiyat hisədən başlayıb çəpinə doğru sola yönəlib sol zolağın üzərində avtomobilin dayandığı yerdə başa çatan 34 metr uzunluğunda VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildən qalma sürtünmə və cırılma izləri qalmışdır.Həmçinin sağ zolağın üzərində toqquşma yerindən sonra başlayıb düzünə doğru davam edən Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərindən qalma qara rəngli 38 metr uzunluğunda təkər izi qalmışdır. Bundan başqa hadisə yerində toqquşmadan sonra digər avtomobilin təkərlərindən qalma müxtəlif sayda təkər izləri qalmışdır. Hadisə yerində Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərindən qalma toqquşma yerinə qədər tormoz izi qalmamışdır. Lakin hadisə yerində toqquşmadan sonra yol ilə keçən başqa yük və minik avtomobillərin təkərindən qalma cütləşmiş və tək olan tormoz izləri qalmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində Opel Vectra markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobin ön hissəsi əzilmiş,sol ön təkəri cırılmış, təhlükəsizlik şarı açılmışdır. VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə arxa hisəsi ön oturacağa qədər zərbənin təsirindən deformasiyaya uğramışdır. Bundan başqa isə ön hissəsidə əzilmişdir,sağ ön və arxa sol təkəri isə cırılmışdır. Arxa və və yan arxa şüşələri sınmışdır. Bundan başqa yolun sağ kənarındakı ehtiyat hisənin üzərində VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildən sınıb düşən “tiaqa” ehtiayt hissəsi qalmışdır.Yolun hərəkət hissəsinə şüşə qırıntıları və avtomobillərdən sınıb düşən hisələri səpələnmişdir. VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yolun sağ kənarındakı dəmir səddə dəymişdir,dəmir səd üzərində 16 metr uzunluğunda sürtünmə izləri qalmışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edlən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X11 Şəxsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2024-cü il tarixli 05 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- qarının qapalı küt travması,dalağın travmatik cırılması (splenektomiya əməliyyatından sonrakı vəziyyət), başın təpə nahiyəsinin yarası, sol gözün ağlı qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 19 dekabr 2023-cü ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 fevral 2024-cü il tarixi 3-16-16/2-8/67 nömrəli rəyində göstərilmişdir ki, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda 130 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 016-292 nömrəli məktubda göstərtilmişdir ki, “X2 Reyestr”-nə əsasən Təqsirləndirilən şəxs adına 31 mart 2023-cü il tarixdən 31 fevral 2033-cü il tarixədək BD-113803 nömrəli “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər məhkəməsinin 3(125)-1478/2023 saylı qərarına əsasən 21 iyul 2023-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək sürücülük hüququndan məhrum edilmişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 dekabr 2023-cü il tarixli, 370 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından” görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə, saat 19:15-də müayinə olunan zaman ayıq olmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən protokollardan məlum olur ki, Göygöl RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan Opel Vectra markalı **-HM-*** və VAZ-21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmışdır. Opel Vectra markalı **-HM- *** markalı dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs, VAZ-21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanlması üçün sahibi X5 qaytarılmışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 27 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin icraat materialına əlavə edilmiş ziyan aktından məlum olur ki, VAZ 21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10526 (on min beş yüz iyirmi altı) manat ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnməsini, əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyana görə 7900 (yeddi min doqquz yüz) manat ödəməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, maddi sübut olan Opel Vectra markalı **-HM-*** və VAZ-21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Cinayət işi üzrə mülki iddia yoxdur, maddi sübut olan Opel Vectra markalı **-HM-*** və VAZ-21723 markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar