Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-4/2024 15.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X7 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi, vəkil Nümayəndə İnqilab oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Göygöl rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonu üzrə “DOST” iş mərkəzində fəhlə işləyən, məhkumluğu olmayan, Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla, Göygöl şəhəri S.Hacıyev küçəsi ev 15-də qeydiyyatda olmaqla, Göygöl şəhəri Qarabağ məhəlləsi 6 saylı evdə küçəsi ev 15-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə, Göygöl şəhər sakini X13 ilə aralarında olan ədavətə görə 12 aprel 2023-cü il tarixdə saat 00:20 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış, Zərərçəkmiş şəxs1 adına olan “Porsche Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı və "xxxx" Lizinq şirkətində kreditdə olan “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə qəsdən özü ilə yaşadığı evdən gətirdiyi benzini töküb od vurub yandırmaqla “Porşe Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı avtomobilə 17935 (on yeddi min doqquz yüz otuz beş) manat dəyərində, “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobilə 16520 (on altı min beş yüz iyirmi) manat olmaqla ümumilikdə zərəçəkmiş şəxslərin xeyli miqdarda yəni 34.455 (otuz dörd min dörd yüz əlli beş) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Göygöl rayonu üzrə “DOST” iş mərkəzində fəhlə işləyir. 11 aprel 2023-cü il tarixdə təxminən saat 22 radələrində o, Göygöl şəhəri Aydın Hacıyev küçəsində yerləşən “Elit” adlanan kafedə spirtli içki olan pivə içdikdən sonra Göygöl şəhəri ərazisində gəzmişdir. O, iki gün əvvəl eşitmişdir ki, Göygöl şəhər sakini Tural adlı şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Turala məxsus mobil nömrəyə zəng edərək, onun ünvanına nə səbəbə nalayiq ifadə işlətməsini soruşmuş, Tural cavab olaraq nalayiq ifadə işlətmədiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Danışıq zamanı o, Turaldan harada olmasını soruşmuş və Tural isə cavab olaraq buralarda olduğunu demişdir. O, danışıq zamanı Turala əgər çölə çıxmasa avtomobillərini yandıracağını bildirmişdir. O isə onun dediklərinə məhəl qoymaraq telefonu söndürmüşdür. O, öz yaşadığı ünvan 3 ünvana gedərək evdə olan 5 litrlik su qabında olan 2 (iki) litr benzini götürərək Turalın yaşadığı Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən evlərinin qarşısına getmişdir. Turala məxsus olduğunu bildiyi “Porsce panamera” markalı dövlət qeydiyyat nişanı sonradan məlum olan **-OK-*** dövlət qeydiyyat nişanlı və “BMW 528İ” markalı dövlət qeydiyyat nişanı sonradan ona məlum olan **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobillər Turalın yaşadığı evin qarşında olmuşlar. O, 12 aprel 2023-cü il tarixdə təxminən saat 00:20 radələrində həmin avtomobillərin üzərinə özü ilə apardığı benzini tökərək, alışqanla yandırmışdır. Su qabını da avtomobilin üzərinə atmışdır ki, yansın. Daha sonra isə həmin yerdən uzaqlaşmışdır. Alışqanı isə yol ilə gedən zaman arxın içərisinə atmışdır. Tural onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, əsəbiləşib “Porsce panamera” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili və “BMW 528İ” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilləri yandırmışdır. O, elə bilmişdir ki, həmin avtomobillərin Tural adlı şəxsə məxsus olmuşdur. Sonradan bilmişdir ki, həmin avtomobillərdən “Porsche Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs1 və “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobil isə "xxxx" Lizinq şirkətində kreditdə olmaqla, həmin şirkətə məxsusdur. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs1 vurduğu ziyanın çox hissəsini, zərərçəkmiş hüquqi şəxs "xxxx" Lizinq şirkətinə vurduğu ziyanı tamamilə könüllü ödəməsini, Zərərçəkmiş şəxs1 ilə və zərərçəkmiş hüquqi şəxs olan "xxxx" Lizinq şirkətin nümayəndəsi kimi tanınan məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ilə barışmaqla, onların ondan şikayət və tələbinin olmamasını, atasının 1-ci Qarabağ müharibəsi şəhidi olmasını, Göygöl şəhərinin əsas küçələrindən birinə atasının adının verilməsini nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 nümayəndəsi, vəkil Nümayəndə İnqilab oğlu oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, “Porsce panamera” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. O, həmin avtomobili Şahid2 faktiki satmış, lakin pulunu hissə-hissə ödənilməsinə razılaşmışlar. Belə ki, 29 mart 2023cü il tarixdə həmin avtomobili Şahid2 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməklə Zərərçəkmiş şəxs1 vurduğu zərərin çox hissəsini ona ödəmiş, qalan hissəsini də hissə-hissə ödəyir. Zərərçəkmiş şəxs Əliyeva X6 Fərid Aydın oğlu ilə barışmış, ondan şikayət və tələbi də yoxdur. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, “Porsce panamera” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı və “BMW F10” markalı **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobillər bacısı Şahid1 məxsusdur, lakin “Porsce panamera” markalı avtomobil dostu Şahid2 və “BMW F10” markalı **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobil isə digər dostu X4 adına rəsmiləşdirilmişdir. O, həmin avtomobilləri dostu Seymur ilə birlikdə toy şənliklərinə Bakı şəhərində icarəyə vermişlər. Təxminən 15 gün olar ki, “Porsce panamera” markalı avtomobili Göygöl şəhərinə gətirmişlər ki, toy şənliklərinə icarəyə versinlər. xx.xx.2022-ci ildə eyni məqsədlə “BMW F10” markalı **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobili də Göygöl şəhərinə toy şənliklərinə icarəyə vermək üçün gətirmişlər. 12 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində o, yaşadığı Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 8-də qardaşı oğlu Elgün ilə oturmuşdur, həmin vaxt qohumu Sənan Elgünə məxsus mobil nömrəyə zəng edərək Fəridin qardaşı Turalın idarə etdiyi “Mercedes panarama” markalı avtomobillə gələrək, Fəridin “Porsce panamera” markalı və “BMW F10” markalı avtomobillərin üzərinə benzin tökərək yandırdığını bildirmişdir. O, dərhal Elgünlə birlikdə avtomobillərin saxladığı yerə gəlmişdir. O, həmin yerə çatan zaman “Porsce panamera” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı və “BMW F10” markalı **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobillərin yandığını görmüşdür. Seymur FHN-nin qaynar xəttinə müraciət etdiyini bildirmiş və o da DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Daha sonra FHN-nin Yanğın söndürmə xidməti gələrək, yanğını söndürmüşdür. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 11 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində o, Göygöl şəhər sakini Tural adlı şəxsə ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Zəng etməyinə səbəb isə Turalın qardaşı Fərid barəsində “polislərə işləyir” ifadəsini işlətməsi olmuşdur. O, Turala dəfələrlə zəng etsə də, o, əvvəlcə zənglərimə cavab verməsə də, daha sonra isə cavab verərək, sonra yığacağını bildirmişdir. Həmin gün təxminən saat 10:20 radələrində Tural ona zəng etmiş, ona demişdir ki, “sən də məndən pul istəyirsən?” Arxası ilə də onun və qardaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Onu Kürdəmir raoyuna görüşmək üçün çağırmışdır. O isə özünə məxsus “Mercedes” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışdır. Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən Elit adlı kafeyə gəlmişdir. Arxasınca qardaşı Fərid də kafeyə girmiş, ondan pul alaraq ona məxsus avtomobillə çıxıb getmişdir. O, bundan təxminən 10 dəqiqə sonra yanğın söndürən avtomobilin səsini eşidib, küçəyə çıxmış, yanğın söndürən avtomobilin getdiyi istiqamətdə getmişdir. O, yanğının söndürüldüyü yerə çatdıqda “Porsce panamera” markalı dövlət qeydiyyat nişanı sonradan ona məlum olan **-OK-*** dövlət qeydiyyat nişanlı və “BMW F10” markalı dövlət qeydiyyat nişanı sonradan ona məlum olan **-PN-*** dövlət qeydiyyat nışanlı avtomobillər yandırıldığını, yanğın söndürüənin isə artıq söndürdüyünü görmüşdür. Avtomobillərin yandırılıdığı yerdə Məhəmməd adlı şəxs ona yaxınlaşıb, “bizimlə düşmənçiliyinizmi var, Fərid niyə bizim maşınları yandırdı” deyə soruşmuşdur. O, Fəridin yandırmasından xəbərinin olmadığını bildirmişdir. Həmin vaxt öyrənmişdir ki, Fərid Göygöl RPŞ-də saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da əsasən Şahid3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, özünə məxsus VAZ-21074 markalı 77-CÇ-357 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlayır. 13 aprel 2023-cü il tarixdə 09 radələrində Gəncə şəhəri “köhnə Yevlax avtovağzalı” adlanan yerdə dayanmış, müştəri gözləmişdir. Həmin vaxt təxminən 40-45 yaşlı, arıq bədən qurluşlu, uzun boylu tanımadığı bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona bir ədəd karobka var deyib, onu Göygöl rayonuna apara bilməsini soruşmuşdur. O, onunla bağlamanı dediyi qiymətdən bir manat artıq qiymətə 8 (səkkiz) manata razılaşmış və həmin şəxs yanından uzaqlaşıb bağlamanı gətirəcəyini bildirmişdir. Həmin şəxs bağlamanı “BMW” markalı açıq göy rəngli avtomobildən götürüb gəldiyini görmüşdür. O, həmin tanımadığı şəxsdən mobil nömrə istəmiş, lakin həmin şəxs ona mobil nömrə verməmiş, özünündə taksi sürücüsü olduğunu, bağlamanın üzərinə bağlamanı çatdıracağı şəxsin mobil nömrəsinin yazıldığını, həmin şəxsə zəng etməsini bildirmişdir. O, bağlamanı götürüb, Göygöl rayonuna getmişdir. Yolda gedən zaman bağlamanın üzərində olan adı, soyadı və mobil nömrəsi yazılmış Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəyə saat 09:30 radələrində zəng etmiş və ona çatacaq bağlama göndərildiyini bildirmişdir. Göygöl rayonu H.Əliyev pr.-də Əminə marketin yaxınlığında dayanmış və digər ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edib, çatdığını bildirmişdir. Adı ona sonradan məlum olan Şahid3 adlı şəxs onu yaşadığı evə düşürməsini xahiş etmiş, onu tanımadığı Göygöl rayonu ərazisində düşürmüşdür. Daha sonra isə o, uzaqlaşıb getmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş hüquqi şəxs olan "xxxx" Lizinq şirkətin nümayəndəsi kimi tanınan dindirilmiş Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cinayət işinə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş zərərçəkmiş hüquqi şəxs olan "xxxx" Lizinq şirkətin nümayəndəsi kimi tanınan dindirilmiş Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş hüquqi şəxs olan "xxxx" Lizinq şirkətin nümayəndəsi kimi tanınan dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, 07 may 2022-ci il tarixli 82C/22 saylı “Lizinq müqavilə“sinin şərtlərinə əsasən “BMW 528İ minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 100.000 (yüz min) manat dəyərləndirilərək "xxxx" MMC tərəfindən lizinq alan X8 təhvil verilmişdir. “BMW 528İ minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin müqavilənin şərtlərinə əsasən yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətinin olması müəyyən edilərək yol vərəqələri tərtib edilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən X12 "xxxx" MMC ilə X10 arasında bağlanmış 07 may 2022-ci il tarixli MASSİ 82C/22 saylı “Lizinq müqaviləsi“ və X4 07 may 2022-ci il tarixli müraciəti əsasında lizinqə verilmiş “BMW 528İ minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətinin olması müəyyən edilərək yol vərəqələri tərtib edilmişdir. Həmin yol vərəqələri üzrə səlahiyyətlər heç bir formada başqa şəxsə verilə bilməz. “BMW 528İ minik” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişi ilə bağlı ödəniş cədvəli tərtib edilmiş, ödəniş şərtlərinə uyğun olaraq 48 (qırx səkkiz) ay, 15 gündən bir 1000 (min) manat ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu ziyanı tamamilə ödədiyinə görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs olan "xxxx" Lizinq şirkətin nümayəndəsi kimi tanınan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs hüquqi şəxsə vurduğu ziyanı tamamilə ödəməsinə görə, onunla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınan dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, “Porsce panamera” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili Şahid2 satmış, lakin pulunu hissə-hissə ödənilməsinə razılaşmışlar. Belə ki, xx.xx.2023-cü il tarixdə həmin avtomobili Şahid2 etibarnamə əsasında idarə etmək üçün vermişdir. Şahid2 ilə razılığa gəlinmişdir ki, avtomobilin qiyməti 43506 (qırx üç min beş yüz altı) manat pulu ona 18 (on səkkiz) ay müddətinə hər ay 2417 (iki min dörd yüz on yeddi) manat olmaqla pul ödəməlidir, daha sonra avtomobil Şahid2 adına rəsmiləşdiriləcəkdir. Həmin vaxta qədər isə avtomobil onun mülkiyyətindədir. 20 aprel 2023-cü il tarixdə internet saytlarında ona məxsus avtomobilin yandırıldığını görmüşdür. Sonradan o, bu haqda maraqlananda öyrənmişdir ki, avtomobil Göygöl şəhərində yaşayan Fərid adlı şəxs tərəfindən yandırılmışdır. Zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 27 avqust 2024-cü il tarixli ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanın çox hissəsini ödəmiş, qalan hissəsini isə hissə-hissə ödəyir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 13 aprel 2023-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 1 ünvanının qarşısıdır. “Porsche Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı və "xxxx" Lizinq şirkətində kreditdə olan “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillərinin ön tərəfləri yanmış və yararsaız vəziyyətdə olmuşlar. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək tədqiq edilən X16 Xidmətinin Gəncə Regional X16 İdarəsindən daxil olmuş baş vermiş yanğın hadisəsi haqqında 12 aprel 2023-cü il tarixli 3-18-195/2-89/2023 nömrəli aktdan məlum olur ki, yanğın hadisəsi ünvan 1 ünvanının qarşısıda baş vermiş, “Porsche Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı və "xxxx" Lizinq şirkətində kreditdə olan “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillərin mühərrik hissələri yanmışdır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının” 23 may 2023-cü il tarixli 10/2589 nömrəli rəyindən məlum olur ki, “Porşe Panemera” markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi – iki hissədə, mühərrik bölməsinin örtüyünün (kapotunun) və avtomobillə üzbəüz dayandıqda sol arxa qapının üzərində olmuşdur. Yanğının bir-birindən müstəqil-əlaqəsiz zonalarda yaranmasını nəzərə alaraq, yanğınqərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonalarında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. “BMW F-10” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi – üç hissədə, mühərrik bölməsinin örtüyünün (kapotunun), sağ və sol arxa qapıların üzərində olmuşdur. Yanğının bir-birindən müstəqil-əlaqəsiz zonalarda yaranmasını nəzərə alaraq, yanğın- qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonalarında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Adı çəkilən Mərkəzin 23 may 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəməəmtəəşünaslıq ekspertizasının” 01 iyun 2023-cü il tarixli 9/3999 nömrəli rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Porsche Panemera” markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 17.935 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “BMW 528İ” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 16.520 manat müəyyən edilir. Adı çəkilən Mərkəzin 01 iyun 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Göygöl şəhər MKT-nin İB-nin tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Göygöl şəhər MKT-nin İB-nin tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 15-də qeydiyyatda olmaqla, Göygöl şəhəri Qarabağ məhəlləsi 6 saylı evdə yaşayır. Anası Şahid4 onun himayəsində yaşayır. Cinayət işinin materiallarında olan “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə anadan olmaqla, onun atası kimi X11, anası kimi isə Şahid4 qeyd edilmişdir. Cinayət işinin materiallarında olan “Ölüm haqqında şəhadətnamənin” və Göygöl rayon Qeydiyyat şöbəsinin 24 iyul 2020-ci il tarixli 395 nömrəli arayışının surətindən məlum olur ki, Şahid4 əri X11 30 aprel 1991-ci ildə Göygöl rayonu Çaykənd kəndində güllə yarasından ölmüşdür. Cinayət işinin materiallarında olan Xanlar rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli 65 saylı sərancamından olan çıxarışdan məlum olur ki, şəhid X5 arvadı Şahid4 şəhid ailəsi statusu verilmişdir. Cinayət işinin materiallarında olan vəsiqənin surətindən məlum olur ki, X1 Alla Mahmud qızı şəhid ailəsi üzvüdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından məlum olur ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin olunması haqqında ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X2 alınmış arayışda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 08 may 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər Göygöl rayon məhkəməsinin 28 mart 2012-ci tarixli hökümü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatmasına görə azad edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 12 aprel 2023-cü il tarixdən 15 noyab 2024-cü il tarixə kimi olan müddət ərzində, 01 (bir) il, 07 (yeddi) ay, 13 (on üç) gün həbsdə və ev dustağlığında olmuşdur. Cinayət işinin materiallarında olan 12 aprel 2023-cü il tarixli 796/2023 nömrəli sərxoşluğun müayinəsi haqqında aktdan məlum olur ki, Təqsirləndirilən şəxs yüngül dərəcə alkosərxoş olmuşdur. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə, Göygöl şəhər sakini X13 ilə aralarında olan ədavətə görə 12 aprel 2023-cü il tarixdə saat 00:20 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış, Zərərçəkmiş şəxs1 adına olan “Porsche Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı və "xxxx" Lizinq şirkətində kreditdə olan “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə qəsdən özü ilə yaşadığı evdən gətirdiyi benzini töküb od vurub yandırmaqla “Porşe Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı avtomobilə 17935 (on yeddi min doqquz yüz otuz beş) manat dəyərində, “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobilə 16520 (on altı min beş yüz iyirmi) manat olmaqla ümumilikdə zərəçəkmiş şəxslərin xeyli miqdarda yəni 34.455 (otuz dörd min dörd yüz əlli beş) manat dəyərində əmlakını qəsdən məhv etməsi tam subuta yetir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, onların ondan şikayət və tələbinin olmamasını, atası X5 1-ci Qarabağ müharibəsində şəhid olmasını, himayəsində şəhid ailəsi üzvü olan 1960-cı il təvəllüdlü anası Şahid4 olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini səmimi etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, onların ondan şikayət və tələbinin olmamasını, atası X5 1-ci Qarabağ müharibəsində şəhid olmasını, himayəsində şəhid ailəsi üzvü olan 1960-cı il təvəllüdlü anası Şahid4 olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə, haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunduğunu sübut etməlidir. Azərbaycan Respüublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığını nəzərə alaraq onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin dəyişdirilərək, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməsini və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobilin və “Porşe Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti əzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi subut kimi tanınmış “BMW 528İ” markalı ** PN *** qeydiyyat nömrə nişanlı avtomobilin və “Porşe Panemera” markalı ** OK *** qeydiyyat nömrə nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-4/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-4/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver