Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-38/2024 02.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X8 Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Basarkeçər rayonu, Zər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X10 Mərkəzində mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər aralarında baş vermiş ailə daxili münaqişələr səbəbindən boşanma ərəfəsində olduğu üçün ondan ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayan övladlarını görmək üçün 25 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəlib övladları ilə görüşən zaman Zərərçəkmiş şəxs nikahlarını sonlandırmaya dair məhkəməyə verdiyi iddiani geri götürməyi xahiş etdikdə, Zərərçəkmiş şəxs onun xahişini yerinə yetirməyəcəyini bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlləri ilə, daha sonra isə döşəmənin silinməsi üçün istifadə edilən silginin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən “burun nahiyəsinin qançır, sıyrıq və şişkinliyi ilə müşayiət olunan burun sümüyünün yerdəyişməmiş qapalı sınığı” və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “sol bud nahiyəsinin qançırları” xəsarətlərini qəsdən yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o xx.xx.2009-cu il tarixdə Göygöl rayon sakini olan Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşlar və onların birgə nigahlarından biri xx.xx.2010-cu il təvəllüdlü digəri isə xx.xx.2016-cı il təvəllüdlü iki oğlan övladları olmuşdur. Aralarında mübahisə baş vermiş və Şəhla övladlarını da götürüb valideynlərinin yanına getmişdir. Həmin vaxtdan da ondan boşanmaq üçün Göygöl rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə o, övladlarını görmək üçün Şəhlanın yaşadığı ünvan 3 ünvanına getmiş və Zərərçəkmiş şəxs barışıb birlikdə yaşamağı təklif etmiş, Zərərçəkmiş şəxs isə onun təklifini rədd etmişdir. Bu səbəbdən o əsəbləşərək sillə zərbəsi ilə Zərərçəkmiş şəxs sağ sifət nahiyyəsinə zərbə endirmişdir. Hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və heç bir əlavəsi yoxdur, əməlindən səmimi peşmandır, X7 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə münasibətindən biri xx.xx.2010-cu il təvəllüdlü digəri isə xx.xx.2016-cı il təvəllüdlü iki oğlan övladları vardır. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onunla mütəmadi olaraq mübahisə etdiyi üçün o, Ramindən ayrılmaq qərarına gələrək övladlarını da götürüb yaşadığı evi tərk edib valideynlərinin yanına köçmüşdür. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvana övladlarını görmək adı ilə gələrək ondan boşanma ilə bağlı məhkəmədə olan müraciətini geri götürməyini tələb etmiş, o, Təqsirləndirilən şəxsla razılaşmadıqda isə Təqsirləndirilən şəxs sillə zərbələri ilə onun hər iki sifət nahiyəsinə ardıcıl zərbələr endirmişdir. Hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və heç bir əlavəsi yoxdur, Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə evin mətbəxində baş vermişdir. Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Göygöl şöbəsinin məhkəmə-tibb ekspertinin 26 yanvar 2024-cü il tarixli 53 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməmiş qapalı sınığı, burun nahiyyəsinin qançır, sıyrıq və şişkinliyi, sol bud nahiyyəsinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - burun nahiyyəsinin qançır, sıyrıq və şişkinliyi ilə müşayiət olunan burun sümüyünün yerdəyişməmiş qapalı sınınğı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; sol bud nahiyyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Göygöl Mənzil-X1 Birliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayır. Göygöl Mənzil-X1 Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl Mənzil-X1 Birliyinə heç şikayət və narazılıqlar daxil olmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 26 yanvar 2024-cü il tarixli, 1103 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş 1218 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər aralarında baş vermiş ailə daxili münaqişələr səbəbindən boşanma ərəfəsində olduğu üçün ondan ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayan övladlarını görmək üçün 25 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəlib övladları ilə görüşən zaman Zərərçəkmiş şəxs nikahlarını sonlandırmaya dair məhkəməyə verdiyi iddiani geri götürməyi xahiş etdikdə, Zərərçəkmiş şəxs onun xahişini yerinə yetirməyəcəyini bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlləri ilə, daha sonra isə döşəmənin silinməsi üçün istifadə edilən silginin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən “burun nahiyəsinin qançır, sıyrıq və şişkinliyi ilə müşayiət olunan burun sümüyünün yerdəyişməmiş qapalı sınığı” və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “sol bud nahiyəsinin qançırları” xəsarətlərini qəsdən yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərər çəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-38/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-38/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver