Məhkəmə qərarları › İş №1(066)-39/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-39/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-39/2025 30.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ermənistan, Çəmbərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Üçbulaq kəndində qeydiyyatda olmaqla, Göygöl şəhəri X15 küçəsi, ev 14 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobilinin boyasının qumlama yolu ilə təmizlənməsi üçün götürmüş usta Zərərçəkmiş şəxs 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş və işini görüb qurtardığını, avtomobilinin hazır olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 16 radələrində evakuator aparmaqla Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olan çay hövzəsində işləyən Zərərçəkmiş şəxs yanına getmiş və avtomobilin boyasının tam təmizlənmədiyini, avtomobilin müəyyən hissələri qumlanmamasını görmüş və bu səbəbdən onlar arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs qumlama şlanqını götürərək Zərərçəkmiş şəxs avtomobilin qalan hissələrinin də qumlanmasının mümkün olduğunu göstərərək, ondan işini tam görməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə israrla işi görməyəcəyini bildirdiyindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilini qumlaması üçün verdiyi pulu geri istəmiş, Zərərçəkmiş şəxs isə pulu qaytarmayacağını və işi görməyəcəyini bildirmiş, bundan Təqsirləndirilən şəxs əsəbləşmiş və Zərərçəkmiş şəxs yaxınlaşaraq onu sirkələməyə başlamış, həmin vaxt həmin yerdən aparmaq üçün Təqsirləndirilən şəxs qoluna keçirdiyi avtomobil qapsının dəmir kərçivələri Zərərçəkmiş şəxs dəymiş, sonuncuya başın təpə nahiyyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinliyi) alt dodağın əzilmiş yarası, sol said və sol qabırğaaltı nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən bərk küt alətin təsirindən əmələ gələn, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o özünə məxsus avtomobili qumlamaq, yəni avtomobilin boyasını tökmək üçün Zərərçəkmiş şəxs yanına aparmışdır. 17 mart 2024-cü il tarixdə ailəsi ilə birlikdə olan zaman Zərərçəkmiş şəxs ona zəng vurmuş və işi görüb qurtardığını bildirmişdir. Bundan sonra o, Rəşadın yanına gedən zaman onun işi tam görməməsini görmüş və onlar arasında mübahisə yaranmışdır. Belə ki, Rəşad ona zəng vurarkən avtomobilin hazır olmasını demiş, o da bu səbəbdən avtomobilini aparmaq üçün evakuator çağırmışdır. Lakin avtomobilin müəyyən hissələri qumlanmamış, o qumlama şlanqını götürmüş və Rəşada avtomobilin qalan hissələrinin də qumlanmasının mümkün olduğunu göstərərək Rəşada işini görməsini bildirmiş, Rəşad isə israrla işi görməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs belə danışdığına görə o, Rəşaddan verdiyi pulunu geri istəmiş, Rəşad isə pulu qaytarmayacağını və işi görməyəcəyini bildirmişdir. O, Rəşadın danışıq tərzinə görə hirslənmiş və Rəşada yaxınlaşaraq onu sirkələməyə başlamış, lakin Rəşadı vurmamışdır. Rəşadın DİN-nin 102 xidmətinə zəng vurmasından məlumatı olmamış, hadisədən 6 ay sonra bilmişdir ki, Rəşad aralarında olan mübahisə ilə bağlı Polisə şikayət edib. Onların aralarında olan mübahisə başa çatdıqdan sonra Rəşadın videosunu çəkmiş və həmin videodan da görünür ki, Rəşadın üzərində heç bir xəsarət olmamışdır. Əlavə olaraq bildirdi ki, O, özünə məxsus avtomobilini Rəşadın yanına təxminən 2024-cü ilin mart ayında aparmış, onlar razılaşmışlar ki, Rəşad onun avtomobilini 4 günə qumlayıb qurtaracaq, lakin 4 gün 14 gün olmuş, Rəşad ona zəng vuraraq işini görüb qurtadığını desə də o, Rəşadın yanına gedərkən onun yalnız işin yarısını qurtarmasını görmüşdür. O, Rəşaddan işi hansı səbəbdən tam şəkildə görməməsini soruşduqda, Rəşad ona işin qalıq hissəsini görməyəcəyini bildirmişdir. Rəşad özü zəng vuraraq avtomobilin hazır olmasını bildirmiş və o da evakuator çağıraraq avtomobilin arxasınca getmişdir. O, özü şlanqı götürərək avtomobili qumlamağa başlamış və avtomobilini qumlayan zaman Rəşada bildirmişir ki, avtomobilin üzərində boya qalan yerləri aparmaq mümkündür, lakin Rəşad isə bunu etməyəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxsı dəmirlə vurmamış, Rəşadı sirkələyən zaman əlinə keçirtdiyi dəmirlərin onun sifətinə dəyməsi mümkün deyil. O, Rəşadın başından vurmamış, yalnız onun qolundan tutub sirkələmiş, onun qoluna keçirtdiyi dəmirlər onlar arasında olan mübahisədən öncə olmuşdur. Mübahisə zamanı orada o, Rəşad, evakuator sürücüsü Natiq və Vüsal adlı şəxs olmuş onlardan başqa digər şəxslər olmamışdır. Hadisə yerindən təxminən 300 metr aralıda qoyunlar və çobanlar olmuşdur. Zərərçəkmişin ifadəsində bildirdiyi tanımadığımız digər 2 nəfər şəxs həmin vaxt orada olmamışdır. O, Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, lakin Zərərçəkmiş şəxs hardan xəsarət almasını bilmir. Onun izahatı hadisə baş verdikdən bir il sonra alınmış, həmçinin Zərərçəkmiş şəxs ondan şikayət etdiyini və istintaqın başlanmasını hadisə baş verdikdən 1 il sonra bilmişdir. O, hər hansı bir alətlə Rəşadın baş nahiyəsinə və ya digər hər hansı nahiyəsinə zərbə yetirməmişdir. Mübahisə olan yerdə, yəni Rəşadın işi gördüyü yerdə onun avtomobilindən başqa bir kran və bir balaca avtomobil olmuşdur. Rəşadın qumlama işini gördüyü ərazidə hər hansı yaşayış evi, obyekt və ya ticarət yerləri yerləşmir. Hadisə yerində elektrik xətti yoxdur. Hadisə yerindən təxminən 300 metr aralıqda qoyunlar və çobanlar olmuş, lakin həmin çobanlar onlar arasında olan mübahisəyə heç bir reaksiya verməmişlər. O, Rəşadın yanına gedən zaman özünə məxsus digər avtomobilində ailəsidə olmuşdur. Ailə üzvləri ilə gəldiyi avtomobili hadisə yerindən təxminən 50-60 metr aralıda saxlamış və ailə üzvlərinin onun Rəşadla aralarında olan mübahisədən heç bir xəbərləri olmamışdır. Onların aralarında olan mübahisə sözlə başlamış, sonra o, Rəşadın dediklərinə hirslənərək onu sirkələməyə başlamışdır. Hadisə zamanı o, Rəşadın əmlakına heç bir xəsarət yetirməmiş və yetirmək istəməmişdir. Onun Rəşadla aralarında olan razılığa görə Rəşad onun avtomobilini 4 günə qumlayıb ona təhvil verməli, o isə zəhmət haqqı kimi Rəşada 300 manat verməli olmuşdur. Rəşad ondan 100 manat beh istəmiş, o isə Rəşada beh olaraq 200 manat vermiş və işini yaxşı aparsa 300 manatdan artıq verməsini demişdir. Rəşad ona zəng vuraraq avtomobilin hazır olmasını bildirmiş, bundan sonra o avtomobilin arxasınca gedərək evakuator çağırmışdır. O, Rəşadın iş yerinə çatanda avtomobilinin boyasının tam tökülməməsini görmüş və bu səbəbdən hirslənmişdir. Rəşad işini tam görmədiyindən və işi tam görməkdən imtina etdiyindən ona verdiyi pulunu geri istəmiş, Rəşad isə pulu verməkdən imtina etmişdir. Rəşad həmin vaxt onun pulunu qaytarsa idi hadisə baş verməzdi. O, Rəşadın qolundan tutaraq nəlayiq ifadə ilə ona işi görməsini demiş, Rəşad isə işi görməyəcəyini bildirmiş, Rəşadın dediklərinə bərk hirslənmiş və nəticədə onu sirkələməyə başlamışdır. O, Rəşadı sirkələyərkən qolunda olan dəmirlərin ona dəyməsi mümkün deyildi. O, mübahisə zamanı Rəşadı yumruqla vurmamışdır. Mübahizə zamanı Rəşada qarşı nəlayiq ifadə işlətməmiş, qolundan tutub dartmış və axırda sirkələmişdir. O, Rəşadı sirkələyən zaman əlində olan dəmirlər onun başına dəyə bilməzdi. Mübahisədən sonra o, video çəkliş aparmış, həmin video çəklişdən görünür ki, Rəşadın heç bir xəsarəti olmamışdır. Mübahisə zamanı o, Rəşadı özünə çəkib sıxmamışdır. Müdafiəçinin söylədiyi fikirlə razıdır. O özünü cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, hazırda zərərçəkmiş şəxslə barışıb və ona dəymiş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşimandır. Odur ki, onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs özünə məxsus avtomobilini boyasını tökmək üçün qumlanmaqdan ötrü onun yanına gətirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus avtomobili gətirərək ondan hansı qiymətə işi görəcəyini soruşmuş və onların işin görülməsi ilə bağlı 300 manata razılığa gəlmişlər. Təqsirləndirilən şəxs razılaşdıqları 300 manatdan 200 manatını qabaqçadan ona vermiş, 100 manatı isə işi qurtarandan sonra verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs özünə məxsus olan markasını dəqiq xatırlamadığı köhnə avtomobilini onun yanında qoyub getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan qumlama prosesini necə aparacağını ona göstərməsini istəmiş, o qumlama aparmış və Nofələ göstərmişdir. Avtomobilin altında olan germetikalı olan yerin qumlama ilə getməyəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Onun rəsmi iş yeri olduğundan fabrikdə işlədiyi üçün qumlama işlərini bazar günü apara bilir. Nofəl avtomobilini qoyub gedəndən təxminən 1 həftə sonra avtomobilin arxasınca gəlmiş, həmin vaxt qumlama prosesi artıq başa çatmış, lakin avtomobilin altında olan germetikalı yeri qumlama ilə aparmaq mümkün olmamış və o, germetikalı yerin getməcəyi barədə Nofələ əvvəldən məlumat vermişdir. Avtomobilin altında olan germetikalı yerin qumlama ilə getməməsi səbəbindən Nofəl acıqlanmış və onların arasında mübahisə başlamış, Nofəl avtomobilin həmin hissəsini özü aparmaq istəmiş və qumlama borusunu götürərək qumlama prosesinə başlamış, həmin vaxt Nofəlin özü də görmüşdür ki, avtomobilin altında olan germetikanın aparılması mümkün deyil, lakin onlar arasında mübahisə başlamışdır. Nofəl ona avtomobilin həmin hissəsini qumlamağını demiş, o isə edə bilməyəcəyini bildirmiş, o edə bilməyəcəyini deyəndən sonra Nofəl acıqlanaraq onun üstünə gəlmiş və onu sirkələməyə başlamış, mübahisəni görən Vüsal adlı şəxs onların aralarına girmiş və onları aralamağa başlamışdır. Nofəl onu sirkələyən zaman, Nofəlin əlində dəmir qırıqları olmuşdur. Vüsal onları aralayan zaman onu qırağa itələmişdir. Mübahisə başa çatdıqda orada olan şəxslər ona Polisə zəng vurmasını bildirmiş və o, dərhal DİN-nin 102 xidmətinə zəng etmiş, o DİN-nin 102 xidmətinə zəng vurduqdan sonra polislərin gec gəlmələri səbəbindən Nofəl artıq hadisə yerindən getmişdir. Əlavə olaraq bildirdi ki, hazırda o, qumlama iş ilə məşğul deyil, lakin əvvəllər bir neçə avtomobil yığıb ayda 1-2 dəfə o işi görmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu necə və harasından vurmasını xatırlamır. Mübahisə zamanı ona qarşı heç bir nəlayiq ifadə işlətməmiş, lakin Təqsirləndirilən şəxs ona qarşı nəlayiq ifadə işlədməsə də, ona işi görməsini demişdir. Mübahisə zamanı Nofəlin qolunda dəmirlər olmuş və o onu sirkələyən zaman həmin dəmir başına dəymişdir. Nofəlin qolunda olan dəmir hansısa avtomobilin qapı çərçivəsi olmuş, Nofəl həmin dəmirləri qoluna keçirmişdir. Həmin dəmirlərin çəkisi yüngül olmuşdur. Mübahisə başa catandan sonra Nofəl ondan əl çəkmiş və o, DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Nofəlin qolunda olan dəmirlərin biri başına dəydikdən sonra, başından qan gəlməmişdir. Onun qolunda xəsarət olmasını polislər oraya gələndən sonra bilmiş, hadisə baş verdikdən sonra o, Nofəl ilə 20 dəfə görüşmüş və bildirmək istəyir ki, Nofəl normal insandır. Hazırda onun Nofəldən heç bir şikayəti yoxdur, hətda onların işi ibtidai istindaqda olduğu dövr ərzində 60 dəfə bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur və bu iş məhkəməyə gəlməməli idi. Hadisə baş verdikdən sonra onlar gedib Polis şöbəsinə ərizə vermişlər və elə bilmişdir ki məsələ bununla bitir, lakin hadisə baş verdikdən 1 il sonra onları yenidən çağırmışlar. Mübahisə zamanı ətrafda tanımadığı iki nəfər şəxs olmuş, hadisə yerində o, dostu Vüsal, Natiq adlı şəxs, Nofəl və iki nəfər tanımadığı şəxs olmuşdur. O, Gəncə şəhərində yerləşən Münasib şadlıq sarayının arxasında işləyir, orada olan sahədə tanımadığı şəxslər qoyun otarırlar və hadisə baş verdikdən sonra həmiq çobanlar ona DİNnin 102 xidmətinə zəng vurmağını demişlər. Hadisə olan ərazidə çobanlar daimi qoyunlarını otarırlar və o, həmin sahənin ortasında ayda bir-iki dəfə qumlama işini görür. Ona DİN-nin 102 xidmətinə məlumat vermək üçün məsləhət verən çobanların adını bilmir. Onun qolunda olan xəsarəti nə ilə yetirilməsini xatırlamır. Nofəlin ifadəsində onların arasında olan razılığa görə o, avtomobili 3 günə qumlaması, lakin Nofəlin 3 gündən sonra gəlib işi görməməsini görməsi, daha sonra yenidən xx.xx.2024-cü il tarixdə gəlməsi göstərilmişdir. Belə hal ola bilər çünki onun əsas iş yeri fabrik olmuşdur. Hadisə baş verdiyi yerin hansı rayonun ərazisi olmasını bilmir və bu səbəbdən Polis əməkdaşları hadisə yerini gəlib tapa bilməmişlər. O, işlədiyi ərazidə generator vasitəsi ilə işıqdan istifadə edir, həmin ərazidə elektrik xəddi yoxdur. O, qumlama işini gördüyü ərazidə hər hansı yaşayış evi, obyekt və ya ticarət yerləri yoxdur. Təqsirləndirilən şəxs onu vuran zaman ağrını sonradan hiss etmişdir. Onların arasında olan mübahisə cəmi 15-20 saniyyə çəkmiş, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə ondan aralaşmış və davanı davam etməmişdir. Ona DİN-nin 102 xidmətinə zəng vurmaq üçün məsləhət verən çobanlar onlardan təxminən 200-300 metr hadisə yerindən aralı olmuşlar. Bir günə görüləsi işə görə gələn müştərilərin mobil nömrələrini telefonunda qeyd etmir və hadisə günü yanına gələn tanımadığı iki nəfər müştərilərdən olmuş, ona görə də həmin iki nəfər şəxsin nömrələrini Polis əməkdaşlarına verə bilməmişdir. Onun yanına gələn müştərilərə olduğu yerin konumunu atmasa, onun yanına gəlmək mümkün deyil. Aldığı xəsarət əlində olan cızıqdan və başında olan şişkinlikdən ibarət olmuşdur. Həkim müayinəsindən keçən zaman başında şiş olmuşdur. Təqsirləndirilən şəxs qolunda olan dəmirlər hadisə başlamazdan əvvəl qolunda olmuş, belə ki mübahisə başlamazdan öncə dəmir karkazlar Nofəlin qolunda idi. Nofəl onu vurmaq üçün dəmirləri götürməmiş, həmin dəmirlər mübahisədən öncə onun qolunda olmuş, Nofəl onu sirkəliyən zaman həmin dəmirlərdən biri təsadüfən başına dəymişdir. O, qumlama işlərini gördüyü ərazi hazarsızdır. Hadisə günü Nofəlin öz avtomobilinin dalınca gəlməsi, onun özü tərəfindən avtomobilində qumlama aparması, aralarında olan mübahisə və mübahisədən sonra Nofəlin öz avtomobilə minib getməsi təxminən 20 dəqiqə çəkmişdir. O, qumlama işini apardığı ərazidə yaşayış yoxdur. Nofəl avtomobilinin arxasında gələn zaman onun gördüyü işdən narazı olduğunu bildirmiş və ona işi tam görməsini demiş, o isə edə bilməyəcəyini demiş, Təqsirləndirilən şəxs onu qolundan tutub sirkələməyinin məqsədi həmin işi ona gördürməkdən ibarət olmuşdur. O, qumlama işini tam yekunlaşdırsa idi Nofəl onu sirkələməzdi. Onlar qumlama işini 300 manata danışmış, Nofəl 200 manatı əvvəlcədən vermiş və avtomobilin arxasınca gələn vaxt 100 manatı vermək istəyərkən, o 100 manatdan imtina etmiş, ona avtobilinin altında olan germetikalı olan yerin rəngini apara bilməyəcəyini bildirmiş və mübahisə baş verdikdən sonra avtomobilinə minib getməsini demişdir. Nofəl onu sirkələməzdən öncə ona işi gördürmək üçün təzyiq göstərərək qolundan dartmışdır. Mübahisə olan vaxt Nofəl onu sirkəliyən vaxt, Nofəlin qolunda olan dəmirlərdən biri onun başına dəymişdir. Nofəl onu təxminən 15-20 saniyyə sirkələmiş, o xəsarətləri həmin vaxt almış, Nofəl onu sirkələyən vaxt dostu Vüsal araya girmiş və onları aralamışdır. Mübahisə zamanı Nofəl dəmiri yerdən götürüb başından vurmamış, həmin dəmirləri mübahisə baş verməzdən öncə qoluna keçirmişdir. Nofəl mübahisə baş verən günü avtomobilin arxasınca gələrkən, avtomobilin germetikalı olan yerlərindən başqa bütün yerləri qumlanmışdı. Ona DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verməyi orada olan çobanlar məsləhət etmişlər və o da DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onların arasında olan dava təxminən 20-30 saniyyə davam etmiş, dostu Vüsal və evakuator şoferi onları aralamış, həmin şəxslər onları araladıqdan sonra Nofəl evakuator sürücüsünə avtomobili yükləyib getmələrini demişdir. Hadisə baş verdikdən sonra Nofəl davanı davam etmək üçün onun üstünə gəlməmiş, avtomobilini evakuator vasitəsi ilə aparıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 17 mart 2024-cü il tarixdə saatını dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs zəng vuraraq ona məxsus avtomobilini evakuator vasitəsi ilə ustadan götürmək lazım olmasını bildirmiş, bundan sonra onlar həmin avtomobili Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən avtoservisdən götürməyə getmişlər. O, həmin yerə çatan zaman Təqsirləndirilən şəxs zəng vuraraq orada problem yaranmasını və gəlməməsini demiş, lakin o artıq çatdığını bildirmişdir. Həmin yerə çatan vaxt Təqsirləndirilən şəxs Rəşad Namazova sözlə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşaq məsələni aydınlaşdımaq istəmiş, Təqsirləndirilən şəxs işi görmək üçün Rəşad Namzovla 300 manata razılağa gəldiklərini, lakin Rəşadın götürdüyü işi tam görmədiyini bildirmiş, avtomobilə baxan zaman avtomobilin mator qapağının altında olan müəyyən yerlərdə iş görülməməsini görmüş, Rəşad isə gücünün buna çatmağını bildirmiş və nəticədə Nofəl və Rəşad arasında mübahisə baş vermiş, onları aralamaq istəyən zaman Təqsirləndirilən şəxs onu geriyə itələmişdir. Mübahisə zamanı Nofəl Rəşadı nəlayiq ifadə işlədərək vurmuş, Rəşad isə Nofələ nəlayiq ifadələr işlətmiş, onları aralamaq istəyən zaman Nofəl onu itələmişdir. Onun uşağı yanında olduğu üçün Nofəl onu itələdikdən sonra vurulmamaq üçün onlardan aralaşmış və nəticə onlar dalaşmışlar. Mübahisə zamanı Nofəl əvvəlcə yumruqla Rəşadın sifətindən vurmuş, daha sonra isə Rəşadın boğazından tutmağa başlamış, Rəşad Nofəlin əlindən çıxan zaman onlar avtomobilin arxa tərəfinə keçmişlər. Əvvəlcə mübahisə həmin avtomobilin qabağında başlamışdır. Avtomobilin arxasına keçən zaman onlar yenidən tutaşmış, Nofəl Rəşadın qolundan yapışmış, lakin Rəşad Nofəlin əlindən qaçmışdır. Hadisə yerində avtomobil kantları olmuş, Nofəl həmin kantları götürərək, həmin kantla Rəşadın üzərinə bir neçə dəfə zərbə yetirmiş, hadisə başa çatan zaman Rəşad Nofəldən uzaqlaşaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Rəşad DİN-nin 102 xidmətinə zəng vurduqdan sonra Nofəl sakitləşdi və onlar Nofəlin avtomobilini evakuator vasitəsi ilə hadisə yerindən götürərək, getmişlər. Evakuatora oturarkən Rəşadın onu videoya çəkməsini görmüş və ona öz iradını bidirərək onu niyə çəkməyini demişdir. Hadisə yerindən getdikdən sonra Nofəlin avtomobilini təmir servisinə aparıb qoymuşlar. Əlavə olaraq bildirdi ki, hadisə yerində onlardan başqa iki nəfər tanımadığı şəxslər və digər usta olmuşdur. Hadisə yerindən kənarda çobanlar olmuş, həmin çobanlar orada at otarmışlar. Nofəl Rəşadı əlində olan dəmirlə bir neçə dəfə vurmuşdur. Ona deyilmişdir ki, bu cinayət işi üzrə onu şahid qismində Təqsirləndirilən şəxs göstərmişdir. Təqsirləndirilən şəxs özünə məxsus avtomobilini hadisə baş verən yerdən təxminən 20-25 metr aralıda saxlamışdır. Hadisə baş verən yerdə müştəri kimi olan şəxsləri tanımır. Hadisə baş verən yerdən kənarda olan çobanların mübahisəyə hər hansı reaksiya verib-verməməsinə diqqət yetirməmiş, belə ki çobanlar mübahisəyə qarışmamışlar. Nofəl və Rəşadı aralamaq üçün iki dəfə cəhd etmiş və hər ikisində Nofəl onu itələmişdir. Hadisə xx.xx.2024-cü baş vermiş və həmin vaxtdan uzun müddət keçdikdən sonra Göygöl RPŞ-nin müstəntiqi Araz Alməmmədov onu çağıraraq izahatını almışdır. Hadisə baş verənə qədər o, Zərərçəkmiş şəxs tanımamış, onun Təqsirləndirilən şəxs ilə heç bir şəxsi qərəzliyi yoxdur. Hadisə baş verdikdən sonra o, Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng vurmasını məsləhət görmüşdür. O, evakuator xidməti göstərir. O, hadisə baş vermiş yerə çatan zaman Nofəl artıq orada olmuş, həmin yer dərədə yerləşir, ora yaşayış yeri deyil. Həmin yerə çatan zaman ilk olaraq Nofəl və Rəşadın bir-birinə qarşı söymələrini görmüşdür. Hadisə baş verən yerdə o, onun uşağı, Nofəl, Rəşad, digər usta və tanımadığı iki nəfər müştəri olmuşdur. Nofəl Rəşadın gördüyü işini bəyənməmiş, Rəşada işini tam görməyini demiş, Rəşad işi bu qədər görə biləcəyini bildirmiş və nəticədə dava baş vermişdir. Mübahisə zamanı həm Nofəl həm də Rəşad bir-birinə qarşı nalayiq ifadələr işlətmişdir. Nofəl Rəşadın qolundan tutaraq işi gorməyini bildirmiş, Rəşad isə dartınanda Nofəl onu vurmuşdur. Nofəl Rəşadı yumruqla sifətinə vuranda onların aralarına girmiş, lakin Nofəl onu itələmiş və Rəşadın boğazından tutmuşdur. Nofəl Rəşadın boğazından tutandan sonra o, təkrar onların aralarına girmiş, Nofəl onu yenə də itələmiş və yerdən dəmir götürərək iki dəfə Rəşadı vurmuş, lakin Rəşad başını əli ilə qoruduğu üçün Nofəlin dəmirlə vurduğu zərbələr Rəşadın başına dəyməmişdir. Nofəl Rəşadı avtomobilin qapısının kantı ilə vurmuşdur. O, Rəşadın DİN-nin 102 xidmətinə zəng vurduğunu bilmiş, belə ki hadisə yerində olduqları vaxt Rəşad DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Rəşad DİN-nin 102 xidmətinə zəng vurmazdan əvvələ Nofəl artıq sakitləşmiş, hadisə başa çatdıqda Nofəl video çəkliş aparmağa başlamış, hadisə baş verdikdən sonra Nofəlin avtomobilini evakuatora yükləyərək təmir servisinə aparmışlar. Nofəlin avtomobilini təmir servisinə qoyandan sonra o, çıxıb evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, hadisə günü, yəni 17 mart 2024-cü il tarixdə dostu Rəşadın Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşn işlədiyi yerə getmiş, belə ki Rəşad həmin yerdə avtomobillərin qumlaması ilə məşğul olur. Bir müddət sonra Rəşadın işlədiyi yerə adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs öz avtomobilini aparmaq üçün gəlmiş, Təqsirləndirilən şəxs məxsus olan avtomobilin müəyyən hissələri germetikalı olduğu üçün qumlama aparılan zaman onu həmin yerlərin aparılması mümkün olmamış və bu səbəbdən Nofəl və Rəşad arasında mübahisə baş vermişdir. Hadisə baş verən yerdə avtomobilin qapılarının dəmirləri yerdə olmuş mübahisədən sonra Nofəl həmin dəmirləri qoluna yığmış və avtomobilinə qoymaq üçün getmək istəyərkən, Rəşadla onun arasında yenidən mübahisə başlamış, bu səbəbdən o onların aralarına girmiş, onları aralıyan zaman Nofəlin əlində olan dəmirlərin bir hissəsi Rəşada, bir hissəsi isə ona dəymişdir. Bundan sonra Nofəl çağırmış olduğu evakuatora avtomobilini yerləşdirib getmiş, daha sonra isə hadisə baş verən yerə polis əməkdaşları gəlmişdir. Hadisə baş verən yerdə onlardan başqa 2 nəfər müştəri olmuş, həmin şəxsləri tanımır və onların adı ona məlum deyil. Hadisə baş verən zaman həmin şəxslər mübahisəyə qarışmamışlar. Rəşad Nofələ germetikalı olan yerlərin qumlama zamanı getməməsini bildirmiş, Nofəl isə Rəşada həmin yerləri aparmasını bildirmiş və bu səbəbdən onlar arasında mübahisə başlamışdır. Nofəllə Rəşadın bir-birinə qarşı əl-qol atmalarını görmüş və onları aralamaq üçün aralarına girmiş, daha sonra Nofəl dəmirləri aparmaq üçün qoluna yığaraq getmək istəyən zaman yenidən mübahisə başlamışdır. Mübahisə yenidən başlayarkən o, təkrar aralamaq istəyərkən Nofəlin qolunda olan dəmirlər ona və Rəşada dəymişdir. Nofəl onu vurmamış, lakin o Rəşad və Nofəli aralamaq istəyən zaman Nofəlin əlində olan dəmirlər ona da dəymişdir. Nofəlin qolunda olan dəmir Rəşadın qoluna dəymiş və bunun nəticəsində Rəşadın qolu sıyrılmış, Nofəlin qolunda olan dəmirlərin Rəşadın başına dəyməsini görməmiş, Rəşadın başında qeyd olunan xəsarətin haradan yaranmasını bilmir. Nofəlin qolunda olan dəmirlər mübahisə zamanı onlara dəymişdir. DİN-nin 102 xidmətinə Rəşad yığmış, bunun səbəbi isə Nofəli iş yerindən uzaqlaşdırmaq olmuşdur. Mübahisə zamanı Nofəl və Rəşad hər biri təhqiredici sözlər işlədiblər, lakin həmin sözlərin hansı sözlər olmasını xatırlamır. Nofəl əlində olan dəmirlərlə qəsdən Rəşadın üstünə hücuma keçməmiş, Nofəlin əlində olan dəmirlər süpürləşmə nəticəsində təsadüfən ona və Rəşada dəymiş, Nofəl əlində olan dəmirlərlə qəsdən onları vurmamışdır. Hadisə baş verdiyi ərazidə çobanlar olmamış, hadisə vaxtı Nofəlin yanında gələn adı ona məlum olmayan tanımadığı evakuator şoferi mübahisəyə qarışmamışdır. Evakuator şoferinin yanında uşağının olmasını görməmiş, hadisə yerində olan tanımadığı iki şəxs müştəri olmuşlar və onlar mübahisə baş verdiyi günü həmin yerə öz avtomobilləri ilə gəlmişlər. Hadisə baş verdiyi ərazidə qeyd etdiyi şəxslərdən başqa heç kəs olmamış, hadisə baş verdiyi ərazidə hər hansı yaşayış evi, obyekt və ya ticarət yerləri yoxdur. Hadisə təxminən günorta radələrində baş vermişdir. Rəşad işlədiyi ərazidə hər hansı yaşayış evi, obyekt və ya ticarət yerləri yoxdur. Həmin ərazi dərədə yerləşir. Hadisə baş verdiyi ərazidə o, evakuator şoferi, Rəşad, Nofəl və tanımadığı iki nəfər müştəridən başqa heç kəs olmamışdır. Nofəlin qolunda olan dəmirlər süpürləşmə nəticəsində təsadüfən ona və Rəşada dəymiş, Nofəl əlinə nəsə alıb qəsdən onları vurmaq üçün üstlərinə gəlməmiş, mübahisə zamanı Nofəl Rəşadın əlindən tutmuş, lakin nə sirkələməmiş nə də ki vurmamışdır. Hadisə zamanı orada olan tanımadığı iki nəfər müştəri mübahisəyə qarışmamışlar. Nofəllə Rəşadın ümumi söz-söhbəti 10-15 dəqiqə çəkmiş, dava etmələri isə cəmi 5-10 saniyyə çəkmişdir. Nofəlin Rəşadı vurmaq imkanı olsada, buna istəyi olmamış və Rəşadı vurmağa cəhd etməmişdir. Nofəl Rəşadı vurmaq istəsəydisə vurardı. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməkə istintaq aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İkin araşdırma zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi və hansı alətlə yetirilməyə xarakterik olub-olmamasını müəyyən etmək məqsədilə cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər başın təpə nahiyyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinliyi) alt dodağın əzilmiş yarası, sol said və sol qabırğaaltı nahiyyələrinin sıyrıqları- bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. İlkin araşdırma zamanı 17 mart 2024-cü il tarixdə hadisənin baş verdiyi Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində olan yerə baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibli əməl aşkar edilmədiyi üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, qərarın sürətinin məlumat üçün maraqlı tərəflərə göndərilməsi və materialın saxlanılması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/523 nömrəli material üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Araz Alməmmədlinin qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, materialın əlavə araşdırmanın aparılması üçün RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı əhəmiyyət kəsb etdiyindən 17 mart 2024-cü il tarixdə hadisə şahidi olan iki nəfər müştərinin, həmçinin hadisə şahidi ola biləcək şəxslərin dairəsinin müəyyən edilməsi, hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi avtomobil ehtiyyat hissəsinin tapılması məqsədi ilə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda 17 mart 2024cü il tarixdə Göygöl rayonu Qızılqaya qəsəbəsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə zamanı ətrafa adamların toplaşması müəyyən edilsə də həmin şəxslərin kimlik məlumatlarının müəyyən edilmədiyi, hadisəyə birbaşa şahidlik etmiş şəxslərin Şahid2 və Şahid1 olması, İlhamə, Sədayə adlı qadınların hadisə yerində olmadığı, münaqişəni görmədiyinin müəyyən edilməsi, hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə avtomobil ehtiyyat hissəsi ilə xəsarət yetirilməsinin müəyyən olunmasına baxmayaraq həmin alətin müəyyən edilə bilmədiyi göstərilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövsif edilməsi və qərarın sürətinin prosesual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymədiyini bildirərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs ərizə ilə istintaqa müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs qismində olduğu cinayət işi üzrə Zərərçəkmiş şəxs onu vurduğunu iddia etdiyi lakin Zərərçəkmiş şəxs əlindən dartıb almaq istədiyi zaman qolunu cızmış ola biləcəyi dəmir parçası satmış olduğu avtomobilə aid olduğu üçün həmin əşyanı istintaqa təqdim edə bilmir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi vəsatət olaraq qəbul edilib qiymətləndirilmiş, istintaq zamanı toplanmış sübutlar, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti və digər sübutlarla sübuta yetirilmiş, təqsirləndirilən şəxsin vəsatəti əsassız olduğundan vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq zamanı ifadələr arasında olan ziddiyyətin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə ifadəsində bildirdiklərini deyərək Təqsirləndirilən şəxs ifşa edərək Zərərçəkmiş şəxs döyməsini təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ittiham elan olunan zaman barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, tərəflərə təhqirlə bağlı xüsusi ittiham qaydasında, dəymiş ziyanla bağla bağlı mülki iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən cinayət əməli törətmiş şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirilməsi, cinayət işi üzrə alınmış ifadələr, istintaq hərəkətləri protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin qanunla müəyyən edilmiş şəxslərə göndərilməklə, onlara cinayət işinin materialları ilə tanış olmaq və qərardan şikayət vermək hüququnun izah edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1972-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 304 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 643 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 514 və 515 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri X15 küçəsi, ev 14 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi 1977-ci il təvəllüdlü arvadı X4, 2005-ci il təvəllüdlü qızı X5, 2007-ci il təvəllüdlü qızı X1, 2009-cu il təvəllüdlü oğlu X7 və 2018-ci il təvəllüdlü qızı X2 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı notarial qaydada ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanın tam şəkildə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və olmuyacaq, növbəti məhkəmə proseslərində ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsin barəsində cəza verilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barəsində olan cinayət işi üzrə özünü CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin məcəllənin 128-ci maddəsi ilə təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tamamilə aradan qaldırmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Lakin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, 17 mart 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində avtomobilini təmir üçün verdiyi boya ustası Zərərçəkmiş şəxs ilə əsaslı səbəb olmadan, avtomobilin boyasını tam olaraq təmziləmədiyini iddia edərək ətrafda olan çoxsaylı insanların yəni, sonuncunun dostu Şahid2, Təqsirləndirilən şəxs həmin yerə özü ilə avtomobilini aparmaq üçün çağırdığı evakuator sürücüsü Şahid1, eləcədə görülmüş zəruri tədbirlərə baxmayaraq şəxsiyyətləri istintaqla müəyyən edilməyən avtomobil təmiri üçün həmin yerə gəlmiş digər şəxslərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirmək üçün heç bir əsaslı səbəb olmadan əlləri ilə və istintaqla əldə edilməsi mümkün olmayan avtomobil ehtiyyat hissəsi olan(dəmir parçası və sair) dəmiri silah qismində istifadə edərək həmin alətlə Zərərçəkmiş şəxs sifətinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla sonuncuya başın təpə nahiyyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinliyi) alt dodağın əzilmiş yarası, sol said və sol qabırğaaltı nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən bərk küt alətin təsirindən əmələ gələn, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlər lə xuliqanlıq etmişdir. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, habelə hadisənin bilavasitə şahidi olmuş Şahid2 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobilinin boyasının qumlama yolu ilə təmizlənməsi üçün götürmüş usta Zərərçəkmiş şəxs 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş və işini görüb qurtardığını, avtomobilinin hazır olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 16 radələrində evakuator aparmaqla Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olan çay hövzəsində işləyən Zərərçəkmiş şəxs yanına getmiş və avtomobilin boyasının tam təmizlənmədiyini, avtomobilin müəyyən hissələri qumlanmamasını görmüş və bu səbəbdən onlar arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs qumlama şlanqını götürərək Zərərçəkmiş şəxs avtomobilin qalan hissələrinin də qumlanmasının mümkün olduğunu göstərərək, ondan işini tam görməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə israrla işi görməyəcəyini bildirdiyindən aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilini qumlaması üçün verdiyi pulu geri istəmiş, Zərərçəkmiş şəxs isə pulu qaytarmayacağını və işi görməyəcəyini bildirmiş, bundan Təqsirləndirilən şəxs əsəbləşmiş və Zərərçəkmiş şəxs yaxınlaşaraq onu sirkələməyə başlamış, həmin vaxt həmin yerdən aparmaq üçün Təqsirləndirilən şəxs qoluna keçirdiyi avtomobil qapsının dəmir kərçivələri Zərərçəkmiş şəxs dəymiş, sonuncuya başın təpə nahiyyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinliyi) alt dodağın əzilmiş yarası, sol said və sol qabırğaaltı nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən bərk küt alətin təsirindən əmələ gələn, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Onlar arasında olan mübahisə təxminən 20-30 saniyyə davam etmiş, zərərçəkmiş şəxsin dostu Şahid2 və hadisə yerində olan evakuator sürücüsü onları aralamış, bundan sonra Təqsirləndirilən şəxs evakuator sürücüsünə avtomobili yükləyib getmələrini bildirmiş, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs davanı davam etmək üçün Zərərçəkmiş şəxs üstünə getməmiş və nalayiq ifadə işlətməmiş, avtomobilini evakuator vasitəsi ilə aparıb çıxıb getmişdir. Belə ki, tədqiq edilmiş sübutlardan tərəflər arasında baş vermiş mübahisə və davanın məhz Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində yaşayış olmayan yerdə heç bir kənar şəxslərə yönəlmədən, şəxsi münasibətlər zəminində, yəni mübahisənin təqsirləndirilən şəxsin avtomobilinin boyasının aparılması üçün qumlama prosesi aparılması ilə bağlı əvvəlcədən razılaşdırılmaqla zərər çəkmiş şəxsə verilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin işini tam görməməsi və təqsirləndirilən şəxs ondan işini tam görməsini tələb etiyi halda işi görməyəcəyini, həmin vaxt ona ödənilmiş pul tələb edilsə də ödəmiyəcəyini bildirməsi səbəbindən baş vermiş, Təqsirləndirilən şəxs onu sirkələyən zaman qoluna keçirdiyi dəmirlərin təsadüfən ona dəyməsi və zərərçəkmiş şəxsə xəsarət yetirməsi, zərərçəkmiş şəxsin dostu Şahid2 və hadisə yerində olan evakuator sürücüsü onları ayırması, bundan sonra Təqsirləndirilən şəxs davanı davam etmək üçün Zərərçəkmiş şəxs üstünə getmədən avtomobilini evakuator vasitəsi ilə aparıb çıxıb getməsi müəyyən edilmişdir. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz, çünki verilmiş ittihamda qeyd edilən hallara dair heç bir mötəbər sübuta isnad edilməmişdir. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək, 17 mart 2024-cü il tarixdə saat 16 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində avtomobilini təmir üçün verdiyi boya ustası Zərərçəkmiş şəxs ilə əsaslı səbəb olmadan, avtomobilin boyasını tam olaraq təmziləmədiyini iddia edərək ətrafda olan çoxsaylı insanların yəni, sonuncunun dostu Şahid2, Təqsirləndirilən şəxs həmin yerə özü ilə avtomobilini aparmaq üçün çağırdığı evakuator sürücüsü Şahid1, eləcədə görülmüş zəruri tədbirlərə baxmayaraq şəxsiyyətləri istintaqla müəyyən edilməyən avtomobil təmiri üçün həmin yerə gəlmiş digər şəxslərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirmək üçün heç bir əsaslı səbəb olmadan əlləri ilə və istintaqla əldə edilməsi mümkün olmayan avtomobil ehtiyyat hissəsi olan(dəmir parçası və sair) dəmiri silah qismində istifadə edərək həmin alətlə Zərərçəkmiş şəxs sifətinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla sonuncuya başın təpə nahiyyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinliyi) alt dodağın əzilmiş yarası, sol said və sol qabırğaaltı nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən bərk küt alətin təsirindən əmələ gələn, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlər lə xuliqanlıq etməsi qeyd edilsə də, bu hərəkətlərin nədə ifadə olunması göstərilməmiş və belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurması səbəbsiz baş verməmişdir. Belə ki, tədqiq edilmiş sübutlar birmənalı olaraq zərərçəkmiş şəxsin təşəbbüsü ilə ilk olaraq təqsirləndirilən şəxsin işini görməyəcəyini və ona işin görülməsi üçün verilmiş pulu qaytarmayacağını bildirməsi ilə davanın başlanması, sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə bu hadisəni törətməsini göstərir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən-Zərərçəkmiş şəxs əvvəlcədən razılaşdırılmış şəkildə üzərinə götürdyü işini görməməsi və sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs onunla razılaşmasına baxmayaraq onun işini tam görməməsi səbəbindən və davranışları nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş dava-dalaş xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Həmçinin davanın baş verdiyi Zərərçəkmiş şəxs işlədiyi yer yaşayış məntəqələrindən və iaşə obyektlərindən kənarda heç kəsin olmadığı səhralıq bir yer olduğundan ətrafdan heç kəs səs-küyə toplaşmamış və dava ictimai xarakter almamışdır. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi sirkələməsi ilə onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 (on üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 127.50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar