Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-4/2023 06.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1972-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2005-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təkrar, qabaqcadan əlbir olan bir qrup şəxslə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-2106» markalı avtomobilin 1700 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi “Etibar” adlı şəxs tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs4 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, yalan vədlərlə sonuncunu inandırıb özünə məxsus "xxxx" kartının hesab nömrəsini göndərərək beh olaraq 600 manat pulu həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 onun hesab nömrəsinə 2 dəfəyə Sumqayıt şəhərində «E-Manat» ödəmə terminalı vasitəsi ilə göndərdiyi, cəmi 600 manat nəğd pulu şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə həmin tarixdə saat 11:56-də Bərdə rayonu, Divanlı kəndində «Bolmart» supermarketdə yerləşən "xxxx" ASC-nin bankomatından çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 600(altı yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21011» markalı avtomobilin 1500 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi “Şəhriyar” adlı şəxs tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs3 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, anasının xəstə olduğunu və borcu olduğunu bildirib yalan vədlərlə sonuncunu inandıraraq özünə məxsus "xxxx" kartının ******************** saylı hesab nömrəsini göndərərək sonuncudan 1500 manat pulu həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 onun hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə 3 dəfəyə Xaçmaz və Sumqayıt şəhərlərində yerləşən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə göndərdiyi, cəmi 1500 manat nəğd pulu şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə həmin tarixdə "xxxx" ASC-nin bankomatından çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21011» markalı avtomobilin 2300 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo.az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Agcabədi rayonu Qaradolaq kənd sakini Zərərçəkmiş şəxs5 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, Oğuz rayonu, Xanabad qəsəbəsində yaşayan X20 olduğunu yalan vədlərlə həmin şəxsi inandıraraq özünün adına olan ******************** saylı hesab nömrəsini göndərərək Zərərçəkmiş şəxs5 700 manat pulu beh kimi həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun onun hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə 2 dəfəyə Ağcabədi şəhərində yerləşən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə göndərdiyi, cəmi 700 manat nəğd pulu şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə həmin tarixdə saat 16:02-də Yevlax rayonu, Xaldan kəndi «Ticarət mərkəzi»ndə yerləşən "xxxx" ASC-nin bankomatdan çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21011» markalı avtomobilin 2300 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Lənkəran rayonu Separadi kənd sakini Zərərçəkmiş şəxs6 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, Zərdab rayonu, Taxtakörpü kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu, evdə xəstəsi olduğunu yalan vədlərlə həmin şəxsi inandıraraq adına olan ******************** saylı hesab nömrəsini göndərərək sonuncudan 1700 manat pulu beh kimi həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 onun hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndindəki «Ayişığı» ərzaq mağazasında olan «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 1700 manat göndərdiyi nəğd pulu həmin tarixdə saat 19:36-da şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə Yevlax şəhəri, H.Əliyev prospekti 101 nömrəli ünvanda «Ruzi» marketdə yerləşən "xxxx" ASC-nin bankomatından çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs6 1700 (min yeddi yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21099» markalı avtomobilin 2900 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo.az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Oğuz şəhər sakini X18 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, yalan vədlərlə sonuncunu inandırıb X5 adına olan, “**********143210” seriya nömrəi "xxxx" kartının hesab nömrəsini göndərərək beh olaraq 100 manat, daha sonra isə 900 manat pulu həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə X10 atası Zərərçəkmiş şəxs7 onun göndərdiyi hesab nömrəsinə 2 dəfəyə Oğuz şəhəri “Cavanşir” küçəsində yerləşən ərzaq mağazasının içərisindəki «E- Manat» ödəmə terminalı vasitəsi ilə göndərdiyi, cəmi 1000 manat nəğd pulu Yevlax rayonunun Aran 2 kəndində yerləşən “Ticarət Mərkəzi”ndə yerləşən ATM-dən çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan 1993-cü il istehsallı «VAZ-21063» markalı avtomobilin 2400 manat nəğd pula satışda olması və avtomobili 070 325 51 94 nömrəli mobil telefon nömrəsinin istifadəşisi olan “Bəhram” adlı şəxs tərəfindən əlaqə satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2022ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Şirvan şəhər sakini Zərərçəkmiş şəxs8 avtomobil almaq üçün beh olaraq əvvəlcədən 1000 ( manat) pul verməcəyi təqdirdə avtomobili sonuncuya satacağı barədə yalan vədlər verib inandıraraq Elvin Rəhimovun həmin gün onun istifadəsində olan X5 adına rəsmiləşdirilmiş "xxxx" ASCnin ödəniş bank kartı hesabına Şirvan şəhərindəki istintaqa məlum olmayan mağazanın içərisində yerləşən “miiliön” ödəmə terminalından göndərdiyi 150 manat və Sabirbad rayonu Şəhriyar kənd ərazisində yerləşən “Əhməd “ marketdə quraşdırılmış “miiliön” ödəmə terminalından göndərdiyi 850 manat nəğd pulu ələ keçrdib verdiyi vədlərə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs8 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21011» markalı avtomobilin 2000 manata satışda olmasını və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi “Namiq” adlı şəxs tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo.az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs2 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, uşağının xəstə olmasını bildirib yalan vədlərlə sonuncunu inandıraraq özünə məxsus kartının 4***-*******9-4968 saylı hesab nömrəsini göndərərək sonuncudan 1500 manat pulu həmin kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 onun hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə 2 dəfəyə «MilliÖn» ödəmə terminalı vasitəsi ilə göndərdiyi, cəmi 1500 manat nəğd pulu şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "xxxx" ASC-nin bankomatından çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeydiyyat nömrəsi istintaqa məlum olmayan «VAZ-21015» markalı avtomobilin 6500 manata satışda olması və avtomobili ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi Namiq adlı şəxs tərəfindən satılması barədə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı portalına həmin avtomobilin fotoşəkillərini yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə satış portalından həmin avtomobili görüb almaq istəyən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 ona zəng edərək həmin avtomobili almaq istədiyini bildirdikdə, o, yalan vədlərlə sonuncunu inandıraraq özünə məxsus kartının 4***-*******9-4968 saylı hesab nömrəsini göndərərək sonuncudan beh olaraq 3500 manat pulu həmin kart hesabına ödənilməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağı barədə sonuncuya yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 onun hesab nömrəsinə xx.xx.2021ci il tarixdə 3 dəfəyə Göygöl şəhərində yerləşən «MilliÖn» ödəmə terminalları vasitəsi ilə göndərdiyi, cəmi 3500 manat nəğd pulu şəxsiyyətləri istintaqa məlum olmayan qrup üzvülərinin vasitəsi ilə həmin tarixdə saat 13:50-də ünvan 2 ünvanda "xxxx" ASC-nin baş ofisinin inzibati binasının qarşısında yerləşən bankomatdan 1900 manat, həmin tarixdə saat 14:02-də həmin rayonun Fikrət Əmirov küçəsi 24 nömrəli ünvanda yerləşən Bakı Dəmir Yol vağzalının inzibati binasının 2-ci mərtəbəsində yerləşən "xxxx" ASC-nin bankomatdan 1000 manat və həmin tarixdə saat 19:06-da ünvan 4 ünvanda yerləşən «Sarı» marketin yerləşdiyi binanın qarşısındakı "xxxx" ASC-nin bankomatlarından 595 manat pulu çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun avtomobili olmayıbdır. Ancaq satış üçün çəkilmiş avtomobil fotoşəkilləri əldə etmiş, vətəndaşları aldadıb pul əldə etmək üçün xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satış saytına dövlət qeydiyyat nömrəsi olmayan «VAZ-2106» markalı avtomobilin fotoşəkillərini, 1700 manata satmaq istədiyini, adının Etibar olduğunu və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmiş, həmin avtomobilin kimə məxsus olmasını bilməmiş və dövlət qeydiyyat nömrəsi ona məlum deyildir, o, yalnız onların fotoşəkillərini əldə etmişdir. Həmin gün ona tanımadığı şəxs həmin telefonuna zəng edib Zərərçəkmiş şəxs4 olduğunu bildirib satış saytına qoyduğu həmin avtomobili almaq istədiyini bildirmişdir. O, ehtiyacı olduğu üçün həmin avtomobili 1700 manata satmaq istədiyini bildirmişdir. Onlar razılaşmışdılar ki, Sumqayıt şəhəri ərazisində yerləşən «Maşın bazarı»nda görüşsünlər. Bir qədərdən sonra həmin şəxs ona zəng edib bazarda olduğunu bildirmiş, o, isə yalandan Gülaməddinə bildirmişdir ki, Qax rayonundadır, benzini olmadığı üçün beh olaraq 300 manat pul istədiyini, o, mənə inandı və pul göndərməyə razılıq verdiyi üçün kart nömrəsini ona göndərmişdir. Bundan sonra o, yenə həmin şəxsə əlavə olaraq 300 manat istəmiş və demişdir ki, bazara gəlib sənədləşmə edərik, alqı-satqıda göndərdiyi pulu ümumi hesabdan çıxarıq. Zərərçəkmiş şəxs4 onunla razılaşmış və ona əlavə 300 manat, cəmi 600 manat pul göndərmişdir. O, həmin gün günorta saatlarında Bərdə rayonu, Divanlı kəndində «Bolmart» supermarketdə yerləşən "xxxx" ASC-nin bankomatından 600 manat pulu özü üçün xərcləmiş, pulları alandan sonra telefon nömrəsi isə qırıb atmış ki, onunla əlaqə saxlayan olmasın. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı saytına dövlət qeydiyyat nömrəsi görünməyən, yəni nömrəsi örtülü olan başqa bir «VAZ-21011» markalı avtomobilin fotoşəkillərini, 1500 manata satmaq üçün qoymuş, adımın isə Şəhriyar olduğunu və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmiş, həmin tarixdə bir qədər sonra ona əvvəllər tanımadığı bir nəfər zəng edərək Zərərçəkmiş şəxs3 olduğunu Xaçmaz şəhərindən zəng etdiyini və sayta satış üçün qoyduğu avtomobili almaq istədiyini bildirmişdir. O, Məhəmmədin telefon nömrəsini xatırlamır. O, Oğuz rayonunda yaşadığını, həmin avtomobili anasının xəstə olduğu, müalicə üçün pula ehtiyacı olduğunu və borcu olduğu üçün satmaq istədiyini, buna görə də əvvəlcədən pulun ödənilməsini tələb etmiş, əks halda avtomobili ona satmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 onun yalanlarına inanmış və pulu ödəməyə razı olduğunu bildirmişdir. Ona görə də o, özünə məxsus "xxxx" kartın hesab nömrəsini göndərmiş, ancaq kartın nömrəsini rəqəmlərin çox olması ilə əlaqədar xatırlamamışdır. Məhəmməd, bir neçə dəfəyə ona 800 manat göndərmiş, o, bu barədə Məhəmmədə zəng edib pulu aldığını demiş və xahiş etmişdir ki, pulun qalan hissəsini, yəni 700 manatı da göndərsin. Məhəmməd, onun söhbətlərinə inanmış və 700 manatı, cəmi 1500 manat pulu onun kart hesabına köçürmüş, O, dərhal 1500 manat pulu bankomatından çıxarıb öz ehtiyacları üçün xərcləmişdir. Pulları alandan sonra telefon nömrəsini isə qırıb atmış ki, onunla əlaqə saxlayan olmasın. Bundan başqa, o, yenə xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı saytına dövlət qeydiyyat nömrəsi olmayan başqa bir «VAZ-21011» markalı avtomobilin fotoşəkillərini, 2300 manata satmaq istədiyini və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmiş. Həmin avtomobilin sahibi və dövlət qeydiyyat nömrəsi ona məlum deyildi. Həmin gün ona əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. O, Müzəffərə ehtiyacı olduğu üçün avtomobilini təcili satmaq istədiyini və buna görə əvvəlcədən 700 manat beh istəmiş, yalnız bundan sonra avtomobilini həmin şəxsə satmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 ona inanıb razılaşmış və o, yalandan qardaşı Təqsirləndirilən şəxs adına olan hesab nömrəsini ona göndərmişdir. Zərərçəkmiş şəxs5 həmin hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə terminalı vasitəsi ilə cəmi 700 manat nəğd pulu göndərmiş və o, dərhal həmin tarixdə saat 16 radələrində Yevlax rayonu, Xaldan kəndi «Ticarət mərkəzi»ndə yerləşən "xxxx" ASC-nin bankomatdan çıxarıb özünün ehtiyacları üçün xərcləmişdir. Pulları alandan sonra telefon nömrəsini isə qırıb atmış ki, onunla əlaqə saxlayan olmasın. Bundan başqa, o, yenə xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı saytına dövlət qeydiyyat nömrəsini bilmədiyi başqa bir tünd rəngli «VAZ-21011» markalı avtomobilin fotoşəkillərini, həmin avtomobili 2300 manata satmaq istədiyini və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmişdir. Həmin gün şəxsiyyəti ona məlum olmayan bir nəfər zəng edib Zərərçəkmiş şəxs6 olduğunu bildirmiş və onun sayta qoyduğu həmin avtomobili almaq istədiyini bildirmişdir. O, isə Zərdab rayonu Taxtakörpü kəndindən olduğunu, avtomobili evdə xəstə olduğu üçün təcili satmaq istədiyini və buna görə ondan 2000 manat pulun beh olaraq kartına kötürməsini tələb etmişdir. Bildirdi ki, yoxsa avtomobili başqa istəyənə satacaqdır. Zərərçəkmiş şəxs6 onun yalanlarına inanmış və ona beh olaraq 1700 manat pul köçürəcəyini, qalan pulu isə avtomobili öz adına sənədləşdiriləndən sonra verəcəyini bildirmişdir. Ona görə də o, hesab nömrəsini ona göndərmişdir. Həqiqətən də Zərərçəkmiş şəxs6 onun hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 1700 manat pul göndərmişdir. O, dərhal həmin pulu Yevlax şəhərində bankomatından çıxarıb özü üçün xərcləmişdir. Pulları alandan sonra telefon nömrəmi isə qırıb atdı ki, onunla əlaqə saxlayan olmasın. Bundan başqa o, 2018-ci ilin yay aylarında Bakı şəhərində olarkən X14 ilə tanış olmuş və tanışlq müddətində ona plastik kart təşkil etməsini xahiş etmişdir. Elvin də etiraz etməyərək ona öz adına olan plastik kartı 35 manat müqabilində satmış. Həmin gündən sonra o, Elvinlə heç bir əlaqə yaratmamış və münasibətini tam bitirmişdir. Daha sonra həmin kartdan 2021-ci ilin sentyabr ayında istifadə edərək dələduzluq etmək qərarına gəlmiş və bunun üçün Turbo.az saytına müxtəlif Rusiya istehsalı olan avtomobilləri yerləşdirib müxtəlif şəxslərdən həmin avtomobilləri satmaq adı ilə pul ələ keçirməyə başlamışdır. Belə ki, 2021-ci ilin sentyabr ayında o, Turbo.az saytından dövlət nömrə nişanı üzərində olmayan göy rəngli Vaz 21099 markalı avtomobilin fotoşəklini çəkərək Turbo.az saytına yerləşdirmiş və həmin avtomobili almaq istəyən şəxsə əlaqə nömrəsi əvvəllər Bakı şəhərində olarkən yerdən tapdığı 051 407 79 85 nömrəsini qoymuş, xx.xx.2021-ci il tarixdində ona tanımadığı nömrədən zəng gəlmiş və adının Kənan olduğunu, hazırda Oğuz şəhərində yaşadığını deyib Turbo.az saytına yerləşdirdiyi avtomobildən xoşu gəldiyini bildirərək həmin avtomobili almaq istədiyini demiş, O, da adının Ehtibar olduğunu demiş və həmin şəxsə oğlu Elvinin adına olan kapital banka aid plastik kartı göndərib avtomobili almaq üçün həmin karta beh 100 manat pul göndərməsini tələb etmiş, daha sonra həmin şəxs onunla razılşaraq hansı hesaba pul vuracağını soruşmuş, o, da Bakı şəhərində olarkən Elvin adlı şəxsdən aldığı **********143210 nömrəli Kapital banka aid plastik kartın nömrəsini göndərmişdir. Bundan sonra Kənan yenə ona zəng edərək karta pul oturduğunu soruşmuş, o, da karta pul oturduğunu demiş və tezliklə avtomobili elandan çıxaracağına söz vermişdir. Daha sonra o, Kənandan daha artıq məbləğdə pul amaq üçün Kənana zəng edərək hazırda Ağdam şəhərində olduğunu, avtomobilin sənədlərinin sələmə pul götürdüyü şəxsdə olduğunu deyib və əlavə olaraq 900 manat da pul göndərdiyi təqdirdə avtomobilin sənədlərini götürüb sənədləşmə aparacağıa söz vermişdir. Kənan da onunla razılaşmışdır. Həmin gün Kənan adlı şəxsin atası Elşən adlı şəxs ona zəng edərək 900 manat pulu göndərdiyi karta göndərdiyini demiş və pulun karta oturub oturmadığını soruşmuşdur. O, da həmin şəxsə pulun karta oturduğunu bildirmiş, daha sonra telefonunu söndürmüşdür ki, mobil telefona zəng çatmasın. O, Oğuz şəhərindən başqa digər rayon sakinlərinə də eyni yolla öz adına olan Kapital banka aid plastik kartdan istifadə etməklə dələduzluq etmiş və sonuncu dəfə o, eyni əməli Gəncə şəhər sakini adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 qarşı etmişdir. Əməlindən səmimi peşmandır. O, dələduzluq etdiyi şəxslərin heç birini tanımır, aralarında ədavət və düşmənçilik olmamış, etdiyi əməli özü tək etmişdir, heç kimin köməyindən istifadə etməmiş, plastik kartlardan pulları müxtəlif yerlərd çıxartmış, lakin Oğuz şəhər sakini Elşən və Kənan adl şəxslərdən dəlduzluq yolu ilə ələ keçirdiyi ümumilikdə 1000 manat pulu Yevlax rayonu Aran 2 qəsəbəsindəki Ticarət mərkəzində olan ATM-dən tək çıxartmışdır. Avtomobilləri turbo.az saytına da internet klublara gedib fotoşəkilləri verib elanın yerləşdirilməsini xahiş etmişdir. Elanlarda olan nömrələridə özü istifadə edib sonra qırıb atmışdır. O, yuxarıda qeyd edilən cinayət əməllərindən başqa 2021-ci ilin noyabr ayında tanışı X7 adına "xxxx"dan plastik kart hesabı açdırmış. Ona şəxsiyyət vəsiqsini itirdiyini, Rusiya Federasiyasında yaşayan qardaşlarının ona pul göndərmək istədiklərini, lakin onun kart hesabı olmadığı üçün həmin pulu ala bilmədiyinə dair Elvin Məmmədovu aldadaraq, Elvinin adına "xxxx"dan plastik kart hesabı açdırmışdır. Bundan sonra internetdə “Turbo.az” adlı saytda yerləşdirdiyi maşın alqı-satqı elanına görə onunla bir neçə şəxs əlaqə saxlamışdır. Həmin şəxslərdən biridə Elmin adlı şəxs olmuş, Elmin onun “Turbo.az” saytında elanını yerləşdirdiyi “VAZ-21064” markalı avtomobili almaq istədiyini bildirmişdir. O, Elminə öz adını “Bəhram” kimi bildirmişdir. Elmindən beh kimi kart hesabına göndərmək yolu ilə əvvəlcə 150 manat, sonra isə 850 manat pul almışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, Bundan sonra isə pulum olmadığı üçün həmin şəxsin pulunu qaytara bilməıyəcəyi üçün telefon zənglərini açmamışdır. Bundan başqa, o, yenə xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı saytına dövlət qeydiyyat nömrəsini bilmədiyi başqa bir «VAZ-21011» markalı avtomobilin fotoşəkillərini, həmin avtomobili 2000 manata satmaq istədiyini, adının «Namik» olduğunu və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmiş, Həmin tarixdə nömrəyə zəng gəlmiş və bir nəfər sayta qoyduğu avtomobili almaq istədiyini, Astara rayon sakini Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. O, həqiqətən də avtomobilimi ehtiyacı olduğu üçün satmaq istədiyini Zərərçəkmiş şəxs2 bildirib inandırmış və beh olaraq 1500 manat pulu onun kart hesabına ödəməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağını bildirmişdir. Əbülfət, onunla razılaşmış və o, kart hesabını ona göndərmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 1500 manat pulu göndərmiş və o, dərhal həmin pulu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində bankomatından çıxarıb öz işləri üçün xərcləmişdir. Pulları alandan sonra telefon nömrəsini isə qırıb atmışdır ki, onunla əlaqə saxlayan olmasın. Bundan başqa o, yenə xx.xx.2021-ci il tarixdə avtomobil satışı üçün nəzərdə tutulmuş «Turbo. az» onlayn avtomobil satışı saytına dövlət qeydiyyat nömrəsini bilmədiyi «VAZ- 21015» markalı avtomobilin fotoşəkillərini, həmin avtomobili 6500 manata satmaq istədiyini, adının Kamal olduğunu və əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil telefon nömrəsini yerləşdirmişdir. Həmin tarixdə bir nəfər tanımadığı şəxs qeyd etdiyi nömrəsinə zəng edərək özünü Zərərçəkmiş şəxs1 kimi təqdim edib sayta qoyduğu avtomobili almaq istədiyini bildirmişdir. O, da avtomobili ehtiyacı olduğu üçün satmaq istədiyini, Beyləqan rayonunun Daş Burun kəndində yaşadığını bildirib həmin şəxsi inandırmış və onun hesabına beh olaraq 3500 manat pul köçürməsini tələb edib yalnız bundan sonra avtomobili həmin şəxsə satacağına söz vermişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra o, avtomobili Gəncə şəhərinə gətirəcəyini, pulun qalan hissəsini sənədləşmədən sonra alacağını bildirib hesab nömrəsini ona göndərmişdir. xx.xx.2021-ci il tarixdə bir neçə dəfəyə, cəmi 3500 manat pulu onun hesabına göndərmiş, o, həmin pulları Bakı şəhərində yerləşən bir neçə bankomatdan çıxarıb həmin şəxsə zəng edərək pulu çıxardığını və yalandan Gəncə şəhərinə çıxdığını bildirmişdir. O, həmin pulları özü üçün xərcləmişdir. Bundan sonra telefon nömrəsini qırıb atmışdır ki, onunla əlaqə saxlayan olmasın. O, özü bankomatdan istifadə edə bilmədiyi üçün hər dəfə bankomatın yanında dayanıb tanımadığı şəxslərə xahiş etmişdir ki, kart hesabından pulları çıxartsınlar, həmin şəxslərdə pulları çıxardıb ona vermişdilər, o, da həmin adamlara hörmət etmişdir. Hal-hazırda özünü tam olaraq təqsirli bilir. Zərəri ödəməmişdir. Odur ki, barəsində yüncül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ikinci Qarabağ müharibəsi iştirakçısıdır, qazidir, Prezident təqaüdü alır. xx.xx.2021-ci il tarixdə özünə avtomobil almaq üçün Turbo.az internet avtomobil satış portalında VAZ 21015 markalı avtomobil görmüş, həmin avtomobili Kamal adlı şəxs yerləşdirmiş və avtomobil üçün 6500(altı min beş yüz) AZN qiymət yazmışdır. Avtomobilin elan qiyməti bazar qiymətindən aşağı yerləşdirildiyi üçün diqqətini çəkmiş və elanı yerləşdirmiş şəxsin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Kamal özünün Beyləqan rayonu Daş Burun kəndində yaşadığını demiş, Kamala avtombili istədiyini deyəndə Kamal 3500 AZN borcu olduğunu və avtomobil alacağı halda ilkin olaraq 3500 AZN pul göndərməyini istəmişdir. Kamal pul köçdükdən sonra avtomobili Gəncə şəhərinə özünün gətirəcəyini demişdir. Kamalla razılaşmış, pulu göndərmək üçün dostu Samiri çağırmış, Samirlə Gəncə şəhərində görüşmüş və Samir özü də Kamalla danışmışdır. Bundan sonra 3500 AZN pulu Samirə vermiş və Samir Göygöl şəhərində yerləşən Kapital Bank filialından 3500 AZN pulu Kamalın vermiş olduğu 4169-7413-1369- 4968 saylı kart hesabına göndərmişdir. Samir pulu göndərdikdən sonra ona bu barədə məlumat vermiş, o, Kamala zəng edəndə Kamal pulun çatdığını deyib avtomobili gətirdiyini demişdir. Ancaq bundan sonra Kamala zəng çatmamış, həmin vaxt o başa düşümüşdür ki, kamal onun etibarından sui istifadə edib aldadaraq pulunu almışdır. Dəymiş zərər qismən odənilməmişdir. Mənə 500 manat pul ödəyibdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində o, özünə avtomobil almaq istəmiş, bu səbəbdəndə tanışlardan soruşub və bundan əlavə sosiyal şəbəkədə «Tap.az» saytına mobil telefon vasitəsi ilə daxil olaraq axtarmışdır. O, sayıtda yaşıl rəngli Vaz-21011 markalı avtomobilin satıldığını görmüş, həmin sayıtda avtomobillərin müxtəlif şəkilləri yerləşdirilmiş və bir neçə məlumat yazılmışdır. O, avtomobilin şəkillərinə baxmış, yazılan məlumatları oxuyub görmüşdür ki, maşının qiyməti münasibdir. Daha sonra həmin elanın sonunda sahibinin əlaqə nömərisni götürüb zəng etmişdir. O, istifadəsində olan 051 779 59 29 sim nömrə ilə həmin qeyd etdiyi 051 408 46 04 sim nömrəsinə zəng etmiş, həmin şəxs ona özünü Oğuz rayon Xanabad qəsəbəsində yaşayan X20 olduğunu bildirmişdir. O, Əliyə sayıtda Vaz- 21011 markalı avtomobili görüb bəyəndiyini və avtomobilə baxmaq istədiyini demiş, Əli ona cavab vermişidir ki, Xaldanda yaşayır, Xaldan onlara yaxın rayondu bir iki saata gələ bilər, Əli kimi özünü təqdim edən şəxs ona demişdir ki, onun uşağı xəstədir, vacib pul lazım olduğu üçün maşını ucuz qiymətə satır, ona zəng edənlər çoxdur, ola bilər o, gələnə kimi maşını satar. Bundan sonra ona demişdir ki, sən maşını həqiqətən almaq istəyirsənsə beh göndər, maşını başqa adama satmasın gözləsin O, yenə xahiş etmişdir ki, Xaldan yaxında yerləşir, gəlsin baxsın sonra danışıb razılaşaq. Əli kimi özünü təqdim edən şəxs demişdir ki, onun uşağına təcili cərrahiyyə əməliyyatı lazımdır, dəyər-dəyməzə maşını satacaq, o, gələnə gec ola bilər. Bundan sonra o, razılaşıb beh göndərəcəyini demiş, həmin şəxs ona əvvəl 1000 manat beh göndərməyini demiş, o, həmin məbləği göndərə bilməyəcəyi cavabını vermiş, həmin şəxs daha sonra ona demiş ki, maşının sənədlərini girov qoyub pul götürüb, pulu aparıb verib sənədləri götürməlidir ki, o, gələnə kimi sənədləri qaydasına salsın. Bundan sonra o, razılaşmış və 500 manat göndərə biləcəyini demişdir. Həmin şəxs ona pulu bankomat vasitəsi ilə göndərməyini deyib xahiş etmişdir ki, get bankomat aparatının qarşısına orada deyəcəm hansı hesaba pul vur. Bundan sonra 04 iyul 2021-ci il tarixdə saat 15 radələrində o, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Turan bankın qarşısında quruşdırılmış bankomata yaxınlaşmışdır. O, yenə həmin nömrəyə zəng etmiş, Əli kimi özünü təqdim edən şəxs ******************** saylı hesab nömərəsini bir-bir demiş, o, bankomatda yığmış, Təqsirləndirilən şəxs adına olan hesab açılmışdır. Bundan sonra o, saat 15:14:06-da həmin hesaba 500 manat pul göndərmiş, Təxminən 30-40 dəqiqə sonra həmin şəxs ona zəng edib alınmır sözlərini deyib, demişdir ki, 200 manat da göndər gedib maşının sənədlərini götürsün. O, razılaşmış və həmin gün Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən Xanlar marketin qarşısında quraşdırılmış bankomatın qarışsına getmiş, Yenə həmin şəxsə zəng vurmuş, ona Təqsirləndirilən şəxs adına olan hesab nömərəsini demiş, o, hesaba saat 15:57-də 200 manat pul göndərmişdir. O, bankomatın qarşısından aralaşıb həmin şəxsə zəng etmiş lakin telefona zəng çatmamışdır. Bundan sonra o, sayıta girmiş və görmüşdür ki, avtomobilin elanı sayıtdan silinib. Telefona zəng çatmayanda anlamış ki, həmin şəxs onu aldadaraq dələduzluq yolu ilə 700 manat pulu ələ keçirtmişdir. Bundan sonra rayon polis şöbəsinə gələrək ərizə vermişdir. Tap.az sayıtdında Vaz-21011 markalı avtomobil görüb almaq istəmiş, bu səbəbdən həmin elanın altında olan 051 408 46 04 saylı mobil telefonla əlaqə saxlamış, özünü Əli kimi təqdim edən şəxs ona beh göndərməyini bildirmişdir. Bu səbəbdən 04 iyul 2021-ci il tarixdə saat 15:14:06-da Əli kimi özünü təqdim edən şəxsin verdiyi Təqsirləndirilən şəxs adına olan ******************** saylı hesab nömrəsinə 500 manat və həmin gün saat 15:57-də daha 200 manat göndərmişdir. Dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə ona məxsus olan VAZ 21011 markalı avtomobilində nasazlıqlar olduğu üçün maşınına baxmaq üçün Astara rayonu Şüvi kənd sakini X2 həyətinə çağırmışdır. Elvin İsrafilov həyətə gəlib maşına baxmış və ona demişdir ki, “bu maşın düzəlməyəcək, o, sənin üçün alıcı tapar, bu maşını 700-800 manata satarsan”. Həmin əsnada Elvin İsrafilov mobil telefonunda ona bir maşın göstərmişdir. Həmin maşının “turbo.az” saytında satış məqəsdilə elanı yerləşdirilmiş, bu maşın VAZ 21011 markalı, dövlət qeydiyyat nişanı gizlədilmiş bir avtomobil olmuş, Elvin ona demişdir ki, “gəl bu maşını sənin üçün alaq”. Həmin maşını “turbo.az” saytında yerləşdirən şəxs adını “Namik” kimi qeyd etmişdir. Bu avtomobil saytda 2000 manata satışa qoyulmuşdur. Elvin saytda adını “Namik” kimi qeyd edən şəxsə zəng vurub onunla danışmışdır. Elvin həmin şəxslə telefonda danışıb bitirdikdən sonra “WhatsApp” mesajlaşma proqramında yazılı mesajlaşmağa başlamışdır. Bu şəxs Elvinə bildirmişdir ki, “maşın üçün alıcı çoxdur, beh kimi 1500 manat göndər, maşını başqa bir şəxsə satmasın.” Həmin şəxs Elvinlə danışdığı zaman bildirmişdir ki, maşın hazırda Ağcabədi rayonundadır və onları gözləyir. Elvin ona demişdir ki, “bu çox qəşəng maşındır, gəl bu maşını al”. O, da öz qudası X8 zəng vurub bu məsələ haqqında ona danışmışdır, X31 demişdir ki, maşının şəklini ona atsın. Elvin də maşının şəklini qudası Sərxan Məlikova göndərmiş, Sərxan isə Elvinə demişdir ki, bu fırıldaq işə oxşayır, heç bir manat da pul göndərmək lazım deyil. Elvin isə bu sözdən sonra hər şeyə cavabdeh olduğunu bildirmiş, o, da başqa bir söz deməyib Elvinlə razılaşmış, bundan sonra oğlu X9 Sərxan Məlikovun evinə göndərmiş, oğlu X21 1500 manat alıb gətirmişdir. Oğlu Dinar pulu gətirdikdən sonra Elvin həmin maşını satan şəxslə yenidən telefonda danışamağa başlamış, bu şəxs and içib bildirirmişdir ki, uşağı xəstədir, beh kimi 1500 manat göndərin, maşını satmasın. Elvin və o, buna inanmış, ona görə də Elvin həmin adamın bank hesab nömrəsini göndərdiyi bank hesab kartına pul göndərməyə razılıq vermişdir. Bundan sonra 27 noyabr 2021-ci il tarixdə gnorta saatlarında Elvin Astara rayonu Ojakəran kəndində inşaat malları satılan mağazada quraşdırılmış “MilliÖn” ödəmə termianlı vasitəsilə 1000 manat pulu həmin şəxsin dediyi bank hesab nömrəsinə göndərmişdir. Daha sonra yenə də həmin şəxslə telefonda mesajlaşmağa başlamış, bu şəxs qalan 500 manatı da göndərməyi bildirmişdir. Bundan sonra Elvin qalan 500 manat pulu Astara rayonu Ərçivan qəsəbəsində “Halal” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə 500 manat pulu bir daha eyni bank hesab nömrəsinə göndərmişdir. Bundan sonra Elvin İsrafilov ona demişdir ki, “mən gedim evə, paltarlarımı geyinim, sürücülük vəsiqəmi götürüm, gedək Ağcabədiyə maşını gətirək”. Onlar artıq yola düşüb Ağcabədiyə gedərkən saytda adını “Namik” kimi qeyd edən artıq Elvini bloka atmış və daha zənglərinə cavab verməmişdir. Onlar Ağcabədi rayonunun mərkəzinə çatdıqda saytda maşının elanı yerləşdirilmiş şəkilləri orada olan insanlara göstərmiş, oradakı insanlar demişdilər ki, burada belə bir maşın və belə bir yer yoxdur. O, anlamışdır ki, onları aldadıblar. Elvin bu zaman 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonradan Elvini və onu polis şöbəsinə çağırıb izahat almışlar. 1500 manat pul ona məxsusdur. Belə ki, Elvin İsrafilov maşın almaqda ona vasitəçilik etmişdir, buna görə də o, 1500 manat pulu Elvinə verib maşın almaqda ona köməklik etməsini bildirmişdir. Dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X16 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. onlar 4-5 ildir ki, dostluq edirlər. Xəzər 44 günlük vətən müharibəsinin iştirakçısıdır və qazi olaraq hərbidən təxris olunub. Xəzərlə münasibətləri tanış olduğu gündən yaxşıdır. 03 dekabr 2021-ci il tarixdə saat 13-14 radələrində o, yaşadığı evdə olan zaman Xəzər onun mobil telefonuna zəng edib onunla işi olduğu üçün Gəncə şəhərinə çağırmış. Bundan sonra o, özünə məxsus VAZ 2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə Xəzərin yaşadığı evin qarşısına getmiş, Xəzər evdən çıxıb onun avtomobilndə əyləşmiş və ona demişdir ki, Turbo Az internet saytından Kamal adlı şəxsin satdığı yaş asfalt rəngli, VAZ 21015 markalı avtomobil bəyənib və həmin avtomobilin sahibi ilkin olaraq indan 3500 manat pul istəmiş, 3500 manat pulu da ona vermişdir ki, həmin şəxsin Xəzərə göndərdiyi koda göndərsin. Əlavə olaraq Xəzər ona bildirmişdir ki, avtomobil Beyləqan rayonununun Daş Burun kəndidədir. Daha sonra onun özü də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Kamal adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib ona Xəzərin dostu olduğunu və pulu göndərdikdən sonra avtomobili nə vaxt gətirəcəyini soruşmuş, Kamal adlı şəxs ona demişdir ki, pulu götürdükdən sonra Beyləqan rayonunundan yola düşəcək. Telefonla danışan zaman Kamal ona özünün adına plastik pul kartının olmadığını, Xəzərə göndərdiyi kod qardaşı Təqsirləndirilən şəxs adına olan kartın kodu olduğunu və pulu həmin koda göndərmək lazım olduğunu demiş, o, da Kamalla razılaşmış və bundan sonra Xəzərin ona verdiyi 3500 manat pulu götürüb Göygöl şəhərinə gəlmiş, X33 şəhər filialına gedib bank işçilərinin köməkliyi ilə 3500 manat pulu Təqsirləndirilən şəxs adına göndərib qəbzini özü ilə götürmüşdür. Sonra da Xəzərə zəng vurub pulu göndərdiyini və qəbzi götürdüyünü bldirmiş, Daha sonra o, Kamala zəng etmişdir ki, pulu göndərib. Kamal isə demişdir ki, o, X22 şəhər filialındadır və bankda növbə çox olduğuna görə növbə gözləyir, pulu götürən kimi Gəncə şəhərinə gəlib avtomobili Xəzərə təhfil verəcək və qalan 3000 manat pulu da avtomobili təhfil verəndə Xəzərdən alacaq. Təxminən 1 saatdan sonra o, yenə də Kamala zəng etmiş, lakin Kamalın nömrəsinə zəng çatmamışdır. Xəzərlə də əlaqə saxlamış, Xəzər də ona Kamala zəng çatmadığını demişdir. Bundan sonra onlar başa düşmüşdülər ki, özünü onlara Kamal kimi təqdim edən şəxs Xəzəri aldadıb. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəlləninm 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə cinayət proses iştirakçılarının məhkəmə araşdırmasının tamamlanmasına dair rəylərini nəzərə alaraq zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o, istifadəsində olan mobil telefonunda “Turbo Az” saytında satılan avtomobillərə baxmışdır. Həmin vaxt o, saytda 1993-cü il istehsallı, açıq sarı rəngli, VAZ 2106 markalı avtomobilin satış qiymətinin 2400 manat olduğunu görmüşdür. Bundan sonra o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə həmin elanı yerləşdirmiş və adını Bəhram kimi qeyd edən şəxə məxsus ***-***- **-** nömrəli mobil telefona zəng edib avtomobili almaq istədiyini demişdir. Həmin şəxs ona avtomobilin Sabirabad rayonunda olduğunu, ilkin olaraq 150 manat beh göndərməyini istəmiş və demişdir ki, 150 manatı göndərib maşını başqa adama satmasın. O, həmin şəxslə razılaşmış və Elminə Şirvan şəhərində yerləşən “Anar” marketin içərisində olan ödəmə terminalı vasıtəsi ilə həmin şəxsin ona göndərdiyi X5 adına olan pul kartına göndərmiş, sonra isə Şirvan şəhərindən taksi ilə Sabirabad şəhərinə getmişdir. Sabirabad rayonunun Şəhriyar kəndinin ərazisi ilə gedən zaman Bəhram adlı həmin şəxsə zəng etmiş, Bəhram ona demişdir ki, xəstəsi olduğuna görə Sabirabad rayon xəstəxanasındadır. Xəstəsinin sağaldılamsı üçün pul lazımdır və ondan xahiş etmişdir ki, 850 manat pul göndərsin, sonra isə görüşüb avtomobili ona satacaq. O da həmin şəxsə etiraz etməmiş və Şəhriyar kəndinin ərazisində yerləşən “Əhməd” marketin içərisində olan ödəmə terminalı vasitəsi ilə 850 manat pulu yenə də X5 adına olan plastik pul kartına göndərmişdir. Daha sonra isə Sabirabad şəhərinə gəlib çatmış və Bəhrama zəng etmişdir. Lakin Bəhrama zəng çatmamış o, elə başa düşmüşdür ki, Bəhramın telefonunun enerjisi qurtarıb və keçib. Ona görə də təxminən yarım saat da gözləmiş və yenidən zəng vurmuşdur. Lakin Bəhrama zəng çatmamışdır. O, başa düşmüşdür ki, Bəhram onu aldatmış və 1000 manat pulunu ələ keçirtmişdir. Bundan sonra o, elə həmin gün Sabirabad rayon Polis Şöbəsinə gedib şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə axşam saatlarında özünə maşın almaq üçün maşın satışı üçün nəzərdə tutulan Turbo.az saytında daxil olmuş, o həmin saytda göy rəngli VAZ 2106 markalı maşını bəyənmiş və elanın aşağı tərəfində qoyulmuş 050 532-01-35 mobil əlaqə nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Etibar kimi təqdim etmiş və o, həmin şəxslə maşın barədə söhbət etməyə başlamışdır. Həmin şəxs maşını 1700 manata satmağa razılıq vermiş, sonra isə ona bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə maşını Sumqayıt şəhərinə gətirəcək və orada alqısatqı edəcəklər. O, Etibarla razılaşmış, xx.xx.2021-ci il tarixdə o, dostu Səfa Mərdəliyevlə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən maşın bazarına getmişdir. Bazarda dostu öz avtomobilini satmalı, o, isə əvvəlcədən danışıb razılaşdığı avtomobili almalı olmuşdur. Onlar bazara çatanda o, 050 532-01-35 möbil telefon nömrəsinə zəng etmiş və Etibara bildirmişdir ki, onu maşın bazarında gözləyir. Etibar hazırda Qax rayonunda olduğunu və Sumqayıta gəlmək və maşını gətirmək üçün 300 manat benzin pulu lazım olduğunu bildirmişdir. O, Etibara etiraz etməmiş və maşın bazarının yaxınlığında olan «Azpetrol» yanacaq doldurma məntəqəsində olan E-Manat ödəniş terminalı vasitəsi ilə Etibarın ona göndərdiyi Təqsirləndirilən şəxs adına olan kapitalbank hesabına 300 manat pul göndərmişdir. Bundan qısa müddət keçdikdən sonra Etibar yenidən ona zəng edib əlavə 300 manat pul istəmiş, o, yenə də həmin hesaba 300 manat pul göndərmişdir. Etibar ona bildirmişdir ki, gəlib maşını alqı-satqı edəndə göndərdiyi pulları nəzərə alacaq. O, Etibara inanmış və yenə də Etibarla razılaşmışdır. Təxminən bir saatdan sonra o, Etibarın harada olmasını maraqlanmaq üçün Etibarın telefonuna zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamışdır. O, dəfələrlə Etibarın istifadəsində olan nömrəyə zəng etsə də həmin nömrəyə zəng çatmamışdır. Bundan sonra o, Etibarın onu aldatdığını başa düşmüş və hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. O, Etibar adlı şəxsə pul göndərdikdən sonra Etibarla əlaqə saxlaya bilməmiş, çünki Etibarın telefonuna zəng çatmamışdır. Eləcə də Etibarla heç vaxt görüşməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kənan Hacızadə onun oğludur. 27 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində oğlu Kənan onun mobil telefonuna zəng edərək, Turbo.az saytında VAZ-21099 markalı avtomobil satıldığını gördüyünü, avtomobilin sahibi ilə telefonla əlaqə saxladığını, avtomobilin sahibi Ehtibar adlı şəxs avtomobilin digər şəxslərə satılmaması üçün 100 manat behi həmin şəxsə məxsus karta göndərməsini bildirdiyini demiş və 100 manat pulu oğlu X5 adına olan Kapital banka aid olan 4169 7385 8614 3210 saylı kartına göndərməyini xahiş etmişdir. O, da Kənanla razılaşmış və həmin tarixdə Oğuz şəhəri Cavanşir küçəsində yerləşən ödəniş terminalından 100 manat pulu yuxarıda qeyd edilən şəxsin kart hesabına göndərmiş, daha sonra Kənan ona Ehtibar adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini həmin şəxslə danışmaq üçün vermişdir. Həmin gün oğlu Kənan ona yenidən zəng edərək avtomobilin sənədləşməsi üçün əlavə eyni kart hesabına 900 manat da pul göndərməli olduğunu demiş, o da qeyd edilən mobil telefon nömrəsinə zəng edərək Ehtibar adlı şəxslə danışmış, həmin şəxs adının Ehtibar olduğunu, sələmə pul götürdüyü üçün maşını satdığını, maşının sənədləşməsi üçün 900 manat da pul lazım olduğunu demişdir. O, da həmin şəxslə razılaşaraq eyni kart hesabına eyni terminaldan 900 manat pul vurmuş, daha sonra həmin şəxsə zəng edib pulun çatıbçatmadığını soruşduqda, Ehtibar adlı şəxs pulun karta oturduğunu bildirmişdir. Həmin vaxtdan bir saat sonra Ehtibar adlı şəxsin yuxarıda qeyd edilən mobil telefon nömrəsinə zəng etsə də zəng çatmamışdır. Bundan sonra aldanıldıqlarını bildiyi üçün oğlu Kənan olanlar barədə Azərbaycan Respublkikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Ehtibar adlı şəxslə xx.xx.2021-ci il tarixdə mobil telefon vasitəsilə tanış olmuş, onu şəxsən tanımır, onunla arasında heç bir münasibət olmamışdır. Oğlu Kənan ona zəng edərək olanları bildirmiş, o,da ilkin olaraq 100 manat pulu adı yuxarıda qeyd olunan şəxsin Kapital bank hesabına E-manat aparatı vasitəsilə göndərmiş, lakin Kənan sonradan ona zəng edərək əlavə olaraq 900 manat pul həmin Elvin Məmmədovun eyni kart hesabına vurmağı xahiş etmiş, o, da sonradan 900 manat pulu adı qeyd olunan şəxsin eyni kart hesabına vurmuş, ola bilsin ki, Kənan ilkin vurduğu 100 manat pulu qeyd etməmiş, o, ümumilikdə X11 məxsus olan Kapital bank hesabına 1000 manat pul göndərmişdir. Ehtibar adlı şəxs ondan aldığı pullardan hər hansı bir hissəsini geri qaytarmamış, Həmin gündən sonra Ehtibarla əlaqə saxlıaya bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, özü üçün nəqliyyat vasitəsi almaq istəmiş, bu səbəbdən də “Turbo.az” saytına girərək maşınlara baxmağa başlamış, 22 avqust 2021-ci il tarixdə açıq qəhvəyi rəngli “VAZ-21011” markalı nəqliyyat vasitəsini bəyənmiş, həmin elanı yerləşdirən şəxs maşının Zərdab rayonunda olduğu ilə bağlı məlumat yazmış və əlaqə nömrəsi qeyd etmişdir. Elanda adını qeyd etməyən, sadəcə nömrəsi olan şəxslə əlaqə saxlamış, İstifadəsində olan ***-***-**-** saylı nömrə ilə həmin şəxsin istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Telefona, təxminən, 55-60 yaşı olan bir kişi cavab vermiş, O, Zərdab rayonunun Taxtakörpü kəndində yaşadığını bildirmişdir. O, həmin şəxsə maşını bəyəndiyini, almaq istədiyini demiş, O da maşını Bakı şəhərindən bir şəxsin də almaq istədiyini, əgər fikri dəqiqdirsə, üçün beh göndərməyini istəmiş, o, da beh göndərə biləcəyini demişdir. Həmin şəxs, evdə xəstəsi olduğunu, əgər mümkün olarsa, elanda qeyd etdiyi 2000 manat məbləğin hamısını göndərməyini istəmiş, o, isə 1700 manat göndərə biləcəyini, qalan pulu isə maşını alandan sonra verə biləcəyini demiş və beləcə razılaşmış, Həmin şəxslə saat, təxminən, 16:00 radələrində danışmış, daha sonra bir neçə işimi həll edib saat, təxminən, 18:47-də radələrində Şağlaser kəndində yerləşən “Ay işığı” adlı marketə gedərək “Milliön” ödəmə terminalı vasitəsilə onunla danışan şəxsin ona göndərdiyi, "xxxx"a məxsus, hesab nömrəsi ********************, kart nömrəsi 4****4968, Təqsirləndirilən şəxs adına olan hesab nömrəsinə 1700 manat pul göndərmiş, pulu göndərəndən sonra həmin şəxs bir neçə dəfə onunla əlaqə saxlamış, nə zaman gəlib maşını götürəcəyini soruşmuşdur. O, isə işi olduğunu və Lənkəran rayonundan çıxan zaman ona xəbər verəcəyini bildirmiş, Həmin şəxs ona Bakı şəhəri istiqamətinə gəldiyini demiş və təklif etmişdir ki, Ələt körpüsünün altında görüşsünlər, maşını ona versinlər, qalan sənədləşmə işlərini də özü həll edəcəkdir. O, həmin şəxslə razılaşmış, saat, təxminən, 20:00 radələrində atası ilə birlikdə, ona məxsus olan “Priora” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı maşınla Lənkəran rayonundan Ələt istiqamətinə yola düşmüşlər. Cəlilabad da olan zaman həmin şəxsin istifadəsində olan nömrəyə zəng etmiş, lakin telefonu söndürmüşdü. Yolda olan zaman bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd etsəm də, telefonu sönülü vəziyyətdə olmuş, Ələt körpüsünə çatanda orada heç kəs olmamış, bir neçə dəfə həmin şəxsə zəng etmiş, telefon yenə də sönülü vəziyyətdə olmuş, gəlib-gedən də olmamışdır. Həmin şəxsin onu aldatdığını dərk etmiş və bu səbəbdən də elə orada olan zaman DİN-in 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Turbo.az saytında süd rəngində “Vaz 21011” markalı dövlət nömrə nişanı götrünməyən avtomobilin 1500 manata satışa qoyulmasını görmüş, avtomobili satan şəxsin elana qoyduğu 050 806 73 07 mobil telefon nömrəsi ilə zəng edib əlaqə saxlamış, həmin şəxs avtomobilin 1979 cu il buraxılışılı olmasını və avtomobili 1500 manata satmasını bildirmişdir. Avtomobili satan şəxs adının Şəhriyar olmasını, Oğuz rayonunda yaşamasını bildirmişdir. Şəhriyar adı ilə tanıdığı şəxs ona bildirmişdir ki, anası xəstədir, təcili pul lazımdır, əgər avtomobili almaq istəyirsənsə kart nömrəsi göndərim 800 manat beh ver avtomobili Oğuz rayonundan gətirsin Bakı şəhərində görüşüb alqı satqı etsinlər. O da həmin şəxsə inaıb Xaçmaz şəhərində “Million” pdəmə terminalından həmin şəxsin göndərdiyi kart heabına yəni Təqsirləndirilən şəxs adlı şəxsin hesabına hər dəfə 400 manat olmaqla iki dəfəyə 800 manat pul göndərimiş, sonra isə Bakı şəhərinə yola düşmüşdür ki, gəlib həmin şəxslə bakı şəhərində görüşüb avtomobili alsın. O Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinə çatan zaman həmin şəxs ona zəng edib borcu olduğunu və bu səbəbdəndə yerdə qalan 700 manatı göndərməsini xahiş etmiş, o dahəmin şəxsə inandığı üçün Sumqayıt şəhəri H.Zeynalbadin qəsəbəsi, Bakı Quba yolunun kənarında yerləşən “Bizim market” adlanana marketə daxil olmuş və həmin marketin içərisində “million” ödəmə terminalından Təqsirləndirilən şəxs adlı şəxsin hesabına 700 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona saat 18:00 da 20 yanvar metrosunun yaxınlığında görüşüb avtomobili təhvil verəcəyini bildirmiş, o, Bakı şəhərində 20 yanvar metrosunun yanına çatıb 050 806 73 07 mobil telefon nömrəsinə zəng etəsədə həmin nömrəyə zəng çatmadığını və aldadılmasını başa düşmüşdür. Bundan sonra 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahid X12, X15, X18 və X5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X12 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs2 ona məxsus olan VAZ 21011 markalı avtomobilində nasazlıqlar olduğu üçün maşına baxmaq üçün onu öz həyətinə çağırmış, O, həyətə gəlib maşına baxmış və Əbülfətə maşının düzəlməyəcəyini, avtomobilə alıcı tapacağını demiş və maşını 700-800 manata satacağını bildirmişdir. Həmin zaman o, telefonda “turbo.az” saytında maşınlara baxmış, bu vaxt mobil telefonda Əbülfətə bir maşın göstərmiş, Həmin maşının “turbo.az” saytında satış məqəsdilə elanı yerləşdirilmiş, bu maşın VAZ 21011 markalı avtomobil olmuşdur və dövlət qeydiyyat nişanı gizlədilmişdir. O, Əbülfətə demişdir ki, “gəl bu maşını sənin üçün alaq”. Həmin maşını “turbo.az” saytında yerləşdirən şəxs adını “Namik” kimi qeyd etmiş, avtomobil saytda 2000 manata satışa qoyulmuşdur. Adını “Namik” kimi qeyd edən şəxsə zəng vurub danışmış, Namik kimi adını qeyd edən şəxs saytda əlaqə saxlanılması üçün ***-***-**-** saylı mobil nömrəni qoymuş o, də həmin şəxslə bu nömrə vasitəsilə telefonda danışıb bitirdikdən sonra “WhatsApp” mesajlaşma proqramında yazılı mesajlaşmağa başlamışdır. Bu şəxs ona bildirmişdir ki, “maşın üçün alıcı çoxdur, sən beh kimi 1500 manat göndər, maşını başqa bir şəxsə satmasın.” Həmin şəxs maşının hazırda Ağcabədi rayonunda olmasını bildirib onları gözlədiyini demişdir. O, da Əbülfətə, - “bu çox qəşəng maşındır, gəl bu maşını al”, - deyə bildirmişdir. Əbülfət də öz qudası X8 zəng vurub bu məsələ haqqında Sərxana danışmış, Sərxan Məlikov da ona demişdir ki, maşının şəklini Sərxana atsın. O da maşının şəklini Sərxan Məlikova göndərmiş, Sərxan isə ona demişdir ki, bu, fırıldaq işə oxşayır, heç bir manat da pul göndərmək lazım deyil. O, isə bu sözdən sonra hər şeyə cavabdeh olduğunu bildirmiş, bundan sonra Əbülfət oğlu X9 Sərxan Məlikovun evinə göndərmiş, X21 1500 manat alıb gətirmiş, Dinar pulu gətirdikdən sonra o, həmin maşını satan şəxslə yenidən telefonda danışamağa başlamış, bu şəxs and içib bildirirmişdir ki, uşağı xəstədir, beh kimi 1500 manat göndərsinlər ki, maşını satmasınlar. O, da Əbülfət də həmin şəxsə inanmışlar və buna görə də Əbülfət həmin adamın bank hesab nömrəsini göndərdiyi bank hesab kartına pul göndərməyə razılıq vermişdir. Bundan sonra 27 noyabr 2021-ci il tarixdə günorta saatlarında Astara rayonu Ojakəran kəndində inşaat malları satılan mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə 1000 manat pulu həmin şəxsin dediyi “4169-7413-1369-4968” nömrəli bank hesab kartına göndərmiş, Daha sonra yenə də həmin şəxslə telefonda mesajlaşmağa başlamış, bu şəxs qalan 500 manatı da göndərməyi bildirmişdir. Bundan sonra o, qalan 500 manat pulu isə Astara rayonu Ərçivan qəsəbəsində “Halal” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə 500 manat pulu bir daha eyni bank hesab nömrəsinə göndərmişdir. Daha sonra o, Əbülfətə demişdir ki, “gedib evə, paltarlarını geyinib, sürücülük vəsiqəsini götürüb, getsinlər Ağcabədiyə maşını gətirsinlər”. Bir qədər sonra onlar artıq yola düşüb Ağcabədiyə gedərkən saytda adını “Namik” kimi qeyd edən şəxsə bir daha zəng edərkən həmin şəxs onu bloka atmış və daha zənglərinə cavab verməmişdir. Onlar Ağcabədi rayonunun mərkəzinə çatdıqda saytda maşının elanı yerləşdirilmiş şəkilləri orada olan insanlara göstərmişlər, oradakı insanlar demişdilər ki, burada belə bir maşın və belə bir yer yoxdur. Başa düşmüşdülər ki, onları aldadıblar. O, bu zaman 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. 1500 manat pul Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuş, o, maşın almaqda Əbülfətə vasitəçilik etmişdir və buna görə də Əbülfət 1500 manat pulu ona verib maşın almaqda köməklik etməyimi bildirmişdit. Özünü Namik kimi təqdim edən şəxs onunla telefonda danışarkən uşağının xəstə olduğunu, buna görə təcili pula ehtiyacı olduğu üçün maşını ucuz qiymətə satdığını və bu maşının hazırda, yəni 27 noyabr 2021-ci il tarixdə Ağcabədi rayonunda olduğunu, başqa bir şəxs satmamaq üçün əvvəlcədən beh kimi 1500 manat pulu bank hesab kartına göndərməklərini bildirmiş, onlar da həmin şəxsə inandıqları üçün 1500 manat pulu dediyi bank hesab kartına göndərmilər. Lakin onlar həmin gün Ağcabədi rayonuna getdikdə orada saytda yerləşdirilmiş şəkilə uyğun bir yerin olmadığını, özünü Namik kimi təqdim edən şəxsin uydurma addan və uydurma yer adından istifadə edib onları aldadaraq 1500 manat pulu ələ keçirdiyini anlamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X15 ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri xüsusatlarıla eyni məzmunlu ifadə verərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X18 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə avtomobil almaq üçün Turbo.az saytinda avtomobil seçən zaman VAZ-21099 markalı avtomobili görmüş və həmin avtomobili almaq üçün avtomobil şəklinin altında olan mobil telefon vasitəsilə əlaqə saxlamış, həmin şəxs adının Ehtibar olduğunu, pula ehtiyacı olduğu üçün avtomobili 2900 manata satdığını demişdir. O, da avtomobildən xoşu gəldiyini dedikdə həmin şəxs 100 manat beh göndərməyini, behi oğlu X5 adına Kapital banka aid olan 4169 7385 8614 3210 saylı kartına göndərməyini bildirərək, pul göndərdiyi təqdirdə avtomobili elandan çıxaracağını demişdir. O, da həmin şəxlə razılaşaraq həmin gün atası Elşənin mobil telefonuna zəng edib, Turbo.az saytinda VAZ-21099 markalı avtomobildən xoşu gəldiyini demiş, Ehtibarın verdiyi kart kodunu atasına deyərək həmin karta 100 manat pul göndərməsini, həmçinin Ehtibar adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamağını xahiş etmişdir. Atası da onunla razılaşmış və həmin tarixdə Ehtibarın ona dediyi həmin kart hesabına 100 manat pul göndərmiş, Daha sonra Ehtibara zəng edərək 100 manat pulu onun göndərdiyi hesaba vurduğunu və avtomobili elandan çıxartmasını xahiş etmiş, həmin şəxs də, yəni Ehtibar adlı şəxs də telefondan başı çıxmadığı üçün avtomobili elandan qısa müddət ərzində çıxardacağını demişdir. Həmin vaxtdan 15-20 dəqiqə sonra Ehtibar adlı şəxs yenidən onun mobil telefonuna zəng edərək, maşının hal hazırda Ağdam şəhərində olduğunu, maşının sənədlərinin sələmə pul götürdüyü üçün sələmə pul götürdüyü şəxsdə olduğunu, əlavə 900 manat da pul göndərdiyi təqdirdə maşının sənədlərinin götürərək Oğuz rayonuna gəlib avtomobili adına sənədləşdirə biləcəyini demiş, O, da atası Elşənə zəng edərək Ehtibar adlı şəxsin ona dediklərini atasına çatdırmış və həmin kart hesabına əlavə 900 manat da pul göndərməsini xahiş etmişdir. Atası Elşən də onunla razılaşaraq qeyd etdiyi kart hesabına 900 manat pul vurmuş, daha sonra həmin şəxs Turbo.az saytına qoyduğu ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamaq istəsə də, həmin nömrəyə zəng çatmamış, Bundan sonra aldadıldığını bildiyi üçün olanlar barədə Azərbaycan Respublkikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Ehtibar ilə xx.xx.2021-ci il tarixdə avtomobil almaq niyyətilə mobil telefon vasitəsil tanış olmuş, Ehtibarı şəxsən tanımır, Ehtibarla arasında heç bir münasibət olmamışdır. Ehtibar adlı şəxsin dediyi yuxarıda qeyd edilən kart hesabına xx.xx.2021-ci il tarixdə atası Elşən 100 manat və 900 manat olmaqla ümumilikdə 1000 manat pul vurmuşdur, pulu atası Elşən Oğuz şəhərində yerləşən e manat terminalı vasitəsilə qeyd edilən kart hesabına vurmuş, kart hesabına pulu vurmaqda məqsədimiz onun Turbo.az saytına yerləşdirdiyi VAZ-21099 markalı avtomobili almaq olmuş, qeyd edilən avtomobilin rəngi yaşıl idi, dövlət qeydiyyat nömrəsi bilinməmiş, lakin qeyd edilən pulları onun kart hesabına vurduqdan sonra Ehtibar adlı şəxsə məxsus qeyd edilən nömrəyə zəng çatmamışdır. Lakin atam Elşən sonuncu 900 manat pulu qeyd edilən kart hesabına vurduqdan sonra Ehtibarla əlaqə saxlaya bilmişdir, mən isə əlaqə saxlamaq istəsəm də mobil telefon nömrəsinə zəng çatmamışdır. O, atası Elşənə zəng edərək 100 manat pulu X11 məxsus olan Kapital bank hesabına göndərməsini xahiş etmiş, daha sonra isə Elşənə zəng edərək əlavə olaraq 900 manat pul həmin Elvin Məmmədovun eyni kart hesabına vurmasını xahiş etmiş, atası Elşən də X1 hesabına ümumilikdə 1000 manat pul vurmuş, Ola bilsin ki, atam Elşənin ilkin beh üçün vurduğu 100 manat pulu qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X14 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün Bakı şəhəri Nəsimi rayonu ərazisində saxlanılmış və məhkəmə tərəfindən 18 ay həbs qətimkan tədbiri seçilmiş, lakin zəfər bayramı ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə aminist olmuş, həmin aminist ilə əlaqədar 18 ay barəsində seçilən həbs qətimkan tədbiri 12 aya endirilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 4169 7385 8614 3210 nömrəli Kapitak banka aid kart ona məxsusdur. Belə ki, tanımadığı, adı ona sonradan məlum olan Rafiq adlı şəxs ondan 35 manat müqabilində kart istəmiş, o da qeyd edilən kartı Kapital bankdan götürüb Rafiq adlı şəxsə vermiş, Onu qeyd edir ki, o, Rafiqi şəxsən tanımır. Onunla əlaqəsi olmayıb, onunla Bakı şəhərində təsadüfən tanış olmuş və həmin kartdan nə vaxt, nə məqsəd istifadə edilməsi barədə heç nə deyə bilmir. Kənan Hacızadə və Zərərçəkmiş şəxs7 tanımır, onlarla arasında heç bir münasibət olmamışdır. O, Rafiq adlı şəxslə 2018-ci ilin təxminən sonlarında Bakı şəhərində tanış olmuşam, onunla qısa müddət ərzində münasibəti olub, sonradan Rafiqlə arasında heç bir münasibət olmamışdır. Qeyd edilən tarixdə mən həbsdə olmuşam, həmin kart mənə məxsus olsa da qeyd edilən kartı 2018-ci ilin təxminən sonlarında Rafiq adlı şəxsə Bakı şəhərində 35 manat müqabilində satmış, hazırda ona məxsus qeyd edilən kartdan kimin hansı məqsədlə istifadə etməsi və harada istifadə olunması barədə heç nə deyə bilməz. Onun atasının adlı Ehtibardır, lakin həmin kart atası Ehtibarda olmayıb, həmçinin atası Ehtibarın VAZ 21099 markalı avtomobili yoxdur, qeyd edilən mobil telefonun sahibini tanımır, nə üçün atasının adından istifadə edərək qeyd edilən şəxslərlə telefonla danışmaları və onlardan maşın satmaq adı ilə 1000 manat pul almaları barədə heç nə deyə bilməz. Rafiq adlı şəxsin Yevlax şəhərindən olmasını bilir. Rafiq onda kartı alanda ailəsi rayonda yaşadığı üçün ona göndərəcəyini demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 10 fevral 2022-ci il tarixli 157000/2-610 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə göndərdiyi 3500 manat nəğd pul Təqsirləndirilən şəxs adına olan “4169-7413- 1369-4968” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 06 fevral 2022-ci il tarixli 157000/2- 613 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə göndərdiyi 1500 manat nəğd pul Təqsirləndirilən şəxs adına olan “4169-7413-1369-4968” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 17 avqust 2022-ci il tarixli 157000/2- 4133 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə göndərdiyi 600 manat nəğd pul Təqsirləndirilən şəxs adına olan “4169-7413-1369-4968” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 11 mart 2022-ci il tarixli 157000/2- 1192 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə göndərdiyi 1700 manat nəğd pul Təqsirləndirilən şəxs adına olan “4169-7413-1369-4968” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 07 sentyabr 2022-ci il tarixli 157000/2-4474 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 xx.xx.2021ci il tarixdə göndərdiyi 700 manat nəğd pul Təqsirləndirilən şəxs adına olan “4169-7413- 1369-4968” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-dən alınmış 14 yanvar 2022-ci il tarixli 157000/2-324 nömrəli məktubdan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs7 xx.xx.2021-ci il tarixdə göndərdiyi 1000 manat nəğd pul X5 adına olan “4169-7385-8614-3210” hesaba mədaxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2005ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu təkrar, qabaqcadan əlbir olan bir qrup şəxslə, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğluna təqsirləndirildiyi CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs оğluna azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl ağır cinayət olduğundan və CMnin 83-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə onuda qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-25/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs оğluna qəti olaraq, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğluna Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-25/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-25/2023 nömrəli hökmü ilə 21 fevral 2023-cü il tarixdən həbsdə olması nəzərə alınmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X28rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-25/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)- 25/2023 nömrəli hökmü ilə 21 fevral 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov. İş № 1(066)-04/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 06 iyun 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1972-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2005-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 16.500.000 manat cərimə cəzasına, xx.xx.2008-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 73-1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-25/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)- 25/2023 nömrəli hökmü ilə 21 fevral 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №1(066)-4/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-4/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver