Məhkəmə qərarları › İş №1(066)-38/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-38/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-38/2025 02.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Kəlbəcər rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Kərəmli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göygöl şəhəri ərazisində yerləşən Avtovağzalın ərazisində olan Zərərçəkmiş şəxs işlətdiyi kafeyə müştəri qismində gəlib pivə içib, masadan qalxıb kafedən getmək istəyərkən kafeni işlədən Zərərçəkmiş şəxs ona pul ödəməli olmasını dediyi üçün aralarında yaranmış mübahisə zamanı ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid “üst dodağın selikli qişasının əzilmiş yarası, sol bazu nahiyyəsinin qançırı” xəsarətlərini qəsdən yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18-19 radələrində Mollacəlilli kəndindən olan tanışı Şahid1 ilə birlikdə Göygöl şəhəri Avtovağzalının ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafedə pivə içmişlər, orada olduqları vaxt Mirzik kəndindən olan tanışı Şahid2 yanlarına gələrək ona “Samir, şotunuz çatıb, narahat olma” deyə bildirmiş, bundan sonra o isə Yusifə təşəkkürünü bildirmiş, bir qədər sonra qalxıb getmək istədikdə Zərərçəkmiş şəxs yanına gələrək ondan hesabı ödəməsini istəmiş, o zərərçəkmiş şəxsə “Ay Dilarə, Yusif hesabı verib də” deyə bildirmiş, lakin Zərərçəkmiş şəxs Şahid2 ancaq öz hesabını ödəməsini bildirmiş, o isə Zərərçəkmiş şəxs yalan danışmasını dedikdə, Dilarə ona “yalançının balası ölsün” deyə cavab vermiş, onun uşaqlarından biri İ qrup əlil olması səbəbdindən Zərərçəkmiş şəxs ona belə deməsi pis təsir etmiş və o, əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuş və 5 manatı verərək kafedən çıxıb getmişdir. Əlavə olaraq bildirdi ki, onlar Zərərçəkmiş şəxs işlətdiyi kafeyə gedən zaman, kafenin çölündə əyləşib üç-dörd bakal pivə içmişlər və əlavə bir çaynik çay sifariş etmişlər, onların özlərinin etdikləri sifarişin hesabı ümumilikdə 5-6 manat olmuşdur. O, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və mütamadi olaraq onun işlətdiyi kafeyə gedir. Zərərçəkmiş şəxs işlətdiyi kafeyə getdiyi müddət ərzində, Dilarə heç vaxt hesabda onları aldatmamış, onların arasında yaranan mübahisə anlaşılmazlıqa görə baş vermiş, Şahid2 kafedən gedən zaman onların yanına gələrək “Samir, hesabınız çatıb, narahat olma” deyə bildirmiş, onlar kafedən gedən zaman isə Zərərçəkmiş şəxs Yusifin onların hesabını ödəməməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona “yalançının balası ölsün” deyəndən sonra o, Dilarənin sifətindən bir dəfə vuraraq “mənə bala qarğışı etmə” demiş, Zərərçəkmiş şəxs sifətindən vurandan sonra onun qolunu tutub-tatmadığını xatırlamır. Hadisə baş verdikdən son o, çıxıb evinə getmişdir. Hadisə zamanı yanında olan Natiq adlı şəxs və kafenin içində oturan tanımadığı digər şəxslər onun qolundan tutub onu aralamışlar. Onlar təxminən 18-19 radələrində Dilarənin işlətdiyi kafenin çölündə oturmuşlar, həmin vaxt onlardan başqa kafenin çölündə olan bir-iki stolda insanlar əyləşmişdir. Onlar 3 nəfər olmuşlar. Onun Dilarə ilə mübahisəsi çöldə yaranmış, hadisə isə kafenin içinə keçəndən sonra baş vermişdir. Dilarə ona “yalançının balası ölsün” sözlərini kafenin çölündə işlətmiş və kafenin içərisinə keçmiş, Dilarə kafenin içərisinə keçən zaman o, Dilarənin ardınca kafenin içərisinə keçmiş, Dilarə təkrar “yalançının balası ölsün” sözlərini işlətmiş, Dilarəni əlinin dalı ilə bir dəfə vurmuşdur. Kafenin içərisində neçə nəfərin olmasını xatırlamır, orada oturan şəxslərin içində heç kəsi tanımamışdır. O, Dilarəni vuran zaman Natiq adlı tanışı onun yanında olmuşdur. Dilarəni bir dəfə vuranda sonra hərəkətini davam etdirməmişdir. Onların arasında olan mübahisə zamanı heç bir nəlayiq ifadə işlətməmişdir. Onlar kafedə oturduqları vaxt 3 nəfər olmuşlar və hər biri bir bakal pivə içmiş və bir çaynik çay qonşu stola göndərmişlər. Onların sifarişlərindən əlavə Yusif onların oturduqları stola üç bakal pivə göndərmişdir. Yusif kafedən gedən zaman onların yanlarına gələrək “Samir, hesabınız çatıb, narahat olma” deyə bildirmiş, onlar kafedən gedən zaman isə Zərərçəkmiş şəxs Yusifin onların hesabını ödəməməsini bildirmişdir. Yusifin onların əvəzinə, yəni onların hesabını ödəmək üçün nə qədər pul verməsini bilməmiş, lakin Yusif kafedən gedən zaman onların hesabının onun tərəfindən ödənilməsini bildirmişdir. O, inanmadığı üçün Zərərçəkmiş şəxs məcbur qalıb “yalançının balası ölsün” sözünü işlətmişdir. Zərərçəkmiş şəxs kafenin içərisinə keçən zaman o, Natiqlə onun ardınca kafenin içərisinə keçmiş, Dilarə təkrar “yalançının balası ölsün” sözlərini işlətmiş və bundan sonra onun sifətindən vurmuşdur. Zərərçəkmiş şəxs vurandan sonra onun qolundan tutmasını xatırlamır. O özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmasının nəzərə alınıb cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Göygöl şəhəri Avtovağzalının ərazisində kafe işlədir. xx.xx.2024cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs həmin kafedə dostu Natiq adlı şəxslə birlikdə əyləşib pivə içmiş, həmin vaxt kafeyə Mirzik kəndindən adını bilmədiyi bir nəfər şəxs gəlmiş, həmin şəxs kafedə olan zaman ona yaxınlaşıb Samirin hesabını özünün ödəyəcəyini bildirmiş və onlara 10 bakal da pivə verməyini tapşırmış, bundan sonra o da həmin şəxsin dediyi kimi Samirgilə pivə vermiş, bir qədər sonra həmin şəxs durub gedərkən hesabı istəmiş, o isə həmin şəxsə hesabın 11 ya 12 manat olmasını bildirmiş, belə olduqda həmin şəxs ona etiraz edərək hesabın çox olmasını bildirmiş, o isə həmin şəxsə Samirgilin də hesabını əlavə etməsini bildirmiş, həmin şəxs razılaşmayaraq ancaq öz hesabını verilmiş sifarişi ödəyəcəyini bildirdikdə həmin şəxsin pulunu hesablayıb 8 manat olmasını bildirmiş, bundan sonra həmin şəxs 8 manat ödəyərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs qalxıb getməyə hazırlaşan zaman ona 4 manat pul ödəməli olmasını bildirmiş, Samir isə cavabında ona bayaqkı şəxsin hesabı ödəməsini bildirmiş, o isə Samirə həmin şəxsin ancaq öz hesabını ödəməsini bildirmiş, Samir isə yenə getməyə başlamış, o isə Samir içkili olduğu üçün Samirə baş qoşmayıb ona sabah gəlməsini bildirmiş, Samir isə əl çəkməyərək onun yanına gəlmiş, dayanmadan “hesabı veriblər, sən məndən artıq 3 manat istəyirsən” deyə söyləmiş, o Samirə “yalandan danışanın Allah balasını öldürsün” deyə cavab verdikdə Samir əli ilə onun sifətindən bir dəfə vurmuş, zərbənin təsirindən o, müvazinətimi itirmiş və dodağı şişmişdir. Təqsirləndirilən şəxs onu vurandan sonra onun qolundan tutmuş və sıxmışdır. Kafedə olan müştərilər gələrək Təqsirləndirilən şəxs aralayıb aparmışlar. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onu Göygöl şəhər Avtovağzalının ərazisində işlətdiyi kafenin içində vurmuşdur. İşlətdiyi kafe balaca-xudmani bir yer olmaqla və hadisə baş verən zaman həmin kafedə müştərilər olmuşdur. Təqsirləndirilən şəxs onu əli ilə vurduqdan sonra onu təkrar vurmamış və vurmaq niyəti olmamışdır. Yusif kafeyə gələrkən Samirgillə bir stolda oturmamış, lakin Samirgilə pivə verməyini ona demişdir. Yusif kafeyə gələn zaman artıq sərxoş olmuş və işlətdiyi kafedə pivə içməmişdir. Samirgil kafeyə gələn zaman üç bakal pivə, bir çaynik çay və s. sifariş etmişlər. Yusif Samirgilə 3 bakal pivə sifariş etmiş və onun pulunu ödəmişdir. Hadisə baş verən günü kafedə iki stolda adamlar oturmuş, stolun birində 5 nəfər, digər stolda isə 4 nəfər olmuşdur. Hazırda təqsirlədirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. O, artıq 4 ildir ki, Göygöl şəhər Avtovağzalının ərazisində olan kafeni tək işlədir. İşlətdiyi kafenin içərisi 5 stoldan ibarətdir. Samirgil kafeyə gələn zaman artıq 2 stolda adamlar oturmuşdu. Samirgil kafenin çölündə oturmuş və onlar 3 nəfər olmuşlar. Mübahisəyə səbəb onun Təqsirləndirilən şəxs “yalandan danışanın Allah balasını öldürsün” deməsi olmuş, Samir ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Onların arasında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, onların arasında olan mübahisəyə ətrafdan heç kəs yığlışmamışdır. Təqsirləndirilən şəxs onu kafenin içərisində vurmuşdur. İşlətdiyi kafenin mətbəxi var. O kafedə mətbəxlə zalı pərdə ilə ayırmış, lakin zalda əyləşənlər pərdənin arxasında mətbəxi görə bilərlər. O, mətbəxdə xiyar soyduğu vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq əli ilə sifətindən bir dəfə zərbə endirmiş, həmin vaxt kafenin içərisində əyləşən adamlar onların mübahisəsini görə bilərdi. Hadisə baş verən zaman o, ayaq üstə olmuş, Samir onu vuran vaxt yanlarında Natiq adlı şəxs olmuş, həmçinin Samir onunla mübahisə edən zaman Natiq adlı şəxs Samirin yanında olmuşdur. Samir onu vurana qədər Natiq Samirlə onun arasında olan mübahisəyə heç bir müdaxilə etməmişdir. Əvvəllər Samir dostları ilə birlikdə daimi işlətdiyi kafəyə gəlmişdir. Təqsirləndirilən şəxs normal adam kimi tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Samir əvvəllər işlətdiyi kafəyə gələn zaman heç vaxt qeyri etik hərəkətlər etməmiş, qeyri etik ifadələr işlətməmiş və özünü daim normal aparmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Mübahisə o, dediyi “yalandan danışanın Allah balasını öldürsün” sözlərinin nəticəsində baş vermişdir. xx.xx.2024-cü il tarixdə Samirgil işlətdiyi kafeyə gələn zaman kafenin çölündə yerləşən stolda əyləşmişlər. Yusif kafeyə gəlib-gedəndən sonra Samirgil çox otumamış, Samir qalxıb getməyə hazırlaşan zaman ona 3 manat pul ödəməli olmasını bildirmiş, Samir isə etiraz etmiş həmin vaxt digər müştərilər sifariş etdiklərinə görə o, kafenin içərisinə keçmiş, mətbəxdə xiyar soyduğu zaman Samir yaxınlaşaraq əli ilə sifətindən bir dəfə zərbə endirmiş, sonra isə kafedə olan müştərilər Samirin qolundan tutub aralamış və onu çölə çıxartmışlar. Samir kafedən çıxandan sonra heç bir səs-küy yaratmadan sakitçə çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16-17 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Göygöl şəhər Avtovağzalının ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafedə pivə içmişlər, orada olduqları zaman Mirzik kəndindən olan Yusif adlı şəxs yanlarına gələrək “Samir, şotunuz çatıb, narahat olma” deyə bildirmiş, Samir də ona təşəkkürünü bildirmiş, bir qədər sonra qalxıb getmək istədikdə Dilarə yanlarına gələrək onların hesablarından 4 manat borcları olduğunu bildirmiş, Samir isə ona “Ay Dilarə, Yusif hesabı verib də” deyə bildirmiş, lakin Dilarə Yusifin ancaq öz sifarişi üzrə hesabını ödədiyini bildirmiş və onlarla mübahisə etmişdir. Samir isə Dilarəyə yalandan danışdığını söylədikdə Dilarə Samirə “yalançının balası ölsün” deyə cavab vermiş, Samir isə ona “ağzını yum, işlətdiyin sözlər ayıb olası sözdür” deyə cavab vermiş və Samir əli ilə Dilarənin sifətindən bir dəfə yüngül zərbə endirmiş, bundan sonra isə onlar kafedən çıxıb getmişlər. Əlavə olaraq bildirdi ki, Samir Dilarənin üzündən vurandan sonra Dilarənin ağzından qan gəlməmiş, Samir Dilarənin üzündən bərk vurmamışdır. Samirlə Dilarə arasında olan mübahisə zamanı Dilarə Samirə qarşı “yalançının balası ölsün” sözlərini işlətmişdir. Onlar Dilarə xanımın işlətdiyi kafeyə gələn zaman içkili olmamışlar, onlar həmin kafedə olan zaman hər birinə təxminən 4-5 bakal pivə içmişlər. Yusif adlı şəxs Dilarə xanım işlətdiyi kafedən gedəndə onların hesablarını bağladığını bildirmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Dilarə xanımı vurmamış, sözlə “söyünc söymə” deyərək əli ilə onun ağzını yüngül tutmuşdur. Onlar kafeyə gələrkən kafenin çölündə oturmuşlar, mübahisə isə kafenin içərisində yerləşən mətbəxdə baş vermişdir. Onlar kafenin çölündə oturarkən qalxıb getmək istədikdə Dilarə yanlarına gələrək borclarının olduğunu bildirmişdir. Yusif kafedən gedəndən sonra onlar əlavə olaraq heç nə sifariş etməmişlər. Onlar kafenin çölündə oturan zaman onların oturduqları stoldan başqa bir stoldada əyləşənlər olmuş, kafenin içərisində isə heç kəs olmamışdır. Samirlə Dilarə xanım arasında olan mübahisə baş verən zaman orada əlavə şəxslərin toplaşmasını xatırlamır. Samirlə Dilarə xanımın mübahisəsi olan zaman o, çöldən onların səslərini eşitmişdir. Onlar təxminən 16-17 radələrində Dilarənin işlətdiyi kafenin çölündə oturaraq pivə içmişlər, onların oturduqları stolda o və Samir olmuş, onlardan başqa kafenin çölündə 1-2 stollarda adamlar əyləşmişdir. Onlar təxminən 3-5 bakal pivə içmişlər. Yusif adlı şəxs onların hər birinə cəmi bir bakal pivə göndərmişdir. Onlar oturduqları kafenin ətrafında heç kəs oturmamışdır. Yusif adlı şəxs kafeyə gələrkən orada oturmamış, onlara pivə sifariş vermiş, hesabı ödəmiş və kafedən gedərək onlara hesabı ödədiyini bildirmişdir. Səf etmirsə kafenin içərisində bir-iki nəfər əyləşib çay içmişdir. Onlar kafenin çölündə oturarkən qalxıb getmək istədikdə, Dilarə yanlarına gələrək 3-4 manat borclarının olduğunu bildirmiş, həmin vaxtı o, Dilarə xanıma “səbirli ol sabah Yusif və bizdə gələrik aydınlaşdırarıq, borcumuz varsa borcumuzu verəcəyik” demiş, Dilarə isə “verəcəksiz” demiş və ondan sonra Samir “pul çatıbdı, Yusif bizim hesabı ödəyib” demişdir. Mübahisə olan vaxt onlar kefli olmamış, belə ki dörd bakal pivə ilə adam kefli olmaz. Mübahisə olan zaman Dilarə xanım “yalançının balası ölsün” sözlərini ona və Samirə işlətmişdir. O, çöldə olduğu zaman, Samirlə Dilarə xanım kefinin içərisində yerləşən mətbəxdə mübahisə elədiklərini eşitmiş, bundan sonra Samirin yanına yaxınlaşaraq “ayıbdır” demişdir. Dilarə xanım “yalançının balası ölsün” sözlərini bərk demişdir. Mübahisə zamanı səs-küyə ətrafdan 2-3 nəfər yığışmışdır. Samirlə Dilarə xanım arasında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı Samir yüksək səslə danışmamış, Dilarə isə yüksək səslə danışmış, mübahisə zamanı Samir Dilarə xanımı vurmamış sadəcə əli ilə Dilarənin ağzını yüngül tutmuşdur. O, Samirin Dilarə xanıma pul verməsini görməmişdir. Mübahisə baş verəndən sonra, Dilarə xanımın hər hansı xəsarət almasını görməmiş, onun üzündən qan axmağını görməmişdir. Mübahisə zamanı ondan başqa Samiri heç kəs aralamamışdır. Onlar kafedən gedərkən, Dilarə xanım onlardan narazı olaraq hadisə barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində baş vermişdir. Kafenin çölündə onlar oturduqları stoldan başqa stollar olmuş və həmin stollarda 2-3 nəfər şəxs oturmuş, həmçinin kafenin içərisində 2-3 nəfər insan olmuşdur. Yusif kafedən gedəndən sonra onlar əlavə heç nə sifariş etməmişlər. O, hazırda içkili deyil, sadəcə yuxusuzdur. Onlar kafenin çölündə oturarkən qalxıb getmək istədikdə Dilarə yanlarına gələrək borclarının olduğunu bildirmiş, onlar isə Yusif tərəfindən onların hesablarının ödənilməsini bildirmişlər, Dilar isə Yusifin hesabı bağlamadığını və “yalançının balası ölsün” sözlərini demişdir. Dilarə xanımın Yusifin hesabı ödəməməsi ilə bağlı dediklərinə inanmadıqları üçün Dilarə onlar “yalançının balası ölsün” sözlərini işlətmişdir. Dilarə xanım “yalançının balası ölsün” sözlərini kafenin çölündə onlara qarşı işlətmiş, sonra Dilarə kafenin içərisinə keçmiş, Samir onun arxasınca getmiş və orada mübahisə başlamış, o isə çöldə qalmış və onlardan 2-3 dəqiqə sonra kafenin içərisinə keçmiş, kafenin içərisinə keçərək, Dilarə xanımın “yalançının balası ölsün” dediklərini görmüş, həmin vaxt kafenin içərisində əyləşən 3 nəfər şəxs mübahisəyə qarışmamış, mübahisə olan zaman heç bir nəlayiq ifadə işlənilməmiş, yalnız qarğış sözləri işlənilmişdir. Yusif kafedən gedəndən sonra onların tərəfindən əlavə sifarişin olub-olmamasını xatırlamır. Samirlə o, hər birinə 3-4 bakal pivə içmiş, pivənin yanında bir noxud və bir pendir olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, bir neçə nəfər dostu ilə Dilarə xanım işlətdiyi kafeyə getmiş, həmin vaxt orada Samirin başqa bir stolda kimlərnənsə pivə içdiyini görmüş, bundan sonra salam verərək əyləşib çay içmiş, yolu uzun olduğu üçün kafedə çox oturmayıb tez durmuş, Samirə yaxınlaşaraq o, olduğu müddətdə nə hesabları varsa bağlayıb getdiyini bildirmiş, Samir isə “heç bir şey çox sağol qadanalım” demiş, bundan sonra Dilarə xanımın yanına gedərək, onun çay borcunu və o olan müddətdə Samirgilin etdiyi sifarişlərində borcunu çıxmasını və özünün getməsini bildirmiş, Dilarə xanım ona sifarişin məbləğinin 18 manat olduğunu bildirmiş, o da 20 manat verərək ödənişi etmiş, Dilarə xanım ona geri 2 manat qaytarmış, o isə sağol deyərək məkandan çıxmışdır. O, danışdıqlarından əlavə heç nə görməmiş və heç bir şeydən məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, həmin günü 2-3 tanış ilə birlikdə kafedə çay içmişlər, həmin gün pivə içməmiş, belə ki qış aylarında spirtli içki qəbul edir. O, Samirgilin pivə içmələrini görməmişdir. O, Samir olduğu stola yaxınlaşaraq o olduğu müddətdə nə içmişlərsə, həmin sifarişlərin ödənişini ödəyib getməsini bildirmiş, bundan sonra içəri keçərək Dilarəyə yaxınlaşıb ümumi ödənişin nə qədər etdiyini soruşmuş, Dilarə ona 18 manat olduğunu demiş, ödənişi etmək üçün Dilarəyə 20 manat verərək ödənişi etmiş, Dilarə isə ona 2 manat geri qaytarmışdır. Ola bilər ki, o Samirgil oturan stola pivə göndərmiş, hadisə uzun müddət əvvəl olduğu üçün üçün unutmuşdur. Xəstə adam olduğu üçün dünən yediyini belə unudur. Dəqiqliklə 18 manat ödəniş etdiyi yadındadır. O, həmin kafeyə çox getmişdir. Dilarə ilə onun arasında heç bir zaman pul söhbəti olmamışdır. O, heç bir dava görməmiş, 1 həftə sonra eşitimişdir ki, Samir və Dilarə arasında 2 manatın üstündə söz-söhbət olmuşdur. Dilarəyə sual verdikdə, ödənişi etdiyini və heç bir borcunun qalmadığını söyləmişdir. Dilarə ilə onun arasında heç bir anlaşılmazlıq ola bilməz belə ki, anlaşılmazlıq olsa idi 2 manatıda ona geri qaytarmazdı. O, Dilarə xanıma yaxınlaşaraq, öz içdikləri çayların və Samirgilin stolunu göstərərək onlarında ödənişlərini edərək oradan çıxmışdır. O, Samiri şifahi olaraq tanıyır və onunla heç bir əlavə tanışlığı yoxdur. Belə ki, Samir Qarakeşişdə yaşıyır, o isə Borçalıdandır və Samiri burda rayonda tanımışdır. Onlar Samirlə birlikdə çox yerlərdə oturmuş, əvvəllər Samir də hesab ödəmiş, həmçinin o da ödəmiş və tanışlıqları qarşılıqlı olmuşdur. Onun həmin günü kafedə neçə nəfər ilə oturduğu yadında deyil. Samirgil oturduqları stolda 2-3 nəfər olmuşlar, onların çay içdikləri yer Göygöl Rayon Avtovağzalda yerləşir, kafenin qarşısında stollar var. Hər kəs orda əyləşərək domino oynayıb çay içir. Çöldə neçə adam olmasını dəqiqliklə deyə bilmir. Təxminən 10-15-20 nəfər olur, hər kəs öz stolunda əyləşmişdir. Onlar başqa yerdə yeyib-içmişlər, 2-3 nəfər Dilarənin kafesində çay içməyi qərarlaşdırmış və gedib kafedə oturmuşlar. Onlar təxminən yarım saat orda oturmuşlar, həmin müddət ərzində Samir üçün nəsə sifariş etdiyini xatırlamır. Həmin kafedə hər cür içki verilir. Bir onu xatırlayır ki, Samirgilin qarşılarında bakallar olmuş və pivə içmişlər. Onların nə qədər pivə içmələrini bilmir. O, çay içdiyi şəxslərlə birlikdə kafedən getmişlər, həmin vaxt Samirə onların bu vaxta kimi nə yeyib, içmişlərsə hamısının ödənişini edib getdiyini bildirmiş, ödənişlərini etdikdən sonra isə Samirə yaxınlaşaraq “ödənişinizi etdim gedirəm” demişdir. Dilarə xanıma yaxınlaşaraq onların və Samirgilin stolunun hesabının neçə manat etdiyini sual vermiş, Dilarə xanım özü 18 manat etdiyini dedikdən sonra, cibində olan 20 manatı çıxardaraq ona vermiş, Dilarə xanım ona geri 2 manat qalıq qaytarmışdır. Samirgil qapının yanındakı stolda oturmuşlar, o qapının girişində qayıdıb “Samir bu zamana kimi nə yeyib, içmisizsə hamısının ödənişini edib mən gedirəm, salamat olun” demişdir. Bundan bir neçə gün sonra eşitmişdir ki, Samirgil iki manatın üstündə cırmaqlaşmışlar. O, onların hər ikisinin bir-birini cırmaqladığını eşitmişdir. Onun həmin stola pivə göndərdiyi yadında deyil. Həmin şəxsləri tanıdığı üçün ödənişlərini edib oradan çıxmışdır. O, 20 manat verərək, 18 manat ödənişi etmiş, Dilarə 2 manatını geri qaytarmışdır. Hesab ödədiyi yadındadır, stola pivə göndərdiyi isə yadında deyil. Onun ödəniş etməsi dəqiq yadındadır, lakin Samirgilin stoluna pivə göndərib-göndərməməsi yadında deyil. Həmin vaxt o özüdə sərxoş olmuş, belə ki başqa yerdə yeyib-içib həmin kafeyə çay içmək üçün gəlmişlər. O, ödəniş etməsi xatırlayır, lakin Samirgilin stoluna pivə göndəribgöndərməməsini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1950 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işi istintaq aidiyyəti üzrə Göygöl rayon X10 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, baxışın keçirildiyi ərazi Göygöl şəhər avtovağzalının ərazisində yerləşən, X1 işlətdiyi həmin kafedir. Kafenin ətrafında başqa obyektlər də vardır. Ətrafda insanların və nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə həmin kafedə Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyini bildirdi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predtmet aşkar edilməmiş və ya götürülməmişdir. Hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 511 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının əzilmiş yarası, sol bazu nahiyyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurora göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah olunması, qərarın Zərərçəkmiş şəxs elan edilməsi və ona təqdim edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin tövsif edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icraatda olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi və iş üzrə ibtidai istintaqın həmin maddələr ilə davam etdirilməsi, qərarın sürətinin nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri hadisənin Göygöl şəhər Avtovağzalının ərazisində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi kafedə baş verməsi, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsi, hər iki şəxsin arasında hər hansı ədavətin olmaması müəyyən edilmiş, lakin hadisəni görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, hər hansı bir müşahidə video kameraları, həmçinin təhlükəsizlik kameraları olmadığındam iş üçün əhəmiyyət kəsb edən video görüntülərin əldə edilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın surətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, həmin hadisəni harada və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs təhqir olunması xüsusatı ilə bağlı Zərərçəkmiş şəxs şikayətinin olduğu halda xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilmək hüququnun olmasının izah edilməsi, cinayət işinə əlavə edilmiş, dindirmə, hadisə yerinə baxış, üzləşdirmə, ifadənin yerində yoxlanılması protokolları, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 511 nömrəli Vǝ Kompleks məhkəmə-psixatrik rəyinin və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli, 847 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli, 1022 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün olmaqla Göygöl rayon Kərəmli kəndində yaşıyır. Ailə tərkibi arvadı 1984-cü il təvəllüdlü X2, oğlu 2004-cü il təvəllüdlü X4, oğlu 2005-ci il təvvəllüdlü X6 və oğlu 2010-cu il təvəllüdlü X7 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Göygöl rayon İHB-nin Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələckdə də şikayət və tələbi olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə saat təxminən 18-19 radələrində Mollacəlilli kəndindən olan tanışı Şahid1 ilə birlikdə Göygöl şəhər Avtovağzalının ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafedə pivə içmişlər, orada olduqları vaxt Mirzik kəndindən olan tanışı Şahid2 yanlarına gələrək ona “Samir, şotunuz çatıb, narahat olma” deyə bildirmiş, bir qədər sonra qalxıb getmək istədikdə Zərərçəkmiş şəxs yanına gələrək ondan hesabı ödəməsini istəmiş, zərərçəkmiş şəxsə “Ay Dilarə, Yusif hesabı verib də” deyə bildirmiş, lakin Zərərçəkmiş şəxs Şahid2 ancaq öz sifarişi üzrə hesabını ödəməsini, onun isə Zərərçəkmiş şəxs yalan danışmasını dedikdə, Dilarə ona “yalançının balası ölsün” deyə cavab vermiş, onun uşaqlarından biri İ qrup əlil olması səbəbdindən Zərərçəkmiş şəxs ona belə deməsi pis təsir etmiş və o, əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə vurmuş və 5 manatı verərək kafedən çıxıb getməsini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxs, eləcə də şahidlərin ifadələri, dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını və ilk dəfə cinayət əməli törətməsi şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən hallın olmasını və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 87 (səksən yeddi) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 87 (səksən yeddi) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar