Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-40/2025 01.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Göygöl rayonu, Y.Ə.Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saat 18 radələrində Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində 40 manat borcunu istədiyi zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yəni, sonuncunun maddi imkanının olmamasını bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əlləri ilə və təpiklə vuraraq döyməklə sonuncuya qəsdən burun sümüyünün qapalı yerdəyişməyən sınığı, hər iki gözün alt qapaqlarının və sol almacıq nahiyyəsinin qançırları, döş qəfəsinin arxa səthinin və sağ diz oynağı nahiyyəsinin sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, kənd ərazisində əvvəllər mağaza işlətmişdir. Həmin tarixlərdə 2024-cü il ərzində həmkəndlisi Qədir ondan müxtəlif vaxtlarda 40 manat dəyərində nisyə ərzaq məhsulu alaraq pulunu ödəməmişdir. Qədiri hər gördüyündə borcunu ödəməsini istəsə də, verəcəyini bildirməsinə baxmayaraq ödəməmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Mollacəlilli kəndi ərazisində, küçədə tək oturduğu zaman Qədirin oradan keçməsini görüb onu səslənmişdir. Qədir ona yaxınlaşanda hansı səbəbə borcunu ödəmədiyini soruşduqda Qədir sərxoş vəziyyətdə müxtəlif bəhanələr gətirmişdir. Həmin zaman nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək o Qədirin üzərinə gedərək yumruq zərbəsi vurmaqla və itələməklə onu döymüşdür. Mübahisə zamanı Qədir onu ağacla bədəninin müxtəlif nahiyyələrindən vurmaqla döymüşdür. Münaqişə edərək bir-birilərini itələdikdə yerə yıxılmışlar. Həmin zaman heyvan otarmaqdan qayıdan Qədirin oğlu Röyal onların münaqişə etdiklərini görüb yaxınlaşaraq ayırmış, Qədiri həmin yerdən uzaqlaşdırmışdır. Bundan sonra Qədirin ondan şikayət etməsini öyrəndiyi üçün o da Qədir barəsində şikayətçi olmuşdur. İlkin verdiyi izahatı təsdiq edir və xx.xx.2024-cü il tarixdə Qədirlə aralarında baş vermiş münaqişəni tam xatırlamasa da, münaqişə zamanı Qədir ağacla sol qabırğasının üzərindən vurmuşdur. Qədirin dedikləri həqiqətə uyğundur və münaqişə zamanı onu yumruq zərbələri ilə vuraraq döymüşdür. Həmçinin bildirir ki, münaqişə etdikləri zaman onları heç kəs görməmiş, münaqişə 3-5 dəqiqə davam etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və bu barədə məhkəmə notarial ərizə təqdim etdiyini, cinayət işi üzrə araşdırma aparmadan və məhkəmə istintaqı keçirilmədən, özünü tam təqsirli bildiyinə görə bəraətverici əsaslar olmadan CM-nin 73-cü maddəsi ilə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşəmçilik olmamışdır. Təqsirləndirilən şəxs kənd ərazisində ərzaq mağazası işlətdiyi üçün ondan təxminən 40 manat məbləğində borc məhsul alsa da 1 ay keçməsinə baxmayaraq həmin borcu qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində otlaqda olan heyvanlarını qarşılamaq üçün yola çıxmış, kəndin içərisində olan çayxananın qarşısından keçdiyi zaman həmin yerdə kənarda oturmuş Yusif onu səsləyərək yanına çağıraraq ondan 40 manat borc pulunu hansı səbəbə vermədiyini bildirib, borcunu verməyini tələb etmiş, o isə Yusifə hal-hazırda pulunun olmadığını bildirsə də onunla mübahisə etməyə başlamışdır. Yusifi sakitləşdirməyə çalışsa da Yusif onun ünvanına küçədə ictimai yerdə, insanların sıx olduğu yerdə çayxananın qarşısında kənd camaatının gözü qarşısında nalayiq ifadələrlə təhqir etmişdir. Sonradan əli ilə onun yaxasından tutmuş və üzünə, elcədə bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vurduqda o yerə yıxılmışdır. Sonradan həmin yerə oğlu gələrək onu yerdən qaldıraraq evə aparmışdır. Münaqişə təxminən 10-15 dəqiqə davam etmiş, münaqişəni görən şəxsləri tam xatırlamır. Münaqişə zamanı Yusif əlləri yəni yumruq zərbələri ilə onun sifətindən, sinəsindən vurmuşdur. Həmin zaman burnundan qan axmış və güclü ağrı hiss etmişdir. Həmin zaman o yerə yıxıldıqda oğlu Şahid həmin yerə gələrək onu yaşadığımız ünvana aparmış, yaşadığı ünvandan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Göygöl RMX-ya gedərək müayinədən keçməklə döyülməyi barədə məlumat vermiş, xx.xx.2024-cü il tarixdə isə Gəncə şəhər 3 nli xəstəxananaya getdiyi zaman Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyyəsindən vurması nəticəsindən burun sümüyünün sınmasını müəyyən etmişdir. Həmin yerdə də ilkin məlumat olaraq ondan harada xəsarət almağı soruşulduqda isə iki gün əvvəl yaşadığı kənd ərazisində Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. O həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onunla münaqişə etdiyini, bir– birilərinə yumruqla zərbələr endirdiklərini, münaqişə zamanı əlində olan ağacla Yusifə zərbələr endirsə də həmin zərbələrdən hansının onun bədəninin hansı nahiyyəsinə dəyməsini xatırlamadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödəndiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də bu barədə şikayət və tələbinin olmayacağını bildirirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin 128ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 310 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün qapalı yerdəyişməyən sınığı, hər iki gözün alt qapaqlarının və sol almacıq nahiyyəsinin qançırları, döş qəfəsinin arxa səthinin və sağ diz oynağı nahiyyəsinin sıyrıqları”- bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İlkin araşdırma zamanı 06 iyun 2024-cü il tarixdə hadisənin baş verdiyi Göygöl rayonu Mollacəlilli kəndi ərazisində olan yerə baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material Azərbaycan Respublikası CPM-in 213.1.1-ci maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Göygöl rayon X11 Bölməsinə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin Göygöl rayon prokurorluğuna göndərilməsi və qəbul edilmiş qərarın maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, 06 iyun 2024-cü il tarixdə saat 18 radələrində Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə arasında baş vermiş münaqişə zamanı ətrafa adamların toplaşmadığı, münaqişəni kənardan görən şəxsin olmadığı müəyyən olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət tərkibli əməl aşkar edilmədiyi üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, qərarın sürətinin məlumat üçün maraqlı tərəflərə göndərilməsi və materialın saxlanılması üçün Göygöl RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1141 nömrəli material üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Araz Alməmmədlinin qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2024cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, materialın əlavə araşdırmanın aparılması üçün RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X12 mütəxəssis qismində təyin edilməsi və qərarın X10 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmşdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər, xx.xx.2017-ci il tarixdə ********* nömrəli material üzrə qəsdən Yüngül xəsarət yetirməyə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində araşdırılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 635 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat olmaması müəyyən olunur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 303 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Mollacəlilli kəndində yaşayır və ailə tərkibi arvadı 1972-ci il təvəllüdlü X1, oğlu 1996ci il təvəllüdlü X3, qızı 1993-cü il təvəllüdlü X5, gəlini 2000-ci il təvəllüdlü X6, nəvəsi 2018ci il təvəllüdlü X4 və nəvəsi 2020-ci il təvəllüdlü X7 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Göygöl rayon Mollacəlilli kənd sakini Təqsirləndirilən şəxs Göygöl rayon Mollacəlilli kəndində yaşadığı müddət ərzində onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamış və qonşular arasında hörmət qazanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilən cinayət əməllərini 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edildikdən və qanun qüvvəsini aldıqdan sonra törətməmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş və onun hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 48 (qırx səkkiz) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-40/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-40/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver