Məhkəmə qərarları › İş №1(066)-39/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-39/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-39/2024 07.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "X11 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialında, operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olan, Göygöl rayonu Üçtəpə kəndində yaşayan. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə əsasən rəsmi nikahları pozulmasına baxmayaraq, ünvan 1ində faktiki birlikdə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs yemək hazırlamaması səbəbindən 15 fevral 2024-cü il tarixdə, saat 16 radələrində həmin evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid "sağ göz nahiyəsinin hematoması" və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən "başın təpə nahiyəsinin, sol gözün bayır bucağının qançırları, sol əlin arxa səthinin sıyrığı xəsarətlərini qəsdən yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törətmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurub ünvan 1ində yaşamağa başlamış, həmin nikahdan bir oğlan övladları doğulmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan səbəbsiz yerə tez-tez mübahisələr baş vermiş, bu səbəbdən də Zərərçəkmiş şəxs iddiası əsasında Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə nikahları sonlandırılmış, övladı Zərərçəkmiş şəxs himayəsində qalmış, eləcə də ona əvvəllər birlikdə yaşadıqları ünvan 1ində yerləşən evdə yaşamaq hüququ verilmişdir. Buna görə də boşanmalarına baxmayaraq, o, Zərərçəkmiş şəxs ilə eyni ünvanda yaşamağa və övladını himayəsində saxlamağa davam etmişdir. O, 12 fevral 2024-cü il tarixdə Goranboy rayonu, Veyisli kəndində yaşayan valideynlərinin yanına getmiş, bir neçə gün orada qaldıqdan sonra, 15 fevral 2024-cü il tarixdə yenidən ünvan 1inə gəlmiş. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları evə çatmazdan bir qədər əvvəl, saat 13 radələrində Zərərçəkmiş şəxs zəng edib ona yemək hazırlamasını xahiş etmişdir. Lakin, o, həmin gün saat 16 radələrində evə çatdıqda yeməyin hazır olmamasını görüb əsəbiləşərək Zərərçəkmiş şəxs ilə mübahisə edib əlləri ilə Zərərçəkmiş şəxs sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurmuş, təxminən 5 dəqiqə davam edən mübahisə zamanı evdə 2020-ci il təvəllüdlü övladından başqa kimsə olmamış, Zərərçəkmiş şəxs döydükdən sonra evi tərk edib getmişdir. Hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və heç bir əlavəsi yoxdur, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi ona aydındır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 15 fevral 2024- cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ona zəng edib evə gələcəyini demiş və ondan yemək hazırlamasını xahiş etmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs evə gəlib ondan yeməyin hazır olubolmamasını soruşmuş, o, yeməyi isidib vermiş, lakin Təqsirləndirilən şəxs yedikdən sonra anasına zəng etmiş anasına ona yemək vermədiyini anasına demişdir. Anası Zərərçəkmiş şəxs ilə danışaraq Alıyev Müşviqə yemək verməsini bildirib, sonra oğlu ilə birlikdə onu təhqir etmişlər. O isə məhləyə çıxdıqda Alıyev Müşviq əsəbiləşərək onunla mübahisə edib əlləri ilə onun sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurmuş, təxminən 5 dəqiqə davam edən mübahisə zamanı evdə 2020-ci il təvəllüdlü övladından başqa kimsə olmamış, bir neçə mübahisədən sonra Təqsirləndirilən şəxs evi tərk edib getmişdir. Hazırda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və heç bir əlavəsi yoxdur, X7 onunla barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, X5 barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evidir. xx.xx.2024-cü il tarixdə Alıyev Müşviq və Zərərçəkmiş şəxs arasında mübahisə evin yataq otağında baş vermişdir. Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Göygöl şöbəsinin məhkəmə-tibb ekspertinin 15 fevral 2024-cü il tarixli 87 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - Sağ göz nahiyəsinin hematoması, başın təpə nahiyəsinin, sol gözün bayır bucağının qançırları, sol əlin arxa səthinin sıyrığı müayinədən 1 günə qədər əvvəl; bel və sağ dirsək oynağı nahiyələrinin qançırları isə - müayinədən 3-5 gün əvvəl - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən - sağ göz nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya; başın təpə nahiyəsinin, sol gözün bayır bucağının, bel və sağ dirsək oynağı nahiyələrinin qançırları, sol əlin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X7 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. ünvan 3dən təqdim edilmiş arayışdan görünür ki, X1 rayonu, üçtəpə kəndi ünvanında qeydiyatda olmaqla yaşayır. ünvan 3dən verilmiş xasiyyətnamədən görünür ki, X7 barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserdən təqdim edilmiş 16 fevral 2024-cü il tarixli, 890 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs X7 həmin dispanserdə qeydiyyatda deyildir. Gəncə şəhər Narkoloji Dispanserindən təqdim edilmiş 961 nömrəli arayışdan görünür ki, cinayət əməlini törətmiş şəxs X3 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X5 barəsində cinayət işi üzrə icraat başlanılmamış, məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X5 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, X7 15 fevral 2024-cü il tarixdə, saat 16 radələrində həmin evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sifət və başının müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmaqla, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid "sağ göz nahiyəsinin hematoması" və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən "başın təpə nahiyəsinin, sol gözün bayır bucağının qançırları, sol əlin arxa səthinin sıyrığı xəsarətlərini qəsdən yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxs X7 məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, X7 əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X7 barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X7 zərərçəkmiş şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşmiş icraat materialının icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, maddi sübut, müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar