Məhkəmə qərarları › İş №1(066)-40/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-40/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-40/2024 07.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Göygöy rayon Vəkil Bürosunun Vəkil vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi ev 84-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatını və komplekt hissəsini saxlamış və üzərində daşıyaraq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı həmçinin 05 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9 x 18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, darağı əldə edib üzərində saxlayaraq daşımış, 06 fevral 2024-cü il tarixdə saat 11 radələrində Göygöl Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, Azay Kazımov küçəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində şəxsi axtarış zamanı onun üzərindən, qanunsuz olaraq saxlayaraq daşıdığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Makarov konstruksiyalı PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, həmçinin 05 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9 x 18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndiriləş şəxsin və şahidlərin ifadələri, Kriminalistik Təhqiqatlar İdarəsinin rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 14 radələrindən yaşadığı ünvandan çıxaraq evin yaxınlığında olan Gəncə çayının kənarında olan parkda gəzdiyi zaman çayın kənarı ilə parkın arasında olan səkinin kənarında şəffaf rəngli sellofan torba diqqətinii çəkmiş, diqqətlə baxdıqda içərisində “Makarov” tipli tapança olmasını görüb götürmüş, tapançanın darağını çıxardıqda içərisində 5 ədəd patron olmasını müəyyən etmişdir. Silahlara marağı olduğu üçün tapançanı müəyyən etdiyi sellofan torbaya bükərək yenidən qarın nahiyyəsinə paltarının arasına qoyub evə gəldikdən sonra ətraflı baxdıqda həmin tapançanın nömrəsi silinmiş “Makarov” tapança olmasını müəyyən etmişdir. Növbəti günü xx.xx.2024-cü il silahın onda qalmasından qorxduğu üçün onu aparıb Göygöl rayonunda meşəlik ərazidə atmağı qərara alsa da qorxduğu üçün polisə getməmişdir. Həmin tarixdə Gəncə şəhər ərazisində köhnə Yevlax avtovağzalı deyilən ərazidən Göygöl rayonuna gələn taksilərə yaxınlaşmış, oradan marka və modelini xatırlamadığı taksi ilə Göygöl rayonuna gələrək Göygöl şəhər avtovağzalında avtomobildən düşmüşdür. Oradan Hackənd qəsəbəsinə gedərək silahı həmin yerə atmaq istəsə də Göygöl şəhər ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını, ona üzərində qanunsuz olaraq odlu silah daşımaqda və gəzdirməkdə şübhəli olduğunu bildirərək Göygöl RPŞ-yə gətirmişlər. Rayon polis şöbəsində üzərinə baxış keçirilməsi üçün təhqiqatçıya təhvil verildikdə ona saxlanmağının səbəbi və şübhəli kimi hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil seçə biləcəyini bildərək siyahı təqdim edildikdə siyahıdan seçdiyi vəkil ərizəsi əsasında dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş, şəxsi axtarışdan əvvəl ona üzərində qanunla saxlanması, daşınması qadağan olunmuş hərhansı əşya olması varsa təqdim etməsi təklif olunduqda şalvarının belinə taxaraq saxladığı “Makarov” tipli tapançanı, üzərində olan daraqla birlikdə təqdim etmiş, bundan sonra silaha baxış keçirilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, həmin qablaşdırmanı imzalamışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla daşınması və gəzdirilməsi qadağan olunmuş hərhansı başqa əşya olmadığını bilmişdir. Şəxsi axtarışla bağlı tərtib edilmiş protokolu digər iştirakçılar vəkili ilə birlikdə imzalamışdır. Sonda Təqsirləndirilən şəxs son sözlə çıxışında, özünü təqsirli bilməsini, ona cəza verilərkən ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Xankəndi şəhər Polis Şöbəsinin İTB-nin rəisi vəzifəsində işləyir. Əvvəl Göygöl rayon Polis şöbəsinin X3 əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət etmişdir. Gəncə şəhər Əttarlar küçəsi ev 84-də pasport qeydiyyatda olan Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş odlu silahı üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göygöl şəhər, Azay Kazımov küçəsində hərəkətdə olması müəyyən edildiyi üçün Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə Göygöl şəhər Azay Kazımov küçəsinə getmiş və orada Təqsirləndirilən şəxs müəyyən etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs Göygöl RPŞ-yə gətirməklə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsindən ötrü şöbənin rəisinə tərəfindən raportla müraciət edilmiş, baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş verilmiş və baxışın keçirilməsi təhqiqatçı Elçin Dünyamalıyevə həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında vəkil təyin olunmuş, Göygöl rayonu vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi gəldikdən sonra Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən onların iştirakı ilə baxış və şəxsi axtarış keçirilməsinə başlanmış, həmin şəxsi axtarışın video çəklişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti polis kapitanı Rafiq Hüseynov dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya olub olmaması, vardırsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın bel hissəsindən bir ədəd odlu silah olan “Makarov” tipli, üzərində sandıqçası olan tapançanı çıxarıb təqdim etmiş, bir ədəd sandıqca tapançadan çıxarıldıqda içərisində beş ədəd patron olması bilinmişdir. Təqsirləndirilən şəxs həmin tapançanı Gəncə şəhərində çay kənarından tapdığını, həmin silahı Göygöl rayon ərazisində gizlətmək məqsədi ilə gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin tapança, sandıqdca və beş ədəd patronlar iştirakçılara təqdim edilmiş, həmin vaxtı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd nömrəsi silinmiş tapança “Makarov” tipli, bir ədəd daraq və beş ədəd patrondur. Təqsirləndirilən şəxs həmin silahı tapdığını, həmin silahın onda olmasından ailə üzvlərinin xəbəri olmadığını, silahdan heç kəsin xəbəri olmadığını ümumiyyətlə bununla bağlı heç kimə məlumat vermədiyini bildirmişdir. Aşkar olunmuş tapança, daraq və beş ədəd patron kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Sonda vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müraciət edərək ona qarşı hərhansı bir təzyiq olunub olunmaması, aşkar olunmuş tapançanın ona məxsus olub-olmaması barədə sual verdikdə, Təqsirləndirilən şəxs ona qarşı heç bir təzyiq olunmadığını, üzərindən aşkar olunmuş tapançanın ona məxsus olmasını, Gəncə şəhərindən çay kənarından tapdığını bildirmişdir. Baxış və götürmə ilə bağlı təhqiqatçı Elçin Dünyamalıyev tərəfindən protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “07 fevral 2024-cü il tarixdə Göygöl RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Elçin Dünyamalıyev tərəfindən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatşısı, polis mayoru Elçin Dünyamalıyev Azərbaycan Respublikası CPM-nin 51, 86 ve 242-247ci maddələrinin tələblərinə əsasən tərtib edir həmin protokolu Göygöl rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı X4, Göygöl rayon polis şöbəsinin NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Göygöl rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şübhəli şəxs qismində tutulmuş, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş və Gəncə şəhəri, Əttarlar küçəsi ev 84-də yaşayan Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə ondan ötəri ki, 06 fevral 2024-cü il tarixdə Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar Göygöl rayon polis şöbəsinə gətirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində odlu silah eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əvvəlcə əynində olan qara rəngli paltonun cibindən iki qutu siqaret, bir ədəd alışqan, özünə məxsus sənədləri, daha sonra göy rənglim cins şalvarın bel hissəsində bir ədəd odlu silah olan nömrəsi silinmiş “Makarov” tapancası, bir ədə sandıqça və beş ədə patron olmasını bildirərək təqdim etdi. Baxış zamanı təqdim etdiyi iki qutu siqaret, bir ədə alışqan, özünə məxsus sənədlər iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin odlu silahı bir gün əvvəl Gəncə şəhərində Gəncə çayının qırağında tapdığını, həmin silahı Göygöl rayonu ərazisində gizlətmək məqsədilə gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı odlu silah olan nömrəsi silinmiş “Makarov” tapanşası, bir ədəd sandıqça və beş ədəd patron zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürləndi. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otağında süni işıəqlandırma şəraitində, “Samsung” vmarkalı video kameradan istifadə etməklə Göygöl RPŞ-nin Kriminalistik Təhqiqatlar qrupunun baş inspektoru, polis baş leytenantı X5 tərəfindən video çəkiliş aparıldı. Protokol oxundu, iştirakçılar tərəfindən hər hansı qeyd, etiraz əlavə və vəsatət daxil olmadı. Protokolun düzgünlüyü imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 07 fevral 2024-cü il tarixli 24/291 nömrəli rəydən görünür ki, - Tədqiqata təqdim edlmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş silahın hissə-mexanizmlərinin üzərində zavod nömrə-nişanlarını göstərən hərf-rəqəmlər kustar üsulla kənar predmetlə dərindən silindiyindən, həmin silahın istehsal ilini və zavod nömrəsini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 05 ədə patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibirli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətsən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. 08 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 08 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq edərək bildirmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Narkoloji və ruhi-əsəsb xəstəliyim yoxdur. İfadə verməyinin səbəbi ona aydındır. tel:05.02.2024xx.xx.2024-cü il tarixdə saat 14 radələrindən yaşadığı ünvandan çıxaraq evin yaxınlığında olan Gəncə çayının kənarında olan parkda gəzdiyi zaman çayın kənarı ilə parkın arasında olan səkinin kənarında şəffaf rəngli sellofan torba diqqətini çəkmişdir. Diqqətlə baxdıqda içərisində "Makarov" tipli tapança olmasını görüb götürmüşdür. Tapançanın darağını çıxardıqda içərisində 5 ədəd patron olmasını müəyyən etmişdir. Silahlara marağı olduğu üçün tapançanı müəyyən etdiyi sellofan torpaya bükərək yenidən qarın nahiyyəsinə paltarının arasına qoyub evə gəlmişdir. Evdə ətraflı baxdıqda həmin tapançanın nömrəsi silinmiş "Makarov" tapança olmasını müəyyən etmişdir. Növbəti günü tel:06.02.2024xx.xx.2024-cü il silahın onda qalmasından qorxduğu üçün onu aparıb Göygöl rayonunda meşəlik ərazidə atmağı qərara almışdır. Qorxduğu üçün polisə getməmişdir. Həmin tarixdə Gəncə şəhər ərazisində köhnə Yevlax avtovağzalı deyilən ərazidən Göygöl rayonuna gələn taksilərə yaxınlaşmışdır. Oradan marka və modelini xatırlamadığı taksi ilə Göygöl rayonuna gələrək Göygöl şəhər avtovağzalında avtomobildən düşmüşdür. Oradan Hackənd qəsəbəsinə gedərək silahı həmin yerə atmaq istəsə də Göygöl şəhər ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını, onun üzərində qanunsuz olaraq odlu silah daşımaqda və gəzdirməkdə şübhəli olduğunu bildirərək Göygöl RPŞ-yə gətirmişlər. Rayon polis şöbəsində üzərinə baxış keçirilməsi üçün təhqiqatçıya təhvil vermişdir. Ona saxlanmağının səbəbi və şübhəli kimi hüquq vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil seçə biləcəyini bildirərək siyahı təqdim etdilər. Siyahıdan seçdiyi vəkil ərizə əsasında dəvət olundu. Ona etiraz etmək hüququ izah edildi. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilməsi barədə qərar qəbul edildi. Şəxsi axtarışdan əvvəl ona üzərində qanunla saxlanması, daşınması qadağan olunmuş hərhansı əşya, odlu silah, onun komplekt hissələrinin olması varsa təqdim etməsi təklif olundu, həmin zaman o şalvarının belinə taxaraq saxladığı "Makarov" tipli tapançanı, üzərində olan daraqla birlikdə təqdim etdi. Bundan sonra silaha baxış keçirilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Həmin qablaşdırmanı imzaladı. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla daşınması və gəzdirilməsi qadağan olunmuş hərhansı əşya olmadığı bilindi. Şəxsi axtarışla bağlı tərtib edilmiş protokolu digər iştirakılar vəkili ilə birlikdə imzalamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinirək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinirək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 02 il 10 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökmün dəyişdirilərək 01 il 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 790 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Əttarlar küçəsi ev 84-də qeydiyyatdadır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası hədində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli, 9 mm kalibrli yivli odlu silah, həmçinin tədqiqatda üç əddədi sərf olunduqdan sonra qalıq qalmış 02 ədəd 9x18 mm kalibirli patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq istifadəyə yararlı olduqlarından dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman görüntlərin qeydə alındığı “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli, 9 mm kalibrli yivli odlu silah, həmçinin tədqiqatdan sonra qalıq qalmış 02 ədəd 9x18 mm kalibirli patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq istifadəyə yararlı olduğundan dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar